Məhkəmə qərarları › İş №1(3-9)-240/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-240/2026

18.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Şirvan şәhәri İş № 1(3-9)-240/2026 18.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyası Hakimlәr Hacıyev Pәrviz Vaqif oğlu (sәdrlik edәn), Ağabәyov Nicat Rauf oğlu vә Sultanov Cavid Rizvan oğlundan ibarәt tәrkibdә, Babayev Variq Baloğlan oğlunun katibliyi, dövlәt ittihamçısı, Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt İttihamının Müdafiәsi üzrә İdarәsinin Apellyasiya instansiyası mәhkәmәlәrindә Dövlәt İttihamının Müdafiәsi üzrә Şöbәsinin prokuroru, R X1, zәrәrçәkmiş şәxs Əhmәdov İlqar Sәfәr oğlunun, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs, müdafiәçisi - Şirvan Regional Vәkil Bürosunun vәkili müdafiәçi1 iştirakı ilә, Tәqsirlәndirilәn şәxs “Konstitusiya vә Suverenlik İli” münasibәtilә amnistiya elan edilmәsi haqqında Azәrbaycan Respublikası Milli Mәclisinin ##.##.2025-ci il tarixli Qәrarına әsasәn Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 128-ci maddәsi ilә cinayәt mәsuliyyәtindәn azad edilmәsi vә cinayәt tәqibinә xitam verilmәsinә dair İmişli Rayon Mәhkәmәsinin ## ##### 2026cı il tarixli, *(***)-***/**** nömrәli qәrarından zәrәrçәkmiş şәxs Əhmәdov İlqar Sәfәr oğlu tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Şirvan Apellyasiya Mәhkәmәsinin inzibati binasında açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: İmişli Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrarı (hakim Ağayeva Gülsaba Xeyrulla qızının sәdrliyi) ilә ##.##.1984-cü ildә Laçın rayonu Malıbәy doğulmuş, Azәrbaycan Respublikası vәtәndaşı, azәrbaycanlı, orta tәhsilli, İmişli Su Meliorasiya İstismarı İdarәsindә hidrotexnik işlәyәn, evli, mәhkum olunmamış, Laçın rayonu Malıbәy kәndindә qeydiyyatda olmaqla Beylәqan rayonu, İmamverdilәr kәndindә yaşayan, barәsindә “başqa yerә getmәmәk haqqında iltizam” qәtimkan tәdbiri seçilmiş Təqsirləndirilən şəxs “Konstitusiya vә Suverenlik İli” münasibәtilә amnistiya elan edilmәsi haqqında Azәrbaycan Respublikası Milli Mәclisinin ##.##.2025-ci il tarixli Qәrarının 5.1-ci bәndi tәtbiq edilmәklә, Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 128-ci maddәsi ilә cinayәt mәsuliyyәtindәn azad edilmәsi vә cinayәt tәqibinә xitam verilmәsi, barәsindә seçilmiş “başqa yerә getmәmәk haqqında iltizam” qәtimkan tәdbirinin qәrar qanuni qüvvәyә mindikdәn sonra lәğv edilmәsi barәdә yekun qәrar qәbul edilmiş, iş üzrә mәhkәmә mәsrәfi mәsәlәsi hәll edilmişdir. İŞİN HALLARI Verilmiş ittihama görә, Tәqsirlәndirilәn şәxs ## ####### 2025-ci il tarixdә saat 11 radәlәrindә, İmişli rayonu, Əliqulular kәndi әrazisindә Əhmәdov İlqar Sәfәr oğluna mәxsus torpaq sahәsinә “Osman kanal” su arxından gәlәn suyun istiqamәtinin sonuncu tәrәfindәn öz torpaq sahәsinә doğru dәyişdirilmәsi barәdә mәlumat alıb hәmin torpaq sahәsindә İmişli Su Meliorasiya Sistemlәrinin İstismarı İdarәsinә mәxsus ekskovator vasitәsilә suyun İlqar Əhmәdovun torpaq sahәsinә getmәsinin qarşısını alarkәn bunu görәn sonuncunun hadisә yerinә gәlib suyun öz sahәsinә buraxılmamasına irad bildirmәsi vә onu tәhqir etmәsindәn sonra aralarında yaranmış mübahisә zamanı İlqar Əhmәdovun әlindәki ağac parçasını alaraq sonuncunun әnsә nahiyәsinә bir dәfә, habelә yumruqla bәdәnin baş, kürәk, qol vә döş qәfәsi nahiyәlәrinә vurub sonuncuya sol gicgah nahiyәsindә, sağ vә sol kürәk nahiyәlәrindә, döş qәfәsinin sağ yarısının ön sәthindә 8-10-cu qabırğalar proyeksiyasında qançırlar, sağ dirsәk oynağının arxa sәthindә sıyrıqdan ibarәt sağlamlığın qısa müddәtә pozulmasına sәbәb olmuş sağlamlığa yüngül zәrәr vurmaya aid bәdәn xәsarәtlәri yetirmәklә, qәsdәn zәrәrçәkmiş şәxs İ.S.Əhmәdovun sağlamlığına yüngül zәrәr vurmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya mәhkәmәsinin qәrarından zәrәrçәkmiş şәxs Əhmәdov İlqar Sәfәr oğlu apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini, tәqsirlәndirilәn şәxsin әmәlinin düzgün tövsif edilmәsini, Tәqsirlәndirilәn şәxs barәsindә әn ağır cәzanın tәyin edilmәsinә dair qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası CM-nin 128-ci maddәsi ilә elan edilmiş ittihamda özünü tәqsirli bilib ifadәsindә göstәrmişdir ki, hadisә yerindә İlqar Əhmәdov, o, Azәr, Əyanәt vә ekskovator sürücüsü olmuşdur. Başqa şәxs olmamışdır. Mübahisә ancaq İlqarla onun arasında olmuşdur. Azәr isә onları ayırmışdır. Hәmin vaxt İlqar Azәri dә söyüb tәhqir etmişdir. Törәtmiş olduğu cinayәt әmәlindәn sәmimi peşmandır. Bundan başqa, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs törәtmiş olduğu cinayәt әmәli özünün etirafedici ifadәsi ilә yanaşı, iş üzrә dindirilmiş zәrәrçәkmiş şәxsin ifadәsi, şahid ifadәlәri, ekspertiza rәyi, iş materialları vә işin digәr obyektiv halları ilә tam sübuta yetirilmişdir. Belә ki, mәhkәmәdә zәrәrçәkmiş şәxs qismindә dindirilmiş Əhmәdov İlqar Sәfәr oğlu ifadәsindә göstәrmişdir ki, Beylәqan rayonu İmamaverdilәr kәnd sakini Tәqsirlәndirilәn şәxs tanıyır, sonuncu ilә әvvәllәr heç bir әdavәti vә ya düşmәnçiliyi olmamışdır. Sulara nәzarәt edәn şәxs kimi Asif Abdullayevi tanımışdır. ## ####### 2025-ci il tarixdә, saat 11 radәlәrindә qoyun otaran zaman yaxınlıqda "Hyundai" texnikasının sәsini eşitmiş vә hәmin tәrәfә atını sürmüşdür. Oraya çatanda traktorun suyun qarşısını kәsdiyini görmüşdür. Bununla bağlı traktor sürücüsünә irad bildirәn zaman Tәqsirlәndirilәn şәxs onun sağ qolundan tutub onu atdan aşağı çәkmiş, o, qolunun yaralı olduğunu desә dә, Akif onu aşağı çәkib yumruq zәrbәlәri ilә döymüş, sonra qolları ilә boğmuşdur. Bu zaman o, Akifin barmağı ağzına keçdiyi üçün dişlәmişdir. Sonra traktor sürücüsü gәlib arxadan onun sol ayağına zәrbә vurmuş vә o, yerә yıxılmışdır. Bundan sonra, Akif onu yenidәn qolları ilә boğmağa başlamışdır. Bu zaman yaxınlıqda olan Azәr adlı şәxs onun kәnara düşәn çomağını yerdәn götürüb Akifә vermiş, Akif dә hәmin çomaqla onun baş nahiyәsinә, sonra da qabırğalarına, kürәyinә zәrbәlәr endirmişdir. Hәmin vaxt o, özündәn getmiş, özünә gәlәndә isә әtrafda heç kim olmamışdır. Sonra 102 xidmәti zәng mәrkәzinә müraciәt etmiş vә İmişli Rayon Xәstәxanasına getmişdir. Ağrıları olduğu üçün onu orada saxlamışlar. Bundan başqa, Tәqsirlәndirilәn şәxs atası Asif Abdullayev onun 30 ha ölçüdә torpaq sahәsini qanunsuz zәbt etmişdir. Suyun verilmәsi ilә bağlı sonuncu dәfә 22, 24 sentyabr tarixlәrindә zәng etmiş, lakin Tәqsirlәndirilәn şәxs telefonlara cavab vermәmişdir Akif özünün hәmin yerdә tәsәrrüfatı olduğu üçün, elәcә dә onun 30 ha ölçüdә torpaq sahәsini zәbt etdiyi üçün ona su vemәmişdir. O, hadisә yerinә gәlәndәn sonra Akiflә sözlü mübahisә etmәmiş, sadәcә nә üçün onun suyunun kәsildiyini bilmәk istәmişdir. Onun oraya çatan kimi Tәqsirlәndirilәn şәxs tәhqir etmәsi, sözlü mübahisә etmәsi, әlindәki çomaqla onu vurması, Tәqsirlәndirilәn şәxs onu atdan yerә yıxması, çomağı onun әlindәn alıb başına vurması, süprüşmәlәrini bildirmәsi ilә bağlı Tәqsirlәndirilәn şәxs, şahid3, şahid1, şahid2 ifadәlәrindә bildirdiklәri yalandır, onlar bir-birilәri ilә әlbirdirlәr, heç bir sözlü mübahisә olmamış, oraya çatan kimi Tәqsirlәndirilәn şәxs heç bir söz demәdәn onu döymüşdür. Mübahisә tәxminәn 20-25 dәqiqә davam etmişdir. şahid3la aralarında әdavәt vә ya düşmәnçilik olmamış, Azәr mütәmadi olaraq Akifin yanında olur, Akiflә yaxındır, buna görә dә sonuncuya ağacı yerdәn götürüb onu vurması üçün vermişdir. Əvvәllәr Tәqsirlәndirilәn şәxslә aralarında bu cür mübahisә olmamış, yaxud su mәsәlәsindәn savayı digәr mәsәlәlәrlә bağlı mübahisәlәri olmamışdır. Ona su verilmәmiş, buna görә dә borcu olmamışdır. O, hadisә yerinә gәlәndәn sonra ilk öncә traktor sürücüsü ilә şifahi ünsiyyәt qurmuş vә dayanmasını bildirmiş, gәlәn kimi Akiflә danışmamış, lakin sonuncu heç bir söz demәdәn onu döymüş, bu isә Akifin onunla düşmәnçilik saxladığını göstәrir. Lakin o Akiflә heç bir düşmәnçilik saxlamamışdır. Orada olan şәxslәrdәn traktor sürücüsü onun ayağına tәpik vurmuş, Azәr ağacı Akifә vermiş, sonuncu da hәmin ağacla onu döymüşdür. Traktor sürücüsünü tanımamışdır, lakin sürücü onu vurmuşdur, çünki Akiflә birlikdә işlәdiyi üçün onu müdafiә etmişdir. Azәrin çomağı Akifә vermәsini konkret görmüş, lakin traktor sürücüsünün onu vurmasını görmәmişdir. Lakin traktor sürücüsündәn savayı da onun arxasında heç kim olmamışdır. Hadisә yerindә olan şahid1 heç bir müdaxilә etmәmiş, yaxın durmamışdır. Torpaq sahәsini suvarmaq üçün ## ####### 2025-ci il tarixdә, gecә saatlarında suyun istiqamәtini dәyişmәzdәn әvvәl bu barәdә kimәsә xәbәrdarlıq etmәmişdir. Tәqsirlәndirilәn şәxs ona mәxsus 30 ha ölçüdә torpaq sahәsini zәbt etmәsi ilә bağlı qeyd etmişdir ki, qardaşı Elman Sәfәrova mәxsus 397 ha ölçüdә torpaq sahәsi onun istifadәsindәdir. Ona mәxsus 30 ha ölçüdә torpaq sahәsi qeyri-qanuni istifadә edilir. Hazırda tәqsirlәndirilәn şәxslә barışmamış vә onun barәsindә qanunamüvafiq tәdbir görülmәsini mәhkәmәdәn xahiş edir. İş üzrә dindirilmiş şahidlәr, әslindә tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs kömәklik göstәrmiş, faktiki olaraq hәmin әmәlin törәdilmәsindә bu vә ya başqa şәkildә iştirak etmişlәr. Lakin birinci instansiya mәhkәmәsi zәrәrçәkmiş şәxs Əhmәdov İlqar Sәfәr oğlunun bu barәdә tәqdim etdiyi mötәbәr sübutlara әhәmiyyәt vә hüquqi qiymәt vermәmişdir. Bundan başqa, hәm ibtidai istintaq orqanı, hәm dә birinci instansiya mәhkәmәsi nәzәrә almamışdır ki, әslindә zәrәrçәkmiş şәxs Əhmәdov İlqar Sәfәr oğluna yetirilmiş xәsarәtlәr dә düzgün tәyin edilmәmişdir. Belә ki, birinci instansiya mәhkәmәsinin qәrarında göstәrilmişdir ki: "İşdә olan mәhkәmәtibbi ekspertizasının ##.##.2025-ci il tarixli *** nömrәli rәyindәn görünür ki, Əhmәdov İlqar Sәfәr oğlunun bәdәni üzәrindә aşkar edilmiş xәsarәtlәr - әnsә nahiyәsindә yara, sol gicgah nahiyәsindә, sağ vә sol kürәk nahiyәlәrindә, döş qәfәsinin sağ yarısının ön sәthindә 8-10-cu qabırğalar proyeksiyasında qançırlar, sağ dirsәk oynağının arxa sәthindә sıyrıq bәrk küt әşyanın (әşyaların) tәsirindәn törәnmişdir, müxtәlif şәraitlәrdә, o cümlәdәn ##.##.2025-ci il tarixdә tәsviri hissәdә göstәrilәn şәraitdә әmәlә gәlә bilәrdi. Qeyd olunmuş xәsarәt-әnsә nahiyәsindә yara dәrәcәsinә görә sağmalığın qısa müddәtә pozulmasına sәbәb olan sağlamlığa yüngül zәrәr vurmaya aid edilir. Digәr xәsarәtlәr isә sağlamlığa zәrәr vurmayan xәsarәtlәr olduğu üçün dәrәcәsi tәyin edilmir. (vәrәq 23-24). Əhmәdov İlqar Sәfәr oğlunun vәsatәti әsasında mәhkәmә tәrәfindәn ##.##.2026-cı il tarixli qәrarla tәkrar mәhkәmә-tibbi ekspertizası tәyin edilmişdir. Tәkrar mәhkәmә-tibbi ekspertizasının ##.##.2026-cı il tarixli T***/**** nömrәli rәyindәn görünür ki, Əhmәdov İlqar Sәfәr oğlunun bәdәni üzәrindә aşkar edilmiş xәsarәtlәr әnsә nahiyәsindә yara, sol gicgah nahiyәsindә, sağ vә sol kürәk nahiyәlәrindә, döş qәfәsinin sağ yarısının ön sәthindә 8-10-cu qabırğalar proyeksiyasında qançırlar, sağ dirsәk oynağının arxa sәthindә sıyrıq bәrk küt әşyanın (әşyaların) tәsirindәn törәnmişdir, müxtәlif şәraitlәrdә, o cümlәdәn ##.##.2025-ci il tarixdә tәsviri hissәdә göstәrilәn şәraitdә әmәlә gәlә bilәrdi. Qeyd olunmuş xәsarәt-әnsә nahiyәsindә yara dәrәcәsinә görә sağmalığın qısa müddәtә pozulmasına sәbәb olan sağlamlığa yüngül zәrәr vurmaya aid edilir. Digәr xәsarәtlәr isә sağlamlığa zәrәr vurmayan xәsarәtlәr olduğu üçün dәrәcәsi tәyin edilmir. Vәtәndaş İ.S.Əhmәdovun adına tәrtib edilmiş ##.##.2025-ci il tarixli *** saylı rәyin nәticәsi tәsviri hissәyә uyğun tәrtib edilmişdir. Tәqdim edilmiş sәnәdlәrdә eşitmә vә görmә qabiliyyәtinin pozulması haqqında hәr hansı bir mәlumat qeyd edilmәdiyindәn hәmin sualın cavablandırılması mümkün olmadı". Əslindә zәrәrçәkmiş şәxs Əhmәdov İlqar Sәfәr oğluna yetirilmiş xәsarәtlәrin bu gün daha ağır fәsadları yaranmışdır. Bundan başqa, birinci instansiya mәhkәmәsi nәzәrә almamışdır ki, әmәl düzgün tövsif edilmәmişdir. Belә ki, әslindә işin faktiki hallarından görünür ki, tәqsirlәndirilәn şәxsin әmәlindә xuliqanlıq cinayәt әmәlinin tәrkibi olmuşdur. Bundan başqa, birinci instansiya mәhkәmәsi nәzәrә almamışdır ki, zәrәrçәkmiş şәxs tәqsirlәndirilәn şәxslә barışmamış vә onun barәsindә әn ağır cәza tәyin edilmәsini mәhkәmәdәn xahiş etmiş, hәmçinin cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәli törәtmiş şәxs zәrәrçәkmiş şәxsә dәymiş maddi vә mәnәvi ziyanı ödәmәmişdir. Bundan başqa, qәrardan görünür ki, mәhkәmәdә dövlәt ittihamçısı Dövlәt ittihamçısı vәsatәt verәrәk, bildirmişdir ki, Azәrbaycan Respublikası CM-nin 128-ci maddәsi ilә tәqsirlәndirilәn Tәqsirlәndirilәn şәxse istinad edilәn cinayәt әmәli "Konstitusiya vә Suverenlik İli münasibәtilә amnistiya elan edilmәsi haqqında" Azәrbaycan Respublikası Milli Mәclisinin ##.##.2025-ci il tarixli Qәrarının tәsiri altına düşür. Buna görә dә, o, Tәqsirlәndirilәn şәxs barәsindә "Konstitusiya vә Suverenlik İli münasibәtilә amnistiya elan edilmәsi haqqında" Azәrbaycan Respublikası Milli Mәclisinin ##.##.2025-ci il tarixli Qәrarının tәtbiq edilmәsini vә hәmin şәxs barәsindә cinayәt tәqibinә xitam verilmәsini mәhkәmәdәn xahiş etmiş, hәmçinin mәhkәmә iclasında tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs vә onun müdafiәçisi müdafiәçi2 mәhkәmәyә әrizә tәqdim edәrәk tәqsirlәndirilәn şәxs barәsindә "Konstitusiya vә Suverenlik İli münasibәtilә amnistiya elan edilmәsi haqqında" Azәrbaycan Respublikası Milli Mәclisinin ##.##.2025-ci il tarixli Qәrarının tәtbiq edilmәsinә vә hәmin şәxs barәsindә cinayәt tәqibinә xitam verilmәsinә razı olduqlarını vә cinayәt tәqibinә bәraәtverici әsaslar olmadan, amnistiya aktı әsasında xitam verilmәsinin hüquqi nәticәlәrinin onlara mәlum olduğunu bildirmişlәr. Qәrarda qeyd edilir ki, "Mәhkәmә cinayәt işinin materiallarını tәdqiq edәrәk, tәqsirlәndirilәn şәxsi, onun müdafiәçisini, dövlәt ittihamçısını vә şahidlәri dinlәyәrәk hesab etmişdir ki, Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 128-ci maddәsi ilә müәyyәn edilmiş cinayәt әmәlini törәtmişdir vә onun tәqsiri, özünün etirafedici ifadәsi ilә yanaşı, iş üzrә toplanmış vә mәhkәmә iclasında tәdqiq edilmiş digәr sübutlarla tam tәsdiq olunur, әmәlinin cinayәt olmasını aradan qaldıran hallar yoxdur, lakin onun cinayәt mәsuliyyәtindәn azad edilmәsi üçün әsaslar vardır". Qәrardan görünür ki, birinci instansiya mәhkәmәsi hәmin nәticәyә gәlәrkәn zәrәrçәkmiş şәxsin mövqeyinә, ümumiyyәtlә, istinad etmәmişdir. Halbuki, zәrәrçәkmiş şәxs tam qәtiyyәtlә bildirmişdir ki, o, tәqsirlәndirilәn şәxslә barışmamış vә onun barәsindә әn ağır cәza tәyin edilmәsini mәhkәmәdәn xahiş etmiş, hәmçinin cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәli törәtmiş şәxs zәrәrçәkmiş şәxsә dәymiş maddi vә mәnәvi ziyanı ödәmәmişdir. Xüsusilә qeyd etmәk lazımdır ki, tәqsirlәndirilәn şәxs cinayәt mәsuliyyәtindәn azad edildikdәn vә barәsindә olan cinayәt tәqibinә xitam verilmәsi haqqında qәrar qәbul edildikdәn sonra daha da aqressivlәşmiş, bu gün dә zәrәrçәkmiş şәxsdәn әl çәkmir. Belә ki, tәqsirlәndirilәn şәxs vә onun qohumları onun, barәsindә olan cinayәt tәqibinә xitam verilmәsi haqqında qәrar qәbul edildikdәn sonra dәfәlәrlә zәrәrçәkmiş şәxsә qarşı qanunsuz hәrәkәtlәrinә davam etmişdir. Bir sözlә, tәqsirlәndirilәn şәxs islah olunmamışdır. Odur ki, zәrәrçәkmiş şәxs tәqsirlәndirilәn şәxsdәn şikayәtçidir vә barәsindә ittiham olunduğu maddәnin sanksiyasında nәzәrdә tutulmuş әn ağır cәza tәyin edilmәsinә dair qәrar çıxarılmasını tәlәb edir. Belә ki, birinci instansiya mәhkәmәsinin qәrarına әsasәn tәqsirlәndirilәn şәxs cinayәt mәsuliyyәtindәn azad edildikdәn vә barәsindә olan cinayәt tәqibinә xitam verildikdәn sonra o, zәrәrçәkmiş şәxsin hәyatıını son dәrәcә ciddi tәhlükә vә problemlәrlә qarşı-qarşıya qoymuşdur. Ona görә dә, qәrarın lәğv edilmәsi, cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәli törәtmiş şәxs (tәqsirlәndirilәn şәxs) barәsindә ittiham olunduğu maddәnin sanksiyasında nәzәrdә tutulmuş әn ağır cәza tәyin edilmәsinә dair qәrar çıxarılmalıdır. "Azәrbaycan Respublikası CM-nin 32-ci maddәsinin Azәrbaycan Respublikası Konstitusiyasının 29-cu maddәsinin IV hissәsinә uyğunluğu haqqında" Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun 1999-cu il tarixli qәrarında göstәrilir ki, cinayәt qanunvericiliyinә görә cәza törәdilmiş cinayәt üçün yalnız sitәm olmayıb, eyni zamanda mәhkumları islah etmәk, tәrbiyәlәndirmәk, habelә yeni cinayәt edilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. “Mәhkәmәlәr tәrәfindәn cinayәt cәzalarının tәyin edilmәsi tәcrübәsi haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun 2003-cü il tarixli * saylı Qәrarının 1-ci bәndinin 2 vә 3-cü abzasında mәhkәmәlәrә tövsiyә edilmişdir ki, cinayәt qanununun әdalәt prinsipindәn bәhs edәn CM-nin 8-ci maddәsinә görә cinayәt törәtmiş şәxs haqqında tәtbiq edilәn caza cinayәtin xarakterinә vә ictimai tәhlükәlilik dәrәcәsinә, onun törәdilmә şәraitinә, tәqsirkarın şәxsiyyәtinә uyğun olmalıdır. Habelә cinayәtin ictimai tәhlükәliliyinin xaraktreri qәsdin obyektindәn, tәqsirin formasından vә әmәlin Cinayәt Mәcәllәsinin 15-ci maddәsi ilә hansı cinayәtlәr kateqoriyasına aid edilmәsindәn asılıdır. Cinayәtin ictimai tәhlükәlilik dәrәcәsi isә onun törәdilmә hallarına (mәsәlәn, cinayәtkar niyyәtin hәyata keçirilmә dәrәcәsi, üsulu, vurulmuş zәrәrin hәcmi vә baş vermiş nәticәlәrin ağırlığı, iştirakçılıqla törәdilmiş cinayәtlәrdә tәqsirli şәxslәrin rolu vә s.) әsasәn müәyyәn edilir. Ali Mәhkәmәnin Plenumunun yuxarıda göstәrilәn Qәrarının 25-ci bәndindә mәhkәmәlәrin nәzәrinә çatdırılmışdır ki, şәrti mәhkum etmәnin tәyin edilmәsi şәrti mәhkum edilәnin islah olunması mәqsәdlәrinә cavab vermәlidir. Mәhkum barәsindә şәrti mәhkum etmәnin tәtbiqi üçün aşağıdakı әsasların olub-olmaması ilә bağlı aşağıdakı mәsәlәlәr araşdırılmalıdır: 1.mәhkumun cәza çәkmәdәn islah olunmasının mümkünlüyü; 2.törәdilmiş cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsi; 3.mәhkumun şәxsiyyәti;

4. cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallar. "Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 71.1-ci maddәsinin şәrh edilmәsi haqqında" Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin 2010-cu il göstәrilmişdir ki, "cinayәt qanunvericiliyi Azәrbaycan Respublikasının Konstitusiyasına, beynәlxalq hüququn hamılıqla qәbul edilmiş normalarına vә prinsiplәrinә әsaslanmaqla, cinayәt mәsuliyyәtinin әsaslarını vә prinsiplәrini, şәxsiyyәt, cәmiyyәt vә dövlәt üçün tәhlükәli olduğuna görә cinayәt sayılan әmәllәrin dairәsini vә hәmin cinayәtlәrin törәdilmәsinә görә tәtbiq edilәn cәzaların növlәrini, hәddini, hәcmini, elәcә dә digәr cinayәt-hüquqi xarakterli tәdbirlәri müәyyәn edir (CMnin 1.2 vә 2.2-ci maddәlәri). Cәza mәhkәmә hökmü ilә tәyin edilәn cinayәt-hüquqi xarakterli tәdbirdir. Cәza cinayәt törәtmәkdә tәqsirli hesab edilәn şәxsә tәtbiq olunur vә hәmin şәxs barәsindә bu Mәcәllә ilә müәyyәn edilәn mәhrumiyyәtlәr yaradılmasından vә ya onun hüquq vә azadlıqlarının mәhdudlaşdırılmasından ibarәtdir. Cәza sosial әdalәtin bәrpası, mәhkumun islah edilmәsi vә hәm mәhkumlar, hәm dә başqa şәxslәr tәrәfindәn yeni cinayәtlәrin törәdilmәsinin qarşısını almaq mәqsәdi ilә tәtbiq edilir (Cinayәt Mәcәllәsinin 41.1 vә 41.2-ci maddәlәri). Göstәrilәn normalardan aydın olur ki, cәza törәdilmiş cinayәtin hüquqi nәticәsi olmaqla cinayәt qanunu ilә nәzәrdә tutulan hallarda vә hәdlәrdә tәqsirkara qarşı yönәldilir vә onun hәmin cәzanın icrası ilә әlaqәdar mәhrumiyyәtlәrә mәruz qalması cәzanın mәqsәdlәrinә nail olmasına xidmәt edir. Bu xüsusatları tәsdiq edәn әsas fakt odur ki, tәqsirlәndirilәn şәxs onun barәsindә müvafiq, yәni cinayәt mәsuliyyәtindәn azad edildikdәn vә barәsindә olan cinayәt tәqibinә xitam verilmәsi barәdә qәrar qәbul edildikdәn sonra, yәni qәrarın hәlә qanuni qüvvәyә minmәsinә qәdәr islah olunmamış vә qәrar elan edldikdәn dәrhal sonra zәrәrçәkmiş şәxsi yenә dә tәhdid etmәyә davam etmişdir. Belә olan halda, birinci instansiya mәhkәmәsinin qәrarı qanuni vә әsaslı hesab edilә bilmәz. Belә ki, tәqsirlәndirilәn şәxs islah olunmur.

PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı zәrәrçәkmiş şәxs Əhmәdov İlqar Sәfәr oğlu apellyasiya şikayәtinin dәlillәrini müdafiә edәrәk vә hәmin dәlillәrә uyğun çıxış edәrәk, şikayәtin tәmin olunmasını mәhkәmә kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı dövlәt ittihamçısı X1 apellyasiya şikayәtinin dәlillәri ilә razılaşmayaraq, birinci instansiya mәhkәmәsi tәrәfindәn tәqsirlәndirilәn şәxsin barәsindә amnistiya aktının tәtbiq edilmәsinin qanuni olduğunu, göstәrib, şikayәtin tәmin olunmamasını, birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs vә müdafiәçisi müdafiәçi1 apellyasiya şikayәtinin dәlillәri ilә razılaşmayaraq, onların әsassız olduğunu, birinci instansiya mәhkәmәsinin qanuni vә әsaslı qәrar qәbul etdiyini göstәrib, apellyasiya şikayәtinin tәmin olunmadan, İmişli Rayon Mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını kollegiyadan xahiş etdilәr.

HÜQUQİ MƏSƏLƏLƏR

Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 397.1-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyyәn edilmәsinin, habelә cinayәt qanununun vә bu Mәcәllәnin normalarının tәtbiq edilmәsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddәsinә görә, birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş faktiki hallar apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn yalnız apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn cinayәt qanununa vә bu Mәcәllәnin normalarına riayәt edilmәsi apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin dәlillәrindәn asılı olmayaraq yoxlanılır. Mәhkәmә kollegiyası iş materiallarını nәzәrdәn keçirib, habelә cinayәt prosesinin iştirakçılarını apellyasiya baxışında dinlәyib aşağıdakı әsaslara görә hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, mәhkәmәnin qәrarı isә dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya şikayәtinin dәlillәrindәn görünür ki, zәrәrçәkmiş şәxs işin faktiki hallarını vә әmәlin hüquqi tövsifini mübahisәlәndirmәklә, tәqsirlәndirilәn şәxsin әmәlinin yanlış tövsif edildiyini hesab etmişdir. Mәhkәmә kollegiyası Cinayәt-Prosessual Mәcәllәnin 397-ci maddәsindә nәzәrdә tutulan vәzifәsindәn, yәni apellyasiya şikayәtinin vә ya protestinin dәlillәrindәn asılı olmayaraq birinci instansiya mәhkәmәsinin cinayәt vә cinayәt-prosessual qanunvericiliyin tәtbiqinin düzgünlüyünü yoxlamaq vәzifәsindәn irәli gәlәrәk Tәqsirlәndirilәn şәxs әmәlinin hüquqi tövsifinin düzgünlüyünü yoxlamışdır. Birinci instansiya mәhkәmәsinin mübahisә olunan qәrarından görünür ki, mәhkәmә ittiham tәrәfinin tәqdim еtdiyi vә mәhkәmә istintaqında tәdqiq оlunmuş sübutlаrlа, yәni tәqsirlәndirilәn şәхs Tәqsirlәndirilәn şәxs özünün etirafedici ifadәsi ilә yanaşı, zәrәrçәkmiş şәxs Əhmәdov İlqar Sәfәr oğlunun, şahidlәr şahid3, şahid2, şahid1 ifadәlәri, baxış keçirilmәsi haqqında ## ###### 2025-ci il tarixli protokol, mәhkәmә-tibbi ekspertizasının ##.##.2025-ci il tarixli *** nömrәli rәyi, tәkrar mәhkәmә-tibbi ekspertizasının ##.##.2026-cı il tarixli T***/**** nömrәli rәyi, habelә işdә оlаn digәr sәnәdlәri nәzәrdәn keçirib Tәqsirlәndirilәn şәxs Cinayәt Mәcәllәsinin 128-ci maddәsi ilә müәyyәn edilmiş cinayәt әmәlini törәtmәsi vә tәqsirliliyinin tam sübuta yetirilmәsinә, tәqsirlәndirilәn şәxsin ittiham olunduğu әmәlin cinayәt olmasını aradan qaldıran halların olmamasına, hәmçinin tәqsirlәndirilәn şәxsin “Konstitusiya vә Suverenlik İli” münasibәtilә amnistiya elan edilmәsi haqqında Azәrbaycan Respublikası Milli Mәclisin ## ###### 2025-ci il tarixli Qәrarına әsasәn cinayәt mәsuliyyәtindәn azad edilmәli olmasına dair yekun nәticәyә gәlmişdir. Mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsi Tәqsirlәndirilәn şәxs qeyd edilәn cinayәt әmәlini törәtmәsi ilә bağlı yekun nәticәyә gәlәrkәn ibtidai istintaq orqanı tәrәfindәn toplanmış vә mәhkәmә iclasında araşdırılıb qiymәtlәndirilәn sübutlara düzgün istinad etmiş, tәqdim olunan sübutlar tәdqiq edilmiş, onlara hüquqi qiymәt verilmişdir. Bu sәbәbdәn dә mәhkәmә kollegiyası hәmin sübutları hazırki qәrarda tәkrarlamağa zәrurәt görmür. Apellyasiya instansiya mәhkәmәsindә mәhkәmә baxışı zamanı mәhkәmә kollegiyası cinayәt işinin materiallarını tәhlil edәrәk belә nәticәyә gәlir ki, Tәqsirlәndirilәn şәxs Cinayәt Mәcәllәsinin 128-ci maddәsi ilә mәhkum edilmәsinә dair cinayәt işi üzrә istәr ibtidai araşdırma orqanı, istәrsә dә işә baxmış birinci instansiya mәhkәmәsi Cinayәt-Prosessual Mәcәllәsinin 143- 146-cı maddәlәrinin tәlәblәrinә әmәl edәrәk Tәqsirlәndirilәn şәxs tәqsirli bilinmәsi haqda mötәbәr nәticәyә gәlmәk üçün kifayәt qәdәr sübutlar toplamış vә bu sübutların hәr birinin mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi qiymәtlәndirilәrәk işin faktiki hallarına uyğun olan yekun mәhkәmә qәrarı qәbul edilmişdir. Mәhkәmә kollegiyası yuxarıda qeyd olunan vә iş materiallarında olan digәr sübutlara mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyinә әsasәn qiymәt verәrәk belә nәticәyә gәlir ki, Tәqsirlәndirilәn şәxs istinad edilәn cinayәt hadisәsi hәqiqәtәn baş vermişdir, hәmin cinayәt әmәli mәhz onun tәrәfindәn törәdilmişdir, onun hәrәkәtlәrindә qeyd olunan cinayәt әmәlinin bütün tәrkib әlamәtlәri vardır, hәmin cinayәtin törәdilmәsindә tәqsirlidir vә onun tәqsirliliyi kifayәt qәdәr sübuta yetirilmişdir. Tәqsirlәndirilәn şәxs әmәli ibtidai istintaq orqanı vә birinci instansiya mәhkәmәsi tәrәfindәn düzgün olaraq Cinayәt Mәcәllәsinin 128-ci maddәsi ilә tövsif olunmuşdur. Mәhkәmә kollegiyası zәrәrçәkmiş şәxsin apellyasiya şikayәtindә irәli sürdüyü, ona yetirilmiş xәsarәtlәrin düzgün müәyyәn edilmәmәsi, belәliklә dә, ibtidai istintaq orqanı vә birinci instansiya mәhkәmәsi tәrәfindәn tәqsirlәndirilәn şәxsin әmәlinin düzgün tövsif olunmaması ilә bağlı dәlillәrә münasibәtdә qeyd edir ki, hәmin hallar iş materialları ilә tәkzib olunan dәlillәr olmaqla, istintaq orqanı vә mәhkәmәnin gәldiyi nәticәlәrin düzgünlüyünü şübhә altına almaq üçün kifayәt etmir. Belә ki, iş materiallarında olan mәhkәmә-tibbi ekspertizasının ##.##.2025-ci il tarixli *** nömrәli rәyindәn görünür ki, Əhmәdov İlqar Sәfәr oğlunun bәdәni üzәrindә aşkar edilmiş xәsarәtlәr-әnsә nahiyәsindә yara, sol gicgah nahiyәsindә, sağ vә sol kürәk nahiyәlәrindә, döş qәfәsinin sağ yarısının ön sәthindә 8-10-cu qabırğalar proyeksiyasında qançırlar, sağ dirsәk oynağının arxa sәthindә sıyrıq bәrk küt әşyanın (әşyaların) tәsirindәn törәnmişdir, müxtәlif şәraitlәrdә, o cümlәdәn ##.##.2025-ci il tarixdә tәsviri hissәdә göstәrilәn şәraitdә әmәlә gәlә bilәrdi. Qeyd olunmuş xәsarәt-әnsә nahiyәsindә yara dәrәcәsinә görә sağmalığın qısa müddәtә pozulmasına sәbәb olan sağlamlığa yüngül zәrәr vurmaya aid edilir. Digәr xәsarәtlәr isә sağlamlığa zәrәr vurmayan xәsarәtlәr olduğu üçün dәrәcәsi tәyin edilmir. Hәmçinin iş materiallarında olan zәrәrçәkmiş şәxs Əhmәdov İlqar Sәfәr oğlunun vәsatәti әsasında tәyin edilmiş tәkrar mәhkәmә-tibbi ekspertizasının ##.##.2026-cı il tarixli T***/**** nömrәli rәyindәn görünür ki, Əhmәdov İlqar Sәfәr oğlunun bәdәni üzәrindә aşkar edilmiş xәsarәtlәr әnsә nahiyәsindә yara, sol gicgah nahiyәsindә, sağ vә sol kürәk nahiyәlәrindә, döş qәfәsinin sağ yarısının ön sәthindә 8-10-cu qabırğalar proyeksiyasında qançırlar, sağ dirsәk oynağının arxa sәthindә sıyrıq bәrk küt әşyanın (әşyaların) tәsirindәn törәnmişdir, müxtәlif şәraitlәrdә, o cümlәdәn ##.##.2025-ci il tarixdә tәsviri hissәdә göstәrilәn şәraitdә әmәlә gәlә bilәrdi. Qeyd olunmuş xәsarәt-әnsә nahiyәsindә yara dәrәcәsinә görә sağmalığın qısa müddәtә pozulmasına sәbәb olan sağlamlığa yüngül zәrәr vurmaya aid edilir. Digәr xәsarәtlәr isә sağlamlığa zәrәr vurmayan xәsarәtlәr olduğu üçün dәrәcәsi tәyin edilmir. Vәtәndaş İ.S.Əhmәdovun adına tәrtib edilmiş ##.##.2025-ci il tarixli *** saylı rәyin nәticәsi tәsviri hissәyә uyğun tәrtib edilmişdir. Tәqdim edilmiş sәnәdlәrdә eşitmә vә görmә qabiliyyәtinin pozulması haqqında hәr hansı bir mәlumat qeyd edilmәdiyindәn hәmin sualın cavablandırılması mümkün olmadı. Mәhkәmә kollegiyası qeyd edir ki, iş üzrә hәm ilkin, hәm dә zәrәrçәkmiş şәxsin vәsatәti әsasında tәyin olunmuş tәkrar mәhkәmә-tibbi ekspertizalarının nәticәlәri bir-biri ilә tam uzlaşmış, bәdәn xәsarәtlәrinin xarakteri, әmәlәgәlmә mexanizmi vә sağlamlığa vurulmuş zәrәrin dәrәcәsi barәdә eyni nәticәyә gәlinmişdir. Tәkrar ekspertiza mәhz zәrәrçәkmiş şәxsin etirazları nәzәrә alınmaqla aparılmış, lakin hәmin ekspertiza da әvvәlki rәyin nәticәlәrinin düzgün tәrtib edildiyini vә tәsviri hissәyә uyğun olduğunu tәsdiq etmişdir. Bu hal özlüyündә ilkin ekspertiza rәyinin mötәbәrliyini vә etibarlılığını bir daha tәsdiqlәyir. Belә olan halda, kollegiay hesab edir ki, zәrәrçәkmiş şәxsin xәsarәtlәrin daha ağır nәticәlәrә sәbәb olması barәdә mülahizәlәri obyektiv mәlumatlarla vә ya digәr mötәbәr sübutlarla tәsdiqini tapmamış ehtimallardan ibarәt olmaqla hüquqi qiymәtlәndirmәnin dәyişdirilmәsi üçün әsas yaratmır. Mәhkәmә kollegiyası onu da vurğulayır ki, cinayәt-prosessual qanunvericiliyin tәlәblәrinә әsasәn ekspert rәyinin düzgünlüyünü şübhә altına alan konkret vә inandırıcı әsaslar müәyyәn edilmәdiyi halda, yalnız zәrәrçәkmiş şәxsin subyektiv narazılığı vә ya fәrqli mülahizәsi hәmin rәyin sübut әhәmiyyәtini aradan qaldırmır. Hazırkı iş üzrә ekspertiza rәylәrinin qeyri-obyektiv tәrtib edilmәsini, natamam araşdırma aparılmasını vә ya metodoloji sәhvlәrә yol verilmәsini göstәrәn hәr hansı hal müәyyәn olunmamışdır. Bundan başqa, mәhkәmә kollegiyası zәrәrçәkmiş şәxsin apellyasiya şikayәtindә göstәrdiyi tәqsirlәndirilәn şәxsin әmәlindә xuliqanlıq cinayәtinin tәrkib әlamәtlәrinin mövcudluğu vә onun әmәlinin düzgün tövsif edilmәli olması ilә bağlı dәlillәri dә әsaslı hesab etmir. Hәr şeydәn әvvәl Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 318.1-ci maddәsinә әsasәn mәhkәmә baxışı zamanı cinayәt işinә, mәhkәmәyәdәk sadәlәşdirilmiş icraat materiallarına vә ya xüsusi ittiham üzrә şikayәtә yalnız tәqsirlәndirilәn şәxsә qarşı irәli sürülmüş vә ya mәhkәmәyә verilәn ittiham daxilindә baxılır. Mәhkәmә baxışı nәticәsindә mәhkәmә tәqsirlәndirilәn şәxsin әmәlini ağır cinayәtdәn daha yüngül cinayәt әmәlinә tövsif etmәk, habelә ona qarşı irәli sürülmüş ittihamdan ayrı-ayrı bәndlәri çıxartmaq hüququna malikdir. Hәmin Mәcәllәnin 318.2-ci maddәsinә әsasәn mәhkәmә baxışı zamanı tәqsirlәndirilәn şәxsin hәrәkәtlәrindә daha ağır cinayәtin әlamәtlәrinin mövcudluğu müәyyәn edildikdә, dövlәt ittihamçısının vәsatәti әsasında mәhkәmә irәli sürülmüş ittiham üzrә cinayәt işinin vә ya mәhkәmәyәdәk sadәlәşdirilmiş icraat materiallarının baxılmasına xitam verilmәsi vә tәqsirlәndirilәn şәxsә başqa ittihamın irәli sürülmәsi mәsәlәsinә baxılması üçün işin ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora qaytarılması barәdә әsaslandırılmış qәrar çıxarır. Mәhkәmә baxışı zamanı tәqsirlәndirilәn şәxsin hәrәkәtlәrindә daha ağır cinayәtin әlamәtlәrinin mövcudluğu barәdә zәrәr çәkmiş şәxsin vә ya onun qanuni nümayәndәsinin vәsatәti әsasında mәhkәmә bu maddәdә nәzәrdә tutulmuş qaydada qәrar çıxara bilәr. Bundan başqa, “Mәhkәmә hökmü haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Plenumunun ## ###### 2021-ci il tarixli Qәrarının 35-ci bәndindә göstәrilmişdir ki, CPM-in 318.1-ci maddәsinә әsasәn mәhkәmә baxışı zamanı cinayәt işinә, mәhkәmәyәdәk sadәlәşdirilmiş icraat materialına vә ya xüsusi ittiham qaydasında şikayәtә yalnız tәqsirlәndirilәn şәxsә qarşı irәli sürülmüş vә ya mәhkәmәyә verilәn ittiham daxilindә baxıldığından, hökmdә tәqsirlәndirilәn şәxsin daha ağır cinayәtin törәdilmәsindә vә yaxud başqa şәxsin dә cinayәtin törәdilmәsindә tәqsirli olduqlarının göstәrilmәsi yolverilmәzdir. Hәmin Qәrarın 64-cü bәndindә göstәrilmişdir ki, mәhkәmә baxışı zamanı tәqsirlәndirilәn şәxsin hәrәkәtlәrindә daha ağır cinayәtin әlamәtlәrinin müәyyәn edildiyi hal üçün cinayәtprosessual qanunun 318.2-ci maddәsi xüsusi prosedur müәyyәn etmişdir ki, bu da mәhkәmәnin öz tәşәbbüsü ilә cinayәt tәqibi orqanı tәrәfindәn irәli sürülmüş ittiham üzrә tәqsirlәndirilәn şәxsә bәraәtin verilmәsi vә işin ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora qaytarılmasını deyil, yalnız dövlәt ittihamçısının vә yaxud zәrәrçәkmiş şәxsin (onun qanuni nümayәndәsinin) vәsatәti ilә daha ağır ittihamım irәli sürülmәsi üçün işin prokurora qaytarılmasını ehtiva edir. Qeyd olunan qanunvericilik normalarının mahiyyәtindәn aydın olur ki, mәhkәmә ittihamın hәddlәrini genişlәndirәrәk yeni vә ya daha ağır ittiham formalaşdırmaq sәlahiyyәtinә malik deyildir. Eyni zamanda, CPM-in 318.2-ci maddәsi tәqsirlәndirilәn şәxsin hәrәkәtlәrindә daha ağır cinayәtin әlamәtlәrinin müәyyәn edildiyi hallarda tәtbiq olunmalı xüsusi prosessual mexanizmi müәyyәn etmişdir. Hәmin mexanizmә görә, belә hallarda mәhkәmә yalnız dövlәt ittihamçısının vәsatәti (vә ya qanunda nәzәrdә tutulmuş hallarda zәrәrçәkmiş şәxsin vәsatәti) әsasında işin baxılmasına xitam verәrәk onun ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora qaytarılması barәdә qәrar qәbul edә bilәr. Göründüyü kimi, daha ağır hüquqi tövsif mәsәlәsi istәnilәn mәrhәlәdә vә sәrbәst qaydada deyil, qanunla ciddi şәkildә mәhdudlaşdırılmış xüsusi prosedur çәrçivәsindә hәll edilә bilәr. Zәrәrçәkmiş şәxsin әmәlin xuliqanlıq kimi qiymәtlәndirilmәsi barәdә dәlillәrinә münasibәtdә mәhkәmә kollegiyası qeyd edir ki, bu cür arqumentlәr ittihamın mahiyyәtinә vә әmәlin hüquqi qiymәtlәndirilmәsinә yönәlmiş olmaqla, yuxarıda göstәrildiyi kimi, yalnız qanunla müәyyәn edilmiş xüsusi prosedur çәrçivәsindә hәll edilә bilәr. Odur ki, mәhkәmә kollegiyası apellyasiya şikayәtindә qeyd olunan tәlәb ilә razılaşmağı mümkün hesab etmir vә eyni zamanda qeyd edir ki, maddi vә prosessual hüquq normalarının tәlәblәri baxımından tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs ibtidai istintaq orqanı tәrәfindәn istinad edilәn cinayәtin baş verib-vermәmәsi, onun hәmin cinayәti törәtmәkdә qәsdinin olubolmaması kimi mühüm әhәmiyyәt kәsb edәn әlamәtlәr yoxlanılarkәn müәyyәn edilmişdir ki, birinci instansiya mәhkәmәsindә tәdqiq edilmiş sübutlar hәm ayrı-ayrılıqda, hәm dә mәcmu şәklindә Tәqsirlәndirilәn şәxs qeyd edilәn cinayәti törәtmәsi nәticәsinә gәlmәk üçün әsas verir vә kifayәt edirlәr. Eyni zamanda, mәhkәmә kollegiyası hesab edir ki, zәrәrçәkmiş şәxsin Tәqsirlәndirilәn şәxs әmәlindә mәhz iddia etdiyi kimi xuliqanlıq cinayәtinin tәrkib әlamәtlәrinin mövcud olması barәdә dәlillәri subyektiv xarakterli mülahizәlәrdәn ibarәt olmaqla, obyektiv şәkildә öz tәsdiqini tapmamış, zәrәrçәkmiş isә göstәrdiyi hallarla bağlı hәr hansı konkret vә mötәbәr sübutu mәhkәmәyә tәqdim edә bilmәmişdir. Kollegiyanın qәnaәtinә görә, iş üzrә mövcud sübutların fonunda zәrәrçәkmiş şәxsә yetirilmiş xәsarәtlәrin sağlamlığın qısa müddәtә pozulmasına sәbәb olan sağlamlığa yüngül zәrәr vurma kimi qiymәtlәndirilmәsi tam әsaslıdır. Bu sәbәbdәn tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs әmәlinin Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 128-ci maddәsi ilә tövsif edilmәsi işin faktiki hallarına vә toplanmış sübutların mәcmusuna uyğun olmuşdur. Zәrәrçәkmiş şәxsin әks mәzmunlu dәlillәri isә heç bir mötәbәr sübutla tәsdiq olunmayan formal mülahizә xarakterli dәlillәr olmaqla, birinci instansiya mәhkәmәsinin gәldiyi nәticәlәrin qanuniliyini vә әsaslılığını şübhә altına almaq üçün kifayәt etmir. Bununla yanaşı, apellyasiya şikayәtindәn görünür ki, zәrәrçәkmiş şәxs tәqsirlәndirilәn şәxsin barәsindә amnistiya aktının әsassız olaraq tәtbiq edildiyini göstәrmişdir. Mәhkәmә kollegiyası apellyasiya şikayәtinin hәmin dәlili ilә dә razılaşmağı mümkün hesab etmir vә qeyd edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn amnistiya aktının tәtbiqi cinayәt vә cinayәtprosessual qanunvericiliyin tәlәblәrinә tam uyğun hәyata keçirilmişdir. Belә ki, Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 81.2-ci maddәsinә әsasәn cinayәt törәtmiş şәxslәr amnistiya aktı ilә cinayәt mәsuliyyәtindәn azad edilә bilәrlәr. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 39.1.12-ci maddәsinә әsasәn amnistiya aktına әsasәn şәxs cinayәt mәsuliyyәtindәn azad edilmәli olduqda cinayәt tәqibi başlanıla bilmәz, başlanmış cinayәt tәqibinә isә xitam verilmәlidir (o cümlәdәn cinayәt işi başlana bilmәz, başlanılmış cinayәt işi üzrә icraata isә xitam verilmәlidir). Hәmin Mәcәllәnin 43.3-cü maddәsinә әsasәn mәhkәmә baxışının gedişindә tәqsirlәndirilәn şәxsә qarşı cinayәt tәqibinә, hәmçinin bu Mәcәllәnin 39.1.3, 39.1.12 vә 40.2ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda müdafiә tәrәfinin razılığı ilә xitam verilmәsi barәdә mәhkәmә qәrar çıxarmağa haqlıdır. «“Konstitusiya vә Suverenlik İli” münasibәtilә amnistiya elan edilmәsi haqqında» Azәrbaycan Respublikası Milli Mәclisinin ## ###### 2025-ci il tarixli Qәrarının 5.1-ci bәndinә әsasәn mәhkәmәlәr icraatında olan bu Qәrar qüvvәyә mindiyi günәdәk baxılmamış cinayәt işlәri vә mәhkәmәyәdәk sadәlәşdirilmiş icraat materialları üzrә bu Qәrarın 1.1–1.16-cı bәndlәrindә nәzәrdә tutulan şәxslәr, habelә böyük ictimai tәhlükә törәtmәyәn cinayәt törәtmiş şәxslәr barәsindә cinayәt tәqibinә xitam verir vә ya hәmin şәxslәri tәyin edilmiş cәzadan azad etmәklә ittiham hökmü çıxarırlar (bu Qәrarın 6-cı vә 7-ci hissәlәrindә qeyd edilәn mәhdudiyyәtlәr nәzәrә alınmaqla). Mәhkәmә kollegiyası qeyd edir ki, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs barәsindә yuxarıda qeyd olunan amnistiya aktının 6-cı vә 7-ci hissәlәrindә qeyd edilәn mәhdudiyyәtlәr mövcud olmamışdır. Hәmçinin iş materiallarından görünür ki, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs birinci instansiya mәhkәmәsinә әrizә ilә müraciәt edәrәk, barәsindә «“Konstitusiya vә Suverenlik İli” münasibәtilә amnistiya elan edilmәsi haqqında» Azәrbaycan Respublikası Milli Mәclisinin ## ###### 2025-ci il tarixli Qәrarının tәtbiq edilmәsinә vә cinayәt tәqibinә xitam verilmәsinә razı olduğunu bildirmişdir. Mәhkәmә kollegiyası yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk belә nәticәyә gәlir ki, iş materiallarından tәqsirlәndirilәn şәxs tәrәfindәn törәdilmiş әmәlin qeyd olunan amnistiya aktının tәtbiq dairәsinә düşәn cinayәtlәr sırasına aid olması görünür vә hәmin aktın tәtbiqinә mane olan hallar müәyyәn edilmәmişdir. Bu baxımdan, birinci instansiya mәhkәmәsi tәrәfindәn tәqsirlәndirilәn şәxsin әmәli düzgün olaraq CM-nin 128-ci maddәsi ilә tövsif olunduqdan, onun hәmin maddә üzrә tәqsirliliyin müәyyәn edilmәsindәn sonra ona münasibәtdә amnistiya aktının tәtbiq olunaraq cinayәt mәsuliyyәtindәn azad edilmәsi barәdә nәticәyә gәlinmәsi qanunun tәlәblәrinә uyğun olmuşdur. Odur ki, mәhkәmә kollegiyasının qәnaәtinә görә, apellyasiya şikayәtinin dәlillәri formal mülahizә xarakterli dәlillәr olmaqla, mәhkәmәnin qanuni vә әsaslı olan qәrarının lәğv edilmәsi üçün kifayәt qәdәr әsas vermir. Belә olan halda, kollegiya hesab edir ki, zәrәrçәkmiş şәxs Əhmәdov İlqar Sәfәr oğlu tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәmәli, İmişli Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrarı isә apellyasiya şikayәtinin dәlillәrinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Qeyd olunanlara әsasәn vә Azәrbaycan Respublikası CPM-nin 397, 398, 407, 410 vә 412ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası

QƏRARA ALDI:

Zәrәrçәkmiş şәxs Əhmәdov İlqar Sәfәr oğlu tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. İmişli Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrarı hәmin apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan elan olunduğu gündәn Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 410-cu maddәsindә göstәrilәn müddәtlәrdә Şirvan Apellyasiya Mәhkәmәsinin vasitәsi ilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyasına kassasiya şikayәti vә kassasiya protesti verilә bilәr.

Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar