Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-252/2026 25.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi – Biləsuvar Rayon Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə məhkum edilməsinə dair Biləsuvar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü (hakim Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi) ilə ## ##### 2006-cı il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndinə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Xırmandalı kəndinə qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddətin təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablanması və onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökm qanuni qüvvəyə minənədək onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ##### 2026-cı il tarixdən hesablanması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutun taleyi həll edilmişdir. İŞİN HALLARI Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, 29 yanvar2026-cı il tarixdə, saat 17 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən kənd qəbirstanlığına gedərək, orada ictimai mənəviyyatı, xalq arasında ümumi qəbul edilmiş qaydaları, bu sahədə mövcud olan adət və ənənələri kobud surətdə pozaraq, həmin qəbirstanlıqda ## ###### 2023-cü il tarixdə dəfn olunmuş mərhum nənəsi Süleymanova Məryam İman qızının qəbiri üzərində olan baş daşını əlləri ilə tutaraq, qəsdən itələyib yerə aşırmaqla zədələmiş, daha sonra ## ######## 2008-ci il tarixdə dəfn olunmuş mərhum babası X6 qəbiri üzərində olan baş daşını əlləri ilə tutub, qəsdən itələyib, təpiklə vurub aşırmaqla sındırmış, bununla da, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs mərhum anası M.İ.Süleymanovanın baş daşının bərpası üçün 100 manat, mərhum atası G.M.Süleymanovun baş daşının yenisi ilə əvəz edilməklə bərpası üçün 300 manat maddi ziyan vurmaqla, qəsdən qəbir üzərində təhqiredici hərəkətlər etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini və cəzasının daha yüngül cəza ilə əvəz olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Biləsuvar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü ilə CM-nin 245-ci maddəsi ilə təqsirli bilinərək, 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, cəzasından narazıdır. Məhkəmə işində olan faktiki halları araşdırsa da, onun bu əməldən səmimi peşman olmasını, məhkumluğunun olmamasını, əməli ayıq başla etmədiyini, anasına da onun baxmasını nəzərə almamış, daha yüngül cəza təyin etməmişdir. Şikayətçisi yoxdur, barışıq var, öz əmisi bilmədən ondan şikayət etmişdir. Hökmdən, həmçinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 da apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini və Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmasını xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcələsinin 245-ci maddəsi ilə təqsirli bilinib 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcələsinin 399-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş hökm həddən artıq ağır olmaqla ədalətsizdir. Belə ki, Təqsirləndirilən şəxs barəsində hökm çıxarılarkən məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halar araşdırılmamış, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halar sübuta yetirilməməmiş, cəza həddən artıq ağır verilmişdir. Belə ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ailənin yeganə qazanc gətirən olması, özünün əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkənin onun əmisi olmaqla ümumiyyətlə cəza istəməməsi, qəbrlərin doğma baba və nənəsinə aid olması, dəymiş zərəri bərpa etməsi nəzərə alınmamışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 245-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi ədalətsizdir. CM-nin 245-ci maddəsində 2 növ cəza nəzərdə tutulmuşdur: islah işləri və azadlıqdan məhrumetmə növündə cəzalar. Halbuki, Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsində qeyd edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngüləşdirən və ağırlaşdıran halar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göründüyü kimi, qanunun mənasına görə cəza təyin edilərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla və təyin olunmuş cəzanın məhkumun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İş materialarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəsinin yeganə qazanc gətirəni olmaqla, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir və zərərçəkmiş şəxsin ona ümumiyyətlə cəza verilməməsi xahişi vardır. İş üzrə ağırlaşdırıcı hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli Qərarının 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə hökmdə formal olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs təyin olunan cəzanın onun həyat şəraitinə və onun islah olunmasəna və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmışdır. Təqsirləndirilən şəxs barəsində Biləsuvar Rayon Məhkəməsinin hökmü prezidentimiz cənab İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" ## ##### 2019-cu il tarixli Fərmanının 1-ci bəndinə ziddir. Həmin Fərmanın 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının bütün məhkəmə sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmləndirilməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəsizlik, aşkarlıq, hər hansı qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarda təsbit edilmiş ədalət məhkəməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər. Həmin Fərmanın 2-ci bəndində cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekiriminallaşdırılması siyasəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfində isə yuxarıda göstərilən qanunvericilik tələbləri və prezidentimizin cəza siyasəti ilə bağlı kursu nəzərə alınmadan Təqsirləndirilən şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza təyin edilmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək, şikayətlərin məzmununa uyğun çıxış edib onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X1 apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olduğunu bildirdi və bu səbəbdən şikayətlərin təmin edilməməsini, hökmün isə dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, müdafiə tərəfi apellyasiya şikayətlərində işin faktiki hallarını və əməlin hüquqi tövsifini deyil, hökmün təqsirləndirilən şəxsə cəza təyin edilməsi ilə bağlı hissəsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası hər bir halda Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin düzgünlüyünü yoxlamışdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq оlunmuş sübutlаrı, yəni təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər şahid1 ifadəlşəri, hadisə yerinə baxış keçirilməsi barədə ## ###### 2026-cı il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillər, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında ## ###### 2026-cı il tarixli protokol, həmin protokola əlavə edilmiş fotoşəkillər və videogörüntülər, ambulator məhkəmə-psixiatrik ekspertizasının ## ###### 2026-cı il tarixli, *** nömrəli ekspert rəyi, Azərbaycan Respublikası “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin ## ###### 2026-cı il tarixli, **-PB/**** nömrəli daşınar əşyaların qiymətləndirmə hesabatı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin ## ###### 2026-cı il tarixli, *-**-**/*-****/**** nömrəli arayışı, habelə işdə оlаn digər sübutları nəzərdən keçirib Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsin ittiham olunduğu əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırlmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə əməl edərək Təqsirləndirilən şəxs təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə kollegiyası əməlin düzgün olaraq CM-nin 245-ci maddəsi ilə tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə almış, Azərbaycan Respublikası CMnin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. İş materiallarında olan ## ###### 2026-cı il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Xırmandalı kənd icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində təqsirləndirilən şəxsi bağışladığını, sonuncuya qarşı hər hansı iddiası, şikayəti və ya tələbinin olmadığını bildxirib, onun barəsində hər hansı cəza təyin edilməməsini xahiş etmişdir. Həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayət, tələbi və iddiası yoxdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı aradan qaldırmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi, müsbət xarakterizə olunan şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum edilməməsini şəxsiyyətini səciyyələndirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran hallar isə müəyyən etməmiş, sonuncunun CM-nin 245-ci maddəsi ilə təqsirli bilinib, ona 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CMnin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 gün müddətin təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılmasına dair yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 245-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs düzgün olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Məhkəmə bu cəza növünü seçməklə həm işin faktiki hallarını düzgün qiymətləndirmiş, həm də cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almış, cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, ümumilikdə cəza təyini məsələsində CM-nin 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəza ədalətlilik, fərdiləşdirmə və qanunçuluq prinsiplərinə tam uyğun olmaqla, törədilmiş əməlin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə adekvatdır. Belə ki, təqsirləndirilən şəxsin əməli yalnız konkret əmlaka ziyan vurulması ilə məhdudlaşmayıb, cəmiyyətdə formalaşmış mənəvi dəyərlərə, ölən şəxslərin xatirəsinə hörmət prinsipinə, dəfn yerlərinin toxunulmazlığına və xalq arasında əsrlər boyu formalaşmış adət-ənənələrə qəsd etmişdir. Qəbir üzərində təhqiredici hərəkətlərin edilməsi insanların dini, mənəvi və etik hissələrinə toxunan, ictimai mənəviyyata mənfi təsir göstərən və cəmiyyət tərəfindən qətiyyən qəbul edilməyən davranış olmaqla yüksək ictimai qınağa səbəb olan əməllərdəndir. Təqsirləndirilən şəxs tərəfindən qəsdən qəbirüstü baş daşlarının aşırılması və zədələnməsi həmin cinayətin ictimai təhlükəliliyini artıran konkret davranış forması kimi qiymətləndirilməli və cəza təyin edilərkən nəzərə alınmalıdır. Apellyasiya şikayətlərinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfindən şikayətdə istinad edilən təqsirləndirilən şəxsin barəsində olan yüngülləşdirici hallar işə baxan birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən nəzərə alınmış və onların hər biri məhkumun xeyrinə qiymətləndirilmişdir. Bu səbəbdən həmin halların təkrarən göstərilməsi özlüyündə təyin olunmuş cəzanın dəyişdirilməsi və ya yüngülləşdirilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası müdafiə tərəfinin təqsirləndirilən şəxsə islah işləri növündə cəza təyin olunması ilə bağlı dəlillərini də əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırda heç bir əmək fəaliyyəti ilə məşğul olmur, daimi iş yeri yoxdur və onun ictimai faydalı əməklə məşğul olması barədə hər hansı məlumat mövcud deyildir. Bu şəraitdə islah işləri növündə cəzanın tətbiqi cəzanın məqsədlərinə, o cümlədən məhkumun islah edilməsinə və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməyəcəkdir. Əksinə, törədilmiş əməlin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və təqsirləndirilən şəxsin şəxsiyyəti birlikdə qiymətləndirildikdə, onun barəsində məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəzanın seçilməsi qanuni, əsaslı və zəruri olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, həm də məhkumun şəxsiyyətinə uyğun olmaqla cəzanın qanunla müəyyən edilmiş məqsədlərinin həyata keçirilməsi üçün kifayətdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Kollegiya hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərin nail olunması ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi ilə mümkündür. Odur ki, müdafiə tərəfin dəlilləri hökmün cəza hissəsində dəyişdirilməsini şərtləndirən hər hansı yeni və ya əhəmiyyətli halı əks etdirməməklə, kifayət qədər ədalətli olan cəzanın daha da yüngülləşdirilməsinə əsas vermir. Beləliklə, yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü isə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410 və 412ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(3-9)-252/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-252/2026
25.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver