Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-254/2026 15.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, məhkum edilmiş şəxs İİR vətəndaşı Təqsirləndirilən şəxs-nin, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1, tərcüməçi X2 iştirakları ilə, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs-nin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Astara Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü (hakim X3) ilə, # ###### 1988-ci il tarixdə İran İslam Respublikasının Mərənd şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, evli, orta təhsilli, yük avtomobili sürücüsü, məhkumluğu olmayan, İran İslam Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan İİR vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 3 (üç) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin onun tutulduğu ## ######## 2025-ci il tarixindən hesablanaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserdə qeydiyyata alınması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasına aid hissədə hökmün icrasının Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə həvalə edilməsi barədə yekun qərar qəbul edilmiş iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARI: İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs ## ######## 2025-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən xeyli miqdarda - 0,232 qram çəkidə 11 ədəd tam və 3 ədəd qırıntı şəklində metadon narkotik vasitəsini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 1 sellofan bükümdə əynindəki şalvarının sağ cibində olan “Montana” markalı siqaret qutusunun içərisində yerləşdirib saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Gürcüstana gedərkən ## ######## 2025-ci il tarixdə, saat 22 radələrində Astara rayonunun inzibati ərazisində yerləşən Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, ## ######## 2025-ci il tarixdə, saat 3 radələrində üzərində gömrük nəzarəti qaydasında keçirilmiş şəxsi yoxlama zamanı qeyd edilən narkotik vasitə gizlədildiyi yerdən aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsiri sübuta yetirilmədiyi üçün onun haqqında bəraət hökmü çıxarılıb şikayətin təmin olunmasını xahiş etmişdir. müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham ilə təqsirli bilməmişdir. Ona elan olunmuş ittiham məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqı zamanı sübut olunmayan hallar onun əleyhinə təfsir olunmuşdur. Belə ki, məhkəmə isintaqı zamanaı dindirilən təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki, gömrük işçiləri onu öz maşının kabinəsində yoxlama keçirmiş və o, bildirmişdir ki, xəstədir siqaret paçkasının içərisində olan dərman özünü könüllü təqdim etmişdir. Üzərində yoxlama keçirilərkən yanlarında heç kim olmamışdır. Onun həkimdən xəstəlik kağızı olmuşdur. Gömrük işçiləri həmin kağızları götürməmişlər. O, sonradan həmin kağızları məhkəməyə təqdim etmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Belə ki, qanunun tələbinə əsasən CPM-in 91.5.11-ci maddədə qeyd olunur ki, təqsirləndirilən şəxs ana dilində və ya bildiri başqa dildə ifadə hüququna malikdir. Tərtib olunmuş bütün sənədlər onun ana dilinə tərcümə olunmalı və ona təqdim olunmalıdır. Lakin ilkin təhqiqat aparılarkən tərtib olunmamış, baxış protokoluna tərcüməçi imza etməmişdir. Həmin protokolu təqsirləndirilən şəxs oxumamış, orada nə yazıldığını başa düşməmişdir. Bununla da, təqsirləndirilən şəxsin müdafiə hüquqları pozulmuşdur. Təqsirləndirilən şəxsin konstitusiya ilə təsbit olunmuş hüquqları və azadlıqları bütün cinayət işinin gedişi zamanı pozulmuş, cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlardan məhrum edilmiş və ya onlar məhdudlaşdırılmışdır. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında: Dövlət ittihamçısı dövlət ittihamçısı1 məhkum olunmuş şəxsin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, Təqsirləndirilən şəxs-nin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Astara Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs İİR vətəndaşı Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə etdiyini qeyd edərək bildirdi ki, 4 aydır sürücü idi, Azərbaycana 2-ci səfəri idi. Xəstədir, bu dərmanları həkim resepti ilə istifadə edir. 1-ci səfərdə dərmanlarını unutmuşdu. Xəstə şəkildə gedib-gəlmişdi. Bu dərmanlar onun ölkəsində qadağan deyil. Burda qadağan olduğunu bilmirdi. Şalvarının cibində idi. Bəyan etməli olduğunu bilmirdi, lakin orada demişdi, resepti də təqdim etmişdi. İranda xəstə kimi qeydiyyatdadır. 10 aydır həbsdədir. Gündə 2-3 dəfə dərman istifadə edirdi. Himayəsində 10 və 12 yaşlı uşaqları var. Onsuz maddi cəhətdən çətinlik çəkirlər. Məhkəmədən azadlığa buraxılmasını xahiş etmişdir. Məhkum edilmiş şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin təmin edilməsini, hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməlləri üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirilməməsinə dair məsələlərin mübahisələndirilməsini nəzərə alıb, Cinayət Prosessual Məcəlləsininn 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin CM-in 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsif olunub-olunmamasına, məhkum olunmuş şəxsə həmin maddələrlə bəraət verilməsi üçün əsasların olubolmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 1(018)-153/2025 hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, İİR vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bu onun özünün verdiyi ifadələri, birinci instansiya məhkəməsində şahidlər şahid3, şahid2 və şahid1 İlqar oğlunun verdiyi ifadələri, “Malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında” ## ######## 2025-ci il tarixli protokolu, “Şəxsi yoxlama aparılması haqqında” ## ######## 2025-ci il tarixli protokolu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli, */**** nömrəli ekspert rəyi və fotoşəkilləri və digər istintaq materialları ilə Təqsirləndirilən şəxs-nin Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi, həmin cinayət əməllərinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs-nin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin və məhkəmə baxışı zamanı çıxışında “ona elan olunmuş ittiham üzrə təqsirinin sübuta yetirilməməsi, məhkəmə istintaqı zamanı ittihamın öz təsdiqini tapmaması, məhkəmə istintaqı zamanı sübut olunmayan halların onun əleyhinə təfsir olunması, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi halların, o cümlədən gömrük əməkdaşları tərəfindən avtomobilin kabinəsində yoxlama keçirilərkən siqaret paçkasının içərisində olan dərmanı könüllü təqdim etməsi və həmin dərmanın xəstəliyi ilə əlaqədar olması, həmçinin müdafiə hüququnun pozulması, baxış protokolunun tərcüməçinin iştirakı olmadan tərtib edilməsi, həmin protokolu oxumaması və məzmununu başa düşməməsi, bununla da təqsirləndirilən şəxsin prosessual hüquqlarının pozulması, işə baxan məhkəmənin əsassız olaraq onu, işin hallarını hərtərəfli və obyektiv araşdırmadan əsassız olaraq Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə məhkum edilməsi buna görə də, Astara Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmünün ləğv edilərək ona bəraət verilməsi” ilə bağlı dəlillərinə münasibətdə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona CM-in 206.2 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, idarə etdiyi “DAF XF 480 FT” markalı “**AB***/**AE***” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Gürcüstana yükü müşaiyət edən “0882”№-li CMR-ə, ##.##.2025-ci il tarixli, “NİL-70” nömrəli invoysa əsasən “keramika plitə” yükü apararkən, ##.##.2025-ci il tarixdə saat 22 radələrində Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində saxlanılmış, onunla şifahi sorğu aparılmışdır. Gömrük işçisi tərəfindən yoxlama zamanı kabinədə sürətlər panelinin üzərində 1 ədəd saxlanc qabının içərisində qəndlərin alt hissəsində ona məxsus ağ rəngli 21 ədəd “biotin” adlı həb aşkar edilmişdir. Daha sonra o, özü üzərində olan “Montana” markalı siqaret qutusunun içərisində şəffaf sellofanda üzərində “M-20” yazısı olan 11 ədəd metadon və onun 3 ədəd qırıntısını təqdim etmişdir. Nəqliyyat vasitəsi rentgen qurğusundan keçirilsə də, başqa heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlamalar tam başa çatdıqdan sonra aşkar edilmiş maddələr onun və hal şahidlərin iştirakı ilə gömrük işçiləri tərəfindən götürülmüşdür. Metadonu iki gündə bir qəbul etmiş, metadonun qadağan olduğunu bilmədiyini, siqaret qutusunda gizlətmədiyini, sadəcə olaraq qutunun içərisində saxladığını, ağ rəngli həbin “biotin” olduğunu, həkimin saç əkimi üçün yazdığını və onu 110000 tümənə aptekdən aldığını, “M-20” yazılı dərman vasitəsinin metadon olduğunu və həkim məsləhəti ilə 1***** tümənə aldığını, metadonu bədən ağrıları üçün istifadə etdiyini, metadonu İran İslam Respublikasında həkim məsləhəti ilə, lakin reseptsiz əldə etdiyini, dərmanları saçları və bədən ağrıları üçün istifadə etdiyini və bu məqsədlə Azərbaycan Respublikasına gətirdiyini, onların qadağan olduğunu, narkotik kimi qəbul edildiyini bilmədiyini, İranda sakitləşdirici dərman sayıldığını və bədən ağrılarına görə istifadə edildiyini, narkotik və psixotrop maddələrdən ağrıları ilə əlaqədar istifadə etdiyini bildirmişdir.Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid şahid3 ifadəsində göstərmişdir ki, 2014cü ildən gömrük orqanlarında xidmət edir. Hazırda xidmətini Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin böyük inspektoru vəzifəsində davam etdirir. ##.##.2025-ci il tarixdə iş bölgüsünə müvafiq olaraq Astara Gömrük İdarəsinin Astara keçid məntəqəsində nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində gömrük nəzarətini həyata keçirməklə öz xidməti vəzifəsini yerinə yetirmişdir. Həmin gün saat təqribən 22 radələrində adını sonradan bildiyi İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF XF 480 FT” markalı “**AB***/**AE***” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Gürcüstan Respublikasına yükü müşayiət edən “0882” nömrəli CMR-ə, ##.##.2025-ci il tarixli “NİL-70” nömrəli invoysa əsasən “keramika plitə” yükü apararkən Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində saxlanılmış və onunla sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi sorğu aparılmışdır. Sorğu zamanı onun üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində, həmçinin nəqliyyat vasitəsinin qoşqusunda olan yükdə gömrük nəzarətinə mütləq bəyan olunası və gizlədilmiş predmetlərin olubolmaması soruşulmuş, o isə üzərində və nəqliyyat vasitəsində belə predmetlərin olmadığını bildirmişdir. Bundan sonra o şübhəli hərəkətlər etdiyindən onun idarə etdiyi nəqliyyat vasitəsinə “Lolo” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirilmiş, baxış zamanı itin nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verməsi səbəbindən hal şahidlərinin iştirakı ilə gömrük yoxlaması aparılmışdır. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında sürətlər panelinin üzərində 1 ədəd saxlanc qabının içərisində qəndlərin alt hissəsində üzərində heç bir yazı olmayan ağ rəngli 21 ədəd naməlum həb aşkar edilmişdir. Daha sonra zərurət yarandığından onun üzərində şəxsi yoxlama aparılması ilə bağlı qərar qəbul edilmiş, ona üzərində şəxsi yoxlama aparılacağı bildirilmiş və onunla təkrar sorğu aparılmışdır. Şəxsi yoxlama zamanı onun əynində olan göy rəngli cins şalvarın sol yan cibində “Montana” markalı siqaret qutusunun içərisində şəffaf sellofanda üzərində “M-20” yazısı olan 11 ədəd dərman vasitəsi və həmin dərman vasitəsinin 3 ədəd qırıntısı aşkar edilmişdir. Daha sonra onun tərəfindən idarə edilən nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin inzibati ərazisində yerləşən “HCVG” stasionar rentgen qurğusundan keçirilmiş, lakin heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlamalar tam başa çatdıqdan sonra onun idarə etdiyi yük nəqliyyat vasitəsində və şəxsi yoxlama zamanı aşkar olunmuş üzərində heç bir yazı olmayan ağ rəngli 21 ədəd naməlum həb, həmçinin “Montana” markalı siqaret qutusunun içərisində şəffaf sellofanda üzərində “M-20” yazısı olan 11 ədəd dərman vasitəsi və həmin dərman vasitəsinin 3 ədəd qırıntısı götürülmüş, araşdırma ilə əlaqədar qablaşdırılaraq möhürlənmiş, “DAF XF 480 FT” markalı “**AB***/**AE***” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi isə fakt üzrə müvafiq qərar qəbul edilənədək Astara Gömrük İdarəsi yaxınlığında yerləşən “Azərterminalkompleks Birliyi”nin dayanacaq terminalında gömrük nəzarəti altında saxlanılmışdır. Birinci instansiya məhkəməsində şahid şahid2 ifadəsində bildirmişdir ki, Astara şəhərində yaşayır, daimi işi olmadığından müvəqqəti olaraq Astara Gömrük İdarəsinin rejim zonasında yükləmə-boşaltma əməliyyatlarında fəhləlik etməklə günəmuzd işləyir. ##.##.2025-ci il tarixdə, saat təqribən 22 radələrində Astara Gömrük İdarəsinin inspektoru Sultan onu və onunla birlikdə fəhləlik edən Vüqarı yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə çağıraraq bildirmişdir ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF XF 480 FT” markalı “**AB***/**AE***” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq ediləcək və onlar hal şahidi qismində iştirak etsinlər. Onlar bununla razılaşmışlar. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında sürətlər panelinin üzərində 1 ədəd saxlanc qabının içərisində qəndlərin alt hissəsində üzərində heç bir yazı olmayan ağ rəngli 21 ədəd naməlum həb aşkar edilmişdir. Daha sonra Sultan onun üzərində şəxsi yoxlama aparılacağını bildirmiş və onunla təkrar sorğu aparmışdır. Şəxsi yoxlama zamanı onun əynində olan göy rəngli cins şalvarın sol yan cibində “Montana” markalı siqaret qutusunun içərisində şəffaf sellofanda üzərində “M-20” yazısı olan 11 ədəd dərman vasitəsi və həmin dərman vasitəsinin 3 ədəd qırıntısı aşkar edilmiş, şəxs onları özü təqdim etmişdir. Yoxlamalar tam başa çatdıqdan sonra şəxs tərəfindən idarə olunan yük nəqliyyat vasitəsində və şəxsi yoxlama zamanı aşkar edilmiş üzərində heç bir yazı olmayan ağ rəngli 21 ədəd naməlum həb, həmçinin “Montana” markalı siqaret qutusunun içərisində şəffaf sellofanda üzərində “M-20” yazısı olan 11 ədəd dərman vasitəsi və həmin dərman vasitəsinin 3 ədəd qırıntısı gömrük əməkdaşları tərəfindən götürülmüşdür. Yoxlama tam başa çatdıqdan sonra aşkar olunmuş dərman vasitələri sürücü və onların iştirakı ilə götürülərək Astara Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin inzibati binasında yerləşən xidməti otağına gətirilmiş və qablaşdırılmış, bu barədə sənədləşmə aparılmış və onlar sənədlərlə tanış olaraq imza etmişlər. Birinci instansiya məhkəməsində şahid şahid1 İlqar oğlu şahid şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş, həmçinin yoxlama zamanı kinoloji itin tətbiq edildiyini də bildirmişdir. İş materiallarında olan: “Malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında” ## ######## 2025-ci il tarixli protokoldan görünür ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF XF 480 FT” markalı “**AB***/**AE***” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında sürətlər panelinin üzərində 1 (bir) ədəd saxlanc qabının içərisində qəndlərin alt hissəsində üzərində heç bir yazı olmayan ağ rəngli 21 (iyirmi bir) ədəd naməlum həb aşkar edilmişdir. “Şəxsi yoxlama aparılması haqqında” ## ######## 2025-ci il tarixli protokoldan görünür ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibində “Montana” markalı siqaret qutusunun içərisində şəffaf sellofanda üzərində “M-20” yazısı olan 11 (on bir) ədəd dərman vasitəsi və həmin dərman vasitəsinin 3 (üç) ədəd qırıntısı aşkar edilmişdir. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli, */**** nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş DGK-nə məxsus ****** №-li və ****** №-li iki ədəd polietilen paketin içərisində qablaşdırılmış 1 ədəd bükümdə üzərində “ddp/ M 20” yazısı həkk olunmuş 11 ədəd bozumtul-qəhvəyi rəngli dərman tabletinin və 3 ədəd həmin dərman tabletinin qırıntısının tərkibində ümumilikdə 0,232 qram narkotik vasitə - metadon təsiredici maddəsi olduğu müəyyən edildi (üzərindəki göstəricilərə əsasən bir ədəd tabletdə metadon təsiredici maddəsinin miqdarı 0,02 qramdır); üzərində heç bir göstərici olmayan 21 ədəd ağ rəngli dərman tabletlərinin tərkibində codein, ciproheptadin, 2,3-difenilindol olduğu müəyyən edildi. Codein başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarətdə saxlanılmır (Siyahı 2). Metadon tabletlərinin sayı 11 tabl və 3 ədəd qırıntı, tədqiqata sərf edildi 1 tabl və 3 ədəd qırıntı, qalıq 10 tabl, ağ rəngli tabletlərin sayı 21 tabl, tədqiqata sərf edildi 2 tabl, qalıq 19 tablet. ## ######## 2025-ci il tarixli sərhədkeçmə məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 2011-ci ildən etibarən ## ######## 2025-ci il tarixədək dəfələrlə müxtəlif nəqliyyat vasitələrini idarə edərək gəldiyi istiqamətdən asılı olaraq “Qırmızı Körpü”, ”Astara” və “Culfa” sərhəd nəzarət məntəqələrindən istifadə etməklə Azərbaycan Respublikasının ərazisinə və əks istiqamətdə hərəkət etmişdir. O, sonuncu dəfə ## ######## 2025-ci il tarixdə, “DAF” markalı, **AB***/**AE***” qeydiyyat nömrə nişanlı yük nəqliyyat vasitəsilə “Astara” dövlət sərhəd nəzarət məntəqəsindən keçməklə İran ərazisindən Azərbaycan Respublikasının ərazisinə daxil olmuş və Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə “Saxla / Sürücünün cibində siqaret qutusunun içəriosində gizlədilmiş şəkildə 11 ədəd narkotik tərkibli metadon M20 həbləri aşkar edilərək Astara Gİ-nə təhvil verildi.” məzmununda qeyd əlavə edilmişdir. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «xxxx» X1” tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, **** nömrəli abulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs sintetik opioidlərə aid olan metadon qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsya istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Məhkum edilmiş şəxsin hərəkətlərində qeyd olunan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətlərin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməlləri CM-in 206.2 və 234.1-ci maddələri ilə tövsif olunmuşdur. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsya Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət Prosessual Məcəlləsininn 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və hər iki əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə təqsirləndirilən şəxsə təyin olunmuş cəzanı da ədalətli sayır. Belə ki, məhkum olunmuş şəxsin təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin nisbi-müəyyən sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsinin alternativ xarakterli nisbimüəyyən sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs-nin əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona CM-in 206.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasını, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasınının təyin edilməsini, eləcə də CM-in 66.2-ci maddəsi rəhbər tutulmaqla Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 3 (üç) il 2 (iki) ay azadlıqdan məhrumetmə cəzasının saxlanılmasını məqsədəuyğun saymışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxsya cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından törədilmiş cinayət əməllərinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin şəxsiyyəti və törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından ona daha yüngül cəza təyin olunmasını qanunamüvafiq saymır və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə razılaşır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, Astara Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmündən müdafiəçi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs-nin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-254/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-254/2026
15.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver