Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-245/2026 25.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlunun sədrliyi ilə, Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, məhkum edilmiş şəxsin müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## ###### 1969-cu ildə Şamaxı rayonu, Sabir kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, Kürdəmir rayonu, Çöhranlı kəndində qeydiyyatda olmaqla Sabirabad rayonu, Güdəcühür kəndində yerləşən * nömrəli qaçqın qəsəbəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CMin) 181.2.4 və 181.2.5-ci maddələri ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər X3 (sədrlik edən), X5 və X4 ibarət tərkibdə) Təqsirləndirilən şəxs CM-in 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının ## #### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hökmlə həmçinin, maddi sübutlar məsələsi də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, işinə apellyasiya qaydasında baxılmasını və CM-in 180-ci maddəsi ilə əvəz olunması ilə bağlı köməklik göstərilməsini xahiş etmişdir. IŞIN HALLARI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən CM-in 181.2.4 və 181.2.5ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və silah qismində istifadə edilən əşyalar tətbiq etməklə zorakılıq ediləcəyi hədəsi ilə müşayiət edilən basqın, yəni quldurluq yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə ## #### 2025-ci il tarixdə, saat 10 radələrində Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs yaxınlaşaraq 100 manat pul vəsaitinin müqabilində tək halda Şirvan şəhərinə aparılması barədə razılaşdıqdan sonra, həmin gün saat 12 radələrində Hacıqabul rayonu, Ağacanlı kəndi ərazisində sonuncunun idarə etdiyi “Opel Astra” markalı, 77-KX928 dövlət qeydiyyat nişanlı avtomobillə Ağacanlı kəndi istiqamətində hərəkətdə olan zaman sənədinin guya avtomobilin yük hissəsində olması görüntüsü yaratmaqla avtomobili yolun sağ ehtiyyat hissəsində saxlanılmasına nail olmuş, avtomobildən düşdükdən sonra ilkin cinayətkar niyyətini həyata keçirilməsi məqsədilə Zərərçəkmiş şəxsla aralarında mübahisənin yaranmasına zəmin yaradaraq onun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla müşayiət edilən basqın edərək, yəni zor tətbiq edilməsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər nümayiş etdirirək Zərərçəkmiş şəxs çənədə və sol dirsəkdə sıyrıqlarla müşayiət olunan dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, daha sonra ona əlində olan istintaqa məlum olmayan bir ədəd bıçağı nümayiş etdirərək həmin bıçağı tətbiq etməklə zorakılıq hərəkətlərini davam edəcəyi barədə hədələyib sonuncuya məxsus 13000 manat dəyərində “Opel Astra” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobili, 300 manat dəyərində “Redmi” markalı mobil telefonu, həmin mobil telefonun üzərində olan 3 manat dəyərində ***-***-**-** saylı mobil nömrəni, 50 manat dəyərində “Nokia 8800” markalı mobil telefonu, həmin mobil telefonun üzərində olan 2 manat dəyərində ***-***- **-** saylı mobil nömrəni və açarlıq hissədə olan 150 manat nağd pul vəsaiti olmaqla, zərərçəkmiş şəxsə məxsus cəmi xeyli miqdar təşkil edən 13505 (on üç min beş yüz beş) manat dəyərində əmlakları silah qismində istifadə edilən əşyalar tətbiq etməklə quldurluq yolu ilə ələ keçirmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Hökmü qanunsuz hesab edir. Ibtidai istintaq zamanı kobud qanun pozuntularına yol verilmişdir. Çünki qeyd olunan maddələrlə özünü təqsirli bilmir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilərək, Təqsirləndirilən şəxs əməli üzrə CM-in 180-ci maddəsinə tövsif edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyə uyğun olaraq məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət- Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı təqsirləndirilən və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; apellyasiya icraatı mahiyyətcə təqsirləndirilən və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını təqsirləndirilən və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Apellyasiya şikayətinin məzmunundan və məhkəmədə olan çıxışından görünür ki, Təqsirləndirilən şəxs ona CM-in 181-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməmiş, həmin maddənin CM-in 180-ci maddəsinə tövsif edilməsini xahiş edir. Məhkəmə kollegiyası apelyasiya şikayətini müzakirə edərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, dövlət ittihamçısının çıxışlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 181.2.4 və 181.2.5-ci maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir. Bu iş üzrə apellyasiya instansiyasında əsas hüquqi mübahisə ondan ibarətdir ki, təqsirləndirilən şəxsin əməli CM-in 180-ci maddəsi (soyğunçuluq) ilə deyil, məhz CM-in 181-ci maddəsi (quldurluq) ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin apellyasiya şikayətində əməlin CM-in 180-ci maddəsinə tövsif edilməli olması barədə dəlili işin faktiki halları, cinayət qanunvericiliyinin məzmunu, Ali Məhkəmə Plenumunun hüquqi mövqeyi, eləcə də beynəlxalq hüququn qəbul olunmuş prinsipləri baxımından əsassızdır. Iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəlcədən özgənin əmlakını ələ keçirmək niyyəti ilə zərərçəkmiş Zərərçəkmiş şəxs yaşayış məntəqəsindən kənar əraziyə aparmış, avtomobili saxlamaq üçün bəhanə yaratmış, sonra isə zərərçəkmiş şəxsə fiziki zor tətbiq etmiş, onun çənə və dirsək nahiyəsinə xəsarətlər yetirmiş, bundan sonra əlində olan bıçağı nümayiş etdirərək həmin bıçağı tətbiq edəcəyi ilə hədələmiş və yalnız bu zorakılığın təsiri altında zərərçəkmişə məxsus avtomobili, mobil telefonları və pul vəsaitini ələ keçirmişdir. Belə faktiki hallar cinayətin məhz hücum xarakterli olduğunu, əmlakın açıq şəkildə götürülməsinin zərərçəkmişin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq və silah qismində istifadə edilən əşya tətbiq etməklə müşayiət olunduğunu təsdiq edir. CM-in 180-ci maddəsində nəzərdə tutulan soyğunçuluğun obyektiv cəhəti özgənin əmlakının açıq talanmasından ibarətdir. Bu cinayət zamanı təqsirkar əmlakı zərərçəkmişin və ya digər şəxslərin gözü qarşısında açıq şəkildə ələ keçirir. Soyğunçuluq zamanı zor tətbiq edilə bilər, lakin həmin zorakılıq yalnız əmlakın ələ keçirilməsini asanlaşdırmağa xidmət etməli və öz xarakterinə görə zərərçəkmişin həyatı və ya sağlamlığı üçün real təhlükə yaratmamalıdır. Başqa sözlə, soyğunçuluq zamanı tətbiq edilən fiziki təsir zərərçəkmişin müqavimətini aradan qaldırmağa yönəlsə də, onun həyatına və ya sağlamlığına ciddi təhlükə törətməməlidir. Bu baxımdan, soyğunçuluqda zorakılıq əmlak cinayətinin törədilməsinə köməkçi vasitə kimi çıxış edir. Bunun əksinə olaraq, CM-in 181-ci maddəsində nəzərdə tutulan quldurluq cinayətində zorakılıq artıq ikinci dərəcəli vasitə deyil, cinayətin ayrılmaz və müəyyənedici elementidir. Quldurluğun obyektiv cəhəti əmlakı ələ keçirmək məqsədilə həyata keçirilən basqından ibarətdir və həmin basqın mütləq surətdə zərərçəkmişin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılığın tətbiq ediləcəyi real hədə ilə müşayiət olunmalıdır. Burada qanunverici əmlakın açıq və ya gizli şəkildə götürülməsini deyil, məhz insanın fiziki toxunulmazlığına qarşı yaradılan yüksək təhlükəni cinayətin əsas fərqləndirici əlaməti kimi qəbul etmişdir. Məhkəmə kollegiyası iki cinayət tərkibinin qanunvericilikdəki dəqiq ifadəsini də xüsusi olaraq vurğulayır. Belə ki, CM-in 180.1-ci maddəsinin dispozisiyasına görə soyğunçuluq — özgənin əmlakının açıq talanmasından ibarətdir; həmin maddənin 180.2.4-cü bəndi isə yalnız zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zorakılıq tətbiq etməklə (yaxud belə zorakılıq tətbiqi hədəsi ilə) törədilən soyğunçuluğu əhatə edir. CM-in 181.1-ci maddəsinin dispozisiyasına görə isə quldurluq — başqasının əmlakını ələ keçirmək məqsədilə həyat və ya sağlamlıq üçün təhlükəli olan zorakılıq tətbiq etməklə, yaxud belə zorakılıq tətbiq etmək hədəsi ilə edilən basqındır. Bu normaların müqayisəsi göstərir ki, qanunvericinin iradəsinə əsasən hər iki tərkibi bir-birindən ayıran yeganə həlledici meyar tətbiq edilən və ya hədələnən zorakılığın zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olub-olmamasıdır. Hazırkı işdə müəyyən edilmiş zorakılıq — əvvəlcə fiziki hücum, sonra isə kəsici-deşici alət olan bıçağın nümayiş etdirilərək tətbiqi ilə hədələmə — məhz CM-in 181.1-ci maddəsində nəzərdə tutulan həyat və sağlamlıq üçün təhlükəli zorakılıq əlamətini tam ehtiva etdiyindən, əməlin CM-in 180-ci maddəsinə tövsif edilməsi tələbi qanunun məzmununa ziddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2005-ci il tarixli "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Qərarında da məhkəmələrə izah edilmişdir ki, quldurluğun soyğunçuluqdan əsas fərqləndirici əlaməti həyatı və sağlamlığı üçün təhlükəli zorakılığın və ya belə zorakılığın tətbiq ediləcəyi real hədənin mövcudluğudur. Plenum xüsusi olaraq vurğulamışdır ki, silahın və ya silah qismində istifadə edilən əşyanın nümayiş etdirilməsi, həmin əşyanın tətbiq ediləcəyinə dair zərərçəkmişdə real təhlükə hissi yaratması və bu yolla onun iradəsinin sındırılması quldurluq cinayətinin xarakterik əlamətidir. Belə hallarda əməlin CM-in 180-ci maddəsi ilə tövsif olunması istisna edilir. Hazırkı cinayət işinin faktiki halları göstərir ki, təqsirləndirilən şəxsin hərəkətləri məhz bu hüquqi meyarlara tam uyğundur. Belə ki, Təqsirləndirilən şəxs təsadüfi yaranmış mübahisə nəticəsində əmlakı açıq şəkildə götürməmiş, əvvəlcədən hazırladığı plan əsasında zərərçəkmişi yaşayış məntəqəsindən uzaq, köməksiz vəziyyətdə qalacağı əraziyə aparmış, avtomobili saxlamaq üçün bəhanə yaratmış, bundan sonra isə cinayətkar niyyətini həyata keçirmək məqsədilə əvvəlcə zərərçəkmişə fiziki hücum etmiş, ona bədən xəsarətləri yetirmiş, ardınca isə əlində olan bıçağı nümayiş etdirərək həmin bıçaqdan istifadə etməklə zorakılığı davam etdirəcəyi barədə real hədə yaratmışdır. Diqqətəlayiq hal ondan ibarətdir ki, zərərçəkmiş əmlakını könüllü şəkildə verməmiş, məhz həyatına və sağlamlığına yönəlmiş real təhlükə səbəbindən müqavimət göstərmək imkanını itirmişdir. Təqsirləndirilən şəxs tərəfindən nümayiş etdirilən bıçaq adi qorxutma vasitəsi deyil, insan həyatına qəsd etmək imkanına malik kəsici-deşici alət olmuşdur. Belə alətin nümayiş etdirilməsi və onun tətbiq ediləcəyi ilə bağlı yaradılmış real təhlükə zərərçəkmişin iradəsini sındırmış və əmlakın ələ keçirilməsini təmin etmişdir. Bu halda əmlakın əldə olunmasının əsas səbəbi açıq talama deyil, həyatı və sağlamlığı üçün təhlükəli zorakılığın tətbiqi və həmin zorakılığın davam etdiriləcəyi barədə real hədə olmuşdur. Qeyd edilməlidir ki, quldurluq cinayətinin mövcudluğu üçün zərərçəkmişə ağır və ya az ağır bədən xəsarəti yetirilməsi qanunun tələb etdiyi məcburi əlamət deyildir. Cinayət-hüquqi qiymətləndirmə zamanı həlledici meyar tətbiq olunmuş zorakılığın nəticəsi deyil, onun xarakteri və obyektiv olaraq yaratdığı təhlükədir. Məhz buna görə də silahın və ya silah qismində istifadə edilən əşyanın nümayiş etdirilməsi, hətta faktiki istifadə edilməsə belə, əgər zərərçəkmişdə həyat və sağlamlıq üçün real təhlükə hissi yaradırsa, bu, quldurluq tərkibinin mövcudluğu üçün kifayət edir. Hazırkı işdə isə təkcə bıçaq nümayiş etdirilməmiş, bundan əvvəl zərərçəkmişə fiziki zor tətbiq edilmiş, sonradan isə həmin zorakılığın bıçaq vasitəsilə davam etdiriləcəyi ilə bağlı real təhlükə yaradılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2005-ci il tarixli "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Qərarında məhkəmələrə izah edilmişdir ki, quldurluğun soyğunçuluqdan əsas fərqi məhz həyatı və sağlamlığı üçün təhlükəli zorakılığın və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsinin mövcudluğudur. Plenum qeyd etmişdir ki, silahın və ya silah qismində istifadə edilən əşyanın nümayiş etdirilməsi və onun tətbiq ediləcəyi barədə real təhlükə yaradılması quldurluğun tərkibini yaradır və belə hallarda əməl soyğunçuluq kimi qiymətləndirilə bilməz. Plenumun hüquqi mövqeyinə əsasən, quldurluq cinayəti əmlakın faktiki ələ keçirilib-keçirilməməsindən asılı olmayaraq, həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla müşayiət olunan hücum anından başa çatmış hesab edilir. Hazırkı işdə məhz həmin əlamətlər tam şəkildə mövcuddur. Birincisi, təqsirləndirilən şəxs əvvəlcədən cinayət planı quraraq zərərçəkmişi təcrid olunmuş əraziyə aparmışdır. Ikincisi, zərərçəkmişə fiziki zor tətbiq edilərək bədən xəsarətləri yetirilmişdir. Üçüncüsü, bundan dərhal sonra bıçaq nümayiş etdirilmiş və həmin bıçaqdan istifadə ediləcəyi ilə bağlı real hədə yaradılmışdır. Dördüncüsü, məhz bu hücum nəticəsində zərərçəkmiş öz əmlakını itirmişdir. Bu hallar birlikdə qiymətləndirildikdə cinayətin sadəcə açıq talama deyil, həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla müşayiət olunan basqın olması şübhə doğurmur. Əməlin tövsifedici əlamətlərinin konkret bəndlər üzrə qiymətləndirilməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təsdiq edir. CM-in 181.2.4-cü maddəsi (xeyli miqdarda əmlak ələ keçirməklə törədilən quldurluq) baxımından: zərərçəkmişdən ələ keçirilmiş əmlakın ümumi dəyəri 13.505 manat təşkil edir ki, bu da CM-in 177-ci maddəsinin “Qeyd” hissəsində müəyyən edilmiş “xeyli miqdar” anlayışına tam uyğun gəlir; ələ keçirilmiş əmlakın siyahısı, dəyəri və miqdarı iş üzrə mübahisələndirilmir. CM-in 181.2.5-ci maddəsi (silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədilən quldurluq) baxımından: təqsirləndirilən şəxs tərəfindən nümayiş etdirilən və tətbiqi ilə hədələnilən bıçaq öz təbiətinə görə insan həyatına real qəsd imkanına malik kəsici-deşici alət olub, məhz silah qismində istifadə edilən əşya sayılır. Beləliklə, hər iki tövsifedici bəndin obyektiv əlamətləri iş materialları ilə tam təsdiqlənir və təqsirləndirilən şəxsin əməlində CM-in 181.2.4 və 181.2.5-ci maddələrinin tərkibləri tam həcmdə mövcuddur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs onun əlində bıçaq olmaması barədə dəlilinə gəldikdə isə, məhkəmə kollegiyası bu mövqeyi əsassız hesab edir və aşağıdakı dəlillərlə rədd edir. Iş materiallarından görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs həm ibtidai istintaq mərhələsində verdiyi ilkin izahatından başlayaraq, həm də sonrakı bütün ifadələrində ardıcıl və dəyişməz şəkildə bildirmişdir ki, təqsirləndirilən şəxs onu əlində olan qatlanan bıçaqla hədələmiş və həmin bıçağı tətbiq edəcəyi ilə qorxutmuşdur. Zərərçəkmişin ifadələrinin ilkin izahatdan sonadək eyni məzmunda qalması, daxili ziddiyyətdən kənar olması və işin digər sübutları ilə, o cümlədən onun çənə və sol dirsək nahiyəsində aşkar edilmiş bədən xəsarətləri, hadisənin ardıcıllığı və əmlakın faktiki ələ keçirilməsi ilə üst-üstə düşməsi həmin ifadələri Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsi baxımından mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə sübut kimi qiymətləndirməyə əsas verir. Buna qarşı təqsirləndirilən şəxsin bıçağın olmaması barədə iddiası heç bir obyektiv sübutla təsdiqlənmir, işdəki sübutlar məcmusu ilə təkzib olunur və məhkəmə kollegiyası tərəfindən cinayət məsuliyyətini yüngülləşdirməyə yönəlmiş müdafiə mövqeyi kimi qiymətləndirilir. Eyni zamanda qeyd olunmalıdır ki, bıçağın hadisədən sonra aşkar edilməyərək istintaqa məlum olmaması nə onun mövcudluğunu, nə də əməlin CM-in 181.2.5-ci maddəsi ilə tövsifini şübhə altına alır; çünki həm qanunun dispozisiyası, həm də Ali Məhkəmə Plenumunun yuxarıda göstərilən hüquqi mövqeyi silah qismində istifadə edilən əşyanın fiziki olaraq ələ keçirilməsini deyil, onun nümayiş etdirilməsi və tətbiqi hədəsinin mötəbər sübutlarla təsdiqini tələb edir. Belə olduqda zərərçəkmişin ardıcıl ifadələri və onları təsdiq edən sübutlar məcmusu təqsirləndirilən şəxsin əməlində bıçağın silah qismində istifadə edilən əşyanın tətbiqi əlamətini şübhəsiz şəkildə sübuta yetirir. Təqsirləndirilən şəxs apellyasiya şikayətində əməlin CM-in 180-ci maddəsinə tövsif edilməli olması barədə mövqeyi həm də ona görə qəbul edilə bilməz ki, CM-in 180-ci maddəsində nəzərdə tutulan zorakılıq həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılığı əhatə edir. Halbuki, hazırkı işdə zərərçəkmiş əvvəlcə fiziki hücuma məruz qalmış, sonra isə bıçaq nümayiş etdirilməklə onun həyatı üçün real təhlükə yaradılmışdır. Hüquqi qiymətləndirmə zamanı mühüm olan yalnız faktiki xəsarətin ağırlığı deyil, tətbiq edilən zorakılığın xarakteri və zərərçəkmişdə yaratdığı real təhlükədir. Bıçaq kimi kəsici-deşici alətin nümayiş etdirilməsi və ondan istifadə ediləcəyi ilə bağlı hədə artıq həyat və sağlamlıq üçün təhlükəli zorakılıq hədəsi hesab olunur və bu hal CM-in 181-ci maddəsinin dispozisiyasına tam uyğundur. Beynəlxalq hüquqi yanaşma da eyni nəticəyə gətirib çıxarır. Insan hüquqlarına dair beynəlxalq standartlarda zor tətbiq edilməklə törədilən əmlak cinayətləri qiymətləndirilərkən zorakılığın intensivliyi, zərərçəkmişin iradəsinin təhlükə altında sındırılması və silahdan istifadə edilməsinin yaratdığı real risk əsas meyar hesab edilir. Avropa Şurası tərəfindən qəbul edilmiş cinayət siyasətinə dair sənədlərdə də silah tətbiqi və ya silah tətbiqi təhlükəsi ilə müşayiət olunan əmlak cinayətləri xüsusi təhlükəlilik dərəcəsinə malik cinayətlər kimi qiymətləndirilir. Bu yanaşmanın məqsədi yalnız əmlak münasibətlərini deyil, ilk növbədə insanın həyat və sağlamlığını qorumaqdır. Bundan əlavə, Avropa Insan Hüquqları Məhkəməsi öz hüquqi mövqelərində dəfələrlə vurğulamışdır ki, dövlətlər zor tətbiq edilməklə törədilən cinayətlərin düzgün hüquqi tövsifini vermək və insanların fiziki toxunulmazlığını effektiv cinayət-hüquqi vasitələrlə müdafiə etmək öhdəliyinə malikdirlər. Bu baxımdan, həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq elementləri mövcud olduğu halda cinayətin daha yüngül hüquqi normaya tövsif edilməsi cinayət qanununun məqsədlərinə uyğun olmaz. Konkret olaraq, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 7-ci maddəsində təsbit edilmiş qanunilik (nullum crimen, nulla poena sine lege) prinsipi cinayət əməlinin dəqiq, əlçatan və qabaqcadan görülə bilən qaydada onun faktiki məzmununa uyğun normaya tövsif edilməsini tələb edir. Avropa Insan Hüquqları Məhkəməsinin sabit təcrübəsinə görə isə Konvensiyanın 2 və 3-cü maddələri dövlətin üzərinə şəxsin həyatını və fiziki toxunulmazlığını səmərəli cinayət-hüquqi mexanizmlərlə qorumaq üzrə müsbət öhdəlik qoyur. Hər iki müddəa baxımından həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla müşayiət olunan əmlak cinayətinin daha yüngül norma olan CM-in 180-ci maddəsi ilə tövsif edilməsi yolverilməz olardı, çünki bu, həm milli cinayət qanununun, həm də beynəlxalq standartların məqsədlərinə zidd nəticəyə gətirib çıxarardı. Hazırkı cinayət işində müəyyən edilmiş sübutlar göstərir ki, təqsirləndirilən şəxsin əsas məqsədi əmlakı sadəcə açıq şəkildə götürmək deyil, zərərçəkmişin müqavimətini həyatı üçün real təhlükə yaratmaqla qırmaq olmuşdur. Məhz buna görə əvvəlcə fiziki hücum edilmiş, daha sonra isə bıçaq nümayiş etdirilərək zorakılıq davam etdirilmişdir. Belə ardıcıl hərəkətlər quldurluq cinayətinin obyektiv və subyektiv əlamətlərini tam şəkildə təşkil edir. Nəticə etibarı ilə, cinayət tərkibinin obyekti, obyektiv cəhəti, subyektiv cəhəti və tövsifedici əlamətləri birlikdə qiymətləndirildikdə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməlində CM-in 180-ci maddəsinin zəruri tərkib əlamətləri deyil, CM-in 181.2.4 və 181.2.5-ci maddələrinin bütün tərkib əlamətləri mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 181.2.4 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittihamla bağlı işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin CM-in 181.2.4 və 181.2.5ci maddələri ilə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqi mövqeyi hazırkı işə birbaşa tətbiq olunur: cinayət əməli onun həqiqi tərkib əlamətlərinə uyğun — nə daha ağır, nə də daha yüngül normaya — tövsif edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin süni şəkildə CM-in 180-ci maddəsinə endirilməsi məhz bu mövqeyə zidd olub, cinayət törətməkdə təqsirli olan şəxsin əməlinin əsl ictimai təhlükəlilik dərəcəsinin gizlədilməsi anlamına gələrdi. Belə yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasının düzgün tətbiqi tələbinə, 127-ci maddəsinin İ və II hissələrində nəzərdə tutulmuş, hakimlərin işlərə qərəzsiz, ədalətlə, faktlara və qanuna müvafiq baxması prinsipinə, eləcə də CM-in 5–9-cu maddələrində təsbit olunmuş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə uyğun gəlmir. Buna görə də əməlin CM-in 181.2.4 və 181.2.5-ci maddələri ilə tövsifi yeganə qanuni və əsaslı həll variantıdır. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlləri CM-in 181.2.4 və 181.2.5-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs aşağı həddə cəza təyin edilməsi üçün əsaslar müəyyən etmir. CM-in 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayət hüquqi xarakterli tədbirdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edərkən və cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəticəsinə gələrkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Belə ki, məhkəmə kollegiyası cəzanın təyin edilməsi məsələsini həll edərkən nəzərə alır ki, Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı alternativ cəza növü yoxdur. Cəzanın növü və həddi təqsirkarın törətdiyi əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin törədilmə şəraiti, təqsirkarın şəxsiyyəti, habelə cəzanın islah etmə və yeni cinayətlərin qarşısının alınması məqsədlərinə real surətdə hansı cəza növü ilə nail olmağın mümkün olması nəzərə alınmaqla fərdiləşdirilməlidir. Iş materiallarından görünür ki, təqsirləndirilən şəxsin xeyrinə nəzərə alına bilən yüngülləşdirici və onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bu xüsusatlar özlüyündə və birmənalı qaydada azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növünün tətbiqini zəruri etmir. Cəzanın növünün seçilməsi məsələsini təqsirləndirilən şəxsin şəxsiyyəti və əvvəlki davranışı ilə birlikdə qiymətləndirməlidir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, təqsirləndirilən şəxs bundan əvvəl də eyni xarekterli cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bu hal hazırkı iş üzrə cəzanı ağırlaşdıran hal kimi deyil, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən, onun islah olunma perspektivini və əvvəlki cəza tədbirlərindən nəticə çıxarma qabiliyyətini qiymətləndirməyə imkan verən mühüm məlumat kimi nəzərə alınır. Başqa sözlə, söhbət əvvəlki məhkumluqların formal mövcudluğundan deyil, həmin cəza tədbirlərinin şəxs üzərində lazımi islahedici və çəkindirici təsir göstərməməsinin aşkar olmasından gedir. Şəxsin daha əvvəl azadlıqdan məhrum etmə cəzası çəkmiş olmasına baxmayaraq yenidən qəsdən talama cinayətləri törətməsi göstərir ki, onun davranışında hüquq qaydalarına davamlı etinasızlıq, özgə əmlakına qarşı qeyri-sabit münasibət və qanuni həyat tərzinə uyğunlaşmama meyli qalmaqdadır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, cəmiyyətlə təmasdan təcrid olunmadan tətbiq edilən daha yüngül cəza növləri konkret halda cəzanın məqsədlərinə, sosial ədalətin bərpasına, təqsirkarın islahına və yeni cinayətlərin qarşısının alınmasına kifayət dərəcədə xidmət etməyəcəkdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin kriminal keçmişi onun barəsində cəzanın növü məsələsində xüsusi əhəmiyyət kəsb edir. Çünki eyni və ya oxşar xarakterli hüquqazidd davranışların davam etməsi, əvvəlki məhkumluğa baxmayaraq qanuna uyğun nəticə çıxarılmaması, eləcə də əvvəlki cəzanın profilaktik təsirinin baş verməməsi cəzanın fərdiləşdirilməsi zamanı daha ciddi cəza növünün seçilməsini əsaslandıran mühüm meyardır. Belə hallarda məhkəmə yalnız formal olaraq yüngülləşdirici halların və ağırlaşdırıcı halların yoxluq balansı ilə kifayətlənməməli, həm də seçiləcək cəzanın faktiki səmərəliliyini qiymətləndirməlidir. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, işin halları, törədilmiş əməllərin xarakteri, onların eyni cinayət davranışı fonunda baş verməsi və təqsirləndirilən şəxsin əvvəlki məhkumluqdan nəticə çıxarmaması birlikdə onu göstərir ki, məhz azadlıqdan məhrum etmə cəzası konkret halda zəruri və haqlı cəza tədbiridir. CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edərkən cəzanın fərdiləşdirilməsi prinsiplərini pozmamış, əksinə işin halları ilə təqsirləndirilən şəxsin şəxsiyyəti arasında düzgün hüquqi balans qurmuşdur. Yüngülləşdirici və ağırlaşdırıcı halların müəyyən edilməməsi şəraitində belə, təqsirləndirilən şəxsin əvvəlki kriminal davranışı, eyni xarakterli iş üzrə azadlıqdan məhrum etmə cəzası alması, lakin bundan nəticə çıxarmayaraq yenidən cinayət törətməsi onun barəsində azadlıqdan məhrum etmə cəzasının seçilməsi qanuni, əsaslı və ədalətli hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli, * saylı qərarında qeyd olunur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Azərbaycan Respublikası CPM-nin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlləri üzrə ədalətli həddə cəza təyin edildiyindən, apellyasiya şikayətində qeyd olunan dəlillər onun cəzasının yüngülləşdirilməsi və cəzaçəkmə növünün dəyişdirilməsi üçün əsas ola bilməz. Yuxarıda göstərilən bütün halların məcmusunu nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi müəyyən edir ki, birinci instansiya məhkəməsinin hökmündə göstərilən faktiki halların və hüquqi qiymətləndirmənin düzgünlüyü şübhə doğurmur. Apellyasiya şikayətinin dəlillərində qeyd edilən halları birinci instansiya məhkməsi tərəfindən hərtərəfli araşdırılmış və sübutların məcmusu əsasında əsaslandırılmışdır. Beləliklə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və onun müdafiəçisinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib və apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Təqsirləndirilən şəxs CM-in 181.2.4 və 181.2.5-ci maddələri ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında (birinci instansiya məhkəməsində) məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-245/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-245/2026
25.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver