Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-236/2026 02.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlunun (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı iştirakı ilə. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Astara Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin məhkəmə baxış iclasında baxaraq, kollegiya qərar verdi. İ.İŞİN HALLARI: Xüsusi ittiham qaydasında şikayət verən şəxs Xüsusi ittihamçı məhkəməyə müraciət edərək, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələri cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Astara rayonu, Məçitməhəllə kənd sakini Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs şəxsi maraqlarına və qərəzli münasibətdə olduğuna görə ondan qisas almaq, onu nüfuzdan salmaq almaq niyyəti ilə, ona qarşı qanunla qadağan olunmuş bir çox qeyri-qanuni hərəkətlər edərək onun şərəf və ləyaqətini alçaltmış, eyni zamanda ona maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, o, sosial şəbəkələrdə onu, azyaşlı qızını təhqir edir, hətta onun ailə üzvləri barəsində yalan və təhqiredici məlumat yayır. Bundan başqa Qazaxstandan, Azərbaycan, Türkiyə və digər ölkələrə geniş formada səsli və görüntülü təhqiredici, rüsvay verici söyüş və təhqirlər yayır. Digər əməlləri barədə qapalı olduğundan məhkəmədə təqdim edəcəkdir. Bununla bağlı aidiyyəti qurumlarda ona şifahi və yazılı məhkəməyə şikayət etməyi tövsiyə ediblər. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onu əhali arasında biabır edir. Bundan başqa yalan olduğunu bilə-bilə yaşadığı ərazidə əhali arasında şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları kütələvi çıxışlarda yaymışdır. Astara Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli hazırlıq iclasının qərarı ilə Xüsusi ittihamçı tərəfindən verilmiş şikayət məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Müvafiq qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı apellyasiya şikayəti vermişdir. II. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Astara rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, şikayəti təmin edilməlidir. Belə ki, təqsirkar şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs sosial şəbəkələrdə onu və azyaşlı qızını təhqir edərək biabır etmişdir. Bundan başqa Qazaxstan, Azərbaycan, Türkiyə və digər ölkələrdə səsli və görüntülü rüsvayverici söyüşlər və təhqirlər yaymışdır. Qeyd olunanlara əsasən, Astara rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- **/**** saylı qərarın ləğv edilməsi, yeni qərar qəbul edilməsi, şikayətinin təmin edilməsi və Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs törətdiyi ciddi qanun pozuntularına görə qanun çərçivəsində cəzalanması üçün qərar qəbul edilməsi xahiş olunur. III. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında xüsusi ittihamçı Xüsusi ittihamçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Astara rayon məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edərək və Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə apellyasiya şikayətinə etiraz ərizəsi göndərərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsin) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Apellyasiya şikayətinin dəlillərinin prosessual dəyərləndirilməsindən göründüyü kimi, xüsusi məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını və işin əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək, tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2. və 401-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilərini iş materialları ilə müqayisəli şəkildə təhlil edərək aşağıdakıları qeyd edir: Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edir. CPM-in 138.2-ci maddəsinin tələbi baxımından şəxsin cinayət məsuliyyətinin əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Apellyasiya şikayətinin dəlillərində xüsusi ittiham üzrə şikayətdə qeyd olunan hadisə ilə əlaqələrinin sübuta yetirilməsi mübahisələndirildiyindən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlillərinə əsasən düzgün hüquqi nəticəyə gəlmək üçün Cinayət-Prosessual Məcəlləsinin 139-cu madəsində təsbit olunmuş halların müəyyən edilməsi baxımından iş üzrə toplanmış sübutların həcminin kifayət edib-etməməsi araşdırılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 139.0-139.0.4. və 139.0.6-cı maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: -cinayət hadisəsinin baş vermə faktı və halları; -şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; -cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; -cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; -bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ və II hissələrinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, xüsusi ittiham qaydasında şikayətdə şikayət verilən barəsində məlumatlar təfərrüatı ilə göstərilməmişdir. Həmçinin, xüsusi ittiham qaydasında şikayətdə törədilmiş cinayət barədə məlumatlar yəni, cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi təfərrüatı ilə göstərilməmiş, həmçinin, xüsusi ittihamçıya zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən vurulan maddi ziyanın məbləği, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə, hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmiş, şikayətdə verilən məlumatlar isə ümumi cümlələrdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materiaların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin dispozitiv şərtlərinə əsasən təhqir dedikdə, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma başa düşülür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli, * nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə,müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, maddəsinə əsasən «şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda» məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi barədə birinci instansiya məhkəməsinin qərarı qanuni hesab olunmalı, apellyasiya şikayətinin dəlilləri əsassız hesab olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Astara Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan 01 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-236/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-236/2026
02.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver