Azәrbaycan Respublikası adından Qərar Şirvan şәhәri İş № 1(3-9)-239/2026 03.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, mәhkәmә iclasının katibi Gülüşov İsmayıl Cәbrayıl katibliyi ilә, dövlәt ittihamçısı Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt İttihamının Müdafiәsi üzrә İdarәsinin Apellyasiya instansiyası mәhkәmәlәrindә Dövlәt İttihamının Müdafiәsi üzrә Şöbәsinin prokuroru X1, mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs, müdafiәçi Şirvan Regional Vәkil Bürosunun vәkili müdafiәçi1 İntiqam oğlunun iştirakları ilә, Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 234.1-ci maddәsi ilә mәhkum edilmәsinә dair Hacıqabul Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli hökmündәn məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli hökmü (hakimlәr Bayramov Orxan Telman oğlunun sәdrliyi) ilә, ##.##.1986-cı il tarixdә Bakı şәhәrindә doğulmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, orta tәhsilli, subay, Bakı şәhәr Qaradağ Rayon Mәhkәmәsinin ##.##.2021-ci il tarixli hökmü ilә Cinayәt Mәcәllәsinin 29, 177.2.1, 29, 177.2.3, 29, 177.2.3-2-ci maddәlәri ilә tәqsirli bilinәrәk 3 il 5 ay 28 gün müddәtinә azadlıqdan mәhrumetmә cәzasına vә 2.800 manat cәrimә cәzasına mәhkum edilmiş, mәhkumluğu ödәnilmәmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, tutulanadәk ünvan 1 ünvanında yaşamış, barәsindә hәbs qәtimkan tәdbiri seçilmiş Təqsirləndirilən şəxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 234.1-ci maddәsi ilә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinәrәk 2 (iki) il 5 (beş) ay müddәtinә azadlıqdan mәhrum etmә cәzasına mәhkum edilmәsi, Tәqsirlәndirilәn şәxs şübhәli şәxs qismindә tutulduğu iki gün müddәt Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 69.3-cü maddәsinә әsasәn hәbsdә saxlamanın müddәti azadlıqdan mәhrum etmәnin bir gününә bir gün hesabı ilә hesablanmaqla, cәmi iki gün müddәt ona tәyin edilmiş cәzadan çıxılması vә üzərində qəti olaraq 2 (bir) il 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Tәqsirlәndirilәn şәxs cәzasını xüsusi rejimli cәzaçәkmә müәssisәsindә çәkmәsi vә cәzaçәkmә müddәtinin әvvәlinin ## #### 2026-cı il tarixdәn hesablanması, barәsindә seçilmiş hәbs qәtimkan tәdbirinin hökm qanuni qüvvәyә minәnәdәk dәyişdirilmәdәn saxlanılması barәdә yekun qәrar qәbul edilmiş, iş üzrә maddi sübutların taleyi vә mәhkәmә mәsrәfi mәsәlәlәri hәll edilmişdir. İŞİN HALLARI: Mәhkәmәnin hökmü ilә Tәqsirlәndirilәn şәxs satış mәqsәdi olmadan özünün istifadәsi üçün şәxsi istehlak miqdarından artıq xeyli miqdarda narkotik vasitә olan qurudulmuş marixuananı qanunsuz olaraq әldә edib üzәrindә saxlamaqla Hacıqabul rayonu Navahı qәsәbәsinә daşımış, ## ######## 2025-ci il tarixdә saat 22 radәlәrindә Hacıqabul rayon polis şöbәsinin әmәkdaşları tәrәfindәn keçirilәn әmәliyyat-axtarış tәdbirlәri nәticәsindә Hacıqabul rayonu Navahı qәsәbәsindә saxlanılaraq üzәrindә yoxlama aparılarkәn 1 әdәd üzәri yapışqan lentlә bağlanmış polietilen torbada şәxsi istehlak miqdarından artıq, yәni tәmiz çәkisi 19,84 qram xeyli miqdarda narkotik tәrkibli çәtәnә (kannabis) bitkisindәn kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana ovcuna sıxaraq gizlәtdiyi sol әlindәn aşkar edilib götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs apellyasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışdır ki, Hacıqabul Rayon Mәhkәmәsinin qәrarı ilә CM-in 234.1-ci maddәsi ilә nәzәrdә tutulmuş cәza növünün hәddindәn artığını tәtbiq etmәklә 2 il 5 ay müddәtinә azadlıqdan mәhrumetmә cәzasının xüsusi rejimdә cәzaçәkmә müәssisәsindә çәkmәklә azadlıqdan mәhrum edilmişdir. Ona kәsilәn cәza növünün azaldılmasını vә birinci instansiya mәhkәmәsinin hökmünü lәğv edib qәrar verilmәsini xahiş edir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Mәhkәmә kollegiyasının iclasında: Dövlәt ittihamçısı X1 apellyasiya şikayәtinә etiraz edәrәk, apellyasiya şikayәtinin dәlillәrinin әsassız olduğunu, mәhkum olunmuş şәxsә әdalәtli vә qanuni cәza tәyin olunduğunu bildirәrәk birinci instansiya mәhkәmәsinin hökmünün dәyişdirilmәdәn saxlanılmasını vә apellyasiya şikayәtinin tәmin olunmamasını xahiş etdi Tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs ona tәyin olunmuş cәzanın sәrt olduğundan yüngüllәşdirilmәsini vә cәza çәkdiyi rejim qaydasının dәyişdirilmәsini xahiş etdi. Tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs müdafiәçisi müdafiәçi1 çıxışında apellyasiya şikayәtinin dәlillәrinә istinad edәrәk onun tәmin edilmәsini xahiş etmiş, tәyin edilmiş cәrimә növündә cәzanın tәqsirlәndirilәn şәxs tәrәfindәn artıq icra olunaraq ödәnildiyini nәzәrә almaqla, tәyin edilmiş cәzanın yüngüllәşdirilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin: 397.1-ci maddәsinә görә, apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyyәn edilmәsinin, habelә cinayәt qanununun vә Cinayәt-Prosessual Mәcәllәsinin normalarının tәtbiq edilmәsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddәsinә әsasәn, birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş faktiki hallar apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn yalnız apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn cinayәt qanununa vә bu Mәcәllәnin normalarına riayәt edilmәsi apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn apellyasiya şikayәtinin vә apellyasiya protestinin dәlillәrindәn asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, Hacıqabul Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü isə həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belә ki, birinci instansiya mәhkәmәsinin mübahisә olunan hökmündәn görünür ki, mәhkәmә ittiham hökmü çıxararkәn ittiham tәrәfinin tәqdim etdiyi vә mәhkәmә istintaqında tәqdiq olunmuş sübutlara, yәni tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs özünün etirafedici ifadәsi, şahidlәr - Hacıqabul RPŞ-nin әmәkdaşlarının ifadәlәri, ekspert rәylәri vә işdә olan istintaq hәrәkәtlәrinә dair protokollar vә digәr sәnәdlәrlә Tәqsirlәndirilәn şәxs CM-in 234.1ci maddәsi ilә müәyyәn edilmiş cinayәt әmәlini törәtmәsi vә tәqsirliliyinin tam sübuta yetirilmәsinә, hәmin әmәlin cinayәt olmasını aradan qaldıran halların, hәmçinin Tәqsirlәndirilәn şәxs cinayәt mәsuliyyәtindәn azad edilmәsi üçün әsasların olmamasına görә, sonuncunun hәmin maddә ilә tәqsirili bilinib cәzalandırılmalı olmasına dair yekun nәticәyә gәlmişdir. Mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsi Tәqsirlәndirilәn şәxs CM-in 234.1-ci maddәsindә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәsi barәdә yekun nәticәyә gәlәrkәn ibtidai istintaq orqanı tәrәfindәn toplanmış vә mәhkәmә iclasında araşdırılıb qiymәtlәndirilәn sübutlara düzgün istinad etmiş, tәqdim olunan sübutlar tәdqiq edilmiş, onlara hüquqi qiymәt verilmişdir. Birinci instansiya məhkəməsinin hökmündə tədqiq olunmuş sübutlar ətraflı şəkildə təsvir olunduğundan məhkəmə kollegiyası prosessual qənaət prinsipi və məhkəmə aktlarının səmərəliliyi baxımından həmin sübutların yenidən geniş şəkildə təsvirinə ehtiyac görmür. Apellyasiya instansiya mәhkәmәsindә mәhkәmә baxışı zamanı mәhkәmә kollegiyası cinayәt işinin materiallarını tәhlil edәrәk belә nәticәyә gәlir ki, tәqsirlәndirilәn şәxsә elan edilmiş ittihamla bağlı istәr ibtidai araşdırma orqanı, istәrsә dә işә baxmış birinci instansiya mәhkәmәsi CPM-in 143-146-cı maddәlәrinin tәlәblәrinә әmәl edәrәk mәhkumun ittiham olunduğu cinayәtin törәdilmәsindә tәqsirli bilinmәsi haqda mötәbәr nәticәyә gәlmәk üçün kifayәt qәdәr sübutlar toplamış vә bu sübutların hәr birinin mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi qiymәtlәndirilәrәk işin faktiki hallarına uyğun olan yekun mәhkәmә qәrarı qәbul etmişdir. Mәhkәmә kollegiyası hesab edir ki, sadalanan sübutlar tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs istinad olunmuş әmәlin törәdilmәsindә aidiyyәtinin vә tәqsirliliyinin tәsdiqinә kifayәtdir. Belә ki, AR Cinayәt Prosessual Mәcәllәsinin: 145.1-145.2-ci maddәlәrinә görә hәr bir sübut mәnsubiyyәti, mümkünlüyü, mötәbәrliyi üzrә qiymәtlәndirilmәlidir. Cinayәt tәqibi üzrә toplanmış bütün sübutların mәcmusuna isә ittihamın hәlli üçün onların kifayәt etmәsinә әsasәn qiymәt verilmәlidir. Tәhqiqatçı, müstәntiq, prokuror, hakim qanunu vә vicdanını rәhbәr tutaraq sübutların mәcmusunun hәrtәrәfli, tam vә obyektiv baxılmasına әsaslanmaqla öz daxili inamına görә sübutları qiymәtlәndirirlәr. 146.1-ci maddәsinә әsasәn cinayәt tәqibi üzrә toplanmış sübutların kifayәt etmәsi dedikdә, müәyyәn edilmәli hallar üzrә mümkün sübutların elә bir hәcmi nәzәrdә tutulur ki, onlar sübut etmә predmetinin müәyyәn edilmәsi üçün mötәbәr vә yekun nәticәyә gәlmәyә imkan versin. Qeyd olunanlara әsasәn mәhkәmә kollegiyası hesab edir ki, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs әmәli birinci instansiya mәhkәmәsi tәrәfindәn CM-in 234.1-ci maddәsi ilә düzgün tövsif olunmuşdur vә işә baxılarkәn cinayәt vә cinayәt-prosessual hüquq normaları düzgün tәtbiq edilmişdir, işin faktiki halları vә әmәlin hüquqi tövsifi barәdә birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә qanuni vә әsaslıdır. Hәmin әmәlin cinayәt olmasını aradan qaldıran hallar, hәmçinin Tәqsirlәndirilәn şәxs cinayәt mәsuliyyәtindәn azad edilmәsi vә yaxud hәmin maddәlәrlә ona bәraәt verilmәsi üçün әsaslar mövcud deyildir. Mәhkәmә kollegiyası hәmçinin hesab edir ki, istәr ibtidai araşdırma zamanı vә istәrsәdә mәhkәmә istintaqında tәqsirlәndirilәn şәxsin müdafiә hüquqları tәmin edilmiş vә mәhkәmә baxışı zamanı hәr hansı bir kobud prosessual qanun pozuntusuna yol verilmәsi aşkar edilmәmişdir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, şikayət müəllifi cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini müzakirə edərək hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn cәza tәyin olunarkәn törәdilmiş cinayәtlәrin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsi, tәqsirkarın şәxsiyyәti, o cümlәdәn cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallar, habelә tәyin olunmuş cәzanın şәxsin islah olunmasına vә onun ailәsinin hәyat şәraitinә tәsiri nәzәrә alınmışdır. İş materiallarından görünür ki, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs әvvәllәr CMin 177-ci maddәsi ilә dәfәlәrlә mәhkum olunmuşdur. Belә ki, Azәrbaycan Respublikası DİNdәn daxil olmuş tәlәbnamәdәn vә mәhkәmә hökmünün surәtlәrindәn göründüyü kimi tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs Bakı şәhәr Qaradağ rayon mәhkәmәsinin ##.##.2012-ci il tarixli hökmünә әsasәn Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 177.2.1, 177.2.2, 177.2.3, 228.1, 66.3, 68.2-ci maddәlәri ilә tәqsirli bilinәrәk 1 il 6 ay müddәtinә azadlıqdan mәhrumetmә vә 3.000 manat cәrimә cәzasına mәhkum edildikdәn sonra Bakı şәhәr Qaradağ rayon mәhkәmәsinin ##.##.2015-ci il tarixli hökmünә әsasәn Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 177.2.1, 177.2.2, 177.2.3, 67.1, 68.2-ci maddәlәri ilә tәqsirli bilinәrәk 3 il 6 ay müddәtinә azadlıqdan mәhrumetmә vә 3.000 manat cәrimә cәzasına mәhkum edilmiş, daha sonra isә Bakı şәhәr Qaradağ rayon mәhkәmәsinin ##.##.2021-ci il tarixli hökmünә әsasәn Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 29, 177.2.1, 29, 177.2.3, 29, 177.2.3-2, 69.3, 67.1-ci maddәlәri ilә tәqsirli bilinәrәk 3 il 5 ay müddәtinә azadlıqdan mәhrumetmә vә 2.800 manat cәrimә cәzasına mәhkum edilmiş, ##.##.2025-ci il tarixdә cәzanın sonu ilә azad edilmiş, ##.##.2025-ci il tarixdә cәrimә cәzasında nәzәrdә tutulmuş mәblәğ ödәnilmişdir. Göründüyü kimi, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs Bakı şәhәr Qaradağ Rayon Mәhkәmәsinin hәm ##.##.2015-ci il tarixli hökmünә, hәm dә ##.##.2021-ci il tarixli hökmünә әsasәn tәqsirli bilinәrkәn hәr iki halda Cinayәt Mәcәllәsinin 67.1-ci maddәsinin tәlәblәrinә әsasәn hökmlәrin mәcmusu qaydasında ona cәza tәyin edilmişdir. Qeyd edilәnlәrә vә qanunvericiliyin tәlәblәrinә әsasәn mәhkәmә hesab edir ki, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs barәsindә qәbul edilmiş Bakı şәhәr Qaradağ rayon mәhkәmәsinin ##.##.2012-ci il tarixli, ##.##.2015-ci il tarixli, ##.##.2021-ci il tarixli hökmlәrinә әsasәn tәqsirli bilindiyi cinayәt әmәllәrinә münasibәtdә mәhkumluğun ödәnilmәsi sonuncu hökm üzrә tәqsirlәndirilәn şәxs tәrәfindәn әlavә cәza qismindә tәyin edilmiş cәrimә cәzasının ödәnildiyi gündәn hesablanmalıdır. Tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs tәrәfindәn isә hәmin cәrimә cәzası üzrә müәyyәn edilmiş mәblәğ ##.##.2025-ci il tarixdә dövlәt büdcәsinә ödәnilmişdir. Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin: 18.3. Cinayәtlәrin residivi aşağıdakı hallarda xüsusilə təhlükəli sayılır: 18.3.1. qəsdən az ağır vә ya qәsdәn ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şәxs yenidәn qәsdәn cinayәt törәtmәyә görә azadlıqdan mәhrum etmә cәzasına mәhkum olunduqda. 83.4-1-ci maddәsinә әsasәn әsas cәzanı çәkib qurtarmış, yaxud әsas cәzasını çәkmәkdәn vaxtından әvvәl azad edilmiş vә ya cәzasının çәkilmәmiş hissәsi daha yüngül cәza növü ilә әvәz edilmiş şәxsin çәkilmәmiş әlavә cәzası olduğu hallarda, mәhkumluğun ödәnilmәsi müddәti әlavә cәzanın çәkilib qurtardığı gündәn hesablanır. “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 18.4.4 vә 83.3.2-ci maddәlәrinin hәmin Mәcәllәnin 8, 9, 61.1.1 vә 65.2-ci maddәlәri baxımından şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumu ## ######## 2022-ci il tarixli Qәrarındakı mövqeyә görә, Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 18.4 vә 83.4-1-ci maddәlәrinin mәzmununa görә, cinayәtlәrin vә ya hökmlәrin mәcmusu üzrә azadlıqdan mәhrum etmә ilә yanaşı digәr cәzaya mәhkum olunmuş şәxs mәhkumluğun ödәnilmәdiyi vә ya götürülmәdiyi dövrdә yenidәn qәsdәn cinayәt törәtdikdә, onun әmәli cinayәtin residivini yaradır. Belәliklә dә, müәyyәn olunur ki, tәqsirlәndiriklәn şәxs Tәqsirlәndirilәn şәxs әmәlindә cinayәtlәrin xüsusilә tәhlükәli residivi mövcud olmuşdur. Mәhkum olunmuş şәxs Tәqsirlәndirilәn şәxs tәqsirli bilindiyi Azәrbaycan Respublikası CM-in 234.1-ci maddәsinin alternativ xarakterli nisbi-müәyyәn sanksiyasında bir ildәn üç ilәdәk müddәtә azadlığın mәhdudlaşdırılması vә ya üç ilәdәk müddәtә azadlıqdan mәhrum etmә cәzaları müәyyәn olunmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, mәhkәmә tәqsirlәndirilәn şәxsin törәtdiyi cinayәt әmәlinә görә sәmimi peşmançılıq hissi keçirmәsini, yaşayış yeri üzrә müsbәt xarakterizә edilmәsini cәzanı yüngüllәşdirәn hallar kimi, әmәlindә cinayәtlәrin xüsusilә tәhlükәli residivinin olmasını isә CM-in 61.1.1-ci maddәsinә әsasәn cәzasını ağırlaşdıran hal kimi, elәcә dә CM-in 65.2-ci maddәsinin tәlәbini dә nәzәrә almaqla Təqsirləndirilən şəxs 2 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azәrbaycan Respublikası CM-in 65.2-cı maddәsinә әsasәn residivә görә cәzanın müddәti törәdilmiş cinayәtә görә bu Mәcәllәnin Xüsusi hissәsinin müvafiq maddәsindә müәyyәn edilmiş daha ciddi cәza növünün son hәddinin yarısından, tәhlükәli residivә görә üçdә ikisindәn, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Mәhkәmә kollegiyası hesab edir ki, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs mәhkumluqları ödәnilmәdәn dәfәlәrlә yenidәn eyni xarakterli cinayәti törәtmәsi onu göstәrir ki, onun barәsindә tәtbiq edilәn cinayәt hüquqi tәsir tәdbiri gözlәnilәn sәmәrәni vermәmiş, şәxs tәhlükәli meyllәrin vә vәrdişlәrin tәsirindәn azad olmamışdır. Buna görә dә, ilk dәfә mәhkum olunmuş şәxslәrә nisbәtәn residiv hesab olunan cinayәtlәri törәtmiş şәxslәr daha tәhlükәli hesab edilirlәr. AR Konstitusiya Mәhkәmәsinin Plenumu bir sıra qәrarlarında vurğulamışdır ki, mәhkumluq tәkcә şәxsin mәhkum olunması vә ona cәzanın tәyin edilmәsi faktı ilә şәrtlәndirilmir. Mәhkumluq şәxs tәrәfindәn tәkrarәn cinayәt törәdilәrkәn cinayәt qanunvericiliyi ilә müәyyәn olunmuş hüquqi nәticәlәrә sәbәb olan mәhkumun hüquqi vәziyyәtini ifadә edir; şәxsdә olan ödәnilmәmiş vә ya götürülmәmiş mәhkumluq, onunla dövlәt arasında cinayәt-hüquqi tәnzimlәmә әsasında formalaşan, bu şәxs tәrәfindәn yeni cinayәtlәr törәdilәrkәn onun şәxsiyyәtinin vә törәtdiyi cinayәtlәrin yüksәk tәhlükәli kimi qiymәtlәndirilmәsinә xidmәt edәn xüsusi ictimai-hüquqi münasibәtlәr yaradır vә buna görә onun barәsindә daha ağır tәdbirlәrin tәtbiqini nәzәrdә tutur (Konstitusiya Mәhkәmәsi Plenumunun “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 83-cü maddәsinin şәrh olunmasına dair” ## ### 2009-cu il tarixli Qәrarı)”. Mәhkәmә kollegiyası onu da qeyd edir ki, әvvәllәr dәfәlәrlә mәhkum olunmuş şәxs tәrәfindәn yenidәn qәsdәn cinayәtlәrin törәdilmәsi yüksәk ictimai tәhlükә tәşkil edir. Belә ki, Tәqsirlәndirilәn şәxs barәsindә artıq bir neçә dәfә ittihamedici hökm çıxarılmış vә ona müxtәlif növ cәzalar tәyin edilmişdir. Dövlәtin adından çıxarılmış bu hökmlәrlә Tәqsirlәndirilәn şәxs vә onun davranışına mәnfi mәnәvi-hüquqi qiymәt verilmiş, faktiki olaraq gәlәcәkdә bu cür cinayәtkar davranışın yolverilmәz olmasına dair xәbәrdarlıqlar edilmişdir. Lakin Tәqsirlәndirilәn şәxs hәr dәfә yeni cinayәt törәtmәklә ona edilmiş dövlәt mәcburiyyәtinә qarşı aşkar etinasızlıq göstәrmişdir. Odur ki, dәfәlәrlә qәsdәn cinayәt әmәllәri törәtmiş Tәqsirlәndirilәn şәxs daha yüksәk ictimai tәhlükәlilik dәrәcәsinә malik biri kimi sәciyyәlәndirilir vә bu sәbәbdәn ona yüngül cәzanın tәyin edilmәsi hәm qanunvericiliklә tәsbit olunmuş humanizm vә әdalәt prinsiplәri ilә, hәm dә bu prinsiplәrin ümumbәşәri anlayışları ilә ziddiyyәt tәşkil edir. Bu baxımdan tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs barәsindә azadlıqdan mәhrum etmәyә nisbәtәn daha yüngül cәzanın tәyin edilmәsi cәza tәyinetmәnin ümumi mәqsәdlәrinә nail olmaq üçün sonuncuya münasibәtdә kifayәt etmәmәklә yanaşı tәqsirlәndirilәn şәxsdә törәtmiş olduğu ictimai tәhlükәli әmәlә laqeydlik hissinin formalaşmasına sәbәb ola bilәr. Cinayәt qanunvericiliyindә cәzaya münasibәtdә sosial әdalәtin nәdәn ibarәt olması әdalәt prinsipini vә cәzanın tәyin edilmәsinin ümumi әsaslarını nәzәrdә tutan CM-in 8 vә 58ci maddәlәrindә açıqlanmışdır. CM-in 8-ci maddәsinin mahiyyәtinә görә cinayәt törәtmiş şәxs haqqında tәtbiq edilәn cәza әdalәtli olmalıdır. Cәzanın tәyin edilmәsinin ümumi әsaslarını nәzәrdә tutan CM- in 58.1-ci maddәsinә әsasәn cinayәt törәtmәkdә tәqsirli bilinәn şәxsә, bu Mәcәllәnin Ümumi hissәsinin müddәaları nәzәrә alınmaqla Xüsusi hissәsinin müvafiq maddәlәrindә nәzәrdә tutulmuş hәdlәrdә әdalәtli cәza tәyin edilir. Ədalәtli cәza ilk növbәdә CM-in 41-ci maddәsindә nәzәrdә tutulmuş cәzanın mәqsәdinә nail olmaq üçün mühüm vasitәdir. Tәyin edilmiş cәzanın әdalәtli olması dedikdә, CM-in 58.3-cü maddәsinә uyğun olaraq hәmin cәzanın cinayәtin xarakterinә vә ictimai tәhlükәlilik dәrәcәsinә, tәqsirkarın şәxsiyyәtinә, o cümlәdәn cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallara, habelә tәyin olunmuş cәzanın şәxsin islah olunmasına vә onun ailәsinin hәyat şәraitinә uyğun olması başa düşülür. Apellyasiya kollegiyası onu da qeyd edir ki, әgәr şәxs davamlı olaraq cinayәt törәdirsә, bu, onun hüquq normalarına hörmәtsiz münasibәtini göstәrir. Bu halda daha ağır cәza tәtbiq olunması törәdilmiş әmәlin vә şәxsin ictimai tәhlükәlilik dәrәcәsinә uyğun vә proporsional sayılır. Əks halda, davamlı cinayәtkarlığa qarşı adekvat hüquqi reaksiya verilmәmiş olar. Odur ki, mәhkәmә kollegiyası yuxarıda qeyd olunanlara әsasәn belә hesab edir ki, mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs cәza tәyin edilәrkәn birinci instansiya mәhkәmәsi tәrәfindәn cәza tәyin etmәnin ümumi prinsiplәrini özündә ehtiva edәn CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 vә 65.2-ci maddәlәrinin tәlәblәri, habelә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Plenumunun “Mәhkәmәlәr tәrәfindәn cinayәt cәzalarının tәyin edilmәsi tәcrübәsi haqqında” 2003-cü il ## #### tarixli ** saylı qәrarının tövsiyyәlәri, törәdilmiş cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsi, cәzanı ağırlaşdıran vә yüngüllәşdirәn hallar, onun şәxsiyyәti, tәyin olunan cәzanın onun islah olmasına vә ailәsinin hәyat şәraitinә tәsiri, habelә sosial әdalәtin bәrpası kimi hallar nәzәrә alınmış vә ona kifayәt qәdәr әdalәtli cәza tәyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın CM-in 58.3 və 65.2-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayaraq ona təyin olunmuş cəzanı ədalətli sayır və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə razılaşır. Azәrbaycan Respublikası CPM-in 398.1.1-ci maddәsinә görә, apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarını dәyişdirmәdәn, apellyasiya şikayәtini vә ya apellyasiya protestini isә tәmin etmәdәn saxlanılması haqqında qәrar qәbul edә bilәr. Belәliklә dә, mәhkәmә kollegiyası iş üzrә toplanmış vә birinci instansiya mәhkәmәsinin mәhkәmә iclasında tәdqiq edilmiş sübutları bir daha tәhlil edib, hәm onlara, hәm dә yuxarıda qeyd edilәn hallara, hәmçinin apellyasiya şikayәti üzrә apellyasiya instansiyasında aparılmış mәhkәmә araşdırmasının nәticәlәrinә әsaslanıb, onlara obyektiv hüquqi qiymәt verәrәk belә hesab edir ki, tәqsirlәndirilәn şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәdәn, Hacıqabul Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli hökmü apellyasiya şikayәtinә әsasәn dәyişdirilmәdәn saxlanılmalıdır. Odur ki, mәhkәmә kollegiyası yuxarıda göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası CPM-in 397, 398, 407 vә 410-cu maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDI: Mәhkum edilmiş Tәqsirlәndirilәn şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Hacıqabul Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü hәmin apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Qәrar elan edildiyi andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan elan olunduğu (azadlıqdan mәhrumetmә növündә cәza çәkәn mәhkuma münasibәtdә isә qәrar ona verildiyi) gündәn CPM-in 410-cu maddәsindә göstәrilәn müddәtlәrdә Şirvan Apellyasiya Mәhkәmәsi vasitәsilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyasına kassasiya şikayәti vә ya protesti verilә bilәr.
Məhkəmə qərarları › İş №1(3-9)-239/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-239/2026
03.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver