Məhkəmə qərarları › İş №1(3-9)-246/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-246/2026

08.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-246/2026 08.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi qanuni nümayəndə2, müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə bəraət verilməsinə və CM-in 263-1.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti, dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti və məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü (hakimlər X7 (sədrlik edən və məruzəçi), X5 və X11 ibarət tərkibdə) ilə, ## ######## 2008-ci il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Nərimankənd kəndində qeydiyyatda olmaqla, orada yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə bəraət verilməsi, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunması, onun məhkəmə iclas zalında dərhal həbs edilərək barəsində olan hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının həbs edildiyi, yəni # ##### 2026-cı il tarixdən hesablanaraq, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etməyə dair əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunması və bu cəzanın icrası əsas cəzanı icra edən müəssisə (orqan) tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1-154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsi barədə yekun qərar qəbul edilmiş iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARI: Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 50-ci maddəsinin 2- ci hissəsinin 1-ci bəndinin tələblərinə zidd olaraq ## #### 2025-ci il tarixdə, saat 12:00 radələrində sürücülük hüququ olmadan, atası qanuni nümayəndə2 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Vaz-21214” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsi daxilində, Biləsuvar rayonunun Nərimankənd kəndində həmin rayonun Nəsimi kəndi istiqamətində 60 km/saat sürətdən artıq sürətlə, yəni 70-80 km/saat sürətlə idarə edərək Nərimankənd kəndində yolun sağ tərəfində yerləşən dayanacağının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində göstərilən tələblərinə, yəni yol hərəkəti iştirakçılarına yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlak zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili mövcud yol şəraitində təhlükəsizliyi təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətlərini vaxtında və yerinə yetirilməli, avtomobili hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda, həmin tələblərə riayət etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməyib, idarəetməni itirib, avtomobilin yolun hərəkət hissəsindən çıxaraq yolun sağ kənarında olan işıq dirəyinə dəyib aşması nəticəsində ehtiyatsızlıqdan avtomobildə olan sərnişin ##.##.2011-ci il təvəllüdlü X13 “baş beyinin əzilməsi, toxumasına, qişaları altına və mədəciklərə qansızma, alın, sol gicgah, əsas, xəlbir, sol almacıq, sol əng və burun sümüklərinin çoxsaylı sınıqları ilə müşayiət olunan başın küt travması, onurğa sütunun VI döş fəqərəsinin cisminin kompresion sınığı, dalağın subkapsulyar hematoması” ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olduğu üçün sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan sonuncunun ##.##.2025-ci il tarixdə Bakı şəhəri * saylı X12 ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. APELLYASİYA ŞIKAYƏTLƏRİNİN VƏ APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmünün qismən dəyişdirilməsini, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin tərkibinin tanınmasını, həmin maddə ilə də ona əlavə olaraq müvafiq cəza təyin edilməsini və ümumi təyin olunmuş cəzanın daha ağırlaşdırılması məsələsinə hüquqi qiymət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin hökmlə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə bəraət verilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lakin əsassız olaraq həmin Məcəllənin 264-cü maddəsi üzrə ona cəza təyin edilməmişdir. Hesab edir ki, məhkəmə bu hissədə işin faktiki hallarını kobud şəkildə düzgün qiymətləndirməmiş, maddi hüquq normasını yanlış tətbiq etmiş və nəticədə əsassız, qanunsuz qərar qəbul etmişdir. İş materialları ilə tam sübuta yetirilir ki, yol-nəqliyyat hadisəsindən dərhal sonra təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özündən iki-üç metr aşağıda Fəridi, sonuncudan da aşağıda maşın dayandığını görmüş, ayağa durub maşına tərəf qaçmış, Tunarı silkələmiş və görmüşdür ki, Tunar huşsuz vəziyyətdə başı sol çiyni üzərindədir və qan gəlir. Bundan sonra Fəridi görməmişdir. Fərid qaçıb getmişdir. İfadəsindən görünür ki, təqsirləndirilən şəxs hadisəni şəxsən müşahidə etmişdir. Bu hal zərərçəkmişin həyat üçün real təhlükəli vəziyyətdə olduğunu açıq şəkildə göstərirdi. Buna baxmayaraq, təqsirləndirilən şəxs zərərçəkmişə nə ilkin tibbi yardım göstərmiş, nə də təcili tibbi yardım xidmətinə məlumat vermişdir. Əksinə, o, məhkəmədə ifadəsində göstərmişdir ki, Tunarın atası gələndə hadisə yerindən otuz qırx metr məsafədə ətrafda, gözlə görünə biləcək yerdə olmuşdur. Tunarın atası gəlməmişdən qabaq maşının yanına qayıdıb oradan atasına məxsus mobil telefonunu götürüb dayısına və dayısı oğluna zəng edərək, hadisə barədə bildirmiş və bununla kifayətlənmişdir. Bu davranış açıq şəkildə onu göstərir ki, təqsirləndirilən şəxs vəziyyəti dərk etmiş, hadisənin ağırlığını anlamış, lakin zərərçəkmişin həyatını xilas etmək üçün zəruri və təxirəsalınmaz tədbirləri qəsdən yerinə yetirməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin hərəkətsizliyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş “zərərçəkmişi köməksiz vəziyyətdə qoyma” əməlinin bütün obyektiv və subyektiv əlamətlərini təşkil edir. Məhkəmənin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi “məhkəmə psixoloji ekspertizası”nın **/*** nömrəli, ##.##.2026-cı il tarixli ekspertiza rəyinə istinad edərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs guya hadisə zamanı “şok” keçirməsini əsas götürməsi hüquqi baxımdan əsassızdır. Belə ki: -şok vəziyyəti cinayət məsuliyyətini istisna etmir; -təqsirləndirilən şəxs hadisə yerində vəziyyəti qiymətləndirmiş, zərərçəkmişin vəziyyətini müşahidə etmiş və telefon vasitəsilə əlaqə yaratmaq imkanında olmuşdur; -bu isə onun öz hərəkətlərinə nəzarət etdiyini və zəruri tədbirlər görmək imkanının olduğunu açıq şəkildə təsdiq edir. Məhkəmə tərəfindən bu mühüm hallar nəzərə alınmamış, sübutlara birtərəfli və formal yanaşılmış, nəticədə Cinayət Məcəlləsinin 264-cü maddəsinin tətbiqindən əsassız olaraq imtina edilmişdir. Bu isə cinayət qanununun tələblərinin pozulması olmaqla yanaşı, zərərçəkmiş şəxsin hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 0# ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü bu hissədə qanunsuz və əsassızdır və dəyişdirilməlidir. Dövlət İttihamçısı dövlət ittihamçısı2 apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs ittiham edildiyi CM-in 264-cü maddəsilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ##### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsası ilə ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 263-1.3 maddəsilə yanaşı CM-in 264cü maddəsi ilə də təqsirli bilinərək barəsində cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına uyğun cinayətlərin məcmusu üzrə əlavə cəza ilə birlikdə azadlıqdan məhrum etmə növündə cəzanın həddinə münasibətdə daha ağır həddə cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası CPMin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 264-cü maddəsilə bəraət verilmiş, Azərbaycan Respublikası CM-in 263- 1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs CM-in 263-1.3, 264-cü maddələrilə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilmişdir ona görə ki, o, # #### 2025-ci il tarixdə saat 12:00 radələrində sürücülük hüququ olmadan atası qanuni nümayəndə2 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “VAZ-21214” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsi daxilində, Biləsuvar rayonu Nərimankənd kəndində Biləsuvar rayonu Nəsimi kəndi istiqamətində 60 km/saat sürətdən artıq sürətlə, yəni 70-80 km/saat sürətlə idarə edərək Biləsuvar rayon Nərimankənd kəndində yol sağ tərəfində yerləşən dayanacağının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-ı maddəsinin 1ci hissəsinin 3- cü bəndində göstərilən tələblərinə, yəni yol hərəkəti iştirakçılarına yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlak zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili mövcud yol şəraitində təhlükəsizliyi təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətlərini vaxtında və yerinə yetirilməli, avtomobili hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda, həmin tələblərə riayət etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyib, idarəetməni itirib avtomobil yolun hərəkət hissəsindən çıxaraq yolun sağ kənarında olan işıq dirəyinə dəyib aşması nəticəsində ehtiyatsızlıqdan avtomobildə olan sərnişin, ##.##.2011-ci il təvəllüdlü X13 «baş beyinin əzilməsi, toxumasına, qişaları altına və mədəciklərə qansızma, alın, sol gicgah, əsas, xəlbir, sol almacıq, sol əng və burun sümüklərinin çoxsaylı sınıqları ilə müşayiət olunan başın küt travması, onurğa sütunun VI döş fəqərəsinin cisminin Icompression sınığı, dalağın subkapsulyar hematoması» ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olduğu üçün sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sonuncunun ##.##.2025-ci il tarixdə Bakı şəhəri, * saylı X12 ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuş və özünün şəxsiyyəti haqqında eləcə də baş vermiş yol nəqliyyat hadisəsi barədə hüquq mühafizə və digər orqanlara məlumat vermədən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Birinci instansiya məhkəməsində dövlət ittihamçısı kimi iştirak edərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3, 264-cü maddələrilə təqsirli bilinərək CM-nin 263-1.3-cü maddəsilə 4 (dörd) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 264-cü maddəsilə 1 (bir) il 6 ay müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 66.3 maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 5 (beş) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəməyə təklif etmişəm. Azərbaycan Respublikası CPM-in 383.2-ci maddəsinə əsasən apellyasiya protesti vermək hüququna onun gəldiyi nəticələrin və təkliflərin nəzərə alınmadığı hissədə birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etmiş dövlət ittihamçısı malikdir. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirəm ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 0# ##### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü ləğv edilməli və Təqsirləndirilən şəxs CMin 263-1.3, 264-cü maddələri ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərkibi müəyyən etmişdir ki, məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi və belə əməlin törədilməsinə yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmiş, ibtidai istintaq orqanı ona sözügedən maddə ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir, odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittiham əsassızdır və təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından ona həmin maddə ilə bəraət verilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs CM-in 264-cü maddəsi ilə bəraət verilməsini onunla əsaslandırmışdır ki; -ibtidai istintaq orqanı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə ittiham verərkən onun özünün şəxsiyyəti haqqında, eləcə də baş vermiş yol-nəqliyyat hadisəsi barədə hüquq mühafizə və digər orqanlara məlumat vermədən yol-nəqliyyat hadisəsi yerindən qaçmasını qeyd etmiş, öz mövqeyini belə əsaslandırmışdır ki, Elnar yol-nəqliyyat hadisəsindən sonra hadisə haqqında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə xəbər verməmiş, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün sözügedən orqanın əməkdaşlarının gəlməsini gözləməmişdir. Məhkəmə heyəti ibtidai istintaq orqanının yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məlum yol-nəqliyyat hadisəsindən sonra hadisə yerinin otuz-qırx metirliyində gözlə görünə biləcək yerdə dayansa da, hadisənin özü tərəfindən törədilməsi, eləcə də baş vermiş yol-nəqliyyat hadisəsi barədə hüquq mühafizə və digər orqanlara məlumat verməməsinin ona qarşı Cinayət Məcəlləsinin 264-cü maddəsinin tərkib əlamətlərindən birini formalaşdırdığı qənaətini əsaslı hesab etmir. -Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 264-cü maddəsinin şərh edilməsinə dair” ##.##.2012-ci il tarixli qərarında hadisə yerindən getmiş təqsirkar şəxs özü barəsində həqiqətə uyğun olmayan məlumat vermiş olduqda Cinayət Məcəlləsinin 264-cü maddəsi üzrə məsuliyyətin istisna edilmədiyi nəzərdə tutulur. Qanunun qeydinə hərfi mənada yanaşsaq burda hadisə yerindən getmiş təqsirləndirilən şəxsin özü barəsində həqiqətə uyğun olmayan məlumat verməsindən bəhs olunur. Hazırki cinayət işinin materiallarından isə görünür ki, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hadisə yerində olsa da, özü haqqında ümumiyyətlə heç bir söz deməmiş, şok vəziyyətində o tərəf-bu tərəfə hərəkət etmişdir. Onun həmin vaxt qeyd olunan vəziyyətdə olması həyəcanlı, hadisənin şokunda olmasına hesablanmalıdır. İbtidai istintaq orqanının belə bir vəziyyəti yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin hadisədən yayınmaq məqsədilə etməsi kimi qiymətləndirməsi qanuni deyil və absurddur. Belə ki, qanunvericilikdə nəzərdə tutulan təqsirsizlik prezumpsiyası rəhbər prinsiplərdən biridir və həmin prinsipin təməl şərti cinayət və cinayət-prosessual qanunların tətbiqində aradan qaldırılmamış şübhələrin birmənalı qaydada təqsirləndirilən şəxsin xeyrinə həll olunmalı olmasıdır. -yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin blanket xarakterli normasının istinad etdiyi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuş mexaniki nəqliyyat vasitəsi sürücüsünün üzərinə qoyduğu lakin hər hansı bir əsasla bunun sürücünün ziyanına istifadə edilməyəcəyini nəzərdə tutduğu hadisə yerinin və hadisənin izlərinin qorunub saxlanması vəzifəsi belə Təqsirləndirilən şəxs tərəfindən pozulmamışdır. Belə ki, hadisədən sonra qəza törədilmiş avtomobil hadisə yerində qalmış, yalnız zərərçəkmiş şəxs tibbi yardım göstərilməsi məqsədilə hadisə yerindən aparılmışdır. -məhkəmə mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin məhkəmədə verdilkəri ifadələrini sübut kimi qiymətləndirir, hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və inkişafını bilavasitə qavrayan bu şəxslərin məlumatlarını mötəbər hesab edərək onlara əsaslanmanı ədalətli sayır. Bu mənada, həmin ifadələrdəki mövqe də ağlabatan hesab edildiyindən, həmin sübutlarla birmənalı müəyyən olunur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmir. -Cinayət Məcəlləsinin 263 və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə gətirib çıxaran yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirkar olan sürücünün zərərçəkmiş şəxsə (zərərçəkmiş sürücüyə, piyadaya, sərnişinə), yaxud onun maraqlarını təmin edəcək digər şəxsə özü barədə zəruri və dəqiq məlumat verdikdən sonrakı davranışı Cinayət Məcəlləsinin 264-cü maddəsi üzrə məsuliyyət məsələsinin həllində əhəmiyyət daşımır. Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən Qərarında ortaya qoyulan mövqedən aydın olur ki, yol- nəqliyyat hadisəsinin törədilməsində təqsirkar olan sürücü məsuliyyətdən kənarda qalmaq məqsədilə hadisə yerindən yayındıqda Cinayət Məcəlləsinin 264-cü maddəsi üzrə məsuliyyət mövcud olacaqdır, yayınma belə məqsəd olmadan digər zərurətlə bağlı olduqda isə bu maddə üzrə məsuliyyət istisna ediləcəkdir. Ona görə də, bu sürücünün zərərçəkmiş şəxsə (tərəfə) bəlli olmaqla hadisə yerinin görünə biləcək məsafəsində dayanmaqla hadisə yerini tərk etməməsi Cinayət Məcəlləsinin 264-cü maddəsi üzrə məsuliyyətə səbəb ola bilməz. -məhkəmədə tədqiq edilmiş təkzibedilməz sübutlarla bir daha təsdiq olunur ki, Təqsirləndirilən şəxs hadisə yerində özünü məhz zərəçəkmiş şəxsin atası və kənd camaatının hadisə yerinə toplaşması, qorxduğu və təlaşlandığı üçün onlara yaxınlaşmaması səbəbində təqdim etməmiş, həm də, oradakı şəxslərin avtomobili onun idarə etməsini bildiklərini düşünmüşdür. -məhkəmə onu da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ##.##.2008- ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan şəxsdir və belə olan halda onun məlum hadisədən sonra təlaşlanaraq özünü itirməsi ağılabatandır. Yol-nəqliyyat hadisəsi onun təqsiri üzündən baş versə də, qəzadan sonra hadisə yerində yaranmış vəziyyət (mərhum zərərçəkmişin qan içində olması, ayılmaması) onun özünü itirməsinə, hadisənin təsirində qalmasına səbəb ola biləcəyi mümkün olmayan hallar deyildir. Qeyd olunanlar “ məhkəmə- psixoloji ekspertizasının **/*** nömrəli, ##.##.2026-cı il tarixli ekspert rəyində də öz təsdiqini tapmışdır. Belə ki, həmin rəydə qeyd olunmuşdur ki, “Təqsirləndirilən şəxs əsas fərdi-psixoloji xüsusiyyətlərində üzə çıxan qayğısızlıq, məsuliyyətsizlik, səhlənkarlıq, bir qədər riskə meylliliyi hadisə zamanı onun davranış aktlarında təzahür etmişdir. Təqsirləndirilən şəxs əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ətrafında baş verənləri və etdiyi hərəkətləri adekvat olaraq qavramaq, dərk etmək, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs emosional halında hadisədən əvvəl hər hansı kəskin dəyişiklik baş verməmiş, hadisə zamanı və hadisədən sonra “şok” keçirərək kəskin emosional stress halında olmuşdur. Həyati təhlükəli avtomobil qəzasının Təqsirləndirilən şəxs üçün ani baş verməsi və Tunar Əlizadənin yaralanmasını görməsindən dərhal sonra onun şüurunun daralması, özünü itirərək davranışının dezorqanizasiya olması, yəni nə aktiv şəkildə kömək edə bilməsi, nə də tamamilə qaçıb uzaqlaşması, məqsədsiz şəkildə irəli-geri yeriməsi, təcili yardım əvəzinə tanıdığı adama zəng etməsi müşahidə olunmuş, bu şahid ifadələrində də öz əksini tapmışdır. Təqsirləndirilən şəxs hadisə zamanı “şok” keçirməsi onun hadisədən sonrakı davranış aktlarında təzahür etmişdir”. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməlində yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsində nəzərdə tutulmuş tərkib əlamətləri vardır və o, tək həmin maddə ilə məhkum edilməlidir. Barəsində hissəvi bəraət hökmü çıxarılmış Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cü maddələri ilə elan olunmuş ittiham üzrə 263-1.3-cü maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilsə də, həmin Məcəllənin 264-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, atası qanuni nümayəndə2 VAZ- 2121 markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Atası Elşən həmin avtomobili ona əkin sahələrinin yaxınlığında verərək avtomobili idarə etməyi öyrətmişdir. Həmçinin bir neçə dəfə kənd ərazisində avtomobili atasının nəzarəti ilə idarə etmişdir. Bundan başqa bir neçə dəfə atasının göstərişi ilə kənd ərazisində tək başına da avtomobili idarə etmişdir. X13 onun həmkəndlisidir və eyni məktəbdə təhsil alır, lakin aralarında münasibət olmamışdır. ## #### 2025-ci il tarixdə saat 12 radələrində yaşadığı evdə olmuş və çörək almaq üçün dükana getmək istəmişdir. Qar yağdığı üçün hava çox soyuq olmuş, ona görə də atasına məxsus avtomobillə getmək qərarına gəlmişdir. Atası qanuni nümayəndə2 məxsus olan VAZ-21214 markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobili icazə əsasında idarə etmiş və küçəyə çıxmışdır. Küçə ilə gedən zaman atası Elşənin dayısı nəvəsi olan şahid3 və yanında məktəb yoldaşı X13 məktəbinin qarşısında görmüşdür. şahid3 ona əl edərək saxlamağını istəmişdir. O da avtomobili saxlamışdır. Bundan sonra Tunar Əlizadə avtomobilin arxa oturacağında, şahid3 isə qabaq oturacaqda əyləşmişdir. O, avtomobillə kəndin içərisindən keçən Biləsuvar- Bəhrəmtəpə yoluna çıxmış və rayonun Nəsimi kəndi istiqamətində 70-80 km/saat sürətlə hərəkətini davam etdirməyə başlamışdır. O, asfalt yola çıxan kimi Tunar Əlizadə özünə məxsus olan mobil telefonla yolun videçəkilişin aparmağa başlamışdır. O, Tunar Əlizadəyə irad bildirmiş və videoçəkilişi dayandırmasmı tələb etmişdir. Lakin şahid3 telefonu Tunar Əlizadədən almış və özü videoçəkiliş aparmağa başlamışdır. O. Fəridə avtomobillə ziq-zaqvarı hərəkətlər etməyi bacardığını demişdir. şahid3 də ona “gör neynirsən” sözlərini deyərək cavab vermişdir. O da bir qədər sürətini artırmış və avtomobillə yolda ziqzaqvarı hərəkətlər etməyə başlamışdır. Həmin vaxt sulu qar yağdığı üçün yol sürüşkən olmuş və o da idarə etməni itirmiş və nəticədə getdiyi sürətlə yoldan sağa doğru çıxaraq yolun kənarında olan işıq dirəyinə dəyib oradan da yoldan aşağı aşmışdır. Həmin vaxt avtomobilin aşması nəticəsində o, pencərədən yerə yıxılmışdır. O, başını yerdə qaldıran zaman avtomobil axırıncı dövrəsini vurub dayanmışdır. Bundan sonra ayağa qalxmış və avtomobilə yaxınlaşmışdır. Həmin vaxt ətrafda heç kim olmamışdır. O, avtomobilə yaxınlaşan zaman Tunar Əlizadənin huşsuz vəziyyətdə olmasını görmüş və əli ilə silkələyib, oyatmağa çalış, lakin sonuncu ayılmamışdır. şahid3 də avtomobilə yaxınlaşmış və Tunar Əlizadənin vəziyyətini görüb qaçmışdır. O da avtomobilin ətrafında şok vəziyyətdə fırlanmış və nə edəcəyini bilməmişdir. Bir iki dəqiqə sonra avtomobilə yenidən yaxınlaşmış və yerə düşmüş atasına məxsus olan mobil telofonu götürüb, dayısı oğluna zəng vurub, hadisə barədə məlumat verib, yanına çağırmışdır. Lakin dayısı oğlu işinin olmasını deyərək gəlməyəciyini bildirmişdir. Həmin vaxt o, avtomobildən təxminən 40 metr uzaqlıqda dayanmışdır. Bu zaman Tunar Əlizadənin atası Hüquqi varis avtomobilə yaxınlaşmışdır. Hüquqi varis oğlu Tunarı avtomobildən çıxartmış və yoldan keçən avtomobillərin birinə qoyaraq xəstəxanaya aparmışdır. Bundan sonra oraya gələn kənd sakinlərindən biri ona telefonu verərək hadisə yerindən götürdüyünü demişdir. O, telefonu götürən zaman sönülü vəziyyətdə olmuşdur. Bir qədər sonra hadisə yerinə atası Elşən və polis əməkdaşları gəlmişlər. O da hadisə barədə polis əməkdaşlarına məlumat vermişdir. Bundan sonra özü də xəstəxanaya getmişdir.Hadisə zamanı hava işıqlı olmuş, yol örtüyü asfalt, asfalta qar yağdığı üçün nəmli olmuşdur. İdarə etdiyi avtomobilin əyləc sistemi işləyir. Hadisə zamanı avtomobilin idarə etməsini qəfildən itirdiyi üçün tormozdan istifadə etmək imkanı olmamışdır. Avtomobili hadisə zamanı təxminən 70-80 km/saat sürəti ilə idarə etmişdir. Hadisə zamanı idarə etdiyim avtomobildə yük olmamış, sərnişin kimi X13 və şahid3 olmuşdur. Hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Hadisə zamanı xəsarət almış və Biləsuvar RMX-na müraciət etmişdir. Hadisə 01,03.2025-ci il tarixdə saat 12.00 radələrində Biləsuvar- Bəhrəmtəpə yolunun Nərimankənd kəndinin içərisindən keçən hissəsində kənd dayanacağının qarşısında onun ehtiyatsızlığı nəticəsində baş vermişdir. Onun sürücülük vəsiqəsi yoxdur, amma əvvəllər bir neçə dəfə atası qanuni nümayəndə2 nəzarəti ilə kənd ərazisində avtomobil idarə etmiş. 01,03.2025-ci il tarixdə atası Elşən evdə yatdığı üçün ondan icazə aldıqdan sonra avtomobili idarə etmişdir. Hadisə yerindən tanımadığı şəxs telefonu tapmış və ona vermişdir. O, hadisə yerindən qaçmamış, polis əməkdaşları da gələn zaman hadisə yerini təqdim etmişdir. Telefonu qəbul edən zaman telefonun Tunar Əlizadəyə məxsus olduğunu bilməmiş, bir neçə gün telefon bizdə sönülü vəziyyətdə qalmış, daha sonra Tunarın ailə üzvlərin telefonunun itməsini deyən zaman, həmin telefonun Tunara məxsus olmasını bilmişdir. Buna görə də telefonu Tunar Əlizadənin ailə üzvlərinə təhvil vermişdir. Hadisə yerindən tanımadığı şəxs Tunar Əlizadəyə məxsus telefonu tapmış və ona vermişdir. O, hadisə yerindən qaçmamış, polis əməkdaşları da gələn zaman hadisə yerini təqdim etmişdir. Telefonu qəbul edən zaman telefonun Tunar Əlizadəyə məxsus olduğunu bilməmiş, bir neçə gün telefon onda sönülü vəziyyətdə qalmış, daha sonra Tunarm ailə üzvlərin telefonunun itməsini deyən zaman, həmin telefonun Tunara məxsus olmasını bilmişdir. Buna görə də telefonu Tunar Əlizadənin ailə üzvlərinə təhvil vermişdir. ##.##.2025ci il tarixdə Biləsuvar rayon, Nərimankənd ərazisində,baş vermiş yol nəqliyyat hadisəsindən sonra hadisə yerini tərk etməmiş, belə ki, hadisə baş verən kimi hadisə yerinə Tunar Əlizadənin valideyni Hüquqi varis, sonuncunun qohumu şahid2 və kənd sakini şahid1 gəlmişlər. Bundan sonra Hüquqi varis və şahid2 Tunar Əlizadəni avtomobildən çıxarıb şahid1 idarə etdiyi yaşıl rəngli VAZ-2106 markalı avtomobilə qoymuşlar, Ağalar yerdə qalmış və digər ikisi avtomobillə getmişlər. Bundan sonra o, hadisə törətdiyi VAZ-21214 markalı, **- XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanma gəlmişdir. Hadisə baş verən kimi Tunar Əlizadənin atası Hüquqi varis avtomobilə qaçaraq gəldiyinə görə o, Niyaməddinin Tunarm xəsarət alacağını gördükdə, onu döyəcəyini fikirləşmiş, buna görə də təxminən 30-40 metr məsafədə onların getməsini gözləmişdir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis şahid qismində ifadəsində göstərmişdir ki, evlidir, iki övladı vardır. Rəsmi olaraq heç yerdə işləmir. Ailəsini dolandırmaq üçün fərdi olaraq tikinti işləri ilə məşğul olur. X1 ##.##.2011 -ci il təvəllüdlü olmaqla onun ikinci övladı olmuş, yaşadığı kənd məktəbində 8-ci sinifdə oxumuşdur. Təqsirləndirilən şəxs kənd sakini kimi tanıyır. Təqsirləndirilən şəxs və ailəsi ilə aralarında əvvəllər heç bir narazılıq, şəxsi-qərəzçilik və ədavət olmamışdır. ## #### 2025-ci il tarixdə saat 13 radələrində evdən çıxıb Biləsuvar-Bəhrəmtəpə yolunun Nərimankənd kəndindən keçən hissəsində kənd sakini şahid2 işlətdiyi tikinti materialları satılan mağazanın qarşısında dayanıb onunla söhbət etməyə başlamışdır. Bu zaman bir ədəd ağ rəngli Niva markalı avtomobilin gəldiyini və dayanacağa çatanda sükanı sağa-sola hərəkət etdirdiyini görmüşdür. Həmin anda sürücü idarə etməni itirdi və avtomobil yolun kənarında olan işıq dirəyinə dəyib oradan da aşaraq yolun kənarında olan boş əraziyə düşmüşdür. Avtomobildən iki nəfər uşaq, sürücü və sərnişin düşüb qaçmışdır. O, avtomobilə təxminən 50 metr qalmış avtomobilin kənd sakini qanuni nümayəndə2 məxsus olmasını və sürücünün də oğlu Elnar olmasını görmüşdür. Bundan sonra dərhal yoldan aşağı düşüb avtomobilə yaxınlaşmışdır. Bir qədər getdikdən sonra sürücü geri qayıdıb avtomobildən nəsə götürmüş və avtomobilə baxa-baxa oradan qaçmağa başlamışdır. O da dərhal yoldan aşağı düşüb avtomobilə yaxınlaşmışdır. Bu zaman avtomobildə , huşsuz vəziyyətdə bir nəfər şəxsin olmasını görmüşdür. Həmin şəxsi özünə tərəf çevirib pəncərədən çıxarmaq istəyən zaman X1 olmasını bilmişdir. Həmin vaxt X1nin baş və sifət nahiyəsindən qan axmasını görmüşdür. O da tez Tunarı avtomobildən çıxarıb, yerə qoymuşdur. Daha sonra ətrafda olan insanlardan kömək istəmişdir. Həmin vaxt hadisə yerinə avtomobillər gəlmiş və saxlamışlar. O da Tunar Əlizadəni qucağında asfalt yola çıxartmış və kənd sakini şahid1 idarə etdiyi VAZ-2106 markalı avtomobillə Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmaq üçün yola düşmüşdür. Biləsuvar rayon, Çaylı kənd ərazisində X6 avtomobili görmüş və saxlatdırıb Tunarı həkimlərə təhvil vermişdir. Bundan sonra Biləsuvar rayon mərkəzi xəstəxanasında oğlunun yanında olmuş, həmin günü də oğlu Tunarı əvvəlcə Masallı rayonunda yerləşən özəl klinikaya, daha sonra isə Bakı şəhərində yerləşən Semaşko adlanan xəstəxanaya aparmışdır. Həmin tarixdən X1 komatoz vəziyyətdə olmuş, ##.##.2025-ci il tarixdə aldığı xəsarətlər nəticəsində vəfat etmişdir. Ona sonradan məlum olmuşdur ki, hadisədə iştirak edən VAZ-21214 markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobil həmkəndlisi qanuni nümayəndə2 məxsusdur və hadisəni yetkinlik yaşma çatmayan, sürücülük hüququ olmayan sonuncunun oğlu Təqsirləndirilən şəxs törətmişdir. X1 və kənd sakini şahid3 məktəbdən evə gələn zaman yolda Elnar Muradov atasına məxsus idarə etdiyi VAZ-21214 Niva markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayıb və oğlu Tunarla Fəridi avtomobilə dəvət etmişdir. Bundan başqa X1nin telefonunu hadisə vaxtı Təqsirləndirilən şəxs götürüb özündə saxlamışdır. Hadisədən 3-4 gün sonra biz dəfələrlə istədikdən sonra şikayət edəcəklərini dedikdən sonra vermişdir. O, Tunarın telefonuna baxan zaman görmüşdür ki, hadisə vaxtı oğlunun telefonu ilə şahid3 video çəkiliş etmişdir. Ona görə də Elnarm telefonu götürməkdə məqsədi telefonda olan videogörüntünü silmək olmuş, lakin telefonun ekran şifrəsini bilmədiyi üçün silə bilməmişdir. Hadisə yerinə gəldikdən sonra bilmiş ki, oğlu VAZ-21214 Niva markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobildə olmuşdur. Amma oğlunu xəstəxanaya həmkəndlisi şahid1 idarə etdiyi avtomobillə aparmışdır. Hadisə yerinə çatanda əmisi oğlu şahid2 da ondan aralıda olmuşdur. Ağalar ondan hadisəni törədənin öz oğlu Gündüzün idarə etdiyi avtomobilin olub- olmamasını soruşmuş, o da hadisə törədən avtomobil Niva markalı olmasını deyərək oğlun Gündüz olmadığını bildirmişdir. Hadisə yerinə yaxınlaşan zaman sürücü Təqsirləndirilən şəxs hadisə yerində qaçaraq uzaqlaşmasını görmüşdür. Tunar Əlizadənin telefonunu hadisə vaxtı Təqsirləndirilən şəxs götürüb özündə saxlamışdır. Hadisədən 3-4 gün sonra biz dəfələrlə istədikdən sonra şikayət edəcəyimizi dedikdə vermişdir. Mən telefona baxanda gördüm ki, hadisə vaxtı oğlumun telefonu ilə şahid3 video çəkiliş etmişdir. Ona görə də Elnarm telefonu götürməkdə məqsədi telefonda olan videogörüntünü silmək olmuş, lakin telefonun ekran şifrəsini bilmədiyi üçün silə bilməmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququ olmadığını və yetkinlik yaşma çatmadığı barədə məlumatı olmamışdır. O, atasına məxsus olan VAZ-21214 Niva markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobili kənd ərazisində atası qanuni nümayəndə2 icazəsi ilə dəfələrlə avtoxuliqanlıq etməklə idarə etmişdir. İşin ibtidai istintaqş zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı hər ikisi ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə deməklə ifadələrini bir daha təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, ...O, Tunar Əlizadənin telefonu ilə çəkiliş edən zaman kənd dayanacağına çatanda necə oldusa avtomobil yoldan çıxıb yolun kənarında olan işıq dirəyinə oradan da aşağı yuvarlanmışdır. O ayılanda yolun aşağısında avtomobildən bir neçə metr aralıda yerə düşməsini görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs ondan bir qədər yuxarıda halsız vəziyyətdə dayanmışdır. O, Təqsirləndirilən şəxs yaxınlaşmış, Elnar ona “get uşağa yəni, Tunara bax” sözlərini demişdir. O, avtomobilə yaxınlaşmış və arxa yük yeri açıq olduğu üçün oradan Tunarı çıxartmaq istəmişdir. Lakin Tunar qanın içərisində huşsuz vəziyyətdə olmuşdur. Ona görə də Tunar Əlizadəni çıxarda bilməmiş və yuxarı qalxıb qışqırıb gəlin kömək edin demişdir. Sonra o, yolun kanarmda dayanmış, ondan bir qədər anlada isə Elnar halsız vəziyyətdə dayanmışdır. Bu zaman Tunarm atası Niyaməddin avtomobilə yaxınlaşmışdır. Daha sonra həmkəndlisi şahid1 Elnara yaxınlaşıb nə baş verdiyini soruşmuşdur. Daha sonra ora çoxlu adamlar toplaşmış, oradan isə piyada evə getmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs xəsarət aldığı üçün, özündə olmamışdır. Hadisədən sonra avtomobilə Elnar deyil o, yaxınlaşmış və Tunarı avtomobildən çıxarmaq istəmiş, amma çıxarda bilməmişdir. Həmin vaxt avtomobildən heç nə götürməmişdir. Təqsirləndirilən şəxs avtomobildən telefon və yaxud başqa bir əşya götürdüyünü görməmişdir... İş üzrə şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, Hüquqi varis və qanuni nümayəndə2 onun həmkəndliləridir. Hər ikisi ilə arasında olan münasibətlər eyni dərəcədədir. ...Niva markalı avtomobilin gəldiyini və dayanacağa çatanda sürücü idarə etməni itirməsini və yolun kənarında olan işıq dirəyinə dəyib oradan da aşaraq yolun kənarında olan boş əraziyə düşməsini görmüşdür. Buna görə də o, hadisə yerinə piyada yaxınlaşmağa başlamış, lakin Niyamədin Əliyev qaçaraq hadisə yerinə getmişdir. O, Niyaməddindən aşan avtomobilin oğlunun idarəetdiyi VAZ-21010 markalı avtomobil olubolmadığmı soruşmuşdur. Niyaməddin də ona Niva markalı avtomobilin aşmasını demişdir. Buna görə də o, hərəkətini yavaşlatmış, çünki, onun bel nahiyəsində yırtığ vardır. O, hadisə yerinə çatan zaman bir nəfər az yaşlının, yəni Elnar Muradlmı yaxınlıqda olan şor kollektoru tərəfmə qaçmasını görmüşdür. Şor kollektoru ilə hadisə yerinə arasındaa olan məsafə təxminən 40 metr məsafədədir. Avtomobilin istiqamətində asfalt yolda dayanmış, lakin Niyaməddinin ağlamasından hadisə zamanı xəsarət alanın sonuncunun X1 olmasını bilmişdir. Buna görə də o, avtomobilə yaxınlaşmışdır. Həmin vaxt X15 yerə uzatmışdır. Elnar Muradhnm şor kollektorunun yanında dala-qabağa qaçmasını görmüş, o da Elnara qorxmamasını və artıq hadisənin olmasını deyərək yanına çağırmışdır...” İş üzrə şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, Hüquqi varis və qanuni nümayəndə2 onun həmkəndliləridir. Həmin şəxslərin hər ikisi ilə arasında olan münasibətlər eyni dərəcədədir. ## #### 2025-ci il tarixdə saat 13 radələrində Biləsuvar- Bəhrəmtəpə yolunun Nərimankənd kəndindən keçən hissəsində asfalt yolda Səmədabad kəndi istiqamətində özünə məxsus olan VAZ-2106 markalı, 99-ST- 464 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etmişdir. Həmin vaxt onunla əks istiqamətdə bir ədəd ağ rəngli niva markalı avtomobil hərəkətdə olmuşdur. Q, həmin niva markalı avtomobili buraxmış və geri dönmüşdür. O, bir qədər hərəkət etdikdən sonra Niva markalı avtomobilin sürücüsü idarə etməni itirmiş və yolun sağ tərəfində olan boşluğa aşmışdır. O da yolun sağ tərəfində yerləşən dayanacağın qarşısında avtomobili saxlamışdır. Hadisə yerinə çatan zaman artıq aşmış Nivanın yanında çoxlu kənd sakinləri yığışmasını və Hüquqi varis xəsarət almış az yaşlını qucaqlayaraq övladı olmasını deyərək, kömək istəməsini görmdüşdür. ...Hadisə yerinə gəldikdən sonra VAZ-21214 markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin kimin olmasını bilməmiş və sürücünün də kim olmasını bilməmişdir. Avtomobilə yaxınlaşan zaman Hüquqi varis və kənd sakini şahid2 görmüşdür. Həmin vaxt üçü birlikdə Hüquqi varis X1ni avtomobildən çıxartmışlar. Hüquqi varis qışqıraraq avtomobil tapmağını istəmiş, o da dərhal asfalt tərəfə qaçmağa başlamışdır. Həmin an asfaltda bir neçə avtomobil və insanlar dayanmışdır. O, həmin an özü də həyəcanlı olduğu üçün insanların üzünə baxmamış və qaçaraq öz avtomobilə əyləşib hadisə yerinə yaxınlaşmışdır. Həmin vaxt o, ətrafda qaçan hər hansı bir şəxs görməmiş və avtomobilin yanında ilk olaraq onların üçündən başqa adam olmamışdır. Həmin vaxt ətrafa tamamilə diqqət yetirməmiş və buna görə də Elnar Muradlmı görməmişdir. Hadisə yerinə baxış keçirilməsi barədə protokol və yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə yeri “VAZ-21214” markalı **XN*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tərəfindən göstərilib təqdim edilmişdir. Hadisə yeri Biləsuvar- Bəhrəmtəpə yolunun Nərimankənd kəndinin içərisindən keçən hissəsində kənd dayanacağının qarşısında asfalt yolda baş vermişdir. Hadisə yerinə baxış Nərimankənd kəndindən Nəsimi kəndi istiqamətində keçirilmişdir. Yol asfalt örtüklü olmaqla düzdür və qar yağdığı üçün nəmlidir. Görmə məsafəsi kifayət qədərdir. Hadisə yerində qarşı qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlama xətti, piyada keçidi barədə xəbərdarlıq nişanı, piyada keçidi zolağı və avtobus dayanacağı barədə xəbərdarlıq nişanı vardır. Asfalt yolun eni 9,20 metrdir. Yolun hər iki tərəfində 1,0 metr enində səki var, daha sonra sağ tərəfində 6,0 dərinliyində küveyt, sonrada solda 0,80 metr hündürlüyündə metal qoruyucu çəpər vardır. Hadisə yerində “VAZ-21214” markalı **XN*** dövlət qeydiyyat nişanlı avtomobilə aid dörd ədəd paralel təkərlərin izləri vardır. Həmin izlərin başlanğıcı dayanacaqdan 12,0 metr əvvəl yolun sağ hərəkət zolağının mərkəzində başlayıb, 19,0 metr sonra səkinin üzərindən keçib işıq dirəyinə dəydikdən sonra qurtarıb. Bundan başqa hadisə yerində işıq dirəyi və ona aid hissələrdən başqa “VAZ-21214” markalı **XN*** dövlət qeydiyyat nişanlı avtomobilə aid heç bir hissə, detal, şüşə, rəng və sair qırıqları aşkar edilməmişdir. İş üzrə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21214” markalı, 99-XN- 336 dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsindən görünür ki, həmin avtomobil qanuni nümayəndə2 məxsusdur. Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi ilə etibarnamə olmadan idarə etmişdir. Məhkəmə-tibb ekspertizasının ##.##.2025-ci il tarixli 73/MEŞ №-li rəyindən görünür ki, 2011-ci il təvəllüdlü X3 meyitinin məhkəmə-tibbi müayinəsinə, tibbi sənədlərdə yazılanlara və laborator tədqiqatların cavablarına əsasən, hadisə haqqında qərarda göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1.2. X3 meyitində aşkar edilmiş xəsarətlər- baş beyinin əzilməsi, toxumasına, qişaları altına və mədəciklərə qansızma, alın, sol gicgah, əsas, xəlbir, sol almacıq, sol əng və burun sümüklərinin çoxsaylı sınıqları ilə müşayiət olunan başın küt travması, onurğa sütunun VI döş fəqərəsinin cisminin kompression sınığı, dalağın subkapsulyar hematoması küt yaranma mexanizminə malikdirlər, həyatidirlər, ölümlə bilavasitə səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən ## ##.2025-ci il tarixdə törənə bilərdilər, dərəcəsinə görə ümumulikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmanm əlamətlərinə malikdirlər.

3. X3 meyitində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasmı nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yolnəlqiyyat hadisəsi nəticəsində avtomaşının salonunda törənə bilmələri mümkündür.

4. X3 ölümünün bilavasitə səbəbi başın ağır küt travması ilə əlaqədar baş beyinin əzilməsi, toxumasına, qişaları altına və mədəciklərə qansızma nəticəsində inkişaf edən baş beyinin ensefalitik yumşalması, ödemi və sıxılması olmuşdur. Tunar Əlizadənin ölümü ##.##.2025-ci il tarixdə sat 18:40-da X8 baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur. Məhkəmə-kimyəvi ekspertizasının ##.##.2025-ci il tarixli 1056/K Ne-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri aşkar edilmədi. Məhkəmə-kimya şöbəsinə tədqiqatın aparılması üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik və digər maddələrin təyinatını aparmaq mümkün olmamışdır. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının ## ##### 2025-ci il tarixli */*** nömrəli rəyindən görünür ki, “VAZ-21214” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4- cü hissəsinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsi daxilində 60km/saat sürətdən artıq sürətlə, yəni 70-80 km/saat sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin, 1-ci bəndində uyğunsuzluq olmuş və qeyd olunan maddənin tələbləri təmin olunmaqla hadisənin qarşını almağa texniki imkanı olmuşdur. İstintaq zamanı iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis təqdim etdiyi bir ədəd DVD diskinə baxış zamanı müəyyən edilmişdir ki, görüntü özü 30 saniyə müddəti əhatə edir, görüntü ##.##.2025-ci il tarixdə şahid3 tərəfindən X13 məxsus olan mobil telefonla qeydə alınmışdır. Görüntüdə şahid3 “VAZ-21214” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs “gör nağarırsan” sözlərini deyir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilin sürətini bilərəkdən qaldırır və qarşı hərəkət zolağına çıxır, daha sonra Öz hərəkət zolağına qayıtmaq istəyən zaman idarəetməni itirir. Daha sonra yolun sağ tərəfində quraşdırılmış işıq dirəyinə dəyərək aşır. Cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Hökmdə Təqsirləndirilən şəxs CM-in 264-cü maddəsilə təqsirsizliyini önə çəkmək üçün onun ifadələrinə söykənən istinadlar kifayət qədər çoxdur, hökmü oxuyarkən sanki elə görünür ki, məqsəd yalnız onun CM-in 264-cü maddəsi üzrə təqsirsizliyini önə çəkmək, ona bəraət verməkdir. Əfsuslar olsun ki, cinayət işi üzrə toplanmış sübutlar, o cümlədən, şahid ifadələri bunu demir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etməli idi ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həqiqətən nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan atası qanuni nümayəndə2 məxsus “VAZ-21214” markalı, 99- XN-336 dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq idarəetməni itirib hərəkət hissəsindən çıxaraq yolun sağ kənarında olan işıq dirəyinə dəyib aşması nəticəsində ehtiyatsızlıqdan avtomobildə olan sərnişin, ##.##.2011-ci il təvəllüdlü X13 ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sonuncunun ##.##.2025-ci il tarixdə ölümünə səbəb olmuşdur. Bundan başqa, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən qaçmışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs avtomobil nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə edərkən işıq dirəyinə vuraraq aşırmış, bundan sonra avtomaşınında olan zərərçəkmiş şəxsin köməksiz vəziyyətdə olduğunu dərk etdiyi halda ona ilkin tibbi yardım göstərmədən və hadisə haqqında müvafiq qaydada məlumat vermədən hadisə yerindən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs avtomaşınında olan zərərçəkmiş şəxsin ölümcül xəsarət aldığını bildikdən sonra cinayət hadisəsinin baş verdiyi yerdə qanunla üzərinə düşən vəzifələrin icrası məqsədi ilə heç bir hərəkətləri etməmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağ olubolmamasını müəyyən etməyə cəhd belə etməmiş, təcili tibbi yardıma zəng etməmiş, həmin an polis orqanına törətdiyi cinayət əməli barədə heç bir məlumat verməmişdir. Əksinə təqsirləndirilən şəxs cinayət hadisəsini törətdikdən sonra hadisə yerindən qaçmışdır. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Halbuki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin IV hissəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin xəsarət almasına səbəb olduqdan sonra qeyd edilən maddədə göstərilən vəzifələri və ya ən azı onların bir hissəsini icra etməli idi. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin IV hissəsinə əsasən yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin sürücüsünün üzərinə bir sıra vəzifələr, o cümlədən nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “təcili tibbi yardım” maşını çağırmaq, zərərçəkən həyat üçün təhlükəli xəsarət aldığı hallarda onu yaxınlıqdakı tibbi müəssisəyə aparmaq, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etmək, sonra hadisə yerinə qayıtmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmaq, zərərçəkənləri öz nəqliyyatında xəstəxanalara aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etmək və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görmək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər vermək, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləmək, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlmək vəzifələri qoyur. Sürücülərin üzərinə qanunla müəyyən edilmiş qaydada qoyulmuş vəzifələrlə bağlı məhkəmə qeyd edir ki, hər hansı bir şəxsin qanunları bilməməsi onun cinayət məsuliyyətindən azad olunması üçün əsas kimi çıxış edə bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin II hissəsinə əsasən - hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 72-ci maddəsinin III hissəsinə əsasən - qanunu bilməmək məsuliyyətdən azad etmir. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, belə nəticəyə gəlmək olar ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi avtomobili aşıraraq içində olan şəssin ağır xəsarət almasına səbəb olmuş, törətdiyi əməlin nəticəsini başa düşdükdən sonra cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə hadisə yerindən uzaqlaşmışdır. Odur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin bütün zəruri tərkib əlamətləri var. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməlləri həqiqətən törədildiyindən təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4 və 264-cü maddələri ilə düzgün tövsif edilmiş və o, qeyd edilən cinayətlərin törədilməsində təqsirli bilinməlidir. Lakin məhkəmə hazırki işin faktiki hallarına əhəmiyyət verməyərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 264-cü maddəsilə törətdiyi əmələ cinayət kimi qiymət verməmişdir. Hətta hökmündə göstərmişdir ki, “Məhkəmə heyəti ibtidai istintaq orqanının yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məlum yol-nəqliyyat hadisəsindən sonra hadisə yerinin otuz-qırx metirliyində gözlə görünə biləcək yerdə dayansa da, hadisənin özü tərəfindən törədilməsi, eləcə də baş vermiş yolnəqliyyat hadisəsi barədə hüquq mühafizə və digər orqanlara məlumat verməməsinin ona qarşı Cinayət Məcəlləsinin 264-cü maddəsinin tərkib əlamətlərindən birini formalaşdırdığı qənaətini əsaslı hesab etmir”. Qeyd olunanlar məhkəmə kollegiyası tərəfindən sübutları düzgün qiymətləndirilməməklə, obyektiv həqiqəti müəyyən etməməklə əsassız yekun nəticəyə gəlməsinə dəlalət edən xüsusatdır. Beləliklə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamış, hökm çıxararkən məhkəmə yuxarıda təhlil olunan ziddiyyətli hallara tənqidi yanaşmaq əvəzinə yalnız təqsirləndirilən şəxsin mənafeyini ifadə etmiş, onun dəlillərini təkzib edən məhkəmə istintaqında tədqiq olumuş sübutları- şahid ifadələri, baxış protokolu, ekspertiza rəylərini müqayisəli təhlil edib onları nəzərə almamışdır. Halbuki, CPM-nin 28.2ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Bununla da məhkəmənin Təqsirləndirilən şəxs ilə bağlı gəldiyi nəticənin tam əksi olaraq yuxarıda göstərilənlərdən aydın olur ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan atası qanuni nümayəndə2 məxsus “VAZ-21214” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən yol hərəkəti qaydalarını pozaraq idarəetməni itirib yolun hərəkət hissəsindən çıxaraq sağ kənarında olan işıq dirəyinə dəyib aşması nəticəsində ehtiyatsızlıqdan avtomaşında olan sərnişin, ##.##.2011-ci il təvəllüdlü X13 ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sonuncunun ##.##.2025-ci il tarixdə ölümünə səbəb olmuş, yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən qaçmışdır. Göründüyü kimi, məhkəmə hökm çıxararkən qanunvericiliyin, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının tələblərinə uyğun olaraq işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, hökmün qanuniliyi və əsaslılığını təmin etməli olduğu halda bunu etməmiş, işin düzgün həll edilməsi və işin nəticələri üçün əhəmiyyətli olan sübutlarla bağlı mövqeyini hökmdə düzgün əks etdirməmiş, məhkəmənin gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almamış, öz hökmündə bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərməmiş, məhkəmənin müdafiə tərəfinin təqdim etdiyi “sübutlara” qabaqcadan müəyyən edilmiş üstünlük verməsi və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlməsi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş CM-nin 264-cü maddəsilə irəli sürülmüş ittiham üzrə əsassız olaraq ona bəraət verilməsinə səbəb olmuşdur. CPM-in 401 və 402-ci maddələrinə əsasən məhkəmənin hökm və ya qərarında əks etdirilmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməməsi, birinci instansiya məhkəməsinin onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almaması, birinci instansiya məhkəməsinin öz hökm və ya qərarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərməməsi həmin məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutların olması və bu halın məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir göstərməsi, habelə irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan halların birinci instansiya məhkəməsinin hökm və ya qərarında qanunda göstərilən sübutlarla təsdiq edilməməsi, irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan halların birinci instansiya məhkəməsinin hökm və ya qərarında mötəbər olmayan, ziddiyyətli, yolverilməz və ya aid olmayan sübutlarla təsdiq edilməsi birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün əsasdır. Odur ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 0# ##### 2026-cı il tarixli 1(099)- ***/**** saylı hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3, 264-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 66.3, 66.4 maddələrinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaqla barəsində yeni ittiham hökmü çıxarılmalıdır. Məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün dəyişdirilməsini və yetkinlik yaşma çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum həddə ədalətli cəzanın təyin edilməsini, cəzasının məntəqə tipli cəza çəkmə müəssisəsində çəkilməklə məhkəmə zalından dərhal azadlığa buraxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayət işinin materiallarından görünür ki, yetkinlik yaşma çatmayan Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə zidd olaraq ## #### 2025-ci il tarixdə, saat 12:00 radələrində sürücülük hüququ olmadan, atası qanuni nümayəndə2 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Vaz-21214” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsi daxilində, Biləsuvar rayonunun Nərimankənd kəndində həmin rayonun Nəsimi kəndi istiqamətində 60 km/saat sürətdən artıq sürətlə, yəni 70-80 km/saat sürətlə idarə edərək Nərimankənd kəndində yolun sağ tərəfində yerləşən dayanacağının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində göstərilən tələblərinə, yəni yol hərəkəti iştirakçılarına yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlak zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili mövcud yol şəraitində təhlükəsizliyi təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətlərini vaxtında və yerinə yetirilməli, avtomobili hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda, həmin tələblərə riayət etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməyib, idarəetməni itirib, avtomobilin yolun hərəkət hissəsindən çıxaraq yolun sağ kənarında olan işıq dirəyinə dəyib aşması nəticəsində ehtiyatsızlıqdan avtomobildə olan sərnişin ##.##.2011 -ci il təvəllüdlü X13 “baş beyinin əzilməsi, toxumasına, qişaları altına və mədəciklərə qansızına, alın, sol gicgah, əsas, xəlbir, sol almacıq, sol əng və burun sümüklərinin çoxsaylı sınıqları ilə müşayiət olunan başın küt travması, onurğa sütunun VI döş fəqərəsinin cisminin kompresion sınığı, dalağın subkapsulyar hematoması” ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olduğu üçün sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan sonuncunun ##.##.2025-ci il tarixdə Bakı şəhəri * saylı X12 ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da, yetkinlik yaşma çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İlk olaraq qeyd edir ki, hüquqlarını müdafiə etdiyi yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs həm istintaqda, həm də məhkəmə araşdırması zamanı vermiş olduğu ifadələrində verilmiş ittiham üzrə özünü təqsirli bilmiş və əməlini səmimi etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxs yetkinlik yaşınaa çatmayan Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbində deyilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, məhkəmə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyənləşdirərkən və cəzanı fərdiləşdirərkən təqsirləndirilən şəxsin cinayəti ehtiyatsızlıqdan törətməsini, cinayətin edilmə üsulunu və hərəkətlərinin intensivliyini, habelə cinayət əməlini törətdikdən bilavasitə sonrakı davranışını da diqqətə almamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbində deyilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Birinci instansiya məhkəməsi cəza təyin edərkən göstərilən halı da nəzərə almamışdır. Müdafiə tərəfi kimi məhkəmə kollegiyasının nəzərinə onu da çatdırır ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq üçün kifayət qədər cəhd göstərməsini də cəza təyyin edərkən nəzərə almamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Qanunvericiliyinin tələbinə görə-hökm məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında çıxarılmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən istinad olunan maddənin tələbləri kobud şəkildə pozularaq hökm məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında çıxarılmamışdır. Göstərilənlərə əsasən hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə bağlı təyin edilmiş cəza həm məhkumun şəxsiyyətinə, həm də onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmadığından ədalətsizdir və apellyasiya qaydasında dəyişdirilməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2013-cü il Qərarında tövsiyə olunur: “Məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəməyol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Həmçinin istinad olunan qərarda göstərilir ki, məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Məhkəmələrə tövsiyə edilsin ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə - təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 1997-ci il tarixli * saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CPM-nin 327-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə ## ###### 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə ## ####### 1982-ci il tarixli qərar, X2rşı iş üzrə ## ####### 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməli və cəza ədalətli olmalıdır. Barbera, Messege və Habardo İspaniyaya qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə # #### 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə ## #### 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə ## ###### 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə ## ### 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göründüyü kimi, yetkinlik yaşma çatmayan Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə bağlı təyin edilmiş cəza həm məhkumun şəxsiyyətinə, həm də onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmadığından ədalətsizdir və apellyasiya qaydasında dəyişdirilməlidir.

PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI:

Məhkəmə kollegiyasının iclasında: Dövlət ittihamçısı dövlət ittihamçısı1 müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək təmin edilməməsini, Təqsirləndirilən şəxs ittiham edildiyi CM-in 264-cü maddəsi ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ##### 2026-cı il tarixli hökmünün birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsası ilə ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə yanaşı, CM-in 264-cü maddəsi ilə də təqsirli bilinərək barəsində cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına uyğun cinayətlərin məcmusu üzrə əlavə cəza ilə birlikdə azadlıqdan məhrum etmə növündə cəzanın həddinə münasibətdə daha ağır həddə cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını, eləcə də onun apellyasiya şikayətinin və apellyasiya protestinin təmin olunmaqla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin tərkibinin tanınmasını, həmin maddə ilə də ona əlavə olaraq müvafiq cəza təyin edilməsini və ümumi təyin olunmuş cəzanın ağırlaşdırılmasını xahiş etmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin verdiyi apellyasiya şikayətinin və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qanuni nümayəndəsi-atası qanuni nümayəndə2 müdafiəçi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin verdiyi apellyasiya şikayətinin və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini xahiş etmişdir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinin və dövlət ittihamçısının apellyasiya protestinin əsassız olduğunu bildirərək təmin edilməməsini, eləcə də onun tərəfindən verilmiş apellyasya şikayətinin təmin edilməklə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddində cəza təyin olunmasını xahiş etmişdir.

HÜQUQİ MƏSƏLƏLƏR:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 397.1-ci maddəsinə görə, Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar Apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi Apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını, apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyib hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayətləri və apellyasiya protesti təmin olunmadan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Hüquqi varis ifadəsi, şahidlər şahid3, şahid2, şahid1 ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası”nın */*** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyi, “xxxx” X4 “sağlamlığa zərər vurmanın təyininə dair” *** nömrəli, ##.##.2025-ci il tarixli rəyi, Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “istintaqa təqdim edilmiş diskə baxış keçirilməsi barədə” ##.##.2025-ci il tarixli protokolu, “xxxx” X4 “meyitin ekspertizasına dair” **/MEŞ nömrəli, ##.##.2025-ci il tarixli rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi “məhkəmə-psixoloji ekspertizası”nın **/*** nömrəli, ##.##.2026-cı il tarixli ekspert rəyi və digər sənədlərlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, həmin əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Birinci instansiya məhkəməsinin hökmündə tədqiq olunmuş yuxarıda sadalanan sübutlar ətraflı şəkildə təsvir olunduğundan məhkəmə kollegiyası prosessual qənaət prinsipi və məhkəmə aktlarının səmərəliliyi baxımından həmin sübutların yenidən geniş şəkildə təsvirinə ehtiyac görmür. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, apellyasiya şikayətlərində və apellyasiya protestində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı mübahisələndirilməmiş, tərəflər bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin qanunsuz və ya əsassız olmasına dair hər hansı dəlil irəli sürməmişlər. Apellyasiya baxışı isə, bir qayda olaraq, tərəflərin irəli sürdükləri dəlillər və mübahisələndirilən məsələlər çərçivəsində həyata keçirilir. Bu səbəbdən, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin yenidən ətraflı təhlil edilməsinə prosessual zərurət yoxdur. Apellyasiya kollegiyası iş materiallarında mövcud sübutların məhkəmə tərəfindən düzgün qiymətləndirildiyini və bu hissədə hökmün qanuniliyinə şübhə yaradan hər hansı halın müəyyən edilmədiyini nəzərə alaraq, həmin məsələyə geniş hüquqi şərh verilməsini zəruri hesab etmir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi qiymətləndirilərək birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Dövlət ittihamçısı apellyasiya protestində və zərərçəkmiş tərəf apellyasiya şikayətində mahiyyət etibarilə göstərmişlər ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin CM-in 264-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyini təsdiq edən sübutları düzgün qiymətləndirməmiş, iş üzrə toplanmış sübutların məcmusundan irəli gələn nəticələrə lazımi hüquqi qiymət verməmiş, nəticədə həmin maddə üzrə əsassız olaraq bəraətverici nəticəyə gəlmişdir. Onların mövqeyinə görə, yol-nəqliyyat hadisəsindən dərhal sonra təqsirləndirilən şəxsin hadisə yerindən uzaqlaşması, zərərçəkmiş şəxsə lazımi kömək göstərməməsi, təcili tibbi yardım və polis orqanlarına məlumat verməməsi, ilk növbədə öz yaxınlarına zəng etməsi, zərərçəkmişə məxsus mobil telefonu götürməsi və hadisədən sonrakı davranışı CM-in 264-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin bütün obyektiv əlamətlərini yaratmışdır. Buna görə də, onlar hesab etmişlər ki, birinci instansiya məhkəməsinin hökmü həmin hissədə dəyişdirilməli, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə də təqsirli bilinərək cəza təyin edilməlidir. Məhkəmə kollegiyası bu dəlilləri cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, həmin arqumentlər formal baxımdan müəyyən faktiki hallara istinad etsə də, iş üzrə toplanmış sübutların tam məcmusu ilə təsdiq olunmur və bu səbəbdən birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz hesab edilməsi üçün əsas vermir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində olduğu kimi məhkəmə baxışı zamanı da ardıcıl şəkildə bildirmişdir ki, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra özü də avtomobildən kənara düşmüş, hadisənin təsirindən şok vəziyyətində olmuş, əvvəlcə zərərçəkmişə yaxınlaşaraq onu ayıltmağa çalışmış, daha sonra mobil telefonla qohumlarına baş vermiş hadisə barədə məlumat vermiş, hadisə yerindən qaçmamış, təxminən 30-40 metr məsafədə qalmış, kənd sakinləri hadisə yerinə toplaşdıqdan sonra isə özü də aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya aparılmışdır. Kollegiya hesab edir ki, bu ifadələr iş üzrə digər sübutlarla müqayisədə təklənmiş sübut kimi deyil, digər sübutlarla birlikdə qiymətləndirilməlidir. İş üzrə yeganə hadisə iştirakçısı olan şahid şahid3 ifadələri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Həmin şahid məhkəmədə ifadəsində göstərmişdir ki, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra həm özü, həm də Elnar avtomobildən kənara düşmüş, Elnar ona Tunara baxmasını demiş, özü də hadisənin təsiri altında olmuş, üst-başı qan içində və pis vəziyyətdə avtomobilin yaxınlığında dayanmışdır. Şahid eyni zamanda göstərmişdir ki, Elnar hadisədən sonra hadisə yerinin yaxınlığında olmuş, onun hadisə yerini tərk etməsini görməmiş, əksinə Elnarın da şok vəziyyətində olduğunu müşahidə etmişdir. Şahid şahid3 bu ifadələri məhkəmə kollegiyası tərəfindən xüsusi etibarlı hesab edilir. Çünki o, hadisənin birbaşa iştirakçısı olmuş, hadisə baş verən anda avtomobildə olmuş, hadisədən dərhal sonrakı vəziyyəti şəxsən müşahidə etmiş yeganə şəxsdir. Onun ifadələrində təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi taleyin ümidinə buraxmaq niyyəti ilə hadisə yerini tərk etməsi barədə hər hansı məlumat yoxdur. Əksinə, şahidin ifadəsi təqsirləndirilən şəxsin hadisənin təsirindən psixoloji sarsıntı keçirdiyini və hadisə yerinin yaxınlığında qaldığını təsdiq edir. Şahid şahid3 bu ifadələri məhkəmə kollegiyası tərəfindən xüsusi etibarlı hesab edilir. Belə ki, o, hadisənin birbaşa iştirakçısı olmuş, avtomobildə olan yeganə sağ qalmış sərnişin kimi hadisənin həm başvermə anını, həm də ondan sonrakı vəziyyəti bilavasitə müşahidə etmişdir. Onun ifadələrindən görünür ki, təqsirləndirilən şəxs hadisə baş verdikdən dərhal sonra hadisə yerindən gizlənmək və ya məsuliyyətdən yayınmaq məqsədi ilə hərəkət etməmiş, əksinə özü də xəsarət almış, hadisənin təsirindən sarsılmış vəziyyətdə olmuş, zərərçəkmişə kömək göstərilməsi üçün şahid3 müraciət etmiş, daha sonra hadisə yerinin yaxınlığında qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu ifadələrin iş üzrə digər sübutlarla müqayisəli təhlili dövlət ittihamçısının və zərərçəkmiş şəxsin hüquqi varisinin irəli sürdüyü "təqsirləndirilən şəxsin zərərçəkmişi köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən qaçması" barədə iddialarını təsdiq etmir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş şahid2 də ifadəsində göstərmişdir ki, hadisə yerinə çatarkən Təqsirləndirilən şəxs təxminən 35-40 metr məsafədə, su kollektorunun yaxınlığında görmüş, onu səsləsə də cavab almamışdır. Şahid eyni zamanda bildirmişdir ki, Elnar heç bir istiqamətdə qaçaraq hadisə yerini tərk etməmiş, sadəcə hadisə yerinin yaxınlığında məqsədsiz şəkildə hərəkət etmişdir. Şahid onun hadisə yerindən uzaqlaşmasını, gizlənməsini və ya həmin ərazini tərk etməsini müşahidə etməmişdir. Əksinə, Elnar hadisə yerinə yaxın məsafədə olmuş, zərərçəkmiş xəstəxanaya aparılanadək həmin ərazidə qalmışdır. Kollegiya qeyd edir ki, şahid2 ifadəsində əks olunan "Elnar, qorxma, gəl bura" sözləri də hadisədən dərhal sonra təqsirləndirilən şəxsin psixoloji vəziyyətinin normal olmadığını, onun qorxu və təşviş keçirdiyini göstərən hallardan biridir. Əgər təqsirləndirilən şəxs həqiqətən cinayət məsuliyyətindən yayınmaq niyyəti ilə hadisə yerini tərk etmək istəsəydi, hadisə yerindən cəmi bir neçə on metr aralıda qalmasının, ətrafda olan şəxslərin onu görəcəyi məsafədə dayanmasının, sonradan isə ümumiyyətlə hadisə yerindən uzaqlaşmayaraq özünün də xəstəxanaya aparılmasının hər hansı məntiqi izahı olmazdı. Digər tərəfdən, şahid şahid2 ifadəsində qeyd etdiyi "Elnar, qorxma, gəl bura" sözləri hadisənin faktiki şəraitinin qiymətləndirilməsi baxımından mühüm sübut əhəmiyyətinə malikdir. Həmin ifadənin məzmunundan aydın görünür ki, şahid bu sözləri Elnarın onu eşidə biləcəyi məsafədə olduğu şəraitdə səsləndirmişdir. Əgər Elnar hadisə yerindən uzaqlaşmış və ya qaçaraq ərazini tərk etmiş olsaydı, şahidin onu bu cür səsləməsi məntiqi baxımdan əsaslı görünməzdi. Əksinə, şahidin istifadə etdiyi "gəl bura" ifadəsi Elnarın hadisə yerinin yaxınlığında olduğunu, lakin qorxu və ya həyəcan səbəbindən hadisə yerindən bir qədər kənara çəkildiyini göstərir. Həmçinin "qorxma" sözünün işlədilməsi şahidin Elnarın hadisədən sonra təşviş və həyəcan keçirdiyini müşahidə etdiyini və onu sakitləşdirərək yenidən öz yanına çağırmağa çalışdığını göstərir. Bu isə Elnarın hadisə yerindən qaçaraq gizlənməsi və ya məsuliyyətdən yayınmağa cəhd etməsi ilə deyil, hadisənin təsiri altında yaxınlıqda qalması ilə daha çox uzlaşır. Beləliklə, şahid şahid2 həmin ifadəsi Elnarın hadisə yerini dərhal tərk edərək qaçdığı barədə iddiaları təsdiq etmir. Əksinə, bu ifadə onun hadisə yerinin yaxınlığında olduğunu və şahid tərəfindən səslənəcək məsafədə qaldığını göstərən dolayı, lakin məntiqi təcrübəyə uyğun sübut kimi qiymətləndirilir. Bundan başqa, şahid şahid1 ifadələri də dövlət ittihamçısının və zərərçəkmiş tərəfin irəli sürdüyü dəlilləri təsdiq etmir. Həmin şahid göstərmişdir ki, hadisə yerinə çatdıqda onun əsas diqqəti ağır xəsarət almış uşağın xilas edilməsinə yönəlmiş, Elnarı hadisə yerində və ya hadisə yerindən qaçan şəxs kimi görməmişdir, görsəydi də belə kim olduğunu bilməzdi, çünki onu tanımamışdır. Şahid yalnız zərərçəkmiş şəxsin təcili şəkildə xəstəxanaya çatdırılması ilə məşğul olmuşdur. Kollegiya hesab edir ki, bu ifadələrin heç biri təqsirləndirilən şəxsin CM-in 264-cü maddəsində nəzərdə tutulmuş hərəkətləri törətməsini şübhəsiz şəkildə təsdiq etmir. CPM-in sübutların qiymətləndirilməsinə dair müddəalarına əsasən, heç bir sübut qabaqcadan müəyyən edilmiş qüvvəyə malik deyildir və məhkəmə hər bir sübutu digər sübutlarla qarşılıqlı əlaqədə, iş üzrə bütün halları tam, hərtərəfli və obyektiv araşdırmaqla qiymətləndirməlidir. Eyni zamanda cinayət mühakimə icraatının əsas prinsiplərindən biri ondan ibarətdir ki, şəxsin təqsirliliyi yalnız biri digərini tamamlayan, bir-biri ilə uzlaşan və ağlabatan şübhə doğurmayan sübutların məcmusu ilə təsdiq edildikdə ittiham hökmü çıxarıla bilər. Təqsirləndirilən şəxsin əleyhinə olan aradan qaldırılması mümkün olmayan şübhələr isə onun xeyrinə təfsir olunmalıdır. Hazırkı iş üzrə dövlət ittihamçısı və zərərçəkmiş şəxsin hüquqi varisi CM-in 264-cü maddəsinin tətbiqini əsaslandırarkən əsasən təqsirləndirilən şəxsin hadisədən sonra təcili tibbi yardım çağırmamasına, ilk olaraq yaxın qohumlarına zəng etməsinə, müəyyən məsafədə dayanmasına və zərərçəkmişə məxsus mobil telefonu götürməsinə istinad etmişlər. Lakin kollegiya hesab edir ki, sadalanan hallar ayrı-ayrılıqda və ya birlikdə CM-in 264cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin mövcudluğunu avtomatik olaraq təsdiq etmir. Belə ki, cinayət qanununa görə cinayət tərkibinin müəyyən edilməsi üçün təkcə hadisədən sonrakı ayrı-ayrı davranış epizodlarının mövcudluğu kifayət etmir. Məhkəmə həmin davranışın baş vermə şəraitini, şəxsin psixoloji vəziyyətini, obyektiv imkanlarını, hadisənin inkişafını və bütün digər sübutlarla uyğunluğunu qiymətləndirməlidir. Bu baxımdan məhkəmə kollegiyası iş üzrə təyin edilmiş məhkəmə-psixoloji ekspertizasının rəyini xüsusi əhəmiyyətli sübut hesab edir. Həmin ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hadisə anında emosional vəziyyəti kəskin şəkildə dəyişmiş, baş vermiş ağır yol-nəqliyyat hadisəsi və zərərçəkmiş şəxsin ağır vəziyyətini görməsi nəticəsində onda kəskin emosional stress, şüurun daralması və davranışın dezorqanizasiyası baş vermişdir. Ekspertlər açıq şəkildə qeyd etmişlər ki, bu vəziyyət onun məqsədsiz şəkildə irəli-geri hərəkət etməsi, təcili yardım əvəzinə tanıdığı şəxslərə zəng etməsi, nə aktiv kömək göstərə bilməsi, nə də hadisə yerindən tam uzaqlaşa bilməməsi ilə xarakterizə olunmuşdur və həmin hallar şahid ifadələri ilə də təsdiq edilir. Kollegiya hesab edir ki, bu ekspert rəyi iş üzrə digər sübutlarla tam uzlaşır. Həm şahid3, həm şahid2, həm də təqsirləndirilən şəxsin öz ifadələri onun hadisədən sonra təşviş, qorxu və psixoloji sarsıntı içində olduğunu təsdiq edir. Deməli, hadisədən sonrakı davranış yalnız formal nəticəyə əsasən deyil, həmin psixi vəziyyət nəzərə alınmaqla qiymətləndirilməlidir. Eyni zamanda iş materiallarında mövcud olan videogörüntü də kollegiya tərəfindən tədqiq edilmişdir. Həmin görüntü yol-nəqliyyat hadisəsinin başvermə anını əks etdirsə də, hadisədən sonrakı davranışları tam əhatə etmir və təqsirləndirilən şəxsin sonrakı hərəkətləri barədə qəti nəticə çıxarmağa imkan vermir. Buna görə də videogörüntünün özü-özlüyündə CM-nin 264-cü maddəsinin bütün obyektiv və subyektiv əlamətlərini təsdiq edən müstəqil sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair» ## ##### 2012-ci il qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yol-nəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Bununla da, yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına zərər vurulmuş zərər çəkmiş şəxsə yol-nəqliyyat vasitəsini idarə edən şəxs barəsində dərhal düzgün məlumatı əldə etmək imkanı verir. Müvafiq olaraq, cinayət qanununun həmin müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımi məlumatları bildirsin. Belə məlumatlar sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda isə, onun maraqlarını təmin edəcək digər şəxsə verilməlidir. Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin mövcudluğu hadisə yerindən qaçmanın qəsdən törədilməsinə və cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə sürücünün üzərinə qoyulan öhdəliklərin qəsdən yerinə yetirlməməsinə ehtiva edir. Konstitusiya Məhkəməsi «qaçma» anlayışını açıqlayarkən «Yol hərəkəti haqqında» Qanunun qeyd olunan müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalqhüquqi aktlarla da üst-üstə düşməsini qeyd etmişdir. Belə ki, bu Konvensiyanın 31-ci maddəsi yol-nəqliyyat hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol-nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol-nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri məhv etməmək vəzifəsi də qoyulur. Avropa Şurasının Nazirlər Komitəsinin ## ######## 1977-ci il tarixli, ** saylı Qətnaməsinin 4-cü bəndinə əsasən qanunvericilikdə təsbit edilmiş davranma qaydaları şəxsin şəxsiyyətinə və ya onun avtomobilinə dair müvafiq şəxslərdən və ya hakimiyyət orqanlarından məlumatı gizlətmək məqsədilə hadisə yerindən qaçması kimi hərəkətlərin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, ittiham tərəfindən təqdim olunmuş sübutlarla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmaq, törətdiyi yol-nəqliyyat hadisəsinin izlərini gizlətmək və ya hüquq-mühafizə orqanlarından yayınmaq məqsədi ilə qəsdən hadisə yerindən qaçması təsdiq olunmur. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya və apellyasiya məhkəmə baxışında araşdırılmış sübutlarla təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətdikdən sonra zərərçəkmiş şəxsə qəsdən köməksiz vəziyyətdə qoymaq məqsədi ilə hadisə yerini tərk etməmiş, əksinə hadisədən sonra aldığı psixoloji sarsıntı və şok vəziyyəti səbəbindən davranışlarını adekvat idarə etməkdə çətinlik çəkmiş, hadisə yerinin yaxınlığında qalmış və sonradan yaxınlarına məlumat vermişdir. Buna görə də birinci instansiya məhkəməsinin sonuncuya CM-in 264-cü maddəsi ilə bəraət verilməsinə dair nəticəsi əsaslı olmuşdur. Belə ki, CPM-nin 42.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Odur ki, qeyd olunanları yekunlaşdıraraq apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə CM-in 264-cü maddəsi ilə bəraət verilməsinə dair mövqeyi ilə razılaşır. Müdafiə tərəfindən verilmiş apellyasiya şikayətində şikayət müəllifi birinci instansiya məhkəməsinin hökmünün cəza hissəsində dəyişdirilməsini xahiş edərək göstərmişdir ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxsə təyin edilmiş cəza onun şəxsiyyətinə, yetkinlik yaşına çatmamasına, əvvəllər məhkum olunmamasına, əməlindən peşman olmasına, ailə vəziyyətinə, hadisədən sonrakı davranışına və iş üzrə mövcud olan digər yüngülləşdirici hallara tam uyğun gəlmir. Müdafiə tərəfi hesab etmişdir ki, həmin hallar nəzərə alınmaqla təqsirləndirilən şəxs barəsində daha yüngül cəza növünün tətbiqi mümkündür. Məhkəmə kollegiyası müdafiə tərəfinin bu dəlilləri ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən CM-in 59-cu maddəsinə əsasən, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmamasını, əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi, eləcə də CMin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almış, eyni zamanda törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, cinayət nəticəsində azyaşlı şəxsin həyatını itirməsini, təqsirləndirilən şəxsin sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsini, yaşayış məntəqəsində müəyyən olunmuş sürət həddini aşmasını və törədilmiş əməlin nəticələrinin ağırlığını düzgün qiymətləndirərək cəzanı fərdiləşdirmişdir. Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin kumulyativ sanksiyasından görünür ki, beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu ##.##.2013-cü il tarixli * nömrəli Qərarının 21-ci bəndində qeyd etmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 3 (üç) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası onu vurğulayır ki, ədalətli cəza təyin edilməsi, hər şeydən əvvəl, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Məhkəmə kollegiyası nəzərə alır ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamışdır və bu hal cəza təyin edilərkən onun şəxsiyyətini xarakterizə edən mühüm amil kimi qiymətləndirilməlidir. Bununla belə, yetkinlik yaşına çatmamaq faktı özlüyündə təyin edilmiş cəzanın mütləq qaydada minimum həddə endirilməsi üçün əsas yaratmır. Cəza fərdiləşdirilərkən təqsirləndirilən şəxsin yaşı ilə yanaşı, törədilmiş əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun nəticələri, iş üzrə digər halların məcmusu, eləcə də zərərçəkmiş tərəfin mövqeyi nəzərə alınmalıdır. İş materiallarından görünür ki, zərərçəkmiş tərəf təyin olunmuş cəzanın yüngülləşdirilməsinə qəti etiraz edir və məhkəmə baxışı zamanı ardıcıl olaraq ciddi mövqe nümayiş etdirmişdir. Zərərçəkmiş tərəfin bu mövqeyi məhkəmə üçün həlledici olmasa da, cəzanın ədalətliliyi və zərərçəkmişin hüquq və qanuni mənafelərinin qorunması baxımından nəzərə alınmalı olan hallardan biridir. Bu səbəbdən, yalnız təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmaması əsas gətirilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının qanunda nəzərdə tutulmuş ən aşağı həddə endirilməsi cəzanın fərdiləşdirilməsi və ədalət prinsipləri ilə uzlaşmazdı. Belə yanaşma törədilmiş əməlin ağırlığı, onun nəticələri və zərərçəkmiş tərəfin qanuni maraqları ilə lazımi tarazlığı təmin etməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi təyin etdiyi cəza ilə həm təqsirləndirilən şəxsin yaşı və islah olunma imkanlarını, həm də törədilmiş əməlin ictimai təhlükəliliyini və zərərçəkmiş tərəfin hüquq və mənafelərini lazımi qaydada nəzərə almış, nəticədə ədalətli və mütənasib cəza müəyyən etmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı mövqeyi ilə də razılaşaraq yuxarıda qeyd olunan nəticəsini qanuni və əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə də, apellyasiya kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında yekun qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətləri və apellyasiya protestinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. AR Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDI:

Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti, dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti və məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar