Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-255/2026 17.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3- 1-ci maddələri ilə məhkum edilməsinə dair Hacıqabul Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü (hakim Bayramov Orxan Telman oğlunun sədrliyi) ilə ##.##.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Bakı şəhər Xətai Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 66.2, 66.5-ci maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və 4000 manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Çərçiboğan kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3- 1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun şübhəli şəxs qismində tutulduğu iki gün müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddətin ona təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ##### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsinin nəzərə alınması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutun taleyi və məhkəmə məsrəfi məsələsi həll edilmişdir. İŞİN HALLARI Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, özgəsinə məxsus əmlakı informasiya texnologiyalarından istifadə etməklə elektron məlumat daşıyıcılarından tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq məqsədi ilə tanışı təqsirləndirilən şəxs2 və Türkiyə Respublikasının vətəndaşı olması ehtimal edilən şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, ## ###### 2024-cü il tarixdə saat 04:40:26 dəqiqədə Hacıqabul rayonu Tava kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs məxsus olan və sonuncunun adına rəsmiləşdirilmiş Kapital Bank ASC-nə məxsus ****-****-****-**** nömrəli plastik kart hesabına qanunsuz daxil olaraq həmin hesabda olan 290 manat pul vəsaitini təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmiş “xxxx” MMC-nin “xxxx” ASC ilə birgə əməkdaşlığı çərçivəsində emissiya edilən ******PKYITF**** nömrəli “A kart” hesabına, daha sonra həmin hesabdan onun istifadəsində olan +*****-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi M10 hesabına köçürməklə, zərərçəkmiş şəxsə məxsus cəmi 290 manat pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, informasiya texnologiyalarından istifadə etməklə elektron məlumat daşıyıcısına daxil olub oğurlamış, yəni gizli olaraq talamışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, Hacıqabul Rayon Məhkəməsi tərəfindən ## ##### 2026-cı il tarixdə 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, həmin hökmlə razı olmadığını bildirib, hökmün ləğv edilməsini və cəzasının daha yüngül cəza ilə əvəz edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Məhkəmə kollegiyasının iclasında: Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayətini müdafiə edərək, özünü təqsirli bilmədiyini bildirib, şikayətin təmin olunmasını və cəzasının yüngülləşdirilməsini xahiş etdi. Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, təqsirləndirilən şəxs1 iş üzrə təqsirinin olmadığını bildirib, onun göstərdiyi halların nəzərə alınmasını və barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Dövlət ittihamçısı X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq təqsirləndirilən şəxs1 əməlini Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə tövsif edərək, onu həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, təqsirləndirilən şəxsə bəraət verilməsi, əməllərinin hüquqi tövsifinin dəyişdirilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və Hacıqabul Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. İlk növbədə qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs apellyasiya şikayətində ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etsə də, müdafiə tərəfi apellyasiya baxışındakı çıxışlarında işin faktiki hallarını və təqsirlilik məsələlərini mübahisələndirərək hesab etmişdir ki, məhkəmənin hökmü işin həqiqi hallarına uyğun olmamışdır, bu səbəbdən də təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Hazırkı cinayət işinə qismən məhkəmə istintaqı aparmaqla baxılmış, iş üzrə təqsirləndirilən şəxs, şahid təqsirləndirilən şəxs2 məhkəmə baxışında dindirilmiş, bank kartlarından çıxarışların əldə olunması üçün sorğu ilə aidiyyəti üzrə müraciət edilmiş, əldə edilmiş məlumatların təhlil olunması üçün mütəxəssis cəlb edilərək dindirilmiş, iş üzrə müvafiq orqanlara bir sıra digər sorğular verilmiş, iş materiallarında olan sübutlar məhkəmə baxışında tədqiq edilmiş, məhkəmə kollegiyası cinayət işinin bütün materiallarını apellyasiya şikayətinin dəlilləri ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb, habelə ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyib belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamanın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi; 177.2.3-1-ci maddəsinə əsasən isə elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi bu maddələrdə nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Onu da qeyd etmək lazımdır ki, törədilən cinayətin tərkib əlamətlərinin müəyyən edilməsi və əməlin Cinayət Qanunu norması üzrə tövsif edilməsi yuxarıda qeyd edilən Cinayət Məcəlləsinin müvafiq normaları əsasında aparılsa da, törədilən əməlin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar əsasında aparılır. Bu mənada Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının müəyyən etdiyi hüquqi prosedurların xatırladılması da zəruridir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq оlunmuş sübutlаrlа, yəni təqsirləndirilən şəхs təqsirləndirilən şəxs1, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadələri, “Götürmə aparılması haqqında” ## ###### 2024-cü il tarixli protokol, “xxxx” ASC-dən daxil olmuş PB-OUT-*****-****/* saylı ##.##.2025-ci il tarixli məktub, “Baxış keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokol və əlavə edilmiş fotoşəkillər, habelə işdə оlаn digər sübutları nəzərdən keçirib təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsin ittiham olunduğu əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təqsirliliklə bağlı məsələni cinayət və cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, təqsirləndirilən şəxs1 istinad edilən cinayətin törədilməsində onun təqsiri cinayət işinin materiallarında olan mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxsə istinad edilən cinayətin baş verib-verməməsi, onun həmin cinayəti törətməkdə qəsdinin olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəklində təqsirləndirilən şəxsin qeyd edilən cinayəti törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Belə ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Alparen Türe adlı şəxs pul vəsaitlərini başqalarına məxsus hesabdan qanunsuz yollarla çıxarıb təqsirləndirilən şəxs2 məxsus karta göndərmiş, təqsirləndirilən şəxs2 isə həmin pul vəsaitlərini ona məxsus M10 hesabına göndərdikdən sonra əvvəlcədən razılaşdıqları kimi həmin pul vəsaitlərini kriptovalyuta vasitəsilə Alparen Türeyə göndərmişdir. Bu prosesdən həm o, həm də, təqsirləndirilən şəxs2 müəyyən qazanc əldə etmişdir. O, Alparen Türe tərəfindən göndərilmiş pul vəsaitlərinin sonuncu tərəfindən müxtəlif şəxslərə məxsus kart hesablarına qanunsuz daxil olaraq əldə etməsini bilmişdir. Birinci instansiya məhkəməsində isə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, əvvəllər AR CM-nin 320.2, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmuş, 2021-ci ilin oktyabr ayının əvvəllərində azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqdan bir müddət sonra Türkiyə Respublikasına getmək qərarına gəlmişdir. Türkiyə Respublikasının ərazisində onun Bakı şəhərində yaşayan zamanlardan tanıdığı Seyid adlı tanışı yaşamışdır. O, onun yanına getmiş və 2024-cü ilin yay aylarında Bakı şəhərinə qayıtmışdır. O, Türkiyə Respublikasında olduğu müddətdə yüngül sənaye məhsullarının satışı ilə məşğul olmuş, həmin vaxtlar İlkin adlı şəxslə tanış olmuş, onunla işləri barəsində söhbətlər etmişlər. Bakı şəhərinə qayıtdıqdan sonra iş tapa bilməmiş və maddi durumu həmin zamanlar çox zəifləmişdir. Bu səbəbdən internet şəbəkəsi vasitəsi ilə kriptovalyuta alqı-satqısı ilə məşğul olmağa başlamışdır. O, elektron pul qabı sayılan BYBİT-dən onlayn şəkildə manatı 1 manat 70 qəpikdən almış, 1 manat 71 qəpiyə satmışdır. Boş vaxtlarında Bakı şəhəri Nərimanov rayonu Ağasadiq Gəraybəyli küçəsində yerləşən halhazırda adını xatırlamadığı kafedə olmuşdur. 2024-cü ilin sentyabr ayının əvvələrində həmin kafeyə daimi gəlib-gedən təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. təqsirləndirilən şəxs2 ilə aralarında hər hansı düşmənçilik ədavəti yoxdur, münasibətləri normaldır. ##.##.2024-cü il tarixdə saat 19 radələrində onun istifadəsində olan +995-500-555-481 mobil nömrəsilə qeydiyyatdan keçdiyi vhatsapp ani mesajlaşma sistemindən ilk öncə tanımadığı +90531-431- 02-95 mobil nömrə ilə zəng gəlmişdir. O, zəngi açdıqda zəng edən şəxs Alperen Türe olduğunu bildirmiş və o, həmin şəxsi tanımışdır. O, əvvəllər 1-2 dəfə Türkiyə Respublikasında yaşayan dostları ilə vhatsapp ani mesajlaşma sistemində qrup halında zənglə danışanda Alperen Türe orda iştirak etmiş və onu dostları tanış eləmişdir. X6 hansı işlərlə məşğul olması barədə ilk öncə məlumatı olmamışdır. Ona zəng gələn zaman təqsirləndirilən şəxs2 da, onun yanında olmuşdur. Alperen Türe ona Azərbaycan Respublikasında olan pulunu kart hesablara göndərəcəyini, həmin məbləğin yenidən kriptovalyuta vasitəsi ilə ona geriyə göndərmələrini və bunun müqabilində onlara atılan pulun 5%-ni verəcəyini bildirmişdir. O, və təqsirləndirilən şəxs2 həmin zamanlar maddi durumları zəif olması səbəbi ilə Alperen ilə razılaşmışlar. Onlar Alperenə təqsirləndirilən şəxs2 aid kart hesabını göndərəcəklərini, o, isə göndərdiyi pulla kripto alıb ona atacağını demişdir. Alperen onlara bu gecə 60000 manat pul karta atılacağını bildirmişdir. Onlar həmin puldan onlara ən azı 3000 manat qalacağını hesablayıb Alperen ilə razılaşmışdılar. təqsirləndirilən şəxs2 istifadəsində olan 050-706-96-06 mobil nömrəsini Alperenə onunla əlaqə saxlaması üçün demişdir. Bundan sonra təqsirləndirilən şəxs2 ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək Alperen Türenin istifadəsində olan +90531-431-02-95 mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi vhatsapp ani mesajlaşma sisteminə 05 ədəd müxtəlif banklara məxsus 16 rəqəmli kart hesabı göndərmişdir. ##.##.2024-cü il tarixdə saat 23 radələrində onun istifadəsində olan +995-500-555-481 mobil nömrəsinə təqsirləndirilən şəxs2 istifadə etdiyi 050- 706-96-06 mobil nömrə ilə yığaraq ona 340 manat pul gəldiyini bildirmişdir. Onlar dərhal vhatsapp ani mesajlaşma sistemi ilə zənglərinə Alperinidə dəvət etmiş və ona karta 340 manat gəldiyini bildirmişdirlər. Alperen Türe həmin 340 manat pulu özü göndərdiyini bildirmiş və həmin gecə 60000 manat pul gələcəyini bildirmişdir. Alperen Türe onlara pullar gəldikcə ona kriptoları göndərməklərini bildirmişdir. təqsirləndirilən şəxs2 kriptovalyutadan anlayışı olmadığı üçün ona bildirmişdir ki, pulları özünə məxsus +*****-***-**-** saylı M10 hesabına göndər. Daha sonra Çingizin kart hesabına əlavə olaraq 1500 manat pul gəlmiş və Çingiz həmin 1500 manatı onun m10 hesabına atmışdır. O, m10 hesabına köçürülən 1500 manat pulu Alperenə kripto vermişdir. Alperen Türeye atdığı pulun miqdarı qədər kripto atmadıqca onlara yeni pul göndərməmişdir. Həmin gün ümumilikdə Çingizin kart hesabına 5000 manat pul gəlmiş və o, həmin pulu kriptoya çevirmiş, Alperen Türeye atmışdır. 5000 manat pulu Alperene atdıqdan sonra o onlara sistemdə texniki problem olduğunu və qalan puluda sabah göndərəcəyini bildirmişdir. ## ###### 2024cü il tarixdə saat 20 radələrində Alperen istifadəsində olan +90531-431-02-95 mobil nömrə ilə onları qrup zəngi ilə yığaraq 110000 manat pulunun olduğunu və pulu atmağı üçün kartlarının olub-olmamasını soruşmuşdur. Onlar həmin pulun miqdarını eşidəndə həmin puldan onlara yüksək pul qalacağına görə sevinmişdirlər. Həmin an təqsirləndirilən şəxs2 ona zəngdə kartlarının boş olmasını və pulu həmin kartlara göndərə biləcəyini bildirmişdir. Həmin gün yəni ## ###### 2024-cü il tarixdə saat 05 radələrinə qədər ümumilikdə Çingizin kartına 10000 manat pul gəlmişdir. Pul gəldikcə Çingiz həmin pulu ona hissə-hissə göndərmişdir. O, isə həmin pulu kripto vasitəsi ilə Alperene qaytarmışdır. Ümumilikdə 2 gün ərzində onlar Alperene 10000 dollar pul atmışdırlar. Həmin işdən təqsirləndirilən şəxs2 850 manat qazanc pul atmışdır. O isə kriptoları ona satdıqdan sonra 1200 manat ona qazanc qalmışdır. Bundan sonra Çingizin maddi durumu zəif olduğundan və borcları olduğundan 1200 manat pulu ona borc vermişdir. ## ###### 2024-cü il tarixdə saat 20 radələrində Çingiz istifadəsində olan 050-706-96-06 mobil nömrə ilə onun istifadəsində olan +995-500-555-481 mobil nömrəsilə qeydiyyatdan keçdiyi vhatsapp ani mesajlaşma sistemi ilə onu3 yığmış, ona tanımadığı şəxslərin yığdığını və onun nömrəsinə müxtəlif saatlarda kontur gəlməsini bildirdiklərini demişdir. Bundan sonra onlar vhatsapp ani mesajlaşma sistemi ilə Alperen Türeyə yığmışdırlar. O, Alperene göndərilən pulların problemli olduğunu bildirmiş, o qeyri-etik ifadələr bildirmiş və onları təhqir etmişdir. Bundan sonra o telefonu söndürmüş və onun nömrəsinə zəng çatmamışdır. Barəsində başlanmış cinayət işinin məhkəmə baxışı zamanı qanunsuz yolla Gürcüstan respublikasının ərazisinə keçmişdir. Gürcüstan Respublikasının ərazisində olarkən oranın hüquq-mühafizə orqanları tərəfindən tutulmuş və Tbilisi şəhər məhkəməsinin hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasına qayıtmış və Heydər Əliyev adına X7 polis əməkdaşları tərəfindən tutulmuşdur. Sonda təqsirləndirilən şəxs ona məxsus M10 hesabına göndərilmiş pul vəsaitinin qanunsuz yolla əldə edilməsindən məlumatlı olmadığını, sadəcə olaraq kriptovalyuta satışı ilə məşğul olduğunu bildirmişdir. Apellyasiya baxışı zamanı da təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsində verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verərək göstərmişdir ki, o, heç bir oğurluq etməmişdir, şikayət verən səxsi belə tanımır. Gürcüstan Respublikasında həbs olunmuş, ona bir il cəza təyin olunmuş, 08 ay həbsdə, 04 ay isə polis nəzarətində olmuş, daha sonra isə Miqrasiya Xidməti onu 05 illik deportasiya etmiş, bilet alıb Azərbaycana gəlmiş, hava limanında sərhədçilər tərəfindən saxlanılmışdır. təqsirləndirilən şəxs2 ilə heç bir oğurluq etməmişlər. Elektron pul qabı sayılan BYBİT-dən onlayn şəkildə manatı 1 manat 69 qəpikdən almış, 1 manat 70 qəpiyə satmış, hər 100 ABŞ dollarında 1 manat qazanc əldə etmişdir. O, kriptovalyuta satmış, təqsirləndirilən şəxs2 da alıcılarından biri olmuşdur. Onun atdığı məbləğdə ona kriptovalyuta satmışdır. Bu hadisədən iki ay sonra Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Alperen Türen ilə heç bir əlaqəsi olmamışdır, o, təqsirləndirilən şəxs2 tanışı olmuşdur. Alperene kimin pul yolladığını bilməmişdir. Çingiz isə ona pulu M10 vasitəsilə yollamışdır. Çingiz pulu manatla yollamış, o isə dollar ilə yollamışdır. O, kriptovalyutanı Çingizə satmış, o da digər şəxsə satmışdır. Gün ərzində 60-80 manat arası pul qazanmışdır. Hacıqabul Rayon Məhkəməsində Alpereni tanımağı ilə bağlı ifadə verməmişdir. Daha sonra göstərmişdir ki, 2024-cü ilin noyabr ayında ona pul köçürülməmişdir, 2025-ci ilin mart ayında pul köçürülüb. Çingiz həmin pulları terminal vasitəsilə yox, M10 vasitəsilə yollamışdır. O isə hesabında olan kriptovalyutadan müəyyən bir hissəni ona vermişdir. Terminaldan ona kimin pul yollamasını xatırlamır. Özü də hesabını artırmaq üçün kartına pul yollamış ola bilər. Lakin ona pul yalnız Çingizdən gəlməmişdir. Yanvar ayında kartına 290 manat pulun daxil olub-olmamasını dəqiq xatırlamır. Bu pullarla kriptovalyuta alqı-satqısı etmiş, ona görə də kart hesabında mədaxil və məxaric çox olmuşdur. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birgə yuxarda qeyd etdiyi ünvanda yaşayır. 1991-ci il tarixindən etibarən Hacıqabul rayonu 2-ci Udulu kəndində yerləşən Rövşən Mehbalıyev adına tam orta məktəbdə hərbi rəhbər vəzifəsində çalışır. O, aylıq olaraq 819 manat əmək haqqı alır. Bundan əlavə olaraq bildirmişdir ki, 3-cü qrup əlildir. Aylıq olaraq ona aid Kapital Bank ASC-nə məxsus 5103 0716 8426 **** nömrəli plastik kart hesabına əlilliyinə görə 452 manat pul köçürülmüşdür. O, istifadəsində olan 050-678-07-35 mobil nömrəsində Birbank tətbiqinin qeydiyyatından keçmiş, Kapital Bank ASC-nə məxsus 5103 0716 8426 **** nömrəli plastik kart hesabını həmin tətbiqə əlavə etmişdir. ## ###### 2024-cü il tarixdə kartına 452 manat pul köçürülmüşdür. O, ## ###### 2024-cü il tarixdə saat 11 radələrində Birbank tətbiqinə daxil olan zaman həmin tarixdə saat 04:40-da kartından 290 manat pul çıxarılmasını görmüşdür. Onun pulunun köçdüyü kartın xxxxa aid 444994********** nömrəli hesaba köçürüldüyünü görmüşdür. O, dərhal Kapital Bank mərkəzinin qaynar xəttinə mobil nömrəsilə zəng vuraraq kartından tanımadığı kart hesabına 290 manat pul köçürüldüyünü bildirmişdir. Kapital bank əməkdaşı ona bununla bağlı polisə müraciət etməyini bildirmişdir. O, DİN-nin 102 XZM-nə yığaraq kartından pul oğurlanmasını bildirmişdir. Onlar ona Hacıqabul rayon Polis şöbəsinə yaxınlaşıb ərizə yazmağını bildirmişdirlər. Bundan sonra o Polis şöbəsinə yaxınlaşaraq, şikayət ərizəsi yazmışdır. İfadəsinin sonunda zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş maddi ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Apellyasiya baxışı zamanı müdafiə tərəfin vəsatəti əsasında dindirilmiş təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, Sahibi tanıyır, onunla hər hansı ədavəti yoxdur, onunla başqa adamlar vasitəsilə tanış olmuşdur, münasibətləri yaxşı olmuşdur, daha sonra bu hadisə baş vermişdir, kartına pul köçürən Türkiyə vətəndaşını tanımamışdır, türk vətəndaş onun kartına pul köçürmüş, o da öz M10 hesabına, oradan isə Sahibin M10 hesabına köçürmə etmişdir. Türk vətəndaşı onun hesabına 3300 manat pul köçürmüşdür. O da pulu Sahibin hesabına köçürmüşdür. Həmin vaxt uşağı xəstə olduğu üçün Sahibdən pul almış, ona olan borcunu ödəmək üçün də kartına pul atmış, ümumilikdə 1500 manat pul almışdır. Türk vətəndaşı ilə danışıqları Sahib aparmışdır. Özünün onunla heç bir əlaqəsi olmamışdır, onu Sahib vasitəsilə tanımışdır. Sahib ona kartının limitinin bitdiyini və daha çox məbləğ gəldiyi anda bank tərəfindən artıq pul vəsaitinin tutulacağını bildirmiş, kart hesabını türkə də o vermişdir. Oktay ona pul yollamamışdır. Hər şeyi o yox, Türk vətəndaşı etmişdir. 290 manat pul hesaba gəldikdən sonra pulu Azercell kartından M10 hesabına, oradan isə Sahibin M10 hesabına köçürmüşdür. Nə qədər pul köçürdüyü dəqiq yadında deyildir. Apellyasiya baxışı zamanı mütəxəssis qismində dəvət olunmuş X4 və X3 təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 kartından əldə olunmuş mədaxil və məxaric məlumatlarının təhlili ilə bağlı məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişlər ki, noyabr-mart ayları aralığında olan vaxt ərzində təqsirləndirilən şəxs1 kartına 290 manat pul vəsaitinin daxil olması ilə bağlı məlumat yoxdur, lakin həmin vaxtda 300 və 350 manat məbləğində köçürmə olmuşdur. +99499-951-11-15 mobil nömrəsi təqsirləndirilən şəxs1 M10 hesabına bağlıdır. 2025-ci il üçün həmin M10 hesabına 290 manat pul köçürməsi olmamışdır, lakin ## ###### 2024-cü il tarixdə saat 00:45-də həmin hesaba terminaldan 290 manat pul mədaxil olmuşdur. Terminalın hansı ərazidə yerləşdiyini görmək olmur. Həmin tarixdən başqa vaxtda 290 manat pulun mədaxil olunması görünmür. Göstərilən məbləğlərə münasibətdə 2024-cü ildə komissiya tətbiq olunmamışdır. Başqa kart hesablarından göndərilən vəsaitlər zamanı komissiya tutula bilər. Terminalın nömrəsini yalnız M10 elektron cüzdanı million terminalları vasitəsi ilə görmək olar. ## ###### 2026-cı il tarixli sorğuya cavab məktubunda qeyd olunmuş məlumatlarda 290 manat məbləğin mədaxil olmağı görünmür. Lakin burada məbləğin 290 manat olmağı bir o qədər vacib deyil. Məlumatlara diqqət etdikdə müxtəlif rəqəmlərin olduğu görünür. Şəxs məbləği bölərək də yollaya bilər. Hesaba ##.##.2024-cü il tarixdə saat 14:10-da 650 manat, saat 23:34-də 600 manat, ##.##.2024-cü il tarixdə saat 18:22-də 350 manat və ##.##.2024-cü il tarixdə saat 20:18də 3300 manat pul köçürülmüşdür. Bundan başqa, iş materiallarında olan “Götürmə aparılması haqqında” ## ###### 2024cü il tarixli protokola əsasən zərərşəkmiş şəxsə dəymiş 290 manat maddi ziyanın çıxarışını özündə əks etdirən 01 ədəd Birbank tətbiqindən çıxarılmış qəbz Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində yerləşən Hacıqabul RPŞ-nin inzibati binasında Zərərçəkmiş şəxs götürülmüşdür. *********** nömrəli, ## ###### 2024-cü il tarixli qəbzə və Zərərçəkmiş şəxs məxsus 5103 0716 8426 **** nömrəli plastik kart hesabından çıxarışa əsasən ## ###### 2024-cü il tarixdə saat 04:40-da sonuncuya məxsus hesabdan 290 manat pul vəsaiti çıxarılmışdır. İş materiallarında olan “xxxx” ASC-dən daxil olmuş PB-OUT-*****-****/* saylı ##.##.2025ci il tarixli məktubdan görünür ki, sorğulanan əməliyyat üzrə qeyd edilən kart hesabı təqsirləndirilən şəxs2 məxsusdur. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, təqsirləndirilən şəxs1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə baxış keçirilmişdir. Baxış zamanı təqsirləndirilən şəxs1 16 ədəd müxtəlif banklara məxsus plastik kart, 19 ədəd 200 manatlıq, 6 ədəd 100 manatlıq pul əskinazlarını təqdim etmişdir. Bundan başqa, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarı ilə təqsirləndirilən şəxs1 adına bankda mövcud olan/olmuş bütün hesablar (o cümlədən istifadəsində olan +*****-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş M10 hesabı) üzrə ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr ərzində hesaba daxil olmuş bütün pul köçürmələrinin tarixçəsi (məbləğ, tarix, saat, göndərən hesabın/kartın nömrəsi, sahibi), o cümlədən təqsirləndirilən şəxs2 istifadəsində olan M10 hesabından (və ya ona məxsus digər hesab/kartlardan) edilmiş köçürmələrin ayrıca göstərilməsi, hesabdan çıxan əməliyyatların tarixçəsi (kriptovalyuta mübadilə platformalarına və ya digər hesablara edilmiş köçürmələr daxil olmaqla) barədə tam çıxarış və pul köçürülmüş telefon nömrələrinin sahibləri barədə məlumatların tələb edilməsi məqsədilə müvafiq olaraq “xxxx" ASC-yə və “xxxx” MMC-yə müraciət edilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx" ASC-nin ##.##.2026-cı il tarixli, PR-OUT-*****-****/* nömrəli məktubundan görünür ki, təqsirləndirilən şəxs1 adına “xxxx" ASC-də ##.##.2026-cı il tarixinə heç bir bank hesabı mövcud deyildir. İş materiallarına əlavə edilmiş xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, PPO-LEG/****/**** nömrəli məktubu və ##.##.2026-cı il tarixli, PPO-LEG/****/**** nömrəli məktubundan görünür ki, +************ nömrəli "m10" ödəniş hesablarına və təqsirləndirilən şəxs2 adına olan "m10" 994507069606, 994557069606, 994707069606, 994771123931, 994773580018 ödəniş hesablarına aid maliyyə və anket məlumatları CD disk daşıyıcıda məktuba əlavə olunmuşdur. Həmçinin bildirilmişdir ki, "m10" hesablarından kart hesablarına köçürmələrlə bağlı "xxxx" MMCnin ödəniş sistemində həmin bank kartlarının nömrələri üzrə bütün rəqəmlər görünmədiyi üçün bu kartların nömrələri tam şəkildə verilmir. Bundan əlavə, Şirvan Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli sorğusuna cavab olaraq Bakı şəhəri Səbail Rayon Polis Şöbəsindən daxil olmuş ##.##.2026-cı il tarixli, **/*-***** nömrəli məktubdan görünür ki, Alıyev Sakit Sahib oğlu barəsində hal-hazırda idarənin istintaq şöbəsinin icraatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi vardır və həmin cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Şirvan Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin ##.##.2026-cı il tarixli, *-**- **/*-******/**** nömrəli məktubundan görünür ki, Xidmətdə 2000-ci ildən fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda təqsirləndirilən şəxs1 Gürcüstanda məhkum olunmasına dair hökmün Azərbaycan Respublikasında tanınması barədə məlumat qeydiyyatdan keçmir. Həmçinin Azərbaycan Respublikası Baş Prokurorluğunun ##.##.2026-cı il tarixli, *-*-***/*- ******/**** nömrəli məktubundan görünür ki, ##.##.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş təqsirləndirilən şəxs1 barəsində Gürcüstan Respublikasının Tbilisi Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, */****-** saylı hökmün Azərbaycan Respublikasında tanınıbtanınmamasına dair ##.##.2026-cı il tarixli 1(3-9) 255/2026 sorğuya Cinayət təqibindən kənar icraatlar idarəsində baxılmışdır. Bildirilir ki, təqsirləndirilən şəxs1 barəsində xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınmasına dair Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən məhkəməyə təqdimat verilməmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Kollegiya hesab edir ki, təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxs1 təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Beləliklə, sübutların məcmusu cinayət hadisəsi barəsində belə qənaət yaradır ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 tanışı təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan, Türkiyə Respublikasının vətəndaşı olması ehtimal edilən digər şəxslə qabaqcadan əlbir olaraq, ## ###### 2024-cü il tarixdə saat 04:40:26 dəqiqədə Zərərçəkmiş şəxs məxsus Kapital Bank ASC-nə aid ****-****-****-**** nömrəli plastik kart hesabına qanunsuz daxil olmaqla həmin hesabda olan 290 manat pul vəsaitinin əvvəlcə təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmiş ******PKYITF**** nömrəli “A kart” hesabına, daha sonra isə özünün istifadəsində olan və +*****-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçirdiyi M10 hesabına köçürülməsini təmin etmiş və bununla da zərərçəkmiş şəxsə məxsus pul vəsaitini informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talamışdır. Cinayət hadisəsinin yuxarıda təsvir edilən qaydada baş verməsi işdə olan sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları, eləcə də cinayət işinin materiallarında olan digər yazılı sübutlarla tam təsdiqini tapmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs1 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin yalnız kriptovalyuta alqısatqısı ilə məşğul olması, zərərçəkmişin kartından pul oğurlamaması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin iddialar iş materialları ilə təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təqsirlilik məsələsini nəzərdən keçirən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının və cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunması yalnız onun təqsirinin qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməsi halında mümkündür. Bu baxımdan məhkəmənin vəzifəsi iş materiallarında mövcud olan sübutları formal şəkildə sadalamaqdan ibarət olmayıb, həmin sübutların hər birinin aidiyyətini, mümkünlüyünü, mötəbərliyini, əldə edilmə mənbəyini, habelə onların bir-biri ilə qarşılıqlı əlaqəsini araşdırmaqla cinayət hadisəsinin faktiki hallarını, təqsirləndirilən şəxsin həmin hadisədə rolunu və əmələ münasibətini müəyyən etməkdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə sübutlar məhz bu qaydada qiymətləndirildikdə, təqsirləndirilən şəxs1 ona istinad edilən cinayət əməlini törətməsində təqsirli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş materiallarında olan mötəbər və bir-birini tamamlayan sübutların məcmusu ilə təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” # #### 2005-ci il tarixli, * nömrəli Qərarına əsasən talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın müddəalarından irəli gəldiyi kimi, oğurluq cinayətinin düzgün tövsifi üçün yalnız özgə əmlakının faktiki olaraq sahibinin sərəncamından çıxarılması deyil, həmçinin həmin əmlakın gizli götürülməsi, hüquqazidd və əvəzsiz xarakter daşıması, təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsi və bu hərəkətlərin qəsdən, tamah məqsədi ilə həyata keçirilməsi müəyyən edilməlidir. Odur ki, hazırkı cinayət işi üzrə əmələ hüquqi qiymət verilərkən yalnız zərərçəkmiş şəxsin hesabından müəyyən məbləğdə pul vəsaitinin başqa hesaba köçürülməsi faktının mövcudluğu ilə kifayətlənmək olmaz. Bununla yanaşı, həmin pul vəsaitinin kimə məxsus olması, onun hesabdan hansı şəraitdə və kimin iradəsinə zidd olaraq çıxarılması, vəsaitin sonrakı hərəkət istiqaməti, hansı şəxslərin faktiki sərəncamına keçməsi, bu hərəkətlərin hansı vasitə və üsulla həyata keçirilməsi, habelə təqsirləndirilən şəxsin həmin hərəkətlərə münasibəti və onların ümumi cinayət nəticəsi ilə əlaqəsi müəyyən edilməlidir. Belə ki, iş materiallarından, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsindən, ## ###### 2024-cü il tarixli qəbzdən, bank çıxarışından və digər sənədlərdən müəyyən olunur ki, ## ###### 2024-cü il tarixdə saat 04:40:26 radələrində Zərərçəkmiş şəxs adına rəsmiləşdirilmiş Kapital Bank ASC-yə məxsus ****-****-****-**** nömrəli plastik kart hesabında olan 290 manat məbləğində pul vəsaiti sonuncunun iradəsi və razılığı olmadan hesabdan çıxarılmış, həmin vəsait əvvəlcə təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmiş “A kart” hesabına, daha sonra isə təqsirləndirilən şəxs1 istifadəsində olan mobil nömrə ilə qeydiyyatdan keçirilmiş M10 hesabına yönəldilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində ardıcıl şəkildə bildirmişdir ki, ## ###### 2024-cü il tarixdə onun Kapital Bank hesabına 452 manat məbləğində vəsait daxil olmuş, ## ###### 2024-cü il tarixdə saat 11:00 radələrində Birbank tətbiqi vasitəsilə hesabını yoxladıqda həmin vəsaitdən 290 manatın saat 04:40 radələrində çıxarıldığını müəyyən etmişdir. O, həmin əməliyyatı özü həyata keçirmədiyini, pul vəsaitinin xxxx kartına köçürüldüyünü gördüyünü, bundan sonra dərhal Kapital Bankın qaynar xətti ilə əlaqə saxladığını, bank əməkdaşlarının tövsiyəsi əsasında 102 xidmətinə və Hacıqabul Rayon Polis Şöbəsinə müraciət etdiyini bildirmişdir. Bu ifadə iş materiallarında olan bank sənədləri ilə də təsdiq olunur. Belə ki, ## ###### 2024-cü il tarixli *********** nömrəli qəbz və ****-****-****-**** nömrəli kart hesabına dair çıxarışda 290 manat məbləğində pul vəsaitinin saat 04:40:26-da hesabdan çıxarılması əks olunmuşdur. Həmin məlumatlar təqsirləndirilən şəxsin sonradan verdiyi izahatdan asılı olmayan, maliyyə əməliyyatının elektron sistemdə obyektiv şəkildə qeydə alınması nəticəsində formalaşmış sübutlardır. Məhkəmə kollegiyası hesab edir ki, elektron ödənişlər vasitəsilə törədilən cinayət əməlləri üzrə belə məlumatların sübut əhəmiyyəti xüsusilə yüksəkdir. Çünki elektron maliyyə əməliyyatlarının sistemlərdə qeydə alınmış məlumatları pul vəsaitinin hərəkətinin zamanını, məbləğini, hesablar üzrə istiqamətini və əməliyyatlar arasındakı ardıcıllığı obyektiv şəkildə müəyyən etməyə imkan verir. Bu məlumatlar şəxslərin hadisədən sonra verdikləri izahatlardan fərqli olaraq, sonradan formalaşdırılmış subyektiv mövqedən deyil, əməliyyatın özünün elektron qeydiyyatından irəli gəlir. Həmçinin iş materiallarında olan xxxx ASC-nin ## ###### 2025-ci il tarixli PB-OUT-*****- ****/* nömrəli məktubundan müəyyən olunur ki, pul vəsaitinin yönəldildiyi kart hesabı təqsirləndirilən şəxs2 məxsus olmuşdur. Beləliklə, iş üzrə cinayət predmetini təşkil edən pul vəsaitinin hərəkətinin konkret və ardıcıl istiqaməti müəyyən edilmişdir: Zərərçəkmiş şəxs hesabı – təqsirləndirilən şəxs2 hesabı – təqsirləndirilən şəxs1 istifadəsində olan M10 hesabı. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan ardıcıllıq ayrı-ayrı və bir-birindən asılı olmayan maliyyə əməliyyatları kimi deyil, konkret pul vəsaitinin bir hesabdan digər hesaba və nəticə etibarilə təqsirləndirilən şəxs1 istifadəsində olan elektron hesaba çatdırılmasını əks etdirən vahid faktiki hərəkətlər zənciri kimi qiymətləndirilməlidir. Belə ki, zərərçəkmiş şəxsin hesabından çıxarılan məhz həmin məbləğin əvvəlcə təqsirləndirilən şəxs2 hesabına, oradan isə təqsirləndirilən şəxs1 istifadəsində olan M10 hesabına keçməsi pul vəsaitinin ilkin mənbəyi ilə sonrakı təyinatı arasında obyektiv və ardıcıl əlaqənin mövcudluğunu göstərir. Eyni zamanda, təqsirləndirilən şəxs2 apellyasiya instansiyası məhkəməsində verdiyi ifadəsində təqsirləndirilən şəxs1 tanıdığını, aralarında düşmənçilik münasibətlərinin olmadığını, türk vətəndaşının onun kartına pul vəsaiti köçürdüyünü, həmin vəsaiti isə özünün təqsirləndirilən şəxs1 M10 hesabına yönəltdiyini bildirmişdir. O, türk vətəndaşı ilə birbaşa əlaqəsinin olmadığını, həmin şəxslə əlaqəni təqsirləndirilən şəxs1 saxladığını, təqsirləndirilən şəxs1 öz kartının limitinin dolduğunu və bank tərəfindən əlavə vəsaitin tutulacağını bildirməsi ilə əlaqədar başqa kart hesabından istifadə edildiyini də göstərmişdir. təqsirləndirilən şəxs2, həmçinin kartına daxil olan vəsaitlərdən müəyyən hissəsini təqsirləndirilən şəxs1 M10 hesabına göndərdiyini və həmin vəsaitlərin sonrakı hərəkətində təqsirləndirilən şəxs1 iştirak etdiyini bildirmişdir. Onun ifadəsinin məhz pul vəsaitinin bir hesabdan digər hesaba keçirilməsini əks etdirən obyektiv maliyyə məlumatları ilə birlikdə qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Beləliklə, iş üzrə pul vəsaitinin hərəkəti yalnız zərərçəkmiş şəxsin hesabından təqsirləndirilən şəxs2 hesabına qədər deyil, sonrakı mərhələdə təqsirləndirilən şəxs1 faktiki istifadəsində olan M10 hesabına qədər izlənilir. Kollegiya, həmçinin qeyd edir ki, iş materiallarında olan məlumatlarla +99499-951-11-15 nömrəsinin təqsirləndirilən şəxs1 istifadəsində olan M10 hesabı ilə əlaqəli olması birbaşa təsdiq olunur. Bununla yanaşı, xxxx MMC-dən alınmış məlumatlar, mütəxəssislərin izahatları və digər maliyyə sənədləri təqsirləndirilən şəxs1 M10 hesabında müxtəlif məbləğlərdə maliyyə hərəkətlərinin olduğunu göstərir. Apellyasiya baxışı zamanı dinlənilmiş mütəxəssislər Könül Nəsirova və Elnurə Paşayevanın izahatlarından müəyyən olunur ki, araşdırılan dövr ərzində təqsirləndirilən şəxs1 maliyyə hesablarında müxtəlif məbləğlərdə mədaxil və məxariclər olmuş, ## ###### 2024-cü il tarixdə saat 00:45-də onun M10 hesabına terminal vasitəsilə 290 manat məbləğində vəsait daxil olmuşdur. Eyni zamanda digər tarixlərdə 650 manat, 600 manat, 350 manat və 3300 manat məbləğlərində mədaxillər də müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin məlumatların hər birini avtomatik olaraq zərərçəkmişə məxsus 290 manatla eyniləşdirmək düzgün olmazdı. Belə ki, maliyyə hesablarında eyni və ya yaxın məbləğlərdə müxtəlif əməliyyatların aparılması mümkündür. Lakin həmin məlumatlar da iş üzrə digər sübutlardan təcrid olunmuş şəkildə deyil, bütöv sübut sistemi daxilində qiymətləndirilməlidir. Xüsusilə də həmin maliyyə məlumatları təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs1 vəsait yönəltməsi barədə ifadəsi, təqsirləndirilən şəxs1 özünün ibtidai istintaq zamanı verdiyi izahatlar və digər elektron maliyyə məlumatları ilə birlikdə nəzərdən keçirildikdə, təqsirləndirilən şəxsin qeyd olunan maliyyə əməliyyatları mexanizmi ilə əlaqəsinin müəyyən edilməsinə xidmət edir. Bu baxımdan məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, cinayət işində olan hər bir sübutun bütün halları təkbaşına təsdiq etməsi tələb olunmur. Bir sübut cinayət predmetinin mənbəyini, digəri onun hesabdan çıxarılmasını, başqa sübut vəsaitin hansı hesaba keçirilməsini, digər sübut isə həmin vəsaitin sonrakı hərəkətini və təqsirləndirilən şəxslə əlaqəsini təsdiq edə bilər. Bu sübutların məcmusu isə cinayət hadisəsinin bütöv mexanizmini müəyyən etməyə imkan verir. Hazırkı işdə də məhz belə sübutlar əlaqəsi mövcuddur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş üzrə digər mühüm hal təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrin məzmunudur. Belə ki, təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı öz təqsirini etiraf edərək bildirmişdir ki, Alperen Türe müxtəlif şəxslərə məxsus hesab və kartlardan qanunsuz şəkildə pul vəsaitləri çıxarmış və həmin vəsaitləri təqsirləndirilən şəxs2 kartına göndərmiş, Çingiz isə həmin vəsaitləri təqsirləndirilən şəxs1 M10 hesabına yönəltmiş, bundan sonra onlar əvvəlcədən razılaşdıqları kimi həmin vəsaitləri kriptovalyuta formasında Alperen Türeyə göndərmiş və bu əməliyyatlardan qazanc əldə etmişlər. təqsirləndirilən şəxs1, həmçinin ona göndərilən pul vəsaitlərinin müxtəlif şəxslərin kart hesablarına qanunsuz daxil olmaq yolu ilə əldə edildiyini bildiyini göstərmişdir. Bu ifadənin əhəmiyyəti yalnız onun “təqsiri etiraf etməsi” ilə məhdudlaşmır. İbtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs1 hadisənin mexanizmini, iştirak edən şəxslərin rollarını, vəsaitlərin hansı ardıcıllıqla hərəkət etdiyini və bu hərəkətlərdən əldə olunan maddi marağı konkret şəkildə təsvir etmişdir. Belə ki, onun həmin ifadəsində Alperen Türe ilə əlaqənin mövcudluğu, təqsirləndirilən şəxs2 kartlarından istifadə edilməsi, pul vəsaitlərinin təqsirləndirilən şəxs1 M10 hesabına yönəldilməsi, sonradan kriptovalyutaya çevrilərək digər şəxsə göndərilməsi və bu fəaliyyətdən qazanc əldə olunması barədə ardıcıl məlumatlar əks olunmuşdur. Bununla belə, təqsirləndirilən şəxs1 sonrakı məhkəmə baxışlarında öz əvvəlki mövqeyindən fərqli olaraq təqsirini inkar etmiş, təqsirləndirilən şəxs2la yalnız kriptovalyuta alqı-satqısı ilə məşğul olduğunu bildirmiş və ona daxil olan pul vəsaitlərinin cinayət yolu ilə əldə edilməsindən xəbərsiz olduğunu iddia etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin sonrakı müdafiə mövqeyini nəzərə alaraq, hesab edir ki, şəxsin təqsirini inkar etməsi öz-özlüyündə əvvəlki ifadəsinin və digər sübutların hüquqi əhəmiyyətini aradan qaldırmır. Həmin ifadələr iş üzrə digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Bu zaman xüsusi əhəmiyyət kəsb edən hal ondan ibarətdir ki, təqsirləndirilən şəxs1 məhkəmədə irəli sürdüyü “yalnız kriptovalyuta alıb-satması, daxil olan vəsaitlərin qanunsuz əldə edilməsindən xəbərinin olmaması” məzmunlu müdafiə versiyası belə onun təqsirləndirilən şəxs2la birlikdə pul vəsaitlərinin qəbul edilməsi və kriptovalyutaya çevrilərək başqa şəxsə göndərilməsi barədə özünün etiraf etdiyi faktiki münasibətləri tamamilə aradan qaldırmır. Əksinə, təqsirləndirilən şəxs1 özü məhkəmədə də təqsirləndirilən şəxs2la təqsirləndirilən şəxs2la oğurluq etmədiyini, onların yalnız maliyyə əməliyyatları apardığını, BYBİT platforması vasitəsilə kriptovalyuta alqı-satqısı ilə məşğul olduqlarını, Çingiz tərəfindən müəyyən məbləğlərin onun M10 hesabına göndərildiyini, özünün isə həmin məbləğlərə uyğun kriptovalyuta satdığını və bu fəaliyyətdən qazanc əldə etdiyini. kriptovalyutanı 1 manat 69 qəpiyə alıb 1 manat 70 qəpiyə satdığını bildirmişdir. Beləliklə, tərəflər arasında fikir ayrılığı pul vəsaitlərinin hərəkətinin ümumiyyətlə olubolmaması məsələsində deyil, həmin vəsaitlərin mənbəyinin və cinayət xarakterinin təqsirləndirilən şəxs1 tərəfindən bilinib-bilinməməsi məsələsində yaranır. Məhz buna görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxs1 “yalnız kriptovalyuta alqısatqısı etməsi” məzmunlu izahatını həmin əməliyyatların real mənbəyi ilə müqayisə edərək belə hesab etmişdir ki, əgər tərəflər arasındakı münasibətlər həqiqətən yalnız adi və qanuni kriptovalyuta alqı-satqısından ibarət olmuşdursa, zərərçəkmiş Zərərçəkmiş şəxs hesabından onun iradəsi olmadan çıxarılan konkret 290 manatın təqsirləndirilən şəxs2 hesabına daxil olması və daha sonra təqsirləndirilən şəxs1 istifadə etdiyi M10 hesabına yönəldilməsi üçün qanuni və real iqtisadi əsasın nədən ibarət olması izah edilən deyildir. Lakin iş materiallarında belə qanuni və real əsasın mövcudluğunu təsdiq edən məlumat müəyyən edilmir. Odur ki, təqsirləndirilən şəxs1 bu xüsusda verdiyi izahat iş üzrə müəyyən edilmiş obyektiv məlumatlarla uzlaşmır. Məhkəmə kollegiyası hesab edir ki, pul vəsaitinin mənbəyinin zərərçəkmiş şəxsin hesabı olması, həmin vəsaitin onun razılığı olmadan çıxarılması, əvvəlcə təqsirləndirilən şəxs2 hesabına, daha sonra təqsirləndirilən şəxs1 istifadə etdiyi M10 hesabına yönəldilməsi və həmin əməliyyatlarda iştirak edən şəxslərin özlərinin verdiyi ifadələrin bu maliyyə hərəkətləri ilə əlaqələndirilməsi təsadüfi və bir-birindən asılı olmayan əməliyyatlar kimi qiymətləndirilə bilməz. Burada pul vəsaitinin hərəkətinin ardıcıllığı xüsusi əhəmiyyət kəsb edir. Çünki zərərçəkmiş şəxsin hesabından çıxarılan vəsaitin təsadüfən, heç bir əlaqəsi olmayan şəxslərin hesablarından keçməsi və son nəticədə təqsirləndirilən şəxsin faktiki istifadə etdiyi elektron hesaba çatması barədə məntiqli və iş materialları ilə təsdiqlənən hər hansı alternativ izah müəyyən edilməmişdir. Əksinə, iş üzrə müəyyən edilən hallar həmin pul vəsaitlərinin əvvəlcədən müəyyən edilmiş mexanizm çərçivəsində şəxslər arasında hərəkət etdirildiyini göstərir. Bununla yanaşı, təqsirləndirilən şəxs1 həmçinin müxtəlif mərhələlərdə pul vəsaitlərinin nə vaxt daxil olması, hansı məbləğlərin ona göndərilməsi və əməliyyatların hansı tarixlərdə aparılması barədə bir-birindən fərqli məlumatlar vermişdir. Bir tərəfdən 2024-cü ilin noyabrında müəyyən əməliyyatların aparıldığını təsvir etdiyi halda, digər tərəfdən həmin dövrdə ona pul köçürülmədiyini, sonrakı tarixlərdə vəsaitlərin daxil olduğunu, konkret 290 manatın daxil olubolmadığını xatırlamadığını bildirmişdir. Doğrudur, bu ziddiyyətlər özlüyündə şəxsin təqsirini avtomatik sübut edən hal kimi qəbul edilə bilməz. Lakin onun müdafiə versiyasının etibarlılığını qiymətləndirərkən həmin ziddiyyətlər iş üzrə mövcud olan obyektiv maliyyə məlumatları ilə birlikdə nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfindən irəli sürülən iddiaların qəbul edilməsi üçün onların yalnız nəzəri cəhətdən mümkün olması kifayət deyil. Həmin iddialar iş üzrə müəyyən edilmiş əsas faktlarla uyğunlaşmalı və cinayət predmetinin konkret hərəkət mexanizmini məntiqli şəkildə izah etməlidir. Hazırkı işdə isə müdafiə tərəfin irəli sürdüyü versiyalar məhz bu baxımdan inandırıcı hesab edilə bilməz. Bundan əlavə, iş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən görünür ki, təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmün mövcudluğu hazırkı iş üzrə hadisənin digər iştirakçısı barəsində ayrıca məhkəmə araşdırmasının aparıldığını və onun da eyni hadisə ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilərək məhkum edildiklərini təsdiq edən mühüm prosessual məlumatdır. Doğrudur, həmin hökm hazırkı iş üzrə təqsirləndirilən şəxs1 təqsirliliyini avtomatik müəyyən edən sübut kimi deyil, digər sübutlarla birlikdə qiymətləndirilməli olan ayrıca məhkəmə aktı kimi nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxs1 cinayət hadisəsini törətməsi onun öz hərəkətləri, digər iştirakçılarla əlaqələri, pul vəsaitinin hərəkəti və digər sübutlarla müəyyən edilir. Digər şəxs barəsində çıxarılmış hökm isə bu faktiki hadisənin iştirakçıs barədə ayrıca məhkəmə araşdırmasının nəticəsini təsdiq edən əlavə məlumat kimi əhəmiyyət daşıyır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, evə baxış zamanı aşkar edilmiş əşyalar da digər sübutlardan təcrid olunmuş şəkildə deyil, onların məcmusu daxilində qiymətləndirilməlidir. İş materiallarında olan ## #### 2025-ci il tarixli evə baxış protokolundan görünür ki, təqsirləndirilən şəxs1 yaşadığı mənzildə müxtəlif banklara məxsus çoxsaylı (14 ədəd) plastik bank kartları və 4.400 manat məbləğində nağd pul vəsaiti aşkar edilmişdir. Kollegiya hesab edir ki, göstərilən əşyaların hər birinin ayrıca mövcudluğu özlüyündə hazırkı cinayət üzrə oğurluq faktını birbaşa sübut edən hal kimi qəbul edilə bilməsə də, sübutların qiymətləndirilməsi zamanı onlar təcrid olunmuş şəkildə deyil, işin digər halları ilə əlaqəsi nəzərə alınmalıdır. Çoxsaylı bank kartlarının təqsirləndirilən şəxsin yaşayış yerində aşkar edilməsi, onun elektron maliyyə əməliyyatları aparması barədə öz izahatları, müxtəlif şəxslərin hesablarından onun istifadə etdiyi M10 hesabına vəsaitlərin yönəldilməsi və iş üzrə müəyyən edilmiş digər maliyyə əməliyyatları birlikdə götürüldükdə, onların iş üzrə müəyyən edilmiş maliyyə əməliyyatlarının və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 elektron maliyyə dövriyyəsi ilə real əlaqəsinin qiymətləndirilməsində əlavə faktiki əhəmiyyət daşıdığı nəticəsinə gəlmək mümkündür. Həmçinin hazırkı işdə cinayətin informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi ilə bağlı ittiham irəli sürüldüyündən, həmin aşkar edilmiş əşyaların iş üzrə digər elektron məlumatlarla əlaqəsi və onun təqsirləndirilən şəxsin istifadəsində olması barədə müəyyən edilmiş hallar ümumi sübutlar sistemi daxilində qiymətləndirilməlidir. Sözügedən cinayət işi üzrə də təqsirləndirilən şəxsin yaşayış yerində aşkar edilmiş bank kartları və pul vəsaitləri məhz digər obyektiv maliyyə məlumatlarını tamamlayan əlavə faktiki hallar kimi qiymətləndirilir. Beləliklə, cinayət hadisəsinin obyektiv tərəfi baxımından müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsin hesabından 290 manat pul vəsaiti onun iradəsi və razılığı olmadan hesabından elektron qaydada çıxarılmış, sonrakı mərhələdə əvvəlcə başqa şəxsin təqsirləndirilən şəxs2 hesabına, oradan isə təqsirləndirilən şəxs1 faktiki istifadəsində olan elektron M10 hesabına yönəldilmişdir. Əmlakın elektron formada götürülməsi oğurluğun hüquqi mahiyyətini dəyişmir. Müasir informasiya texnologiyalarından istifadə etməklə törədilən talama zamanı əmlakın fiziki olaraq bir yerdən başqa yerə aparılması tələb olunmur. Pul vəsaitinin elektron hesab üzərində sahibinin iradəsinə zidd əməliyyat aparılmaqla onun faktiki sərəncamından çıxarılması və başqa şəxsin sərəncamına keçirilməsi əmlakın götürülməsi nəticəsini yaradır. Bu baxımdan hazırkı işdə əhəmiyyətli olan hal pul vəsaitinin sadəcə formal olaraq köçürülməsi deyil, həmin köçürmənin hüquqi və faktiki əsasının olub-olmamasıdır. İş üzrə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs hesabından çıxarılan 290 manat onun tərəfindən könüllü şəkildə köçürülməmiş, həmin əməliyyatdan xəbəri olmamış və pul vəsaitinin çıxarılmasından yalnız sonradan məlumat əldə etmişdir. Beləliklə, pul vəsaitinin zərərçəkmiş şəxsin faktiki sərəncamından hüquqazidd və əvəzsiz şəkildə çıxarılması və başqa şəxslərin sərəncamına keçirilməsi müəyyən edilmişdir. Kollegiyanın qənaətincə isə, bu hallar birlikdə götürüldükdə, təqsirləndirilən şəxs1 hadisədəki rolunun təsadüfi və yalnız kənar şəxsin ona göndərdiyi qanuni vəsaitin alıcısı olmaqdan ibarət olması barədə iddiasının işin faktiki halları ilə uyğunluq təşkil etməməsi ilə bağlı nəticəyə gəlməyə əsas verir. Oğurluq cinayətinin subyektiv tərəfinə gəldikdə, qeyd edilməlidir ki, bu cinayət birbaşa qəsdlə törədilir. Şəxs özgə əmlakının ona məxsus olmadığını, həmin əmlakın sahibinin iradəsi və razılığı olmadan götürüldüyünü və bu hərəkətin hüquqazidd xarakter daşıdığını dərk etməli, eyni zamanda özgə əmlakını özünün və ya başqa şəxsin xeyrinə yönəltməyi arzulamalıdır. Şəxsin belə psixi münasibətinin müəyyən edilməsi isə yalnız onun özünün hadisə barədə verdiyi izahatla məhdudlaşdırıla bilməz. Qəsdin məzmunu və məqsəd, o cümlədən tamah məqsədi şəxsin konkret davranışından, hərəkətlərin ardıcıllığından, istifadə etdiyi vasitələrdən, digər iştirakçıların davranışından, cinayətin törədilmə üsulundan, əldə edilmiş nəticədən və digər obyektiv hallardan müəyyən edilə bilər. Hazırkı işdə zərərçəkmiş şəxsin hesabından çıxarılan 290 manatın onun iradəsi olmadan əvvəlcə təqsirləndirilən şəxs2 hesabına, daha sonra isə təqsirləndirilən şəxs1 istifadəsində olan M10 hesabına yönəldilməsi, habelə təqsirləndirilən şəxs2 həmin vəsaiti təqsirləndirilən şəxs1 yönləndirməsi barədə ifadəsi bir-birindən təcrid olunmuş hallar deyil, eyni hadisənin müxtəlif aspektlərini əks etdirən və bir-birini tamamlayan sübutlardır. Bu sübutlar birlikdə qiymətləndirildikdə, pul vəsaitinin zərərçəkmiş şəxsin faktiki sərəncamından çıxarılması, müxtəlif hesablar vasitəsilə hərəkət etdirilməsi və nəticədə təqsirləndirilən şəxs1 istifadəsində olan elektron hesaba çatdırılması barədə ardıcıl faktiki mənzərə yaranır. Nəticə etibarilə, iş üzrə müəyyən edilmiş sübutlar arasında təqsirləndirilən şəxs1 təqsirliliyini aradan qaldıran, yaxud onun əməli ilə baş vermiş nəticə arasında əlaqəni istisna edən əsaslı ziddiyyət müəyyən edilmir. Əksinə, sübutların qarşılıqlı əlaqəsi zərərçəkmiş şəxsin pul vəsaitinin onun iradəsi olmadan hesabdan çıxarılmasını, həmin vəsaitin digər şəxsin hesabına, oradan isə təqsirləndirilən şəxs1 istifadəsində olan M10 hesabına keçirilməsini, bu hərəkətlərin elektron maliyyə vasitələrindən istifadə edilməklə həyata keçirilməsini və iştirakçıların hərəkətlərinin ümumi nəticəyə yönəlməsini təsdiq edən qənaət formalaşdırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə müəyyən edilmiş faktiki hallar və həmin halları təsdiq edən sübutların məcmusu təqsirləndirilən şəxs1 özgəsinə məxsus 290 manat pul vəsaitini tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq, sahibinin iradəsi və razılığı olmadan, gizli şəkildə və informasiya texnologiyalarından istifadə etməklə ələ keçirməsində iştirak etdiyini təsdiq edir. Həmçinin pul vəsaitinin bir neçə iştirakçının hərəkətləri nəticəsində bir hesabdan digərinə ardıcıl şəkildə keçirilməsi, təqsirləndirilən şəxs2 vəsaiti təqsirləndirilən şəxs1 yönəltməsi barədə ifadəsi, həmin ifadənin bank məlumatları ilə uzlaşması və pulun son nəticədə təqsirləndirilən şəxs1 istifadəsində olan M10 hesabına çatması onun əməlində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayətin törədilməsi əlamətinin mövcudluğu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslandırır. Eyni zamanda, özgə pul vəsaitinin elektron bank və ödəniş vasitələri üzərindən hərəkət etdirilərək zərərçəkmiş şəxsin faktiki sərəncamından çıxarılması və digər şəxslərin sərəncamına keçirilməsi əməlin informasiya texnologiyalarından istifadə edilməklə törədilməsini xarakterizə edən hal kimi çıxış edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli faktiki halları düzgün müəyyən etmiş, məhkəmə iclasında araşdırılmış sübutları onların aidiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından, habelə qarşılıqlı əlaqədə düzgün qiymətləndirmiş və həmin sübutların məcmusuna əsasən təqsirləndirilən şəxs1 təqsirliliyi barədə əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” # #### 2005-ci il tarixli, * nömrəli Qərarının 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Həmin Qərarın 10-cu və 11-ci bəndlərində göstərilir ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli Qərarında isə qeyd olunmuşdur ki, talama cinayətlərinin predmetini istehlak dəyərinə malik olan istənilən maddi-əmtəə dəyəri, habelə istənilən maddi dəyərlərin ümumi ekvivalenti olan pul təşkil edə bilər. Talama cinayətləri fəal hərəkətlə törədilir. Talamanın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsddən ibarətdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakını götürmədən və (və ya) özünün, yaxud başqa şəxslərin xeyrinə keçirmədən ibarətdir. Talamanın istənilən forması subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında təqsirlə xarakterizə olunur. Təqsirkar özgənin əmlakını qanunsuz və əvəzsiz götürdüyünü və (və ya) özünün və ya başqa şəxsin xeyrinə keçirdiyini dərk edir, bunun əmlakın mülkiyyətçisinə (və ya başqa sahibinə) real maddi ziyan vuracağını qabaqcadan görür və belə nəticənin baş verməsini arzu edir. Talamanın subyektiv cəhətinin daha bir zəruri əlaməti tamah məqsədinin olmasıdır. Oğurluq talama cinayətlərinin bir növü kimi çıxış edir. Cinayət qanunvericiliyinə görə oğurluq özgənin əmlakının gizli olaraq talanmasıdır Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş “informasiya texnologiyaları” müddəası informasiyanın ötürülməsi, qəbulu və emalı üzrə proseslər zamanı alət və ya vasitələr toplusunu nəzərdə tutur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən informasiya texnologiyaları -informasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemidir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs1 əməlində özgə əmlakının gizli, hüquqazidd və əvəzsiz götürülməsi, həmin əmlakın təqsirkarın və ya başqa şəxslərin xeyrinə yönəldilməsi, tamah məqsədinin mövcudluğu, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi və informasiya texnologiyalarından istifadə edilməsi ilə xarakterizə olunan cinayət tərkibinin zəruri əlamətləri iş üzrə mötəbər sübutların məcmusu ilə təsdiq olunur. Bu baxımdan kollegiya hesab edir ki, apellyasiya şikayətinin və müdafiə tərəfin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla əsassızdır. Müdafiə tərəfi məhkəmənin gəldiyi nəticələrlə razılaşmasa da, bununla bağlı hər hansı təkzibedici dəlil, təqsirləndirilən şəxsin təqsirsizliyinə dəlalət edən tutarlı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. təqsirləndirilən şəxs1 ona istinad edilən cinayəti törətməsi işdə olan mötəbər sübutlarla tam təsdiq olunur. Həmin sübutlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni üsullarla əldə edilmişdir, mənbələri, habelə mənsubiyyəti məlumdur, təqsirliliklə bağlı hissədə müəyyən nəticəyə gəlmək üçün kifayət edirlər. Bu baxımdan həmin sübutlar CPM-nin 125-ci maddəsinə əsasən mötəbər sübutlar kimi qəbul olunmalıdır. Odur ki, kollegiya belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə əməlin hüquqi tövsifinin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hеsаb еdir ki, istər ibtidai araşdırma zamanı, istərsə də açıq, qərəzsiz, оbyеktiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl еdilməklə kеçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəхslərin müdafiə hüquqları tam həcmdə təmin еdilmiş və məhkəmə baхışı zamanı hər hansı kоbud prоsеssual qanun pоzuntusuna yоl vеrilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Məhkəmə kollegiyası əməlin düzgün olaraq CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən Hacıqabul RPŞ-nə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş, heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Bakı şəhər Xəzər rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Polis Şöbəsinin ##.##.2026-cı il tarixli, **/*-***** nömrəli məktubundan görünür ki, Alıyev Sakit Sahib oğlu barəsində hal-hazırda idarənin istintaq şöbəsinin icraatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi vardır və həmin cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış ##.##.2025-ci il tarixli tələbnaməyə cavabdan və məhkəmə hökmünün surətlərindən görünür ki, təqsirləndirilən şəxs1 bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, həmçinin Bakı şəhər Xətai Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 66.2, 66.5-ci maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə və 4000 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, ##.##.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-**-*- *****/**** saylı məktubundan görünür ki, təqsirləndirilən şəxs1 Bakı şəhər Xətai Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü üzrə təyin edilmiş 4000 manat cərimə cəzasını ##.##.2022-ci il tarixdə tam şəkildə ödəmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayətlərə münasibətdə şəxsin cəzasını çəkib qurtardığı gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 Bakı şəhər Xətai Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmünə əsasən təqsirli bilindiyi cinayət əməllərinə münasibətdə məhkumluğun ödənilməsi cərimə növündə cəzanın tam icra edildiyi gündən, yəni ##.##.2022-ci il tariuxdən hesablanmalıdır. təqsirləndirilən şəxs1 tərəfindən hazırki cinayət əməli isə ##.##.2024-cü il tarixdə törədilmişdir. Göründüyü kimi, məhkumluğu ödənilmədən və götürülmədən təqsirləndirilən şəxs1 yenidən qəsdən hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması cinayətlərin residivi hesab olunur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətlərin residivinin olmasını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” ## ######## 2010-cu il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 177.2-ci maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. CM-nin 65.2-ci maddəsinin tələblərinə görə, təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasından az cəza verilə bilməz. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib, 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun şübhəli şəxs qismində tutulduğu iki gün müddətin ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması ilə bağlı yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, onun məhkumluq keçmişini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən CMnin 65.2-ci maddəsinin tələbi də nəzərə alınmaqla, təqsirləndirilən şəxs1 düzgün olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Məhkəmə bu cəza növünü seçməklə həm işin faktiki hallarını düzgün qiymətləndirmiş, həm də cəzanı yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almış, cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, ümumilikdə cəza təyini məsələsində CM-nin 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuş, habelə cəzanın həddini müvafiq normalara əsasən təyin edilməsi mümkün olan ən aşağı həddə müəyyən etməklə təqsirkarın barəsində kifayət qədər ədalətli davranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs1 təyin edilmiş cəza ədalətlilik, fərdiləşdirmə və qanunçuluq prinsiplərinə tam uyğun olmaqla, törədilmiş əməlin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə adekvatdır. Belə ki, kollegiya nəzərə alır ki, məhkum əvvəllər də qəsdən cinayətlər törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş vəziyyətdə və şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra yenidən qəsdən cinayət törətmişdir. Kollegiya hesab edir ki, bu hal onun sabit cinayətkar meyillərinin mövcudluğunu, əvvəlki cəzanın islah edici təsir göstərmədiyini və daha yüngül cəzanın cəzanın məqsədlərinə nail olmaq üçün kifayət etməyəcəyini göstərir. Həmçinin, cinayətlərin residivinin mövcudluğu cəzanın fərdiləşdirilməsi zamanı xüsusi əhəmiyyət kəsb edən və cəzanın sərtləşdirilməsini şərtləndirən amildir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Kollegiya hesab edir ki, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 münasibətdə Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərin nail olunması ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi ilə mümkündür. Odur ki, müdafiə tərəfin dəlilləri kifayət qədər ədalətli olan cəzanın daha da yüngülləşdirilməsinə əsas vermir. Bundan başqa, Şirvan Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin ##.##.2026-cı il tarixli, *-**-**/*-******/**** nömrəli və Azərbaycan Respublikası Baş Prokurorluğunun ##.##.2026-cı il tarixli, *-*-***/*-******/**** nömrəli məktubundan görünür ki, təqsirləndirilən şəxs1 barəsində xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınmasına dair Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən məhkəməyə təqdimat verilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 cəza təyin edilərkən Gürcüstan Respublikası Tbilisi Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, */****-** saylı hökmü ilə təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasının nəzərə alınmamalı olmasına dair mövqeyi ilə də razılaşır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)- **/**** nömrəli hökmü isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 407, 410 və 412ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(3-9)-255/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-255/2026
17.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver