Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-238/2026 09.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əsədov İlqar Həsən Ağa oğlunun, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi1 iştirakları ilə. ##.##.1995-ci ildə Sabirabad rayonu, Yaxadəllək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şirvan Şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə 26 gün cəzadan vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu olan, Şirvan şəhəri, M.Mirzəyev küçəsi, ev 2-2də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şirvan Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, kollegiya qərar verdi. İ.İŞİN HALLARI: İbdiai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 234.2-ci maddəsi ilə verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda 38,17 qram narkotik vasitə qurudulmuş marixuananı və 08 ədəd narkotik vasitə metadon həblərini qanunsuz olaraq əldə edib, narkotik vasitə qurudulmuş marixuananı 09 ədəd bükümə ayırmaqla bir bükümünü və narkotik vasitə metadon həblərinin 01 ədədini üzərində, qalan 08 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı və 07 ədəd narkotik vasitə metadon həblərini isə yaşadığı Şirvan şəhəri, M.Mirzəyev küçəsi 2-2-də yerləşən fərdi yaşayış evində daşıyaraq saxlamış, ## #### 2025-ci il tarixdə saat 22 radələrində Şirvan şəhər polis şöbəsinin X8 əməkdaşları tərəfindən əməliyyat axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanlması, binalara, hasarlanmış tikinti obyektlərinə, qurğulara daxil olma və baxış keçirilməsi haqqında qərarı əsasında Şirvan şəhəri, Gülbala Şıxbalaoğlu küçəsində saxlanılaraq, ## #### 2025-ci il tarixdə saat 22:51-dən ## #### 2025-ci il tarixdə saat 00:19-dək üzərinin yoxlanılması zamanı sol ayağında olan corabının içərisindən 01 ədəd bükümdə təmiz çəkisi-1,56 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd təsiredici maddəsinin təmiz çəkisi-0,04 qram çəkidə narkotik vasitə metadon həbi aşkar olunaraq götürülmüş, əməliyyat tədbirinin davamı olaraq yaşadığı Şirvan şəhəri, M.Mirzəyev küçəsi 2-2-də yerləşən fərdi yaşayış evində keçirilən baxış zamanı evin zirzəmisində mişar daşların arasından 08 (səkkiz) ədəd polietilen bükümdə eyni tərkibli ayrıayrılıqda təmiz çəkiləri-3,95 qram, 4,88 qram, 2,83 qram, 4,34 qram, 5,02 qram, 5,20 qram, 5,43 qram, 4,96 qram ümumi təmiz çəkisi-36,61 qram narkotik vasitə qurudulmuş marixuana və 07 (yeddi) ədəd təsiredici maddəsinin təmiz çəkisi-0,28 qram narkotik vasitə metadon həbi aşkar olunaraq götürülmüşdür. Birinci insansiya məhkəməsinin işin faktiki hallarına əsasən gəldiyi hüquqi nəticəyə görə, Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni satış məqsədi ilə əldə edib daşıması sübuta yetməmiş, onun əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. Məhkəmənin mövqeyinə görə, tərəfindən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olamadan istintaqa məlum olmayan mənbədən və vaxtda 38,17 qram narkotik vasitə qurudulmuş marixuananı və 08 ədəd narkotik vasitə metadon həblərini qanunsuz olaraq əldə edib, narkotik vasitə qurudulmuş marixuananı 09 ədəd bükümə ayırmaqla bir bükümünü və narkotik vasitə metadon həblərinin 01 ədədini üzərində, qalan 08 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı və 07 ədəd narkotik vasitə metadon həblərini isə yaşadığı Şirvan şəhəri, M.Mirzəyev küçəsi 2-2-də yerləşən fərdi yaşayış evində daşıyaraq saxlamış, ## #### 2025-ci il tarixdə saat 22 radələrində Şirvan şəhər polis şöbəsinin X8 əməkdaşları tərəfindən əməliyyat axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanlması, binalara, hasarlanmış tikinti obyektlərinə, qurğulara daxil olma və baxış keçirilməsi haqqında qərarı əsasında Şirvan şəhəri, Gülbala Şıxbalaoğlu küçəsində saxlanılaraq, ## #### 2025-ci il tarixdə saat 22:51-dən ## #### 2025-ci il tarixdə saat 00:19-dək üzərinin yoxlanılması zamanı sol ayağında olan corabının içərisindən 01 ədəd bükümdə təmiz çəkisi-1,56 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd təsiredici maddəsinin təmiz çəkisi-0,04 qram çəkidə narkotik vasitə metadon həbi aşkar olunaraq götürülmüş, əməliyyat tədbirinin davamı olaraq yaşadığı Şirvan şəhəri, M.Mirzəyev küçəsi 2-2-də yerləşən fərdi yaşayış evində keçirilən baxış zamanı evin zirzəmisində mişar daşların arasından 08 (səkkiz) ədəd polietilen bükümdə eyni tərkibli ayrı-ayrılıqda təmiz çəkiləri-3,95 qram, 4,88 qram, 2,83 qram, 4,34 qram, 5,02 qram, 5,20 qram, 5,43 qram, 4,96 qram ümumi təmiz çəkisi-36,61 qram narkotik vasitə qurudulmuş marixuana və 07 (yeddi) ədəd təsiredici maddəsinin təmiz çəkisi-0,28 qram narkotik vasitə metadon həbi aşkar olunaraq götürülmüşdür. İttiham hökmü ilə (hakim: X4) Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli ## #### 2025-ci il tarixdən hesablanmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, ərazi narkoloji dispanserində qeydiyyata götürülmüş, maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələlər həll olunmuşdur. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. II.APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Hökmlə təyin edilmiş cəzadan narazıdır. Cəzasının yüngülləşdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. III. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin edildiyini qeyd etməklə, Şirvan Şəhər Məhkəməsinin *(***)- ***/**** saylı, ## ##### 2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, yüngül cəza təyin olunmasını xahiş etmişlər. IV. HÜQUQİ MƏSƏLƏLƏR: Аzərbаycаn Respublikаsının CPM-in 397.1-ci mаddəsinə əsasən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və bu Məcəllənin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən yаlnız аpellyаsiyа şikаyətinin və yа аpellyаsiyа prоtestinin hüdudlаrındа yоxlаnılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs apellyasiya şikayətində ağırlığına görə açıq-aydın ədalətsiz cəza təyin edilməsini iddia edərək, daha yüngül cəzanın təyin edilməsi haqqında qərarın qəbul edilməsi barədə tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.5. və 404-cü maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Аzərbаycаn Respublikаsının CPM-in 397.2-ci maddəsinin tələbi ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Cinayət- Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs oğlunun əməlini Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə tövsif etmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, ** saylı Qərarında cəza təyini ilə bağlı 27-ci bənddə qeyd olunanlara əsasən, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il ## #### tarixli * nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olubolmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il ## ###### tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Kollegiya daha yüngül cəzanın tətbiqinin mümkünlüyünü müzakirə edərək bildirir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların məqsəd və prinsipləri çərçivəsində təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə əsasların olubolmamasını araşdıraraq məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin ##.##.2019-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 il 06 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ##.##.2021-ci ildə cəzası başa çatmış və şöbənin qeydiyyatından çıxarılmışdır. Şirvan Şəhər məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2023-cü ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzadan 26 gün vaxtından əvvəl şərti azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivi vardır və məhkəmə həmin halı CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal olaraq nəzərə almışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını və qardaşının “Xocavəndin azad olunmasına görə” və “Vətən Müharibəsi İştirakçısı” medalları ilə təltif edilməsi Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Qeyd olunmalıdır ki, cinayətin residivi ilə bağlı cəza təyini zamanı Cinayət Qanunvericiliyinin imperativ tələbləri vardır və cəza həmin tələblərə uyğun təyin olunmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Göstərilən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunmuş Məcəllənin 83, 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci intsansiya məhkəməsi qeyd olunan tələbələr çərçivəsində cəza təyin etmiş, eyni zamanda təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəlki məhkumluğunun islah üçün yetərli olmamasını nəzərə almışdır. Bundan başqa nəzərə alınmalıdır ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehsalı, tələbatı və dövriyyəsinin artım miqyası insanların sağlamlığına və rifahına ciddi təhlükə yaradan, cəmiyyətin iqtisadi, mədəni və siyasi əsaslarına mənfı təsir göstərən vəziyyətdədir, bu səbəblə bu növ cinayətlərin qarışısının alınması, cinayətkar şəxslərin ifşa olunması üçün qanunla təxirəsalınmaz tədbirlər müəyyən olunmuşdur. Odur ki, məqsəd və prinsiplər baxımından cəmiyyətin maraqları fərdi maraqlardan hər bir halda üstün götürülməlidir. Cəza təyini ilə bağlı normaların tələbləri və əməlin ictimai təhükəliliyi, Təqsirləndirilən şəxs şəxsiyyəti məhkəmə kollegiyasına bu qənaətə gəlmək üçün əsas verir ki, onun özünü təqsirli bilməklə əməlini səmimi olaraq etiraf etməsi, peşman olmasını ifadə etməsi kimi hallar baxımından daha aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasının və ya CM-in 62-ci, yaxud 70-ci maddələrinin şərtlərinin tətbiqini istisna edir. Belə ki, o, əvvəllər oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı az ağır cinayət törətməsinə və azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə baxmayaraq, qeyd edilən cəza müddəti onu islah etməyə kifayət etməmiş, obyektiv və subyektiv olaraq əhalinin sağlamlığı əleyhinə cinayət törətməyə meyillilik xarakterini tərk etməmişdir. Odur ki, ona törətdiyi cinayət əməlinə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi cəza siyasətinin məqsəd və prinsiplərinə zidd olar. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini eləcə də onun əvvəllər məhkum olunmasını, şəxsiyyətini, islaha meyilli şəxs olmamasını Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3cü maddələrinin tələbləri çərçivəsində nəzərə almış, ona Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin tələblərinə cavab verən həddə cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Cinayət Prosessual Məcəlləsinin 398.1. və 398.1.1-ci maddələrinə uyğun olaraq, apellyasiya şikayətinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin halları cinayət qanunvericiliyinin məqsədinə uyğun, tətbiqini mümkün hesab etmir. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRAR VERDİ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-238/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-238/2026
09.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver