Məhkəmə qərarları › İş №1(3-9)-256/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-256/2026

30.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-256/2026 30.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakı ilə. ## #### 1986-cı ildə Imişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Imişli Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ## ###### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, cinayət kollegiyası qərar verdi: İ.Işin halları: Cinayət işinin faktiki hallarına əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə saat 00:37 radələrində Imişli şəhəri, A.Şadlinski küçəsində işıqlandırırmış yol şəraitində "Volvo S60" markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini uzaq işıqlarla və narkotik vasitədən istifadə nəticəsində sərxoş vəziyyətdə idarə edərkən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Kollegiyasının ## ### 2017-ci il tarixli, Q**-***-** nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimafın 7.11 -ci bəndinin tələblərinə uyğun olaraq Imişli rayon polis şöbəsinin əməliyyat və istintaq qrupuna təhkim olunmuş “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı patrul nəqliyyat vasitəsi ilə 4 və 5-ci marşrutlar üzrə, yəni Imişli şəhərinin H.Əliyev prospekti və A.Şadlinski küçəsindən Imişli rayonunun Qaragüvəndikli kəndinədək olan ərazidə xidmətdə olan imişli rayon polis şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidmətinin inspektorları Zərərçəkmiş şəxs və Şahid tərəfindən dayandırılaraq xüsusi texniki vasitə ilə sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə müayinəyə dəvət edilməsinə baxmayaraq, yol- patrul xidməti əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq avtomobilin sürücü oturacağına əyləşib nəqliyyat vasitəsini hərəkət etdirmək istədikdə, yol-patrul xidməti inspektoru Zərərçəkmiş şəxs avtomobilin ön sərnişin oturacağına əyləşərək sürətlər qutusunu park rejiminə keçirib nəqliyyat vasitəsinin hərəkətini dayandırdığından o, avtomobildən düşərək hadisə yerindən qaçmaq istəyərkən yol-patrul xidməti inspektoru Şahid Azərbaycan Respublikasının “Polis haqqında” Qanununun 13-cü maddəsinin tələblərindən irəli gələn xidməti vəzifələrini yerinə yetirərək onu inzibati məsuliyyətə cəlb olunması məsələsinin həll olunması üçün polis şöbəsinə gətirilməsi məqsədi ilə qucaqlayıb patrul avtomobilinə doğru apararkən o, əynindəki cins şalvarın sağ cibindən çıxardığı bir ədəd ümumi uzunluğu 210 mm, tiyəsinin uzunluğu 98 mm, dəstəyinin uzunluğu 112 mm olan zavod üsulu ilə istehsal edilmiş, tiyəsində “STAINLESS STELL” yazısı olan boz rəngli açılıb-bağlanan bıçağı ilə qanunazidd əməllərini davam edərək mübahisə edən zaman Şahidla birlikdə yerə yıxılmış, həmin vaxt özünə bıçaqla bədən xəsarətləri yetirərkən isə Zərərçəkmiş şəxs onun əlindən bıçağı almaq istədikdə o, zor tətbiq edərək bıçaqla xidməti vəzifələrinin yerinə yetirən hakimiyyət nümayəndəsi Zərərçəkmiş şəxs sağ ayağından qəsdən bir dəfə vurub, sonuncuya sağ baldırın orta 1/3-nin arxa səthində yaradan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə müqavimət göstərərək, hadisə yerindən qaçmışdır. Məhkəmənin ittiham hökmü ilə (hakim X3) Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 315ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2021-ci il tarixli tarixli qərarı ilə ona təyin edilmiş 07 (yeddi) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 02 (iki) ay, 27 (iyirmi yeddi) gün müddət azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 02 (iki) il, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı ## ###### 2026-cı il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələlər həll olunmuşdur. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. II.Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin gəldiyi nəticələrinin üzrə faktiki hallarına uyğun olmaması onun təqsirziliyi haqqında məsələnin əleyhinə təsir göstərmişdir. Barəsində olan işin faktiki halları araşdırılmamış və ona ağır cəza təyin edilmişdir. Məhkəmədə dəfələrlə uşağının xəstə olduğunu bildirmişdir. Zərərçəkmiş şəxslə barışmış, onun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Himayəsində iki azyaşlı övladı var, yaşayış yerindən müsbət xarakterizə olunur, əməlindən səmimi peşmandır. Barəsində olan Imişli Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı ## ###### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, cinayət əməlinin ehtiyatsızlıqdan törətməsini və yüngülləşdirici halları nəzərə alaraq cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. III. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli tam sübuta yetirilmiş, cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınaraq ədalətli cəza təyin edilmişdir. Odur ki, Imişli Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı ## ###### 2026-cı il tarixli tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirdi ki, o, bıçaqla özünə xəsarət yetirmək istəmişdir. Həmin vaxt təsadüfən zərərçəkmiş şəxsin ayağına bıçaq zərbəsi dəymişdir. Hesab edir ki, əməli ehtiyatsızlıqdan törətmişdir. Əməlinə həmin hərəkətinə görə hüquqi qiymət verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 təqsirləndirilən şəxsin mövqeyini müdafiə etmişdir. IV. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını və işin əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək, tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2. və 401-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılmaması, onların düzgün qiymətləndirilməməsi, məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, Təqsirləndirilən şəxs təqsirinin olmaması kimi məsələlər mübahisələndirildiyi üçün məhkəmə kollegiyası hər bir apellyasiya dəlili üzrə ayrı-ayrılıqda araşdırma aparmağı zəruri hesab edir. Bununla əlaqədar olaraq əvvəlcə ibtidai araşdırma orqanın topladığı və birinci instansiya məhkəməsinin əsaslandığı sübutlar yoxlanılmalı və qiymətləndirilməli, daha sonra apellyasiya baxışının nəticələrinə hüquqi qiymət verilməlidir. Işin hallarından göründüyü kimi, hadisə zamanı iki nəfər polis əməkdaşı- Zərərçəkmiş şəxs və Şahid orada olmuşlar. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və şahid Şahid bir-birini təsdiq edən ifadələrinin mahiyyətindən aydın olur ki, onlar Imişli RPŞ-nin DYPB-nin YPX-nin əməkdaşlarıdır. ## ###### 2025-ci il tarixdə saat 00:30 radələrində Imişli şəhəri, H.Əliyev prospektindən üzü Imişli şəhəri, A.Şadlinski küçəsi istiqamətində hərəkətdə olan zaman Imişli şəhəri, T.Ismayılov küçəsində işıqlandırmış yol şəraitində uzaq işıqlarla hərəkət edən **-XZ-*** dövlət qeydiyyat nişanlı, "Volvo" markalı avtomobilin hərəkət etdiyini görmüşlər və həmin avtomobilin arxası ilə hərəkət edərək, işıqforda nəqliyyat vasitəsinə çatıb saxla işarəsi vermişlər. Qeyd olunan nəqliyyat vasitəsini idarə edən Təqsirləndirilən şəxs Əzizalı oğlu sola dönmə işığını yandırıb avtomobillə Imişli şəhəri, Meliorator qəsəbəsinin içərisinə daxil olub dayanmışdır. Onlar avtopatrul avtomobilini onun yanında saxlamışlar. Nəqliyyat vasitəsini idarə edən Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra o, sürücüdən spirtli içki qəbul edibetməməsini soruşmuş, lakin sürücü içki içmədəyini bildirsə də, onun müvazinətini saxlaya bilməməsindən və danışığından sərxoş vəziyyətdə olması hiss edilmişdir. Zərərçəkmiş şəxs sürücü Təqsirləndirilən şəxs alkotester müayinəsindən keçməsini bildirmiş, lakin sonuncu qaçaraq nəqliyyat vasitəsinin sükanı arxasına keçmiş, Zərərçəkmiş şəxs isə sürücünün yayınmasının qarşısını almaq üçün həmin avtomobilin ön sərnişin oturacağına əyləşmişdir. Buna baxmayaraq, Elçin nəqliyyat vasitəsini irəliyə doğru hərəkət etdirmiş və Zərərçəkmiş şəxs ondan avtomobili saxlamasını, düşməsini və qanuni tələblərinə tabe olmasını bildirmişdir. Zərərçəkmiş şəxs avtomobilin sürətlər qutusunu park" rejiminə keçirmiş və Elçin avtomobildən düşüb qaçmaq istəmişdir. Qaçan zaman YPX inspektoru Şahid Təqsirləndirilən şəxs arxası ilə qaçıb köynəyindən tutaraq saxlamış, sonra isə sürücünü qucaqlayaraq xidməti yol patrul avtomobilinə əyləşdirmək istəmişdir. Bu zaman o, sürücü Elşin Quliyevin əlində bıçaq olduğunu görüb Şahid xəbərdarlıq etmiş və Şahid sürücünü baçıqla xəsarət yetirməsinin qarşısını almaq məqsədilə qolları ilə bədənindən bərk-bərk sıxmış və bu zaman Şahidla mübahisə edən Təqsirləndirilən şəxs yerə yıxılmışdır. Şahid da onunla birlikdə yerə yıxılmışdır. Sürücü Təqsirləndirilən şəxs əlindəki bıçaqla "dayan görüm soxacam" deyərək, bir neçə dəfə bıçaqla öz qarın nahiyəsinə vurmuş, o, bıçağı əlindən almaq istəyərkən isə həmin bıçaqla bir dəfə onun da ayaq nahiyəsinə zərbə vuraraq ona xəsarət yetirmişdir. Bıçaq onun sağ ayağının baldır nahiyəsinə dəymişdir. Daha sonra Təqsirləndirilən şəxs Şahid əlindən çıxıb ayağa qalxmış və bıçaq əlində qaçaraq oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs tabesizlik hərəkətləri iş Imişli RPŞ DYPB-n DYPB-nin təqdim etdiyi "BMW" markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobildə olan DVD diskində olan videogörüntüdə də ök əksini tapmışdır. Apellyasiya baxışında həmin videoya baxış keçirilmiş, müəyyən olunmuşdur ki, görüntü iş materiallarında olan videoya baxış keçirilməsi haqqında ## ###### 2026-cı il tarixli protokolla uyğunluq təşkil edir. Həmin protokoldan görünür ki, DYP avtomobilinin videonun 1 dəqiqə 22-ci saniyəsində işıqforun qırmızı işığında dayanmış ağ rəngli avtomobilin yanında dayanır, 1 dəqiqə 40-cı saniyədə hər iki avtomobil yolun sol istiqamətindəki aralığa daxil olur. Videonun 2-ci dəqiqəsində ağ rəngli avtomobilin arxa hissəsində "Volvo" yazısı və **-XZ-*** dövlət qeydiyyat nişanı görünür. Elə həmin dəqiqədə avtomobildən düşən bir nəfər şəxs üzərində DYP əməkdaşlarına mexsus geyim formasında olan şəxsə yaxınlaşır və söhbət edirlər. Videonun 2-ci dəqiqə, 25-ci saniyəsində hər iki şəxs kameranın görüntü radiusundan kənara çıxır. Videonun 5-ci dəqiqə, 24-cü saniyəsində bir nəfər şəxs ağ rəngli avtomobilin sükanı arxasına keçir, DYP əməkdaşlarına məxsus geyim formasında olan şəxs isə həmin avtomobilin ön sərnişin oturacağında əyləşir. Videonun 5-ci dəqiqə, 26-cı saniyəsində DYP əməkdaşlarına məxsus geyim formasında olan digər şəxs sürücü istiqamətində irəliləyir. Videonun 5-ci dəqiqə, 45-ci saniyəsində yaranmış səs-küydən sonra ağ rəngli avtomobil oradan irəli doğru gedir. Avtomobildən kənarda olan DYP əməkdaşlarına məxsus geyim formasında olan şəxs polis avtomobilinə doğru sürətlə qaçıb əyləşir. Bir az irəlidə hər iki avtomobil dayanır. Ağ rəngli avtomobildə olan sürücü videonun 6-cı dəqiqə 5-ci saniyəsində avtomobildən enib irəli qaranlığa doğru qaçır. Polis avtomobilindən enən DYP əməkdaşlarına məxsus geyim formasında olan şəxs irəlidə həmin şəxsi tutub kameranın görüntü radiusundan kənara çıxır. Baxışda iştirak edən Şahid bildirdi ki, ağ rəngli avtomobili idarə edən şəxs Təqsirləndirilən şəxsdur. Həmin şəxsi tutub kənara aparan onun özüdür. Həmin dəqiqədən sonra səs-küy yaranır. Şahid bildirir ki, Təqsirləndirilən şəxs tutub polis avtomobilinin arxasına aparandan bir neçə dəqiqə sonra sonuncu digər polis əməkdaşı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmişdir. Videonun 14 dəqiqə, 30-cu saniyəsində başqa polis əməkdaşlarına məxsus geyim formasında olan şəxslər peyda olur. Videonun 24-cü dəqiqə, 40-cı saniyəsində mülki geyimli bir neçə şəxs videonun görüntü radiusuna düşür. Videonun 46-cı dəqiqə, 25-ci saniyəsində polis avtomobili hərəkətə gəlir və dayanır. Videonun 50-cı dəqiqə, 45-ci saniyəsində polis avtomobili hərəkətə gəlir və videonun sonuna qədər irəliləyir. ## ###### 2025-ci il tarixli, **** nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə protokolundan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik sərxoşluğu aşkar olunmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 315-ci maddəsi ilə tövsif etmişdir. Kollegiya daha yüngül cəzanın tətbiqinin mümkünlüyünü müzakirə edərək bildirir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivi vardır və məhkəmə həmin halı CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal olaraq nəzərə almışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi qiymətləndirmiş və resdivlə əlaqəli qanunun tələblərinə uyğun cəza təyin etmişdir. Apellyasiya baxışında müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində məhkumun əvvəlki hökm üzrə çəkilməmiş cəzası səhv hesablanmışdır. Belə ki, cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ## ### 2021-ci il tarixli *(***)-***/**** saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2019-cu il tarixli qərarı dəyişdirilmiş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddəsi llə təqsirli bilinərək ona 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, həmin cəza Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 7 (yeddi) il, 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qərardan məlum olur ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2019-cu il tarixli hökmü ilə onun cəzaçəkmə müddətinin əvvəli ## ###### 2019-cu il tarixdən hesablanmışdır, belə olan halda onun həmin hökm üzrə cəzasının sonu ## ##### 2026-cı il tarixidir. Imişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hazırlıq iclasının qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, beləliklə həmin tarixə qədər Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə cəzasının 07 il, 21 gün hissəsini çəkmiş, 02 ay, 09 gün çəkilməmiş cəzası qalmışdır. Buna baxmayaraq hökmdə Təqsirləndirilən şəxs çəkilməmiş cəzası 02 ay, 27 gün qeyd olunmuş və CM-in 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş cəzaya əvvəlki hökm üzrə 02 ay, 27 gün çəkilməmiş cəza qismən birləşdirilmişdir. Nəzərə alınmalıdır ki, CPM-in 397.2-ci maddəsinin tələbi üzrə, birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Göstərilənlərə əsasən, təqsirləndirilən şəxsin əvvəlki cəzasının çəkilməmiş hissəsi ilə bağlı yol verilmiş səvh aradan qaldırılmalı və həmin hissədə hökm dəyişdirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 398.1. və 398.1.4-cü maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Beləliklə məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Imişli Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ## ###### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə əsasən yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Imişli Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı ## ###### 2026-cı il tarixli hökmü hökmlərin məcmusu ilə cəza təyini hissəsində dəyişdirilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Imişli Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ## ###### 2026-cı il tarixli hökmü ilə təyin edilmiş 02 il, 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2021-ci il tarixli tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 07 (yeddi) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 (iki) ay, 09 (doqquz) gün hissəsi qismən birləşdirilməklə, ona qəti olaraq 02 (iki) il, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Imişli Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ## ###### 2026-cı il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar çıxarıldığı gündən, habelə azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkuma qərarın ona verildiyi tarixdən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar