Məhkəmə qərarları › İş №1(3-9)-260/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-260/2026

16.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-260/2026 16.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Xüsusi ittihamçı Xüsusi ittihamçı, Təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakı ilə MÜƏYYƏN ETDI: Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Salyan şəhəri B.Talıblı küçəsi ev 24 mənzil 1-də yaşayan Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ##.##.2026-cı il tarixdə DIN-in 102 xidmətinə müraciət edərək, iş yoldaşı Xüsusi ittihamçı (yəni xüsusi ittihamçının) işdə qanun pozuntusu etdiyini, siyasi blogerlərə məlumat ötürdüyünü, narkotik vasitələtin alış-verişi ilə məşğul olmağı və evində əxlaqsızlıqla məşğul olmağı barədə yalan məlumatlar vermiş, buna görə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə (hakim X8) Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilmişdir. IŞIN HALLARI: Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, o, Salyan şəhər ərazisində yerləşən X2 Mərkəzində 19 ilə yaxın olar ki, metodist vəzifəsində işləyir, işə hər gün səhər saatlarında gedib axşam saatlarında işi bitdikdən sonra işdən çıxır. Iş yerində vəzifəsi müəllimlərin işdə fəaliyyətini izləməkdən ibarətdir. Son zamanlarda işlədiyi təhsil şöbəsinin rəhbəri başqa bir müəssisədə vəzifəyə keçəcəyi üçün rəhbər vəzifəsi boş qaldığından həmin vəzifəyədə müvəqqəti olaraq təmin oluna biləcəyini və işinin, təhsilinin buna icazə verməsini bilən, lakin gözü götürməyən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs həqiqətə uyğun olmayan yuxarıda qeyd olunan məlumatlarla DIN-in 102 zəng xidmətinə və Salyan RPŞyə müraciət etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onu qeyd olunan ittihamlarla günahlandırması onun vəzifədə irəliyə çəkiləcəyini gözü götürməməsidir. Hətta Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ona zəng edərək, rəhbər vəzifəyə keçməyinə icazə verməyəcəyini demişdi. O, bu günə qədər heç bir zaman narkotik vasitələrdən istifadə etməmiş, eləcədə yaşadığı evdə əxlaqsızlıq yuvası saxlamamışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun işdə guya ki, lombarddan qızıl-zinət əşyalarını götürüb işdə satmağını desə də, bu da bir ağ yalandır, belə bir şey heç vaxt olmamışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs işdə Təhsil Idarəsi tərəfindən rəsmi göstərilmiş işlərə tam riayət etdyi üçün gözü götürməməzlik edərək, həqiqətə uyğun olmayan məlumatları vermişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun barəsində dediklərinin hamısı şər və böhtandır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ona yaxdığı bu rusfayçı məlumatlar tamamilə yalan, şər və böhtandır. Bu məlumatlar onun ictimaiyyət arasında təhqir olunmağına səbəb olmuş, onu nüfuzdan salmışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs bu hərəkətləri ilə onu cinayət əməlində ittiham etmişdir ki, bu halda Salyan rayon Polis şöbəsinin müstəntiqi tərəfindən araşdırılmış və nəticədə həqiqətəndə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs etdiyi müraciətin yalan olması aparılmış araşdırma zamanı öz təsdiqini tapmışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs böhtan ataraq, şərləyərək onu cinayət əməlində ittiham etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə özü bir cinayət əməlidir. Ona qarşı irəli sürdüyü “siyasi blogerlərə məlumat ötürməyilə” bağlı etdiyi böhtan isə ağır cinayətdə ittiham olunmağı deməkdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma və Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs yalandan polisə ərizə verib onu siyasi blogerlərə məlumat ötürməkdə ittiham etməsi onu Ağır cinayət əməlində ittiham etməsi deməkdir. Odur ki, onu ictimaiyyət qarşısında alçaldan, barəsində yalan məlumat yayaraq ona böhtan atdığına görə barəsində şikayət verilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs müvafiq qaydada cəzalandırılmalıdır. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Birinci instansiya məhkəməsinin hökmündən xüsusi ittihamçı Xüsusi ittihamçı və onun nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən ayrılıqda apellyasiya şikayətləri verilərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə ittiham edilərək cəza alması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı Xüsusi ittihamçı apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Salyan şəhəri B.Talıblı küç 24 mənzil 1-də yaşayan Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ## ##### 2026-cı il tarixdə DIN-in 102 xidmət mərkəzinə müraciət edərək Salyan şəhəri ərazisində yerləşən X2 Mərkəzində müəllimə işləməsini, iş yoldaşı X5, yəni onun işdə qanun pozuntusu etməyimi,siyasi bloqerlərə məlumat ötürdüyünü, narkotik vasitələrin alışı-satışı ilə məşğul olduğunu və evində əxlaqsızlıqla məşğul olmağı barədə yalan şər böhtan dolu məlumatlar vermişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs bilərəkdən barəsində verdiyi bu yalan məlumatlar Salyan RPŞ-nin TB-nin təhqiqatçısı X1 tərəfindən araşdırılmış və məlumatların əsassız olduğundan cinayət işi başlanması rədd edilmişdir. Salyan şəhər ərazisində yerləşən UGIM-də 19 ildir ki metodist vəzifəsində işləyir. Işə hər gün səhər saatlarında gedir axşam saatlarında iş bitdikdə isə evinə qayıdır. Iş yerində vəzifəsi müəllimlərin işdə fəaliyyətlərinə yəni vəzifə funksiyalarını icra etməklərinə nəzarət etməkdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs mütəmadi olaraq işdən icazəsiz qalır, jurnal qeydlərini vaxtında yazmır, istədiyi vaxt işə gəlir itədiyi vaxt özbaşına şəkildə iş yerini tərk edirdi. O bu barədə ona və idarə müdirinə dəfələrlə iradını bildirsə də o hədə qorxu gələrək hərkəsi təhdid və şantaj etməklə məşğul olmuşdur.Sonuncu dəfə ## ###### 2026-cı il tarixdə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs idarədə onun üzərinə hücum çəkərək heçkimdən qorxmadığını, arxasında vəzifəli şəxslərin durduğunu, lazım gəlsə özünə xəsarət yetirərək istənilən adamı şərləyib tutdura biləcəyini bildirməklə yanaşı idarənin iş saatını iki saata yaxın iflic etmiş, əmək normalarını pozmuşdur.Bu qeyd etdikləri idarədə quraşdırılmış təhlükəsizlik kameralarına düşsə də idarə rəhbəri Əfsanənin şərindən qorxaraq həmin görüntüləri verməkdən imtina etmişdir. O onun barəsində rəsmi poçt vasitəsi ilə idarənin müdirinə ## ###### 2026-cı il tarixdə təqdimat yazmış, onun təqdimatindan sonra Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs özünü müdafiə etmək qabaqlayıcı tədbir kimi polis şöbəsinə məlum şər böhtan dolu müraciətini etmiş, iş yerində eləcə də istifadə etdiyi Tik-Tok hesabında ona və ünvanına nəlayiq ifadələr hədə biçmələr yağdırmışdır.## #### 2026-cı il tarixdə vəkili Nümayəndə vasitəsi ilə xüsusi ittiham qaydasında Salyan Rayon Məhkəməsinə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə təqsirləndirilməsinə dair müraciət etmiş və ## ##### 2026-ci il tarixdə məhkəmə baxış iclası keçirilərək cinayət işini məhkəmənin icratına qəbul edilmişdir. 06 aprel tarixdə məhkəmə iclasında isə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs və vəkili müdafiəçi2 bütün məhkəmə müddətində şər böhtanlarının heç bir cinayət olmadığını sadəcə məlumat xarakteri daşıdığını vurgulamışlar, onun və özü ilə apardığı hal şahidinin dindirilməsinə hakim icazə verməyərək açıq aşkar prosesi Əfsanəni müdafiə istiqamətinde aparmışlar. Məhkəmə iclası bitdikdə isə Əfsanə yenədə kolidorda onu təhdid və şantaj etməklə yanaşı ən nəlayiq ifadələr yağdırmağına baxmayaraq orada iştirak eden polis nəfərləri də bu baş verənləri görməzdən gəlmişlər. Bütün qeyd etdiklərini məhkəmə prosesini kamera qeydlərinə baxmaqla təsdiq etmək mümkündür. 03 aprel və 06 aprel tarixlərdə məhkəmədə iştirakı barədə idarə müdirinə rəsmi ərizə ilə müraciət edərək hər dəfəsində bir iki saatlıq tez tələsik gedib prosesde iştirak edib yeniden iş yerinə qayıtsa da növbəti sonuncu məhkəmə tarixi 14 aprel tarixdə keçiriləcəyi barədə idarənin müdirinə bildirib məhkəmədə iştirakı ilə bağlı rəsmi icazə istədiyində müdir bildirmişdir ki senin əvvəlki iki prosesdə iştirak etdiyin iki günün əmək haqqını maaşından tutacam. Bu səbəbdən o və şahidi sonuncu məhkəmədə iştirak edə bilməsələr də etibarnamə əsasında vəkili iştirak etmişdir.Lakin 14 aprel tarixdə keçirilən məhkəmədə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs polis şöbəsinə onun barəsində yazdğı ağır ittihamlarla dolu şər böhtan dolu ifadələri, qeyd etdiyi digər faktlar gözardı edilmiş və barəsində bəraət hökmü elan edilmişdir. Məhkəmənin 14 aprel tarixli hökmü isə dəfələrlə müraciətinə baxmayaraq nəhayət ki 28 aprel tarixdə şəxsən məhkəmə binasında getmiş və orada imza ederek götüre bilmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində yaydığı bu iyrənc şər-böhtan dolu müraciətlərinə hüquqi qiymət verilməməsi nəticəsində dahada təhdidlərini artiraraq özünün necə qüdrətli və toxunulmaz oldugunu ətrafa sübut edir. Uzun illər (19 il) işlədiyi pedaqoji kollektivdə, yaşadığı ünvanda, dost-tanışı, qohum-əqrabası arasında onun ünvanına, şəxsiyyətinə xələl gətirilməsi və bu halın məhkəmə tərəfindən bəraət edilməsindən cox narazıdır. Odur ki Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs 147.1 və 147.2-ci maddələrlə ittiham edilərək cəza almasını xahiş etmişdir. Xüsusi ittihamçı Xüsusi ittihamçı apellyasiya şikayətinə əlavə təqdim edərək onunla əsaslandırmışdır ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs bilərəkdən barəsində verdiyi bu yalan məlumatlar Salyan RPŞ-nin TB-nin təhqiqatçısı X1 tərəfindən araşdırılmış və məlumatların əsassız olduğundan cinayət işi başlanması rədd edilmişdir. Salyan şəhər ərazisində yerləşən UGIM-də 19 ildir ki metodist vəzifəsində işləyir. Işə hər gün səhər saatlarında gedir axşam saatlarında iş bitdikdə isə evimə qayıdır. Iş yerində vəzifəsi müəllimlərin işdə fəaliyyətlərinə yəni vəzifə funksiyalarını icra etməylərinə nəzarət etməkdir.Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs mütəmadi olaraq işdən icazəsiz qalır,jurnal qeydlerini vaxtında yazmır,istediyi vaxt işə gəlir itədiyi vaxt özbaşına şəkildə iş yerini tərk edirdi. O bu barədə ona və idarə müdirinə dəfələrlə iradını bildirsə də o hədə qorxu gələrək hərkəsi təhdid və şantaj etməklə məşğul olmuşdur.Sonuncu dəfə ## ###### 2026 -cı il tarixdə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs idarədə onun üzərinə hücum çəkərək heçkimdən qorxmadığını,arxasında vəzifəli şəxslərin durduğunu, lazım gəlsə özünə xəsarət yetirərək istənilən adamı şərləyib tutdura biləcəyini bildirməklə yanaşı idarənin iş saatıni iki saata yaxın iflic etmiş,əmək normalarını pozmuşdur.Bu qeyd etdikləri idarədə quraşdırılmış təhlükəsislik kameralarına düşsə də idarə rəhbəri Əfsanənin şərindən qorxaraq həmin görüntüləri verməkdən imtina etmişdir. O, onun barəsində rəsmi poçt vasitəsi ilə idarənin müdirinə ## ###### 2026-cı il tarixdə təqdimat yazmışdır. Onun təqdimatindan sonra Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs özünü müdafiə etmək qabaqlayıcı tədbir kimi polis şöbəsinə məlum şər böhtan dolu müraciətini etmiş, iş yerində eləcə də istifadə etdiyi “Tik-Tok” hesabında ona və ünvanına nəlayiq ifadələr hədə biçmələr yağdırmışdır.## #### 2026-cı il tarixdə vəkili Nümayəndə vasitəsi ilə Xüsusi ittiham qaydasında Salyan Rayon Məhkəməsinə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə təqsirləndirilməsinə dair müraciət etmiş və təqdim etdiyi sübutlara əsaslanaraq ## ##### 2026-ci il tarixdə məhkəmə baxış iclası keçirilərək cinayət işini məhkəmənin icratına qəbul etmişdir. 06 aprel tarixdə məhkəmə iclasında ise Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs və vəkili müdafiəçi2 bütün məhkəmə müddətində şər böhtanlarının hec bir cinayyət olmadığını,sadəcə məlumat xarakteri daşıdığını vurgulamış, onun və özü ilə apardığı hal şahidimin dindirilməsinə hakim icazə verməyərək açıq aşkar prosesi Əfsanəni müdafiə istiqamətinde aparmışdır. Məhkəmə iclası bitdikdə isə Əfsanə yenədə kolidorda onu təhdid və şantaj etməklə yanaşı ən nəlayiq ifadələr yağdırmağına baxmayaraq orada iştirak eden polis nəfərləri də bu baş verənləri görməzdən gəlmişlər. Bütün bu qeyd etdiklərini məhkəmə prosesini kamera qeydlərinə baxmaqla təsdiq etmək mümkündür. 03 aprel və 06 aprel tarixlərdə məhkəmədə iştirakı barədə idarə müdirinə rəsmi ərizə ilə müraciət edərək hər dəfəsində bir iki saatlıq tez tələsik gedib prosesde iştirak edib yeniden iş yerinə qayıtsa da novbəri sonuncu məhkəmə tarixi 14 aprel tarixde keçiriləcəyi barədə idarənin müdirinə bildirib məhkəmədə iştirakı ilə bağlı rəsmi icazə istediyində müdir bildirmişdir ki senin evvelki iki prosesde iştirak etdiyin iki günün əmək haqqını maaşından tutacam. Bu sebebdən o və şahidi sonuncu məhkəmədə iştirak ede bilməsə də etibarnamə əsasında vəkili iştirak etmişdir. Lakin 14 aprel tarixdə keçirilən məhkəmədə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Polis şöbəsinə onun barəsində yazdğı ağır ittihamlarla dolu şər böhtan dolu ifadələri qeyd etdiyi digər faktlar gözardı edilmiş və barəsində bəraət hökmü elan edilmişdir. Elə həmin gün yəni ## ##### 2026-cı il tarixdə Salyan Rayon Məhkəməsində Axundova Əfsnənin törətmiş olduğu cinayət tərkibli əməllərinə növbəti dəfə Məhkəmənin də bəraət verərək gözardı etməsindən arxayınlaşan Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmə zalından çıxarkən koridorlarda onu nəlayiq ifadələrlə söyüş və təhdidlər yağdırmağa davam ederek onun toxunulmaz olduğunu, arxasında çox yüksək vəzifəli şəxslərin durduğunu bildirmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs daha sonra məhkəmə binasından çıxdığımızda Salyan Şəhəri Ə.Zeynalov mərkəzi küçəsində Şəhər * saylı məktəbin qarşısında ictimaiyyətin sıx olduğu məkanda küçədə müxtəlif çoxsaylı insanların olduğu məkanda yolun qarşı tərəfində özünün idarə etdiyi avtomobili saxlayaraq avtomobilin ön şüşəsini aşağı salaraq yanında əyləşmiş oğlunun yanında uca səslə onu ən nəlayiq ifadələrlə söyərək əl qol işarələri ilə ederek “bax gör sənin başına nə oyunlar açacam” dedi. Bu baş verənlər barədə o, ## ### 2026-cı il tarixdə yenidən Salyan rayon Polis şöbəsinə və Salyan Rayon Məhkəməsinə şərəf və ləyaqəti, işgüzar nüfuzumun müdafiəsi, barəsində şər böhtan təhdidlər yağdırması ilə bağlı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs şikayət etmişdir. Məhkəmənin icraatına ## ### 2026-cı il tarixdə Salyan rayon Polis şöbəsinin sahə rəisi, R X3 tərəfindən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə tərtib olunmuş MN******* saylı, ## ### 2026-cı il tarixli və MN******* saylı, ## ### 2026-cı il tarixli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlərdə daxil olmuşdur. Salyan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə məhkəmənin icraatında olan 3(5-152)-449/2026 və *(*-***)- ***/**** nömrəli inzibati işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi və işin 3(5-152)-449/2026 nömrə ilə davam etdirilməsi qərara alınmışdır. MN********** saylı, ## ### 2026-cı il tarixli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ## ##### 2026-cı il tarixdə Salyan şəhəri, Ə.Zeynalov küçəsində X5 uca səslə nəlaiq ifadələrlə təhqir edərək xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Salyan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli məhkəmə qətnaməsinə əsasən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 (bir yüz)manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi barədə məhkəmə qərarı verilmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs hələdə bu qanunsuz əməllərindən nəinki dərs götürmək əksinə dahada ağır ittiham və təhdidlərlə üzərinə gəlməkdə davam edir. Barəsində yaydığı bu iyrənc şər-böhtan dolu müraciətlərinə bu gündə davam etməkdədir. Uzun illər (19 il) işlədiyi pedaqoji kollektivdə, yaşadığı ünvanda, dost-tanışı, qohum-əqrabası arasında onun ünvanına, şəxsiyyətinə xələl gətirilməsi və bu halın məhkəmə tərəfindən bəraət edilməsindən çox narazıdır. Odur ki Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs 147.1 və 147.2-ci maddələrlə ittiham edilərək cəza almasını təmin etməyinizi Xahiş edirəxahiş etmişdir. Xüsusi ittihamçı Xüsusi ittihamçı nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs əsassız olaraq vəkili olduğu Şəbinə Məlikovadan hüquq mühafizə orqanlarına şikayət etmiş, onun şikayətləri ilə bağlı Salyan rayon Polis şöbəsində və Salyan rayon prokurorluğunda araşdırmalar aparılmışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Səbinəni ağır cinayətdə ittiham etmiş və Səbinəyə əsassız olaraq, böthan atmışdır. Digər tərəfdən də Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Sosial şəbəkələrdə Şəbinə Məlikovanın şərəf və ləyaqətimi alçaltmış, Səbinəni təhqit etmişdir. Lakin işə baxan hakim rayon prokurorluğundan və rayon polis şöbəsindən Şəbinə Məlikovadan əsassız olaraq Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən yazılmış materialları tələb etməmişdir. Məhkəmə həqiqətən o materialları alsaydı və onlarla tanış olsaydı orada hakimə məlum olardı ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Şəbinə Məlikovaya böhtan atmaqla, onun şərəf və ləyaqətini alçaltmaqla, vəkili olduğu şəxs Şəbinə Məlikovanı təhqir etmişdir. Məhkəmə iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, sübutları müqayisəli formada təhlil etməmiş, sübutları Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs xeyrinə həll etmişdir. Salyan Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli hökmünü ləğv edilməsini və Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməsi barədə müvafiq məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya baxışı zamanı xüsusi ittihamçı Xüsusi ittihamçı apellyasiya şikayətlərini və ona əlavəni müdafiə edərək, şikayətlərin məzmununa uyğun çıxış etdi və apellyasiya şikayətlərinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətlərinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Bununla yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması qaydası apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilir. Bu zaman hər bir halda apellyasiya instansiyası məhkəməsi daxil olmuş apellyasiya şikayətinin və ya apellyasiya protestinin həmin məhkəməyə aid olub-olmadığını, apellyasiya şikayəti və ya apellyasiya protesti verilərkən bu Məcəllənin 381-390-cı maddələrinin tələblərinə riayət olunubolunmadığını, cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsasların olub-olmadığını, cinayət işi üzrə qətimkan tədbirinin dəyişdirilməsi, ləğv edilməsi və ya seçilməsi üçün əsasların olub-olmadığını və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinci instansiya məhkəməsində icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol verilib-verilmədiyini araşdırmalıdır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən apellyasiya şikayətləri təmin olunmamalı, Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- **/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət vermişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərinə uyğun olaraq hökmün qanuniliyini apellyasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdıraraq, sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmasını təsdiq edən əsaslar müəyyən edilməmişdir. Xüsusi ittihamçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş flaşkartda olan videolardan görünür ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “Tik-Tok” platformasında xüsusi ittihamçının şikayət ərizəsində qeyd etdiyi məzmunda ifadələr işlətmiş, lakin həmin ifadələrdə Xüsusi ittihamçı adını qeyd etməmişdir. Flaşkartda olan səs yazılarında isə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ilə Xüsusi ittihamçı arasında “Tik- Tok”-da qoymamışam, “Whatshap”-da yazmışam və silmişəm, orda “kişi deməmişəm, kişilərlə gəzirlər” demişəm” məzmununda söhbət olur. Həmin səs yazılarında və videolarda iş üçün əhəmiyyətli hər hansı başqa bir xüsusat aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs və Xüsusi ittihamçı tanıyır, heç biri ilə ədavəti yoxdur. Hadisə olan günü Əfsanə müəllimə pilləkənin üstündə dayanıb onun ünvanına təhqiramiz söz işlətmişdir. O Əfsanə müəllimənin otağına girib dediyi sözü təkrar etməsini bildirmiş, Əfsanə müəllimə ilə aralarında mübahisə yaranmışdır. Əfsanə müəllimə DIN 102 Xidməti Zəng Mərkəzinə zəng vurmuş və 2 əməkdaş gəlmişdir. Həmin əməkdaşlarla Əfsanə müəllimə söhbət etmişdir. Əfsanə müəllimə ona “sizdən kiminsə müdir, müavin keçməsinə icazə vermərəm deyə bildirmişdir. “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10-cu maddəsinə əsasən vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” ## ###### 2014-cü il tarixli qərarına əsasən CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun (5-ci bənd). Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2015-ci il tarixli, * saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. X6 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. Ilk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olub-olmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər Belə ki, CM-in 147 maddələsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Beləliklə məhkəmə kollegiyası qanunvericiliyin normalarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs xüsusi ittihamçı Xüsusi ittihamçı barəsində məzmununda böhtan xarakterli cümlələri əks etdirən cümlələri xüsusi ittiahmçı barəsində dövlət orqanına ünvanladığı müraciətdə bildirməsi halı onun əməlində böhtan cinayətinin tərkib əlamətinin olmasına və bununla bağlı cinayət məsuliyyətinə cəlb edilməsi üçün hər hansı bir əsasın mövcudluğuna dəlalət etmir. Belə ki, şəxs o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Hazırki halda isə yuxarıda qeyd edildiyi kimi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs həmin məlumatları DIN 102 Zəng Mərkəzinə müraciət etməklə bildirmişdir. Xüsusi ittihamçının Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən “Whatshap”-da status paylaşılmaqla ona cinayət əməlləri törətməklə bağlı böhtan atması, bunların səs yazılarındaBarəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfidnən etiraf edilməsi ilə bağlı məhkəmə bildirir ki, həmin səs yazılarında Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs təkcə “kişilərlə gəzirlər” deməsini statusda paylaşdığını etiraf edir. Həmin ifadədə də məhkəmə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən Xüsusi ittihamçı hər hansı cinayət əməlinin törətməkdə ittiham etməklə ona böhtan atması halı müəyyən edilmir. Bundan başqa xüsusi ittihamçı Xüsusi ittihamçı məhkəmə prosesində “Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs 9 mərtəbə, 3-cü mərtəbə deməklə məni nəzərdə tutur” bildirmiş, lakin həmin ifadələrə əsasən də Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-in 147-ci maddəsi ilə təqsirli bilinməsi üçün yetərli deyildir, belə ki, həmin ifadələrdə konkret şəxsin adı qeyd edilmir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs da məhkəmə prosesində həmin ifadələri işlətdiyini təsdiqləsə də, onların konkret şəxsə deyil, ümumi olaraq işlətdiyini bildirmişdir. Xüsusi ittimçı isə həmin ifadələrin konkret olaraq onun barəsində deyilməsini təsdiq edən hər hansı bir dəlil təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən ## ###### 2026-cı il tarixdə DIN 102 Xidmətinə zəng vuraraq xüsusi ittihamçı Xüsusi ittihamçı işdə qanun pozuntusu etdiyini, siyasi blogerlərə məlumat ötürdüyünü, narkotik vasitələtin alış-verişi ilə məşğul olmasını bildirməsi və evində əxlaqsızlıqla məşğul olması barədə məlumatlar verməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrinin tərkiblərinin olması ilə razılaşmır. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsi ilə bağlı nəticəyə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, xüsusi ittihamçı Xüsusi ittihamçı və onun nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətlərində göstərilən dəlillər hökmün dəyişdirilməsinə əsas vermir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, apellyasiya şikayətləri isə təmin edilməməli, Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmü xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı və onun nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə (əlavələrlə birlikdə) münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar