Məhkəmə qərarları › İş №1(3-9)-250/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-250/2026

01.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-250/2026 01.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi1 iştirakları ilə. ## ###### 1968-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olan, Biləsuvar şəhəri, Puşkin küçəsi, ev 02-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X14 saxlanılan; İ.IŞIN HALLARI: Birinci insansiya məhkəməsinin işin faktiki hallarına əsasən gəldiyi hüquqi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-2,011 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, ## ###### 2023-cü il tarixdə saat 21:30 radələrində Biləsuvar şəhəri, Puşkin küçəsində, yaşadığı ** nömrəli evin qarşısında narkotik vasitə heroinin 1,051 qramını tanışı şahid1 hər biri 15 (on beş) manat olmaqla ümumi dəyəri 30 (otuz) manat təşkil edən iki ədəd yerli növ göyərçin müqabilində satmış, qanunsuz olaraq əldə etdiyi narkotik vasitə heroinin 0,960 qram çəkidə olan hissəsini üzərində saxlayıb daşıyarkən Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ## ###### 2023-cü il tarixdə, saat 14:20 radələrində Biləsuvar şəhəri Puşkin küçəsində, ərzaq mağazasının yaxınlığında piyada hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar Rayon Polis Şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,960 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmənin ittiham hökmünə əsasən (hakimlər: X5 (sədrlik edən), X1, X2 ibarət tərkibdə) Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 03-## ###### 2023-cü il tarixlərdə 2 gün tutulduğu müddət azadlıqdan məhrumetmə cəzasının bir gününə bir gün hesab edilməklə cəza müddətindən çıxılmış və üzərində qəti olaraq 5 (beş) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmiş, cəzaçəkmə müddətinin başlanğıcı ## #### 2025-ci il tarixdən hesablanmış və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələlər həll olunmuşdur. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi3 tərəfindən apellyasiya şikayətləri verilmişdir. II.APELLYASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində araşdırılma aparmadan ədalətsiz qərar çıxarılmışdır. Məhkəmə işin faktiki hallarını araşdırmadan ona 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Təyin edilmiş cəzadan narazıdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** nömrəli hökmünün ləğv edilməsi və barəsində ədalətli qərar qəbul edilməsi xahiş olunur. Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** nömrəli hökmü qanunsuzdur. belə ki, cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Ismayıl oğlu ona verilmiş CM-in 234.4.3.-cü maddəsi ilə özünü təqsirli bilməmişdir. Təqsirləndirilən çəxs Təqsirləndirilən şəxs Ismayıl oğlu məhkəmədə ifadə verərərək bildirmişdir ki, ## ###### 2023-cü il tarixdə günorta vaxtlarında yaşadığı evə yaxın məsafədə Nizami küçəsində yerləşən Mətləbin dükanıl deyilən dükanda evin mobil telefonuna kontr yükləmiş , sonra siqaret almış və Nizami küçəsindən yolu keçərək ara küçə ilə evinə tərəf gedərkən polis əməkdaşları Xəzr və Aqşin onu saxlamış özlərini təqdim etmədən ona zor tətbiq etməklə gəldikləri “Niva“ markalı avtomobilə salaraq Biləsuvar rayon Polis şöbəsinə gətirmişlər.Polis şöbəsinə gətirildikdən sonra onu otaqların birində Xəzr və Aqşin adlı polis əməkdaşları ona ciblərində olan əşyaları təqdim etməyi təklif etmişlər. O da öz növbəsində ciblərində olan siqaretini, alşqanı, telefona ödədiyi konturun qəbzini, bir ədəd eynək silmək üçün dəsmalı və 18 manat pulu stolun üzərinə qoymuşdur.Polis əməkdaşı Aqşin üzərində narkotik vasitənin olub olmamasını soruşmuş, o da cavabında narotik vasitədən istifadə etmədiyini artıq sonuncu hökmdən sonra hal-hazıra kimi narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Polis əməkdaşı Aqşin səndə yoxdur məndə var deyərək sonra əlindəki bükülüdə olan narkotik vasitəni üzərinə götürməyi təklif etmişdir. O, isə etiraz etmişdir. Polis əməkdaşı onu evindən küllü miqdarda narkotik vasitə çıxaracağı ilə hədələmişdir. Bu söhbətdən iki-üç saat sonra otağın qapısı açılmış və o qapıda tanıdığı şahid1 görmüşdür. Polis əməkdaşı Aqşin Mübarizdən narkotik vasitəni ondan alıb-almasını soruşmuş və cavabında Mübariz başı ilə təsdiq etmişdir. Sonra ona qarşı hədələr davam etmiş və sonda ona CM-in 234.1-ci maddəsi ilə cinayət işi açacalqarını və barəsində həbs qətimkan tədbiri seçilməyəci kimi vədlər vermişlər. Kəmaləddin Rəsulov razılq vermişdir. Bundan sonra onu başqa bir otağa keçirərək orada video çəkilişlə üzərinə baxış keçirilmişdir və oda polislərin göstərişlərinə əməl edərək çəkiliş vaxtı verdiyi ifadəni vermək məcburiyyətində qalmışdır. Həqiqətən də onu əvvəlcə CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir, həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparmamışlar. 48 saat saxladıqdan sonra evə buraxmışlar. Evində axtarış aparılmamışdır. ##.##.2023-cü il tarixdə isə CM-in 234.2ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Kəmaləddin Rəsulovun bu ifadəsi o, saxlanılarkən polis şöbəsində onun üzərinə baxış keçirilərkən video çəkilişin diski ilə təsdiq edilir. Belə ki həmin diskə baxış keçirirldi və həmin diskdə olan çəkilişdən açıq aydın görünür ki, Kəmaləddin Rəsulovun üzərindən yalnız bir bükümdə narkotik vasitə aşkar olunur daha doğrusu o özü təqdim edir. Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində israrla bildirdi ki, o gözdən əlildir, bir gözü tamamailə görmür və o biri gözündə zəif görür və eynəyini təmizliyi üçün daima cibində dəsmal gəzdirir. Bütün bu faktlar təsdiq edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadə doğrudur. Cinayət işi üzrə şahid qismində şahid1 məhkəmədə ifadə verərək bildirdi ki, o təqsirləndirilən şəxs Kəmaləddin Rəsulovdan narkotik vasitə almamışdır və Kamalədin Rəsulov ona narkotik vasitə satmamışdır.O polis əməkdaşları tərəfindən saxlanılan vaxtı ona edilmiş təzyiqlər, hədə, kobud rəftar qanunsuz hərəkətlər səbəbindən üzərində aşkar edilmiş narkotik vasitəni guya Kəmaləddin Rəsulovdan almış olduğunu demişdir. O bildirdi ki, polis tərəfindən saxlanıldıqdan sonra polis əməkdaşları narkotik vasitəni Kəmaləddin Rəsulovdan aldığını deməsini tələb etmişlər və əksi təqdirdə onu daha da ağır cinayətdə təqsirləndirləcəyəkləri ilə hədələmişlər. Məhz bu səbəbdən o qorxmuş və ibtidai istintaqda Rəsulov Kəmaləddinə qarşı bu ifadəni vermişdir və hazırda isə həmin ifadəsindən imtina edir. Cinayət işinin materiallarında olan şahid1 ibtidai istintaqda vermiş olduğu ifadə ziddiyyətli idi. Beləki ibtidai istintaqda vermiş olduğu ifadəsində şahid1 göstərmişdir ki, narkotik vasitəyə olan tələbatı yarandığından bədənində ağrılar başlamışdır. Ağrılara dözə bilmirdi, narkotik vasitə lazım idi ki, bədənində olan ağrılarını sakitləşdirsin aradan qaldırsın. Bunun üçün narkotik vasitəni ##.##.2023-cü il tarixdə Kəmaləddin Rəsulovdan təxminən bir qram çəkidə əldə edib. Ifadəsində göstərmişdi ki, bədənində olan ağrılara görə narkotik vasitəyə kəskin tələbatı yaranmış bu vəziyyətdən çıxmaq üçün Kəmaləddin Rəsulovdan ## ###### 2023-cü il tarixdə narkotik vasitə alır. 5 gün sonra yəni ##.##.2023-cü il tarixdə isə polis əməkdaşları tərəfindən saxlanılır, rayon polis şöbəsinə gətirilr və üzərinə baxış zamanı həmin bir qram narkotik vasitə aşkar olunaraq götürülür. şahid1 ibtidai istintaqda vermiş olduğu ifadəsindən ziddiyyətli məqamlar var bu da suallar yaradır: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Ismayıl oğluna Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsi ilə verilmiş Ittihamın əsasını şahid qismində şahid1 ifadəsi və narkotik vasitə haqqında alınmış ekspert rəyi təşkil edir. Göründüyü kimi şahid şahid1 Təqsirləndirilən şəxs narkotik vasitə almadığını bildirdi. Narkotik vasitə ilə bağlı alınmış ekspert rəyində şahid1 aşkar edilmiş narkotik vasitənin tərkibinin Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə ilə eynilik təşkil etməsi göstərilmişdir. Hər iki şəxsin üzərində narkotik vasitə heroin aşkar edilmişdir. Hər bir narkotik vasitə növünə görə eyni tərkibli olur.Yəni narkotik vasitələrin hazırlanmasında növünə görə eyni kimyəvi maddələrdən, prekursorlardan istifadə edilir. Bu səbəbdən onların tərkibi eyni olmalıdır. Əgər ki, narkotik vasitəninin hazırlanması üçün başqa bir prekursordan istifadə edilmiş olsa onda əldə olumuş narkotik vasitə başqa bir növ narkotik vasitəyə çevrilmiş olar.Odur ki,Kəmalədin Rəsulov və şahid1 üzərində aşkar edilmiş narkotik vasitələrin eyni tərkibli olması halı sübut kimi qiymətləndirməsi yolverilməzdir. Bundan başqa ittiham tərəfin şahidi kimi Biləsuvar rayon polis şöbəsinin əməkdaşları şahid2 və şahid3 məhkəmədə ifadə verərək bildirdilər ki, əvvəlcə ## ###### 2023-cü il tarixdə Mübariz Mırzəzadəni saxlamışlar və üzərinə baxış keçirirəkən ondan narkotik vasitə 1,051 qram şəkidə heroin aşkar olunaraq götürülmüş və həmin narkotik vasitəni haradan əldə etməsini soruşduqda Təqsirləndirilən şəxs almış olduğunu bildirmişdir. şahid1 izahatında onun narkotik vasitənin mənbəyi haqda vermiş olduğu məlumat əsasında Biləsuvar rayon polis şöbəsinin əməkdaşları şahid2 və şahid3 əməliyyat keçirmişlər və Təqsirləndirilən şəxs saxlayaraq rayon polis şöbəsinə gətirmişlər.Onun da üzərinə baxış keçirmişlər və 0,960 qram çəkidə narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni rayonda univermaq deyilən ərazidə tapdığını bildirmişdir və şahid1 narkotik vasitə satmadığını bildirmişdir. Polis əməkdaşlarının ibtidai istintaqa və və eləcə də məhkəmədə vermiş olduqları ifadələr də ziddiyyətlər yaradır. Belə ki şahid1 narkotik vasitənin istifadəçisi kimi bədənində olan ağrılarla bağlı narkotik vasitə əldə etmişdirsə necə olur ki, 5 gün həmin narkotik vasitəni üzərlərində gəzdirir və istifadə etmir. Digər məsələ ondan ibarətdir ki, polis əməkdaşları artıq şahid1 saxladıqdan sonra onun üzərində aşkar edilmiş narkotik vasitənin Kəmaləddin Rəsulovdan almasını yəni narkotik vasitə satmasını öyrəndikdən sonra Kəmaləddin Rəsulovu saxladıqdan sonra onun üzərində narkotik vasitə aşkar etdikdən sonra artıq polis əməkdaşlarına narkotik vasitənin satışı bəlli olduqdan sonra bəs nə üçün dərhal əməliyyat axtarış haqqında qanuna əsasən Təqsirləndirilən şəxs Ismayıl oğlunun yaşadığı evdə axtarış aparmaq kimi əməliyyat hərəkətlrini etməyiblər. Cinayət işinin materiallarında qeyd olunur ki, şahid1 üzərində 1,051 qram, Təqsirləndirilən şəxs üzərində isə 0,960 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Əgər ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul idisə necə olur satdığı narkotik vasitə 1 qram yox 1,051 qram çəkidə olur yəni qramdan 0,051 qram artıq olur.Üzərində də 0,960 qram bir qramdam əskik. Narkotik vasitənin qanusuz dövriyyəsi ilə yəni satışı ilə məşğul olan şəxslərin cinayət işləri üzrə təcrübə göstəriri ki, həmişə narkotik vasitəni tərəzidə qızıl çəkən kimi çəkirlər. Təqsirləndirilən şəxs əgər narkotik vasitənin satışı ilə məşğul idisə on nə üçün bir qram əvəzinə 1,051 qram versin. Odur ki, Təqsirləndirilən şəxs Ismayıl oğluna Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham konkrent olaraq təkzib edilməz sübutlarla təsdiqini tapmır. Qeyd olunanlara əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hölmünün ləğv edilməsi və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Ismayıl oğluna qarşı Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsi ilə verilmiş ittham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən CPM-in 42.1.4.-cü maddəsinə əsasən onun barəsində bəraət hökmü çıxarılması xahiş olunur. III.PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs Ismayıl oğlunun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edildiyini, birinci instansiya məhkəməsi məhkum olunmuş şəxsə cəza təyin edərkən cəzanın ağırlaşdırıcı və yüngülləşdirici hallarının nəzərə alındığını, ona qanuni və ədalətli cəza təyin edildiyini, hökmün ləğvinin və ya dəyişdirilməsi üçün əsasların olmadığına görə apellyasiya şikayətinin təmin olunmamasını və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Ismayıl oğlu apellyasiya şikayətini əsaslandırarkən bildirdi ki, özünü CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilmir. Üzərindən aşkar olunmuş narkotik vasitə özünə məxsus olmamış, polis əməkdaşları üzərinə qoymuş, onu ailə üzvləri ilə hədələmişlər. Ona görə də, üzərinə şəxsi axtarış keçirilən zaman, aşkar olunmuş heroin kütləsini yoldan tapdığını və üzərində saxladığını bildirmişdir. O, şahid1 narkotik vasitə satmamış, ona işgəncə verib məcbur etdikləri üçün, şahid1 onun əleyhinə ifadə vermişdir. Müdafiəçi müdafiəçi1 apellşasiya şikayətlərinin dəlillərini müdafiə etmiş, təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. IV.HÜQUQI MƏSƏLƏLƏR: Аzərbаycаn Respublikаsının CPM-in 397.1-ci mаddəsinə əsasən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və bu Məcəllənin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən yаlnız аpellyаsiyа şikаyətinin və yа аpellyаsiyа prоtestinin hüdudlаrındа yоxlаnılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs və müdafiəçisi məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2. və 401-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Bununla əlaqədar olaraq əvvəlcə ibtidai araşdırma orqanın topladığı və birinci instansiya məhkəməsinin əsaslandığı sübutlar yoxlanılmalı və qiymətləndirilməli, daha sonra apellyasiya baxışının nəticələrinə hüquqi qiymət verilməlidir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hazırda verdiyi ifadələrin məzmunu ondan ibarətdir ki, o, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmamış, əvvəllər narkotik vasitələt qəbul etsə də, sonuncu məhkumluğundan sonra heç bir narkotik vasitə qəbul etməmişdir. Mübariz Məmmədzadənin atasını tanıyır, hər ikisi ilə münasibətləri olmuşdur. Mübarizdən göyərçin alsa da, buna görə ona 30 manat pul vermişdir. Mübariz sonradan ona bildirmişdir ki, onu polis şöbəsində incitmişlər, məcbur edib narkotik vasitə heroini ondan alması barədə ifadə verməsinə nail olmuşlar. O, özü saxlanıldıqdan sonra ona da hədə-qorxu gəlmişlər, qızının ərinin avtomobilinə narkotik qoyacaqları ilə hədələmişlər. Ona görə məcbur olub üzərindən aşkar olunmuş narkotik vasitəni yoldan tapdığını bildirmişdir. Apellyasiya baxışında Təqsirləndirilən şəxs suallara cavab olaraq, hədə-qorxuya məruz qaldığı halda, şəxsi axtarış zamanı niyə üzərindən aşkar olunmuş narotik vasitəni etiraf etməsini, Mübariz Məmmədova isə narkotik vasitə heroin satmadığını bildirməsini, eləcə də ibtidai istintaq müddətində polisin nəsarəti altında qətimkan tədbiri ilə bağlı azadlıqda olarkən, həmçinin bir ilə yaxın müddətdə barəsində axtarış elan olunduğu müddətdə hədə-qorxuya məruz qalması ilə bağlı şikayətlər etməməsinin səbəblərini izah edə bilməmişdir. Şahid şahid1 birinci isntansiya məhkəməsində ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, ## ###### 2023-cü il tarixdə günorta saatlarında polis əməkdaşları Aqşin və Xəzər onu saxlayaraq polis şöbəsinə aparmışlar. Ona təsir və təzyiq göstərmişlər. Əməliyyatçı Aqşin ona bildirmişdir ki, “biz deyənləri deməlisən, yəni narkotik vasitəni Kəmaləddindən aldığını deməlisən”. Bundan sonra, onu hədələyərək döymüşlər. Onu 2 gün şöbədə saxlamış və bildirmişlər ki, razılaşmazsa onu daha ağır maddə ilə saxlayacaqlar. O, Təqsirləndirilən şəxs 29 noyabr tarixində öz nömrəsi ilə zəng etmişdir, onunla aralarında bir-iki dəfə telefon danışığı olub, onun bacısı oğlunu soruşmaq üçün zəng etmişdir. Kamaləddin həmişə göyərçin saxlamış, lakin, aralarında bu barədə alver olmamışdır, Biləsuvar Rayon Məhkəməsində və Şirvan Apellyasiya Məhkəməsində onun barəsində cinayət işinə baxılarkən üzərindən aşkar edilmiş narkotik vasitə heroini Təqsirləndirilən şəxs iki ədəd göyərçin müqabilində aldığını demişdir, nə üçün belə ifadə verməsinin səbəbini polislərdən qorxması isə əsaslandırır, hazırda isə heç kimdən qorxmur, hazırda bildirdiyi ifadəsini təsdiq edir. Lakin onun ibtidai istintaqda ibtidai istintaq zamanı ifadəsində, həmçinin, Təqsirləndirilən şəxsla üzləşdirmə zamanı bildirmişdir ki, “...O, həvəskar olaraq ev göyərçinləri saxlayır, Kəmaləddinin də həmçinin ev göyərçinləri saxladığını bilir. Kamaləddin də onun kimi narkotik vasitə istifadəçisidir. Kamaləddinə həm bir neçə dənə göyərçin, həm də iyirmi manat pul verib bunun müqabilində ondan üç-dörd dəfə şəxsi istifadəsi üçün müxtəlif vaxtlarda narkotik vasitə heroin almışdır. ## ###### 2023-cü il tarixdə günorta saatlarında Kamaləddinə hər biri 15 (on beş) manat olmaqla 30 (otuz) manat dəyərində iki ədəd yerli növ göyərçin vermiş, aralarında razılıq belə olmuşdur ki, Kamaləddin bunun müqabilində ona istifadə etmək üçün narkotik vasitə heroin verəcəkdir. Razılaşmalarına uyğun olaraq ## ###### 2023-cü il tarixdə, saat 21:30 radələrində Kamaləddinin Biləsuvar şəhəri, Puşkin küçəsində yerləşən ** saylı evinin qarşısında onunla görüşmüşdür. Həmin vaxtı orada hər ikisi birlikdə narkotik vasitə heroin qəbul etmişlər, yerdə qalan təxminən bir qram narkotik vasitə heroini Kamaləddin ona iki ədəd göyərçinlərin müqabilində vermişdir. Kamaləddinin ona satmış olduğu narkotik vasitə heroini üzərində saxlamışdır ki, ağrıları olanda qəbul edib sakitləşər...” X10 məhkəmə istintaqında vermiş olduğu təkzibedici ifadəsini işin halları, onun özü barəsində olan cinayət işi üzrə hökmdə qeyd olunan ifadəsi, eləcə də üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı kompakt diskdə olan videogörüntü, üzləşmə protokolu və həmin üzləşmənin qeydə alındığı videogörüntü ilə qarşılıq təhlil etmişdir. Videogörüntülərdən aşkar görünür ki, Mübariz Məmmədov tam sərbəst surətdə, təfərrüatlı danışır. O, həmin ifadələrində əvvəllər də Təqsirləndirilən şəxs bir neçə dəfə 1 “çeti” 20 manata narkotik vasitə almasını, bir yerdə bir dəfələrlə iynə vasitəsi ilə istifadə etmələrini, ona satdığı iki baş göyərçin müqabilində 1 büküm heroin alması haqqında danışıqlarını, görüşdükləri yeri təffərüatlı şəkildə bildirmişdir. Mübariz Məmmədovun əvvəlki ifadələrində qeyd etdikləri işin halları ilə uyğun təşkil etdiyi halda, onun hazırkı təkzibedici ifadəsini təsdiq edən heç bir əsaslı dəlil müəyyən olunmur. Nəzərə alınmalıdır ki, Mübariz Məmmədovun özü barəsində CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə icraatında, habelə apellyasiya icraatında olduğu müddətdə o, hədə-qorxuya məruz qalaraq Kəmaləddin Rəsulovun əleyhinə ifadə verməsini bildirmək imkanı var idi və məhkəməyədək icraat müddətində azadlıqda qalmış, lakin bununla bağlı heç bir şikayəti olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs hədə-qorxuya məruz qalarzaq saxta ifadə vermişdirsə, məntiqi olaraq o, ibtidai ibtidai istintaq zamanı Mübariz Məmmədovun ifadəsini təsdiq edərək, ona heroin satmasını etiraf etməli idi. Lakin o, ümumiyyətlə bu hissə ilə bağlı ifadələri imza etməkdən imtina etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə, yəni 5 dəfə narkotik vasitlərin qanunsuz dövriyyəsi ilə məşğul olmasına görə məhkum olunması onun şəxsiyyətinin bu növ cinayətlərə meyili olmasını, əvvəlki məhkumluqları üzrə təyin olunmuş cəzaların onu islah etmədiyini göstərən önəmli haldır. Kollegiya bu qərarada qeyd etdiyi sübutların təhlilini kifayət hesab edir, digər sübutlar hökmdə ətraflı qeyd olunduğuna görə təkrarlanmasına prosessual qənaət prinsipi baxımından zəruri hesab etmir. Beləliklə, Mübariz Məmmədovun əvvəlki ifadələrinin sübut kimi qəbul edilməsi, sonrakı ifadəsinin sübut kimi qəbul edilməməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. X6 əvvəllər də narkotik vasitə dəfələrsə satması tam əsas verir ki, Təqsirləndirilən şəxs 2,011 qram külli miqdar çəkidə narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə etmiş və daşımışdır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə kollegiyanın hüquqi təhlilinə əsasən, müdafiə tərəfinin qeyd etdikləri işin faktiki hallarına uyğun deyil, digər sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmış, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmişdir. Bununla da cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət təqibi üzrə toplanmış sübutlar kifayətdir ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Yekun olaraq, məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi qiymətləndirilərək birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Odur ki, müdafiə tərəfinin mövqeyi özünü müdafiə olaraq qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin əməli düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası CM-in 234.4.3-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. DIN-in BƏSII-dən verilmiş ## ###### 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Biləsuvar Rayon Məhkəməsinin ## ##### 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmiş, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivinin olması cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Nəticə olaraq ona 5 il, 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunması işin halları baxımından birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 58.3cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən təqsirləndirilən şəxsin şəxsiyyəti törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi (cinayətin obyektinin əhalinin sağlamlığının qorunmasını qoruyan ictimai müasibətlərə qəsdin olması) cəzanın məhkumun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin tələblərinə cavab verən azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, müraciətin dəlilləri və hüdudu üzrə apellyasiya baxının nəticəsinə görə birinci instansiya məhkəməsi tərəfindən Cinayət- Prosessual Məcəlləsinin 401-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməmişdir. Cinayət Prosessual Məcəlləsinin 398.1. və 398.1.1-ci maddələrinə uyğun olaraq, apellyasiya şikayətinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, həmin halları cinayət qanunvericiliyinin məqsədinə uyğun, tətbiqini mümkün hesab etmir. Ona görə də apellyasiya şikayətləri təmin olunmamalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRAR VERDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar