Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-232/2026 06.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə məhkum edilməsinə dair Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü (hakim Pənahov Anar Elman oğlunun sədrliyi) ilə ##.##.1989-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Lənkəran Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu Göyşaban kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Lənkəran Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı hökmü ilə ona təyin edilmiş 02 (iki) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) il 06 (altı) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə əsas cəzasının qismən və 02 (iki) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzasının tam olaraq hazırkı hökmlə təyin edilmiş cəza ilə birləşdirilməklə ona qəti olaraq 02 (iki) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ######## 2025-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən onun barəsində toksikomaniyadan məcburi müalicənin təyin olunması və ərazi narkoloji kabinetində qeydiyyata alınması, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsinin baxılmamış saxlanılması, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən ona vurulmuş ziyana görə mülki iddia verilmədiyindən ona vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququnun izah edilməsi barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutun taleyi həll edilmişdir. İŞİN HALLARI Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, 2025-ci ilin avqust ayın sonunda saat 12 radələrində Lənkəran rayonu Göyşaban kəndində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək, Zərərçəkmiş şəxs məxsus Lənkəran rayonu Göyşaban kəndində yerləşən yaşayış sahəsi hesab edilən evin həyətinə, daha sonra evin plastik qapısının üzərinə vurulmuş dəmir barmaqlıqların qıfılını sındırıb açmaqla evə qanunsuz daxil olaraq evdə yataq otağından qiyməti 500 manat olan 1 ədəd “Starx” markalı televizoru, qiyməti 200 manat olan 1 ədəd DVD aparatını, mətbəxdən qiyməti 100 manat olan 1 ədəd şirə çəkən elektrikli maşını, qiyməti 100 manat olan 1 ədəd elektrikli ət çəkən maşını, qiyməti 300 manat olan 1 ədəd elektrikli hava çəkəni (aspirator), qiyməti 50 manat olan 1 ədəd divar saatını, evin otağında qiyməti 20 manat olan qaz balonu, evin otaqlarına vurulmuş 50 metr uzunluğunda ümumi qiyməti 200 manat olan elektrik naqillərini, qiyməti 50 manat olan 1 ədəd qapının dəmir dəstəyini, ümumi qiyməti 100 manat olan 2 ədəd krosnoy aparatını, evin hamamından qiyməti 40 manat olan 1 ədəd aliminium nəfəsliyi, qiyməti 80 manat olan 1 ədəd plastik hamam qapısını, Zərərçəkmiş şəxs məxsus ümumilikdə 1740 (min yeddi yüz qırx) manat qiymətində özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, ## ######## 2025-ci il tarixdə gecə saat 23:30 radələrində Lənkəran rayonu Göyşaban kəndində təkrar oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək, Zərərçəkmiş şəxs məxsus Lənkəran rayonu Göyşaban kəndində yerləşən yaşayış sahəsi hesab edilən evin həyətinə, daha sonra evin plastik qapısını açmaqla evə qanunsuz daxil olaraq evdə mətbəxdən qiyməti 500 manat olan 1 ədəd “LG” markalı paltaryuyan maşının içərisini, qiyməti 400 manat olan 1 ədəd İran istehsalı olan qaz sobasını, hamamda quraşdırılmış qiyməti 100 manat olan su qızdırcısını (piyatminutka), ümumi qiyməti 150 manat olan 3 ədəd əl üz yuyan çanaqların kranlarını, otaqdan qiyməti 40 manat olan 1 ədəd dəmir əl arabasını, ümumi qiyməti 100 manat olan çəkic, kəlbətin, mişar, dəmir kəsən alət, qaz açar dəstini, qiyməti 150 manat olan 1 ədəd tozsovuranı , mətbəxdən qiyməti 200 manat olan dörd plitəli qaz sobasını, həyətdən qiyməti 250 manat olan 1 ədəd dəmir qapını, Zərərçəkmiş şəxs məxsus ümumilikdə 1890 (min səkkiz yüz doxsan) manat qiymətində özgənin əmlakını təkrar yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, ## ###### 2025-ci il tarixli amnistiya aktının müvafiq bəndinin Lənkəran Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş cəzaya tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 67.1-ci maddəsinə əsasən Lənkəran Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 06 ay 09 gün hissəsi hazırkı cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Lənkəran Rayon Məhkəməsinin ##.##.2024cü il tarixli hökmü ilə ona təyin edilmiş cəza və törətdiyi cinayət əməli ## ###### 2025-ci il tarixli amnistiya aktının təsiri altına düşür. Bu hal Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü ilə cəza təyin edilərkən nəzərə alınmamışdır. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edib onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, məhkum edilmiş şəxsin barəsində ## ###### 2025-ci il tarixli amnistiya aktının tətbiq edilməsi üçün əsasların olmadığını göstərib, şikayətin təmin edilməməsini, hökmün isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü isə dəyişdirilməli, amnistiya aktının tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsindən azad edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs apellyasiya şikayətində işin faktiki hallarını və əməlin hüquqi tövsifini deyil, əvvəlki cinayət əməlinə münasibətdə onun barəsində ## ###### 2025-ci il tarixli amnistiya aktının tətbiq edilməməsi ilə bağlı məsələni mübahisələndirmişdir. Məhkəmə kollegiyası hər bir halda Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin düzgünlüyünü yoxlamışdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq оlunmuş sübutlаrlа, yəni təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər şahid3, şahid2 İbrahim qızı, şahid1 ifadələri, ## ######## 2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş fotocədvəllər, DİN KTİ-dən alınmış ## ######## 2025ci il tarixli və ## ####### 2025-ci il tarixli məktublar, “xxxx” MMC-dən alınmış daşınar əşyalarının qiymətləndirmə hesabatı, habelə işdə оlаn digər sübutları nəzərdən keçirib Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsin ittiham olunduğu əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırlmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Təqsirləndirilən şəxs təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Məhkəmə kollegiyası əməlin düzgün olaraq CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CMnin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə almış, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış ##.##.2025-ci il tarixli tələbnamədən, hökmün və qərarın sürətindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli qərarı ilə CM-nin 177.2.4-cü maddəsi hökmdən xaric edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2016-cı il tarixli qərarı ilə CM-nin 177.2.3-cü maddəsinə əsasən təyin edilmiş cəza müddəti 03 il 06 aydan 03 ilə endirilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən üzərində 05 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Qaradağ Rayon Məhkəməsinin ##.##.2019-cü il tarixli qərarı ilə 07 ay 23 gün vaxtından əvvəl şərti azad edilmiş və ##.##.2019-cü ildə cəza müddəti başa çatmışdır. Bundan sonra o, Lənkəran Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2021-ci il tarixli qərarın 4 cü bəndinə əsasən cəzası 06 ay azaldılmış və ##.##.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Daha sonra o, Lənkəran Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 02 il nəqliyyat vasitələrini idarə etmək hüquqndan məhrum edilməklə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Lənkəran rayon Göyşaban kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayış və xasiyyətnamədən, həmçinin nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birgə yaşayır, evlidir, onun himayəsində ##.##.2012-ci il təvəllüdlü Hacıyev İsa Marif oğlu və ##.##.2020-ci il təvəllüdlü X5 adlı iki uşağı vardır və onun barəsində icra nümayəndəliyinə şikayət daxil olmamışdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları isə müəyyən etməmiş, sonuncunu CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilib 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir. Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Məhkəmə bu cəza növünü seçməklə həm işin faktiki hallarını düzgün qiymətləndirmiş, həm də cəzanı yüngülləşdirən halı kifayət qədər nəzərə almış, cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmişdir. Bununla belə, məhkəmə kollegiyası onu xüsusilə vurğulayır ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərinə görə cəza təyin edərkən düzgün nəticəyə gəlsə də, qəti cəzanın müəyyən edilməsi zamanı cinayət qanununun normalarının tətbiqində səhvə yol verilmişdir. Belə ki, iş materiallarının və apellyasiya baxışı zamanı müəyyən edilmiş halların təhlili göstərir ki, məhkumun əvvəlki hökm üzrə çəkilməmiş cəzasının hazırkı hökmlə təyin olunmuş cəzaya hökmlərin məcmusu qaydasında birləşdirilməsi məsələsi əlavə hüquqi qiymətləndirilməni zəruri edir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərarına əsasən Lənkəran ŞRPŞ-nin İB-nin müstəntiqinin qərarı ilə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun haqqında axtarış elan edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, 1(106) **/**** saylı qərarına əsasən ##.##.2025-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçildiyindən və həmin qərara əsasən ##.##.2025-ci il tarixdə həbsə alındığından, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli ##.##.2025-ci il tarixdən hesablanmışdır. Cəzanın əvvəli ##.##.2025, sonu isə ##.##.2027-ci il tarixə kimidir. Məhkum Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixli Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı PMdən yol vərəqəsinə əsasən ##.##.2025-ci il tarixdə ** saylı MTCM-yə keçirilmiş və müəssisənin qeydiyyatına alınmışdır. Hazırkı cinayət işi üzrə birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Lənkəran Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 06 ay 09 gün müddətə azadlıqdan məhrum etmə əsas cəzasının qismən və 02 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzasının tam olaraq hazırkı hökmlə təyin edilmiş cəza ilə birləşdirilməklə ona qəti olaraq 02 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair yekun nəticəyə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin qəti cəzanı müəyyən edərkən istinad etdiyi əvvəlki hökm üzrə məhkumun hüquqi vəziyyətini və ##.##.2025-ci il tarixli amnistiya aktının müddəalarını təhlil edərək hesab edir ki, həmin hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin hazırkı hökm üzrə təyin edilmiş cəza ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən birləşdirilməsi üçün hüquqi əsas mövcud olmamışdır. Belə ki, «“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan şəxslərdən başqa, bu Qərarın 2.1-ci bəndində nəzərdə tutulan şəxslərdən başqa, ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzadan azad edilsinlər (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Göründüyü kimi, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl ehtiyatsızlıqdan törədilən cinayət olmaqla, həmin hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti də amnistiya aktının 2.2-ci bəndində müəyyən edilmiş beş il həddini aşmamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd olunan amnistiya aktının 6-cı hissəsində göstərilən məhdudiyyətlər mövcud olmasına dair məlumat müəyyən edilməmişdir. Bununla yanaşı, sözügedən amnistiya aktının 9-cu bəndinə əsasən bu Qərarın 1–3-cü hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş, həmçinin həmin tarixədək qüvvəyə minmiş məhkəmə qərarları əsasında cəza təyin edilmiş və ya şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti olaraq vaxtından əvvəl azad edilmiş, habelə bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiya aktı qəbul edildikdən sonra qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş şəxslər barəsində tətbiq edilir. Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli hökmü də amnistiya aktı qüvvəyə minənədək çıxarılmış və qanuni qüvvəyə minmiş hökm olduğundan, həmin hökm üzrə təyin edilmiş cəza birbaşa amnistiya aktının təsir dairəsinə düşmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, amnistiya aktının hüquqi mahiyyəti və məzmunundan irəli gələrək, onun tətbiq edilməli olduğu hallar müəyyən edildikdən sonra həmin aktın tətbiqi məcburi xarakter daşıyır və məhkəmə tərəfindən nəzərə alınmalıdır. Belə olan halda, kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə təyin edilmiş cəzasının amnistiya aktının tətbiqi nəticəsində aradan qalxmalı olan hissəsi sonradan başqa bir hökm üzrə təyin edilmiş cəza ilə hökmlərin məcmusu qaydasında birləşdirilmə predmeti ola bilməzdi. Çünki Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tətbiqi üçün zəruri şərt əvvəlki hökm üzrə icra edilməmiş və hüquqi qüvvəsini saxlayan cəzanın mövcud olmasıdır. Amnistiya aktının tətbiqi nəticəsində şəxsin həmin cəzadan azad edilməli olduğu müəyyən edildiyi halda isə belə hüquqi əsas artıq mövcud hesab edilə bilməz. Kollegiya, həmçinin hesab edir ki, qeyd olunan vəziyyətdə amnistiya aktının 15-ci bəndində nəzərdə tutulmuş məhdudiyyətlərin tətbiqi üçün də əsaslar yoxdur. Belə ki, ## ###### 2025-ci il tarixli amnistiya aktının 15-ci bəndinə əsasən cinayətlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsində ittiham olunan şəxsin, eləcə də cinayətlərin və ya hökmlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsinə görə məhkum edilmiş şəxsin müvafiq olaraq ittiham və ya məhkum edildiyi cinayətlərdən birinə görə amnistiyanın tətbiqi bu Qərarın müddəaları ilə məhdudlaşdırılmışdırsa, ona amnistiya tətbiq edilmir. Göründüyü kimi, həmin bənd cinayətlərin məcmusu və ya hökmlərin məcmusu üzrə bir neçə cinayətə görə məsuliyyət daşıyan şəxslərə amnistiyanın tətbiqi məsələsini tənzimləyərək, məhkum olunduğu cinayətlərdən hər hansı biri amnistiya aktının təsir dairəsindən kənarda qaldıqda amnistiyanın tətbiq edilməməsini nəzərdə tutur. Lakin hazırkı iş üzrə söhbət amnistiya aktının qəbulundan əvvəl mövcud olan cinayətlərin və ya hökmlərin məcmusu üzrə hüquqi vəziyyətin qiymətləndirilməsindən getmir. Əksinə, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair hökm amnistiya aktı qüvvəyə minənədək çıxarılmış və qanuni qüvvəyə minmiş, hazırkı cinayət işi üzrə hökm isə amnistiya aktı qüvvəyə mindikdən sonra - ##.##.2026-cı il tarixdə qəbul edilmişdir. Buna görə də, amnistiya aktının qəbul edildiyi tarixə mövcud olan hüquqi vəziyyət yalnız əvvəlki hökm üzrə təyin edilmiş cəza ilə bağlı olmuşdur və həmin cəzanın amnistiya aktının 2.2 və 9-cu bəndlərinin tələblərinə uyğun olaraq qiymətləndirilməsi zəruri olmuşdur. Başqa sözlə, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilməsi amnistiya aktının qüvvəyə minməsindən sonra baş verdiyindən, həmin cinayətə görə amnistiyanın tətbiq olunub-olunmaması məsələsi ilə əvvəlki hökm üzrə amnistiyanın tətbiqi məsələsi eyni hüquqi müstəvidə qiymətləndirilə bilməz. Əks yanaşma amnistiya aktının 9-cu bəndi ilə amnistiya tətbiq edilməli olan şəxslərə verilmiş hüququ faktiki olaraq aradan qaldırmış olardı. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzası amnistiya aktının 2.2-ci bəndinin təsiri altına düşdüyündən həmin cəzadan azad edilməli olduğu halda, birinci instansiya məhkəməsi həmin cəzanın çəkilməmiş hissəsini Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza ilə birləşdirməklə cinayət qanununun tətbiqində səhvə yol vermişdir. Odur ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilməli, «“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilməli, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Lənkəran Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməsinə dair müddəa xaric edilməli, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Lənkəran Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza tam olaraq hazırki hökmlə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş cəza ilə birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410 və 412ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilsin. «“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)- ***/**** nömrəli hökmü ilə ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsin. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Lənkəran Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməsinə dair müddəa xaric edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Lənkəran Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza tam olaraq hazırki hökmlə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş cəza ilə birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu gündən (azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(3-9)-232/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-232/2026
06.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver