Məhkəmə qərarları › İş №1(3-9)-253/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-253/2026

16.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-253/2026 16.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, (videokonfrans əlaqə sistemi vasitəsilə) X7 Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə MÜƏYYƏN ETDI: Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü (sədrlik edən X4) ilə ##.##.1996-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Salyan şəhəri, Babazanlı qəsəbəsi, F.Axundov küçəsi ev 8-də qeydiyyatda olan və yaşayan, barəsində Salyan Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, ## #### 2026cı il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29. 177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla cəmi 2 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması,Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəli ## #### 2026-cı il tarixdən hesablanması hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs ittiham olunmuşdur ondan ötrü ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədilə saxlanc yeri hesab edilən yerə qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətməyə cəhd və təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədilə saxlanc yeri hesab edilən yerə qanunsuz daxil olmaqla oğurluq cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədilə Salyan rayonu Arbatan kəndində yaşayan zərərçəkmiş şəxs1 yaşadığı evin həyətindəki saxlanc yeri hesab edilən tövlədə saxlanılan xırdabuynuzlu heyvanı oğurlayıb heyvan satışı bazarında sataraq pul əldə etmək qərarına gəlib bu məqsədlə 2025-ci il ####un ##-nə gecə saat 02 radələrində zərərçəkmiş şəxs1 yaşadığı evin həyətinə hasardan aşıb keçmək yolu ilə qanunsuz olaraq daxil olub həyətdəki mişar daşından inşa edilmiş tövlənin qarşısındakı qəhərə daxil olub 400 manat qiymətində 45 kq çəkidə erkək cinsli qoyunun ayaqlarını kəndirlə bağlayıb çiyninə qaldırıb hadisə yerindən uzaqlaşarkən ev sahibi zərərçəkmiş şəxs1 yaşadığı evin pəncərəsindən onu görüb qışqırdığını eşitdikdə oğurladığı qoyunu həyətdə buraxıb hadisə yerindən qaçıb gedərək öz iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməyib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədilə Salyan rayonu Arbatan kəndində yaşayan zərərçəkmiş şəxs3 yaşadığı evin həyətindəki saxlanc yeri hesab edilən tövlədə saxlanılan xırdabuynuzlu heyvanları və hində saxlanılan hind quşlarını oğurlayıb heyvan satışı bazarında sataraq pul əldə etmək qərarına gəlib bu məqsədlə 2025-ci il ####un ##-də gecə saat 02 radələrində zərərçəkmiş şəxs3 yaşadığı evin həyətinə çəpərdən aşıb keçmək yolu ilə qanunsuz olaraq daxil olub həyətdəki mişar daşından inşa edilmiş tövlənin qapısını açaraq tövləyə daxil olub hər biri 300 manat qiymətində və 30 kq çəkidə, 11-12 aylıq, 3 baş dişi cinsli qoyunları, ev quşları saxlanılan hindən isə hər biri 30 manat qiymətində və 2,5 kq çəkidə, 6 erkək və 4 dişi cinsli olmaqla cəmi 10 ədəd hind quşlarını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 1200 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədilə ünvan 3-da yaşayan zərərçəkmiş şəxs2 yaşadığı evin həyətindəki saxlanc yeri hesab edilən tövlədə saxlanılan xırdabuynuzlu heyvanları oğurlayıb heyvan satışı bazarında sataraq pul əldə etmək qərarına gəlib bu məqsədlə 2025-ci il ####un ##-də gecə saat 02 radələrində zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinə çəpərdən aşıb keçmək yolu ilə qanunsuz olaraq daxil olub həyətdəki mişar daşından inşa edilmiş tövlənin qapısını açaraq tövləyə daxil olub hər biri 400 manat qiymətində və hər biri 40 kq çəkidə, 9 aylıq, 4 baş erkək cinsli quzuları, 420 manat qiymətində və 50 kq çəkidə, 3 illik boğaz dişi qoyunu gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 2020 manat maddi ziyan vurmaqla oğurluq etmişdir APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, bildirmişdir ki, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, l(***)-**/**** saylı hökmü ilə CM-in 29, 177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini belə əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs CM-in 29, 177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CPM-in 10.1-ci maddəsinə əsasən Məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Cəza təyin edilməsi zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əməl etməklə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, onun cinayətin törədilməsində iştirak dərəcəsini, cəzasını yüngülləşdirən halları nəzərə alınmasını, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etməsini xahiş edir. Hökmdə Məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilərək sadalansa da, cəzasını ağırlaşdıran halların olmaması qeyd edilsə də, cəza təyin edilərkən bu hallar nəzərə alınmamış və hansı əsaslarla azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi əsaslandırılmamışdır. Belə ki, təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyan tamamilə aradan qaldırılmışdır. Bütün zərərçəkmiş şəxslərlə barışıq əldə edilmişdir. Zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri yoxdur. Bu səbəbdən də Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü ilə CM-in 29, 177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya baxışında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışında müdafiəçi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışında dövlət ittihamçısı X1 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü dəyişdirilməməlidir. Işin materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu, onun öz ifadəsi, şahid və zərərçəkmiş şəxslərin ifadələri, hadisə yerinə baxış protokolları və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Bununla əlaqədar olaraq, məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikası CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə, müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2.1-ci maddəsinə görə şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri cinayət prosesində sübut kimi qəbul olunur. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3, 177.2.2 və 177.2.3cü maddələri ilə düzgün tövsif etmişdir. Işin materiallarından olan Salyan RPŞ-nin IB-nin müstəntiqi, R Ilqar Ismayılovun ##.##.2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanılaraq icraata qəbul edilib istintaqı aparılmışdır. ## #### 2025-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, 2025-ci il ####un ##-də Salyan rayonu Arbatan kəndində yaşayan zərərçəkmiş şəxs3 yaşadığı evin həyətinə keçirilmiş baxışla müəyyən edilmişdir ki, saxlanc yeri hesab edilən zərərçəkmiş şəxsə məxsus mişar daşından inşa edilmiş tövlədə və hində xırdabuynuzlu heyvanlar və ev quşları saxlanılır, baxış keçirilən zaman zərərçəkmiş şəxs bildirmişdir ki, iyulun 12-də səhər saatlarında ona məxsus tövlədən 3 baş qoyun və hindən 10 ədəd hind quşunun oğurlandığını aşkar etmişdir. Salyan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Idarəsinin *-**-*-*-**/*-**/**** nömrəli ##.##.2025-ci il tarixli məktubundan görünür ki, 2025-ci ilin iyul ayı ərzində Salyan rayonu ərazisində yerləşən heyvan bazarında 1 baş 11-12 aylıq diri çəkisi 30 kq olan dişi cinsli qoyunun bazar satış qiyməti 300 manat, 1 baş diri çəkisi 2-2,5 kq olan dişi cinsli hind quşunun bazar satış qiyməti 30 manat və 1 baş diri çəkisi 2-2,5 kq olan erkək cinsli hind quşunun bazar satış qiyməti 24 manat dəyərində olmuşdur. ## #### 2025-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, 2025-ci il ####un ##-də ünvan 3 ünvanında yaşayan zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinə keçirilmiş baxışla müəyyən edilmişdir ki, saxlanc yeri hesab edilən zərərçəkmiş şəxsə məxsus mişar daşından inşa edilmiş tövlədə iri və xırdabuynuzlu heyvanlar saxlanılır, baxış keçirilən zaman zərərçəkmiş şəxs bildirmişdir ki, iyulun 21-də səhər saatlarında ona məxsus tövlədən 5 baş qoyun oğurlandığını aşkar etmişdir. Salyan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Idarəsinin *-**-*-*-**/*-**/**** nömrəli ##.##.2025-ci il tarixli məktubundan görünür ki, 2025-ci ilin iyul ayı ərzində Salyan rayonu ərazisində yerləşən heyvan bazarında 1 baş 9 aylıq diri çəkisi 40 kq olan erkək cinsli qoyunun bazar satış qiyməti 400 manat, 1 baş diri çəkisi 50 kq olan dişi cinsli ana qoyunun bazar satış qiyməti 420 manat dəyərində olmuşdur. “Şübhəli şəxs qismində tutma haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. ##.##.2025-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı ##.##.2025-ci il tarixdə saat 18:00 dəqiqədən məhdudlaşdırılmış, ##.##.2025-ci il tarixdə saat 19:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. ##.##.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3- cü maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulan ittiham ona elan olunmuşdur. ##.##.2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs Səmid oğlunun barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. ##.##.2025-ci il tarixli “təqsirləndirilən şəxsin X8n azad edilməsi haqqında” qərardan görünür ki, Salyan RPŞ-nin X8 saxlanılan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutulmadan azad olunmuşdur. ##.##.2025-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, şahid1 Biləsuvar rayonu, Amankənd kəndində qardaşları və valideynləri ilə birlikdə yaşayır. Baxış zamanı şahid1 bildirmişdir ki, ## #### 2025-ci ildə Salyan rayonu ərazisində fəaliyyət göstərən heyvan bazarında 5 baş qoyunun, 4 baş quzunun və 1 baş ana qoyunun cəmi 930 manata almışdır. Hazırda həmin heyvanları həyətindəki özünə məxsus digər xırdabuynuzlu heyvanlarla birlikdə saxlayır. Baxış zamanı şahid1 həyətindəki özünəməxsus daha 8 baş xırdabuynuzlu heyvan olduğu müəyyən edilmişdir. Baxış zamanı şahid1 ## #### 2025-ci ildə aldığı heyvanlara baxışla müəyyən edilmişdir ki, 1 baş quzu qırmızı rəngdə, 1 baş ağ-ala rəngdə, 2 baş quzu ağ rəngdə, 1 baş boğaz ana qoyun ağ rəngdədir. Baxış zamanı şahid1 bildirmişdir ki, 930 manata aldığı həmin 5 baş heyvanı heyvan sahibi tərəfindən 930 manat ödənildikdən sonra heyvanları sahibinə qaytaracaqdır. şahid1 bildirilmişdir ki, cinayət işinin istintaqı müddətində həmin 5 baş qoyunu sata və kəsib istifadə edə bilməz. ##.##.2025-ci il tarixli iltizamdan görünür ki, şahid1 ## #### 2025-ci il tarixdə Salyan rayonu ərazisindəki heyvan satışı bazarından cəmi 940 manata aldığı 4 baş quzunu və 1 baş ana qoyunu cinayət işinin istintaqı müddətində, həmçinin məhkəmə baxışınadək sağ-salamat saxlayacağına söz verir. Heyvanların sahibi tərəfindən aldığı heyvanlara görə 940 manat ona ödənildikdə heyvanların sahibinə qaytarmağa hazırdır. ## #### 2025-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Biləsuvar rayonu, Amankənd kənd sakini şahid1 istintaqa təqdim etdiyi 4 baş quzu və 1 baş ana qoyun, cəmi 5 baş xırdabuynuzlu heyvan işin faktiki halını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınması və məhkəməyədək saxlanılmasından ötrü zərərçəkmiş şəxsə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 123-cü vərəqində olan Qəbzdən görünür ki, Mən zərərçəkmiş şəxs2 mənə məxsus 05 (beş) baş qoyunu təhvil aldım. Heç bir tələb və şikayətim yoxdur. Cinayət işinin 124-cü vərəqində olan ##.##.2025-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun həyətindən oğurladığı 5 baş qoyun ona qaytarılmaqla ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. ##.##.2025-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs3 həyətindən ## #### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs 3 baş xırdabuynuzlu heyvan və 10 ədəd hindquşu oğurlamışdır. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Bundan sonrada olmayacaqdır. Ərizəsində yazılanların nəzərə alınmasını xahiş etmişdir. ##.##.2025-ci il tarixli ərizədən görünür ki, şahid1 aldığı 5 baş qoyuna görə xərclədiyi 930 manatı ona Təqsirləndirilən şəxs valideyni tərəfindən tam olaraq ödənilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Onun Təqsirləndirilən şəxsla barışdığını, ona dəymiş zərərin tam olaraq ödənilməsinin nəzərə alınmasını xahiş etmişdir. ##.##.2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi barədə” qərardan görünür ki, Salyan RPŞ-nin IB-nin rəisi, polis Rı Rəsul Ibayevin ## #### 2025-ci il tarixli vəsatətinin təmin edilməsi, Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, R Akif Abdullayev tərəfindən cinayət işi başlanmasının rədd edilməsi barədə ##.##.2025-ci il tarixli qərarın ləğv edilməsi, material araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Salyan RPŞnin Istintaq Bölməsinə qaytarılması qərara alınmışdır. ## #### 2025-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, 2025-ci il ####un ##-də Salyan rayonu Arbatan kəndində yaşayan zərərçəkmiş şəxs1 yaşadığı evin həyətinə keçirilmiş baxışla müəyyən edilmişdir ki, saxlanc yeri hesab edilən zərərçəkmiş şəxsə məxsus mişar daşından inşa edilmiş tövlədə və qarşısındakı qəhərdə xırdabuynuzlu heyvanlar saxlanılır, baxış keçirilən zaman zərərçəkmiş şəxs bildirmişdir ki, iyulun 05-də gecə saat 02 radələrində tövlənin qarşısındakı qəhərdən ona məxsus 1 baş xırdabuynuzlu heyvanı oğuralayan şəxsi görüb qışqırdıqda oğru heyvanı qəhərdə buraxıb hadisə yerindən qaçıb getmişdir. Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, R Akif Abdullayev tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Salyan rayonu, Arbatan kəndində yaşayan zərərçəkmiş şəxs1 ##.##.2025-ci il tarixli müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. Salyan RPŞ-nin IB-nin müstəntiqi, R Ilqar Ismayılovun ## ###### 2025-ci il tarixli “araşdırma materialın cinayət işinin materiallarına birləşdirilməsi haqqında” qərarından görünür ki, zərərçəkmiş şəxs1 şikayəti əsasında toplanmış HK-*/**** nömrəli araşdırma materialı Təqsirləndirilən şəxs barəsində icraatında olan ********* nömrəli cinayət işinə birləşdirlməsi və cinayət təqibinin bir icraatda aparılması qərara alınmışdır. Salyan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Idarəsinin *-**-*-*-**/*-**/**** nömrəli ##.##.2025-ci il tarixli məktubundan görünür ki, 2025-ci ilin iyul ayı ərzində Salyan rayonu ərazisində yerləşən heyvan bazarında 1 baş diri çəkisi 40-45 kq olan erkək cinsli qoyunun bazar satış qiyməti 400 manat dəyərində olmuşdur. Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Baş Əməliyyat və Statistik Informasiya Idarəsindən alınmış ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsilə təqsirli bilinib 2200 manat cərimə cəzasına məhkum edilmişdir və ##.##.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2021-ci il tarixli Amnistiya qərarının 2.11-ci bəndinə əsasən təyin edilmiş cərimə cəzasından azad edilmişdir. Salyan Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsilə təqsirli bilinərək 3000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, CM-in 69.4-cü maddəsinə əsasən onun ##.##.2017-ci il tarixdən ##.##.2017-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu nəzərə alınaraq, ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 2200 manat miqdarında cərimə cəzası saxlanılmışdır. “xxxx” X2 18-1-68/2-1342/2025, ## ###### 2025-ci il tarixli məktubundan görünür ki, Salyan şəhər sakini ##.##.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. Salyan RIHB-nın Salyan şəhəri Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında valideynləri ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində azyaşlı uşağı yoxdur. Salyan RPŞ-nin IB-nin müstəntiqi, R Ilqar Ismayılovun ## ######## 2025-ci il tarixli “cinayət işi üzrə törədilmiş əməlin tövsif edilməsi haqqında” qərarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 29, 177.2.3, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 2025-ci il ####un ##-də CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın və ona elan edilmiş ittihamın məzmununda əlavələr və düzəlişlər edilərək həmin maddələrdə nəzərdə tutulan ittiham yenidən ona elan olunmuşdur. Salyan RPŞ-nin IB-nin müstəntiqi, R Ilqar Ismayılovun ## ######## 2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 177.2.3, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham yenidən ona elan edilmişdir. ##.##.2025-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs1 ## #### 2025-ci il tarixdə həyətindən bir baş qoyun oğurlamağa cəhd etmiş Təqsirləndirilən şəxs oğlu ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. “xxxx” MMC-nin ***** №-li ##.##.2025-ci il tarixli məktubu ilə daxil olmuş iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan 050-467-23-09 mobil telefon nömrəsinə dair 1 ədəd CD diskdə olan məlumatlara baxış protokolundan görünür ki, diskdə olan məlumatların öyrənilməsi və təhlili zamanı müəyyən edilmişdir ki, faktiki istifadəçisi olan Təqsirləndirilən şəxs tərəfindən ***-***-**-** saylı mobil telefon nömrəsindən şahid2 istifadəsində olan 050-457-66-19 mobil telefon nömrəsinə ##.##.2025-ci ildə saat 02:56 dəqiqədə zəng olunaraq aralarında 17 saniyə, həmin tarixdə saat 03:31 dəqiqədə zəng olunaraq 17 saniyə ərzində danışıqlar olmuşdur, həmin tarixdə və saatda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten dairəsi ünvan 2 ünvanında olmuşdur. Diskdə olan məlumatların öyrənilməsi və təhlili zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsinə olmuş 050-467-23- ** saylı mobil telefon nömrəsinin ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərində iş üçün sübut əhəmiyyətinə malik ola biləcək digər məlumatlar aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən ##.##.2025ci il tarxində məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, *(***)-**/**** saylı cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir, şəxsə qarşı hal-hazırda heç bir şikayətim yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 etibarnamə üzrə nümayəndəsi X3 trəfindən ##.##.2025-ci il tarxində məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 oğu *(***)-**/**** saylı cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir, dəymiş maddi ziyan tamamilə ödənildiyindən mübahisə aradan qalxmışdır. Odur ki, şəxsd Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı məhkəmənin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərarının icrası ilə bağlı ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı məktubun Salyan Rayon Polis Şöbəsinin *-****/** saylı, ##.##.2026-cı il tarixli cavab məktubundan görünür ki, Salyan rayonu, Aşağı Kürkənd kəndində yaşayan şahid2 Salyan Rayon Məhkəməsinə məcburi qaydada gətirilməsi tərəflərindən təmin edilmişdir. Məhkəmə istintaqı zamanı Salyan Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs ## ###### 1996-cı il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan rayonu, Babazanlı qəsbəsi, F.Axundov küçəsi, ev 8-də qeydiyyatda olmaqla, yaşayan barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs ##.##.2026-cı il, saat 16:00-da Salyan Rayon Məhkəməsinin inzibati binasında keçiriləcək məhkəmənin baxış iclasına məcburi qaydada gətirilməsi qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarının icrası ilə bağlı Salyan Rayon Polis Şöbəsinin ##.##.2026-cı il tarixli cavab məktubundan görünür ki, ##.##.2026-cı il tarixli *(***)-**/**** nömrəli məktubunuza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olan ##.##.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvanda yaşamadığından onun ##.##.2026-cı il tarixdə Salyan Rayon Məhkəməsinin inzibati binasında keçirilən məhkəmənin baxış iclasına məcburi qaydada gətirilməsi mümkün olmamışdır. Salyan Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs (## ###### 1996-cı il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan rayonu, Babazanlı qəsbəsi, F.Axundov küçəsi, ev 8-də qeydiyyatda olmaqla, yaşayan) barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməsi və onun haqqında axtarışı elan edilmiş, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə dərhal tutularaq Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin Bakı Istintaq Təcridxanasına etap olunması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin Bakı Istintaq Təcridxanasına təhvil verilməsinə dair məhkəməyə məlumat verilməsi, qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilməsi, qərarın onun icrasına nəzarətin həyata keçirilməsi üçün, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Salyan Rayon Prokuroruna göndərilməsi və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat, Təqsirləndirilən şəxs tutulanadək dayandırılması qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarının icrası ilə bağlı Salyan Rayon Polis Şöbəsinin ##.##.2026-cı il tarixli cavab məktubundan görünür ki, ##.##.2026-cı il tarixli *(***)-**/**** nömrəli məktubunuza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası CM-in 29.177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilərək, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-**/**** nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışa elan olunmuş və barəsində Salyan rayon Polis Şöbəsi tərəfindən ##.##.2026-ci il tarixdə ****** nömrəli axtarış işi açılmış, ##.##.1996-cı ildə Salyan rayonunda anadan olmuş və ünvan 4-də qeydiyyatda olan Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdə saat 11:00-da Salyan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Salyan rayonu Aşağı Noxudlu kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq saat 11:30-da Salyan RPŞ-ə gətirilmiş və Bakı Istintaq Təcridxanasına yerləşdirilməsi məqsədilə barəsində müvafiq sənədləşdirmə aparıldıqdan sonra Salyan rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı Istintaq Təcridxanasının rəisi Elnur Ismayılov tərəfindən ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Salyan Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdə Salyan RPŞ-nin əməkdaşları tərərfindən tutularaq ##.##.2026-cı il tarixdə Bakı Istintaq Təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2005-ci il tarixli, * nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-in 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-in 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrinə əsasən oğurluq əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin Qeydinin 1-ci bəndində isə göstərilir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Cinayət işinin materiallarından və sübutlardan göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədilə saxlanc yeri hesab edilən yerə qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq təkrar talamaqla zərərçəkmiş şəxslərə maddi ziyan vurması işin mübahisəsiz halıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010- cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” ##.##.2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ##.##.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” ##.##.2006cı il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2005-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı keçirilən məhkəmə iclaslarında iştirakdan yayınması səbəbindən Salyan Rayon Məhkəməsinin *(***)- **/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə məcburi qaydada gətirilməsi və Salyan Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə isə onun barəsində ibtidai istintaq zamanı seçilmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışına verilərkən dəyişdirilmədən saxlanılmış polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməsini nəzərə alır. Qeyd olunan bu hal təqsirləndirilən şəxsin prosessual vəzifələrini qəsdən yerinə yetirməməsi və ədalət mühakiməsinin həyata keçirilməsinə mane olması kimi nəzərə alınaraq, onun davranışlarının proqnostik qiymətləndirilməsini zəruri edir. Qeyd olunan bu hal prosessual riskin real təzahürü və ədalət mühakiməsinin effektivliyinə qarşı davranış kimi qiymətləndirilməklə bərabər, yüngül cəza növünün təqsirləndirilən şəxsin islah olunmasına yetərli olmaması ilə bağlı məhkəmədə daxili inamı formalaşdırır. Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzanı yüngülləşdirən və cəzasını ağırlaşdıran halı düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Belə ki, məhkəmə haqlı olaraq CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin etdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə cəza təyin edərkən cəzanın növü və həddi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, təqsirləndirilən şəxs dəymiş zərəri zərərçəkmiş şəxslərə tam ödəmiş və aralarında barışıq əldə olunmuşdur. Lakin təqsirləndirilən şəxsə daha əvvəllər də analoji əməllərə görə təyin edilmiş cərimə cəzasının tam icra edilməməsini və yalnız amnistiya aktı əsasında cəzadan azad edilməsini, məhkəmə iclaslarından yayınmasını, yalnız əməli ifşa olunduqdan sonra dəymiş zərəri ödəməsi nəzərə alınmalıdır. Buna görə də, Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi yekun nəticəsini əsaslı və qanuni hesab edərək, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və apellyasiya şikayətini təmin edilməsi üçün əsaslar görmür. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1-ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29. 177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar