Məhkəmə qərarları › İş №1(3-9)-233/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-233/2026

17.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-233/2026 17.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, bəraət verilmiş şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 İntiqam oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü (hakimlər – Cəlilov Oruc Yusif oğlunun sədrliyi, X2 və X3 ibarət tərkibdə) ilə ## ###### 1991-ci il tarixdə Neftçala rayonu, Xoltəzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, işləməyən, Neftçala rayonu, Xoltəzəkənd kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilmiş və o, Azərbaycan Respublikası adından təqsirsiz hesab edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. İş üzrə maddi sübut olan və Neftçala Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq - 5,694 qram narkotik vasitə olan heroin həmin yerdəmaddi sübutlar otağında saxlanılmışdır. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı şübhəli şəxsin üzərində yoxlama ilə bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmışdır. İş üzrə olan məhkəmə xərclərinin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilmişdir. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxslərin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. İŞİN HALLARI: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə külli miqdarda - 5,794 qram narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, # ######## 2025-ci il tarixdə saat 21:50 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Neftçala rayonun Xoltəzəkənd kəndində yolun kənarında saxlanılıb üzərinə baxış keçirilən zaman əynindəki cins şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli polietilen bükümdə külli miqdarda - 5,794 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsinin qənəatinə görə, # ######## 2025-ci il tarixdə, saat 21 radələrində Neftçala RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələr əldə edib, üzərində saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs Neftçala rayonun Xoltəzəkənd kəndində yaşadığı ünvanda saxlanılmış, sonra polis əməkdaşları tərəfindən o, Neftçala rayonun Xolqarabucaq kəndinin ərazisində yerləşən “Şəhidlər abidəsi” adlanan yerin yaxınlığına gətirilib orada ayaqları qandalla bağlanıb hərəkət etməsi məhdudlaşdırılaraq açıq sahədə kənardan əməliyyat qrupuna daxil olmayan digər polis əməkdaşlarının nəzarəti altında saxlanılmış, daha sonra guya Təqsirləndirilən şəxs həmin yerdə olması barədə əməliyyat məlumatı əldə edilməsi görüntüsü yaradılaraq əməliyyat qrupuna daxil olan polis əməkdaşları videoçəkiliş aparılmaqla həmin yerə gəlib Təqsirləndirilən şəxs bilavasitə “cinayət başında” yaxalamış, sonra onun üzərində yoxlama aparılaraq əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda-5,794 qram narkotik vasitə olan heroinin aşkar edilib götürülmüşdür. Bu səbəbdən Lənkəran Ağır Cinayətlər Məhkəməsi ## ##### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmü ilə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı Dövlət ittihamçısı apelyasiya protesti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-ci il tarixli hökmünün birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsası ilə ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməklə barəsində Cinayət və Cinayət Prosessual Qanunvericiliyin normalarına uyğun yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Protest müəllifi apelyasiya protestini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə külli miqdarda5,794 qram narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, 0# ######## 2025-ci il tarixdə, saat 21:50 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Neftçala rayonun Xoltəzəkənd kəndində yolun kənarında saxlanılıb üzərinə baxış keçirilən zaman əynindəki cins şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli polietilen bükümdə külli miqdarda5,794 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Birinci instansiya məhkəməsində dövlət ittihamçısı kimi iştirak edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məhkəməyə təklif etmişdir. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-ci il tarixli hökmü birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsası ilə ləğv edilməli, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə barəsində Cinayət və Cinayət Prosessual Qanunvericiliyin normalarına uyğun yeni ittiham hökmü çıxarılmalıdır. Buna görə də, məhkəmənin təqsirləndirilən şəxsə bəraət verməsini əsaslandığı sübutlar ayrı-ayrılıqda təhlil edilməklə ittiham tərəfinin sübutları ilə müqayisə aparılmaqla işin faktıki hallarına uyğunluğu müəyyənləşdirilməlidir. Məhkəmə hökmdə göstərmişdir ki, iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Bu baxımdan tədqiq olunmuş sübutları təhlil edib iş üzrə ilkin olaraq dindirilmiş şahidlər şahid2 və İsrail Məmmədovun ifadələri törədilmiş cinayətin (cinayətin predmeti olan heroinin aşkar olunub götürülməsi faktının) baş verməsini təsdiq edən sübutlar kimi qəbul etməklə yanaşı, həm də bu cinayətin Təqsirləndirilən şəxs törətməsini istisna edən sübutlar (əməliyyat-axtarış tədbirinin keçirilməsi müddətində Təqsirləndirilən şəxs ayaqlarına qandal vurulmaqla fiziki qüvvə tətbiq edilməklə saxlanılması nəzərə alınmaqla əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs açıq sahədə saxlanması və bundan sonra onun üzərində yoxlamanın aparılmasına aid hallar üzrə) kimi də qəbul edir. Həmçinin məhkəmə, məhkəmə-fonoskopik ekspertizasının ## #### 2026-cı il tarixli rəyini (Təqsirləndirilən şəxs ayaqlarının topuğa yaxın hissəsində eyniləşdirilməsi mümkün olmayan əşya ilə bir-birinə bağlanmasının təsdiq olunmasını) mötəbər sübut kimi qəbul edərək hesab edir ki, Neftçala RPŞ-nin bir qrup əməkdaşları (əməliyyat qrupuna daxil olan polis əməkdaşları) tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi müddətində Təqsirləndirilən şəxs ayaqlarına qandal vurulmaqla fiziki qüvvə tətbiq edilməklə saxlanılaması faktı təsdiq olunur. Habelə məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsi (üzərində aşkar olunmuş heroini yerdən tapması və şəxsi istifadəsi üçün üzərində saxlaması) məhkəmə tərəfindən tədqiq edilib hüquqi qiymət verilmiş sübutlarla, yəni şahidlər şahid2 və İsrail Məmmədovun ifadələri (verilmiş ittihamda göstərilən cinayətin Təqsirləndirilən şəxs törətməsinə dair göstərilən xüsusatlara aid hallar istisna olunmaqla), habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən əməliyyat-axtarış tədbiri zamanı aparılmış videoçəkilişlə (həmin videoçəkilişə aid videogörüntülərdə Təqsirləndirilən şəxs ayaqları bağlı vəziyyətdə açıq sahədə hərəkətsiz dayanıb kimisə gözləməsi, az sonra polis əməkdaşları gəlib onu tutub avtomobilə tərəf apararkən çətinliklə hərəkət etməsi açıq-aydın müşahidə edilir), məhkəmə-fonoskopik ekspertizasının rəyi ilə və digər iş materialları ilə təsdiq olunduğundan sübut kimi qəbul edir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi 02 və ## ######## 2025-ci il tarixli ifadələri (verilmiş ittihamda göstərilən halları təsdiq etməsinə dair) məhkəmə tərəfindən tədqiq edilib hüquqi qiymət verilmiş sübutlarla, yəni şahidlər şahid2 və İsrail Məmmədovun ifadələri (verilmiş ittihamda göstərilən cinayətin Təqsirləndirilən şəxs törətməsinə dair göstərilən xüsusatlara aid hallar istisna olunmaqla), habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən əməliyyat-axtarış tədbiri zamanı aparılmış videoçəkilişlə (həmin videoçəkilişə aid videogörüntülərdə Təqsirləndirilən şəxs açıq sahədə hərəkətsiz dayanıb kimisə gözləməsi, az sonra polis əməkdaşları gəlib onu tutub avtomobilə tərəf apararkən çətinliklə hərəkət etməsi açıq-aydın müşahidə olunur), məhkəməfonoskopik ekspertizasının rəyi ilə, həm də təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə təkzib olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olmadığından, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin (təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər) müddəaları nəzərə alınaraq sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilməsi üçün qəbul edilmiş və məhkəmədə tədqiq olunmuş sübutları tədqiq edib həmin sübutlara da hüquqi qiymət vermişdir. Belə ki, istintaq orqanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 02 və ## ######## 2025-ci il tarixli ifadələrinə, habelə şahidlər şahid2 və İsrail Məmmədovun ibtidai istintaq zamanı verdikləri ifadələrə əsaslanaraq Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi qənaətinə gələrək ona bu maddə ilə ittiham verilmiş və verilmiş bu ittihamda göstərilir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə külli miqdarda-5,794 qram narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, # ######## 2025-ci il tarixdə, saat 21:50 radələrində Neftçala RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Neftçala rayonun Xoltəzəkənd kəndində yolun kənarında saxlanılıb üzərinə baxış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli polietilen bükümdə külli miqdarda-5,794 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Həmin ittihamda göstərilən hallarla bağlı Təqsirləndirilən şəxs şübhəli şəxs kimi verdiyi ## ######## 2025-ci il tarixli ifadəsində və bu ifadədən olduğu kimi köçürülməklə yazılmış təqsirləndirilən şəxsin ## ######## 2025-ci il tarixli ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə bağlı törətdiyi cinayətə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, (əslində isə o, narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə əlaqədar deyil, CM-nin 188.1, 234.1 və 237.2.3-cü maddələri ilə məhkum olunmuşdur) və cəzasını çəkib qurtardıqdan sonra ## ###### 2023-cü ildə azadlığa çıxmışdır. Həmin vaxtdan sonra o, kənd təsərrüfatı işləri ilə məşğul olub ailəsinə kömək etmiş, həmçinin aradabir narkotik vasitədən istifadə etmişdir. ## ###### 2025-ci il tarixdə, saat 18 radələrində özünə məxsus iribuynuzlu heyvanı Salyan rayonun ərazisində yerləşən mal bazarına aparıb satdıqdan sonra evinə qayıtmaq üçün avtobus dayanacağına gedib orada avtobusun gəlməsini gözləyərkən siqaret çəkmək üçün dayanacağın arxasına keçib cibindən siqaret qutusunu çıxaran vaxt siqaret qutusu əlindən yerə düşmüş və o, aşağı əyilib siqaret qutusunu götürmək istəyərkən dayanacağın sütununun yanında olan bükülü diqqətini cəlb etmiş, narkotik vasitə istifadəçisi olduğu üçün belə bükülülərdə narkotik vasitə olduğunu bildiyindən siqaret qutusu ilə birlikdə həmin bükülünü də oradan götürmüş və bükülünü açıb baxdıqda içərisində heroin olduğunu bilmiş, sonra bükülünü olduğu kimi əynindəki şalvarın sağ yan cibinə qoymuşdur. Evinə gəldikdən sonra tapdığı heroinin bir qədərini su ilə qarışdırıb istifadə etmiş, qalan hissəsini cibinə qoymuşdur. 0# ######## 2025ci il tarixdə, saat 21:50 radələrində Neftçala rayonun Xoltəzəkənd kəndinin ərazisində piyada evinə gedərkən arxadan gələn avtomobil onun yanında dayanmış və avtomobildən 3 nəfər mülki geyimli şəxslər düşüb videoçəkilişlə ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib ona narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu deyib ondan üzərində qanunla qadağan olan hər hansı əşya və ya predmet olub-olmadığını soruşmuş, o da üzərində heroin olduğunu deyib əynindəki şalvarın sağ yan cibindəki bükümü çıxarıb polislərə təqdim edib şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Sonra polis əməkdaşları onun təqdim etdiyi kütləni (heroini) qablaşdırıb götürmüş, bundan sonra onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində protokol tərtib edilmiş, o da həmin protokolu imzalamışdır. Məhkəmə istintaq orqanın bu ittihamın verilməsinə əsaslandığı sübutları (ittihamda göstərilən halları təsdiq edən yeganə sübut kimi təqsirləndirilən şəxsin özünün əleyhinə verdiyi ifadələri və adı çəkilən şahidlərin ifadələri) məhkəmədə tədqiq edib belə nəticəyə gəlir ki, həmin sübutlar kifayət qədər mötəbər hesab edilə bilməz. Belə ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ## ######## 2025-ci il tarixli ifadəsində və bu ifadədən olduğu kimi köçürülməklə yazılmış təqsirləndirilən şəxsin ## ######## 2025ci il tarixli ifadəsində göstərdiyi-“## ###### 2025-ci il tarixdə, saat 18 radələrində avtobus dayanacağında dayanıb avtobus gözləyərkən siqaret çəkmək üçün dayanacağın arxasına keçib cibindən siqaret qutusunu çıxararkən siqaret qutusu əlindən yerə düşməsi və aşağı əyilib siqaret qutusunu götürərkən dayanacağın sütununun yanında olan bükülü diqqətini cəlb etdiyindən və həmin bükülünün içərisində narkotik maddə olmasını bilib bükülünü götürüb açıb baxdıqda içərisində heroin olmasını bilib bükülünü əynindəki şalvarın sağ yan cibinə qoyması, evində tapdığı heroinin bir qədərini su ilə qarışdırıb istifadə etməsi və qalan hissəsini cibinə qoyması, 0# ######## 2025-ci il tarixdə, saat 21:50 radələrində Neftçala rayonun Xoltəzəkənd kəndinin ərazisində piyada evinə gedərkən arxadan gələn avtomobilin onun yanında dayanması və avtomobildən 3 nəfər mülki geyimli şəxslər düşüb videoçəkilişlə ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib ona narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu deyib ondan üzərində qanunla qadağan olan hər hansı əşya və ya predmet olub-olmadığını soruşması, onun da üzərində heroin olduğunu deyib əynindəki şalvarın sağ yan cibindəki bükümü çıxarıb polislərə təqdim edib şəxsi istifadəsi üçün üzərində saxladığını deməsinə” dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən əməliyyat-axtarış tədbiri zamanı aparılmış videoçəkilişlə (həmin videoçəkilişə aid videogörüntülərdə Təqsirləndirilən şəxs açıq sahədə hərəkətsiz dayanıb kimisə gözləməsi, az sonra polis əməkdaşları gəlib onu tutub avtomobilə tərəf apararkən çətinliklə hərəkət etməsi müşahidə olunur), məhkəmə fonoskopik ekspertizasının rəyi (rəyə əsasən Təqsirləndirilən şəxs ayaqlarının topuğa yaxın hissəsində eyniləşdirilməsi mümkün olmayan əşya ilə bir-birinə bağlanmışdır), Neftçala RPŞ nin bir qrup əməkdaşları (əməliyyat qrupuna daxil olan polis əməkdaşları) tərəfindən əməliyyat axtarış tədbirinin keçirilməsi müddətində Təqsirləndirilən şəxs ayaqlarına qandal vurulmaqla fiziki qüvvə tətbiq edilməklə saxlanılması faktının təsdiq olunması, həmçinin təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə (həmin ifadəsində o, göstərir ki, polis əməkdaşları onu yaşadığı ünvanda-evdə tutub qonşu kəndin ərazisinə aparıb orada ayaqlarını qandalla bağlayıb kənardan nəzarət etməklə saxlamış, sonra bir neçə polis əməkdaşı həmin yerə gəlib videoçəkilişlə ona yaxınlaşmış, sonra o, cibindən bir ədəd bükümdə olan heroini (polis əməkdaşlarının əvvəldən cibinə qoyduğu) çıxarıb polislərə təqdim etmişdir), telefon məlumatlarına (əməliyyat qurupuna daxil olan polis əməkdaşları şahid2 və İsrail Məmmədovun istifadə etdikləri mobil telefon nömrələri üzrə əldə olunmuş məlumatlara əsasən 0# ######## 2025ci il tarixdə, saat 20-21 radələrində onlar Neftçala rayounun Xolqarabucaq kəndinin ərazisində olmuşlar) əsasən təkzib olunduğundan, həm də ifadədə göstərilən bir sıra hallar, o cümlədən heroini tapması, piyada hərəkət edərkən məhz saat 21:50 də saxlanması inandırıcı deyil və bu ifadənin formal olaraq yazılmasını ehtiva edir, eyni zamanda Neftçala RPŞ-nin bir qrup əməkdaşları (əməliyyat qrupuna daxil olan polis əməkdaşları) tərəfindən əməliyyat-axtarış tədbirinin 0# ######## 2025-ci il tarixdə, saat 21:50 də Neftçala rayonun Xoltəzəkənd kəndinin ərazisində keçirilməklə Təqsirləndirilən şəxs piyada hərəkət edərkən saxlanmasına dair göstərilənləri də həqiqət kimi qəbul etmək mümkün deyil. Əksinə yuxarıda adları göstərilən sübutlarla tam təsdiq olunur ki, Təqsirləndirilən şəxs ayaqlarına qandal vurulmaqla fiziki qüvvə tətbiq edilməklə saxlanıldıqdan sonra onun guya ittihamda göstərilən qaydada saxlanması rəsmiləşdirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs 02 və ## ######## 2025-ci il tarixli ifadələrində göstərilən xüsusatların nə birbaşa, nə də dolayısı ilə təsdiq edən digər sübutların mövcud olmamasını nəzərə alaraq hesab edir ki, CPM-nin 126.6-cı maddəsinin (təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər) müddəalarına əsasən Təqsirləndirilən şəxs 02 və ## ######## 2025-ci il tarixli ifadələrində göstərilən hallar inandırıcı (ağlabatan) və mötəbər sübut kimi qəbul edilə bilməz və məhkəmə bu xüsusatları tam formal xarakterli mülahizələr kimi qiymətləndirir. Həmçinin şahidlər şahid2 və İsrail Məmmədovun ifadələrində göstərilən hallar, yəni “Təqsirləndirilən şəxs narkotik maddələr əldə edib üzərində saxlamaqla daşıması barədə əməliyyat məlumatının daxil olması, 0# ######## 2025-ci il tarixdə, saat 21 radələrində Neftçala rayonun Xoltəzəkənd kəndinin ərazisində videoçəkilişlə əməliyyat-axtarış tədbiri keçirilməsi Təqsirləndirilən şəxs piyada hərəkətdə olarkən saxlanılması, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiqin göstərilməməsi və ayaqlarının qandalla bağlanmaması, onun üzərinə polis əməkdaşları tərəfindən içərisində heroin olan büküm qoyulmaması və bununla bağlı Təqsirləndirilən şəxs dedikləri yalan olmasına” dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən əməliyyat-axtarış tədbiri zamanı aparılmış videoçəkilişlə (həmin videoçəkilişə aid videogörüntülərdə Təqsirləndirilən şəxs açıq sahədə hərəkətsiz dayanıb kimisə gözləməsi, az sonra polis əməkdaşları gəlib onu tutub avtomobilə tərəf apararkən çətinliklə hərəkət etməsi müşahidə olunur), məhkəməfonoskopik ekspertizasının rəyi (həmin rəyə əsasən Təqsirləndirilən şəxs ayaqlarının topuğa yaxın hissəsində eyniləşdirilməsi mümkün olmayan əşya ilə bir birinə bağlanmışdır), telefon məlumatları ilə (əməliyyat qurupuna daxil olan polis əməkdaşları şahid2 və İsrail Məmmədovun istifadə etdikləri mobil telefon nömrələri üzrə əldə olunmuş məlumatlara əsasən 0# ######## 2025-ci il tarixdə, saat 20-21 radələrində onlar Neftçala rayounun Xolqarabucaq kəndinin ərazisində olmuşlar), eləcə də təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə tam təkzib olunduğundan məhkəmə şahidlər şahid2 və İsrail Məmmədovun ifadələrində yuxarıda göstərilən xüsusatları sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bu Qərarının 30 və 31-ci bəndlərində verilən izaha əsaslanaraq məhkəmə hesab edir ki, iş üzrə Neftçala RPŞ-nin əməkdaşının 0# ######## 2025-ci il tarixli “Raport”unda, habelə “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, üzərinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 0# ######## 2025-ci il tarixli protokol və əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı aparılmış videoçəkilişdə göstərilən hallar, yəni Neftçala rayonun Xoltəzəkənd kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və dışıması barədə əməliyyat məlumatın mövcüd olması inandırıcı deyil və belə qənaətə gəlmək olar ki, formal olaraq belə məzmunlu “Raport” yazılmaqla 0# ######## 2025-ci il tarixdə, saat 21:50-də Neftçala RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri keçirilərək Təqsirləndirilən şəxsyaşadığı ünvandasaxlanılmış, sonra başqabir ünvanaaparılıb orada ayaqları qandalla bağlanıb hərəkət etməsi məhdudlaşdırılaraq açıq sahədə kənardan əməliyyat qrupuna daxil olmayan digər polis əməkdaşlarının nəzarəti altında saxlanılması, daha sonra guya Təqsirləndirilən şəxs həmin yerdə olması barədə əməliyyat məlumatı əldə edilməsi görüntüsü yaradılaraq əməliyyat qrupuna daxil olan polis əməkdaşları videoçəkiliş aparılmaqla həmin yerə gəlib Təqsirləndirilən şəxs bilavasitə “cinayət başında” yaxalayıb üzərində yoxlama aparılıb əynindəki şalvarın cibindən bir ədəd bükümdə külli miqdarda narkotik vasitə olan heroin aşkar edilib götürülməsini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs üzərində yoxlamanın nəticələri müəyyən qanun pozuntuları ilə müşayiət olunmaqla əldə edildiyindən Neftçala RPŞ-nin əməkdaşının “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, üzərinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 0# ######## 2025-ci il tarixli protokol və əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı aparılmış videoçəkiliş ittiham yönümlü sübut kimi qəbul edilə bilməz. Məhkəmədə tədqiq olunan əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı videoçəkilişlə müəyyən edilir ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ayaqları bağlanmış vəziyyətdə saxlanıb sonra müəyyən təzyiqlər (Təqsirləndirilən şəxs ayaqlarının qandalla bağlı olması ona qarşı təzyiqlər kimi qiymətləndirilib) altında üzərində yoxlama aparılmağa başlanmışdır ki, məhkəmə həmin halı Təqsirləndirilən şəxs iradəsini qırmaqla müşayiət olunan hal kimi qiymətləndirir və hesab edir ki, polis əməkdaşları tərəfindən göstərilən bu vəziyyət əvvəlcədən təşkil edilib həyata keçirilməklə Təqsirləndirilən şəxs üzərində yoxlama aparılıb üzərindən narkotik maddə aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı müəyyən edilmiş obyektiv həqiqət ondan ibarət olmuşdur ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda qeyd olunan qaydada saxlanılıb üzərində yoxlama aparılmamış, onun üzərində keçirilmiş yoxlama psixi və fiziki təsirlər altında aparılmışdır. Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının və digər qanunvericlik aktlarının tələblərinə əsasən təhqiqat orqanın əməkdaşları keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılıb üzərində videoçəkilişlə yoxlamanı tam əvvəldən olmaqla icra etməli olduğu halda bunu etməmiş, polis əməkdaşları onu yaşadığı evdə saxlasa da, o, saxlandığı ərazidən başqa əraziyə aparılıb orada ayaqları qandalla bağlanıb hərəkət etməsi məhdudlaşdırılaraq açıq sahədə saxlanılıb guya onun həmin yerdə olması barədə əməliyyat məlumatı əldə edilməsi görüntüsü yaradılaraq videoçəkiliş aparılmaqla həmin yerə bir neçə polis əməkdaşları gəlib onu bilavasitə “cinayət başında” yaxalamış, sonra onun üzərində yoxlama aparılaraq əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda-5,794 qram narkotik vasitə olan heroinin aşkar edilib götürülmüşdür ki, məhkəmə həmin narkotik vasitənin onun üzərinə qoyulması şübhəsi nəzərə alınaraq yalnız onu saxladıqdan bir müddət sonra yuxarıda qeyd olunan qaydada, yəni əvvəlcədən hazırlanmış saxta əməliyyat-axtarış keçirilməklə üzərində yoxlama aparılmışdır. İbtidai istintaq zamanı ifadə verən Təqsirləndirilən şəxs ona ## ######## 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan'edilmiş ittiham üzrə özünü təqsirli bilərək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə əlaqədar törətdiyi cinayətə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını çəkib qurtardıqdan sonra yəni, 2023-cü ilin avqust ayının 12-də azadlığa çıxmışdır. Həmin vaxtdan sonra kənd təsərrüfatı ilə məşğul olaraq ailəsinə kömək edirmiş. Arada narkotik vasitə, də istifadə edirmiş. ## ###### 2025-ci il tarixdə saat təxminən 18 radələrində özünə məxsus iribuynuzlu heyvanı Salyan rayonu ərazisində yerləşən mal bazarına aparıb satdıqdan sonra evinə qayıtmaq üçün avtobus dayanacağına getmişdir. Avtobusun gəlməsini gözləyərkən siqaret çəkmək üçün dayanacağın arxasına keçmiş və cibindən siqaret qutusunu çıxartmışdır. Bu zaman siqaret qutusu əlindən yerə düşmüşdür. O aşağı əyilib siqaret qutusunu götürmək istəyərkən dayanacağın sütunun yanında olan bükülü diqqətini cəlb etmişdir. Özü narkotik vasitə istifadəçisi olduğu üçün həmin bükülülərdə daha çox narkotik vasitə olduğunu bilirmiş. Buna görə də siqaret qutusu ilə birlikdə bükülünü də oradan götürmüşdür. Bükülünü açıb içərisinə baxdıqda narkotik vasitə heroin olduğunu bilmişdir. Buna görə də bükülünü olduğu kimi əynindəki şalvarın sağ yan cibinə qoymuşdur. Evinə gəldikdən sonra tapdığı narkotik vasitədən bir qədərini su ilə qarışdırıb istifadə etmiş və həqiqətəndə narkotik vasitə heroin olduğundan əmin olmuşdur. Qalan narkotik vasitəni yenə cibinə qoymuşdur. 0# ######## 2025-ci il tarixdə saat təxminən 21:50 radələrində Neftçala rayonu Xoltəzəkənd kəndi ərazisində piyada evinə gedirmiş. Bu zaman arxadan avtomobil gəldiyini hiss etmişdir. Dayanıb arxaya baxmışdır. Həqiqətəndə avtomobil gəldiyini görmüşdür. Həmin avtomobilin sürücüsündən onu evinin yaxınlığına aparmasını xahiş etmək üçün gözləmişdir. Avtomobil gəlib onun yanında dayanmışdır. Avtomobildən 3 nəfər mülki geyimli şəxslər düşərək videoçəkilişlə ona yaxınlaşmışlar. Özlərini təqdim edərək polis əməkdaşı olduqlarını demişlər. Polislər ona narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər və üzərində qanunla qadağan olan hər hansı əşya və ya predmet olub-olmadığını soruşmuşlar. O da üzərində narkotik vasitə heroin olduğunu demiş və əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindəki bükülünü polislərə təqdim etmişdir. Polis əməkdaşları ondan həmin kütləni hansı məqsədlə üzərində saxladığını soruşmuşlar. O da istifadə etmək üçün üzərində saxladığını demişdir. Polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilmişdir. Üzərindən qanunla qadağan edilən başqa əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşları üzərindən aşkar edilmiş kütləni qablaşdırdıqdan sonra protokol tərtib edilməsi üçün polis şöbəsinə getmişlər. Polis şöbəsində protokol tərtib edilmişdir. O da protokola imza çəkmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuşdur. Ona müdafiəçi təqdim edilmişdir. Hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar edilmiş kütləyə baxış keçirilmiş və üzərində təkrar şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı həmin kütlənin nə olduğunu və hansı məqsədlə üzərində saxladığını soruşmuşdur. O da həmin kütlənin narkotik vasitə heroin olduğunu, istifadə etmək üçün üzərində saxladığını, heç kimə satmadığını demişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin içi boş kağız zərfdə qablaşdırılmış, Zərflər üçün *** saylı möhür ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, polis əməkdaşları, müdafiəçi və o narkotikin aşkar edilməsi ilə bağlı tərtib edilmiş protokola imza çəkmişdir. Bundan başqa, iş üzrə şahid qismində dindirilmiş şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Neftçala RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 0# ######## 2025-ci il tarixdə Neftçala rayonu Xoltəzəkənd kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitəni üzərində gəzdirməsi, istifadə etməsi, həmçinin də satışında şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Tərəfindən təxirəsahnmadan əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin Neftçala RPŞ-nin NMQ əməliyyat müvəkkili İsrail Məmmədov və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Neftçala rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşdürlər. Həmin gün, gecə yəni ##.##.2025-ci il tarixdə, saat 21:50-də Təqsirləndirilən şəxs Neftçala rayonu Xoltəzəkənd kəndi ərazisində piyada getdiyini müşahidə edib ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərində qanunla qadağan edilmiş narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu izahat edərək üzərində qanunla qadağan edilmiş predmet olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu deyərək əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükülünü onlara təqdim etmiş və içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, onun üzərindən əlavə hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Elvinin təqdim etdiyi bükülü açılaraq içərisinə baxılmış, həmin bükülüdə narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin kütlə qablaşdırılar aq *** saylı möhürlə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Polis şöbəsində protokol tərtib edilmiş və aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə ilə birlikdə Təqsirləndirilən şəxs Təhqiqat bölməsinə təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri izah edilmiş və müdafiəçi təyin edilmişdir. RPŞ-nin Növbətçi Hissəsində polis əməkdaşları və müdafiəçi Seymur Abdullayevin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş və aşkar edilmiş kütləyə baxış keçirilmişdir. Aşkar olunmuş büküm açılıb baxıldıqda narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Aşkar edilmiş kütlə aşkar olunduğu bükümdə zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o da həmin protokola imza çəkmişdir. İş üzrə şahid qismində dindirilmiş RPŞ-nin NMQ-nm əməliyyat müvəkkili İsrail Məmmədov şahid şahid2la oxşar məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarından görünrü ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 188.1, 234.1, 237.2.3 və 66.3-cü maddələri ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, ##.##.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, həmçinin cinayət işinin istintaq materiallarında olan verilmiş əməliyyat tapşırığına cavab olaraq Neftçala RPŞ-nin ##.##.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini haradan və kimdən əldə etməsinin müəyyən edilməsi istiqamətində müvafiq əməliyyat tədbirləri həyata keçirilmişdir. Belə ki, Neftçala RPŞ-nin şəxsi heyəti təlimatlandırılmış, polisin digər köməkçi qüvvələrinə müvafiq tapşırıqlar verilmiş, lakin əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini hardan və kimdən əldə etməsi istiqamətində müəyyən işlər görülmüş, lakin istintaqa maraq doğuracaq heç bir məlumat alınmamış, müsbət nəticə əldə edilməmişdir. Bununla yanaşı, keçirilmiş intensiv əməliyyat-axtarış tədbirləri, həmçinin məxfi agentlərdən əldə olunmuş məlumatlara əsasən, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən olunmuşdur. Məhkəmə ## #### 2026-cı il tarixli məhkəmə-fonoskopik ekspertizasının rəyini (Təqsirləndirilən şəxs ayaqlarının topuğa yaxın hissəsində eyniləşdirilməsi mümkün olmayan əşya ilə birbirinə bağlanması) mötəbər sübut kimi qəbul edərək ona bəraət vermişdir. Lakin həmin rəyin özündə də, bir boşluq olduğunu nəzərə almamışdır. Çünki həmin videoçəklişə baxanda Təqsirləndirilən şəxs ayaqlarının bağlı olması bilinmir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ayağının boz rəngli qandalla bağlandığını bildirir, videoçəklişə baxan zaman onun üzərində olan şalvarın elə boz rəngli olması müəyyən edilir. Buradan da, belə məlum olur ki, ekspertiza və məhkəmə yalnız müdafiə tərəfinin irəli sürdüyü fikirləri əsas götürmüşdür. Məhkəmə həmçinin hökmündə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ayaqları bağlanmış vəziyyətdə saxlanıb sonra müəyyən təzyiqlər altında üzərində yoxlama aparılmağa başlanmışdır ki, məhkəmə həmin halı Təqsirləndirilən şəxs iradəsini qırmaqla müşayiət olunan hal kimi qiymətləndirmiş və hesab etmişdir ki, polis əməkdaşları tərəfindən göstərilən bu vəziyyət əvvəlcədən təşkil edilib həyata keçirilməklə Təqsirləndirilən şəxs üzərində yoxlama aparılıb üzərindən narkotik maddə aşkar edilib götürülmüşdür. Ancaq əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı videoçəkilişlə baxdıqda polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir təzyiqin olmaması və ##.##.2025-ci il tarixdə, saat 21:50-də Təqsirləndirilən şəxs Neftçala rayonu, Xoltəzəkənd kəndi ərazisində piyada getdiyini müşahidə edildikdən sonra ona yaxınlaşaraq özlərini təqdim etdikləri və ona üzərində qanunla qadağan edilmiş narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirilərək, üzərində qanunla qadağan edilmiş predmet olub-olmadığını soruşulduğu, Təqsirləndirilən şəxs isə üzərində narkotik vasitə olduğunu deyərək əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükülünü onlara təqdim etdiyi müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Hazırki iş üzrə məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ndə nəzərdə tutulmuş cinayəti törədib-törətməməsi ilə bağlı cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmiş, təqsirləndirilən şəxsin ona istinad olunan cinayəti törətməsi ilə bağlı sübutları bir-biri ilə düzgün müqayisə etməmişdir ki, nəticədə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 353.2.2-353.2.5-cı maddələrinə əsasən ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri, ittihamın bir hissəsi əsassız hesab edildikdə bunun əsasları, təqsirli şəxsin hərəkətlərinin tövsifi məhkəmə tərəfindən dəyişdirildikdə bunun motivləri göstərilməlidir. Hazırkı hökmdə isə məhkəmə iş üzrə toplanmış məhkəmədə tədqiq edilmiş obyektiv sübutları qəbul etməməsinin motivlərini göstərməmiş, tədqiq olunan sübutları düzgün qiymətləndirməmiş, təqsirləndirilən şəxsə CM-in 234.4.3-cü maddəsi ilə bəraət verməsinin motivlərini kifayət qədər əsaslandırmamış və iş üzrə qeyri-obyektiv nəticəyə gəlmişdir. Bundan başqa, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Həmin qərarda həmçinin göstərilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. CPM-in 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün üçün əsasdır. Azərbaycan Respublikası CPM-in 399.1.4-cü maddəsinə əsasən cinayət qanunun normasının düzgün tətbiq olunmaması birinci instansiya məhkəməsinin hökm və qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 401.2 və 401.2.2-ci maddələrinə əsasən isə birinci instansiya məhkəməsi onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almadıqda məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir. CPM-in 401.1, 401.1.1 və 401.1.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökmü ləğv edilməlidir. CPM-in 403-cü maddəsinə əsasən tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməməli olan cinayət qanunu normasının tətbiq edilməsi, həmçinin cinayət qanunu normasını düzgün şərh edilməməsi birinci instansiya məhkəməsinin hökmünün və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Odur ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-ci il tarixli hökmü birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsası ilə ləğv edilməli, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə barəsində Cinayət və Cinayət Prosessual Qanunvericiliyin normalarına uyğun yeni ittiham hökmü çıxarılmalıdır. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya instansiyasının məhkəmə baxışında: Dövlət itihamçısı Elnar Hüseynov apellyasiya protestini müdafiə edib, protestin dəlillərinə uyğun çıxış edərək, apelyasiya protestinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Bəraət verilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya protestinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Müdafiəçi müdafiəçi1 apellyasiya protesinə etiraz edərək protestin əsassız olduğunu, buna görə də, apellyasiya protestinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-in: 397.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparılmadan cinayət işinin materiallarını apelyasiya protestinin dəlilləri ilə qarşılıqlı şəkildə araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya protesti təmin olunmadan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmündən görünür ki, məhkəmə ibtidai istintaq orqanı tərəfindən təqdim olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirli olmasının təsdiq olunmamasına görə sonuncuya həmin maddə ilə bəraət verilməsinə dair yekun nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin hökmündə tədqiq olunmuş sübutlar, o cümlədən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və şahidlər - Neftçala RPŞ-nin əməkdaşları olan şahid2 və İ.Məmmədovun ifadələri, eləcə də ekspert rəyləri və digər sübutlar (o cümlədən əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, üzərinə baxış keçirilməsi və əşyaların götürülməsini əks etdirən videogörüntü, eləcə də təqsirləndirilən şəxs və şahid polis əməkdaşlarına məxsus mobil telefonların anten dairələrinə dair məlumatlar və s.) ətraflı şəkildə təsvir olunduğundan məhkəmə kollegiyası prosessual qənaət prinsipi və məhkəmə aktlarının səmərəliliyi baxımından həmin sübutların yenidən geniş şəkildə təsvirinə ehtiyac görmür. Birinci instansiya məhkəməsinin yekun qənaətinə görə Neftçala RPŞ-nin polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilmiş ittihamda qeyd olunan qaydada saxlanılıb üzərində yoxlama aparılmamış, onun üzərində keçirilmiş yoxlama psixi və fiziki təsirlər altında aparılmışdır. Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının və digər qanunvericlik aktlarının tələblərinə əsasən təhqiqat orqanın əməkdaşları keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılıb üzərində videoçəkilişlə yoxlamanı tam əvvəldən olmaqla icra etməli olduğu halda bunu etməmiş, polis əməkdaşları onu yaşadığı evdə saxlasa da, o, saxlandığı ərazidən bir neçə saat sonra başqa əraziyə aparılıb orada ayaqları qandalla bağlanıb hərəkət etməsi məhdudlaşdırılaraq açıq sahədə saxlanılıb guya onun həmin yerdə olması barədə əməliyyat məlumatı əldə edilməsi görüntüsü yaradılaraq videoçəkiliş aparılmaqla həmin yerə bir neçə polis əməkdaşları gəlib onu bilavasitə “cinayət başında” yaxalamış, sonra onun üzərində yoxlama aparılaraq əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda - 5,794 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür ki, məhkəmə həmin narkotik vasitənin onun üzərinə qoyulması şübhəsi nəzərə alınaraq yalnız onu saxladıqdan bir müddət sonra yuxarıda qeyd olunan qaydada, yəni əvvəlcədən hazırlanmış saxta əməliyyat-axtarış keçirilməklə üzərində yoxlama aparılmışdır. Birinci instansiya məhkəməsində tədqiq olunmuş “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi” ilə bağlı aparılmış videoçəkilişlə müəyyən edilmişdir ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ayaqları bağlanmış vəziyyətdə saxlanılıb sonra müəyyən təzyiqlər (Təqsirləndirilən şəxs ayaqlarının qandalla bağlı olması ona qarşı təzyiq kimi qiymətləndirilib) altında üzərində yoxlama aparılmağa başlanmışdır ki, məhkəmə də həmin halı Təqsirləndirilən şəxs iradəsini qırmaqla müşayiət olunan hal kimi qiymətləndirmiş və hesab etmişdir ki, polis əməkdaşları tərəfindən göstərilən bu vəziyyət əvvəlcədən təşkil edilib həyata keçirilməklə Təqsirləndirilən şəxs üzərində yoxlama aparılıb üzərindən narkotik maddə aşkar edilib götürülmüşdür. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, iş üzrə Neftçala RPŞ-nin əməkdaşının # ######## 2025-ci il tarixli “Raport”unda, habelə “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, üzərinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” # ######## 2025-ci il tarixli protokol və əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı aparılmış videoçəkilişdə göstərilən hallar, yəni Neftçala rayonun Xoltəzəkənd kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və dışıması barədə əməliyyat məlumatın mövcüd olması inandırıcı deyil və belə qənaətə gəlmək olar ki, formal olaraq belə məzmunlu “Raport” yazılmaqla # ######## 2025-ci il tarixdə, saat 21:50-də Neftçala RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri keçirilərək Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxlanılmış, sonra başqa bir ünvana aparılıb orada ayaqları qandalla bağlanıb hərəkət etməsi məhdudlaşdırılaraq açıq sahədə kənardan əməliyyat qrupuna daxil olmayan digər polis əməkdaşlarının nəzarəti altında saxlanılması, daha sonra guya Təqsirləndirilən şəxs həmin yerdə olması barədə əməliyyat məlumatı əldə edilməsi görüntüsü yaradılaraq əməliyyat qrupuna daxil olan polis əməkdaşları videoçəkiliş aparılmaqla həmin yerə gəlib Təqsirləndirilən şəxs bilavasitə “cinayət başında” yaxalayıb üzərində yoxlama aparılıb əynindəki şalvarın cibindən bir ədəd bükümdə külli miqdarda narkotik vasitə olan heroin aşkar edilib götürülməsi əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs üzərində yoxlamanın nəticələri müəyyən qanun pozuntuları ilə müşayiət olunmaqla əldə edildiyindən Neftçala RPŞ-nin əməkdaşının “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, üzərinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” # ######## 2025-ci il tarixli protokol və əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı aparılmış videoçəkiliş ittihamyönümlü sübut kimi qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi haqlı olaraq öz mövqeyinin təsdiqi kimi “Sakit Zayidov Azərbaycana qarşı” iş üzrə Avropa Məhkəməsinin məlum qərarına istinad etmişdir. Belə ki, həmin qərarın məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığı məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun “qoyulması” ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini qanuni və əsaslı sayır və hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi cinayət təqibi orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilməsi üçün qəbul edilmiş və məhkəmədə tədqiq olunmuş sübutları tədqiq edib həmin sübutlara düzgün huquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iş üzrə dindirilmiş şahidlərin ifadələrini törədilmiş cinayət hadisəsinin, yəni CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin baş verməsini təsdiq edən sübutlar kimi qəbul etməklə yanaşı, həm də bu cinayətin törədilməsində Təqsirləndirilən şəxs iştirakını istisna edən sübutlar kimi də qəbul etmişdir. Belə ki, hazırki iş üzrə birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittihamda göstərilən CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tam təkzib olunur. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində göstərilən cinayəti törətməsini təsdiq edən sübutların mövcud olmamasına, habelə həmin ittihamın iş materiallarında olan sübutlarla təkzib olunmasına baxmayaraq ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq ona CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmiş, eləcə də məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi təsdiq olunmur. Məhkəmə kollegiyası “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, üzərinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” # ######## 2025-ci il tarixli protokolu və videogörüntüləri bir daha tədqiq edərək aşağıdakı aşkar qanun pozuntularının qeyd olunmasını zəruri hesab edir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilkin olaraq yaşadığı evdə saxlanıldığı, lakin bir neçə saat sonra başqa əraziyə aparıldığı halda həmin ərazidə guya əməliyyat məlumatı əsasında aşkarlanaraq “cinayət başında” tutulması barədə rəsmiləşdirilmiş versiya hadisələrin təbii gedişinə uyğun gəlmir. Əgər şəxs (hazırkı halda Təqsirləndirilən şəxs) artıq polis nəzarəti altında olubsa, onun sonradan başqa yerdə aşkar edilməsi barədə görüntünün yaradılması sübutların əldə olunmasının qanuniliyinə dair ciddi şübhə yaradır. Videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs ayaqları əvvəlcədən bağlanmış vəziyyətdədir və o, sərbəst hərəkət edə bilmir. Bu hal onun polis əməkdaşları tərəfindən artıq qabaqcadan faktiki saxlanıldığını göstərir. Belə olan halda polis əməkdaşlarının sonradan hadisə yerinə gələrək onu “aşkarlaması” və “cinayət başında yaxalaması” real vəziyyəti deyil, əvvəlcədən hazırlanmış ssenarini əks etdirə bilər. Təqsirləndirilən şəxs ayaqlarının bağlı olması onun həmin yerə öz iradəsi ilə gəlməsi və ya orada sərbəst şəkildə olması ehtimalını aradan qaldırır. Videogörüntüdə Elvinin yeriməkdə çətinlik çəkməsi və polis əməkdaşının ona hərəkət etmək üçün kömək göstərməsi onun hadisə yerində sərbəst vəziyyətdə olmadığını təsdiqləyir. Bu isə onun üzərində narkotik vasitənin məhz həmin yerdə aşkar olunması barədə rəsmi versiyanın etibarlılığına kölgə salır. Videogörüntüdə Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının və ya şəxsi axtarışının yalnız müəyyən hissəsinin çəkilməsi, ayaqqabıların və corabların yoxlanılmaması, aşağı ətrafların tam şəkildə görüntüyə alınmaması onun üstünün yoxlanılmasının, axtarışın tam, hərtərəfli və fasiləsiz aparılması ilə bağlı ciddi şübhələr yaradır. Həqiqətən təxirəsalınmaz və obyektiv axtarış aparıldığı halda şəxsin bütün üstü, o cümlədən ayaqqabı və corabları da yoxlanılmalı, proses bütöv şəkildə qeydə alınmalı idi. Təcrübədə videoyazının məqsədi sübutların əldə edilməsinin şəffaflığını təmin etməkdir. Lakin videogörüntüdə Təqsirləndirilən şəxs ayaqlarının artıq bağlı vəziyyətdə olması, həmin yerə necə gətirilməsinin əks olunmaması, axtarışın bütün mərhələlərinin tam qeydə alınmaması sübutların əldə olunması prosesinin fasiləsiz müşahidəsinə imkan vermir. Bu isə narkotik vasitənin həqiqətən Elvinin üzərində olub-olmaması barədə əsaslı şübhələr doğurur. Cinayət prosesində təqsirləndirilən şəxsin təqsiri ehtimallarla deyil, mötəbər və birbirini tamamlayan sübutlarla təsdiq edilməlidir. Təqsirləndirilən şəxs əvvəlcədən saxlanılması, başqa əraziyə aparılması, ayaqlarının bağlı vəziyyətdə videoya çəkilməsi və üst axtarışının tam əks etdirilməməsi aşkar edilmiş heroinin məhz onun üzərindən və göstərilən şəraitdə götürülməsinə dair əsaslı şübhələr yaradır. Bu cür aradan qaldırılmayan şübhələr isə təqsirləndirilən şəxsin ziyanına şərh edilə bilməz. Yuxarıda sadalanan faktlar birlikdə qiymətləndirildikdə belə nəticəyə gəlmək olar ki, videogörüntülər Təqsirləndirilən şəxs həqiqətən “cinayət başında” tutulduğunu deyil, onun əvvəlcədən polis nəzarəti altında saxlanıldıqdan sonra hadisənin sonradan rəsmiləşdirilməsi görüntüsünü yaratdığını göstərir və buna görə də axtarışın, baxışın, şəxsin üstünün yoxlanılmasının və əldə edilmiş maddi sübutun etibarlılığı ciddi şəkildə şübhə altına düşür. Bununla yanaşı, məhkəmə kollegiyası iş materiallarını verilmiş apellyasiya protestinin dəlilləri ilə qarşılıqlı surətdə yoxlayaraq həm də aşağıdakıları qeyd edir. Belə ki, apellyasiya protestində müəllif qeyd edir ki, birinci instansiya məhkəməsi ## #### 2026-cı il tarixli məhkəmə-fonoskopik ekspertizasının rəyini (Təqsirləndirilən şəxs ayaqlarının topuğa yaxın hissəsində eyniləşdirilməsi mümkün olmayan əşya ilə birbirinə bağlanması) mötəbər sübut kimi qəbul edərək ona bəraət vermişdir. Lakin həmin rəyin özündə də, bir boşluq olduğunu nəzərə almamışdır. Çünki həmin videoçəklişə baxanda Təqsirləndirilən şəxs ayaqlarının bağlı olması bilinmir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ayağının boz rəngli qandalla bağlandığını bildirir, videoçəklişə baxan zaman onun üzərində olan şalvarın elə boz rəngli olması müəyyən edilir. Buradan da, belə məlum olur ki, ekspertiza və məhkəmə yalnız müdafiə tərəfinin irəli sürdüyü fikirləri əsas götürmüşdür. Lakin bu dəlillərlə razılaşmayaraq apellyasiya kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli məhkəmə-fonoskopik ekspertizasının rəyini mötəbər sübut kimi qəbul etməsi iş materialları ilə uzlaşan və cinayət-prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi prinsiplərinə uyğun olmuşdur. İlk növbədə nəzərə alınmalıdır ki, ekspert qarşısında qoyulmuş sual videoçəkilişdə Təqsirləndirilən şəxs ayaqlarının vəziyyətinin müəyyən edilməsi ilə bağlı olmuş və ekspert xüsusi biliklərdən istifadə etməklə videomaterialı tədqiq etmişdir. Ekspertiza nəticəsində Təqsirləndirilən şəxs ayaqlarının topuğa yaxın hissəsində eyniləşdirilməsi mümkün olmayan əşya ilə bir-birinə bağlanmasının müəyyən edilməsi barədə rəy verilmişdir. Həmin nəticə xüsusi biliklərə əsaslandığından və iş üzrə digər sübutlarla ziddiyyət təşkil etmədiyindən məhkəmənin onu mötəbər sübut kimi qəbul etməsi əsaslı olmuşdur. Ekspertizanın ayaqları bağlayan əşyanın növünü müəyyən edə bilməməsi onun nəticəsini etibarsız etmir. Ekspert qarşısında qoyulmuş məsələ bağlayıcı vasitənin növünü müəyyən etmək deyil, ayaqların bir-birinə bağlanması əlamətlərinin olub-olmamasını müəyyən etmək olmuşdur. Buna görə də, bağlayıcı vasitənin qandal, ip və ya başqa əşya olmasının müəyyən edilməməsi əsas faktın – ayaqların hərəkətini məhdudlaşdıran vasitə ilə birləşdirilməsinin müəyyən edilməsinə mane olmur. Həmçinin videoyazıda Təqsirləndirilən şəxs hərəkətlərinin xarakteri ekspertiza rəyini təsdiq edən əlavə hal kimi çıxış edir. Görüntülərdən onun yeriməkdə çətinlik çəkməsi, addımlarının məhdud olması və polis əməkdaşının ona hərəkət etmək üçün kömək göstərməsi açıq-aşkar müşahidə edilir. Bu hallar ayaqların hərəkətini məhdudlaşdıran fiziki maneənin mövcudluğu ilə uyğunluq təşkil edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ayaqlarının boz rəngli qandalla bağlandığını bildirməsi də ekspertiza rəyi ilə ziddiyyət yaratmır. Əksinə, ekspertin eyniləşdirilməsi mümkün olmayan bağlayıcı əşyanın mövcudluğu barədə nəticəsi ilə həmin izahat bir-birini tamamlayır. Videoçəkilişdə şalvarın da boz rəngdə olması ekspertiza nəticəsini təkzib etmir. Çünki ekspert yalnız rəngə deyil, görüntünün texniki təhlili nəticəsində müəyyən edilən vizual əlamətlərə əsasən rəy vermişdir. Cinayət-prosessual qanunvericiliyə görə heç bir sübutun əvvəlcədən müəyyən edilmiş qüvvəsi yoxdur və hər bir sübut digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Məhkəmə də ekspertiza rəyini təcrid olunmuş şəkildə deyil, videogörüntülər, Təqsirləndirilən şəxs ifadələri və hadisənin digər faktiki halları ilə birlikdə qiymətləndirmişdir. Buna görə də məhkəmənin Təqsirləndirilən şəxs ayaqlarının bağlanması faktını müəyyən edilmiş hal kimi qəbul etməsi sübutların məcmu qiymətləndirilməsi prinsipinə uyğun olmuşdur. Beləliklə, ekspertiza rəyində bağlayıcı vasitənin konkret növünün müəyyən edilməməsi həmin rəyin sübut əhəmiyyətini aradan qaldırmır və məhkəmənin bu rəyə əsaslanaraq nəticəyə gəlməsinin qanuniliyini və əsaslılığını şübhə altına almır. Dövlət ittihamçısı protestin digər dəlillərində qeyd etmişdir ki, məhkəmə həmçinin hökmündə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ayaqları bağlanmış vəziyyətdə saxlanıb sonra müəyyən təzyiqlər altında üzərində yoxlama aparılmağa başlanmışdır ki, məhkəmə həmin halı Təqsirləndirilən şəxs iradəsini qırmaqla müşayiət olunan hal kimi qiymətləndirmiş və hesab etmişdir ki, polis əməkdaşları tərəfindən göstərilən bu vəziyyət əvvəlcədən təşkil edilib həyata keçirilməklə Təqsirləndirilən şəxs üzərində yoxlama aparılıb üzərindən narkotik maddə aşkar edilib götürülmüşdür. Ancaq əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı videoçəkilişlə baxdıqda polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir təzyiqin olmaması və ##.##.2025-ci il tarixdə, saat 21:50-də Təqsirləndirilən şəxs Neftçala rayonu, Xoltəzəkənd kəndi ərazisində piyada getdiyini müşahidə edildikdən sonra ona yaxınlaşaraq özlərini təqdim etdikləri və ona üzərində qanunla qadağan edilmiş narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirilərək, üzərində qanunla qadağan edilmiş predmet olub-olmadığını soruşulduğu, Təqsirləndirilən şəxs isə üzərində narkotik vasitə olduğunu deyərək əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükülünü onlara təqdim etdiyi müəyyən edilir. Protestin bu dəlillərini də qəbul etməyərək məhkəmə kollegiyası aşağıdakıların bir daha qeyd olunmasını zəruri hesab edir. Birinci instansiya məhkəməsinin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs iradəsinin qırılması ilə müşayiət olunan şəraitdə saxlanılması barədə gəldiyi nəticə iş materialları ilə uyğunluq təşkil edir və təkzibedilməz hesab edilə bilməz. İlk növbədə nəzərə alınmalıdır ki, əməliyyat-axtarış tədbirinin videoyazısı hadisənin başlanğıc mərhələsini deyil, yalnız müəyyən hissəsini əks etdirir. Videogörüntülər Təqsirləndirilən şəxs həmin yerə necə gəldiyini, bundan əvvəl harada olduğunu, polis əməkdaşları ilə ilk təmasın hansı şəraitdə baş verdiyini və videoya qədər onunla bağlı hansı hərəkətlərin həyata keçirildiyini göstərmir. Buna görə də, videogörüntülərdə açıq fiziki təzyiq əlamətlərinin görünməməsi ondan əvvəl belə təsirin mövcud olmadığını sübut etmir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki olaraq əvvəlcədən polis nəzarəti altına alınmış, sonradan başqa əraziyə (bu hal təqsirləndirilən şəxsin və polis əməkdaşlarının istifadəsində olmuş mobil telefonlara dair anten məlumatları əsasında öz təsdiqini tapır) aparılmış və ayaqlarının hərəkətini məhdudlaşdıran vəziyyətdə saxlanılmışdır. Hətta videogörüntülərin özündən də onun hərəkət etməkdə çətinlik çəkdiyi, addımlarının məhdud olduğu və polis əməkdaşının ona yerimək üçün kömək göstərdiyi müşahidə edilir. Belə vəziyyətin özü şəxsin sərbəst davranış imkanlarının məhdudlaşdırıldığını göstərən obyektiv haldır. Cinayət prosesində iradənin qırılması anlayışı yalnız fiziki zor tətbiqini deyil, şəxsin özünü tam şəkildə hüquq-mühafizə orqanlarının nəzarəti altında hiss etdiyi, müqavimət göstərmək və ya sərbəst qərar vermək imkanının faktiki olaraq aradan qalxdığı halları da əhatə edir. Şəxsin polis əməkdaşlarının əhatəsində olması, hərəkət imkanlarının məhdudlaşdırılması və onunla bağlı prosesin tamamilə polis əməkdaşlarının nəzarəti altında həyata keçirilməsi psixoloji təsir vasitəsi kimi qiymətləndirilə bilər. Bundan başqa, videogörüntülərdə Təqsirləndirilən şəxs guya narkotik vasitənin onun üzərində olduğunu etiraf etməsi və həmin bükümü təqdim etməsi özlüyündə həmin hərəkətin könüllü xarakter daşıdığını təsdiq etmir. Belə davranış şəxsin artıq polis nəzarəti altında olduğu, müqavimətin mənasız olduğunu düşündüyü və yaranmış vəziyyətin təsiri altında hərəkət etdiyi şəraitdə də baş verə bilər. Diqqətəlayiq haldır ki, videoda Təqsirləndirilən şəxs həqiqətən sərbəst hərəkət edən şəxs kimi müşahidə olunmasından çox, artıq polis əməkdaşlarının nəzarətində olan şəxs təəssüratı yaranır. Məhz buna görə məhkəmə videogörüntüləri digər sübutlarla birlikdə qiymətləndirərək nəticəyə gəlmişdir ki, əməliyyat tədbirinin keçirilməsi üçün yaradılmış vəziyyət əvvəlcədən təşkil olunmuş və Təqsirləndirilən şəxs üzərində aparılan yoxlama onun sərbəst iradəsinin təzahürü kimi deyil, polis nəzarəti altında formalaşmış şəraitdə həyata keçirilmişdir. Beləliklə, videoyazıda açıq fiziki zorakılıq əlamətlərinin görünməməsi məhkəmənin iradənin qırılması barədə nəticəsini təkzib etmir. Çünki həmin nəticə yalnız videonun görünən hissəsinə deyil, videodan əvvəlki hadisələrə, şəxsin faktiki vəziyyətinə, hərəkət imkanlarının məhdudlaşdırılmasına və sübutların məcmu qiymətləndirilməsinə əsaslanmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5,794 qram narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır, yəni həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı onun bu cinayəti törətməsini təsdiq edən obyektiv sübutlar olmamış, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayətləri törətməsi subuta yetirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən sübutları və işin faktiki hallarını, həmçinin cinayətin ittiham aktında göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs qarşı istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın mötəbər sübutlarla deyil, mülahizə xarakterli dəlillərlə əsaslandırılması və həmin əsaslarla da sonuncuya CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair düzgün nəticəyə gəlmişdir. Belə ki, CPM-in 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Yuxarıda qeyd olunan qanunun normalarının tələblərinə əsasən məhkəmə cinayət işlərinə faktlar əsasında baxmalı, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırmalıdır ki, bu halda məhkəmənin qəbul etdiyi qərar əsaslı sayılır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs təqsirliliyinə dair istintaq orqanı tərəfindən onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair sübutların qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmadığından, habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə Təqsirləndirilən şəxs barəsində əsassız ittiham vermişdir. Halbuki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməl iş üzrə faktiki əldə olunmuş sübutlar əsasında CPM-in 143-146-cı maddələrin tələblərinə uyğun qiymətləndirilməklə onun təqsirsizliyi barədə qərar qəbul edilməli idi. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə verilmiş ittihama əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 5,794 qram narkotik vasitə heroinin nə vaxt, harada, hansı şəraitdə əldə etməsini təsdiq edən hər hansı bir mötəbər sübut itttiham orqanı tərəfindən təqdim olunmadığından, yəni Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində göstərilən cinayəti törətməsini təsdiq edən sübutların mövcud olmamasına, habelə həmin ittihamın iş materiallarında olan sübutlarla təkzib olunmasına baxmayaraq ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham verildiyindən və eyni zamanda birinci instansiya məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 234.4.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsinin sonuncuya bəraət verməsinə dair qənaəti qanuni və əsaslı və iş üzrə müəyyən olunmuş faktiki hallara uyğun olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan birinci instansiya məhkəməsi cinayət işi üzrə təqdim olunmuş sübutları əlaqəli şəkildə təhlil edərək düzgün olaraq cinayət təqibi orqanı tərəfindən verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə CPM-in 42.1.4-cü maddəsinə əsasən ona CM-in 234.4.3-cü maddəsi ilə bəraət vermişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Kollegiya apellyasiya protestinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsinin nəzərə alınmaması barədə dəlillərini də əsassız hesab edərək qeyd edir ki, iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsi daha ətraflı, məntiqli və ardıcıl olmaqla iş üzrə birinci instansiya məhkəməsinin təşəbbüsü ilə əldə olunmaqla tədqiq edilmiş sübutlarla uzlaşaraq öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apelyasiya protestinin Təqsirləndirilən şəxs CM-in 234.4.3cü maddəsi ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmünün əsassız olması barədə dəlillərinə (məhkəmə kollegiyası hazırkı qərarın “Apellyasiya protestinin dəlilləri” hissəsində ətraflı şərh olunduğunu nəzərə alaraq həmin dəlilləri təkrar sadalamağa zərurət görmür) yekun qiymət verərək hesab edir ki, həmin dəlillər yuxarıda qeyd olunanlarla təkzib olunan dəlillər olmaqla apelyasiya protestinin təmin olunaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılması üçün qanuni əsas kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsinin məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmaması, yəni həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı onun bu cinayətləri törətməsini təsdiq edən obyektiv sübutların olmaması, ümumiyyətlə belə sübutların əldə edilməməsi, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayətləri törətməsinin öz təsdiqini tapmamasını, habelə cinayətin ittiham aktında göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq birinci instansiya məhkəməsi düzgün olaraq Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə bəraət hökmü çıxarmışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin II hissəsinə əsasən, şəxsin təsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in: 21.1-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 42.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. 42.2-ci maddəsinə əsasən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.5.1 və 349.5.3-cü maddələrində təsbit edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab olunur. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 351.2-ci maddəsində də oxşar norma nəzərdə tutulmuş və qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirldiyi halda çıxarılır. 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, iş üzrə ittiham tərəfinin istinad ediyi sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.4.3cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə birinci instansiya məhkəməsinin ona həmin maddə ilə bəraət verməsi qanuni və iş üzrə müəyyən olunmuş faktiki hallara uyğun olmuşdur, dövlət ittihamçısının apelyasiya protestinin dəlilləri konkret hüquqi əsasa söykənməyən sübyektiv mülahizə xarakterli dəlillər olmaqla birinci instansiya məhkəməsini hökmünün ləğv olunaraq Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunması üçün qanuni əsas kimi qəbul oluna bilməz və ona görə də apelyasiya protesti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. AR Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən və CPM-in 42.1.4, 42.2.4, 398.1.1, 407 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)- ***/**** saylı hökmü həmin apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Cinayət Prossesual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya protesti verilə bilər. Sədrlik edən hakim: Yaşar Həşimov Hakimlər: Habil Bəhmənov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar