Məhkəmə qərarları › İş №1(3-9)-251/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-251/2026

18.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-251/2026 18.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlunun sədrliyi ilə, Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə ## #### 2000-ci ildə Beyləqan rayonu, Ikinci Aşıqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum edilməmiş, Beyləqan rayonu Ikinci Aşıqlı kəndində qeydiyyatda olmaqla hazırda Beyləqan rayonu Tatalılar kəndində müvəqqəti yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş MÜƏYYƏN E T D İ: Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü ilə (sədrlik edən hakim Səbuhi Səfərov) təqsirləndirilən şəxs3 CM-in 179.2.1-ci maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, təqsirləndirilən şəxs3 cəza çəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzanın icra olunduğu müddət ərzində təqsirləndirilən şəxs3 üzərinə elektron qolbaq gəzdirmək, həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəzanın icra olunduğu müddət ərzində yaşayış yerini gecə saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, yaşadığı Beyləqan rayonunun hüdudlarını tərk etməmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, hökmün icrasının təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Beyləqan Rayon Icra və Probasiya Şöbəsinə tapşırılması, təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hökmdən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs3 apellyasiya şikayəti verərək, Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmünü ləğv edərək, CM-in 73-1.2-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. IŞIN HALLARI: təqsirləndirilən şəxs3 Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- ***)-*/**** nömrəli hökmünə əsasən CM-in 179.2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, ## ######## 2025-ci il tarixdə, saat 22 radələrində anası təqsirləndirilən şəxs1 və bacısı təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında şahid1 məxsus Beyləqan rayonu, Tatalılar kəndində yerləşən fermanın ərazisində sonuncunun qardaşı Zərərçəkmiş şəxs məxsus əmək haqqı ödənilməsi qarşılığında onlara etibar edilmiş və onlar üçün giriş-çıxışı sərbəst olan xırdabuynuzlu heyvanların saxlanıldığı ətrafı dəmir torla əhatə olunmuş tövləyə daxil olaraq dəyəri 324 manat olan bir baş 1 illik, dişi cinsli, doğmamış, diri çəkisi 40 kiloqram olan xırdabuynuzlu heyvanı və 405 manat dəyəri olan bir baş 2 illik, dişi cinsli, diri çəkisi 50 kiloqram olan xırdabuynuzlu heyvanı tamah məqsədilə talayıb, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 729 manat dəyərində zərər vurmaqla mənimsəmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Hökmdən apellyasiya protesti və apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı X1 apellyasiya şikayəti üzrə cinayət və cinayətprosessual qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında məhkum edilmiş şəxs təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Elçin Rəhimov hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib, Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmünün ləğv edilməsini, CM-in 73-1.2-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməklə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyə uyğun olaraq məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü ləğv edilməli, təqsirləndirilən şəxs3 CM-in 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə onun barəsində CM-in 179.2.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları ilə təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxsə 729 (yeddi yüz iyirmi doqquz) manat maddi zərər vurması, həmin zərərin tam ödənilməsi, zərərçəkmiş şəxslə barışığın əldə olunması və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsi müəyyən olunur. Kollegiya zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkum edilmiş şəxs təqsirləndirilən şəxs3la barışması, ona qarşı şikayət və tələbinin olmaması, ziyanın tam ödənilməsi və dövlət büdcəsinə qanunla tələb edilən ödənişin aparılması barədə məlumatları cinayət işinin materialları ilə birlikdə müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə məhkum edilmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ümumi dəyəri 729 (yeddi yüz iyirmi doqquz) manat olan iki baş xırdabuynuzlu heyvanı mənimsəmişdir. Cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin məbləği 729 manat təşkil edir və iş materiallarında bu məbləğdən artıq zərərin mövcudluğunu təsdiq edən hal müəyyən edilmir. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs3 tərəfindən vurulmuş 729 (yeddi yüz iyirmi doqquz) manat maddi zərər tam ödənilmiş, zərərçəkmiş şəxs məhkum edilmiş şəxslə barışmış, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş ödəniş sənədindən görünür ki, təqsirləndirilən şəxs3 tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə 183 (bir yüz səksən üç) manat ödənilmişdir. 729 manatın iyirmi beş faizi 182 manat 25 qəpik təşkil etdiyindən, dövlət büdcəsinə edilmiş 183 manatlıq ödəniş CM-in 73-1.2-ci maddəsinin bu şərtini tam ödəyir. CM-in 73-1.2-ci maddəsinə əsasən, bu məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi CM-in 73-1.2-ci maddəsinin imperativ tələbi ondan ibarətdir ki, CM-in 179.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda, ona dəymiş ziyanı tamamilə ödədikdə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Hazırkı iş üzrə həmin şərtlərin hər biri yerinə yetirilmişdir. CPM-in 39.1.11-ci maddəsinə əsasən - cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun cinayət məsuliyyətindən azad etmə institutuna dair hüquqi mövqelərinə görə, bu institut cinayət qanununda nəzərdə tutulmuş konkret şərtlər yerinə yetirildikdə tətbiq edilir; məsələ həll olunarkən zərərçəkmiş şəxslə barışığın əldə edilməsi, dəymiş ziyanın ödənilməsi, dövlət büdcəsinə ödənişin aparılması, təqsirkarın şəxsiyyəti və işin digər halları birlikdə qiymətləndirilməli, qərar obyektiv və əsaslandırılmış olmalıdır. Yuxarıda göstərilən maddi hüquq normalarından və bu normaların tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında əks olunmuş hüquqi mövqedən aydın olur ki, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs3 barəsində CM-in 73-1.2-ci maddəsinin tətbiqi zəruridir. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs3 CM-in 179.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmış, cinayət nəticəsində vurulmuş 729 (yeddi yüz iyirmi doqquz) manat maddi ziyanı tam şəkildə ödəmiş, həmçinin həmin ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə 183 (bir yüz səksən üç) manat ödəniş etmişdir. Başqa sözlə, CM-in 73-1.2-ci maddəsinin tələbləri yerinə yetirilmişdir. Bu hissədə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs3 törətdiyi əmələ sonradan tənqidi yanaşmış, zərərçəkmiş şəxsə vurulmuş 729 manat ziyanı tam ödəmiş və dövlət büdcəsinə 183 manat ödəniş etməklə qanunla tələb edilən dövlət ödənişini həyata keçirmişdir. Bu hallar CM-in 73-1.2-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulmuş maddi-hüquqi əsasların mövcud olduğunu göstərir. Bundan başqa, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs3 məhkəməyə müraciət edərək tərəflər arasında barışıq əldə edildiyinə, cinayət əməli nəticəsində vurulmuş ziyanı zərərçəkmiş şəxsə tamamilə ödədiyinə və həmin ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə 183 manat ödəniş etdiyinə görə barəsində cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. CPM-in 398.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə, qeyd edilənləri cinayət işi üzrə müəyyən edilmiş hallara tətbiq edərək məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü ləğv edilməli, təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışması, 729 manat maddi zərəri tam ödəməsi və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə 183 manat ödəniş etməsi nəzərə alınmaqla, o, CM-in 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-in 179.2.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən CM-in 73-1.2 və CPM-in 39.1.11, 43.1.2, 397-403, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü məhkum edilmiş şəxs təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. təqsirləndirilən şəxs3 CM-in 73-1.2-ci maddəsinə, CPM-in 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən CM-in 179.2.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. təqsirləndirilən şəxs3 CM-in 179.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar