Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-235/2026 24.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən), oğlu Ağabəyov Nicat Rauf oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis nümayəndəsi (vəkil) nümayəndə1, Təqsirləndirilən şəxs İmanova Ruhanə İntiqam qızının, Müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə İmanova Ruhanə İntiqam qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1ci maddəsi ilə təqsirli bilinməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü (hakimlər Məmmədov Neymət Hüsən oğlunun sədrliyi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə) ilə ## ######## 2004-cü ildə Astara rayonu, Kakalos kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Kakalos kəndində qeydiyyatda olmaqla Astara rayonu, Kolatan kəndində yaşamış, ## #### 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Astara Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda X11 saxlanılan İmanova Ruhanə İntiqam qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, İmanova Ruhanə İntiqam qızının cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, İmanova Ruhanə İntiqam qızına təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, ## #### 2025-ci il tarixdən hesablanması, Astara Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarı ilə İmanova Ruhanə İntiqam qızı barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İŞİN HALLARI: Məhkəmənin hökmü ilə İmanova Ruhanə İntiqam qızı təqsirli bilinmişdir ondan ötrü ki, o, ## #### 2025-ci il tarixdə, saat 21 radələrində Astara rayonu, Kolatan kəndində birgə yaşadıqları evdə dişlərinə taxdığı diş telinə (breketə) görə qayınanası X4 mübahisə edib onunla əlbəyaxa olması və nalayiq sözlərlə söyüb təhqir etməsi nəticəsində əsəbləşərək evin həyətində Xalidə Manafovanı qəsdən öldürmək məqsədi ilə məişət təyinatlı mətbəx bıçağı ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri vuraraq ölümünə səbəb olan insan həyatı üçün təhlükəli olan, dərəcələrinə görə sağlamlığa ağır zərər vurmaya aid döş, qarın və bel nahiyələrindən daxilə keçən sol plevranı, sol ağciyəri, ürəyi (1 ədəd kəsilmiş-deşilmiş yara), qaraciyəri (2 ədəd kəsilmiş-deşilmiş yara), nazik və yoğun bağırsaqları (5 ədəd kəsilmiş-deşilmiş yara), sol böyrəyi (1 ədəd kəsilmiş-deşilmiş yara) zədələyən güclü xarici və daxili qanaxma ilə müşayiət olunan (döş və qarın boşluqları (1600 ml), sol peritonarxası (100 ml) sahədə qanaxmalar, daxili üzvlərin və toxumaların azqanlılığı) ümumilikdə 9 ədəd kəsilmiş-deşilmiş kor yaralar, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol bazu, qarın, bel, sol bud nahiyələrində 4 ədəd kəsilmiş yaralar, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən sol əng, sağ kürək, hər iki diz qapağı, sol bud, sol baldır nahiyələrində sıyrıqlar, boyun nahiyəsində qançırlar xəsarətlərini yetirməklə Xalidə Manafovanı qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Birinci instansiya məhkəməsinin hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmündən verdiyi apellyasiya şikayəti təmin edilməsini, hökmün cəzanın yüngüllüyü hissəsində ləğv edilməsini və ya dəyişdirilməsini, təqsirləndirilən şəxsə törədilmiş cinayətin ağırlığına uyğun daha ağır cəza təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis apellyasiya şikayətini belə əsaslandırmışdır ki, o, cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi, eyni zamanda, 44 günlük Vətən müharibəsinin iştirakçısı və II Qarabağ müharibəsi qazisidir. Anasının qəsdən öldürülməsi ilə bağlı cinayət işi üzrə hökm ## #### 2026-cı il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən elan edilmişdir. İbtidai istintaq mərhələsində əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə, yəni xüsusi amansızlıqla tövsif edilmişdir. Həmçinin dövlət ittihamçısı məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə 17 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Lakin məhkəmənin hökmü ilə əməl CM-in 120.1-ci maddəsi ilə tövsif edilərək təqsirləndirilən şəxsə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş cəza törədilmiş əməlin ağırlığına uyğun deyildir və həddən artıq yüngüldür. Belə ki, zərərçəkmiş şəxsə çoxsaylı, ümumilikdə 14 bıçaq zərbəsi vurulmuş, cinayət xüsusi amansızlıqla törədilmişdir. Bu hal işin faktiki hallarına, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq əmələ daha ağır hüquqi qiymət verilməsini və daha ağır cəza təyin olunmasını zəruri edir. Birinci instansiya məhkəməsinin hökmü cəzanın yüngüllüyü baxımından ədalətli və əsaslı hesab oluna bilməz. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmündən verdiyi apellyasiya şikayəti təmin edilməsini, hökmün cəzanın yüngüllüyü hissəsində ləğv edilməsini və ya dəyişdirilməsini, təqsirləndirilən şəxsə törədilmiş cinayətin ağırlığına uyğun daha ağır cəza təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis nümayəndəsi (vəkil) verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs İmanova Ruhanə İntiqam qızı və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X1 zərərçəkmiş şəxsin hüquqi varisinin vermiş olduğu apellyasiya şikayətinə münasibətdə şikayətin birinci instansiya məhkəməsində dövlət ittihamçısının qeyd etdiyi həddə cəzanın ağırlaşdırılması hissəsində təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmənin hökmü cəza hissəsində dəyişdirilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayətində həm əməlin tövsifini, həm də birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini göstərib, hökmün ona daha yuxarı həddə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətlərinin və ya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək hər bir halda İmanova Ruhanə İntiqam qızının əməlinin hüquqi tövsifinin düzgünlüyünü yoxlamışdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq оlunmuş sübutlаrlа, yəni təqsirləndirilən şəхs Ruhanə İmanovanın ibtidai istintaq dövründə verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin hüquqi varisi Hüquqi varis ifadəsi, hadisə yerinə baxış protokolları, mobil telefona baxış keçirilməsi, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının” ## ###### 2025-ci il tarixli, **** nömrəli rəyi, “maddi sübutların məhkəmə tibbi-bioloji ekspertizası”nın ## ######## 2025-ci il tarixli, ***/****- TBŞ nömrəli rəyi habelə işdə оlаn digər sənədlərlə Ruhanə İmanovanın Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsin ittiham olunduğu əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Ruahanə İmanovanın qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Ruhanə İmanovanın Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə əməl edərək Ruhanə İmanovanın təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Ruhanə İmanovaya birinci instansiya məhkəməsinin hökmünün nəticəsində istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Ruhanə İmanovanın əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ibtidai istintaq orqanı tərəfindən törədilmiş qətl hadisəsinin xüsusi amansızlıqla adamöldürmə cinayətinə aid edilibedilməməsi məsələsini aydınlaşdırmaq məqsədilə cinayətin subyektiv tərəfinin əlamətlərinin təhlil edilməsi, təqsirləndirilən şəxsin hərəkətlərinin nəticəsi kimi yalnız zərərçəkmiş şəxsin ölüm faktına münasibəti deyil, eləcə də qətlə yetirmənin xüsusi amansız olmasına münasibətinin öyrənilməsinin əhəmiyyətli olmasına, təqsirləndirilən şəxsin xüsusi amansızlığa subyektiv münasibətinin qiymətləndirilməsi üçün cinayətin obyektiv hallarının qiymətləndirilməsinə, qətl cinayətinin subyektiv cəhətinin analiz edilməsinə, təqsirləndirilən şəxsin təkcə ölümdən ibarət baş vermiş nəticəyə deyil, həm də adam öldürmənin ağırlaşdırıcı halı kimi xüsusi amansızlığa olan psixi münasibətinə dair halları toplanmış sübutlar əsasında düzgün olaraq müəyyən etməmişdir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, zərərçəkmiş şəxs Xalidə Manafovaya çoxsaylı xəsarətlərin yetirilməsi faktını Ruhanə İmanovanın zərərçəkmiş şəxsə xüsusi ağrı və iztirab vermək niyyətini aşkarlayan xüsusat kimi deyil, müstəsna olaraq zərərçəkmişi həyatdan məhrum etmək niyyətində qətiyyətini (məqsədinə çatmaqda israrlı olmasını) göstərən hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi həmin fakta məhz bu cür qiymət verməsi cinayətprosessual qanunun sübutlar və sübutetməyə dair normalarına, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən Cinayət Prosessual Məcəllənin 21.2 və 145.3-cü maddələrinin müddəalarına uyğun olaraq araşdırılıb qiymətləndirilmiş sübutların məcmusuna, onların həqiqi məzmununa uyğun olaraq müəyyən edilmiş faktiki hallara əsaslanır. Cinayət hüququnda əzab vermə üçün birbaşa qəsd, məqsədli şəkildə fiziki və ya psixoloji iztirab yetirmə, zərərçəkmiş məhz həmin iztirablara məruz qalmaq üçün hədəf seçilməlidir. Yəni təqsirləndirilən şəxs kimisə incitmək, qorxutmaq, ağrı çəkməsinə nail olmaq məqsədi ilə hərəkət etməlidir. Məhkəmə tərkibi bildirir ki, hüquqi mənada “əzab vermə” təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə güclü fiziki və psixi ağrı yetirdiyini dərk edərək, buna baxmayaraq bu ağrını məqsədli və ya şüurlu şəkildə davam etdirməsidir. Burada əsas diqqət ağrının mövcudluğuna deyil, şəxsin iradəsinə, niyyətinə və subyektiv münasibətinə yönəlir və bu anlayış Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi kimi normaların tətbiqi üçün qiymətləndirmə tələb edir. Tibbi mənada “əzab” isə orqanizmə dəyən xəsarətlər nəticəsində yaranan fiziki ağrı, ztirab, şok və fizioloji reaksiyaların təsviridir və tibbi ekspert rəyində ağrının gücü, xarakteri və davametmə müddəti obyektiv şəkildə qeyd olunur, lakin bu, şəxsin həmin ağrını qəsdən artırmaq və ya davam etdirmək barədə nəticə çıxarmır. Nəticə etibarilə, tibbi “əzab” faktı hüquqi “əzab vermə”nin sübutu deyil, yalnız onun üçün əsas yaradan obyektiv şərtlərdən biri hesab olunur. İş materiallarından görünür ki, istintaq orqanı yalnız təqsirləndirilən şəxs Ruhanə İmanovanın zərərçəkmiş şəxs Xalidə Manafovanı qəsdən öldürmək məqsədi ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vurmasını müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməsi kimi qiymətləndirmiş, lakin təqsirləndirilən şəxs Ruhanə İmanovanın zərərçəkmiş şəxs Xalidə Manafovaya xüsusi ağrılar, əzab və işgəncə verdiyini dərk etməsi və bunu arzu etməsinin hüquqi cəhətdən əsaslandırmasını aparmamışdır. Cinayət hüququnda məsuliyyətin yaranması üçün nəticənin baş verməsi kifayət etmir, həmin nəticənin məqsədli, qəsdli və şüurlu davranışın nəticəsi olması sübut olunmalıdır. Xüsusilə “əzab vermə” xarakterli əməllər subyektiv cəhətdən ardıcıl, məqsədli və psixoloji yönümlü qəsdin mövcudluğunu zəruri şərt kimi tələb edir. Hadisə zamanı təqsirləndirilən şəxsin davranışının zərərçəkmiş şəxsə qarşı impulsiv və zorakı xarakter daşıması, hadisənin başlanması, gedişi və mövcud materiallar bu cür xüsusi qəsdin mövcudluğu ilkin baxışdan şübhə doğurur. “Məhkəmə-psixoloji ekspertizası”nın rəyində göstərilmişdir ki, Ruhanə İmanova qarşılaşdığı şəraitdən asılı olaraq ona təsir edən qıcığa qarşı reaksiya verə bilər. Ruhanə İmanova qarşılaşdığı şəraitlə (qayınanası Xalidə Manafova ilə mütəmadi olaraq aralarında ailəməişət problemləri ilə əlaqədar yaranmış mübahisələr, ## #### 2025-ci il tarixdə də yenidən mübahisənin yaranması, mübahisənin əlbəyaxa davaya çevrilməsi, sonuncunun Xalidə Manafovanın onu söyüb-təhqir etməsi) davranış aktlarında təzahür etmiş olan emosional gərginlik keçirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş ekspert şahid1 bildirmişdir ki, ki, hadisə zamanı Ruhanə İmanovanın qarşılaşdığı şəraitlə əlaqədar olaraq, təhqir edilməsi ilə bağlı onun emosional vəziyyətində dəyişiklik baş vermiş və bu da emosional gərginliyə səbəb olmuşdur. Ruhanə İmanovanın zərərçəkmiş şəxsə çoxsaylı bıçaq zərbələrini vurması onun fərdi psixi xüsusiyyətləri ilə bağlı olan hal deyil, bu hadisə zamanı Ruhanə İmanovanın qıcığa qarşı verdiyi reaksiya ilə, yəni həmin zaman qarşılaşdığı stiuasiya ilə əlaqədardır. Bıçaq zərbələrinin sayı daha çox ola bilərdi. Hadisə günü və hadisə günündən əvvəl baş verən münaqişələr Ruhanə İmanovada psixoloji gərginlik yaratmış, hadisə baş verən zaman isə zərərçəkmiş şəxsə yetirdiyi çoxsaylı bıçaq zərbələri Ruhanə İmanovanın emosional gərginliyi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası əməlin düzgün olaraq CM-in 120.1-ci maddəsi ilə tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Hökmdən görünür ki, məhkəmə təqsirləndirilən şəxs Ruhanə İmanovanın cəza təyin edərkən əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 nəfər azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib, belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəzanın məqsədlərini təmin etməyən həddə yüngül cəza təyin edilmişdir. İş materiallarında olan -“cinayət işinin başlanması haqqında” ## #### 2025-ci il tarixli qərardan görünür ki, Ruhanə İmanova Astara rayonu, Kolatan kəndində yerləşən mənzildə aralarında yaranmış mübahisə zamanı şəxsi münasibətlər zəmnində kəsici-deşici alətlə qayınanası Xalidə Manafovanın xəsarətlər yetirərək öldürməsi faktına görə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (cild 1, i.v.1) -“hadisə yerinə baxış keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Astara rayonu, Kolatan kəndində yerləşən fərdi yaşayış evidir. Yaşayış sahəsinin giriş hissəsindən içəri daxil olduqda sol tərəfdə birmərtəbəli fərdi yaşayış evi, sağ tərəfdə isə yarımtikili yerləşir. Fərdi yaşayış evinin bağlı vəziyyətdə olan pəncərəsinin qarşısında yerə uzadılmış vəziyyətdə olan Xalidə Manafovanın meyiti üzərində çoxsaylı bıçaq xəsarətləri aşkar olunmuşdur. Meyitin üstü ağ-göy rəngli mələfə ilə örtülmüş, əynində olan mavi rəngli xalat üzərində qanabənzər ləkələrin və zədələrin olduğu müşahidə edilmişdir. Evin sağ tərəfində yerləşən yarımtikilinin qarşısına tərəf hərəkət etdikdə yarımtikilinin qarşısında yerdə ağ-maviqırmızı rəngli, tiyəsində qanabənzər ləkələr olan məişət bıçağı və həmin bıçağın olduğu yerdə qanabənzər ləkələr aşkar edilmişdir. Baxış iştirakçısı Ruhanə İmanova bildirmişdir ki, Xalidə Manafovanın meyitini yerdə uzanıqlı vəziyyətdə gördükdən sonra sonuncunun bədəni üzərindəki xəsarətləri görmək üçün meyiti yaşayış evinin yaxınlığına, yəni işıqlı olan yerə gətirmişdir. İş üçün əhəmiyyətli olduğundan, Ruhanə İmanova tərəfindən təqdim edilmiş sonuncuya məxsus “iPhone 12 Pro” markalı, Xalidə Manafovaya məxsus “Motorola” markalı mobil telefonlar, həmçinin meyitin üzərinə sərilmiş 1 (bir) ədəd ağ-göy rəngli mələfə, 1 (bir) ədəd dəstəyi ağ-mavi-qırmızı rəngli məişət bıçağı və 4 (dörd) ədəd tamponda qan nümunələri müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra evə və evin həyətinə ətraflı şəkildə baxılmış, lakin iş üçün əhəmiyyət kəsb edəcək başqa heç nə aşkar edilməmişdir. (cild 1, i.v.8- 19) -“meyitə baxış keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, Xalidə Manafovanın bədəni üzərində qarının yuxarı 1/3-nin sağ ön səthində 1,8x0,6 sm, qarının orta 1/3-nin sağ ön səthində 2,8x0,6 sm, qarının aşağı 1/3-nin sağ ön səthində 2,0x0,4 sm, qarının yuxarı 1/3-nin sol ön səthində 2 ədəd 1,8x0,6 sm, 1,8x0,8 sm, qarının orta 1/3-nin sol ön səthində 2 ədəd 3,0x0,9 sm, 2,0x0,9 sm, qarının aşağı 1/3-nin sol ön səthində 1,8x0,7 sm, döş qəfəsin orta 1/3-nin sol bayır səthində 2,0x0,5 sm, belin sol arxabayır səthində 2 ədəd 1,8x0,4 sm, 1,0x0,2 sm, sol budun yuxarı 1/3-nin ön-bayır səthində 1,5x0,2 sm, sol bazunun aşağı 1/3nin arxa bayır səthində 1,5x0,4 sm ölçülərdə kənarları hamar, qurtaran uclarında biri iti, digəri küt “n” şəkilli olub, mənfəzi açıq, mənfəzindən qan və qan axıntısı müşahidə olunan kəsilmişdeşilmiş və kəsilmiş yaralar, sol əng nahiyəsində 5,0x4,0 sm. sağ kürək nahiyəsində 2,0x1,5 sm, sağ diz qapağı nahiyəsində 2 ədəd 2,0x1,5 sm, 1,5x1,0 sm, sol budun aşağı 1/3-nin ön səthində 3,0x2,0 sm, sol diz qapağı nahiyəsində 6,0x5,0 sm, sol baldırın yuxarı 1/3-nin ön səthində 1,0x0,8 sm ölçülərdə səthi nəm, ətraf dəri səviyəsindən aşağıda yerləşən, ətrafı solğun qırmızı rəngli sıyrıqlar, boyunun sağ səthində 5,0x4,0 sm, boyunun sol səthində 8,0x7,0 sm ölçülərdə qeyrimüəyyən formalı, çəhrayımtıl-qırmızı rəngli qançırlar aşkar edilmiş, başqa xəsarət aşkar edilməmişdir. Meyitə baxış zamanı iş üçün əhəmiyyətli olduğundan, hadisə zamanı meyitin əynində olmuş paltarlar-1 (bir) ədəd mavi rəngli xalat, 1 (bir) ədəd ağ-çəhrayı rəngli çiçək təsvirləri olan mayka, 1 (bir) ədəd tün göy rəngli büstqalter və 1 (bir) ədəd qara rəngli tursik, həmçinin meyitin qulağında olan 1 (bir) cüt sırqa götürülmüşdür. (cild 1, i.v.24-32) -“şübhəli şəxsin tutulması haqqında” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, Ruhanə İmanova həmin gün saat 09:15-də şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, i.v.37- 38) -“birgə istintaq qrupu yaradılması haqqında” ## #### 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibarət birgə istintaq qrupu yaradılmışdır. (cild 1, i.v.58) -“götürmə aparılması haqqında” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, Ruhanə İmanova hadisə zamanı əynində olan paltarları könüllü olaraq təqdim etmişdir. Ruhanə İmanovanın hadisə zamanı əynində olan 1 (bir) ədəd üzərində qana bənzər ləkələr olan qara rəngli idman şalvarı və 1 (bir) ədəd üzərində qanabənzər ləkələr olan qırmızı rəngli qısaqol köynək götürülmüşdür. (cild 1, i.v.62-63) -“təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” ## #### 2025-ci il tarixli qərardan görünür ki, Ruhanə İmanova Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, i.v.74-75) -Astara Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarından görünür ki, Ruhanə İmanova barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli ## #### 2025-ci il saat 09:15-dən hesablanmışdır. (cild 1, i.v.94-95) -“paltarlara baxış keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, meyitə baxış zamanı götürülmüş və hadisə zamanı Xalidə Manafovanın əynində olmuş paltarlar 1 (bir) ədəd mavi rəngli xalat, 1 (bir) ədəd ağ-çəhrayı rəngli üzərində çiçək təsvirləri olan qolsuz mayka, 1 (bir) ədəd qara rəngli tuman və 1 (bir) ədəd tünd-göy rəngli büstqalter üzərində zədələr aşkar olunmuş və qanabənzər ləkələr müşahidə edilmişdir. (cild 1, i.v.98-103) -“paltarlara baxış keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, Ruhanə İmanovaya məxsus 1 (bir) ədəd qara rəngli idman şalvarı və 1 (bir) ədəd qırmızı rəngli qısaqol köynək üzərində hər hansı bir zədə aşkar olunmamış, lakin qanabənzər ləkələr müşahidə edilmişdir. (cild 1, i.v.104-106) -“əşyaya baxış keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş 1 (bir) ədəd ağ-göy rəngli mələfə üzərində hər hansı bir zədə aşkar olunmamış, lakin qanabənzər ləkələr müşahidə edilmişdir. (cild 1, i.v.107) -“əşyaya baxış keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı aşkar edilmiş, cinayətin aləti olan 1 (bir) ədəd məişət bıçağı bir-birini növbəli əvəz edən qırmızı, mavi və ağ rəngli, sərt plastmas lövhələri olan dəstək və bozumtulgümüşü rəngli, metal materialdan olan tiyədən ibarətdir. Bıçağın dəstək hissəsinin uzunluğu 97 mm, tiyəsinin uzunluğu 125 mm-dir. Bıçağın üzərində gözlə görünən qanabənzər ləkələr müşahidə edilmişdir. (cild 1, i.v.109-110) -“təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 01 avqsut 2025-ci il tarixli protokoldan görünür ki, videoçəkiliş aparılmaqla təqsirləndirilən şəxs Ruhanə İmanovanın ifadəsi yoxlanılmış, istintaq hərəkəti zamanı sonuncu istintaqa verdiyi ilkin ifadəsindəki xüsusatları təsdiq edərək bildirmişdir ki, Astara rayonu, Kolatan kəndində yerləşən, ailə üzvləri ilə birlikdə yaşadığı evin qonaq otağında pomidor doğrayan zaman qayınanası Xalidə Manafovanın gəlib onunla dişlərinə taxdığı diş telinə görə mübahisə etməyə başlamış, sonuncu təxminən 5-10 dəqiqə mübahisə etdikdən sonra Xalidə Manafovanın üzərinə gələrək saçından tutmaqla onunla əlbəyaxa dalaşmağa başlamış, sonuncunun boğazından tutaraq dalaşa-dalaşa qonaq otağından dəhlizdə yerləşən mətbəxə keçmiş və daha sonra Xalidə Manafovanı buraxmış, lakin Xalidə Manafova onu yenidən vurmaq istədiyinə görə qonaq otağına qayıdıb pomidor kəsmək üçün istifadə etdiyi, dəstəyi ağ-mavi-qırmızı rəngdə olan məişət bıçağını götürüb evdən çıxıb evin giriş hissəsində olan pilləkənlər tərəfə getmiş və oradan onu söyməyə başlamış qayınanası ilə mübahisə edə-edə evin yanında olan yarı tikiliyə qədər getmiş və sonuncu yenə əl-qol ataraq onu vurmağa çalışmışdır. Ruhanə İmanova bıçaq zərbələrini hansı istiqamətdə və hansı vəziyyətdə vurduğunu əyani şəkildə göstərib bildirmişdir ki, sol əli ilə Xalidə Manafovanın paltarından tutaraq sağ əlində tutduğu dəstəyi ağ-mavi-qırmızı rəngdə olan məişət bıçağı ilə bir neçə dəfə sonuncunun qarın nahiyəsinə zərbələr vurmuş, lakin hadisənin təsirindən Xalidə Manafovaya neçə bıçaq zərbəsi vurduğunu və ümumilikdə bədənin hansı nahiyələrinə bıçaq zərbələri vurduğunu xatırlamamış, həmçinin bıçaq zərbələri nəticəsində yerə yıxılan Xalidə Manafovaya yerdə olan zaman əlavə olaraq bıçaq zərbəsi vurmamış, sonuncuya bıçaq zərbələrindən sonra hər hansı işgəncə xarakterli hərəkət etməmiş, bıçağı Xalidə Manafovanın yanına ataraq qışqırıb ağlamağa başlamış, daha sonra Xalidə Manafovanın meyitinin olduğu yer qaranlıq olduğu üçün bədəni üzərində olan xəsarətləri görmək məqsədilə mərhumu ayağından tutub sürüyərək evin kənarına, işıq olan əraziyə aparmış və orada onun bədəninin müxtəlif nahiyələrində xəsarətlər olduğunu və şiddətli qanaxma olduğunu görmüşdür. Hadisə zamanı əynində olan qırmızı rəngli köynəyi dəyişmiş və əllərini yumuş, lakin hadisə zamanı əynində olan qara şalvarı dəyişməmiş, hadisə zamanı övladı Ayxan Məcidov və Aylin Məcidovanın evin qonaq otağında cizgi-filmi izlədikləri, həmçinin qayınatası şahid8 məktəbə işə getdiyi üçün həmin şəxslər Xalidə Manafovanı öldürməsini görməmişdir. (cild 1, i.v. 125-128) -“zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” ## ###### 2025-ci il tarixli qərardan görünür ki, Hüquqi varis zərərçəkmiş şəxs Xalidə Manafovanın hüquqi varis qismində tanınmışdır. (cild 1, i.v. 144) -“mobil telefona baxış keçirilməsi haqqında” ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, Xalidə Manafovanın istifadəsində olmuş “Motorola” markalı mobil telefonun zənglər bölməsində ## #### 2025-ci il tarixdə, saat 21:48-də (050) 364-05-91 mobil nömrəsindən zəngin daxil olması və 21 saniyə danışıq aparılması müəyyən edilmişdir. Həmçinin, “WhatsApp” yazışma şəbəkəsində “Şeli” adı ilə qeyd olunmuş (050) 364-05-91 mobil nömrəsini istifadə edən şəxsə “Bibi ölüb, rəhmətə gedib” mesajlarının yazıldığı və “bibi rəhmətə gedibdi, ölüb, ölüb” ifadələri səslənən səs yazısının göndərildiyi müəyyən edilmişdir. Bundan başqa, ## #### 2025ci il tarixdə, saat 21:00-da (050) 728-44-79 mobil nömrəsi ilə 16 saniyədən ibarət danışığın aparıldığı aşkar edilmişdir. (cild 1, i.v. 202-205) -“mobil telefona baxış keçirilməsi haqqında” ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, Ruhanə İmanovanın istifadəsində olmuş “iPhone 12 Pro” markalı mobil telefonun “WhatsApp” yazışma şəbəkəsində “Birdənəm...” adı ilə qeyd olunmuş, +79911173705 mobil nömrəsini istifadə edən şəxsə “Aşkim mama olub, hardasan götür, mama ölüb” mesajlarının yazıldığı və qarşı tərəfdən “qaç get, kömək çağır, qaç” ifadələri səslənən səs yazısının göndərildiyi müəyyən edilmişdir. Bundan başqa ##.##.2025-ci il tarixdə, saat 21:15-də (051) 5948318 mobil nömrəsi ilə 16 saniyədən, saat 21:18-də +79616798810 mobil nömrəsi ilə 29 saniyədən, +79911173705 mobil nömrəsi ilə saat 21:18-də 32 saniyədən, saat 21:23-də 13 saniyə və 43 saniyədən, saat 21:31-də 46 saniyədən, saat 21:54-də 5 saniyə və 27 saniyədən, saat 21:55-də 9 dəqiqə 50 saniyədən, saat 22:47-də 17 saniyə və 1 dəqiqə 4 saniyədən, +972544943918 mobil nömrəsi ilə saat 21:22-də 1 dəqiqə 43 saniyədən, saat 21:33-də 42 saniyədən ibarət telefon danışıqlarının aparıldığı müəyyən edilmişdir. Bundan əlavə iş üçün əhəmiyyət kəsb edəcək hər hansı digər hal müəyyən edilməmişdir. (cild 1, i.v. 242-245) -“kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının” ## ###### 2025ci il tarixli, **** nömrəli rəyində göstərilmişdir ki, Ruhanə İmanovada hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Aparılmış eksperimental-psixoloji müayinə gedişində sonuncunun əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilmiş, emosionaliradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmamışdır. Ruhanə İmanova da ona ittiham olunan ictimai təhlükəli əməli törədən zaman hər hansı psixi xəstəliyin əlamətləri qeyd olunmamış, sonuncu əməli törətdiyi zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyətin müvəqqəti pozuntusu, kəmağıllılıq və s. psixi pozuntu müəyyən edilməmişdir. Sonuncu ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini, ictimai təlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Ruhanə İmanova ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Ruhanə İmanovanın əməli Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Ruhanə İmanova da, hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Sonuncu hazırda istintaq və prosessual hərəkətlərdə iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır. Ruhanə İmanovanın əqliintellektual imkanları normaya uyğundur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. İnadkarlıq, özünə qarşı hörmət tələb etmək, təhqirə qarşı həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Ruhanə İmanova əməli törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabliyyətinə malik olmuşdur. Sonuncu cinayət əməlini törətdiyi zaman psixi-emosional sferasında qəzəb, hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Ruhanə İmanova cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (cild 2, i.v.7-10) -“maddi sübutların məhkəmə tibbi-bioloji ekspertizası”nın ## ######## 2025-ci il tarixli, ***/****-TBŞ nömrəli rəyində göstərilmişdir ki, şəxiyyət vəsiqələrinin kserosurətlərinə əsasən Xalidə Manafovanın ABO sistemi üzrə qan qrupu-O-alfa,beta/İ/, Ruhanə İmanovanın ABO sistemi üzrə qan qrupu-O-alfa,beta/İ/. Ekspertizaya təqdim olunmuş Xalidə Manafovaya məxsus mayka, xalat, bustqalter, trusik, Ruhanə İmanovaya məxsus şalvar, mələfə, bıçaq və hadisə yerindən hopdurularaq götürülmüş 4 ədəd plastik çubuq ucundakı pambıq üzərindəki ləkələrdə insan qanı aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigenləri, əksər ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alınmışdır. Beləliklə, bu qan ləkələri O-alfa,beta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Xalidə Manafovaya və ya eyni qruplu təqsirləndirilən şəxs Ruhanə İmanovaya, əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa, məxsus ola bilər. Təqdim olunan Ruhanə İmanovaya məxsus köynək üzərindəki ləkələrdə qan aşkar olunmamışdır. (cild 2, i.v.11-16) -“məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizaları”nın ## ######## 2025-ci il tarixli, ***-****/MTKŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş və mərhum Xalidə Manafovaya məxsus olmuş xalatın ön səthinin sağ yarısının orta hissəsində 1 ədəd, ön səthinin sağ yarısının yuxarı hissəsində 03 ədəd, ön səthinin sol yarısının aşağı hissəsində 08 ədəd, ön səthinin sol yarısının orta hissəsində 06 ədəd və ön səthinin sol yarısının yuxarı hissəsində 05 ədəd (cəmi 23 ədəd); maykanın ön səthinin sağ yarısının orta hissəsində 02 ədəd, ön səthinin orta nahiyəsinin yuxarı hissəsində 02 ədəd, ön səthinin sol yarısının yuxarı hissəsində 4 ədəd, ön səthinin sol yarısının orta hissəsində 1 ədəd, ön səthinin sol yarısının aşağı hissəsində 4 ədəd və arxa səthinin sol yarısının orta hissəsində 1 ədəd və tumanın ön səthinin sol yarısının yuxarı hissəsində 1 ədəd deşilmiş, kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Bu zədələrin müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlmələrinin mümkünlüyü istisna olunmur. Ekspertizaya təqdim edilmiş və mərhum Xalidə Manafovaya məxsus olmuş geyim əşyaları üzərində aşkar edilmiş deşilmişkəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) təsirindən törənmələrinin mümkünlüyü istisna olunmur. Həmin geyim əşyaları üzərində qarşılıqlı dalaşma, əlbəyaxa olma, müqavimət göstərmə, cırma və dartmağa xarakterik heç bir zədə aşkar olunmamışdır. Heç bir elmi-metodiki əsaslar olmadığına görə, mərhum Xalidə Manafovaya məxsus olmuş geyim əşyaları üzərində aşkar olunmuş zədələrin əmələ gəlmə müddətləri barədə fikir söyləmək qeyri-mümkündür. Ekspertizaya təqdim edilmiş və Ruhanə İmanovaya məxsus köynəyin və şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. (cild 2, i.v.17-31) -“məhkəmə-tibbi ekspertizası”nın ## #### 2025-ci il tarixli, *** nömrəli rəyindən görünür ki, Ruhanə İmanovanın bədəni üzərində-döş qəfəsi, sağ dirsək oynağı, sağ topuq nahiyələrində sıyrıqlar, sağ bazu nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, müxtəlif şəraitdə, o cümlədən qarşılıqlı mübarizə (əlbəyaxa, dava) zamanı bərk küt əşyaların təsirindən törənə bilərmiş, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. (cild 2, i.v.34-35) -“məhkəmə-tibbi ekspertizası”nın ## ###### 2025-ci il tarixli, ** nömrəli rəyindən görünür ki, Xalidə Manafovanın ölümü zorakıdır, ölüm döş, qarın və bel nahiyələrindən daxilə keçən sol plevra, sol ağciyəri, ürəyi (1 ədəd kəsilmiş-deşilmiş yara), qaraciyəri (2 ədəd kəsilmiş-deşilmiş yara), nazik və yoğun bağırsaqları (5 ədəd kəsilmiş- deşilmiş yara), sol böyrəyi (1 ədəd kəşilmişdeşilmiş yara) zədələyən, güclü daxili və xarici qanaxma ilə müşaiyət olunan 9 ədəd kəsilmişdeşilmiş yarasından baş vermişdir. Qeyd olunan xəsarətlə onun ölümü arasında səbəbli əlaqə vardır. Hər bir kəsilmiş-deşilmiş yaradan yaranmış xəsarətlər ayrı-ayrılıqda ölümə səbəb ola bilər. Xalidə Manafovanm ölümü ilkin meyit əlamətlərinə görə meyitin məhkəmə-tibbi müayinəsindən 3-6 saat əvvəl baş vermişdir. Xalidə Manafovanın bədənində-sol plevranı, sol ağciyəri, ürək, qaraciyər, nazik və yoğun bağırsaqları, sol böyrəyi zədələyən güclü xarici və daxili qanaxma ilə müşaiyət olunan 9 ədəd kəsilmiş-deşilmiş kor yaralar, döş və qarın boşluqları (1600 ml), sol peritonarxası (100 ml) sahədə qanaxmalar, daxili üzvlərin və toxumaların azqanlılığı, sol bazu, qarın, bel, 'sol bud nahiyələrində 4 ədəd kəsilmiş yaralar, sol əng, sağ kürək, hər iki diz qapağı, sol bud, sol baldır nahiyələrində sıyrıqlar, boyun nahiyəsində qançırlar aşkar edilmişdir. Aşkar edilmiş xəsarətlər həyati olub, onlardan sol plevranı, sol ağciyəri, ürək, qaraciyər, nazik və yoğun bağırsaqları, sol böyrəyi zədələyən güclü xarici və daxili qanaxma ilə müşayiət olunan 9 ədəd kəsilmiş-deşilmiş kor yaralar, döş və qarın boşluqları (1600 ml), sol peritonarxası (100 ml) sahədə qanaxmalar, sol bazu, qarın, bel, sol bud nahiyələrində 4 ədəd kəsilmiş yaralar kəsici-deşici əşyanın (əşyaların) təsirindən, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, ekspertizaya təqdim edilmiş bıçaqla və ya ona oxşar eyni ölçüdə, formada digər bıçaqla kəsilmiş-deşilmiş və kəsilmiş (yaralar) xəsarətlərin aşkar olunan nahiyələrinə vurma nəticəsində əmələ gələ bilərdi, digər xəsarətlər isə qarşılıqlı mübarizə zamanı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir və canlı şəxslərdə hər biri ayrı-ayrılıqa dərəcəsinə görə sol plevranı, sol ağciyəri, ürək, qaraciyər, nazik və yoğun bağırsaqları, sol böyrəyi zədələyən, güclü xarici və daxili qanaxma ilə müşaiyət olunan 9 ədəd kəsilmiş- deşilmiş yaralar həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol bazu, qarın, bel, sol bud nahiyələrində 4 ədəd kəsilmiş yaralar sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən xəsarətlər kimi qiymətləndirilir.Xalidə Manafovaya yetirilən xəsarətlər müxtəlif vəziyyətlərdə (ayaq üstə, ön sol arxa hissəsi xəsarət yetirən şəxsə tərəf və s.) olarkən, o cümlədən xəsarət yetirilən anda zərər çəkmiş şəxsin ön və sol tərəfi xəsarət yetirən şəxsə tərəf olmuşdur. Xalidə Manafovanın meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində onun qanında narkotik, alkoqol və güclü təsiredici maddələr aşkar edilməmişdir. (cild 2, i.v.36-41) -“cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” ## ####### 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Ruhanə İmanovanın əməli Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.4-cü maddəsinə tövsif olunmuşdur. (cild 2, i.v.131-132) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” ## ####### 2025-ci il tarixli qərardan görünür ki, Ruhanə İmanova Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 2, i.v.134-135) -“sübutların qiymətləndirilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərardan görünür ki, cinayətin törədilməsi zamanı alət kimi istifadə edilmiş 1 (bir) ədəd dəstəyi ağ-maviqırmızı rəngli, tiyəsi gümüşü rəngli soyuq silah hesab olunmayan məişət təyinatlı bıçaq, Ruhanə İmanovaya məxsus hadisə zamanı əynində olan paltarlar-1 (bir) ədəd qırmızı rəngli qısaqol köynək, 1 (bir) ədəd qara rəngli idman şalvarı, hadisə yerinə baxış zamanı aşkar edilən 1 (bir) ədəd ağ-göy rəngli mələfə və qanabənzər ləkələrin hopdurulduğu 4 (dörd) ədəd pambıq tampon, Xalidə Manafovaya məxsus hadisə zamanı əynində olmuş paltarlar-1 (bir) ədəd mavi rəngli xalat, 1 (bir) ədəd ağ-çəhrayı rəngli çiçək təsvirləri olan mayka, 1 (bir) ədəd tünd göy rəngli büstqalter, 1 (bir) ədəd qara rəngli trusik, Ruhanə İmanovaya məxsus “iPhone 12 Pro” markalı mobil telefon; Xalidə Manafovaya məxsus “Motorola” markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanılmaları üçün Astara rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş, Ruhanə İmanova və Xalidə Manafovanın istifadəsində olmuş mobil nömrələr üzrə aparılmış danışıqlar və sms-ləri özündə əks etdirən “xxxx” MMC-dən daxil olmuş CD-R diski maddi sübut qismində tanınmış və cinayət işinə əlavə olunmuşdur. Meyitə baxış zamanı Xalidə Manafovanın qulağından aşkar edilərək götürülmüş 1 (cüt) sırqanın ## ####### 2025-ci il tarixli qəbzlə şahid8 Hökməli oğluna qaytarılması nəzərə alınmışdır. (cild 2, i.v.154-179) Məhkəmə istintaqı zamanı alınmış “meyitin əlavə məhkəmə-tibbi ekspertizası”nın ## ###### 2025-ci il tarixli, **/** nömrəli rəyində göstərilmişdir ki, mərhum Xalidə Manafovanın bədənində-sol plevranı, sol ağciyəri, ürək, qaraciyər, sol böyrəyi zədələyən güclü xarici və daxili qanaxma ilə müşaiyət olunan 9 ədəd kəsilmiş-deşilmiş kor yaralar, döş və qarın boşluqları (1600 ml), sol peritonarxası (100 ml) sahədə qanaxmalar, daxili üzvlərin və toxumaların azqanlılığı, sol bazu, qarın, bel, sol bud nahiyələrində 4 ədəd kəsilmiş yaralar, sol əng, sağ kürək, hər iki diz qapağı, sol bud, sol baldır nahiyələrində sıyrıqlar, boyun nahiyəsində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyati olub, eyni hadisə zamanı, ardıcıl, uzun fasilə olmadan, qısa zaman intervalında bir neçə dəqiqə (maksimum 15-20 dəqiqə) ərzində yetirilmişdir. Aşkar edilmiş xəsarətlərin yetirilmə ardıcıllığı sıyrıq və qançırlar müdafiə və ya qarşılıqlı mübarizə zamanı ilk dəqiqələrdə və ya mərhələdə, kəsilmiş yaralar isə ikinci mərhələ hesab edilməklə həyati orqanların hədəf alınmadığı mərhələdir, sol plevra, sol ağciyər, ürək, qaraciyər, sol böyrəyi zədələyən güclü xarici və daxili qanaxma ilə müşaiyət olunan 9 ədəd kəsilmiş-deşilmiş kor yaralar, döş və qarın boşluqları (1600 ml), sol peritonarxası (100 ml) sahədə qanaxmalar sonuncu və ölümün birbaşa səbəb olan mərhələsidir. Xəsarətlər qısa zaman kəsiyində, ardıcıl şəkildə yetirilmişdir. Əvvəl müdafiə xarakterli xəsarətlər, sonra səthi, sonda isə ölümcül zərbələr yetirilmişdir. Xəsarətlərin hamısı həyati olub və Xalidə Manafovanın sağlığında baş vermişdir. Xalidə Manafovanın bədənində aşkar edilmiş xəsarətlərin hamısı mərhum yaşayarkən yetirilmişdir və həmin xəsarətlərin hamısı fiziki ağrıya səbəb olandır. Əzab və iztirabın intensivlik dərəcəsi - qançır və sıyrıqlar orta ağır, kəsilmiş yaralar güclü ağır, döş, qarın və sol peritonarxası boşluqlarına nüfuz edən yaralar çox güclü ağır, ürək, ağciyər, qaraciyər və böyrəyin zədələnməsi isə son dərəcə güclü ağır kimi qiymətləndirilir. Xalidə Manafova şiddətli fiziki ağrı, əzab və iztirab keçirmişdir. Əzabın intensivliyi son dərəcə ağır kimi qiymətləndirilir. Məhkəmə istintaqı zamanı alınmış “məhkəmə-psixoloji ekspertizası”nın ## ###### 2025ci il tarixli, **/** nömrəli rəyində göstərilmişdir ki, Ruhanə İmanovanın fərdi-psixoloji xüsusiyyətlərinə görə introvertə (insanın psixi fəaliyyətinin daxili aləmə yönəlməsi) daha yaxındır. Ruhanə İmanovanın fərdi-psixoloji xüsusiyyətlərində hal-hazırda aqressivlik əlamətləri üzə çıxmır, lakin qarşılaşdığı şəraitdən asılı olaraq ona təsir edən qıcığa qarşı reaksiya verə bilər. Ruhanə İmanova qarşılaşdığı şəraitlə (qayınanası Xalidə Manafova ilə mütəmadi olaraq aralarında ailə-məişət problemləri ilə əlaqədar yaranmış mübahisələr, ## #### 2025-ci il tarixdə də yenidən mübahisənin yaranması, mübahisənin əlbəyaxa davaya çevrilməsi, sonuncunun Xalidə Manafovanın onu söyüb-təhqir etməsi) davranış aktlarında təzahür etmiş olan emosional gərginlik keçirmişdir. Ruhanə İmanova hadisə zamanı keçirdiyi emosional gərginlik halına baxmayaraq etdiyi hərəkətlərin mahiyyətini dərk etmək və davranışını idarə etmək qabiliyyətinə malik olmuşdur. Ruhanə İmanova ## #### 2025-ci il tarixində baş vermiş cinayət hadisəsi zamanı fizioloji affekt vəziyyətində olmamışdır. Ruhanə İmanovanın ibtidai istintaq zamanı verdiyi ifadələrində hadisəni ardıcıllığı və təfsilatı ilə danışması (onun hafizə və qavrayışında fraqmentarlığın üzə çıxmaması), eləsə də hadisədən sonra onun hərəkətlərində affektdən sonrakı izlərin (tormozlanma, taqətsizlik, yorğunluq) müşahidə olunmaması onun ## #### 2025ci il tarixində baş vermiş cinayət hadisəsi zamanı fizioloji affekt (qəflətən baç vermiş güclü ruhi həyəsan vəziyyəti) halın keçirmədiyinə dəlalət edir. Ruhanə İmanovanın qavrayış və hafizəsində normadankənar dəyişikliklərin müşahidə olunmaması bir daha onu göstərir ki, cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası iş materiallarını və işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Həqiqətən də hazırkı cinayət işi üzrə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs İmanova Ruhanə İntiqam qızı tərəfindən törədilən CM-in 120.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi qayınanası X4 xəsarətlər yetirməklə Xalidə Manafovanı qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Kollegiya təqsirləndirilən şəxsin şəxsiyyətini, ona istinad olunan cinayət əməlinin ağırlığını və ictimai təhlükəlilik dərəcəsini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, nəzərə almaqla, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Bəndalı Qənbərova təyin olunmuş cəza yuxarıda qeyd edilən Plenum qərarının tövsiyələrinə, həmçinin CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə mütənasib olmamışdır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin verdiyi apellyasiya şikayəti əsassız olduğundan, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın həddi artırılmaqla dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü əsas cəza hissəsində dəyişdirilməli, həmin hökmlə İmanova Ruhanə İntiqam qızına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti artırılaraq 11 il müddətində müəyyən edilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404, 405, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü cəza hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs İmanova Ruhanə İntiqam qızına təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təyin edilmiş cəza dəyişdirilərək, ona 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-235/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-235/2026
24.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver