Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-244/2026 20.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Sultanov Cavid Rizvan oğlu və Ağabəyov Nicat Rauf oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X2, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, məhkum edilmiş şəxs Əskərov İlqar Bahadir oğlunun, müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili İbrahimov Elvin Telman oğlunun iştirakı ilə, Əskərov İlqar Bahadir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Əskərov İlqar Bahadir oğlunun müdafiəçisi İbrahimov Elvin Telman oğlu və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü (hakimlər X6 (sədrlik edən), X3 və X4 ibarət tərkibdə) ilə ## ##### 1985-ci il tarixdə Masallı rayonu, Şatıroba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Masallı Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 194.1-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 11 (on bir) ay 23 (iyirmi üç) gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada götürülməmiş, Masallı rayonu, Şatıroba kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Əskərov İlqar Bahadir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutun taleyi həll edilmişdir. İŞİN HALLARI Verilmiş ittihama görə, Əskərov İlqar Bahadir oğlu ## #### 2025-ci il tarixdə saat 21 radələrində yaşadığı Masallı rayonu Şatıroba kəndində olarkən qardaşı X7 ona mobil telefon vasitəsilə zəng edərək həmkəndlisi Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsini bildirdikdən sonra o, sonuncunun həmin vaxt Şatıroba kənddə yerləşən məscidin qarşısında olmasım bilib oraya gələrək Zərərçəkmiş şəxs onun barəsində nalayiq ifadələr işlədibişlətməməsini aydınlaşdırmadan üzərinə hücum edib onunla mübahisə edərək ictimai qaydalara qarşı açıq etinasızlıq göstərib özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə, Zərərçəkmiş şəxs yaxın qohumu hesab edilən qardaşı şahid4 orada olmasına əhəmiyyət vermədən sonuncunun gözləri qarşısında ona əzab və iztirab verdiyini dərk edib xüsusi qəddarlıq və amansızlıq nümayiş etdirərək yumruqla Zərərçəkmiş şəxs baş nahiyyəsinə qəsdən bir zərbə vurmuş, zərbənin təsirindən sonuncu müvazinətini itirib asfalt yolun üzərinə yıxılmaqla o, Cavid; Nəzərova açıq kəllə beyin travması, baş beyinin əzilməsi, ənsə sümüyünün yerdəyişməyən sınığı, sfenoid sinusun arxa divarının yerdəyişməyən boylama sınığı, subaraxnoidal hematoma, sol alın payının hemorragik kontuziyası, başın ənsə nahiyyəsinin və sol qulaq seyvanının əzilmiş yarası ilə müşayət edilən, dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmənin hökmü ilə Əskərov İlqar Bahadir oğlu Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, ## #### 2025-ci il tarixdə saat 21 radələrində yaşadığı Masallı rayonu, Şatıroba kəndində Zərərçəkmiş şəxs ilə qarşılaşan zaman sonuncudan onun barəsində nalayiq ifadələr işlədib-işlətməməsini aydınlaşdırmaq istəyərkən Zərərçəkmiş şəxs onu qəsdən yumruqla vuraraq sağ yanağın iç hissəsində sağlamlığa zərərvurmayan qansızma xəsarəti yetirdikdən sonra Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən yumruqla bir dəfə zərbə vurmuş, yetirdiyi zərbənin təsirindən sürətlənmiş yıxılma zamanı başının bərk səthə dəyməsi nəticəsində dərəcəsinə görə ənsə nahiyəsinin əzilmiş yarası və dərialtı hematoması, beyinin subdural, subaraxnoidal qansızmaları, ənsə sümüyü qabarının sol yarısından başlayaraq arxa kəllə çuxuruna, böyük ənsə dəliyinin sol yarısına və əsas sümüyünün sol cibinə keçən xətti sınığı ilə müşayiət edilən açıq kəllə beyin travması, beyin silkələnməsi, beyin əzilməsi, sol alın payının hemorragik kontuziyası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol qulaq seyvanının əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi İbrahimov Elvin Telman oğlu apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini, Əskərov İlqar Bahadir oğlunun əməlinin Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 130-cu maddəsinə tövsif edilməsini və ona maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin olunmasını xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai istintaq zamanı, həm də ki, məhkəmə istintaqı zamanı müdafiə etdiyi şəxsin verdiyi ifadə aşağıdakı kimi olmuşdur: “Zərərçəkmiş şəxs həmkəndlimdir, əvvəllər aramızda narazılığımız olmasa da, 2021ci ildə Masallı rayonu Mahmudavar kənd sakini Elgün İskəndərov Zərərçəkmiş şəxs məxsus 3 baş xırdabuynuzlu heyvanları oğurlayaraq mənə satmışdır. Həmin fakt əsasında Masallı Rayon Polis şöbəsində araşdırma aparıldı və məndə təqsirli bilindim, buna görədə Masallı Rayon Məhkəməsi tərəfindən 2 il 6 ay müddətində həbs olundum. Cəza müddətim başa çatıb azadlığa çıxdıqdan sonra Zərərçəkmiş şəxs daim məndən xırdabuynuzlu heyvanlarının pulunu tələb etdi, mən isə ona məhkəmədə məndən şikayətçi olduğundan pul verməyəcəyimi bildirdim. Lakin, sonradan razılaşdıq ki, mən ona 600 manat pul verim. ##.##.2025-ci il tarixdə yaşadığım Masallı rayon Şatıroba kənd çayxanasında təsadüfən Zərərçəkmiş şəxsla qarşılaşdım. Aramızda olan danışıq əsnasında mən özüm Zərərçəkmiş şəxs bildirdim ki, ona söz verdiyim 600 manat pulu ##.##.2025-ci il tarixədək olan müddətdə verəcəyəm. Həmin gündə Zərərçəkmiş şəxsla aramızda hər hansı mübahisə və ya dava olmamışdır. ##.##.2025-ci il tarixdə həkəndlim Ziyəddin Fəttayev, oğlu Tacəddin Fəttayevə toy axşamı təşkil etmişdir. Həmin toy axşamı digər həmkəndlim Nəsimi adlı şəxsə məxsus çayxanada olmuşdur. Lakin, mən həmin məclisə dəvət edilmədiyimdən məclisdə iştirak etməmişdim. Həmin günü yəni ##.##.2025-ci il tarixdə axşam saatlarında qardaşım şahid8 mənə mobil telefon vasitəsi ilə zəng edərək bildirdi ki, Tacəddin Fəttayevin məclisində Zərərçəkmiş şəxs mənim ardımca nalaiq ifadələr işlətmişdir. Mən isə qardaşım şahid8 bildirdim ki, o, Zərərçəkmiş şəxs hər hansı bir söz deməsin mən özüm Zərərçəkmiş şəxsla söhbət edərəm. Həmin günü qardaşım şahid8 mənə zəng etdiyindən təxminən bir saat sonra mən özümə məxsus “QAZ 3110” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığım ev istiqamətində gedirdim. Kəndimizdə yerləşən “Şatıroba” kənd məscidinin yaxınlığından keçərkən Zərərçəkmiş şəxs qardaşı şahid4la birlikdə küçə ilə piyada olaraq getdiklərini gördüm. Mən avtomobilimi saxlayaraq avtomobildən yerə düşdüm və Zərərçəkmiş şəxs yaxınlaşaraq ona hansı səbəbdən mənim ardımca nalaiq ifadələr işlətdiyini bildirdim. Zərərçəkmiş şəxs məndən pulunu istəməyə başladı, həmin vaxtı mən ona dedim ki, sənə demişdim ki, ##.##.2025-ci il tarixdə pulunu verməyimə söz vermişəm. Lakin, Zərərçəkmiş şəxs öz əmələrini davam etdirərək təkrarən ünvanıma nalaiq sözlər işlədərək məni təhqir etməyə başladı. Bu səbəbdən aramızda mübahisə yarandı, mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla mənim ağız nahiyyəmdən bir dəfə zərbə vurdu. Həmin yumruq mənə dəyən zaman mən də yumruqla Zərərçəkmiş şəxs sol çənə nahiyyəsindən bir dəfə zərbə vurdum. Həmin vaxtı Zərərçəkmiş şəxs zərbənin təsirindən yerə yıxıldı və o, yerə dəydiyindən başının arxa hissəsi qanadı. Bundan sonra Zərərçəkmiş şəxs əmisi oğlu şahid5 həmin yerə gəldi və Zərərçəkmiş şəxs avtomobillərinə qoyaraq oradan uzaqlaşdılar. Eyni zamanda mənim qardaşım şahid8 və əmim oğlu şahid7 həmin yerə gəlib məndən hadisənin neçə baş verdiyini soruşdular. Məndə onlara hadisə barədə məlumat verdim. Bundan sonra bir neçə nəfər kənd sakinləri ora toplaşdılar və biz oradan uzaqlaşıb getdik. Lakin, sonradan eşitdim ki, Zərərçəkmiş şəxs barəmdə şikayət etmişdir. Bundan sonrada məndə Zərərçəkmiş şəxs məni vurmağı ilə əlaqədar olaraq polis şöbəsinə ərizə ilə müraciət etdim.” Təqsirləndirilən şəxsə suallara cavab olaraq o, aşağıdakıları bildirmişdir: “Bildirim ki, baş vermiş hadisə zaman tək olmuşam, qardaşım şahid8 və əmim oğlu şahid7 hadisə yerinə hadisədən sonra gəlmişlər. baş vermiş dava zamanı mənim əlimdə hər hansı alət və ya vasitə olmamışdır. Mən hadisə zamanı xəsarətlər almışam, bununla əlaqədar olaraq məhkəmə tibbi ekspertizasından keçmişəm. Zərərçəkmiş şəxs ilkin olaraq məni nalaiq sözlərlə söyüb təhqir edərək, yumuruqla sifət nahiyyəmdən vurduğuna görə, məndə özümü müdafiə etmək məqsədi ilə Zərərçəkmiş şəxs vurmuşam. Başqa toydan çıxıb kəndlərində olan ciyər axşamına gələrkən təsadüfən Zərərçəkmiş şəxs yolda görmüşəm. Maşından düşüb Cavidgillə üz-üzə gəlmişəm, Cavidə sual vermək üçün ona yaxınlaşmışam, Caviddən “məni niyə söymüsən” deyə soruşmuşam, həmin vaxt Cavid mənə “yaxşı edib söymüşəm” demiş və yumruq atmışdır. Cavidin atdığı yumruq zərbəsi sağ gözümdən dəymişdir. Cavid təkrar üzərimə gələn zaman sağ əli ilə Cavidin çənəsindən bir yumruq zərbəsi vurmuşam və Cavid yerə yıxılmışdır”. Məhkəmə zərərçəkmiş şəxsə təqsirləndirilən şəxslə mübahisə zamanı sonuncuya xəsarət yetirib-yetirməməsi, bununla bağlı Masallı RPŞ-də hər hansı araşdırma aparılıb-aparılmaması və buna görə məsuliyyətə cəlb edilib edilməməsi ilə bağlı sual etdikdə o, AR İXM-nin 157-ci maddəsi ilə 500 manat məbləğində inzibati qaydada cərimə edildiyini qeyd etmişdir. Bundan əlavə, cinayət işi materiallarından da görünür ki, zərərçəkmiş şəxs inzibati məsuliyyətə cəlb edilmişdir. Bu bir daha müdafiə etdiyi şəxsin həqiqətən zəruri müdafiə şəraitində hərəkət etdiyinin bariz nümunəsidir. Zərərşəkmiş şəxs ifadəsində qeyd etmişdir ki, 2021-ci ildə İlqar Əskərov ona məxsus 7 ədəd qoyununu oğurlamış, həmin oğurluqla bağlı RPŞ-nə şikayət etmişdir. Həmkəndlisi İlqar Əskərovu çağırıb qoyunlarını onun oğurladığını bildirmiş, lakin İlqar Əskərov qoyunlarını oğurlamadığını demişdir. Daha sonra polis əməkdaşları İlqar Əskərovu həbs etmişlər. Atasını polis şöbəsinə çağırmışlar, orada ona məxsus qoyunları İlqar Əskərovun oğurladığını bilmişdir. İlqar Əskərov polis şöbəsində qoyunlarını oğurladığını etiraf etmiş və onu bağışlayıb onunla barışmağını bildirmişdir. İlqar Əskərova dəymiş ziyanı ödəmədiyini demiş, İlqar ona dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. 2025-ci ildə onun daha iki qoyunu oğurlanmış, həmin vaxtı qoyunlarının oğurlanması ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat vermişdir. Polis əməkdaşları gəlib ondan məlumatları alıb getdikdən sonra İlqar Əskərov polis əməkdaşları tərəfindən RPŞ-nə aparılmışdır. Həmin vaxt qoyunlarının oğurlanması ilə bağlı İlqar Əskərovdan şikayət etməmişdir. Polis şöbəsində əməliyyatçı bildirmişdir ki, ona məxsus qoyunları İlqar Əskərov oğurlamışdır. Polis şöbəsində İlqar Əskərova 7 ədəd oğurladığı qoyunlara görə ona dəymiş ziyanı ödəmədiyini demişdir. İlqar Əskərov ona şikayət etməməyini, ot biçinindən sonra qoyunların pulunu ödəcəyini demişdir. Ot biçinindən sonra bir neçə dəfə İlqara oğurladığı qoyunların pulunu ödəməsini bildirsə də İlqar ona oğurladığı qoyunların pulunu ödəməmişdir. Daha sonra ona dəymiş ziyanın ödənilməsi ilə bağlı İlqarın qardaşı Vüqara bildirmiş, Vüqar ona İlqara heç nə deməməyini demiş və İlqar onun pulunu verməsə özü pulu verəcəyini bildirmişdir. İlqar avtomobil ilə onun yanından ötən zaman ona nalayiq işarələr göstərmişdir. Hadisə günü İlqarın qardaşı Vüqarı görüb ona “qardaşın söyüş söymüşdü ki, filan vaxtı sənin borcunu qaytararam səndə demişdin ki, o, pulunu qaytarmasa mən sənin pulunu qaytararam bəs niyə mənim pulumu qaytarmırsınız” demişdir. Vuqar ona “cəhənnəm ol burdan” demişdir. Vüqar ilə söhbət edən zaman İlqar orada olmamışdır. Söhbət zamanı qonşusu Kamran və şahid7 orada olmuşlar. Vüqar İlqara zəng edib onun İlqarı söydüyünü bildirmişdir. Vüqar ilə Elsevər ona hücum edib onu vurmaq istəmişlər. Vüqar ilə kənddə mağazanın qabağında söhbət etmişlər. Həmin gün qonşuluqda toy axşamı olmuşdur. Vüqar ilə mübahisə etdiyi zaman Kamran gəlib ona onlara baş qoşmamasını, burdan getmələrini demişdir. Vüqar ona nalayiq sözlər demiş, o isə Vüqara heç bir söz deməmiş və fikirləşmişdir ki, onlar iki nəfərdi və onu vura bilərlər. şahid6 adlı şəxs də onunla birlikdə olmuşdur. Onlardan təxminən 100 metr uzaqlaşmışdır. Həmin vaxtı İlqar “QAZ-24 Volqa” markalı avtomobil ilə gəlmiş, onu görüb avtomobildən düşüb ona heç nə demədən yumruq atmış, İlqarı itələmiş və nəticədə İlqarın atdığı yumruq zərbəsi ona dəyməmişdir. İlqar ilə əlbəyaxa olmuş, həmin vaxtı Vüqar ilə Elsevər onu arxadan vurmuşlar. Elsevər dənələri böyük olan təsbeh ilə arxadan başından vurmuş, həmin vaxtı yerə yıxılmış, yıxıldığı yerdən qalxan zaman başının qanamasını hiss etmişdir. Ayağa qalxıb təkrar yerə yıxılmış, həmin vaxtı Vüqar ilə Elsevər o yerdə olan zaman onu təpikləmişlər. Yerə yıxılan zaman başı heç yerə dəyməmişdir. Sonra qardaşı toy axşamından çıxıb hadisə yerinə gəlmişdir. İlqar, Vüqar və Elsevər o yerdə olan zaman onun bütün orqanlarına zərbələr endirmişlər. Düzdür müdafiə etdiyi şəxsin əməli CM-nin 126.2.3 və 126.2.4-cü maddəsindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif olunub. Müdafiə nitqində də o, müdafiə etdiyi şəxsin əməlinin CM-nin 126.2.3 və 126.2.4-cü maddəsindən həmin Məcəllənin 130-cu maddəsinə tövsif edilməsini xahiş etmişdir. Lakin, zərərçəkmiş şəxsin həm ibtidai istintaq dövründə, həm də ki, məhkəmə istintaqı dövründə verdikləri yalan izahat və ifadələr, DİN-nin 102 xidmətinə verdikləri bir-biri ilə ziddiyyət təşkil edən məlumatlara toplum şəkildə qiymət verilərək cinayət təqibi orqanı tərəfindən (Masallı RPŞ) ona CM-nin 126.2.3 və 126.2.4-cü maddəsi ilə ittiham verilmişdir. Məcbur şəkildə qısa da olsa, həmin hissələrə apellyasiya şikayətində toxunmağı zəruri hesab edir. Belə ki, zərərçəkmiş şəxs və onun atası dəfələrlə 102 xidmətinə zəng edərək hər dəfəsində bir-birinə ziddiyyət təşkil edən məlumatlar vermişlər. Belə ki, bir məlumatda onun İlqar tərəfindən döyüldüyü, digər məlumatda İlqar, Elsevər və Vüqar tərəfindən döyüldüyü, ilkin izahatında İlqar tərəfindən başının arxa tərəfindən yumruqla vurulduğunu, ##.##.2025-ci il tarixli izahatında baş, sinə və qulaq nahiyyələrindən zərbələr vurulduğunu, ##.##.2025-ci il tarixli raportda bıçaq və beşbarmaqla hücuma məruz qaldığını, 11.07.20225-ci il tarixli izahatında beşbarmaqla vurulduğunu inkar etmiş və sifət nahiyyəsindən yumruqla vurulduğunu qeyd etmişdir və s. Bütün bunlar zərərçəkmiş şəxsin yalan danışmağa kifayət qədər meyilli olmasını isbat edir və hətta məhkəmə (sədrlik edən) ilk iclasda artıq zərərçəkmiş şəxsə haqlı olaraq iradını bildirərək, istintaq dövründə hər dəfəsində bir cür izahat verdiyini onun diqqətinə çatdırmışdır. Bunun ardınca isə sədrlik edən zərərçəkmişdən məhkəmə iclasında aydın şəkildə ifadə verməsini tələb etmişdir ki, bir hakim kimi hadisənin mexanizmi və nəyə görə şəxsin bu maddələrdə ittiham olunduğu ona aydın olsun. Cinayət işi materiallarında olan psixiatriya arayışından da görünür ki, Zərərçəkmiş şəxs ŞƏXSİYYƏTİN ŞİZOİD TİP POZUNTUSU diaqnozu aşkar edilir. Bu tipli xəstələr də yalan danışmağa, uydurmağa meyilli olurlar. Cinayət işi materiallarında olan sənədlərə və izahat və ifadələrə qısa şəkildə nəzər salaq:
1. ##.##.2025-ci il tarixli raportdan görünür ki, Masallı RMX-nın həkimi Zakir Zərbəliyev növbətçi hissəyə zəng edərək Zərərçəkmiş şəxs qulağının kəsilmiş yarası, arxa baş hematoma və qapalı kəllə beyin travması diaqnozu ilə xəstəxanaya müraciət etdiyini qeyd etmişdir.
2. ##.##.2025 və ##.##.2025-ci il tarixli raportlar: Zərərçəkmiş DİN-nin 102 xidmətinə zəng vuraraq onun İlqar tərəfindən döyüldüyünü qeyd edir. Atası da zəng vuraraq eyni məzmunlu məlumatı 102 xidmətinə bildirir.
3. ##.##.2025-ci il tarixli raport: Zərərçəkmiş DİN-nin 102 xidmətinə zəng vuraraq onun Vüqar, İlqar və Elsevər tərəfindən tərəfindən döyüldüyünü qeyd edir.
4. ##.##.2025-ci il tarixli Zərərçəkmiş şəxs ilkin izahatında qeyd edir ki, İlqar onun baş nahiyyəsinə arxadan zərbə endirir. Məhkəmə iclasında zərərçəkmişə “İlqar səninlə üzbəüz dayanıbsa necə ola bilər ki, sənin başının arxasından sənə zərbə endirsin?” sualını müdafiəçi olaraq vermiş və o, cavabında ilkin izahatında belə bir söz demədiyini qeyd etmişdir, halbuki, iş materiallarında bu mövcüddur.
5. ##.##.2025-ci il tarixli raport və eyni tarixli ərizə: zərərçəkmiş şəxsin atası Vəkil Nəzərov DİN-nin 102 xidmətinə zəng vurararaq oğlu Cavidinin 3 nəfər tərəfindən döyüldüyünü qeyd etmişdir.
6. ##.##.2025-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş izahat: həmin izahatda qeyd olunur ki, İlqar onun baş, sinə və qulaq nahiyyəsindən zərbələr endirmişdir.
7. ##.##.2025-ci il tarixli raport: Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng vuraraq bıçaq və beşbarmaqla ona hücum edildiyini bildirərək qulağının kəsilməsini qeyd etmişdir.
8. ##.##.2025-ci il tarixli izahat: Zərərçəkmiş şəxs həmin izahatında qeyd edir ki, İlqar sifət nahiyyəsinə zərbə vurmuşdur, həmin vaxt onun əlində beşbarmaq olmamışdır bildirdiyinə görə bundan qabaq yanlış anlamışdır. Yuxarıda qeyd etdiyi sənədlərdən, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrindən, bundan əlavə məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrindən, ibtidai istintaq zamanı müdafiə etdiyi şəxslə zərərçəkmiş şəxsin üzləşdirmə istintaq hərəkəti protokolundan bir daha aydın olur ki, (tövsif olunan maddələrə münasibətdə həmiçinin CM-nin 126.1-ci maddəsinə münasibətdə) zərərçəkmiş şəxsin verdiyi yalan izahatlar, DİN-nin 102 xidmətinə etdiyi şikayətlər (bir məlumatda onun İlqar tərəfindən döyüldüyü, digər məlumatda İlqar, Elsevər və Vüqar tərəfindən döyüldüyü, ilkin izahatında İlqar tərəfindən başının arxa tərəfindən yumruqla vurulduğunu, ##.##.2025-ci il tarixli izahatında baş, sinə və qulaq nahiyyələrindən zərbələr vurulduğunu, ##.##.2025-ci il tarixli raportda bıçaq və beşbarmaqla hücuma məruz qaldığını, 11.07.20225-ci il tarixli izahatında beşbarmaqla vurulduğunu inkar etmiş və sifət nahiyyəsindən yumruqla vurulduğunu qeyd etmişdir və s.) heç də həqiqəti əks etdirməmişdir ki, məhkəmə haqlı olaraq müdafiə etdiyi şəxsin əməlini tövsif etmişdir. Sadəcə olaraq məhkəmə Zərərçəkmiş şəxs ŞƏXSİYYƏTİN ŞİZOİD TİP POZUNTUSU diaqnozunun olmasını və beləliklə onun hər dəfəsində verdiyi izahatının və ifadəsinin məzmununun dəyişməsini, təqsirləndirilən şəxsin həqiqətən özünü müdafiə etmək məqsədilə bir yumruğa bir yumruq cavabı ilə hərəkət etməsini nəzərə almamış və beləliklə onun əməlini CM-nin 126.1-ci maddəsinə tövsif etmişdir. Əslində isə müdafiə etdiyi şəxs sadəcə olaraq CM-nin 130-cu maddəsinə əsasən zəruri müdafiə həddini aşmışdır. Bütün şahidlər məlum hadisənin söyüş üstündə olduğunu və zərərçəkmiş başda olmaqla, bütün şahidlər şahid4la İlqar Əskərovun münasibətlərinin yaxşı olduğunu bildirmişlər. Yəni bir sözlə burada xuliqanlıq və ya xüsusi amansızlıqdan söhbət gedə bilməzdi. Cinayət hüquq nəzəriyyəsinə görə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə münasibətdə sifət nahiyyəsinə yumruq atması ilə artıq ictimai təhlükəli qəsd mövcüd və real omuşdur. Yəni, başqa sözlə onun əməli artıq qanunla qorunan ictimai münasibətlərə zərər vurmağa başlamışdır ki, müdafiə etdiyi şəxs məhz özünü qorumaq məqsədilə alternativ olaraq yumruq zərbəsi ilə ona cavab vermişdir. Müdafiə nəticəsində cinayət hüquq nəzəriyyəsinə əsasən hətta qəsd edənin sağlamlığına, həyatına və əmlakına zərər yetirə bilər. Bundan başqa, cinayət işi materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli məhkəmə tibbi eksperti Alışan Təhməzov tərəfindən verilmiş *** nömrəli rəydə qeyd olunan xəsarətlər həqiqəti əks etdirmir. Həmin xəsarətlər aşağıdakı kimi həmin rəydə qeyd olunmuşdur: “Vət.Zərərçəkmiş şəxs Vakil oğlunda açıq kəllə beyin travması,baş beynin azilməsi,ənsə sümüyünün yerdəyişməyən sınığı, sfenoid sinusun arxa divarının yerdəyişməyən boylama sınığı, subdural və subaraxnoidal hematoma, sol alın payının hemorragik kontuziyası, başın ənsə nahiyəsinin va sol qulaq seyvanının əzilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) güclü təsirindən törənmisdir. törənmə müddəti qərarda geyd olunan ## #### 2025-c il tarixə uyğun gəlir,dərəcəsinə görə ayrı ayrılıqda və ümumilikdə həyat üçün tahlükəli olan sağlamlığa AĞIR Zərərvurmaya aiddir". Belə ki, vəkil sorğuları əsasında cinayət işi materiallarında X17 tərəfindən göndərilmiş ** nömrəli, ##.##.2025-ci il tarixli məktuba əlavə edilmiş baş beynin KT-nin nəticələrini özündə əks etdirən protokol və bundan əlavə Masallı rayon X20 Hüquqi Şəxsin vəkil sorğusuna cavab olaraq göndərilmiş ##.##.2025-ci il tarixli, **-*-**/*-****/**** saylı məktuba əlavə edilmiş Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərin təsdiq olunmuş surətləri mövcüddur. X17 tərəfindən göndərilmiş ** nömrəli, ##.##.2025-ci il tarixli məktuba əlavə edilmiş baş beynin KT-nin nəticələrini özündə əks etdirən protokol və Masallı rayon X20 Hüquqi Şəxsin vəkil sorğusuna cavab olaraq göndərilmiş ##.##.2025-ci il tarixli, **-*-**/*-****/**** saylı məktuba əlavə edilmiş Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərin təsdiq olunmuş surətləri ilə cinayət işi materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli məhkəmə tibbi eksperti Alışan Təhməzov tərəfindən verilmiş *** nömrəli rəydə qeyd olunan xəsarətləri müqayisə etdikdə heç də həmin xəsarətlərin üst-üstə düşmədiyi görünür. Müdafiə tərəfi olaraq cinayət işi materiallarına əlavə olunmuş ##.##.2025-ci il tarixli məhkəmə tibbi eksperti Alışan Təhməzov tərəfindən verilmiş *** nömrəli rəydə qeyd olunan xəsarətlərin həqiqəti əks etdirməməsi qənaətinə gəlmək olar. Belə ki, Masallı rayon X20 Hüquqi Şəxsi tərəfindən göndərilmiş tibbi sənədlərdən görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ##.##.2025-ci il tarixdə saat 23:30 da xəstəxanaya daxil olmuş və ##.##.2025-ci il tarixdə saat 16:45-də isə öz istəyi ilə xəstəxanadan evə buraxılmışdır. Yəni, ekspert rəyində qeyd olunan ağır dərəcəli xəsarətlə xəstə cəmi 1 gün 17 saat 15 dəqiqə xəstəxanada müalicə almışdır. Ağır dərəcəli xəsarətlə xəstənin 2 gündən az müddətdə sağalıb evə buraxılması qeyri mümkündür. Bundan əlavə, xəstəlik tarixində xəstənin diaqnozu qapalı kəllə beyin travması (beyin silkələnməsi) kimi qeyd olunmuşdur. Lakin, cinayət işi materiallarında olan ekspert rəyində zərərçəkmiş şəxsdə açıq kəllə beyin travması qeyd olunmuşdur. Bundan əlavə, həmin tibbi sənədlərdən həkimin gündəlik müayinəsi sənədində də xəsarətin qapalı kəllə beyin travmasından ibarət olması öz əksini tapmışdır. ##.##.2025-ci il tarixdə saat 16:45-də xəstənin stasionar müalicədən imtina etdiyi və ambulator qaydada evdə müalicəsini davam etdirəcəyi qeyd olunmuşdur. ##.##.2025-ci il tarixli reanimasiya (intensiv terapiya) şöbəsində pasiyentin vəziyyətinin əsas göstəricilərinin qeydiyyat vərəqəsində də diaqnozun qapalı kəllə beyin travması (beyin silkələnməsi) kimi qeyd olunmuşdur. Bundan əlavə, xəstənin adına tərtib olunmuş epikrizdə qeyd olunmuşdur ki, ##.##.2025-ci il tarixdə xəstə kafi halda evə buraxılmışdır. Bununla bağlı ibtidai istintaq zamanı vəsatət vermiş və rədd edilmişdir. Masallı rayon Prokurorluğuna müstəntiqin qərarından şikayət etmiş və prokurorluq da şikayəti təmin etməmişdir. Məhkəmə nəzarəti qaydasında Masallı Rayon Məhkəməsinə də müraciət olunmuş, məhkəmə də şikayəti təmin etməmişdir. İş Lənkəran Ağır Cinayətlər Məhkəməsində olanda eyni məzmunlu vəsatətlə (təkrar məhkəmə-tibbi ekspertizasının təyin edilməsi ilə bağlı) müraciət etmiş və vəsatət təmin edilərək qərar icra olunması üçün aidiyyatı olaraq müvafiq ekspertiza mərkəzinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı təyin edilərək alınmış “təkrar məhkəmə-tibbi ekspertizası”nın ## ###### 2026-cü il tarixli, T **/**** nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs adına tərtib edilmiş ##.##.2025-ci il tarixli, *** nömrəli rəyin təsviri hissəsi nəticəyə uyğun tərtib edilmişdir. Zərərçəkmiş şəxs ənsə nahiyəsinin əzilmiş yarası və dərialtı hematoması, beyinin subdural, subaraxnoidal qansızmaları, ənsə sümüyü qabarının sol yarısından başlayaraq arxa kəllə çuxuruna, böyük ənsə dəliyinin sol yarısına və əsas sümüyünün sol cibinə keçən xətti sınıq ilə müşayiət edilən açıq kəllə beyin travması, beyin silkələnməsi, beyin əzilməsi, sol alın payının hemorragik kontuziyası, sol qulaq seyvanının əzilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən, qərarda göstərilən tarixdə yəni, ## #### 2025-ci il tarixdə kənar şəxs tərəfindən baş nahiyəsinə yetirilən zərbənin təsirindən sürətlənmiş yıxılma zamanı başın bərk səthə dəyməsi nəticəsində (xəsarətin geniş sahəyə sirayət etməsinə əsasən) yarana bilərdi, dərəcəsinə görə ənsə nahiyəsinin əzilmiş yarası və dərialtı hematoması, beyinin subdural, subaraxnoidal qansızmaları, ənsə sümüyü qabarının sol yarısından başlayaraq arxa kəllə çuxuruna, böyük ənsə dəliyinin sol yarısına və əsas sümüyünün sol cibinə keçən xətti sınıq ilə müşayiət edilən açıq kəllə beyin travması, beyin silkələnməsi, beyin əzilməsi, sol alın payının hemorragik kontuziyası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol qulaq seyvanının əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs ilkin və təkrar məhkəmə-tibbi müayinəsi zamanı ənsə nahiyədə əzilmiş yaranın sağalmış izi olan çapığın və həmin çapıq yerində kəllə sümüklərinin sınığının aşkar edilməsi onda mövcud olan kəllə-beyin travmasının açıq xarakter daşımasına dəlalət edir. Zərərçəkmiş şəxs ## #### 2025-ci il tarixdə Masallı RMX-dan kafi vəziyyətdə evə ambulator müalicəyə yazılmışdır. Qapalı kəllə-beyin travmalarında kəllənin bütövlüyü qorunur, dəridə açıq yara olmur, infeksiya riski azdır, müalicə proqnozu adətən daha yaxşıdır, yüngül travmalarda sağalma tam mümkündür, ağır hallarda nevroloji fəsadlar qala bilər. Açıq kəlləbeyin travmasında kəllə sümükləri sınır, dəridə açıq yara olur, infeksiya riski yüksəkdir, müalicə proqnozu daha ağır və risklidir. Zərərçəkmiş şəxs ## #### 2025-ci il tarixdə Masallı RMX-na soporoz yəni yarımayıq vəziyyətdə daxil olsa da, səhərisi gün huşu bərpa olunduqdan sonra hadisəni tam təfərrüatı ilə xatırlamışdır. Ekspert rəyində “Zərərçəkmiş şəxs ilkin və təkrar məhkəmə-tibbi müayinəsi zamanı ənsə nahiyədə əzilmiş yaranın sağalmış izi olan çapığın və həmin çapıq yerində kəllə sümüklərinin sınığının aşkar edilməsi onda mövcud olan kəllə-beyin travmasının açıq xarakter daşımasına dəlalət edir” sözləri qeyd olunmuşdur. Məhkəmə iclasında dəfələrlə İlqar əskərov qeyd etmişdir ki, onun başında olan çapıq aldığı köhnə xəsarətlərlə bağlıdır və zərərçəkmiş şəxs də qabaqlar başından xəsarət aldığını etiraf etmişdir. Müdafiə tərəfi olaraq o, ittiham tərəfi olaraq dövlət ittihamçısı məhkəmədən ## ###### 2026-cü il tarixli və ##.##.2025-ci il tarixli, *** nömrəli rəyləri vermiş ekspertlərin məhkəmə iclasına dəvət edilərək dindirilməsini xahiş etsələr də, onların vəsatətləri təmin edilməmişdir. Halbuki, təkrar-təkrar məhkəmədə zərərçəkmiş şəxsin başında olan çapığın köhnədən qalma çapıq olduğunu və buna görə rəylərdə açıq kəllə beyin travması diaqnozunun qoyulmasının həqiqəti əks etdirmədiyini (ekspert rəyində qeyd olunan ağır dərəcəli xəsarətlə xəstə cəmi 1 gün 17 saat 15 dəqiqə xəstəxanada müalicə almışdır. Ağır dərəcəli xəsarətlə xəstənin 2 gündən az müddətdə sağalıb evə buraxılması qeyri-mümkündür) məhkəmənin diqqətinə çatdırsa da, heç bir faydası olmamışdır. Vəsatətlə məhkəməyə müraciət edərək, yenidən işin ekspertizaya göndərilməsini xahiş etsə də, vəsatəti təmin edilməmişdir. Belə ki, sonuncu ekspert rəyində “Qapalı kəllə-beyin travmalarında kəllənin bütövlüyü qorunur, dəridə açıq yara olmur” sözləri qeyd olunmuşdur. Bir sözlə zərərçəkmiş şəxsin başında olan köhnə çapıq izlərinin törənmə tarixnin hadisənin baş verdiyi günə və yaxud həmin tarixdən əvvələ təsadüf etməsi qaranlqı və şübhəli məqamlardandır ki, məhkəmə həmin şübhəli məqamı təqsirləndirilən şəxin xeyrinə şərh etməli olduğu halda onun ziyanına şərh etmişdir. Həmin ziddiyyət aradan qaldırılmalıdır (təkrar-tibbi ekspertizanın keçirilməsi vasitəsilə). Məhkəmə hökmünün 10-11-ci səhifəsində də dolayısı olaraq müdafiə etdiyi şəxsin özünü müdafiə etmək üçün zərərçəkmiş şəxsin zərbəsindən sonra zərbə endirdiyi təsdiq olunur. Həmin hissə aşağıdakı kimidir: “Beləliklə, məhkəmədə mübahisəsiz surətdə obyektiv olaraq təsdiq edilmişdir ki, təqsirləndirilən şəxs İlqar Əskərov ## #### 2025-ci il tarixdə saat 21 radələrində yaşadığı Masallı rayonu, Şatıroba kəndində Zərərçəkmiş şəxs ilə qarşılaşan zaman sonuncudan onun barəsində nalayiq ifadələr işlədib-işlətməməsini aydınlaşdırmaq istəyərkən Zərərçəkmiş şəxs onu qəsdən yumruqla vuraraq sağ yanağın iç hissəsində qansızma sağlamlığa zərərvurmayan xəsarət yetirdikdən sonra Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən yumruqla bir dəfə zərbə vurmuş yetirdiyi zərbənin təsirindən sürətlənmiş yıxılma zamanı başının bərk səthə dəyməsi nəticəsində dərəcəsinə görə ənsə nahiyəsinin əzilmiş yarası və dərialtı hematoması, beyinin subdural, subaraxnoidal qansızmaları, ənsə sümüyü qabarının sol yarısından başlayaraq arxa kəllə çuxuruna, böyük ənsə dəliyinin sol yarısına və əsas sümüyünün sol cibinə keçən xətti sınıq ilə müşayiət edilən açıq kəllə beyin travması, beyin silkələnməsi, beyin əzilməsi, sol alın payının hemorragik kontuziyası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol qulaq seyvanının əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur”. AR Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla gadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Zəruri müdafiə dedikdə, ictimai təhlükəli qəsddən hücum edənə zərər vurmaq yolu ilə qanuni olaraq mühafizə olunmaq başa düşülür. Zəruri müdafiə vəziyyətində edilmiş hərəkətlər dövlət mənafeyini, ictimai mənafeyi, vətəndaşların şəxsiyyəti və hüquqlarını ictimai tehlükəli qəsddən müdafia etmək olduğu üçün cinayət deyil, əksinə, ictimai faydalı hərəkətlər hesab edilir. Zəruri müdafiə cinayətkarlıqla mübarizədə təsirli vasitələrden biri olmaqla cinayətlərin qarşısının alınmasina, qanunçuluğun möhkəmləndirilməsinə, hər bir şəxsin cinayətkarlığa qarşı barışmazlıg ruhunda tərbiyə olunmasına xidmət edir, Peşə və ya digər xüsusi hazırliqdan və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxsler zəruri müdafiə hüququna malikdirlər (CM-nin 36.2-ci maddəsi). Cinayət hüquq nəzəriyyəsinə görə qəsd mövcud olmalıdır. Başqa sözlə, qəsd başlamiş, davam edən və hələ başa çatmayan olmalıdır. Qəsd o vaxt mövcud hesab olunur ki, o, qanunla qorunan ictimai münasibətlərə artıq zərər vurmağa başlamış və ya belə zərər vurmaq üçün bilavasite təhlükə yaratmış olsun. Qəsd həqiqi, real olmalıdır. Başqa sözlə, qəsd obyektiv gerçəklikdə mövcud olmalıdır. Gerçəklikdə deyil, «müdafiə olunan» şəxsin təxəyyülündə mövcud olan müdafiə xəyali müdafiə adlanır. Xəyali müdafiədə hüquqi nəticələr faktiki səhv barədə ümumi qaydalara müvafiq olaraq müəyyən edilir. Bu məsələnin həllində aşağıdakılar nəzərə alınmalıdır: a) əgər faktiki səhvə nə qəsdən, nə də ehtiyatsızliqdan yol verilməmişdirsə onda cinayət məsuliyyəti də istisna edilir. Belə halda mövcud şərait müdafiə hərəkətinə yol vermiş şəxsə real qəsdə məruz qalmasını zənn etmək üçün əsas verir və o öz ehtimalının səhv olduğunu anlamır. Şəxs düşdüyü şəraitin təsiri altında qəsdin mövcud olmasına dair öz ehtimalının yanlış olduğunu dərk etmirsə və dərk etməli deyildirsə, bu halda onun yol verdiyi hərəkət zəruri müdafiə vəziyyətində yol verilən hərəkətlərə bərabər tutulur və mesuliyyət aradan qalxır, Bununla şəxsin xəyali müdafiə şeraitində yol verdiyi müdafiə hərəkətləri zənn etdiyi real qəsd şəraitində yol verilən həddi aşarsa, şəxsin zəruri müdafiə heddini aşmağa görə məşuliyyəti yaranır. b) əgər xəyali müdafiə zamanı özünü «müdaflə edən» şəxs qəsdin mövcud olmasına dair öz ehtimalının səhv olduğunu derk etmirsə, lakin işin şəraitinə görə bunu dərk etməli idi və dərk edə bilərdisə, onda mesuliyyət ehtiyatsızlıq üzündən cinayət törətməyə görə yaranacaqdır. Zəruri müdafiə qəsd edənə zərər vurmaq yolu ilə həyata keçirilir. Qəsd edənin mənafeyinə zərər vurmaq yolu ilə qəsdin qarşısını almaq zəruri müdafiənin vacib şərtlərindəndir. Müdafiə tədbiri nəticəsində nəinki qəsd edənin sağlamlığına, həyatına, habelə onun əmlak mənafeyinə də zərər yetirilə bilər. Məsələn, cinayətkar əmlakı oğurlayarkən onun istifadə etdiyi şəxsi avtomaşını xarab etmək. Müdafiə hərəkəti qəsdin xarakteri və təhlükəlilik dərəcəsini aşmamalıdır. Zəruri müdafiə həddini aşma (müdafiənin ekstsessi) qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə yalnız açıq-aşkar uyğun gəlməyən qəsdən törədilmiş hərəkətləri nəzərdə tutur (CM-nin 36.3-Cü maddəsi). Lakin müdafiə hərəkətlərinin qəsdə uyğunluğu təkcə müdafiə hərəkətlərinin vurduğu zərər qəsd nəticəsində vurulan zərərə bərabər olduqda deyil, həm də müdafiə hərəkətinin vurduğu zərər qəsdin vuracağı zərərdən artiq olduqda da mövcud olur. Müdafiə hərəkətlərinin vurduğu zərər qarşısıalınan zərərdən artiq olsa da, lakin hücumun qarşısının alnması üçün zəruri hesab edilmişdirsə və bununla müdafiənin xarakterinin qəsdin xarakterinə açıqdan-açığa uyğunsuzlugu müəyyən edilmemişdirsə, müdafiə edənin hərəkətlərinə zəruri müdafiə həddini aşan hərəkət kimi qiymət verilə bilməz. CM-nin 36-cı maddəsi "Zəruri müdafiə" adlanır. Həmin maddəyə əsasən: 36.1. Zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. 36.3. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. CM-nin 130-cu maddəsi "Zəruri müdafiə həddini aşmaqla və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa zərər vurma" adlanır Həmin maddəyə əsasən: 130.1. Zəruri müdafie heddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma- min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-də zəruri müdafiə əməlin cinayət olmasını aradan qaldıran hallardan biri kimi göstərilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar elə hallardır ki, bu halların mövcud olması ilə zahirən cinayətə bənzəyən əməllər qanunauyğun davranışa çevrilmiş olur. Əməlin ictimai təhlükəliliyini və qeyri-hüquqiliyini istisna edən hallar, müəyyən şəraitdə mövcud ictimai münasibətlərə qarşı yönələn qəsdi aradan qaldıran, qanunla nəzərdə tutulan ictimai faydalı hərəkətlərdir. Zəruri müdafiə hüququ insanlara verilən ictimai-təhlükəli qəsdlərdən qorunmağa imkan verən hüquqdur. Bu hüquqdan istifadə xeyli dərəcədə insanın aktiv həyat mövqeyi, hüquq mədəniyyəti və hüquq düşüncesinin səviyyəsi ilə bağlıdır. Insan həyatına, səhhətinə və başqa şəxsi rifahına qarşı yönələn ictimai- təhlükəli qəsdlərdən qorunarkən zəruri müfdafiə institunda olan özünü müdafiə hüququndan istifade edir, özünü qoruyur. Zəruri müdafie institutu həm də dövlət mənafeyinin və ictimai mənafeyin qorunması vasitəsi kimi Çıxış edir. Mövcud mənəvi normalar ictimai-təhlükəli qəsdin qarşısını alan bele hərəkətlərə haqq qazandırır, ictimai və şəxsi mənafeyin pozulmasına qarşı, ədalətsizliyə qarşı barışmazlığı, ictimai borcun dərk edilməsini yüksək prinsip kimi elan edir. Zəruri müdafiə vəziyyətində yol verilən müdafiə hərəkəti ictimai faydalı olduğundan hüquq qaydalarının möhkəmlənməsinə xidmət edir. Qeyri-hüquqi sayılmadığından belə hərəkətlərdə cinayət tərkibi olmur. Zəruri müdafiə hücum edənə zərər vurmaq yolu ilə ictimai-təhlükəli qəsddən qorunmaq insanın subyektiv hüququdur. İnsanlar bu hüququndan istəyinə görə istifadə edə bilər. İctimai təhlükəli qəsdlərdən dövlət mənafeyini, ictimai mənafeyi, habelə başqalarının mənafeyini müdafiə etmək hər bir insanın mənəvi borcudur. Zəruri müdafiə cinayətkarlıqla mübarizənin təsirli vasitələrindəndir. Zəruri müdafiə qəsd edənə zərər vurmaqla həyata keçirildiyindən, kriminal əməl törətmək niyyətində olan şəxslər öldürülə biləcəkləri, bədən xəsarətləri ala biləcəkləri təhlükəsi altında çox hallarda ictimai təhlükəli əməldən çəkinirlər. Zəruri müdafiə qəsdin qarşısının alınmasının fəal forması kimi təkcə hücum edənin təhlükəli hərəkətlərini neytrallaşdırmağı deyil, eyni zamanda, qəsd edənə əks hücumu da nəzərdə tutur. Qanun qəsdə məruz qalan şəxsin təhlükədən qaçmaq imkanına, yaxud da başqa şəxslərə, ya da dövlət hakimiyyət orqanlarına kömək üçün müraciət etmək imkanına malik olmasından asılı olmayaraq zəruri müdafiədən istifadə hüququ verir. Buna görə də hücuma məruz qalan şəxs təhlükəni başqa vasitələrlə aradan qaldırmaq imkanı olduğu halda, zəruri müdafiə hüququndan istifadə edərək qəsd edənə zərər vurmaq yolu ilə təhlükəni aradan qaldırmışsa, belə fəaliyyət qanunauyğun hesab edilir. Yol verilən hərəkətlərin zəruri müdafiə vəziyyətində törədilən əməl hesab edilməsi və cinayət məsuliyyətinin aradan qalxması üçün zəruri müdafie institutuna xarakterik olan iki qrup şərtlərə riayət edilməlidir: hüquqilik şərtləri:
1. Qəsd əməli ilə bağlı zəruri müdafiənin qəsdin ictimai-təhlükəli olmasıdır. - qəsdin mövcud olmasıdır. - qəsdin həqiqi olmasıdır.
2. Müdafiə hərəkətləri ilə bağlı zəruri müdafiənin hüquqilik şərtləri -- müdafiə hərəkətlərinə ancaq zəruri müdafiə vəziyyəti yaradan ictimai- təhlükəli qəsdlərə qarşı yol verilir. - zəruri müdafiə qəsd edənə zərər vurmaq yolu ilə həyata keçirilir. müdafiə hərəkətləri qəsdin xarakterinə və təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Hökmdən, həmçinin zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs da apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini, Əskərov İlqar Bahadir oğlunun cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3, 126.2.4-cü maddələri ilə tövsif edilməsini, şahid qismində cəlb edilmiş şahid8 və şahid7 cinayət əməlinə hüquqi qiymət verilməsi və cinayət işinin həmin hissədə ayrılaraq araşdırılması üçün ibtidai istintaq orqanına göndərilməsinə dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmdən göründüyü kimi təqsirləndirilən şəxs Əskərov İlqar Bahadir oğlunun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilmişdir. İstər işin ibtidai istintaq orqanlarında araşdırılmasında və istərsə də işin məhkəmədə araşdırılmasında o, təqsirləndirilən şəxs Əskərov İlqar Bahadir oğlunun cinayət əməlinin Azərbayca Respublikası Cinayət Məcəlləsinin 126.1 ci maddəsi ilə tövsif edilməsinə razılaşmamış və həmin əməlin Cinayət Məcəlləsinin 126.2,1 və 126.2.3, 126.2.4-cü maddələri ilə tövsif edilməsini tələb etmişdir. Belə ki, həm ibtidai istintaqda, həm də məhkəmə araşdırmasında o, 1 nəfər tərəfindən deyil, 3 nəfər tərəfindən döyülərək ağır xəsarət aldığını bildirmiş və bu istiqamətdə ifadələr vermişdir. Həmin şəxslər Əskərov İlqar Bahadir oğlu, qardaşı şahid8 və əmisi oğlu şahid7 olmuşlar. Ona hadisə yerində saysız-hesabsız xəsarətər həmin adları qeyd olunan şəxslər tərəfindən yerinə yetrilmişdir. Bədəninə saysız-hesabsız zərbələr həmin şəxslər tərəfindən vurulmuşdur. O, bu sözləri ibtidai istintaqda və məhkəmə iclasında həmin şəxslərin üzünə demişdir. İbtidai istintaqda və məhkəmə iclasında şahid kimi cəlb edilmiş şahid8 və şahid7 verdiyi ifadələr həqiqətə uyğun deyil. Belə ki, hadisə günü yaşadığı Masallı rayonu Şatıroba kəndində axşamüstü “ciyər axşamı” tədbirində İlqar Əskərovun qardaşı şahid8la danışmış və qardaşı İlqarın ondan oğurladığı qoyunların dəyərini ödəməyə kişi kimi söz verdiyini, lakin onun bir neçə ay ərzində həmin kişi sözünə əməl etmədiyini bildirmiş və aralarında bununla bağlı mübahisə olmuşdur. Sonradan İlqarın əmisi oğlu şahid7 da onunla mübahisə etmiş və dava-dalaş yaratmağa can atmış, onu hədələmişdir. O, oradan qardaşı Pərvizlə çıxıb evə gedəndə onlar İlqara bu barədə zəng vurmuş və İlqarı onunla dalaşmağına təhrik edərək, özləri də bu hadisədə ondan öz hayıflarını çıxmaq üçün iştirak etmiş və ora gələrək ona arxa tərəfdən xəsarətlər yetirmişlər. O, ağır zərbələrə tab gətirməyib huşunu itirmiş, onlar isə amansızcasına ona zərbələr vurmaqda davam etmişlər. Belə ki, o, “ciyər axşamı” tədbirinin keçirildiyi ərazidən bir qədər uzaqlşdıqdan sonra qabağına İlqar maşınla çıxmış, ona qarşı tərəfdən yumruq atmış və o, özünü müdafiə etməyə başlamışdır. Lakin arxa tərəfdən də ona güclü zərbələr vurulanda artıq İlqarın tək olmadığnı bilmiş və araxaya dönəndə bu şəxslərin şahid8 və şahid7 olduqlarını öz gözləri ilə görmüşdür. Ona dəyən zərbələrin kifayət qədər çox, amansız, davamlı olması həmin şəxslərin ondan qisas, intiqam almaq niyyətinin bariz sübutudur. O, ibtidai istintaq araşdırmasında Vüqar və şahid7ların təqsirləndirilən şəxs qismindən çıxarılaraq, şahid kimi cəlb edilmələrinə etiraz etmişdir. Məhkəmə tibbi ekspertizasının ##.##.2025-ci il tarixli, *** nömrəli ekspert rəyində bədənində həyatı üçün təhlükəli olan, sağlamlığına kifayət qədər zərər vuran xəsarətlərin olduğu qeyd olunur. Bu xəsarətlər ona İlqar, Vüqar və Elsevər tərəfindən vurulmuşdur. İstintaq və məhkəmənin bu şəxsləri şahid qismində cəlb etməsi bir daha bu cinayət işinin obyektiv araşdırılmadığı, sübutlara düzgün hüquqi qiymət verilmədiyinə dəlalət edir. İbtidai istintaqda qardaşı, hazırda Rusiya Federasiyasında yaşayan şahid4 şahid kimi dindirilərək, onun yuxarıda adlarını çəkdiyi şəxslər tərəfindən döyüldüyünün gördüyünü bildirmişdr. Belə ki, qardaşı şahid4 hadisənin şahidi olmuş, orada baş verənləri gözləri ilə görmüş, bunu İlqar Əskərov da məhkəməyə verdiy ifadəsində təsdiq etmişdir. Baş vermiş hadisə barədə “102” xidməti vasitəsi ilə polisə ##.##.2025-ci ildə o məlumat vemişdir. İş materiallarında olan Boradigah PB-də tərtib edilmiş raportda göstərilmişdir ki, Masallı rayonu, Şatıroba kənd sakini DİN-nin “102” xidmətinə zəng vuraraq qardaşı Zərərçəkmiş şəxs İlqar adlı şəxs və bir neçə yaxın qohumları tərəfindən döyüldüyünü və xəstəxanaya yerləşdiyini bildirmişdir. Hökmdə qeyd edildiyi kimi təqsirləndirilən şəxs Əskərov İlqar Bahadir oğlu əvvəllər də cinayət törətməyə görə məhkum olunmuş şəxsdir. Belə ki, Masallı Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə 177.2.1,177.2.2,177.2.3 və 194.1-ci maddələri ilə təqsirli bilinərək 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İlqar Əskərovun məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum edilmiş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İlqar Əskərovun törətdiyi cinayət cinayətin residivini yaratdığı üçün, ona cəza təyin edilərkən bu hal məhkəmə tərəfindən nəzərə alınaraq ona daha ağır cəza təyin edilməli olduğu halda, Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən ona CM-nin 126.1-ci maddəsinin nisbətən aşağı həddi 5 (beş) il cəza verilmişdir ki, bu da cinayət qanunvericiliyinin tələblərinə ziddir. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs əvvəllər cinayət törətmiş, məhkumluğu ödənilməmiş, islah olunmamış, ona vurduğu maddi və mənəvi zərəri ödəməyən şəxsdir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəzanın sanksiya hissəsində üç ildən səkkiz ilədək azadlıqdan məhrumetmə cəzası müəyyənləşdirilmişdir. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə almadan təqsirləndirilən şəxsə 5 il müddətinə azadlqdan məhrumetmə cəzası təyin etmişdir ki, bu cinayətkarın təqsirlilik dərəcəsinə uyğun gəlməyən nisbətən yüngül cəzadır. Bu səbəbdən, təqsirləndirilən şəxsə onun törətdiyi ağır cinayət əməlinə görə təyin edilmiş cəzadan daha ağır cəza təyin edilməlidir.
PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI
Məhkəmə kollegiyasının iclasında: Məhkum edilmiş şəxs Əskərov İlqar Bahadir oğlu və müdafiəçisi İbrahimov Elvin Telman oğlu müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış etdilər və həmin apellyasiya şikayətinin təmin olunmasını, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə isə razılaşmayaraq onun təmin olunmamasını xahiş etdilər. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış etdi və həmin apellyasiya şikayətinin təmin olunmasını, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə isə razılaşmayaraq onun təmin olunmamasını xahiş etdi. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X2 müdafiə tərəfin verdiyi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, bu səbəbdən həmin şikayətin təmin edilməməsini, zərərçəkmiş şəxsin vermiş olduğu apellyasiya şikayətinə münasibətdə şikayətin qismən, yəni cəzanın ağırlaşdırılması hissəsində təmin edilməsini, İlqar Əskərova birinci instansiya məhkəməsində çıxış etmiş dövlət ittihamçısının təklif etdiyi həddə cəza təyin edilməsini xahiş etdi.
HÜQUQİ MƏSƏLƏLƏR
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. İlk növbədə qeyd olunmalıdır ki, həm müdafiəçi, həm də zərərçəkmiş şəxs apellyasiya şikayətlərində işin faktiki hallarını və əməlin hüquqi tövsifini mübahisələndirmiş, müdafiəçi təqsirləndirilən şəxsin əməlinin CM-nin 126.1-ci maddəsindən CM-nin 130-cu maddəsinə tövsif edilməsini, zərərçəkmiş şəxs isə əməlin CM-nin 126.2.1, 126.2.3 və 126.2.4-cü maddələrinə tövsif olunmasını və cəzanın ağırlaşdırılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alıb, CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs İlqar Əskərovun əməlinin CM-nin 126.1-ci maddəsi ilə düzgün tövsif olunub-olunmamasına, sonuncunun əməlinin CM-nin 130-cu maddəsinə və ya CM-nin 126.2.1, 126.2.3 və 126.2.4-cü maddələrinə tövsif olması üçün əsasların olub-olmamasına, habelə birinci instansiya məhkəməsinin iş üzrə cinayət və cinayət-prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. 25.3-cü maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Həmçinin, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma cinayət məsuliyyətinə səbəb olan əməl kimi təsbit edilmişdir. Onu da qeyd etmək lazımdır ki, törədilən cinayətin tərkib əlamətlərinin müəyyən edilməsi və əməlin Cinayət Qanunu norması üzrə tövsif edilməsi yuxarıda qeyd edilən Cinayət Məcəlləsinin müvafiq normaları əsasında aparılsa da, törədilən əməlin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar əsasında aparılır. Bu mənada Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının müəyyən etdiyi hüquqi prosedurların xatırladılması da zəruridir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 138.1 və 138.2-ci maddələrinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Cabardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxs Əskərov İlqar Bahadir oğlunun qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər şahid8, şahid7, şahid6, Nəzərov Vəkil Qarakişi oğlunun, şahid5 ifadələri, Boradigah PB-də tərtib edilmiş “raport”lar, İlqar Əskərov tərəfindən Boradigah PB-nə ünvanlanmış ## #### 2025-ci il tarixli ərizə, Zərərçəkmiş şəxs tərəfindən Boradigah PB-nə ünvanlanmış ## #### 2025-ci il tarixli ərizə, “baxış keçirmə haqqında” ## #### 2025-ci il tarixli protokol, “məhkəmə-tibbi ekspertizası”nın ## #### 2025-ci il tarixli, *** nömrəli və ## #### 2025-ci il tarixli, *** nömrəli rəyləri, “təkrar məhkəmə-tibbi ekspertizası”nın ## ###### 2026-cü il tarixli, T **/**** nömrəli rəyi, “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” ## #### 2025-ci il tarixli protokol, ## ######## 2025-ci il tarixli “üzləşdirmə haqqında protokol”, “cinayət işi başlanmasının rədd edilməsi haqqında” ## ##### 2025-ci il tarixli qərar, habelə digər iş materiallarını nəzərdən keçirib İlqar Əskərovun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, həmin əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin İlqar Əskərovun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs İlqar Əskərovun qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, birinci instansiya məhkəməsinin hökmü işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs İlqar Əskərov özünü Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs 2021ci ildə 3 qoyun almış, qoyunların pulunu ona borclu qalmışdır. Cavid şikayətində ona 1200 manat borclu olduğunu göstərmişdir. Buna görə iki il cəza almışdır. Həbsdən çıxdıqdan sonra Cavid yanına gəlib ona pul məsələsinin necə olacağını soruşmuşdur. Cavidə pula görə gedib cəzasını çəkib gəldiyini bildirmişdir. Cavidə şikayətində 1200 manatı çox yazdığını, ona 500 manat verəcəyini demişdir. Cavid ona 500 manatın az olduğunu, həmin pulu 600 manat qaytarmağını ona bildirmişdir. May ayında ot biçini başladığı üçün Cavidə may ayında pulu verəcəyini demişdir. May ayında toy mərasiminə görə Cavidə pulu qaytara bilməmişdir. # #### 2025-ci il tarixdən # #### 2025-ci il tarixə keçən gecə axşam saatlarında Cavid əmisi oğlu və qohumu ilə çayxanada oturan zaman onlara yaxınlaşıb Cavidə ## #### 2025-ci il tarixində pulunu qaytaracağını bildirmişdir. # #### 2025-ci il tarixdə Cavid bu problemi yaratmışdır. Cavidlə aralarında olan razılaşmaya əsasən ## #### 2025-ci il tarixində 600 manat pulu ona qaytaracaqdır. Hadisə baş verən gün qardaşı kənddə ciyər axşamında, o isə başqa toyda olmuşdur. Qardaşı Vüqar ona zəng vurmuş, qardaşına Cavidlə işi olmamasını, onunla danışdığını, ## #### 2025-ci il tarixində pulu verəcəyini bildirmişdir. Vüqar ona “sən onunla necə danışmısan ki, ictimai yerdə səni söyür” demişdir. Vüqara Cavidlə işi olmamasını, özünün danışacağını demişdir. Toydan çıxıb kəndə getmişdir. Kənddə məscidə az qalmış Kamranın qabaqda piyada getdiyini, Cavidin qardaşı ilə arxada qol-qola Kamranın arxasıyca getdiklərini görmüşdür. Kamranla Cavidin arasında təxminən 150-200 metr məsafə olmuşdur. Avtomobilini saxlayıb Cavidə yaxınlaşıb birinci Cavidin qardaşı Pərvizlə görüşmüş, Pərviz Rusiya Federasiyasında olduğu üçün çoxdan onunla görüşməmişdir. Daha sonra Cavidlə görüşüb Caviddən onun var-yoxunu niyə söydüyünü soruşmuş, Cavid həmin vaxtı yaxşı etdiyini deyib ona yumruq atmışdır. Cavid qardaşına arxayın olub ona yumruq atmışdır. Cavid ona yumruq atan zaman kənara çəkilmiş və özünü müdafiə etmək üçün o da Cavidə yumruq atmışdır. Cavidə atdığı yumruq onun çənə nahiyəsindən dəymiş və Cavidi nokauta salmış, nəticədə Cavid arxası üstə yerə yıxılmışdır. Cavidlə aralarında olan dava 1 dəqiqədən çox çəkməmişdir. Cavidə sual vermiş, Cavid ona söyüş söyüb onu yumruqla vurmuşdur. Davadan sonra Cavidin Elnur adlı əmisi oğlu maşını ilə gəlmiş və Cavidi götürüb aparmışlar. Cavidin qardaşı Pərviz heç Cavidlə maraqlanmamış, Pərviz davadan sonra onunla söhbət etmişdir. Pərvizə Cavidi onun deyil özünün (Pərvizin) vurmalı olduğunu bildirmişdir. Pərviz onun yanında Cavidə “get küçük camaatı söymə” demişdir. Cavid yıxılan zaman başının partlayıb partlamamasını bilməmişdir. Şahid şahid6 davadan sonra hadisə yerinə gəlmişdir. Dava etdikləri yerdə Cavid və qardaşı Pərviz olmuşlar. Verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs İlqar Əskərov bildirmişdir ki, hadisə Şatıroba kəndində olan kiçik məscidin yanında baş vermişdir. Məscidlə çayxananın təxminən 150 200 metr məsafəsi olmuşdur. Cavidlə arasında mübahisə olan zaman yanlarında Pərvizdən başqa heç kim olmamışdır.Hadisə yerinə tək gəlmiş, həmi nvaxt Cavidlə Pərvizi yolda görmüşdür. Başqa toydan çıxıb kəndlərində olan ciyər axşamına gələrkən təsadüfən Zərərçəkmiş şəxs yolda görmüşdür. Cavidin onun ünvanına söyüş söyməsini qardaşı ona demişdir. Əvvəldən planlaşdırıb ciyər axşamına gəlməmişdir. X8 telefonda dedikdən sonra bir saat getdiyi toyda oturub sonra toydan çıxıb ciyər axşamına getmişdir. Gələndə heç kimə zəng etməmiş, Cavidin ciyər axşamında olacağını düşünmüşdür. Cavidi vurandan sonra Elnur, Faiq və adını xatırlamadığı bir nəfər şəxs gəlmişdir. Cavidi maşına qoyub apardıqdan sonra Vüqar və Elsevər hadisə yerinə gəlmişlər. Cavidi daş parçası və ya hər hansı bir dəmir alətlə vurmamışdır. Cavidə bir yumruq zərbəsi vurmuşdur. Cavidi vurduqdan sonra Cavid yerə yıxılmış, Pərviz qabağını kəsmiş, Pərvizə “fsyo yerə yıxıldı” demişdir. Pərviz Cavidi görüb ona “İlqar sən özünü bədbəxt etdin” demişdir. Zərərçəkmişlə hazırda barışmamış, amma ümumiyyətlə qonşuluqda onlarla münasibətləri yaxşı olmuşdur. İstəməzdi belə bir hadisə baş versin. Törətdiyi əməldən peşmandır. Hadisə günün axşam saatlarında baş vermişdir. Hadisə baş verdikdən sonra Faiqlə Elnur yaxınlaşmış, daha sonra adamlar yığılmışdır. Cavidi yumruqla çənə nahiyəsindən vurmuşdur. Cavidi yumruqla vuran zaman Pərvizdən başqa yanlarında heç kim olmamışdır. Cavidi qardaşı Pərvizlə bir yerdə yolda getdiklərini görmüş, avtomobilini onlardan təxminən 10 metr aralıda saxlamışdır. Həmin vaxt maşınında heç kim olmamışdır. Maşından düşüb Cavidgillə üz-üzə gəlmiş, Cavidə sual vermək üçün ona yaxınlaşmış, Caviddən “məni niyə söymüsən” deyə soruşmuş, həmin vaxt Cavid ona “yaxşı edib söymüşəm” demiş və ona yumruq atmışdır. Cavidin atdığı yumruq zərbəsi sağ gözündən dəymişdir. Cavid təkrar üzərinə gələn zaman sağ əli ilə Cavidin çənəsindən bir yumruq zərbəsi vurmuş və Cavid yerə yıxılmışdır. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2021-ci ildə İlqar Əskərov ona məxsus 7 ədəd qoyununu oğurlamış, həmin oğurluqla bağlı RPŞ-nə şikayət etmişdir. Həmkəndlisi İlqar Əskərovu çağırıb qoyunlarını onun oğurladığını bildirmiş, lakin İlqar Əskərov qoyunlarını oğurlamadığını demişdir. Daha sonra polis əməkdaşları İlqar Əskərovu həbs etmişlər. Atasını polis şöbəsinə çağırmışlar, orada ona məxsus qoyunları İlqar Əskərovun oğurladığını bilmişdir. İlqar Əskərov polis şöbəsində qoyunlarını oğurladığını etiraf etmiş və onu bağışlayıb onunla barışmağını bildirmişdir. İlqar Əskərova dəymiş ziyanı ödəmədiyini demiş, İlqar ona dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. 2025-ci ildə onun daha iki qoyunu oğurlanmış, həmin vaxtı qoyunlarının oğurlanması ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat vermişdir. Polis əməkdaşları gəlib ondan məlumatları alıb getdikdən sonra İlqar Əskərov polis əməkdaşları tərəfindən RPŞ-nə aparılmışdır. Həmin vaxt qoyunlarının oğurlanması ilə bağlı İlqar Əskərovdan şikayət etməmişdir. Polis şöbəsində əməliyyatçı bildirmişdir ki, ona məxsus qoyunları İlqar Əskərov oğurlamışdır. Polis şöbəsində İlqar Əskərova 7 ədəd oğurladığı qoyunlara görə ona dəymiş ziyanı ödəmədiyini demişdir. İlqar Əskərov ona şikayət etməməyini, ot biçinindən sonra qoyunların pulunu ödəcəyini demişdir. Ot biçinindən sonra bir neçə dəfə İlqara oğurladığı qoyunların pulunu ödəməsini bildirsə də İlqar ona oğurladığı qoyunların pulunu ödəməmişdir. Daha sonra ona dəymiş ziyanın ödənilməsi ilə bağlı İlqarın qardaşı Vüqara bildirmiş, Vüqar ona İlqara heç nə deməməyini demiş və İlqar onun pulunu verməsə özü pulu verəcəyini bildirmişdir. İlqar avtomobil ilə onun yanından ötən zaman ona nalayiq işarələr göstərmişdir. Hadisə günü İlqarın qardaşı Vüqarı görüb ona “qardaşın söyüş söymüşdü ki, filan vaxtı sənin borcunu qaytararam səndə demişdin ki, o, pulunu qaytarmasa mən sənin pulunu qaytararam bəs niyə mənim pulumu qaytarmırsınız” demişdir. Vuqar ona “cəhənnəm ol burdan” demişdir. Vüqar ilə söhbət edən zaman İlqar orada olmamışdır. Söhbət zamanı qonşusu Kamran və şahid7 orada olmuşlar. Vüqar İlqara zəng edib onun İlqarı söydüyünü bildirmişdir. Vüqar ilə Elsevər ona hücum edib onu vurmaq istəmişlər. Vüqar ilə kənddə mağazanın qabağında söhbət etmişlər. Həmin gün qonşuluqda toy axşamı olmuşdur. Vüqar ilə mübahisə etdiyi zaman Kamran gəlib ona onlara baş qoşmamasını, burdan getmələrini demişdir. Vüqar ona nalayiq sözlər demiş, o isə Vüqara heç bir söz deməmişvə fikirləşmişdir ki, onlar iki nəfərdi və onu vura bilərlər. şahid6 adlı şəxs də onunla birlikdə olmuşdur. Onlardan təxminən 100 metr uzaqlaşmışdır. Həmin vaxtı İlqar “QAZ-24 Volqa” markalı avtomobil ilə gəlmiş, onu görüb avtomobildən düşüb ona heç nə demədən yumruq atmış, İlqarı itələmiş və nəticədə İlqarın atdığı yumruq zərbəsi ona dəyməmişdir. İlqar ilə əlbəyaxa olmuş, həmin vaxtı Vüqar ilə Elsevər onu arxadan vurmuşlar. Elsevər dənələri böyük olan təsbeh ilə arxadan başından vurmuş, həmin vaxtı yerə yıxılmış, yıxıldığı yerdən qalxan zaman başının qanamasını hiss etmişdir. Ayağa qalxıb təkrar yerə yıxılmış, həmin vaxtı Vüqar ilə Elsevər o yerdə olan zaman onu təpikləmişlər. Yerə yıxılan zaman başı heç yerə dəyməmişdir. Sonra qardaşı toy axşamından çıxıb hadisə yerinə gəlmişdir. İlqar, Vüqar və Elsevər o yerdə olan zaman onun bütün orqanlarına zərbələr endirmişlər. Verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, İlqar ona oğurladığı 7 qoyuna görə 1500 manat, daha sonra oğurladığı iki qoyuna görə isə 1000 manat, cəmi 2500 manat pul verməli olmuşdur. İlqar ona vurduğu ziyana görə pul verməmişdir. İlqarı heç kimin yanında söyməmişdir. Hadisə baş verməzdən əvvəl toy axşamında olmuşdur. Həmin vaxtı onun yanında Faiq və Namiq adlı şəxslər olmuşlar. Vüqar ilə söhbət edən zaman Elsevər də orada olmuşdur. İlqar və Elsevər də toy axşamında olmuşlar, onların spirtli içki qəbul edib etmədiklərini bilməmişdir. Hadisə zamanı spirtli içki qəbul etməmişdir. İlqar avtomobildən düşmüş, İlqara dayan, aydınlaşdıraq demiş, İlqara dayan deyən kimi İlqar onu yumruqla vurmuşdur. Arxaya baxan zaman Vüqarla Elsevərin qaçaraq gəldiklərini görmüşdür. İlqar ona yaxınlaşan zaman tək olmuşdur. İlqar ona birinci yumruq zərbəsi vuran zaman yerə yıxılmamışdır. İlqar ona yumruq atan zaman çəkildiyi üçün yerə yıxılmamışdır. İlqar avtomobildən düşən kimi ona yumruq atmışdır. Vüqara “qardaşın söyüş söyüb filan vaxtı pulunu qaytararam nə oldu niyə pulumu qaytarmır” sözünü deyən zaman Elsevər orada olmuşdur. İlqar onu vurduqdan sonra arxaya fırlanıb baxan zaman arxadan Vüqarla Elsevər onu vurmuşlar. İlqarla arasında heç bir barışıq olmamışdır. İlqar ona dəymiş ziyanı ödəməmişdir. İlqardan şikayətçidir. İlqar ona 15000 manat ziyan vurmuşdur. Özəl xəstəxanada müalicə olunmuşdur. Vüqarla münasibəti əvvəllər normal olmuşdur. Vüqarın onun qardaşı Pərvizlə münasibəti yaxşı olmuşdur. Vüqarla iki dəfə söhbəti olmuşdur. Vüqar “narahat olma, İlqar sənin pulunu verməsə mən sənin pulunu qaytararam” demişdir. Vüqar “İlqara zəng edərəm səninlə danışar” demiş, daha sonra həmin yerdən uzaqlaşmışdır. Toy axşamı ilə hadisə baş verən yerə olan məsafə təximinən 100 metr olmuşdur. İlqar avtmobillə gəlmiş, avtomobildən düşmüş və ona heç nə demədən ona yumruq atmışdır. İlqar 1-ci yumruq zərbəsini üz nahiyəsinə atmış, 2-ci yumruq zərbəsi ona dəyməmişdir. İlqar onu vuran zaman qardaşını görüb-görmədiyini bilməmişdir. Qardaşı onlardan təxminən 10 metr aralıda qaranlıq yerdə olmuşdur. İlqar elə bilmişdir ki, o, təkdir, İlqar onun qardaşını görməmişdir. Yerə yıxıldıqdan sonra qardaşı yanlarına gəlmişdir. İlqarın onu vurduğu yer qaranlıq olmuş, qardaşının dayandığı yer də qaranlıq olmuşdur. Qardaşının onu 10-15 metr məsafədən görə bilib bilməməsini bilməmişdir. İlqar onu vuran zaman qardaşı İlqarın ona vurduğu zərbələri görmüşdür. 3 nəfər onu vuran zaman qardaşı onlara yaxınlaşmışdır. İlk dəfə “102” xidmətinə nə vaxt zəng etdiyi yadında deyildir. “102” xidmətinə zəng edib 3 nəfər şəxsin onu döydüyünü bildirmişdir. O, yerə yıxılan zaman başı heç yerə dəyməmişdir. Yerə yıxılan zaman Vüqar ilə Elsevər onu təpikləmişlər, həmin vaxtı İlqar da onlara qoşulub onu təpikləmişdir. İlqarı söyməmiş, İlqar ona “sənin pulunu filan vaxtı verməsəm mən belə-belə olum” demişdir. İlqarın ondan oğurladığı qoyunların pulu 2500 manat edir, 12500 manat isə müalicəsinə xərclədiyi puldur. İlqar ona vurduğu ziyanı ödəsə ondan şikayətçi olmayacaqdır. Təsbeh Elsevərin əlində olmuşdur. Qardaşı hadisə yerinə sonradan gəlmişdir. Qardaşı onun qışqırıq səsinə gəlmiş, qardaşının hadisə yerinə neçə dəqiqədən sonra gəldiyini bilməmişdir. Vüqarın ona yumruq vurmağını qardaşı görmüşdür. Həmin vaxt qardaşı Pərviz onlardan təxminən 10 metr aralıda durmuşdur. İlqarın Pərvizi görüb görmədiyini bilməmişdir. Pərviz onlara çatan zaman həmin vaxt onun huşu getmiş, komaya düşmüş, xəstəxanada iki gündən sonra ayılmışdır. Daha sonra müaliəcə almaq üçün atası onu Bakı şəhərinə aparmışdır. Aldığı xəsarətləri ona İlqar, Vüqar və Elsevər yetirmişlər. İbtidai istintaq zamanı məhkəmə-tibbi ekspertizasının rəyi ilə tanış olmamışdır. Məhkəmə-tibbi ekspertizasının rəyi ilə razıdır. İlqar onu heç bir səbəb olmadan vurmuşdur. Bundan əlavə verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, İlqar ilk olaraq burun nahiyəsindən zərbə vurmuşdur. Onun zərbəsi İlqara dəyməmişdir. İlqar ona iki yumruq zərbəsi atmış, İlqarın atdığı yumruqlardan 1-ci zərbə ona dəyməmiş, 2-ci zərbə üz nahiyəsindən dəymişdir. İlqara heç bir xəsarət yetirməmiş, həmin hadisə zamanı yerə yıxılmışdır, İlqara xəsarət yetirə bilməzdi. Ağır kəllə beyin travması aldığı üçün polis şöbəsində verdiyi izahatlar yadında qalmamışdır. DİN-nin “102” xidmətinə Pərviz zəng edib məlumat vermiş, telefonu qardaşında olmuşdur. Ona bir nəfər deyil üç nəfər xəsarət yetirmişdir. Onun əlində dəmir parçası olmuşdur. Aldığı xəsarətlərlə bağlı 22 gün ağır vəziyyətdə olmuşdur. İlkin izahatında İlqarın onun başının arxasından zərbə vurmasını deməmişdir. Başından xəsarət alan zaman ayaq üstə olmuşdur. şahid5 onun əmisi nəvəsidir, onunla münasibəti normaldır. Müalicəsi ilə bağlı Bakı şəhərində dövlət xəstəxanasında müalicə olunmuşdur. Bakı şəhərində müalicə aldığı xəstəxana Razində yerləşir. Onun hər hansı bir psixoloji problemi olmamışdır. Əvvələr xəstə olmuş, daha sonra müalicə olunub sağalmışdır. İlqar Əskərova verilən ittihamdan razı deyildir və ittihamda verilən maddələri bilməmişdir. İlqarla aralarında olan dava söyüşə görə baş verməmişdir. İlqarı söyməmişdir. Yerə yıxıldıqdan sonra başından xəsarət almışdır. Yerə yıxılan zaman onu arxadan Vüqarla Elsevər vurmuşdur. Yerə yıxıldıqdan sonra huşunu itirmişdir. Ayağa qalxmaq istəyən zaman qulağından qan axdığını görmüş, ondan sonra özündən getmişdir. İXM nin 157-ci maddəsi ilə onu 500 manat cərimə etmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid8 ifadəsində bildirmişdir ki, hadisə baş verən gün kəndlərində toy axşamı olmuşdur. O da həmin gün toy axşamında olmuşdur. Məclisdən çıxıb uşaqlarla çöldə dayanıb söhbət etmişlər, həmin vaxt zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs söyə-söyə gələrək ona “sənin oğraş qardaşın hardadır, mənim pulumu niyə vermir” demişdir. Cavidə ağzının danışığına fikir verməsini bildirmiş və pulunun ona çatacağını demişdir. Cavid söyüşlər söyməyə başlamışdır. Qardaşı İlqarla Cavidin arasında qoyun alış-verişinə görə İlqarın ona verəcəyi olmuşdur. Cavid qardaşının ünvanına və nəsillərinə nalayiq söyüşlər söymüşdür. Cavid üstünə gələn zaman yanında olan uşaqlar onları ayırmışlar. Hazırda həmin uşaqların adlarını xatırlamır. Cavid ondan uzaqlaşıb əmisi oğlu şahid7la dalaşmağa başlamış, həmin vaxtı onları ayırmışdır. Daha sonra Zərərçəkmiş şəxs qardaşı gəlib onu aparmış, onlar da məscidə tərəf getmişlər. Təxminən 30 dəqiqə keçdikdən sonra ona İlqarın dalaşdığını demişlər. Hadisə yerinə gəldikdə dava-dalaşın qutardığını görmüşdür. İlqardan nə baş verdiyini soruşduqda İlqar ona bildirmişdir ki, Cavid nalayiq söyüşlər söydüyünə görə onunla dalaşmışdır. Verilmiş suallara cavab olaraq şahid şahid8 bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İlqarın Cavidi vurduğunu görməmişdir. İlqarın Cavidi nə ilə vurduğunu da görməmişdir. Hadisə yerinə gələn zaman Cavidi aparmışlar. Hadisə yerinə gələn zaman ətrafda adam çox olmuşdur. Hadisə yerində Cavidi görməmişdir. Cavid camaatın içində ona “qardaşın peysərdi, oğraşdı o, kişi deyil” demiş, buna görə də Cavidlə mübahisəsi düşmüşdür. Sonra İlqara zəng edib Cavidin pula görə söyüş söydüyünü demiş, İlqar da Cavidlə özünün danışacağını demişdir. Həmin vaxtı İlqar başqa yerdə olmuşdur. Hadisə təxminən saat 20-21 radələrində olmuşdur. Hadisə yerinə çatdıqda onlar dalaşıb qurtarmışlar, dalaşmaqlarının nə qədər müddət çəkdiyini bilməmişdir. Onun İlqara zəng etdiyi yerdən hadisə baş verən yerə qədər 500-600 metr məsafə olmuşdur. Cavidi döyməmiş, hadisə baş verən zaman orada olmamışdır. Hadisə yerində kənd camaatı olmuş, toydan çıxanlar hadisə yerinə yığışmışlar. Hadisə yerinə gələn zaman Cavidi orada görməmişdir. Cavidin qardaşı Pərvizlə münasibəti həmişə yaxşı olmuşdur. İlqarın da Pərvizlə münasibəti yaxşı olmuşdur. Cavidlə pul məsələsi ilə bağlı aralarında iki dəfə söhbət olmuşdur. Sonuncu dəfə Cavid söyüş söydüyünə görə hadisə baş vermişdir. Dava dalaşdan sonra İlqar ona Cavidi harasından vurduğunu deməmişdir. Cinayət işinin materillarında olan imzaların bəzilərinin özünün, bəzilərinin isə ona aid olmadığını bildirmişdir. Ümumiyyətlə yazıb-oxuya bilməmişdir. o Cavidlə şöhbət edən zaman Niyaməddin Xəzər oğlu, Nurlan Qafar oğlu, Nurlan Afan oğlu, Elvin Əlixan oğlu orada olmuşlar, İlqarın Cavidi vurduğu yerdə adlarını sadaladığı şəxslər olmamışlar. Hadisə yerinə gələn zaman hava qaranlıq olmuşdur. Cavidin qardaşı Pərviz hadisəni görə bilməzdi, hava şəraiti buna imkan verməmişdir. Hadisə yerində asfaltın üzərində daş və ya başqa nəsə görməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid7 ifadəsində bildirmişdir ki, hadisə baş verən gün kəndlərində ciyər axşamı tədbiri olmuş, həmin tədbirdən çölə çıxmış, bu vaxt Cavid qardaşı Pərvizlə gəlmişdir. Həmin vaxt Cavid əmisi oğlu İlqarı söymüşdür. Caviddən nə baş verdiyini soruşduqda Cavid İlqarın ona məxsus qoyununu oğurladığını bildirmişdir. Cavid İlqarın ünvanına var-yox söyüşü söymüş, həmin vaxtı Cavidlə mübahisələri düşmüşdür. Sonra əmisi oğlu Vüqar gəlib onları ayırmış, onlar kənara çəkilmişlər. Daha sonra İlqarla Cavid dalaşmışlar, onların dalaşmaqlarını görməmişdir. Hadisənin olduğu yerə gəlmiş, həmin vaxt Cavidi aparmışlar. Hadisə yerinə gələn zaman yerdə qan olduğunu görmüşdür. Asflatın üzərində daş və ya hər hansı bir metal parçası olmamışdır. Verilmiş suallara cavab olaraq şahid şahid7 bildirmişdir ki, Vüqar ona İlqarın Cavidlə mübahisə edib dalaşdığını demişdir. Hadisə yerinə gəldiyi zaman yerdə qan olduğunu görmüş, asfaltın üzərində olan qanın kimə aid olduğunu bilməmişdir. Zərərçəkmiş şəxs yalan danışır, hadisə baş verdiyi zaman orada olmamışdır. Hadisə baş verdikdən sonra ora gəlmişdir. İlqarla Cavid dalaşmamışdan qabaq Cavidin onunla mübahisəsi olmuş, həmin vaxtı Cavidin qardaşı Pərviz gəlib Cavidi məscidə tərəf aparmış, o isə əmisi oğlu Vüqarla yerində durub söhbət etmişlər. Kənd camaatı hadisə barədə onlara məlumat vermişlər, sonra onlar hadisə yerinə getmişlər. Onlar hadisə yerinə çatdıqda artıq Cavidi aparmışlar. İlqar da oradan getmişdir. Hadisə baş verən yerlə ciyər axşamı olan yer arasında məsafə təxminən 20-30 metr olmuşdur. Hadisə axşam saat 21 radələrində baş vermiş, həmin vaxt hava yağışlı olmamışdır. Cavidlə onun arasında mübahisə 3-4 dəqiqə çəkmişdir. Dava olan yerdə dayanan adamları görməmiş, hamı oradan gəlib keçmişdir. Hadisədən sonra İlqarın Cavidi vurduğunu eşitmişdir. İlqar Cavidin ona yumruq atdığını, onun da Cavidi əllə vurduğunu demişdir. Cavid yalan ifadə vermişdir, Cavidi döyməmişdir. Cavidin qardaşı Pərvizlə normal münasibəti olmuşdur. Dava olan anı görməmiş, hadisədən sonra hadisə yerinə gəlmişdir. Vüqarla Cavidin mübahisəsini görməmişdir. O gəlib, Cavidin qabağına çıxan zaman Vüqarla Cavidin mübahisəsi artıq baş vermişdir. Cavid söyüş söydüyü üçün Cavidin qarşısına keçmiş, ondan sonra aralarında mübahisə yaranmışdır. İlqarın Cavidin qardaşı Pərvizlə münasibəti bildiyi qədər yaxşı olmuşdur. Hadisə yerinə gələn zaman dava olan yer işıqlı yer olmuş, küçələr işıqlandırılmışdır. Niyaməddin Xəzər oğlu, Nurlan Qafar oğlu, Nurlan Afan oğlu, Elvin Əlixan oğlu İlqarla Cavid dalaşan zaman orada olmamışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid6 ifadəsində bildirmişdir ki, hadisə baş verən gün təxminən saat 21 radələrində ciyər axşamından çıxıb Zərərçəkmiş şəxsla evə gedən zaman İlqar Əskərov avtomobili ilə gəlib onlardan 20 metr kənarda saxlamış və Cavidi yanına çağırmışdır. Zərərçəkmiş şəxs İlqar Əskərovun yanına getdikdən sonra bir neçə nəfər onların yanına gəlmişlər, həmin vaxtı Cavid yerə yıxılmışdır. İlqarın Cavidi vurduğunu görməmişdir. Verilmiş suallara cavab olaraq şahid şahid6 bildirmişdir ki, İlqar avtomobilini yolun kənar hissəsində saxlayıb avtomobildən düşmüş və Cavidi çağırmışdır. İlqar avtomobilindən düşüb Cavidlə söhbət etmiş və ətrafda çoxlu adamlar olmuşlar. Cavid İlqarın yanına getdikdən sonra ətrafa adamlar yığılmışlar. Cavidin İlqarı vurduğunu görməmiş, İlqarın da Cavidi vurduğunu görməmişdir. Cavidə yaxınlaşan zaman Cavidin yerdə uzandığını görmüş və ona köməklik edib maşına qoyub xəstəxanaya yola salmışlar. Cavidin huşu özündə olmamış, Cavidi çağırsalar da səs verməmişdir. Yerdə qan olmuşdur. Cavidin ətrafında bıçaq və ya başqa metal görməmişdir. Cavidi kiminsə vurduğunu görməmişdir. Cavidin qardaşı Pərvizlə münasibəti yaxşı olmuş, davalarını eşitməmişdir. Dava olan yer qaranlıq olmuşdur. Cavidin qardaşı Pərvizin İlqara “özünü bədbəxt etdin” deməsini eşitməmişdir. Şahid şahid6 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ## #### 2025-ci il tarixdə həmkəndlisi Ziyəddin Fəttayev, oğlu Tacəddin Fəttayevə toy axşamı təşkil etmişdir. Həmin toy axşamı digər həmkəndlisi Nəsimi adlı şəxsə məxsus çayxanada olmuşdur. O, da həmin məclisə dəvət edildiyindən saat 18-19 radələrində məclisə getmişdir. Təxminən 1 saat müddətində məclisdə iştirak edib məclisdən çıxaraq evlərinə doğru kəndlərinin yolu ilə piyada olaraq hərəkət etməyə başlamışdır. Təxminən 200-250 metr məsafə gəldikdən sonra bir neçə nəfər şəxslərin yaxınlıqda yerləşən kənd məscidinin qarşısında toplaşdığını görmüşdür. Həmin yerə yaxınlaşan zaman həmkəndlisi Zərərçəkmiş şəxs yerə yıxıldığını və başının arxa hissəsinin qanadığını görmüşdür. O və orada olan şəxslərin koməkliyi ilə Zərərçəkmiş şəxs orada olan dəqiq xatırlamadığı avtomobilə qoyub mərkəzi xəstaxanaya yola salmışlar. Bundan sonra o, yaşadığı evə qayıtmışdır. Daha sonra İlqar Əskərovla Zərərçəkmiş şəxs arasında dava olduğunu, İlqar Əskərovun Zərərçəkmiş şəxs vurduğunu eşitmişdir. Nərərov Cavid Vəkil oğlu ifadəsində hadisə zamanı onun yaxınlıqda olduğunu bildirsə də, o, hadisə zamanı orada olmamış və hadisə baş verdikdən bir neçə dəqiqə sonra hadisə yerinə gəlmişdir. Zərərçəkmiş şəxs vuran şəxsin dəqiq kim olduğunu bilmir. Birinci instansiya məhkəməsində ifadəsi elan olunduqdan sonra verilmiş suallara cavab olaraq şahid şahid6 bildirmişdir ki, ifadəsində olan imza və xətt nümunələri özünə məxsusdur. Məhkəmə zalında oturan iki şəxsi tanımış, onların birinin adı Vüqar, digərinin adı Elsevərdir. İlqar Cavidi çağıran zaman, Cavidə köməklik edən zaman və Cavidi maşına qoyub aparanda Vüqar ilə Elsevər orada olmamışlar. Evə gedənə qədər Vüqar ilə Elsevəri hadisə yerində görməmişdir. Birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Nəzərov Vəkil Qarakişi oğlu ifadəsində bildirmişdir ki, hadisə baş verən zaman hadisə yerində olmamışdır. Hadisə barədə eşitdikdən sonra səhərə yaxın Masallı RMX-na getmişdir. Oğlu Cavidi xəstəxanada gördüyü zaman huşu özündə olmamışdır. Cavidə bir neçə sual vermiş, lakin Cavid onun suallarına cavab verməmişdir. Verilmiş suallara cavab olaraq şahid Vəkil Nəzərov bildirmişdir ki, Cavidi xəstəxanada görən zaman Cavid danışa bilməmişdir. Cavid iki gündən sonra özünə gəlmişdir. Cavid xəstəxanada iki gün qalmışdır. Cavid hadisə barədə ona bildirmişdir ki, hadisə zamanı onu 3 nəfər döymüş, bir nəfər ön tərəfdən, iki nəfər isə arxa tərəfdən onu vurmuşdur. DİN-nin “102” xidmətinə birinci kimin zəng edib şikayət etdiyini bilməmişdir. Cavid özünə gəldikdən sonra ona onu arxadan vuranın əlində daş və yaxud üzük olduğunu bilmədiyini demişdir. DİN-nin “102” xidmətinə neçə dəfə şikayət etdiyini dəqiq bilmir. Cavidi döyənlər İlqarın qardaşı şahid8 onun əmisi oğlu şahid7dur. Birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş şahid5 ifadəsində bildirmişdir ki, hadisə baş verən gecə toy axşamında olmuşlar. Axşam saat 18-19 radələri olardı, qışqırıq səsi gəlmiş, çölə çıxdıqda Zərərçəkmiş şəxs yerdə uzandığını görmüş və onu Masallı RMX-na aparmışdır. Verilmiş suallara cavab olaraq şahid şahid5 bildirmişdir ki, Cavidin yanına gələn zaman Pərviz orada olmuşdur. İlqarla Pərvizin münasibəti həmişə yaxşı olmuşdur. Cavidin yerdə olduğunu gördüyündən Pərvizlə götürüb xəstəxanaya aparmışlar. Pərviz xəstəxanaya gedərkən yolda hadisə ilə bağlı heç nə danışmamışdır. Hazırda ibtidai istintaq zamanı verdiyi ifadəsini xatırlamamışdır. Şahid şahid5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ## #### 2025-ci il tarixdə həmkəndlisi Ziyəddin Fəttayev, oğlu Tacəddin Fəttayevə toy axşamı təşkil etmişdir. Həmin toy axşamı digər həmkəndlisi Nəsimi adlı şəxsə məxsus çayxanada olmuşdur. O da həmin məclisə dəvət edildiyindən saat 18-19 radələrində məclisə getmişdir. Təxminən 1 saat müddətində məclisdə iştirak etmiş və məclisdə yemək və çay içmişdir. Həmin vaxt məclisdən bir neçə nəfər şəxs həyətə çıxmışlar. O da həmin şəxslərin hansısa hadisə ilə əlaqədar olaraq çıxdıqlarını düşündüyündən özü də məclisdən kənara çıxaraq maraqlanmışdır ki, Zərərçəkmiş şəxs hansısa şəxslə dava etmişdir. O da digər həmkəndliləri kimi, təxminən 200-250 metr məsafədə yerləşən kənd məscidinə doğru getmiş və məscidin qarşısında əmisi oğlu Zərərçəkmiş şəxs yerdə uzanıqlı olduğunu və başının arxa hissəsindən qan axdığını görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs huşsuz halda olduğundan ona nə olmasını soruşmuş və orada olan Zərərçəkmiş şəxs qardaşı şahid4 ona bildirmişdir ki, qardaşı Cavid həmkəndlisi İlqar Əskərovla dalaşmışdır, İlqar isə Cavidi vuraraq yerə yıxmışdır. Bu səbəbdən o, orada olan şəxslərin köməkliyi ilə Zərərçəkmiş şəxs yerdən götürərək özünə məxsus “Lada Priora” markalı avtomobilinə qoyaraq onu Masallı rayon Mərkəzi Xəstəxanasına aparmış və orada tibbi yardım olunmasına köməklik etmişdir. Bundan əlavə olaraq onun hadisə ilə bağlı hər hansı məlumatı olmamışdır. O, baş vermiş hadisə zamanı orada olmamış, hadisə baş verdikdən bir neçə dəqiqə sonra hadisə yerinə gəlmişdir. Zərərçəkmiş şəxs vuran şəxsin dəqiq kim olduğunu biləmiş, lakin sonradan eşitmişdir ki, Zərərçəkmiş şəxs İlqar Əskərovdan qoyunlarının pulunu istəmiş, bu səbəbdən həmin şəxslər arasında dava yaranmışdır. Birinci instansiya məhkəməsində ifadəsi elan olunduqdan sonra verilmiş suallara cavab olaraq şahid şahid5 bildirmişdir ki, Pərviz ona Cavidi İlqarın vurduğunu demişdir. Bundan başqa, iş materiallarında olan Boradigah PB-də tərtib edilmiş “raport”da göstərilmişdir ki, ## #### 2025-ci il tarixdə Masallı RMX-nın həkimi X21 PB-nin növbətçi hissəsinə zəng edərək, Masallı rayonu, Şatıroba kənd sakini, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs sol qulağın kəsilmiş yarası, başın arxa nahiyəsinin hematoması, qapalı kəllə beyin travması diaqnozu ilə xəstəxanaya müraciət etmişdir. Deməsinə görə kənddə döyülüb. İş materiallarında olan İlqar Əskərov tərəfindən Boradigah PB-nə ünvanlanmış ## #### 2025-ci il tarixli ərizədə göstərilmişdir ki, ## #### 2025-ci il tarixdə saat 21:00 radələrində Masallı rayonu, Şatıroba kəndində Zərərçəkmiş şəxs onu döyərək bədən xəsarətləri yetirmişdir. Onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən Boradigah PB-nə ünvanlanmış ## #### 2025-ci il tarixli ərizədə göstərilmişdir ki, ## #### 2025-ci il tarixdə saat 22 radələrində Şatıroba kəndində İlqar adlı şəxs onu döyərək xəsarət yetirmişdir. Onun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. İş materiallarında olan Boradigah PB-də tərtib edilmiş “raport”da göstərilmişdir ki, Masallı rayonu, Şatıroba kənd sakini şahid4 DİN-nin “102” xidməti zəng mərkəzinə məlumat verərək qardaşı Zərərçəkmiş şəxs, İlqar adlı şəxs və bir neçə onun yaxını tərəfindən döyüldüyünü, xəstəxanaya yerləşdirildiyini bildirmişdir. İş materiallarında olan Boradigah PB-də tərtib edilmiş “raport”da göstərilmişdir ki, ## #### 2025-ci il tarixdə Masallı rayon X17nın həkimi X13 PB-nin növbətçi hissəsinə zəng edərək, Masallı rayonu, Şatıroba kənd sakini 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ənsə sümüyünün orta xəttin solda, sol kandiliyar kanaldan keçən sınığı diaqnozu ilə xəstəxanaya müraciət etmişdir. Deməsinə görə küçədə 3 nəfər şəxs tərəfindən döyülmüşdür. İş materiallarında olan Boradigah PB-də tərtib edilmiş “raport”da göstərilmişdir ki, Masallı rayonu, Şatıroba kənd sakini Nəzərov Vəkil Qarakişi oğlu DİN-nin “102” xidməti zəng mərkəzinə məlumat verərək, oğlu Zərərçəkmiş şəxs qeyd edilən ünvanda İlqar Əskərov tərəfindən döyülməsi barədə etdiyi müraciəti ilə bağlı Masallı RPŞ-də aparılan araşdırmadan narazıdır. İş materiallarında olan Boradigah PB-də tərtib edilmiş “raport”da göstərilmişdir ki, ## #### 2025-ci il tarixdə Masallı rayonu, Şatıroba kənd sakini Nəzərov Vəkil Qarakişi oğlu DİN-nin “102” xidməti zəng mərkəzinə məlumat verərək oğlu Zərərçəkmiş şəxs qeyd edilən ünvanda İlqar Əskərov tərəfindən döyülməsi ilə əlaqədar Masallı RPŞ-də işin nəticəsiz qalmasına narazı olduğunu bildirmişdir. İş materiallarında olan Boradigah PB-də tərtib edilmiş “raport”da göstərilmişdir ki, ## #### 2025-ci il tarixdə Zərərçəkmiş şəxs DİN-nin “102” xidməti zəng mərkəzinə məlumat verərək ## #### 2025-ci il tarixdə Vüqar, İlqar və Elsevər adlı şəxslər tərəfindən döyülməsi, həmin şəxslərin üzərində bıçaq, 5 barmaq olması qulağının kəsilməsi barədə məlumat vermişdir. İş materiallarında olan “baxış keçirmə haqqında” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Masallı rayonu, Şatıroba kəndi ərazisində yerləşən köhnə məscidin qarşısındakı asfalt yoldur. Hadisə yerini Zərərçəkmiş şəxs təqdim etmişdir. Hadisənin baş verdiyi yolun yer səthinin 3,5 m asfalt örtüklüdür, asfaltın kənar hissələrində torpaqlı daşlar vardır. X5 və X11 evlərinin yanında yerləşir. Yolun kənarında işıq və internet dirəkləri yerləşir. Yolun bir tərəfində daşdan hazırlanmış hasar vardır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan Boradigah PB-də tərtib edilmiş “raport”da göstərilmişdir ki, Vəkil Nəzərov DİN-nin “102” xidməti zəng mərkəzinə məlumat verərək, ## #### 2025-ci il tarixdə oğlu Zərərçəkmiş şəxs Vüqar, İlqar və Elsəvər adlı şəxslər tərəfindən döyülməsi, həmin şəxslərin üzərində bıçaq, beş barmaq olması, qulağının kəsilməsi ilə əlaqədar Masallı RPŞ-də aparılan araşdırmadan narazıdır. İş materiallarında olan Vəkil Nəzərovun ## #### 2025-ci il tarixli Boradigah PB-nə verdiyi ərizədən görünür ki, ## #### 2025-ci il tarixdə həmkəndliləri İlqar Əskərov, şahid8 və şahid7 onun oğlu Cavidi vəhşicəsinə döyüb, ona baş nahiyəsindən və digər yerlərindən ağır xəsarətlər yetirmişdir. Ona görə də bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan “məhkəmə-tibbi ekspertizası”nın ## #### 2025-ci il tarixli, *** nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs açıq kəllə-beyin travması, baş beyinin əzilməsi, ənsə sümüyünün yerdəyişməyən sınığı, sfenoid sinusun arxa divarının yerdəyişməyən boylama sınığı, subaraxnoidal hematoma, sol alın payının hemorragik kontuziyası, başın ənsə nahiyəsinin və sol qulaq seyvanının əzilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan ## #### 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan “məhkəmə-tibbi ekspertizası”nın ## #### 2025-ci il tarixli, *** nömrəli rəyindən görünür ki, vətəndaş Əskərov İlqar Bahadir oğlunda sağ yanağın iç hissəsində qansızma müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan ## #### 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, İlqar Əskərov ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İlqar Əskərov bildirmişdir ki, qardaşı şahid8 ona mobil telefon vasitəsi ilə zəng edərək məclisdə Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətdiyini bildirmişdir. O isə qardaşı şahid8 hər hansı bir söz deməməsini, özünün Zərərçəkmiş şəxs ilə söhbət edəcəyini bildirmişdir. Həmin günü qardaşı şahid8 ona zəng etdiyindən təxminən 1-2 saat sonra o, özünə məxsus “Qaz 3110” markalı avtomobillə yaşadığı ev istiqamətində gedərkən Zərərçəkmiş şəxs qardaşı şahid4la birlikdə Şatıroba kənd məscidinin yaxınlığında küçə ilə piyada getdiklərini görmüşdür. O, avtomobilini saxlayaraq yerə düşmüş və Zərərçəkmiş şəxs yaxınlaşaraq ona hansı səbəbdən onun ardınca nalayiq ifadələr işlətdiyini bildirmişdir. Ancaq Zərərçəkmiş şəxs isə ondan pulunu istəmişdir. Bu səbəbdən o Zərərçəkmiş şəxs ## #### 2025-ci il tarixdə pulunu verəcəyinə söz vermişdir. Lakin Zərərçəkmiş şəxs öz əməllərini davam etdirərək təkrarən onun ünvanına nalayiq sözlər işlədərək onu təhqir etməyə başladığından onların mübahisələri yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla onun ağız nahiyəsindən bir dəfə zərbə vurmuş, həmin yumruq zərbəsi ona dəyən zaman o da yumruqla Zərərçəkmiş şəxs sol çənə nahiyəsindən bir dəfə zərbə vurmuşdur. Həmin vaxtı Zərərçəkmiş şəxs zərbənin təsirindən yerə yıxılmış və o yerə dəydiyindən başının arxa hissəsi qanamışdır. Bundan sonra Zərərçəkmiş şəxs əmisi oğlu şahid5 həmin yerə gəlmiş və Zərərçəkmiş şəxs avtomobilinə qoyaraq oradan uzaqlaşmışdır. Hadisə yerinin müayinəsi zamanı həmin ərazidə yerləşən Şatıroba kənd məscidinin təxminən 10-15 metr məsafədə yerləşməsi müəyyən edilmişdir. Tacəddin Fəttayevin toy axşamı təşkil etdiyi Nəsimi adlı şəxsə məxsus çayxana ilə hadisə yeri arasında olan məsafə 150 metrdir. Hadisə baş verməzdən əvvəl onun saxladığı özünə məxsus avtomobil ilə hadisə yerinin məsafəsi 19 metr təşkil edir. İş materiallarında olan ## ######## 2025-ci il tarixli “üzləşdirmə haqqında protokol”dan görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə şahid şahid7 arasında üzləşdirmə keçirilmiş, Elsəvər Əskərov Zərərçəkmiş şəxs vurmadığını, onun İlqar Əskərov tərəfindən döyülüb xəsarət aldığını, hadisə yerinə şahid8la birlikdə sonradan gəldiyini bir daha təsdiq etmişdir. İş materiallarında olan “cinayət işi başlanmasının rədd edilməsi haqqında” ## ##### 2025ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iki baş xırdabuynuzlu heyvanının tövlədən oğurlanması barədə ## ##### 2025-ci il tarixli müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan “təkrar məhkəmə-tibbi ekspertizası”nın ## ###### 2026-cü il tarixli, T **/**** nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs adına tərtib edilmiş ##.##.2025-ci il tarixli, *** nömrəli rəyin təsviri hissəsi nəticəyə uyğun tərtib edilmişdir. Zərərçəkmiş şəxs ənsə nahiyəsinin əzilmiş yarası və dərialtı hematoması, beyinin subdural, subaraxnoidal qansızmaları, ənsə sümüyü qabarının sol yarısından başlayaraq arxa kəllə çuxuruna, böyük ənsə dəliyinin sol yarısına və əsas sümüyünün sol cibinə keçən xətti sınıq ilə müşayiət edilən açıq kəllə beyin travması, beyin silkələnməsi, beyin əzilməsi, sol alın payının hemorragik kontuziyası, sol qulaq seyvanının əzilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən, qərarda göstərilən tarixdə yəni, ## #### 2025-ci il tarixdə kənar şəxs tərəfindən baş nahiyəsinə yetirilən zərbənin təsirindən sürətlənmiş yıxılma zamanı başın bərk səthə dəyməsi nəticəsində (xəsarətin geniş sahəyə sirayət etməsinə əsasən) yarana bilərdi, dərəcəsinə görə ənsə nahiyəsinin əzilmiş yarası və dərialtı hematoması, beyinin subdural, subaraxnoidal qansızmaları, ənsə sümüyü qabarının sol yarısından başlayaraq arxa kəllə çuxuruna, böyük ənsə dəliyinin sol yarısına və əsas sümüyünün sol cibinə keçən xətti sınıq ilə müşayiət edilən açıq kəllə beyin travması, beyin silkələnməsi, beyin əzilməsi, sol alın payının hemorragik kontuziyası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol qulaq seyvanının əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs ilkin və təkrar məhkəmə-tibbi müayinəsi zamanı ənsə nahiyədə əzilmiş yaranın sağalmış izi olan çapığın və həmin çapıq yerində kəllə sümüklərinin sınığının aşkar edilməsi onda mövcud olan kəllə-beyin travmasının açıq xarakter daşımasına dəlalət edir. Zərərçəkmiş şəxs ## #### 2025-ci il tarixdə Masallı RMX-dan kafi vəziyyətdə evə ambulator müalicəyə yazılmışdır. Qapalı kəllə-beyin travmalarında kəllənin bütövlüyü qorunur, dəridə açıq yara olmur, infeksiya riski azdır, müalicə proqnozu adətən daha yaxşıdır, yüngül travmalarda sağalma tam mümkündür, ağır hallarda nevroloji fəsadlar qala bilər. Açıq kəlləbeyin travmasında kəllə sümükləri sınır, dəridə açıq yara olur, infeksiya riski yüksəkdir, müalicə proqnozu daha ağır və risklidir. Zərərçəkmiş şəxs ## #### 2025-ci il tarixdə Masallı RMX-na soporoz yəni yarımayıq vəziyyətdə daxil olsa da, səhərisi gün huşu bərpa olunduqdan sonra hadisəni tam təfərrüatı ilə xatırlamışdır. Məhkəmə kollegiyası təqsirliliklə bağlı məsələni cinayət və cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından nəzərdən keçirərək, müəyyən etmişdir ki, Əskərov İlqar Bahadir oğluna CM-nin 126.1-ci maddəsi ilə istinad edilən cinayətin törədilməsində onun təqsiri cinayət işinin materiallarında olan mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs İlqar Əskərova istinad edilən cinayətin baş verib-verməməsi, onun həmin cinayəti törətməkdə qəsdinin olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəklində sonuncunun qeyd edilən cinayəti törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək, aşağıdakıların qeyd olunmasını zəruri hesab edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş üzrə məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutların məcmusundan müəyyən olunur ki, təqsirləndirilən şəxs İlqar Əskərovun ## #### 2025-ci il tarixdə saat 21 radələrində yaşadığı Masallı rayonu, Şatıroba kəndində Zərərçəkmiş şəxs ilə qarşılaşan zaman sonuncudan onun barəsində nalayiq ifadələr işlədibişlətməməsini aydınlaşdırmaq istəyərkən Zərərçəkmiş şəxs onu qəsdən yumruqla vuraraq sağ yanağın iç hissəsində qansızma sağlamlığa zərərvurmayan xəsarət yetirdikdən sonra Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən yumruqla bir dəfə zərbə vurması, yetirdiyi zərbənin təsirindən sürətlənmiş yıxılma zamanı başının bərk səthə dəyməsi nəticəsində dərəcəsinə görə ənsə nahiyəsinin əzilmiş yarası və dərialtı hematoması, beyinin subdural, subaraxnoidal qansızmaları, ənsə sümüyü qabarının sol yarısından başlayaraq arxa kəllə çuxuruna, böyük ənsə dəliyinin sol yarısına və əsas sümüyünün sol cibinə keçən xətti sınıq ilə müşayiət edilən açıq kəllə beyin travması, beyin silkələnməsi, beyin əzilməsi, sol alın payının hemorragik kontuziyası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol qulaq seyvanının əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurması işin mübahisəsiz halıdır. Müdafiəçinin apellyasiya şikayətinin təqsirləndirilən şəxs Əskərov İlqar Bahadir oğlunun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə tövsif edilməli olması barədə dəlilinə münasibətdə, kollegiya onu qeyd edir ki, həmin normanın tətbiqi üçün şəxsin hərəkətinin zəruri müdafiə vəziyyətində törədilməsi və müdafiə hərəkətlərinin zəruri müdafiə həddini aşması müəyyən edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 130.1-ci maddəsində zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma cinayət məsuliyyətinin əsası kimi müəyyən edilmişdir. Eyni zamanda, CM-nin 36.1-ci maddəsinə görə, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən isə qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Kollegiya qeyd edir ki, zəruri müdafiə dedikdə, ictimai təhlükəli qəsddən hücum edənə zərər vurmaq yolu ilə qanuni olaraq mühafizə olunmaq başa düşülür. Zəruri müdafiə vəziyyətində edilmiş hərəkətlər dövlət mənafeyini, ictimai mənafeyi, vətəndaşların şəxsiyyəti və hüquqlarını ictimai təhlükəli qəsddən müdafiə etmək olduğu üçün cinayət deyil, əksinə, ictimai faydalı hərəkətlər hesab edilir. Zəruri müdafiə cinayətkarlıqla mübarizədə təsirli vasitələrdən biri olmaqla cinayətlərin qarşısının alınmasına, qanunçuluğun möhkəmləndirilməsinə, hər bir şəxsin cinayətkarlığa qarşı barışmazlıq ruhunda tərbiyə olunmasına xidmət edir. Peşə və ya digər xüsusi hazırlıqdan və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bununla belə, zəruri müdafiə hüququnun mövcudluğunun əsas şərtlərindən biri müdafiə olunan şəxsin məhz real və ictimai təhlükəli qəsdlə üzləşməsidir. Qəsd həqiqi, real olmalıdır. Başqa sözlə, qəsd obyektiv gerçəklikdə mövcud olmalıdır. Qəsd başlamış, davam edən və hələ başa çatmayan olmalıdır. Qəsd o vaxt mövcud hesab olunur ki, o, qanunla qorunan ictimai münasibətlərə artıq zərər vurmağa başlamış və ya belə zərər vurmaq üçün bilavasitə təhlükə yaratmış olsun. Hücum üçün real təhlükənin yaranması heç də gələcəkdə edilməsi gözlənilən ictimai təhlükəli qəsdi nəzərdə tutmur. Əgər gələcəkdə belə hücum gözlənilirsə, onun qarşısı başqa tədbirlərlə (məsələn, hakimiyyət orqanlarına xəbər verməklə) alınır. Qəsdin başlanmasına real təhlükənin yaranması altında qəsdin ani olaraq başlayacağına əsas verən halların olması nəzərdə tutulur. Məsələn, konkret hərəkətlərlə hədələmə, soyuq və ya odlu silahı nümayiş etdirmə və s. Bu hüquqi meyarlar baxımından iş üzrə müəyyən edilmiş faktiki hallar qiymətləndirildikdə isə Əskərov İlqar Bahadir oğlunun hərəkətlərinin zəruri müdafiə vəziyyətində törədildiyini qəbul etmək üçün kifayət edən hallar müəyyən edilmir. Əksinə, iş materiallarından görünür ki, İlqar Əskərov hadisə yerinə təsadüfən düşmüş vəziyyətdə deyil, bundan əvvəl qardaşı şahid8la telefon əlaqəsi saxladıqdan sonra Zərərçəkmiş şəxs görmüş və onunla əvvəlcədən mövcud olmuş pul məsələsi və həmin gün baş vermiş mübahisə ilə əlaqədar söhbətə başlamışdır. İlqar Əskərovun öz ifadələrinə və ifadəsinin yerində yoxlanılması haqqında protokola əsasən də o, Vüqarın Cavidlə mübahisəsi və Cavidin onun ünvanına nalayiq ifadələr işlətməsi barədə məlumat aldıqdan sonra Cavidlə danışmaq niyyəti ilə hərəkət etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadədən görünür ki, Zərərçəkmiş şəxs ona yumruqla zərbə endirdikdən sonra o, kənara çəkilmiş, daha sonra isə “özünü müdafiə etmək üçün” Cavidə bir yumruq zərbəsi vurmuşdur. İfadənin bu hissəsi müdafiə tərəfinin zəruri müdafiə barədə mövqeyinin hüquqi qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Belə ki, təqsirləndirilən şəxsin özünün təsvir etdiyi hadisəyə görə belə, onun hərəkətindən bilavasitə əvvəl Zərərçəkmiş şəxs tərəfindən fiziki zor tətbiq edilməsi olmuşdur. Lakin yalnız qarşı tərəfdən yumruq zərbəsinin endirilməsi faktının müəyyən edilməsi avtomatik olaraq sonrakı hərəkətin zəruri müdafiə kimi qiymətləndirilməsinə səbəb olmur. Bunun üçün həmin zərbənin davam edən və ya dərhal davam etməsi real olan ictimai təhlükəli qəsdin tərkib hissəsi olub-olmaması, müdafiə hərəkətinin məhz həmin qəsdin qarşısının alınmasına yönəlibyönəlməməsi və müdafiə edən şəxsin hərəkətlərinin CM-nin 36-cı maddəsində nəzərdə tutulmuş hədlər daxilində olub-olmaması müəyyən edilməlidir. Bu baxımdan iş üzrə mühüm olan digər xüsusat ondan ibarətdir ki, İlqar Əskərov öz ifadəsində Zərərçəkmiş şəxs vurduğu bir yumruq zərbəsindən sonra onun yerə yıxıldığını bildirmişdir. Beləliklə, müdafiə tərəfinin öz mövqeyinə görə belə, İlqar Əskərov tərəfindən edilən hərəkət Zərərçəkmiş şəxs vurmaqla kifayətlənmiş və həmin zərbənin nəticəsində sonuncu yerə yıxılmışdır. Bu halda isə müdafiə hərəkətinin davam edən hücumun qarşısını almaq məqsədi daşıması və ya artıq başa çatmış qəsddən sonra həyata keçirilməsi məsələsi konkret faktiki hallar əsasında həll edilməlidir. Bununla yanaşı, sağlamlığa yetirilən zərərə qarşı, habelə adam öldürməyə qarşı zəruri müdafiə mümkündür. Dalaşan tərəflərin heç birinin qarşı tərəfin təhlükəli əməlindən qorunmaq niyyəti yoxdursa və tərəflər bir-birini intiqam hissi ilə döyməyə, xəsarət yetirməyə və s. səy edirsə, belə hallarda zəruri müdafiə hüququ yaranmır və məsuliyyət ümumi əsaslarla həll edilir. Dalaşmanın gedişində tərəflərdən biri soyuq silahdan, yaxud da odlu silahdan istifadə etməklə sağlamlığa ağır zərər yetirmək, yaxud da qarşı tərəfi öldürmək fikrinə düşərsə, belə halda dalaşmanın xarakteri dəyişir, qarşı tərəfin daha təhlükəli olan əməldən müdafiə olunmaq hüququ yaranır. Əgər dalaşan tərəflərdən biri öz hərəkətlərinə son qoyarsa (məsələn, zərbədən yerə yıxılır və hücum etmək imkanı aradan qalxır, yaxud könüllü olaraq imtina edir), o biri tərəf bundan sonra yenə də hücumu davam etdirərsə, dalaşmaya son qoyan şəxsin belə hücumdan zəruri müdafiə hüququ yaranır. İş üzrə sübutların məcmusundan isə Zərərçəkmiş şəxs İlqar Əskərova qarşı sağlamlığa ağır zərər vurmağa və ya həyatına qəsd etməyə yönəlmiş hər hansı hərəkətə keçdiyi barədə nəticəyə gəlmək mümkün deyildir. Əksinə, İlqar Əskərovun öz ifadəsinə əsasən, Cavid tərəfindən ona bir yumruq zərbəsi vurulmuş, həmin zərbədən sonra İlqar kənara çəkilmiş və daha sonra Cavidə çənə nahiyəsindən bir zərbə endirmişdir. İş materiallarında İlqar Əskərovun həmin anda həyatına, sağlamlığına və ya digər hüquqlarına ağır və ya başqa ciddi təhlükə yaradan davam edən hücumla üzləşməsini təsdiq edən obyektiv məlumat müəyyən edilmir. Eyni zamanda, hadisənin sonrakı nəticələri də zəruri müdafiə institutunun tətbiqi üçün ayrıca qiymətləndirilməlidir. İş materiallarında olan ## #### 2025-ci il tarixli *** nömrəli məhkəmə-tibbi ekspertiza rəyi Zərərçəkmiş şəxs açıq kəllə-beyin travması, baş beyninin əzilməsi, ənsə sümüyünün sınığı, subaraxnoidal hematoma, sol alın payının hemorragik kontuziyası və digər xəsarətlərin olduğunu müəyyən etmiş və həmin xəsarətləri həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər kimi qiymətləndirmişdir. Təkrar məhkəmə-tibbi ekspertizanın ## ###### 2026-cı il tarixli T **/**** nömrəli rəyi də həmin xəsarətlərin həyat üçün təhlükəli ağır zərərvurmaya aid olduğunu təsdiq etməklə yanaşı, onların baş nahiyəsinə yetirilən zərbənin təsiri ilə sürətlənmiş yıxılma zamanı başın bərk səthə dəyməsi nəticəsində yarana bilməsini göstərmişdir. Lakin CM-nin 130.1-ci maddəsinin tətbiqi üçün yalnız sağlamlığa ağır zərərin vurulması kifayət etmir. Həmin nəticənin məhz zəruri müdafiə vəziyyətində həyata keçirilmiş müdafiə hərəkətləri nəticəsində baş verməsi və həmin müdafiə hərəkətlərinin qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən xarakter daşıması sübuta yetirilməlidir. Başqa sözlə, ağır nəticənin mövcudluğu ilə yanaşı, zəruri müdafiə vəziyyətinin və onun həddinin aşılmasının bütün zəruri hüquqi və faktiki şərtləri müəyyən edilməlidir. CM-nin 130.1-ci maddəsinin dispozisiyası da məhz “zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma” əməlini nəzərdə tutur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İlqar Əskərovun hərəkətinin CM-nin 130.1-ci maddəsi ilə tövsif edilməsi üçün zəruri müdafiə vəziyyətinin mövcudluğunu təsdiq edən hallarla yanaşı, müdafiə hərəkətinin həddi aşdığını göstərən hüquqi və faktiki əsasların da mövcudluğu tələb olunduğu halda, iş üzrə toplanmış sübutlar belə nəticəyə gəlmək üçün kifayət etmir. Əksinə, müdafiə tərəfinin istinad etdiyi hadisə təsvirində İlqar Əskərov özü Zərərçəkmiş şəxs tərəfindən ona bir yumruq zərbəsi vurulduğunu bildirsə də, həmin zərbənin hansı şəraitdə davam edən və real təhlükə yaradan hücuma çevrildiyi, İlqarın özünə qarşı təhlükənin davam etdiyi bir vaxtda müdafiə hərəkəti etdiyi və ya təhlükə aradan qalxdıqdan sonra zərər vurduğu barədə vahid və şübhədən kənar sübutlar mövcud deyildir. Bununla yanaşı, zəruri müdafiə həddinin aşılmasının müəyyən edilməsi zamanı müdafiə edən şəxsin hərəkətinə yalnız vurulmuş zərərin ağırlığından çıxış etməklə qiymət verilməsi də yolverilməzdir. Zəruri müdafiə həddinin aşılması məsələsinin həllində hücumun xarakteri və təhlükəlilik dərəcəsi, hücum edənlərin və müdafiə olunanların sayı, onların fiziki vəziyyəti, silahın olub-olmaması, hadisənin yeri və vaxtı, tərəflər arasındakı qüvvələr nisbəti və digər konkret hallar nəzərə alınmalıdır. Deməli, hazırkı işdə Zərərçəkmiş şəxs aldığı ağır xəsarətlərin özözlüyündə İlqar Əskərovun hərəkətinin zəruri müdafiə həddinin aşılması kimi qiymətləndirilməsinə əsas vermədiyi kimi, İlqar Əskərovun bir yumruq zərbəsi vurduğunu etiraf etməsi də həmin hərəkətin avtomatik olaraq CM-nin 130.1-ci maddəsinin tərkibini yaratması nəticəsinə gətirib çıxarmır. Bunun üçün müdafiə olunan şəxsin məruz qaldığı real qəsdin xarakteri, onun davam edib-etməməsi və İlqar Əskərovun həmin qəsddən qorunmaq üçün etdiyi hərəkətin qəsdin xarakterinə və təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlmədiyi ayrıca müəyyən edilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, iş üzrə belə hallar müəyyən edilməmişdir. Əksinə, təqsirləndirilən şəxsin hadisəni təsvir edən ifadəsi, zərərçəkmiş şəxsin ifadələri, şahidlərin göstərdikləri, hadisə yerinə baxış protokolu və məhkəmə-tibbi ekspertiza rəyləri birlikdə qiymətləndirildikdə, İlqar Əskərovun əməlində zəruri müdafiə həddinin aşılması ilə bağlı xüsusi cinayət-hüquqi tövsif üçün tələb olunan bütün əlamətlərin mövcudluğu barədə şübhədən kənar nəticə çıxarmaq mümkün deyil. Bu səbəbdən müdafiəçinin Əskərov İlqar Bahadir oğlunun əməlinin CM-nin 126.1-ci maddəsindən CM-nin 130.1-ci maddəsinə tövsif edilməsi barədə dəlili əsassız hesab edilməlidir. Bundan başqa, məhkəmə kollegiyası müdafiəçinin zərərçəkmiş şəxsin İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini İlqar Əskərovun zəruri müdafiə vəziyyətində hərəkət etməsinin təsdiqi kimi qiymətləndirməsi ilə bağlı dəlilinə də tənqidi yanaşır. Belə ki, zərərçəkmiş şəxsin hadisə ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi faktı özlüyündə təqsirləndirilən şəxsin zəruri müdafiə vəziyyətində hərəkət etdiyini göstərmir. Yuxarıda da qeyd olunduğu kimi, zəruri müdafiənin mövcudluğu məsələsi Azərbaycan Respublikası CM-in 36-cı maddəsinin tələbləri əsasında, konkret hadisənin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. İş üzrə Zərərçəkmiş şəxs İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi onun hadisə zamanı İlqar Əskərova qarşı müəyyən zorakı hərəkətlər törətməsi ilə bağlı ola bilər. Lakin bu hal İlqar Əskərovun sonrakı hərəkətinin məhz həmin qəsddən müdafiə olunmaq məqsədi daşıdığını avtomatik olaraq təsdiq etmir. Zəruri müdafiə hüququnun yaranması üçün qəsdin real olaraq mövcud olduğu və müdafiə hərəkətinin həmin qəsdin qarşısının alınmasına yönəldiyi müəyyən edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsin öz ifadəsindən də görünür ki, o, Zərərçəkmiş şəxsla məsələni aydınlaşdırmaq məqsədilə ona özü yaxınlaşmış, aralarında söhbət və mübahisə yaranmış, bundan sonra tərəflər arasında fiziki qarşıdurma baş vermişdir. Belə olan halda Zərərçəkmiş şəxs inzibati məsuliyyətə cəlb edilməsi faktının yalnız özünə istinad edilməklə İlqar Əskərovun hərəkətlərinin zəruri müdafiə şəraitində törədildiyi nəticəsinə gəlmək mümkün deyildir. Odur ki, Zərərçəkmiş şəxs İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi faktı digər sübutlarla birlikdə qiymətləndirilməli olan hal olmaqla, təkbaşına İlqar Əskərovun zəruri müdafiə vəziyyətində hərəkət etməsi və nəticə etibarilə əməlinin CM-in 130.1-ci maddəsi ilə tövsif edilməsi üçün əsas hesab edilə bilməz. Bundan əlavə, kollegiya müdafiə tərəfin məhkəmə-tibbi ekspertizasının ## #### 2025-ci il tarixli, *** nömrəli rəyinin həqiqəti əks etdirməməsi barədə dəlilini də tutarlı və əsaslı hesab etmir. Belə ki, müdafiə tərəfi həmin rəyə iradını əsasən Zərərçəkmiş şəxs Masallı Rayon Mərkəzi Xəstəxanasındakı tibbi sənədlərində ilkin olaraq “qapalı kəllə-beyin travması” diaqnozunun göstərilməsi və sonrakı ekspert rəyində xəsarətlərin “açıq kəllə-beyin travması” kimi qiymətləndirilməsi ilə əlaqələndirmişdir. Lakin tibbi sənədlərdə ilkin diaqnozun fərqli ifadə olunması özlüyündə məhkəmə-tibbi ekspertin xüsusi biliklərə əsaslanan nəticəsinin mötəbərliyini aradan qaldırmır. Çünki ekspert rəyində xəsarətlərin xarakteri və ağırlıq dərəcəsi yalnız ilkin tibbi diaqnoza deyil, ekspert tərəfindən tədqiq edilmiş tibbi sənədlərə, obyektiv müayinə nəticələrinə və müəyyən edilmiş konkret xəsarətlərə əsasən müəyyən edilir. Daha mühüm olaraq, iş materiallarında olan ## ###### 2026-cı il tarixli, T **/**** nömrəli təkrar məhkəmə-tibbi ekspertizanın rəyi müdafiəçinin qeyd etdiyi ziddiyyətə xüsusi qiymət verməklə, əvvəlki *** nömrəli rəyin təsviri hissəsinin nəticəyə uyğun tərtib edildiyini təsdiq etmişdir. Təkrar ekspertiza zamanı Zərərçəkmiş şəxs ənsə nahiyəsinin əzilmiş yarası və dərialtı hematoması, beyinin subdural və subaraxnoidal qansızmaları, ənsə sümüyünün sınığı, açıq kəllə-beyin travması, beyin silkələnməsi, beyin əzilməsi, sol alın payının hemorragik kontuziyası və digər xəsarətlər müəyyən edilmiş, həmin xəsarətlərin ## #### 2025-ci il tarixdə kənar şəxs tərəfindən baş nahiyəsinə yetirilən zərbənin təsirindən sürətlənmiş yıxılma zamanı başın bərk səthə dəyməsi nəticəsində yarana biləcəyi göstərilmişdir. Həmin ekspertiza nəticəsində də kəllə-beyin travmasının həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərərvurmaya aid olduğu müəyyən edilmişdir. Beləliklə, müdafiəçinin istinad etdiyi ilkin tibbi sənədlərlə ekspert rəyindəki fərqli ifadə təkbaşına ekspert rəyinin həqiqətə uyğun olmaması nəticəsini doğurmur. Əksinə, sonradan keçirilmiş təkrar ekspertiza əvvəlki rəyin əsas nəticələrini təsdiq etmiş və xəsarətlərin mexanizmini də izah etmişdir. İş materiallarında təkrar ekspertizanın nəticələrinin elmi və metodiki baxımdan əsassız olmasını, ekspertlərin öz səlahiyyətlərindən kənara çıxmasını və ya tədqiqat zamanı prosessual tələblərin pozulmasını göstərən, həmin rəyin nəticələrinin mötəbərliliyini şübhə altına alan hər hansı obyektiv məlumat müəyyən edilməmişdir. Kollegiya, həmçinin müdafiəçinin apellyasiya şikayətində təqsirləndirilən şəxs İlqar Əskərovun, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və şahidlərin ifadələri arasında mövcud olan ziddiyyətlərin təqsirləndirilən şəxsin əməli törətməsini təsdiq edən sübutların mötəbərliyini şübhə altına aldığına dair dəlillərini də əsassız hesab edir. Belə ki, iş üzrə dindirilmiş şəxslərin hadisənin ayrı-ayrı təfərrüatlarına, o cümlədən hadisənin başlanma səbəbinə, tərəflərin birbirinə hansı ardıcıllıqla zərbə yetirməsinə, hadisə yerinə digər şəxslərin nə vaxt gəlməsinə və hadisənin hansı şəraitdə baş verməsinə dair ifadələrində müəyyən fərqliliklərin olması onların ifadələrinin bütövlükdə sübuti əhəmiyyətini aradan qaldırmır. Əksinə, həmin ifadələrin qiymətləndirilməsi zamanı onların yalnız ayrı-ayrı uyğunsuzluqları deyil, işin digər halları ilə əlaqəsi, bir-birini hansı hissədə tamamlaması və obyektiv sübutlarla uzlaşıb-uzlaşmaması nəzərə alınmalıdır. Bu baxımdan, təqsirləndirilən şəxsin öz ifadəsində zərərçəkmiş şəxsə bir dəfə yumruqla zərbə vurduğunu və həmin zərbədən sonra Zərərçəkmiş şəxs yerə yıxıldığını bildirməsi, zərərçəkmiş şəxsin də İlqar Əskərov tərəfindən zərbə aldığını təsdiq etməsi, habelə şahidlərin hadisədən sonra Zərərçəkmiş şəxs yerdə huşsuz vəziyyətdə və baş nahiyəsindən qanaxma ilə görmələri arasında hadisənin əsas mahiyyəti baxımından uzlaşan hallar mövcuddur. Eyni zamanda, İlqar Əskərovun özünün zərərçəkmiş şəxsə zərbə endirdiyini etiraf etməsi hadisənin həmin hissəsi üzrə digər sübutlarla da uyğunluq təşkil edir. Bu səbəbdən ifadələrdə hadisənin bütün detallarının eyni cür təsvir edilməməsi, xüsusilə hadisənin qısa müddətdə və axşam saatlarında baş verməsi nəzərə alındıqda, həmin sübutların tamamilə etibarsız hesab edilməsi üçün əsas yarada bilməz. Digər tərəfdən, məhkəmə kollegiyası müdafiə tərəfinin istinad etdiyi ziddiyyətlərin cinayətin əsas tərkib əlamətlərinə, yəni İlqar Əskərovun Zərərçəkmiş şəxs qəsdən zərbə yetirməsinə və nəticədə sonuncunun sağlamlığına ağır zərər vurulmasına münasibətdə həlledici xarakter daşımadığını da qeyd edir. Belə ki, ifadələrdəki fərqliliklərdən hər hansı birinin məhz hansı zərbənin hansı nəticəyə səbəb olması və ya hadisənin ayrı-ayrı saniyələr üzrə necə cərəyan etməsi ilə bağlı olması təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə zərbə yetirməsi barədə iş üzrə mövcud olan əsaslı və qarşılıqlı tamamlanan sübutların məcmusunu aradan qaldırmır. Buna görə də müdafiəçinin ifadələrdəki ziddiyyətlərə istinad etməklə təqsirləndirilən şəxsin təqsirliliyinə dair nəticənin şübhə altında qalması barədə dəlili əsassız hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən olunmuş faktiki hallara cinayətin üsulu, törədilmə mexanizmi, yetirilən bədən xəsarətinin xarakteri, həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri baxımından qiymət verərək hesab edir ki, İlqar Əskərovun zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhz bu formada huşunu itirərək yıxılacağını və başının yerə dəyməsi nəticəsində sağlamlığa ağır zərər alacağını qabaqcadan görməsi, bu nəticənin baş verməsinə şüurlu surətdə yol verməsi, nəticə etibarilə də, sonuncunun sağlamlığına ağır zərər vurulması öz təsdiqini tapır. Odur ki, kollegiya hesab edir ki, müdafiə tərəfinin əməlin hüquqi tövsifi ilə bağlı göstərdiyi dəlillər iş üzrə müəyyən olunmuş faktiki hallar və birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla təkzib olunan dəlillər olmaqla apellyasiya şikayətinin təmin olunaraq məhkum olunmuş şəxs İlqar Əskərovun əməlinin Azərbaycan Respublikası CM-nin 130-cu maddəsinə tövsif olunması üçün qanuni əsas kimi qəbul oluna bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirlən şəxsin qəsdən sağlamlığa ağır zərər vurmadan ibarət əməlində xuliqanlıq niyyətinin və xüsusi amansızlıq əlamətinin olması barədə zərərçəkmiş şəxsin dəlilləri ilə də razılaşmağı mümkün hesab etmir. Belə ki, cinayətin tövsifi törədilmiş konkret əməlin faktiki hallarının cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulmuş tərkib əlamətlərinə uyğunluğunun müəyyən edilməsini tələb edir. Bu zaman yalnız baş vermiş nəticənin ağırlığı deyil, həmin nəticəyə səbəb olmuş hərəkətin xarakteri, təqsirləndirilən şəxsin davranışının motivi və məqsədi, cinayətin törədilmə şəraiti, üsulu, zərərçəkmiş şəxslə qarşılıqlı münasibətlər, habelə təqsirləndirilən şəxsin həmin əməlin tövsifedici əlamətlərinə münasibətdə psixi münasibəti də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli qərarında da cinayətin düzgün tövsifinin ilk növbədə işin faktiki hallarının hərtərəfli müəyyən edilməsini və həmin halların tətbiq edilən cinayət-hüquq normasının tərkib əlamətləri ilə müqayisə edilməsini tələb etdiyi vurğulanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Kollegiya hesab edir ki, hazırkı işdə məhkəmə araşdırması ilə müəyyən edilmiş faktiki hallar Əskərov İlqar Bahadır oğlunun hərəkətlərində Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində nəzərdə tutulan “xüsusi amansızlıqla”, eləcə də həmin Məcəllənin 126.2.4-cü maddəsində nəzərdə tutulan “xuliqanlıq niyyəti ilə” qəsdən sağlamlığa ağır zərər vurma əlamətlərinin mövcudluğu barədə nəticəyə gəlməyə əsas vermir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıqla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-nin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Ali Məhkəmə Plenumun ## #### 2004-cü il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2002-ci il tarixli * №-li Qərarının 6-cı bəndində qeyd olunur ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Əməlin xuliqanlıq niyyəti ilə törədilmiş qəsdən adam öldürmə kimi tövsif olunması, eyni zamanda həmin əməlin CM-in 120.2-ci maddəsində nəzərdə tutulan başqa niyyətlə və ya məqsədlə törədilən cinayət kimi tövsif olunmasını istisna edir. Cinayətin bir neçə müxtəlif niyyətlərdən (motivlərdən) hər hansı biri ilə törədilməsinin müəyyən edilməsi tələb olunan mürəkkəb vəziyyətlərdə, məsələn, xuliqanlıq niyyəti ilə CM-in 120.2-ci maddəsində birbaşa nəzərdə tutulmuş başqa niyyət və ya məqsədlə ehtiva olunan motiv arasında seçim etmək zərurəti yarandıqda, üstün olan, yəni təqsirkarın cinayətkar hərəkətlərini şərtləndirən (əsas hərəkətverici amil kimi çıxış edən) niyyət (motiv) əsas götürülməli və əməlin hüquqi tövsifi bu niyyətə (motivə) uyğun olaraq aparılmalıdır. Kollegiya xüsusilə vurğulayır ki, iş materiallarından və toplanmış sübutlardan görünür ki, hazırkı işdə hadisənin başlanma və inkişaf etmə mexanizmi xuliqanlıq niyyətinin mövcudluğunu deyil, tərəflər arasında konkret münasibətlər zəminində yaranmış qarşıdurmanı göstərir. Belə ki, İlqar Əskərov hadisə yerinə zərərçəkmiş şəxslə hər hansı səbəbsiz qarşıdurma yaratmaq və ya ətrafdakı şəxslərə özünü nümayiş etdirmək məqsədi ilə gəlməmiş, Zərərçəkmiş şəxs onun barəsində nalayiq ifadələr işlədib-işlətmədiyini aydınlaşdırmaq niyyəti ilə onunla qarşılaşmışdır. Bundan əvvəl tərəflər arasında pul məsələsi ilə bağlı mübahisənin olması, hadisədən əvvəl zərərçəkmiş şəxsin İlqar Əskərovu söyməsi və qarşılıqlı fiziki qarşıdurmada ilk zərbənin Zərərçəkmiş şəxs tərəfindən endirilməsi də hadisənin şəxsi münasibətlər zəminində baş verdiyini təsdiq edən mühüm hallardır. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan qanunvericilik normalarının məzmununa görə, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsi həyatdan məhrum etmədə ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyətilə cinayət törətmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi cinayət törətmək üçün bəhanə etməklə (məsələn, papiros vermədiyi üçün) törədilir. Xuliqanlıq niyyətilə cinayət çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərçəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Əməlin xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Əgər digər motivlər (qisas, qısqanclıq və s.) xuliqanlıq niyyətinin tərkib hissəsi kimi çıxış edirsə, bu zəmində törədilən qəsdən sağlamlığa ağır zərər vurma cinayəti CM-nin 126.2.4-cü maddəsi ilə tövsif edilməlidir (məsələn, ictmai nəqliyyatda özünü kobud aparan və ətrafdakılara qarşı laqeydlik göstərən şəxsə sadəcə irad tutan və onun qeyri-hüquqi hərəkətlərinin qarşısını almaq arzusunda olmayan şəxsə zərər vurulması). Ona görə də, törədilmiş cinayətdə motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmədən əvvəlki, cinayəti törətmə prosesində və törədildikdən sonrakı hər bir davranışı dərindən təhlil edilməlidir. Göründüyü kimi, hazırkı işin hallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs İlqar Əskərovun davranışında xuliqanlıq niyyətinə xas olan ictimai qaydalara qarşı açıq etinasızlıq, cəmiyyətə qarşı nümayişkaranə hörmətsizlik, özünü qeyri-müəyyən sayda şəxslərin fövqündə qoyma, habelə ictimai maraqlara və əxlaq normalarına kobud şəkildə laqeydlik göstərmə halları mövcud olmamışdır. Cinayət hadisəsi ictimai asayişin pozulması ilə müşayiət edilməmiş, hadisə zamanı ətrafdakı şəxslərə qarşı zorakılıq, təhlükə yaratma və ya onların diqqətini cəlb etməyə yönəlmiş hər hansı davranış müşahidə olunmamışdır. Bu faktiki vəziyyətdə İlqar Əskərovun hərəkətlərinin əsasını cəmiyyətə qarşı nümayişkaranə hörmətsizlik deyil, konkret şəxs - Zərərçəkmiş şəxs ilə yaranmış qarşıdurma təşkil etmişdir. Hadisənin qarşılıqlı mübahisə zamanı, fiziki qarşıdurmanın başlamasından sonra baş verməsi isə xuliqanlıq niyyətinin mövcudluğunu istisna edən mühüm faktiki haldır. Ali Məhkəmənin Plenumunun mövqeyinə görə də belə hallarda, əgər şəxsin hərəkətləri şəxsi münasibətlər zəminində yaranmış mübahisə və ya dava-dalaşdan irəli gəlirsə və ictimai qaydanı kobud surətdə pozmaq, cəmiyyətə açıqcasına hörmətsizlik göstərmək niyyəti müəyyən edilmirsə, həmin hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. Bu baxımdan, zərərçəkmiş şəxsin apellyasiya şikayətində hadisənin səbəbsiz başlanması, İlqar Əskərovun xüsusi məqsədlə hadisə yerinə gəlməsi və ya onun hərəkətlərinin ictimai qaydaya qarşı yönəlməsi barədə irəli sürdüyü mülahizələr iş üzrə müəyyən edilmiş konkret faktlarla təsdiq olunmadığı üçün 126.2.4-cü maddənin tətbiqi üçün yetərli hesab edilə bilməz. Bundan əlavə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində xüsusi amansızlıq əlamətinin mövcudluğu ilə bağlı zərərçəkmiş şəxsin mövqeyi ilə də razılaşmır. Kollegiya bununla bağlı qeyd edir ki, əvvəla, Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinin tətbiqi üçün yalnız zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasının özü kifayət etmir. Əməlin həmin tövsifedici hal üzrə qiymətləndirilməsi üçün təqsirləndirilən şəxsin ağır zərər vurmaqla yanaşı, bunu xüsusi amansızlıq nümayiş etdirməklə törətməsi, başqa sözlə, onun hərəkətlərində xüsusi amansızlığı xarakterizə edən obyektiv və subyektiv halların mövcudluğu müəyyən edilməlidir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2002-ci il tarixli * №-li Qərarının 8-ci bəndinə əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Hazırkı işin hallarına nəzər saldıqda isə İlqar Əskərovun hərəkətlərinin belə xarakter daşımadığı müəyyən olunur. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş və iş materialları ilə təsdiq olunan hadisənin inkişaf mexanizminə görə tərəflər arasında əvvəlcədən yaranmış qarşılıqlı mübahisə zamanı fiziki qarşıdurma baş vermiş, zərərçəkmiş şəxs İlqar Əskərova yumruqla zərbə endirmiş və bundan sonra İ.Əskərov cavab olaraq Zərərçəkmiş şəxs baş nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Əhəmiyyətli olan da məhz budur ki, İ.Əskərovun həmin hərəkətindən sonra zərərçəkmiş şəxsə qarşı zorakı hərəkətlərin davam etdirilməsi müəyyən edilməmişdir. O, zərərçəkmiş şəxsi ardıcıl və çoxsaylı zərbələrə məruz qoymamış, ona işgəncə verməmiş, xüsusi ağrı və iztirab yetirmək məqsədi ilə hərəkət etməmiş, hadisənin gedişində zərərçəkmiş şəxsi ələ salan və ya onun iztirablarını artırmağa yönələn hərəkətlərə yol verməmişdir. Əksinə, iş üzrə müəyyən edilmiş faktiki vəziyyət hadisənin qəfil qarşıdurma şəraitində baş verdiyini, təqsirləndirilən şəxsin hərəkətinin bir zərbə ilə məhdudlaşdığını və ağır nəticənin həmin zərbədən sonra zərərçəkmiş şəxsin müvazinətini itirərək yerə yıxılması və başının sərt səthə dəyməsi nəticəsində yarandığını göstərir. Bu hallar özlüyündə baş vermiş nəticənin ağırlığını azaltmasa da, həmin nəticənin xüsusi amansızlıq motivi və niyyəti ilə törədildiyini göstərmir. Xüsusilə qeyd edilməlidir ki, zərərçəkmiş şəxsin aldığı xəsarətlərin sayının və ağırlığının çoxluğu avtomatik olaraq onların xüsusi amansızlıqla yetirilməsi nəticəsinə gətirib çıxarmır. Çünki iş üzrə həmin xəsarətlərin böyük hissəsinin məhz yumruq zərbəsinin özündən deyil, zərərçəkmiş şəxsin zərbədən sonra müvazinətini itirərək başı üzərində sərt səthə yıxılması nəticəsində meydana gəldiyi müəyyən edilmişdir. Deməli, nəticənin ağır olması ilə həmin nəticəyə səbəb olan hərəkətin xüsusi amansızlıqla törədilməsi eyni hüquqi anlayış deyildir. Yuxarıda da, qeyd olunduğu kimi, təqsirləndirilən şəxs İlqar Əskərovun əməlində əsas hərəkət birbaşa qəsdən törədilmiş, baş vermiş ağır nəticəyə münasibət dolayı qəsd formasında ifadə olunmuş, beləliklə də, ağır xəsarətin yaranması ilə təqsirləndirilən şəxsin davranışı arasında səbəbli əlaqə mövcud olmuşdur. Bu baxımdan, kollegiya hesab edir ki, zərərçəkmiş şəxsin apellyasiya şikayətində xəsarətlərin ağırlığına və nəticənin ciddiliyinə istinad etməsi CM-nin 126.2.3-cü maddəsinin zəruri subyektiv və obyektiv əlamətlərinin mövcudluğunu təsdiq etmir. Eyni zamanda, kollegiya onu da qeyd edir ki, zərərçəkmiş şəxsin qardaşı şahid4 hadisə yerində olması da İlqar Əskərovun hərəkətini xüsusi amansızlıqla törədilmiş əməl kimi qiymətləndirmək üçün kifayət etmir. İş materiallarında şahid4 hadisə zamanı təqsirləndirilən şəxsin həmin yerdə olduğunu gördüyü və ya İlqar Əskərovun onun hadisəni müşahidə etdiyini bildiyi barədə xüsusi və mötəbər sübut müəyyən edilməmişdir. Əksinə, zərərçəkmiş şəxsin öz ifadəsindən də görünür ki, hadisə zamanı ətrafın qaranlıq olması, Pərvizin onlardan təxminən 10 metr aralıda dayanması, onun İlqar Əskərovu görüb-görməməsinin məlum olmaması barədə qeyri-müəyyənlik mövcuddur. Belə olan halda yalnız zərərçəkmiş şəxsin yaxın qohumunun hadisə yerinə yaxın məsafədə olması faktından çıxış etməklə İlqar Əskərovun həmin şəxsin gözü qarşısında zərərçəkmişə xüsusi ağrı və iztirab vermək niyyətində olduğu nəticəsinə gəlmək mümkün deyildir. Ali Məhkəmə Plenumunun qeyd olunan qərarında da cinayətin yaxın adamın yanında törədilmə halının xüsusi amansızlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın seçdiyi üsulla həmin yaxın adama xüsusi əzab verdiyini dərk etməsinin zəruri olduğu göstərilmişdir. Başqa sözlə, burada yalnız obyektiv faktın, yəni zərərçəkmiş şəxsin qardaşının hadisə yerində olmasının mövcudluğu deyil, həmin faktın təqsirləndirilən şəxsin psixi münasibətində hansı məna daşıması müəyyən edilməlidir. İş üzrə isə İlqar Əskərovun məhz şahid4 hadisəni müşahidə etməsini bildiyi və bundan istifadə etməklə zərərçəkmiş şəxsə və ya onun qardaşına xüsusi iztirab vermək məqsədi güddüyünü təsdiq edən sübut yoxdur. Bu səbəbdən, zərərçəkmiş şəxsin apellyasiya şikayətində hadisənin onun qardaşının yanında baş verməsinə xüsusi amansızlığın sübutu kimi istinad edilməsi də işin faktiki halları ilə uzlaşmır. Beləliklə, iş üzrə müəyyən edilmiş bütün faktiki hallar birlikdə qiymətləndirildikdə, Əskərov İlqar Bahadir oğlunun əməlində Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələrində nəzərdə tutulan tövsifedici əlamətlərin mövcudluğu barədə nəticəyə gəlmək üçün kifayət qədər hüquqi və faktiki əsas yaratmır. Odur ki, kollegiya hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs İlqar Əskərovun əməlinə münasibətdə Cinayət Qanununun müvafiq maddəsində nəzərdə tutulmuş xüsusi amansızlıq və xuliqanlıq niyyəti müddəasının düzgün şərh edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Bununla yanaşı, zərərçəkmiş şəxsin apellyasiya şikayətində şahid8 və şahid7 da cinayət məsuliyyətinə cəlb edilməli olmaları barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər də əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarında olan “sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” ## ####### 2025-ci il tarixli qərardan görünür ki, ibtidai araşdırma orqanı tərəfindən şahid8 və şahid7 hərəkətlərinə də hüquqi qiymət verilmiş və onların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın qanuniliyinə və əsaslılığına zərərçəkmiş şəxs tərəfindən qanunla müəyyən edilmiş qaydada etiraz edilməsinə dair iş materiallarında hər hansı məlumat yoxdur. Digər tərəfdən, şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin həlli üçün onların konkret cinayət əməlini törətmələrini təsdiq edən mötəbər sübutların mövcudluğu zəruridir. Hazırkı apellyasiya icraatında isə şahid8 və şahid7 CM-nin 126-cı maddəsində nəzərdə tutulan cinayəti törətmələrini təsdiq edən belə sübutların mövcudluğu müəyyən edilməmişdir. Bu səbəbdən yalnız zərərçəkmiş şəxsin həmin şəxslərin də məsuliyyətə cəlb olunmalı olması barədə mülahizəsi onların cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən hüquqi əsas kimi qəbul edilə bilməz. Eyni zamanda, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan narazı olan şəxsin həmin qərarın qanuniliyini və əsaslılığını qanunla müəyyən edilmiş qaydada mübahisələndirmək hüququ vardır. Belə ki, CPM-in 212.3-cü maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud qanunda nəzərdə tutulmuş hallarda məhkəməyə şikayət verilə bilər. Habelə CPM-in 449.3.5-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar məhkəmə nəzarəti qaydasında yoxlanıla bilən prosessual qərarlardandır. Konstitusiya Məhkəməsinin Plenumu da bu məsələyə dair hüquqi mövqeyində cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın qanuniliyi və əsaslılığının məhkəmə nəzarəti qaydasında yoxlanılmasının mümkünlüyünü təsdiq etmişdir. Buna görə də, zərərçəkmiş şəxsin hazırkı apellyasiya şikayəti çərçivəsində şahid8 və şahid7 cinayət məsuliyyətinə cəlb edilməli olması barədə dəlilləri onların barəsində qəbul edilmiş ayrıca prosessual qərarın qanuniliyini və əsaslılığını mübahisələndirmək imkanını əvəz etmir. Həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsi və barələrində cinayət təqibinin həyata keçirilməsinin zəruriliyi məsələsi müvafiq prosessual qaydada həll edilməli olduğundan, bu dəlillər hazırkı apellyasiya baxışının predmetinə aid hesab edilə və qiymətləndirilə bilməz. Beləliklə, apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını apellyasiya şikayətlərinin dəlilləri ilə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, İlqar Əskərovun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə işə baxmış birinci instansiya məhkəməsi Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək İlqar Əskərovun təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Kollegiya iş üzrə yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, İlqar Əskərova CM-nin 126.1ci maddəsi ilə istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs İlqar Əskərovun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirli olması tam təsdiq olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri formal xarakterli dəlillər olmaqla əsassızdır. İlqar Əskərovun ona istinad edilən cinayəti törətməsi işdə olan mötəbər sübutlarla tam təsdiq olunur. Həmin sübutlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni üsullarla əldə edilmişdir, mənbələri, habelə mənsubiyyəti məlumdur, təqsirliliklə bağlı hissədə müəyyən nəticəyə gəlmək üçün kifayət edirlər. Bu baxımdan həmin sübutlar CPM-nin 125-ci maddəsinə əsasən mötəbər sübutlar kimi qəbul olunmalıdır. Odur ki, kollegiya belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə əməlin hüquqi tövsifinin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hеsаb еdir ki, istər ibtidai araşdırma zamanı, istərsə də açıq, qərəzsiz, оbyеktiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl еdilməklə kеçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəхslərin müdafiə hüquqları tam həcmdə təmin еdilmiş və məhkəmə baхışı zamanı hər hansı kоbud prоsеssual qanun pоzuntusuna yоl vеrilməmişdir. Məhkəmə kollegiyası əməlin düzgün olaraq CM-nin 126.1-ci maddəsi ilə tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs Əskərov İlqar Bahadir oğluna birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Türkoba kənd İƏD-si üzrə nümayəndəliyindən verilmiş ## ####### 2025-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Əskərov İlqar Bahadir oğlu Masallı rayonu, Şatıroba kəndində qeydiyyatda olmaqla ailə üzvüləri ilə birlikdə yaşamış, himayəsində ## ###### 2007-ci il təvəllüdlü Nərmin Əskərova, ## ###### 2009-cu il təvəllüdlü Zeynəb Əskərova və ## ###### 2013-cü il təvəllüdlü Pərvin Əskərov adlı uşaqları vardır, yaşayış yeri üzrə mənfi xarakterizə olunmuşdur. İş materiallarında olan 2# #### 2025-ci il tarixli tələbnamədən görünür ki, Əskərov İlqar Bahadir oğlu Masallı Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 194.1-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 11 (on bir) ay 23 (iyirmi üç) gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, ## #### 2024-cü il tarixdə cəza müddəti başa çatmışdır. Məhkumluğu ödənilməmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada götürülməmişdir. Həmçinin iç materiallarında olan Masallı Rayon İcra və Probasiya Şöbəsinin ## ####### 2025-ci il tarixli, *-****/**-**-** nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-***/** nömrəli qərarına əsasən İlqar Əskərov cəzasının çəkilməmiş 11 (on bir) ay 23 (iyirmi üç) gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cəza müddəti ## #### 2024-cü il tarixdə başa çatdığı üçün məhkum İlqar Əskərovun şəxsi işi Masallı rayon İcra və Probasiya Şöbəsinin probasiya qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayətlərə münasibətdə şəxsin cəzasını çəkib qurtardığı gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, məhkumluğu ödənilmədən və götürülmədən İlqar Əskərov yenidən qəsdən hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması cinayətlərin residivi hesab olunur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum edilmiş şəxs İlqar Əskərova cəza təyin edərkən onun himayəsində bir nəfər azyaşlı uşağının olmasını CMnin 59.1.4-cü maddəsinə, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, ailə, maddi və sosial vəziyyətini, ailəsində tək qazanc gətirən şəxs olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” ## ######## 2010-cu il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 65.2-ci maddəsinin tələblərinə görə, İlqar Əskərova CM-nin 126.1-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrumetmə cəzasından az cəza verilə bilməz. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Əskərov İlqar Bahadir oğlu CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə almaqla, İlqar Əskərova düzgün olaraq qeyd olunan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Məhkəmə bu cəza növünü seçməklə işin faktiki hallarını düzgün qiymətləndirmiş, cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, ümumilikdə cəza təyini məsələsində CM-nin 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuşdur. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə ədalətsiz olaraq aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlili formal mülahizələrə əsaslanmışdır. Kollegiyanın qənaətincə, İlqar Əskərovun ona təyin olunmuş həddə azadlıqdan məhrum etmə növündə növündə cəza çəkməklə islah olunmasının mümkünlüyünü şübhə altına alan hallar yoxdur. Odur ki, apellyasiya şikayətinin cəzanın yüngüllüyü ilə bağlı dəlilləri də kifayət qədər ədalətli olan cəzanın daha da ağırlaşdırılmasına əsas vermir. Kollegiya, həmçinin onu da vurğulayır ki, humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkum olunmuş şəxs İlqar Əskərova təyin edilmiş cəza da kifayət qədər ciddi və ağır, eləcə də, məhkumun törətmiş olduğu cinayət əməlinə uyğundur. Bu halda məhkuma təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, heç də ağır cəzaların təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Məhkəmə kollegiyası bu konteksdən çıxış edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkum Əskərov İlqar Bahadir oğlunun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları düzgün olaraq nəzərə almış, qanuni və əsaslı hökm çıxarmışdır. Beləliklə, qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cəza məsələsində də düzgün nəticəyə gəlmiş, bu hissədə cinayət və cinayət-prosessual qanunvericiliyi düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Məhkum edilmiş şəxs Əskərov İlqar Bahadir oğlunun müdafiəçisi İbrahimov Elvin Telman oğlu və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov