Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-243/2026 18.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən və məruzəçi), Ağabəyov Nicat Rauf oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4-1-ci maddələri ilə təqsirli bilinməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçiləri müdafiəçi2 və müdafiəçi1 tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü (hakimlər X6 (sədrlik edən), X2 və X4 ibarət tərkibdə) ilə ##.##.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Kompleksində həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə, ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. İŞİN HALLARI: Təqsirləndirilən şəxs ittiham olunmuşdur ondan ötrü ki, o, şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli və xüsusilə külli miqdarda psixotrop maddə və narkotik vasitələrin əldə olunması, saxlanması və daşınmasına razılaşaraq, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvləri tərəfindən məlum olmayan vaxtda və şəraitdə bir ədəd çantanın içərisində 1 (bir) ədəd bağlamada ümumi təmiz çəkisi 1555,0 qram - xüsusilə külli miqdarda narkotik vasitə olan heroin, 1 (bir) ədəd bağlamada ümumi təmiz çəkisi 193,391 qram – külli miqdarda psixotrop maddə olan metamfetamin, 10 (on) ədəd listdən ibarət olmaqla 1 (bir) ədəd bağlamada ümumi təmiz çəkisi 1990,525 qram – külli miqdarda narkotik vasitə olan həşiş qatranı, 5 (beş) ədəd bağlamada ümumi təmiz çəkisi 5670,0 qram – külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və 10 (on) ədəd konvalyutda olmaqla 100 ədəd əsas təsiredici maddəsinin miqdarı 4,0 qram – külli miqdarda narkotik vasitə olan metadon həblərinin Cəlilabad şəhəri, 20 Yanvar küçəsində yerləşən “Tut bağı” restoranının yaxınlığında sanitar qovşağın içərisində gizlədilməsi barədə məlumat verildikdən sonra ## ###### 2025-ci il tarixdə saat 14 radələrində həmin əraziyə gəlmiş, içərisində külli və xüsusilə külli miqdarda narkotik vasitələr və psixotrop maddə olan çantanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımaqla həmin ərazidən uzaqlaşarkən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən ## ###### 2025-ci il tarixdə saat 14 radələrində Cəlilabad şəhəri, 20 Yanvar küçəsində yerləşən “Tut bağı” restoranının yaxınlığında saxlanılmış, həmin gün saat 14:49-dan etibarən üzərinə baxış keçirilən zaman sol çiyinində olan bel çantasından 1 (bir) ədəd bağlamada qablaşdırılmış təmiz çəkisi 1555,0 qram - xüsusilə külli miqdarda narkotik vasitə olan heroin, 1 (bir) ədəd bağlamada qablaşdırılmış təmiz çəkisi 193,391 qram - külli miqdarda psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bağlamada qablaşdırılmaqla 10 ədad listdə ayrı-ayrılıqda təmiz çəkiləri 194,549 qram, 200,072 qram, 190,426 qram, 201,240 qram, 202,129 qram, 192,828 qram, 195,295 qram, 206,589 qram, 199,999 qram, 207,398 qram olmaqla ümumi təmiz çəkisi 1990,525 qram - külli miqdarda narkotik vasitə həşiş qatranı, 5 (beş) ədəd bağlamada qablaşdırılmış ayrı-ayrılıqda çəkiləri 1040,0 qram, 1010,0 qram, 2215,0 qram, 1060,0 qram, 345,0 qram olmaqla ümumi təmiz çəkisi 5670,0 qram – külli miqdarda narkotik narkotik vasitə qurudulmuş marixuana, 10 (on) ədəd konvalyutda olmaqla əsas təsiredici maddəsinin çəkisi ümumilikdə 4 qram olan 100 (yüz) ədəd - külli miqdarda narkotik vasitə metadon həbləri, həmçinin sağ çiyininə doğru asdığı əl çantasından Təqsirləndirilən şəxs məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib həmin çantada saxlamaqla daşıdığı 2 (iki) ədəd bükümdə qablaşdırılmış ayrı-ayrılıqda təmiz çəkiləri 0,668 qram, 0,239 qram olmaqla ümumi təmiz çəkisi 0,907 qram – xeyli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1, 234.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, hökmü dəyişdirilməsini və onun əməlinin həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Müdafiəçi müdafiəçi2 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində üzərində aşkar edilmiş narkotik vasitələrin bir hissəsinin ona aid olmasını etiraf etmiş, iş materiallarında göstərilən yerdə qalan xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əməliyyatçılar döyüb işgəncə verərək ondan aşkar olunmuş kimi rəsmiləşdirmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tanışları Musa, Talib və Əlisəfa adlı şəxslərlə ## ###### 2025-ci il tarixdə Cəlilabad rayonuna gəlmələri göstərilsədə faktiki olaraq onİaCbir gün əvvəl, yəni ## ###### 2025-ci il tarixdə saat 21 radələrində Cəlilabad rayonuna gəlmişlər. Həmin gün onlar polis əməkdəları tərəfində saxlanılmış bir müddət keçdikdən sonra onları azad buraxmışlar. Bunula bağlı Təqsirləndirilən şəxs DİN-nin 102 xitm'ətin zəng edərək pois əməkdaşları tərəfindən qnunsuz saxlamalarını bildirdikdən sonra, yenidən polis əməkdaşları onları polis şöbəsinə dəvət edərək üzürxahlaq etmiş və ərizələrinə geri götürmələrini xahiş etmişlər, o da öz nöbəsinində ərizəsinqi geri götürərək şikayəti olmadığını bildirmişdir. Təqsirləndirilən şəxsla konfedensial söhbət zamanı ## ###### 2025-ci il tarixdə də polis əməkdaşları tərəfindən saxlanılaraq Cəlilabad RPŞ-nə aparılmış və orada üstünə baxış keçirilməklə araşdırma aparılmışdır. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə aşkar edilməmişdir. Belə olan halda cinayət işinin istintaq materiallarında göstərilir ki, Təqsirləndirilən şəxs məxsus əl çantasında aşkar edilmiş 2 büküm də olan narkotik vasitəni 2025-ci ilin əvvəllərində Bakı şəhərində tanımıdığı şəxsdən öz istifadəsi üçün aldığı göstərilsə də, həmin narkotik vasitə niyə ## ###### 2025-ci il tarixdə onun üzərində aşkar edilib götürülərək rəsmiləşdirilməmişdir. X7 zaman üzərimdə hər hansı bir narkotik vasitə aşkar edilməmiş, İİRnın olan Hafiz adlı şəxslə danışdıqları kimi ona dediyi yerdən, yəni Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən Parkda «Tut bağı» restoranın yaxınlığında yerləşən sanitar qovşağının tavanvndan 1 ədəd çantanı götürəndə çantanını ölçüsü böyük və çəkisi ağır olduğunu görüb çantanı yerə atmış və dərhal Hafizə zəng edib çantanın iri və ağır olduğunu soruşiaq istəyəndə həmin an polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlandığı andan bir neçə dəqiqə sonra istifadəsində olan tenlefona Hafizdən mesaj göndərilərk “həmin çantanı Bakı şəhərində sənə dediyim yerdə qoyarsan sənə 1000 (min) manat pul göndərərəm”. Əvvələr onun Hafizlə belə danışıqları olmamış, onun Hafizlə yalnız 370 qram marixuana bağlı danışmqları olmuşdır. Bundən başqa H. Cəfərov bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman əl çantası onun üstündə olmamış, Cəlilabad rayonuna gəldiyi avtomobildə saxlamışdır. Bir müddət sonra polis əməkdaşları onunla birlikdə Cəlilabad rayonuna gələn Musa və Talibi saxlayaraq onun əl çantasını avtomobildən götürərək onun üstündə aşkar elimiş kimii sənədləşdirlmşlər. Həmin faktla bağlı parkda olan videogörüntülərin götürülıusəsi iş üzrə sübutların dəqiqləşdirilməsi üçün əhəmiyyətli ola bilər. İstintaq, zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs töətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirmişdir. İlk dəfə məhkum olmasını, sözlərindən psixi və əsəb xəstəxanasında qeydiyyatda olmasını, özünün xəstə olmasını heç vaxt narkotiık vasitələrin alqı-satışı ilə məşğul olmamış, ifadəsində göstərdiyi kimi təxminən 5-6 ayadır ki, narkotik vasitədən istifadə edir və bu da onun işdən çıxarılması və bir müddət işsiz qalması ilə əlaqədar olduğunu bildirmişdir. Üzərində aşkar edilmiş narkotik vasitənin miqdarı da ounu həmin narkotik vasitəni öz istifadəsi üçün almasına dələlət elir. Məhkəmə istintaqı zamanı dindirlimsiş şahidlər, onun hər hansı bir şəxsə və şəxslərə narkotik vastələrinin satmasını barədə məlumatları olmadıqlarını bildirmişlər. Cinayət işinin materiallarında yalnız təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bir dəfə telefon vasitəsi ilə narkotik vasitə alması onun narkotik vasitə alıb-satmasım şübhələr doğurması kimi dəlillər göstərilsədə başqa digər heç bir sübut yoxdur. Bundan əlavə cinayət işinin 19-cu səhifəsində şübhəli şəxsin tutulmasını haqqında protokolda Təqsirləndirilən şəxs Ehtitram oğlunun azadlığının məhdudlaşdırıldığı vaxt ## ###### 2025-ci il saat 14:45 dəqiqə tutulması hesab edilməsi göstərilsədə, həmin səhifənin 1-ci abzasında Təqsirləndirilən şəxs Etizam oğlunun ## ###### 2025-ci il saat 18:46 dəqiqədə Cəlilabad RPŞ-nin inzibati binasında müdafiəçinin iştirakı ilə tutulduğu göstərilmişdir.Odur ki, hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Etiram oğlunun əməli Azərbaycan Respublikası CM-in 234.4-1 və 234.1cü maddələrindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə barəsində yüngül cəza hökmü çıxarılması məqsədəmüvafiqdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1 (***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün ləğv edilərək, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.4-1-ci maddəsindən, 234.1-1ci maddəyə tövsif olunaraq, CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cəzaya məhkum edilməsini xahiş etmişdir. Müdafiəçi müdafiəçi1 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən apellyasiya şikayəti vermək üçün, təqsirləndirilən şəxsin anası ilə ##.##.2026-cı il tarixdə müqavilə bağlamışdır. Sözü gedən hökmün surəti təqsirləndirilən şəxsin anası vasitəsi ilə ona təqdim edilmişdir. O, həmin hökmün surətinin məhkəmə prossesində iştirak edən əvvəlki müdaviəçidən aldığını bildirmişdir. O, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026cı il tarixli hökmünün surəti ilə tanış olmuşdur. Təqsidəndirilən şəxsin anası Cəfərova İlhamə Habil qızı ona, oğlunun məhkəmənin hökmü ilə ona verilmiş ittihamla razılaşmadığını və əlavə olaraq oğlunun psixi xəstəliyinin olduğunu, bu xəstəliyi ilə əlaqədar həqiqi hərbi xiddmətdən möhlət aldığını, xəstəliyi ilə əlaqədar ayrı-ayrı tibb müəssisələrində stasonar və abulator qaydada müalicə olunduğunu, istintaq oraqnının isə buna əhəmiyyət vermədiyini bildirmişdir. Əlavə olaraq bildirirəm ki, hüquqlarını müdafiə eydiyim təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar ayrı-ayrı tibb müəssisələrində stasonar və ambulator qaydada müalicə olunması barədə müvafiq tibbi sənədləri məhkəməyə təqdim edəcəyəm. Mən, hökümlə tanış olduqdan sonra məlum oldu ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən, bildirmişdir ki, özünü ona elan olunmuş ittihamla qismin təqsirli bilir. Belə ki, onun İ İR vətəndaşının bildirdiyi yerdən, Cəlilabad şəhərindən götürdüyü əl çantası Cəlilabad polis şöbəsinin əməkdaşları tərəfindən ondan götürülmüşdür. Onun narkotik vasitəni satmaq fikiri olmamnışdır. Cəlilabad RPŞ-ni əməkdaşları sonradan həmin əl çantasına iki böyük bükümdə metamfetamin qoymuşlar. Polisdə olan zaman polis əməkdaşları ona zor tətbiq edərək, döymüşlər. Nəticədə isdədikləri kimi ifadəsini alaraq imza etdirmişlər. Təqsirləndirilən şəxs əvvəllər tanımadığı İran İslam Respublikasının vətəndaşı ilə instiqramda tanış olmuş, pula ehtiyacı olduğu üçün, 150 manat qarşılığında narkotik vasitəni iranlının bildirdiyi yerdən götürməsi razılığına gəlmişlər. Əlavə olaraq bildirirəm ki, məhkəmə qeyd olunan halları hərtərəfli olaraq araşdırmayaraq, əməliyyatda iştirak etmiş polis əməkdaşlarının şahid qismində verdiyi ifadələri şablon olaraq ittiham aktında göstərilən kimi qeyd edilmişdir. Məhkəmə əlavə araşdırma aparmadan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hazırki ittihamla təqsirli bilinməsi qənaətinə gəlmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində çıxışında apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, təqsirləndirilən şəxsin CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsini xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı X1 apellyasiya şikayətinin təmin olunmamasını, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** saylı hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “X14rşı”, “X10rşı”, “Ermi İtaliyaya qarşı” məhkəmə işləri üzrə Qərarlarında dövlətin pozitiv öhdəlikləri prinsipindən çıxış edərək göstərmişdir ki, müdafiənin əslində ilk növbədə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən həyata keçirilməsinə baxmayaraq, ədalətliliyin əsas təminatçısı qismində məhkəmələr çıxış edirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “CPM-in 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etdi ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Ona görə də həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Konstitusiya Məhkəməsi qeyd olunan Qərarında hüquqi mövqeyini davam etdirərək vurğulamışdır ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Məhkəmə kollegiyası işin materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmamışdan təxminən bir müddət əvvəl “İnstagram” sosial şəbəkəsində özünü iranlı kimi təqdim edən şəxslə tanış olmuş, həmin şəxs ona narkotik vasitə təklif etmişdir. O, həmin vaxt iranlının təklifini qəbul etməmişdir. ## ###### 2025-ci il tarixdə isə özü “İnstagram” sosial şəbəkəsində həmin şəxslə əlaqə yaradaraq ondan şəxsi istifadəsi üçün 370 qram narkotik vasitə qurudulmuş marixuana istəmişdir. İranlı ilə razılaşdıqdan sonra tanışı Musanın avtomobili ilə ## ###### 2025-ci il tarixdə Hacıqabul rayonuna yola düşmüşdür. Maşında dostu Əlisafa və Musanın tanışı, əvvəllər tanımadığı Talib də olmuşdur. O, tək yola çıxmaq istəmədiyi üçün Əlisafadan onunla birlikdə gəlməyi xahiş etmişdir. Əlisafa, Musa və Talibin onun Hacıqabul rayonuna hansı niyyətlə getməsindən xəbəri olmamışdır. Hacıqabul rayonu istiamətində hərəkətdə olarkən iranlı ona “Whatsapp” mobil tətbiqi vasitəsilə məkan haqqında konum göndərmiş və narkotik vasitənin Cəlilabad rayonu ərazisində gizlədildiyini bildirmişdir. O, Musaya avtomobili Cəlilabad rayonuna sürməyi, bunun əvəzində yol haqqı olaraq əlavə pul verəcəyini bildirmişdir. Onlar Cəlilabad şəhərinə çatdıqda onları polis əməkdaşları saxlamış, Cəlilabad şəhərinə hansı məqsədlə gəldiklərini sorğu-sual etmişlər. O isə polis əməkdaşlarına Cəlilabad rayonuna istirahət məqsədilə gəldiklərini bildirmişdir. Cəlilabad şəhərində olarkən o iranlının göndərdiyi konum üzrə hərəkət edib narkotik vasitəni tapmayaraq geri qayıtdıqda polis əməkdaşlarının Musagili yenidən sorğu-sual etdiklərini görmüşdür. O, bununla bağlı DİN-in 102 zəng xidmətinə müraciət edərək şikayətini bildirmişdir. Bundan sonra polis əməkdaşları onları Cəlilabad RPŞ-nin inzibati binasına aparmışlar. Orada olarkən onun üzərindəki əl çantasına baxış keçirilmiş, lakin hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Polis şöbəsində DİN-in 102 zəng xidmətinə etdiyi şikayətini geri götürməsi barədə ərizə yazdıqdan sonra onları buraxmışlar. Onlar həmin gecə Cəlilabad şəhəri ərazisində kafedə olmuşlar. Səhər saatlarında o, Musagildən ayrılmış, iranlının göndərdiyi konum istiqamətinə getmişdir. O, parkın içində yerləşən sanitar qovşağa daxil olduqda böyük bel çantası görmüş, çantanın böyük olmasından şübhələndiyindən iranlıya zəng etmiş, lakin həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq saxlamışlar. O, polis əməkdaşlarına 370 qram narkotik vasitə qurudulmuş marixuana əldə etmək üçün gəldiyini bildirmişdir. Polis əməkdaşları onu xidməti avtomobilə əyləşdirərək zor tətbiq etməyə başlamış, ondan çantanın içərisində olan narkotik vasitələrin ona məxsus olduğunu etiraf etməsini tələb etmişlər. Polis əməkdaşları onun əl çantasını sonradan gətirərək içərisinə iki bükümdə metamfetamin qoymuşlar. Polis əməkdaşları ona qarşı zor tətbiq etdiklərindən və evinə narkotik vasitə qoyacaqları ilə hədələdiklərindən məcbur qalıb polis əməkdaşlarının tələbləri ilə razılaşmış, videoçəkiliş zamanı çantanın içərisində olan narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları polis şöbəsində olarkən də ona qarşı fiziki təzyiqlər etmişlər. Döyülməsi ilə əlaqədar halı pisləşdiyindən təcili tibbi yardım çağırılaraq ona tibbi yardım göstərilmişdir. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərmişdir ki, təxminən iki-üç il müddətdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Hər dəfə şəxsi istifadəsi üçün tanımadığı şəxslərdən 5-10 qram qurudulmuş marixuana almışdır. 5 qram qurudulmuş marixuananı adətən 20-25 manat pul qarşılığında əldə etmişdir. Sonuncu dəfə şəxsi istifadəsi üçün daha böyük miqdarda narkotik vasitə əldə edib saxlamağa qərar vermişdir. Bununla əlaqədar özünü ona Hafiz adı ilə tanıdan şəxslə əlaqə saxlayaraq 370 qram qurudulmuş marixuana istəmişdir. Həmin şəxslə narkotik vasitələrin satışı ilə bağlı heç bir sövdələşməsi olmamış, ümumiyyətlə heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İranlı şəxsin “m10” hesabına narkotik vasitəyə görə 100 manat pul göndərmişdir. Aralarındakı razılaşmaya görə onun göndərəcəyi narkotik vasitəni əldə etdikdən sonra iranlıya yol haqqı da nəzərə alınmaqla əlavə 100 manat pul göndərəcəkmiş. O, iranlının göndərdiyi konuma 370 qram narkotik vasitə əldə etmək üçün getmiş, çantanın içərisində olan digər narkotik vasitələrdən məlumatı olmamışdır. O, polis əməkdaşları tərəfindən ## ###### 2025-ci il tarixdə saat təxminən 10-11 radələrində saxlanılmışdır. Polis əməkdaşları onun bədəninin müxtəlif nahiyyələrinə yumruq, təpik zərbələri vurmaqla həmçinin saqqalını dartmaqla zor tətbiq edib işgəncə vermişlər. Əl çantası onun üzərində olmamış, çanta Musanın avtomobilində qalmışdır. Polis əməkdaşları həmin əl çantasını sonradan gətirərək içərisinə iki büküm metamfetamin qoymuşlar. İş materiallarında olan Cəlilabad RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili polis R Hüseyin Mirzəli tərəfindən həmin polis şöbəsinin rəisinə ünvanlanmış ## ###### 2025ci il tarixli raportdan görünür ki, həmin tarixdə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Bakı şəhəri, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan ##.##.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, i.v. 6;) İşdə olan, “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” ## ###### 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş CD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman o, sol çiyinindən asdığı qara rəngli bel çantasından bir neçə bükülü çıxarıb təqdim edərək, içərisində narkotik vasitə və psixotrop maddələr olmasını bildirmiş, həmin bükülülərə baxış keçirilən zaman 1 ədəd bükümdə narkotik vasitə heroinə, 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə, 10 listdən ibarət olmaqla 1 ədəd bükümdə narkotik vasitə həşiş qətranına, 5 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya, 10 ədəd konvalyutda olan 100 ədəd narkotik vasitə metadon həblərinə bənzər kütlələr olması müəyyən olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs sol çiyinindən sağ çiyini istiqamətində asdığı əl çantasını təqdim edərək, içərisində psixotrop maddə olmasını bildirmiş, içərisinə baxış keçirilən zaman 2 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə və 1 ədəd şüşə borucuq olması müəyyən olunmuşdur. Aşkar olunmuş həmin narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələr qablaşdırılaraq DİN-nin *** №-li möhürü ilə möhürlənərək götürülmüşdür. (cild 1, i.v. 12- 13;) İşdə olan, “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” ## ###### 2025-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü diskdən görünür ki, həmin tarixdə saat 17:21-dən saat 18:19-dək videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərindəki bel çantasında aşkar edilmiş 1 (bir) ədəd bağlamada narkotik vasitə olan heroinə bənzər kütləyə, 1 (bir) ədəd bağlamada psixotrop maddə olan metamfetaminə bənzər kütləyə, 10 (on) ədəd listdən ibarət olmaqla 1 (bir) ədəd bağlamada həşiş qatranına bənzər kütləyə, 5 (beş) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlə və 10 (on) ədəd konvalyutda olmaqla 100 ədəd metadon həblərinə bənzər həblərə, həmçinin iki bükümdə qablaşdırılmış metamfetaminə bənzər kütləyə və “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” ## ###### 2025-ci il tarixli protokola əlavə edilmiş CD diskdə olan videogörüntüyə baxış keçirilmiş, qeyd olunan predmetlər qablaşdırılaraq götürülmüşdür. (cild 1, i.v. 17-19;) İşdə olan, “şübhəli şəxsin tutulması haqqında” ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə ## ###### 2025-ci il tarixdə saat 18:46da şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, i.v. 19;) İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X16 Bölməsi tərəfindən verilmiş məhkəmə kimyəvi və bioloji ekspertizasının ## ###### 2025-ci il tarixli, **/** saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs götürülmüş kütlələr....." sözlər və imzalar olan bir ədəd çantadakı, 1 ədəd bükülüdə təmiz çəkisi: -1555,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 3 ədəd olmaqla ayrıayrılıqda təmiz çəkiləri: -193,391 qr; -0,668 qr; -0,239 qram: -ümumi təmiz çəkisi: - 194,298 qram olan ağ rəngli kristallardan ibarət maddələr metamfetamindirlər, kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 1 ədəd bükülüdə 10 list ayrı-ayrılıqda təmiz çəkiləri: -194,549 qr: -200,072 qr: -190,426 qr: -201,240 qr: -202,129 qr: -192,828 qr: - 195,295 qr: -206,589 qr: -199,999 qr: -207,398 qram: ümumi təmiz çəkisi: -1990,525 qram olan maddələr narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış narkotik vasitə həşiş qətranlarıdır; 5 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkisi: -1040,0 qr: -1010,0 qr: -2215,0 qr: - 1060,0 qr: -345,0 qram: ümumi təmiz çəkisi: -5670,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 10 ədəd konvalyutda ümumi sayı 100 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadon həbləridir, həblərin təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı: -4,0 qramdır (bir həbdə -0,04 qr). Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs götürülmüş şüşə borucuq.....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd şüşə borucuğun içərisində psixotrop maddə metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş metamfetaminlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Qeyd: - heroinin təmiz çəkisi – 1555,0 qram, cəmi tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 1554,9 qram, metamfetaminin təmiz çəkisi – 194,298 qram, cəmi tədqiqata sərf edildi – 0,3 qram, qalıq – 193,998 qram, həşiş qətranının təmiz çəkisi – 1990,525 qram, cəmi tədqiqata sərf edildi – 1,0 qram, qalıq – 1989,525 qram, marixuananın təmiz çəkisi – 5670,0 qram, cəmi tədqiqata sərf edildi – 0,5 qram, qalıq – 5669,5 qram, metadon həbləri – 100 ədəd, cəmi tədqiqata sərf edildi – 10 ədəd, qalıq – 90 ədəd. (cild 1, i.v. 97-101;) İşdə olan, “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” ## ###### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4-1-ci maddəsi ilə ittiham elan edilmişdir. (cild 1, i.v. 125-126;) İşdə olan, Cəlilabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-*/**** nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli ## ###### 2025-ci il tarixdən hesablanmışdır. Qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında çıxışı zamanı özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olduğunu bildirmişdir. (cild 1, i.v. 143- 146;) İşdə olan, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, i.v. 187;) İşdə olan, “əşyanın maddi sübut hesab edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, ekspert tədqiqatından sonrakı qalıq çəkisi 1554,9 qram olan narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 193,998 qram olan psixotrop maddə metamfetamin, ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 1990,525 qram olan narkotik vasitə həşiş qətranı, ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 5669,5 qram olan narkotik vasitə qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra qalıq sayı 90 (doxsan) ədəd olan narkotik vasitə metadon həbləri və üzərində psixotrop maddə metamfetaminin izləri olan 1 (bir) ədəd şüşə borucuq, həmçinin “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” ## ###### 2025-ci il tarixli protokola əlavə edilmiş 01 (bir) ədəd CD disk, “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” ## ###### 2025ci il tarixli protokola əlavə edilmiş 01 (bir) ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmışdır. (cild 1, i.v. 199-200;) İşdə olan, “mobil telefona baxış keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli protokoldan görünür ki. Təqsirləndirilən şəxs məxsus “İphone 11” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. (cild 1, i.v. 208;) İşdə olan, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının * №-li sahə dairəsi üzrə nümayəndəliyindən ## #### 2025-ci il tarixli müşayiət məktubuna əlavə edilmiş ailə tərkibi haqqında arayışdan Təqsirləndirilən şəxs atası- Cəfərov Ehtiram Akif oğlu, anası- Cəfərova İlhamə Habil qızı, bacısı- X9 ilə birlikdə yaşadığı, xasiyyətnamədən Yasamal rayonu ərazisində yaşadığı müddət ərzində sakinlərdən və dövlət qurumlarından hər hansı yazılı və ya şikayət daxil olmadığı göstərilmişdir. (cild 1, i.v. 237-239;) İşdə olan, Ambulator məcburi narkoloji tibbi yoxlamanın ##.##.2025-ci il tarixli ** saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASILILIQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (cild 1, i.v. 240;) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Publik X5 Məhkəmə Psixiatrik Ekspertizasının ##.##.2025-ci il tarixli, *** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özü və ətrafındakılarına zərər yetirmək təhlükəsi müəyyən edilmədi. (cild 1, i.v. 241-243;) İşdə olan, “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” ## ##### 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 234.4-1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (cild 1, i.v. 251-253;) “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 34-cü bəndində izah verilir ki, Nəzərə almaq lazımdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında ibtidai araşdırma zamanı yol verilmiş digər nöqsanlarla yanaşı sübut əhəmiyyətinə malik ola biləcək (cinayət təqibi gedişində ittihamın əsaslandırılmasında istifadə edilən) predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun mötəbərliyini şübhə altına alan, beləliklə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradan hal kimi istinad etmişdir. Əməliyyataxtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyataxtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiqorqana gətirildikdən dərhal sonra əməliyyataxtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. İşin materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 234.4-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bu birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-in 234.1 və 234.4-1-ci maddələri ilə düzgün tövsif etmişdir. İşin materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Təqsirləndirilən şəxs əməlinin 234.1 və 234.1-1-ci maddələri ilə tövsif edilməsi üçün əsas vermir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan, Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasının ##.##.2025-ci il tarixli ***/**** nömrəli müşayiət məktubuna əlavə edilmiş tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə Bakı İstintaq təcridxanasına daxil olmuş, ilkin tibbi müayinə zamanı təqsirləndirilən şəxs xəsarət almadığını bildirmiş, bədən səthində xəsarət izi aşkar edilməmişdir. (cild 3) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə nazirliyi * nömrəli Psixiatriya xəstəxanasının ##.##.2025-ci il tarixli */**** nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs * nömrəli Klinik Psixiatriya xəstəxanasında ##.##.2016-cı il tarixdən ##.##.2016-cı il tarixədək “yüngül ifadəli istero-nevrotik reaksiyalar, anamnezində özünükəsmələr” diaqnozu ilə, ##.##.2016-cı il tarixdən ##.##.2016-cı il tarixədək “yüngül dərəcəli dissosiativ-konversion pozuntusu, səthi özünükəsmələrlə” diaqnozu ilə, ##.##.2016-cı il tarixdən ##.##.2016-cı il tarixədək “mülayim dərəcəli dissosiativkonversion pozuntusu” diaqnozu ilə stasionar müalicədə olmuş, sonuncu dəfə ##.##.2021- ci il tarixdə “mülayim dərəcəli dissosiativ-konversion pozuntusu” diaqnozu ilə müayinədə olmuşdur. (Cild 3) İşdə olan, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ### 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində Təqsirləndirilən şəxs Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən döymə, işgəncə qeyri-insani rəftar, fiziki zor və sair təzyiqlərə məruz qalması, eləcə də törətmədiyi cinayət əməlini etiraf etməyə məcbur edilməsi barədə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. (Cild 3) İşdə olan, TƏBİB PHŞ Respublika Təcili və X15 Mərkəzi PHŞ-nin ## #### 2025-ci il tarixli *-****/**** nömrəli məktubundan görünür ki, ##.##.2025- ci il tarixdə saat 21:25-də və ##.##.2025-ci il tarixdə saat 16:22-də “Respublika Təcili və X15 Mərkəzi” PHŞ-nin Cəlilabad TTTY bölməsi üzrə Çağrı Xidmətinə “103” Cəlilabad rayonu istintaq təcridxanası ünvanından Təqsirləndirilən şəxs adına çağırışlar daxil olmuşdur. ##.##.2025-ci il tarixli çağırışla əlaqədar müayinə zamanı Təqsirləndirilən şəxs “dəqiqləşdirilməmiş həyəcan pozğunluğu”, ##.##.2025ci il tarixli çağırış əlaqədar müayinə zamanı isə “essensial hipertenziya” diaqnozu qoyulmuş və ilkin tibbi yardım göstərilmişdir. (Cild 3) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyası həddində məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Buna görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və apellyasiya şikayətlərini təmin edib, Təqsirləndirilən şəxs əməlinin 234.1 və ya 234.1-1-ci maddələri ilə tövsif edilməsi üçün əsaslar görmür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçiləri müdafiəçi2 və müdafiəçi1 tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1-ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçiləri müdafiəçi2 və müdafiəçi1 tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4-1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçiləri müdafiəçi2 və müdafiəçi1 apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-243/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-243/2026
18.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver