Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-241/2026 25.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən), Novruzova Aytən Nazim qızı və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Məhkum təqsirləndirilən şəxs2 (videokonfrans əlaqə sistemi vasitəsilə), X3 Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə MÜƏYYƏN ETDI: Işin halları: təqsirləndirilən şəxs2 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2025- ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 204.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökm ittiham və müdafiə tərəfinin iştirakı ilə elan olunmuş və onun surətləri qanunla müəyyən edilmiş müddətdə proses iştirakçılarına, eyni zamanda təqsirləndirilən şəxs2 təqdim olunması üçün ## ####### 2025-ci il tarixdə X7 göndərilmiş, məhkəmə qəbzini imza etməklə sonuncuya ## ###### 2025-ci ildə təqdim olunmuşdur. təqsirləndirilən şəxs2 ## ###### 2025-ci ildə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək (## ###### 2025-ci ildə məhkəməyə daxil olmuşdur), Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə əsasən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli məktubu ilə təqsirləndirilən şəxsə məhkəmənin hökmündən apellyasiya şikayəti verilmədiyi üçün hökm ## ###### 2025-ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilməsi bildirilmişdir. Həmçinin məhkəməyə daxil olan apellyasiya şikayəti nəzərdən keçirilərkən apellyasiya şikayətinə buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətin əlavə olunmadığı müəyyən olunmuşdur. Yazılmış apellyasiya şikayəti geri qaytarılaraq sözügedən apellyasiya şikayəti buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətlə birlikdə məhkəməyə daxil olduqda baxılacağı qeyd olunmuşdur. Daha sonra təqsirləndirilən şəxs2 ## ###### 2026-cı ildə ərizə ilə yenidən məhkəməyə müraciət edərək (## ###### 2026-cı ildə məhkəməyə daxil olmuşdur) bildirmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin barəsində çıxardığı hökmün sürəti işi aldığı vaxtdan 2 ay sonra hal-hazırda saxlanıldığı ** saylı Cəzaçəkmə Müəssisəsində verilmişdir. Bununla bağlı saxlanıldığı X8 müraciət etsə də hökmün surəti verilməmişdir. Səbəb olaraq hökmün Lənkəran Ağır Cinayətlər Məhkəməsində təqdim olunmasını göstərmişlər. Saxlanıldığı ** saylı Cəzaçəkmə Müəssisəsində hökmün sürətini əldə etdiyi günün ertəsi Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. X2 Cinayətlər Məhkəməsi şikayətin verilmə müddətini vaxtı keçmiş kimi dəyərləndirmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli məktubu ilə təqsirləndirilən şəxsə məhkəmənin hökmündən apellyasiya şikayəti verilmədiyi üçün hökm ## ###### 2025-ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilməsi bildirilmişdir. Həmçinin məhkəməyə daxil olan apellyasiya şikayəti nəzərdən keçirilərkən apellyasiya şikayətinə buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətin əlavə olunmadığı müəyyən olunmuşdur. Yazılmış apellyasiya şikayəti geri qaytarılaraq sözügedən apellyasiya şikayəti buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətlə birlikdə məhkəməyə daxil olduqda baxılacağı qeyd olunmuşdur. təqsirləndirilən şəxs2 ## #### 2026-cı ildə yenidən məhkəməyə vəsatətlə (vəsatət ## #### 2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur) müraciət edərək, apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2025-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair məhkum təqsirləndirilən şəxs2 vəsatəti rədd edilmişdir. Həmin qərardan narazı qalan təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək, prosessual müddətin bərpa edilməsini və barəsində ədalətli qərar çıxarılması üçün apellyasiya şikayəti vermək hüququnun təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2025-ci il tarixli hökmü ondan asılı olmayan səbəblərə görə ona gec təqdim olunmuşdur. Buna görə də şikayət ərizəsi qəbul olunmamışdır. Vəsatət qaldırıb səbəb kimi hökmü gec əldə etdiyini göstərsə də, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti rədd edilmişdir. Bu səbəblə buraxılmış prosessual müddətin bərpa olunmasına dair ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsində icraat: Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs2 hökmün ona qəbzə imza edilməklə təqdim olunmadığını, işin materiallarında olan qəbzdə də olan imzanın ona məxsus olmadığını, dəfələrlə etdiyi təkiddən sonra heç bir sənədə qol çəkmədən hökmün ona dekabr ayında təqdim olunduğunu və dərhal apellyasiya şikayəti verdiyini, lakin apellyasiya şikayətinin müddətin buraxılması əsas gətirilməklə geri qaytarıldığını bildirmişdir. Sonradan müddətin bərpasına dair verdiyi ərizə də qaytarılmış, daha sonra isə ərizə ilə apellyasiya şikayətini birlikdə vermiş, lakin ərizəsi təmin edilməmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmədiyini göstərib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli ləğv edilməsi və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışında dövlət ittihamçısı Elnar Hüseynov apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin apellyasiya şikayəti vermə müddətinin bərpa olunması haqqında vəsatəti rədd edəkən qanuni, əsaslı və düzgün nəticəyə gəldiyini göstərib, apellyasiya şikayətinin təmin olunmadan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Hüquqi məsələlər: Kollegiya gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Insan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konvensiyanın * saylı Protokolunun 2-ci maddəsinin 1-ci bəndində isə qeyd olunur ki, cinayət törətməyə görə məhkəmə tərəfindən məhkum edilmiş hər kəsin, barəsində çıxarılmış hökmə və ya təyin olunmuş cəzaya yuxarı məhkəmə instansiyasında yenidən baxılması hüququ vardır. Bu hüququn həyata keçirilməsi və onun həyata keçirilə biləcəyi əsaslar qanunla tənzimlənir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-1.4-cü maddəsinə əsasən prosessual sənədin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarəetmə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə prosessual sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və həmin sənədi mümkün olan ən qısa müddətdə ünvan sahibinə verməlidir. “Hokkanen Finlandiyaya qarşı (1994)” işində Avropa Insan Hüquqları Məhkəməsi göstərmişdir ki, ərizəçi qərardan faktiki və hüquqi məzmun baxımından məlumatlı olmadıqda, ondan şikayət gözləmək ədalətsizlik olar. “Miragall Escolano və başqaları Ispaniyaya qarşı (2000)” işində Avropa Insan Hüquqları Məhkəməsi göstərmişdir ki, hüquqi müdafiənin həyata keçirilməsi üçün vətəndaşlara aydın və tam hüquqi əsaslandırılmış qərar təqdim edilməlidir. “Ramos Nunes de Carvalho e Sá Portuqaliyaya qarşı (2018)” işində Avropa Insan Hüquqları Məhkəməsi göstərmişdir ki, qərarın məntiqi əsasları və tam məzmunu təqdim edilmədən, qərardan şikayət vermək və hüquqi mövqeyi formalaşdırmaq mümkün deyil. “Pélissier and Sassi Fransaya qarşı (1999)” işində Avropa Insan Hüquqları Məhkəməsi vurğulamışdır ki, formal bildiriş yox, faktiki məlumatlandırma və müdafiə imkanları əsasdır. “Kuznetsov və başqaları Rusiyaya qarşı (2007)” işində rəsmi sənəd ərizəçinin arvadına təqdim olunsa da, ərizəçinin özünün həmin qərardan məlumatlı olub-olmaması müəyyən edilmədiyindən Avropa Insan Hüquqları Məhkəməsi hesab etmişdir ki, hüquqlarını müdafiə etmək üçün ərizəçinin qərarla faktiki tanışlığı sübut olunmayıb. CPM-in 203.1 və 203.3-cü maddələrinə görə cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. CPM-in 384.1-ci maddəsinə əsasən ittiham və ya bəraət hökmündən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Apellyasiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, habelə proses iştirakçılarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin müddətin bərpası barədə vəsatətin rədd olunması haqqında qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2025-ci il tarixli hökmün surəti ## ####### 2025-ci il tarixdə X7 göndərilmiş və hökmün sürətini qəbzə imza etməklə ## ###### 2025-ci il tarixdə əldə etmişdir. Lakin iş materiallarında olan qəbzə və işin materiallarında olan onun digər imzalarına baxıldıqda vizual olaraq açıq-aşkar görünür ki, hökmün surətini alması barədə qəbz məhkum təqsirləndirilən şəxs2 tərəfindən imzalanmamışdır. Özü də hökmün surətini almadığını, qəbzə imza etmədiyini təsdiq etmişdir. Məhkəmə prosessual qənaət prinsipinə əsaslanaraq hesab edir ki, bu halda məhkəməxətşünaslıq ekspertizasının təyin edilməsinə heç bir ehtiyac yoxdur və apellyasiya şikayəti təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə birinci instansiya məhkəməsinin müddətin bərpası barədə vəsatətin təmin olunmaması haqqında qərarı ləğv edilməli və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 vəsatəti təmin olunaraq hökmdən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ona münasibətdə bərpa edilməlidir. Azərbaycan Respublikası CPM-in 391.3.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərar qəbul edə bilər. CPM-in 386.3-cü maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 384, 386 və 391-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli ləğv edilsin. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatəti təmin edilsin. təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 204.1 və 234.1-ci maddələri ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2025-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət ona münasibətdə bərpa edilsin. Azərbaycan Respublikası CPM-in 385 və 388-ci maddələrinin tələblərinə əməl edilməsi üçün cinayət işinin materialları Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-241/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-241/2026
25.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver