Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-275/2026 02.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlunun sədrliyi ilə, Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, məhkum edilmiş şəxsin müdafiəçisi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə ## ###### 1991-ci il tarixdə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs" qətimkan tədbiri seçilmiş MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər X9 (sədrlik edən), X4 və X3 ibarət tərkibdə) Təqsirləndirilən şəxs CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, ## ### 2025-ci il tarixdən hesablanması, Masallı Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-*** saylı hökmünü ləğv etməklə onun barəsində təqsirliliyi sübuta yetmədiyindən bəraət hökmü çıxarılmasını xahiş etmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən CM-in 234.4-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə etmək məqsədi ilə “Abas” adlı Iran Islam Respublikasında olan digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, sonuncu külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini Masallı şəhəri Anar Novruzov küçəsində yerləşən yarımtikilidə gizlədilməsini təmin etməsi barədə ona məlumat vermişdir. Təqsirləndirilən şəxs bundan sonra ## ### 2025-ci il tarixdə, saat 03 radələrində piyada həmin yerə gedərək oradan bir ədəd narıncı rəngli kisəyə yığılmış külli miqdarda narkotik vasitələri və psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, ## ### 2025-ci il tarixdə, saat 03:42də Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri Anar Novruzov küçəsində saxlanılmışdır. Həmin yerdə üstü yoxlanılan zaman əlində olan narıncı rəngli kisədə 1 ədəd sellofan bükülüdə təmiz çəkisi xüsusilə külli miqdarda - 1930,0 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamin, 2 ədəd bir-birinə yapışqan lentlə yapışdırılmış təmiz çəkisi külli miqdarda 650,0 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd sellofan bükülüdə ayrıayrılıqda təmiz çəkiləri 380,0 qram və 560,0 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 940,0 qram xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 8 ədəd sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1925,0 qram, 1020,0 qram, 1780,0 qram, 1950,0 qram, 1040,0 qram, 2010,0 qram, 1045,0 qram, 995,0 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 11765,0 qram orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. APELLYASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqı zamanı hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona verilən ittihamla özünü təqsirli bilməyərək istintaq dövründə, məhkəmə iclaslarında, eləcə də müdafiəçisi olaraq onunla konfidensial görüşlərdə istintaq zamanı ona müxtəlif təzyiq, psixoloji təsir və fiziki zor tətbiq edilərək işkəncələr verilərək ifadələr alınmış, məhz bu səbəbdən ilk ifadəsini polislərin dedikləri qaydada vermişdir. Istintaqda verdiyi həmin ifadəni təsdiq etmədiyini, istintaqın əvvəllərində hər dəfə sonradan yenə də döyüləcəyini düşünərək polislərin dediyi formada ifadələr verdiyini göstərmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilk məhkəmə iclasından sona kimi bildirmişdir ki, o, ## ### 2025-ci il tarixdə saat 00-10 radələrində həyətində saxlanılmışdır. Lakin ona verilən ittihamda göstərilmişdir ki, guya Təqsirləndirilən şəxs gecə saat 03:42-də Masallı şəhəri, Anar Novruzov küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs bildirir ki, həmin vaxt üzərində 050-233-43-31 və ***-***-**-** nömrəli telefonlar olmuşdur. O, saat 00:30-dan sonrakı müddət ərzində Masallı rayon polis şöbəsində olduğunu bildirir. Istintaq zamanı 050- 233-43-31 və ***-***-**-** nömrəli telefonlara münasibətdə müstəntiq tərəfindən antenn dairələrinin götürülməsi barədə sorğu verilsə də, ***-***-**-** nömrəli telefona münasibətdə sorğunun cavabı iş materiallarına əlavə edilməmiş, cinayət işi məhkəməyə göndərildiyindən həmin cavab PŞ-də saxlanılan mənbə materiallarına əlavə edilmişdir. Ötən məhkəmə iclaslarında həmin sorğunun cavabının Masallı rayon PŞ-dən alınması xahiş edilsə də sorğuya cavab göndərilməmiş, bu səbəbdən də yenidən vəsatətlə məhkəməyə müraciət edərək ***-***- **-** nömrəli telefona münasibətdə antenn dairələrinin götürülməsi üçün sorğu göndərilməsi xahiş edilmiş və vəsatət təmin edilərək müvafiq sorğu göndərilmişdir. Həmin sorğulara cavabdan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirdikləri həqiqətdir. Belə ki, Təqsirləndirilən şəxs üzərində olmuş ***-***-**-** nömrəli telefonun antenn dairəsi məhz onun dediyi saatda, yəni ## ### 2025-ci il tarixdə saat 00:35-radələrində Masallı şəhərində evinin yerləşdiyi ərazidə tutulmuş və daha sonra oradan polis şöbəsinə aparıldığından saat 00:43-də Masallı rayon Polis şöbəsinin inzibati binasının yerləşdiyi Masallı rayonu Dadva antenn dairəsinə düşür. Bu o deməkdir ki, Təqsirləndirilən şəxs ittihamda göstərildiyi kimi saat 03:42də deyil, həmin vaxtdan 3 saat əvvəl saxlanılaraq polis şöbəsinə aparılmış və daha sonra isə qeyd etdiyi kimi müxtəlif təzyiq və təsirlərə məruz qaldıqdan sonra Masallı şəhəri, Anar Novruzov küçəsinə aparılaraq orada çəkiliş aparılmışdır ki, guya həmin yerdə saxlanılmışdır. Hansı ki, təqsirləndirilən şəxsin bildirdiyinə görə məhz həmin 3 saat ərzində telefonu polislər tərəfindən alındıqdan sonra onlar onun nömrəsini öz vayfaylarına qoşub iran nömrəsinə zəng etmiş, mesajlar göndərmişlər ki, guya o mesajlaşıb. Həmin anten dairələri ilə o da təsdiqini tapır ki, Təqsirləndirilən şəxs həqiqətən də bildirdiyi kimi göstərilən tarixdə saat 22:55-00:10 radələrində Lənkəran şəhəri ərazisində olmuş və oradan Masallı rayonu istiqamətində hərəkət edərək məhz evinin yerləşdiyi əraziyə gəlmişdir. Bu səbəbdən də hesab edir ki, hazırkı cinayət işinin istintaqı zamanı alınmış ifadələr və digər prosessual istintaq sənədləri həqiqəti əks etdirmədiyindən sübut kimi qəbul edilə bilməz və sübutların siyahısından çıxarılmalıdır. Bundan başqa təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhz hansı saatda və harada saxlanılmasını müəyyən etmək üçün həmin əməliyyatda iştirak etmiş Masallı rayon PŞ-nin əməkdaşları şahid5 Eşqin oğlu, şahid3, şahid4, şahid2, X5, eləcə də Nəsimi Məmmədovun ## ### 2025-ci il tarixdə saat 20:00-dan ## ### 2025-ci il tarixə saat 20:00-dək olan müddət ərzində antenn dairələrinin Baş Informasiya və Kommunikasiya Idarəsindən tələb edilməsi, eləcə də Təqsirləndirilən şəxs məxsus mobil telefonun digər şəxs və ya şəxslərin telefonunun internetlərinə qoşulub qoşulmamasını müəyyən etmək üçün həmin telefonun tələb edilərək mesajların nə vaxt yazılmasının müəyyən edilməsi üçün bərpa edilərək öyrənilməsi üçün məhkəmə kompyuter texniki ekspertizasının təyin edilməsinin zəruri olduğu tərəfindən bildirilmişdir. Təqsirləndirilən şəxs məxsus telefon məhkəmə tərəfindən gətirilib baxış keçirilsə də, telefonun bağlı olduğu və telefon məlumatlarının silindiyi məlum olmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsla konfidensial görüşərkən o, bildirmişdir ki, sonradan xatırlamışdır ki, saxlanıldıqdan sonra Masallı rayon PŞ CAB-nin rəisi Nəsimi Cəfərov adlı şəxs onun telefonunu alaraq özünün istifadəsində olan sonradan nömrəsini əldə etdiyi ***-***-**-** nömrəli telefonun internetinə qoşaraq həmin telefon vasitəsi ilə guya iranlı tərəfindən mesajlar göndərilməsi görüntüsünü yaratmaq üçün mesajlar yazmışdır. Bu səbəbdən də məhz 00:40 radələrində saxlanılsa da, həmin 3 saat ərzində həmin mesajları polislər özləri yazmışlar. Ona görə də sonuncu məhkəmə iclasında tərəfimdən rəsmi olaraq vəsatət verilərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin ## ### 2025ci il tarixdə saat 22:00-dan saat 06:00-dək olan müddət ərzində hansısa digər şəxslərin internetə qoşulub-qoşulmamasına, müsbət halda qoşulduğu internet şəbəkəsinin rekvizitlərinə, digər şəxsin istifadə etdiyi mobil. nömrənin paylaşdığı internetdən istifadə edilib-edilməməsinə, konkret olaraq qoşulma tarixləri, saatları və qoşulma müddəti barədə texniki qeydlərin, həmin nömrənin internetinin olub-olmamasına dair məlumatların «xxxx» MMC-dən götürülməsini, eləcə də təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus mobil telefonda olmuş məlumatların bərpa edilməsi məqsədi ilə məhkəmə kompyuter-texniki ekspertizası təyin edilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında həmin telefona baxış keçirilərkən telefon açılmamış və işlək vəziyyətdə olmadığı müəyyən edilmişdir. Bu o deməkdir ki, həmin telefon maddi sübut kimi polis şöbəsində saxlanıldığından məhz həmin şöbədə məqsədli şəkildə telefona müdaxilə edilmiş və orada olan bütün yazışmalar və zənglər, mesajlar silinmişdir. Maraqlıdır ki, təqsirləndirilən şəxsin saxlanılmasını özündə əks etdirən videogörüntülərdə də əməliyyatçı həmin telefonu göstərərək işlək vəziyyətdə olduğunu bildirir, hətta telefondakı saatın da neçə olduğunu bildirir. Eləcə də istintaqın gedişində müstəntiq də həmin telefona baxış keçirmiş və bu barədə iş materiallarında da müvafiq protokol vardır. Çox təəssüf ki, məhkəmə həmin tamamilə əsaslı olan vəsatətləri təmin etməmişdir. Hansı ki, həmin vəsatətlər təmin edilsəydi əsl həqiqət meydana çıxar və Təqsirləndirilən şəxs hazırkı iş üzrə təqsirsizliyi müəyyən edilə bilərdi. Ötən məhkəmə iclasında müdafiə tərəfinin verdiyi vəsatət əsasında hadisə günü Təqsirləndirilən şəxsla birlikdə maşında olmaqla Lənkəran şəhərinə getmiş şəxslərdən şahid1 Fizuli oğlu verdiyi ifadəsində Aqil ilə taksi maşını ilə Lənkəran şəhərinə «nemesin oğlu Əli» ləqəbli şəxsin evinə getdiyini təsdiq etsə də, həmin vaxt axşam saatları olmasını bildirərək qayıtdıqdan sonra da öz evinə getdiyini, Aqilin evinin qarşısında polislər tərəfindən saxlanıldığını görmədiyini bildirmişdir. Müdafiə tərəfi hesab edir ki, həmin ifadəni şahid şahid1 polislərin təsiri altında olmaqla vermişdir. Belə ki, verilmiş sorğuya cavabdan açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs və onunla birlikdə Lənkəran şəhərində olmuş şəxslər saat 22:55-də Lənkəran şəhərində olmaqla 00:10-radələrində Lənkəran şəhəri Ləvəngi dairəsinin antenn dairəsinə düşmüş, həmin yerdən isə 00:31- radələrinə kimi Masallı rayonu istiqamətində hərəkətdə olmaqla Masallı rayonu Yeddioymaq kəndi antenn dairəsində olmuş, 00:35-də evinə gəlmiş və 00:43-də isə artıq Təqsirləndirilən şəxs antenn dairəsi Masallı rayonu polis şöbəsinin yerləşdiyi Dadva antenn dairəsinə düşmüşdür. Hesab edir ki, Təqsirləndirilən şəxs göstərdikləri həqiqətdir. Təqsirləndirilən şəxs bildirdiyinə görə istintaq zamanı fiziki zora, işkəncələrə məruz qalmış, hədələnmiş və yalnız bu səbəbdən adından yazılmış ifadələrə və sənədlərə imza etmək məcburiyyətində qalmışdır. O, hətta etiraz əlaməti olaraq X22 saxlanılarkən boğazını, bədəninin digər hissələrini, qarnını kəsmişdir. Bu səbəbdən də hesab edir ki, istintaq zamanı həmin sənədlər qanunsuz yollarla alındığından sübut kimi istifadə edilə bilməz və sübutların siyahısından çıxarılmalıdır. Dövlət hesabına təyin edilmiş müdafiəçi tərəfindən işlə bağlı heç bir vəsatət verilməmiş, keyfiyyətli hüquqi yardım göstərilməmişdir. Bu səbəbdən də hesab edir ki, yuxarıda göstərilən hallar tam olaraq araşdırılmalı idi. Hazırkı iş üzrə məhkəmə ehtimallara əsaslanmışdır ki, həmin hal da qanunvericiliyin tələblərinə ziddir. Belə ki, ehtimal və fərziyyələrlə şəxs məhkum edilə bilməz. Hazırkı cinayət işi üzrə hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs verilən ittiham nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqında ona sübuta yetirilməmişdir. Lakin məhkəmə tərəfindən məhkəmə iclasının gedişində toplanmış sübutlar, yəni təqsirləndirilən şəxsin ifadəsi və digər hallar sübut növü kimi götürülməmiş, yalnız ittiham tərəfinin təqdim etdiyi «sübutlarla» kifayətlənilmiş və heç bir mötəbər sübuta söykənməyən qanunsuz hökm çıxarılmışdır. Məhkəmə hökmünün əsassız olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Hesab edir ki, yuxarıda göstərilən hallarla bağlı olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi əsaslarına görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində olan hökm ləğv edilməlidir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı X2 apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətlərinin dəlillərini müdafiə edib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etdilər. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini müzakirə edərək, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin, dövlət ittihamçısının çıxışlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Məhkəmə Kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4-1-ci maddəsi ilə təqsirli olması işdə olan müvafiq məlumatlarla sübuta yetirilmiş və birinci instansiya məhkəməsi qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və məhkəmədə tədqiq edilmiş sübutlara düzgün qiymət vermiş, həmin sübutlar yoxlanılarkən Azərbaycan Respublikası CPM-in 143- 146-cı maddələrinə riayət olunmuşdur. Məhkəmənin həmin məsələlər üzrə mövqeyinin, gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur, apellyasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1ci maddəsinin tələblərinə də əsaslanır. Həmin normada təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Birinci instansiya məhkəməsi araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulan əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab etmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, sübutların yolverilənliyi və qiymətləndirilməsi məsələsi yalnız formal qaydada deyil, konkret sübutun əldə edilmə üsulu, mənbəyi, məzmununun yoxlanıla bilməsi və digər sübutlarla uyğunluğu baxımından həll edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və kifayət etməsi meyarları üzrə ayrıca, sonra isə digər sübutlarla məcmu halda qiymətləndirilməlidir. Bu baxımdan müdafiə tərəfinin telefon danışıqları, yazışmalar, anten dairələri və mobil telefonun sonrakı texniki vəziyyəti ilə bağlı dəlilləri ayrıca təhlil edilməli, lakin həmin dəlillərə də sübutların ümumi məcmusundan təcrid olunmuş formada deyil, iş üzrə digər obyektiv məlumatlarla birlikdə hüquqi qiymət verilməlidir. Elektron məlumatların sübut kimi qiymətləndirilməsi zamanı onların mənbəyi, həmin məlumatların götürülməsi və rəsmiləşdirilməsi qaydası, protokollaşdırılması, maddi sübut kimi tanınması, habelə həmin məlumatların şahid ifadələri, videoçəkiliş, ekspertiza rəyləri və təqsirləndirilən şəxsin ilkin ifadələri ilə uzlaşıb-uzlaşmaması əsas götürülür. Hazırkı işdə mobil telefon məlumatları ittihamın yeganə əsası kimi deyil, digər sübutları tamamlayan və onların məzmununu yoxlamağa imkan verən elektron iz kimi qiymətləndirilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan gün Lənkəran şəhərindən rayona qayıtmış, evləri prospektdə yolun kənarında olmuş, evlərinin yanında maşından düşmüşdür. Narkotik vasitə istifadəçisidir, tanıdığı adamla Lənkəran rayonuna şəxsi istifadəsi üçün narkotik vasitə almağa getmişdir. Evinə qayıdıb həyət qapılarını açıb həyətə girən zaman çöldə əvvəldən gizlənən təxminən 15 nəfərdən çox polis əməkdaşları əllərində silahla arxasınca həyətə girmişlər, həmin vaxtı çölə çıxa bilmədiyi üçün qaçıb həyətə girmişdir. Saat 00:00 radələrində polis əməkdaşları onu həyətində saxlamışlar. Onu həyətində saxlayıb çölə çıxarmaqları bir-iki dəqiqə heç çəkməmiş, onu çölə çıxarıb maşına otuzdurmuşlar və Masallı RPŞ-nə aparmışlar. Ittiham aktında qeyd olunmuşdur ki, guya gecə saat 2-3 radələrində onun iranlı ilə danışığı olmuş, həmin vaxt o, Masallı Rayon Polis Şöbəsində olmuşdur. Anten məlumatları da yoxlanıla bilər. Polis əməkdaşları özləri onun telefonu ilə yazışmışlar. Daha sonra polis əməkdaşları onu, saat 3-4 radələrində aparıb bağlamanı qarşısına qoyub çəkiliş etmişlər. Polis əməkdaşları ona ailə üzvlərini polis şöbəsinə gətirəcəkləri ilə hədələmişlər. Onu polis şöbəsində əməliyyatçıların otağına aparmışlar. Əvvəldən narkotik vasitəni qoymuşdular ora, Nəsimi narkotik vasitəni ona göstərib “bu sənindi, sən sroka getməlisən başqa variant yoxdur” demişdir. Onu həyətində saxlayan zaman ailəsini yaxına buraxmamışlar, qardaşı yıxılıb əzilmişdir. Qonşularında olan evlərin birində kamera var, həmin kamera onların küçələrini çəkir, həmin kameranın videogörüntüsünü istədikdə həmin kameranın işləmədiyini demişlər. Gecə saat 04 radələrində 3-4 maşınla onu videoçəkiliş olan yerə aparmışlar. Onu aparan polis əməkdaşlarından rəis müavini Cahangir, Nəsimi, Ibrahim olmuş və adlarını bilmədiyi polis əməkdaşları da orada olmuşlar. Videoçəkilişi Aqil adlı polis əməkdaşı aparmışdır. Ikiüç dəfə videoçəkiliş aparmışlar. Torbanı götürüb gələndə çəkilişə kimsə düşürdü deyə videoşəkiliş alınmırdı. Ona demişdilər ki, kisəni götürüb addımla ki, videoçəkiliş aparılsın. Videoçəkiliş kisə əlində olan andan başlayır. Əməliyyat çəkilişi aparırdılarsa onun hadisə yerinə gəlməyi olmalı idi ki, onu həmin an tutsunlar. Videoçəkilişdən sonra onu Masallı RPŞ-nə aparmışlar. Bir neçə dəfə cəza çəkib çıxmış, narkotik götürürdüsə əvvəldən iranlı ilə danışığı olmalı idi, amma yazıblar ki, gecə saat 2-3 radələrində guya iranlı ilə danışmışdır. Verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, Lənkəran rayonuna gedən zaman və polis əməkdaşları onu saxlayan zaman üzərində narkotik vasitə olmamışdır. Narkotik vasitəni əvvəllər Cəzaçəkmə Müəsissəsindən tanıdığı şəxsdən alıb istifadə etmişdir. X1 Respublikasının vətəndaşıdır, həmin Abbası tanımamış və onun nömrəsini bilməmişdir. Abbas adlı iranlını tanımış, amma həmin Abbas ittiham aktında yazılan Abbas deyildir. Abbas adlı iranlı ilə tutulmamışdan bir həftə qabaq danışmışdır. Bakı şəhərində yaşamış, yaşadığı Masallı rayonuna tutulmamışdan iki gün əvvəl gəlmişdir. Lənkəran rayonuna yol maşını ilə gəlmişdir. Həsən rayon adamıdır, onu tanımışdır. Həsənlə Lənkəran rayonuna gəldikdən sonra gözləməsini demişdir. Həsən narkotik vasitə istifadə etmir. Narkotik vasitəni götürən kimi istifadə etməmiş, solfet kağızına büküb saxlamışdır. Istifadə etmək üçün metadonun kristalın götürmüşdür. Lənkəran rayonuna təxminən saat 21-22 radələrində gəlmişdir. Lənkəran rayonunda bir saatdan çox qalmışdır. Polis əməkdaşları onu saxlayan zaman üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşlarını həmişə görən kimi qaçmışdır. Bir neçə dəfə həbsdə olmuşdur, saxlanılan zaman polis əməkdaşlarının üzərinə gəldiyini görüb canını qurtarmaq üçün qaçmışdır. Narkotik vasitə istifadə etdiyi üçün bundan qabaq tutulan vaxtlarda istifadəçi kimi razılaşmışdır. Narkotik vasitə satan deyildir, 16 kiloqram narkotik vasitə onun deyildir. Onun danışdığı iranlının adı Abbasdır, əvvəllər Abbasa 50-100 manat pul atardı, Abbas da Bakı şəhərində ayrı-ayrı yerlərə narkotik vasitə qoyardı və özü gedib götürərdi. Iranlı Abbası 2020-ci il tarixdən tanımış, onunla aralarında 1400 manat məbləğdə pul məsələsi olmuşdur. Iranlı ilə videogörüntü ilə danışmışdır. O iranlının, iranlı da onun üzünü görmüşdür. Iranlı ilə pul üstündə mübahisələri olmuş, iranlı ona “səni həbs etdirərəm” demişdir. Metamfetamindən istifadə etdiyi üçün ağlı başında olmur, nə etdiyini bilməmişdir. Iranlı onunla danışa-danışa səsini yazmışdır. Iranlı ilə danışan zaman polis əməkdaşlarını söymüş, iranlı onun səs yazısını polis əməkdaşlarına göndərmişdir. Həmin səs yazısını özü görməmişdir. Belə bir səs yazısının olmasını polis şöbəsində ona demişlər. Iranlı ola bilər həmin səs yazını DIN-nin saytına atıb, dəqiq bilməmişdir ki, həmin səs yazısı polis əməkdaşlarına necə çatmışdır. Özü elə biri deyilki dövlətini söysün, polis şöbəsində də demişdir ki, əgər belə bir şey olubsa belə onu həmin işə görə həbs etsinlər. Iranlı ilə arasında olan 1400 manat borc pul hissə-hissə yığılmışdır. Iranlıya 200 manat borcu olurdusa 100 manat atmış, 100 manat qalmışdır. Belə-belə 1400 manat borcu yığılmışdır. Yaşadığı evlə Masallı RPŞ-nə olan məsafə təxminən 2 km olmuşdur. Ittiham aktında göstərilir ki, onun 1 saat ərzində iranlı ilə danışığı olmuşdur. 16 kq narkotik vasitə və psixotrop maddənin qara bazarda təxminən bir milyona yaxın qiyməti var, həmin narkotik vasitəni 1 saata necə əldə edə bilərdi, bunu heç bir iranlı etməzdi. O tanıdığı iranlı Abas ilə tutulmamışdan 15-20 gün əvvəl danışmışdır. Abbasın nömrəsi onda olub, ittiham aktında qeyd edilən nömrə həmin Abasın nömrəsi deyildir. Üzərində ***-***-**-** saylı nömrə olmuş, “WhatsApp” olan 050-233-43-31 nömrəsi də üzərində olmuşdur. Lənkəran “Bazarstore” marketin yanında “Nemesin evi” deyilən ünvanda Əli adlı şəxsdən narkotik vasitə almağa getmişdir. Lənkəran rayonundan qayıdan zaman maşında Hüseyn və Pərviz adlı şəxslər olmuşlar. Lənkəran rayonundan qayıdan zaman yolda Hüseynlə aralarında gödəkçə ilə bağlı söhbət olmuş, Hüseynə “məndə gödəkçə var əynimə balaca olur istifadə etmirəm həmin gödəkçəni verərəm sənə” demişdir. Sonra qardaşının arvadına zəng edərək həmin gödəkçəni qapının arxa tərəfdən cəftəsindən asmasını bildirmişdir. Ona görə də Hüseynlə Pərviz o maşından düşdükdən sonra onu gözləmişlər. Əlini atıb qapını açmaq istəyən zaman polis əməkdaşları çöl tərəfdən gəlib onu saxlamışlar. Polis əməkdaşları onu saxlayan kimi Masallı RPŞ-nə aparmışlar. Evə gecə saat 00:10-da çatmışdır. Polis əməkdaşları ilə həyətdə 3-4 dəqiqə yubanmış, sonra onu polis şöbəsinə aparmışlar. Polis şöbəsinə aparıldıqdan sonra onu 3 saat orada saxlamışlar. Polis şöbəsinə aparıldıqdan sonra birinci onu Nəsiminin otağına salıb üzərinə baxış keçirmişlər, daha sonra onu əməliyyatçıların otağına aparmışlar. Onu Nəsiminin otağından çıxarıb əməliyyatçıların otağına aparan zaman artıq bağlama hazır olmuşdur. Bağlama otağın içində olmuşdur. Polis şöbəsində onu döyməmişlər. Elektroşoku ona yaxınlaşdırmışlar, amma ona vurmamışlar. Polis əməkdaşları onu ailə üzvüləri ilə hədələmişlər. Polis əməkdaşları onu saxlayan zaman yaşadığı evə baxış keçirməmişlər. Bundan əlavə verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanılan zaman üzərində bir telefon olmuş, telefonda 2 nömrə olmuşdur. Telefonu “Infinix” markalı mobil telefondur. Polis əməkdaşları onu ## ### 2025-ci il tarixdən ## ### 2025-ci il tarixə keçən gecə saat 00:00 radələrində saxlamışlar. Polis əməkdaşları onu saxlayan zaman əlində olan telefonu yerə düşmüş, həmin vaxtı telefonunu polis əməkdaşları götürmüşlər. Onu saxlayan kimi polis şöbəsinə aparmışlar, 3 saat onu polis şöbəsində saxlayandan sonra videoçəkiliş olan yerə aparıb çəkiliş etmişlər. Hər növ narkotik vasitələrdən və psixotrop maddədən istifadə etmişdir. Onu polis əməkdaşları axşam saat 00:10 radələrində evində saxlamışlar. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi və elan olunmuş ifadələrində, Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər bir neçə dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum olunmuş, sonuncu dəfə cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra yenidən narkotik vasitə və psixotrop maddə istifadə etməyə davam etmişdir. Təqribən 5-6 ay bundan əvvəl dəqiq xatırlamadığı tarixdə “Instagram” sosial şəbəkəsində hazırda profil adını xatırlamadığı 1 nəfər şəxs ona mesaj yazmış, həmin şəxs ona özünü Iran Islam Respublikası vətəndaşı kimi təqdim edərək onu tanıdığını bildirmişdir. Həmin şəxsə sonuncunu tanımadığını demişdir. Daha sonra həmin şəxs ilə istifadəsində olan “Whatsapp” mobil tətbiqi vasitəsilə sms yazışmaları olmuş vəonunla səmimi münasibətləri yaranmışdır. Həmin şəxs adını Abas olaraq ona demiş və o da həmin şəxsi Abas kimi tanımışdır. Abas adlı IIR vətəndaşı bir neçə dəfə ona onun üçün kuryerlik, yəni narkotik vasitə və psixotrop maddələrin pul müqabilində daşınmasını həyata keçirməyini bildirsə də o, Abasla razılaşmamışdır. Bir neçə gün əvvəl dəqiq xatırlamadığı tarixdə Abas adlı IIR vətəndaşı ilə mobil telefonun “Whatsapp” mobil tətbiqi üzərindən zənglə danışarkən sonuncu ona özünün təyin edəcəyi yerdən içərisində narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, narkotik vasitə tiryək və narkotik vasitə qurudulmuş marixuana bükümləri olan bir ədəd bağlamanı götürüb Bakı şəhərində onun deyəcəyi ünvana aparacağını və daşınmanı həyata keçirəcəyi təqdirdə ona 3000 manat pul verəcəyini, həmin pulun 1500 manatını Masallı rayonu ərazisindən çıxdıqdan sonra qalan 1500 manat pulu isə narkotik vasitə və psixotrop maddələri Bakı şəhərində onun deyəcəyi ünvana təhvil verdikdən sonra ona məxsus kart hesabına köçürəcəyini təklif etmişdir. Həmçinin Abas adlı Iran Islam Respublikası vətəndaşı ona özünün Iran Islam Respublikasında narkotik vasitələrin dövriyyəsi işi ilə məşğul olduğunu, hətta Azərbaycan Respublikası ərazisində də narkotik vasitələr keçirdiyini və Azərbaycan Respublikası ərazisində yerbəyer edib yaxşı qazanc əldə etdiyini bildirmişdir. Onun da maddi sıxıntıları olduğu üçün Abasla razılaşmışdır. ## ### 2025-ci il tarixdə saat 01:56-da o, istifadəsində olan ********** saylı mobil telefon nömrəsinin “Whatsapp” mobil tətbiqi ilə Abas adlı IIR vətəndaşının istifadəsində olan +************ saylı mobil nömrəyə mesaj yazıb ona təklif etdiyi narkotik vasitələri və psixotrop maddələri nə vaxt götürəcəyini soruşmuşdur. Bundan sonra Abas adlı şəxslə aralarında söhbət başlamış və Abas ondan kartının fotoşəkilini göndərməyini istəmişdir. O da özünə məxsus **************** saylı “xxxx” ASC-yə məxsus plastik kartının ön hissəsinin fotoşəkilini “Whatsapp” mobil tətbiqi vasitəsilə Abas adlı şəxsə göndərmişdir. Bundan sonra Abas adlı şəxs ona “Whatsapp” mobil tətbiqi vasitəsilə həmin gün saat 02:52-də içərisində narkotik vasitələr və psixotrop maddə olan narıncı rəngli bir ədəd bağlamanın və bağlamanın qoyulduğu yerin fotoşəkilini, ardı ilə həmin yerin məkanını göndərmiş və sonra o, yaşadığı evdən çıxaraq həmin məkanı mobil telefonunda izləyib deyilən yerə getmişdir. Orada, yəni Masallı şəhəri Anar Novruzov küçəsində Abas adlı Iran Islam Respublikasının vətəndaşının ona “Whatsapp” mobil tətbiqi vasitəsilə göndərdiyi fotoşəkillərə diqqət yetirib bir ədəd narıncı bağlamanı tapmış və saat 03:40 radələrində həmin yerdən çıxıb piyada hərəkət etməyə başlamışdır. Həmin vaxt piyada hərəkətdə olarkən dörd nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərinin Masallı RPŞ-nin əməkdaşları olduqlarını bildirmişllər. Həmin vaxt özünü Masallı RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən şahid5 kimi təqdim edən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə şübhəli bilinib saxlanıldığını, üzərində videoçəkiliş aparılmaqla yoxlama aparılacağını və üzərində hər hansı bir narkotik vasitə və ya psixotrop maddə vardırsa təqdim etməyini təklif etmişdir. O da üzərində hər hansı bir narkotik vasitə və ya psixotrop maddə olmadığını, lakin sağ əlində saxladığı bir ədəd narıncı rəngli bağlamada narkotik vasitələr olduğunu demişdir. Bundan sonra polis əməkdaşı şahid5 tərəfindən həmin bağlamanın ipi kəsici alətlə kəsilib içərisi açılanda bir neçə ədəd bükümlər aşkar olunmuş, polis əməkdaşı şahid5 həmin narkotik vasitə və psixotrop maddələri haradan əldə etdiyini ondan soruşduqda, o, təxminən 5-6 ay bundan əvvəl sosial şəbəkə vasitəsilə tanış olduğu Abas adlı Iran Islam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşı şahid5 tərəfindən narıncı bağlamada olan bükülülər açılaraq içərisinə baxılıb çəkiləri müəyyən edilməkdən ötrü elektron tərəzi vasitəsilə çəkilməyə başlamışdır. Həmin vaxt içərisində narkotik vasitə qurudulmuş marixuananın olduğu birinci bükümün çəkisi 1795 qram, ikinci bükümün çəkisi 2000 qram, üçüncü bükümün çəkisi 2035 qram, dördüncü bükümün çəkisi 2000 qram, beşinci bükümün çəkisi 1055 qram, altıncı bükümün çəkisi 1000 qram, yeddinci bükümün çəkisi 1055 qram, içərisində psixotrop maddə metamfetamin olan bir ədəd bükümün çəkisi 2000 qram, içərisində narkotik vasitə qurudulmuş marixuananın olduğu səkkizinci bükümün çəkisi 1055 qram, içərisində narkotik vasitə heroin olan bir ədəd bükümün çəkisi 655 qram, içərisində narkotik vasitə tiryəkin olduğu bir-birinə yapışqanlı lentlə bağlanmış iki bükülünün birinci bükümünün çəkisi 360 qram, ikinci bükümün çəkisi 570 qram olduqları müəyyən olunmuşdur. Daha sonra polis əməkdaşı şahid5 tərəfindən yenidən həmin bükümləri haradan əldə etdiyi ondan soruşulduqda, o, həmin bükümləri ona IIR vətəndaşı olan Abas adlı şəxsin göndərdiyini, həmin bükümləri Bakı şəhərinə Abas adlı şəxsin deyəcəyi ünvana aparacağını, daşınmanı həyata keçirmək üçün Masallı rayonundan çıxmazdan əvvəl onun kart hesabına 1500 manat, Bakı şəhərində təhvil prosesini tamamladıqdan sonra isə 1500 manat, ümumilikdə 3000 manat pul göndərəcəyini və buna görə də razılaşdığını bildirmişdir. Bundan sonra polis əməkdaşı şahid5 tərəfindən onun üzərində yoxlama aparılmış və əynində olan şalvarının sol yan cibindən bir ədəd özünə məxsus “Infinix” markalı mobil telefon aşkar edilmiş və o, həmin mobil telefon vasitəsilə IIR vətəndaşı olan Abas adlı şəxslə əlaqə saxladığını bildirmişdir. Daha sonra onun üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddə bükümləri narıncı rəngli bağlamanın içərisinə yığılaraq qablaşdırılmış, bağlamanın üzəri DINin ** saylı möhürü ilə möhürlənmiş və bağlamanın üzərinə yapışdırılmış kağıza imzalar edilmişdir. Polis əməkdaşı şahid5 tərəfindən onun üzərindən aşkar olunan özünə məxsus bir ədəd “Infinix” markalı mobil telefonu kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri DIN-in ** saylı möhürü ilə möhürlənmiş və zərfin üzərinə imzalar edilmişdir. Bundan sonra polis əməkdaşı şahid5 tərəfindən Masallı RPŞ-yə aparılacağı barədə ona məlumat verilmiş və o, Masallı RPŞ-yə aparılmışdır. Orada xidməti otaqlardan birində özünü Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Vasif Ağazadə kimi təqdim edən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək onu şübhəli şəxs kimi tutub hüquq və vəzifələrini elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş və müdafiəçi qismində X6 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra o, Masallı RPŞ-nin MSY-yə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid5 ifadəsində bildirmişdir ki, ## ### 2025-ci il tarixdə ona Masallı şəhər sakini Təqsirləndirilən şəxs oğlunun külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə olunması daşınması və satışı ilə bağlı daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Həmin gün yəni ## ### 2025-ci il tarixdə saat gecə saat 03 radələrində Təqsirləndirilən şəxs harada olması ilə bağlı məlumatı dəqiqləşdirmişlər, Təqsirləndirilən şəxs gecə saat 03:40 radələrində Masallı şəhəri Anar Novruzov küçəsində piyada hərəkətdə olmuş və sağ əlində narıncı rəngli bağlama olduğunu görmüşlər. Videoçəkilişlə Təqsirləndirilən şəxs yaxınlaşıb özünü təqdim etmiş və narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsini demişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını bildirmiş, lakin əlində olan bağlamanın içərisində narkotik vasitə və psixotrop maddə olduğunu demişdir. Təqsirləndirilən şəxs əlində olan narıncı rəngli bağlamanı açmış və bağlamanın içərisində olan narkotik vasitələri və psixotrop madəni çıxarmışdır. Təqsirləndirilən şəxs əlində olan bağlamanın içindən 8 büküm marixuanaya bənzər maddə, bir büküm metamfetamin, bir büküm heroin və bir büküm tiryək, tiryək olan bükümün içində ayrı-ayrılıqda iki büküm aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri hansı məqsədlə əldə etdiyini soruşduqda o, 5-6 ay əvvəl sosial şəbəkədə tanış olduğu Abbas adlı Iran Islam Respublikası vətəndaşı ilə danışıqlara girərək həmin narkotik vasitələri onun gizlətdiyi yerdən götürüb Bakı şəhərinə aparmalı olduğunu və qarşılığında ümumilikdə iranlıdan 3000 manat pul alacağını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılan zaman onun şalvarının sol yan cibindən “Infinix” markalı mobil telefon aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin mobil telefonla iranlı ilə əlaqə saxladığını demişdir. Mobil telefon da tərəflərindən qablaşdırılıb götürülmüşdür. Verilmiş suallara cavab olaraq şahid şahid5 bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanan mobil telefona baxış keçirməmişlər. Təqsirləndirilən şəxs yaxınlaşdıqları andan videoçəkiliş başlayıb və videoçəkiliş fasiləsiz aparılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkarlanan telefonu söndürüb qablaşdırmışlar. Təqsirləndirilən şəxs saxlanılması tədbiri videoçəkilişlə aparılmış və Təqsirləndirilən şəxs tərəflərindən gecə saat 03:40 radələrində saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılmamışdan qabaq Anar Məmmədovun saxlanılmasında iştirak etmiş, Rəşad Nəcəfovun saxlanılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs saatını və sepini götürməmişlər. Təqsirləndirilən şəxs elektroşok tətbiq edəcəklərini deməmişlər. Təqsirləndirilən şəxs saxlayan zaman Hüseyn adlı şəxsi görməmişdir. Müstəntiq Təqsirləndirilən şəxs mobil telefonunda olan sms-lərlə bağlı ona sonradan heç nə deməmişdir. Təqsirləndirilən şəxs telefonunda olan iran nömrəsini bilməmiş, deyilən iran nömrəsi ilə əvvəllər hər hansı bir tədbirdə rastlaşmağını xatırlamamışdır. Əməliyyat tədbirinə gedən də üzərində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Dindirilmiş şahid şahid4 ifadəsində bildirmişdir ki, ## ### 2025-ci il tarixdə Masallı RPŞnin CAB-ın əməliyyat müvəkkili şahid5 Masallı rayon sakini Təqsirləndirilən şəxs barəsində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə olunması daşınması və satışı ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs Masallı şəhəri Anar Novruzov küçəsində tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman əlində narıncı rəngdə selofan torba olmuş, selofan torbanın içərisinə baxış keçirilən zaman torbanın içindən müxtəlif narkotik vasitələr və psixotrop maddə aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddəni tanımadığı X12 vətəndaşından əldə etdityini demişdir. Verilmiş suallara cavab olaraq şahid şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlayan kimi üzərində yoxlama aparmışlar. Təqsirləndirilən şəxs gecə saat 03:40 və ya 03:50 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və hədələmə olmamışdır. Külli miqdarda narkotik vasitə tutmaqları çox olmur deyə, saat və tarixlər yadında dəqiq qalmışdır. Təqsirləndirilən şəxs üzərindən telefon aşkarlanmış, telefona baxış keçirməmişlər. Təqsirləndirilən şəxs üzərindən saat və sep aşkarlanmamışdır. Təqsirləndirilən şəxs tanımamış, saxlayan zaman birinci dəfə görmüşdür. Dindirilmiş şahid şahid3 ifadəsində bildirmişdir ki, ## ### 2025-ci il tarixdə Masallı RPŞnin CAB-ın əməliyyat müvəkkili şahid5 əməliyyat məlumatı daxil olmuşdur. Məlumat daxil olduqddan sonra əməliyyat qrupu yaradılmış və o da həmin əməliyyat qrupuna üzvü olmuşdur. Təqsirləndirilən şəxs tərəflərindən gecə saat 03 radələrində saxlanılmış və özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan zaman onun əlində narıncı rəngdə kisəyə bənzər bağlama olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman videoçəkiliş aparılmışdır. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs özü bildirmişdir ki, əlində olan narıncı rəngli bağlamada narkotik vasitələr və psixotrop maddə vardır. Iştirakçılar tərəfindən həmin bağlamanın içərisinə baxılan zaman həqiqətəndə bağlamanın içindən narkotik vasitələr və psixotrop maddə aşkarlanmış və elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən bir ədəd “Infinix” markalı mobil telefon aşkarlanmış və həmin mobil telefon iş üçün əhmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Verilmiş suallara cavab olaraq şahid şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, Anar Novruzov küçəsində piyada hərəkətdə olan zaman saxlamışlar. Təqsirləndirilən şəxs Iran Islam Respublikasının vətəndaşı ilə əlaqəyə keçdiyini və həmin iranlının ona narkotik vasitələr və psixotrop maddə göndərdiyini, iranlının göndərdiyi narkotik vasitələri və psixotrop maddəni götürdüyünə görə 1500 manat və Bakı şəhərinə çatdırdıqdan sonra 1500 manat verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində olan mobil telefona baxış keçirməmişlər. Təqsirləndirilən şəxs özünə və ailə üzvlərinə qarşı heç bir təzyiq və təsir olmamışdır. ***-***-**-** saylı mobil nömrə ona məxsusdur. Təqsirləndirilən şəxs saxlayan zaman üzərində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Təqsirləndirilən şəxs polis şöbəsinə aparıb, daha sonra gətirib videoçəkiliş etməmişlər, belə bir hal baş verməmişdir. Dindirilmiş şahid şahid2 ifadəsində bildirmişdir ki, ## ### 2025-ci il tarixdə şahid5 Masallı şəhəri, Anar Novruzov küçəsində hərəkətdə olan Masallı rayon sakini Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış və o, da qrupa daxil edilmişdir. Məlumat daxil olan ünvana gedib Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs əlində olan narıncı torbaya baxış keçirlən zaman torbanın içindən narkotik vasitə olan marixuana, tiryək, heroin və psixotrop maddə metamfetaminə bənzər maddələr aşkarlanmışdır. Təqsirləndirilən şəxs onda olan narkotik vasitələri və psixotrop maddəni Iran Islam Respublikası vətəndaşı Abbas adlı iranlıdan əldə etdiyini, narkotik vasitələri və psixotrop maddəni götürdüyünə görə 1500 manat və həmin narkotik vasitələri və psixotrop maddəni Bakı şəhərinə apardıqdan sonra da 1500 manat pul alacağını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkarlanan narkotik vasitələr və psixotrop maddə elekrotin tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. Verilmiş suallara cavab olaraq şahid şahid2 bildirmişdir ki, əməliyyat qrupuna şahid5 rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs əvəllər rayon sakini kimi tanımış, onu köhnə polis şöbəsinin qarşısında görmüşdür. Təqsirləndirilən şəxs əvvələr də məhkumluğu olmuş, əvvəllər də Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması dair məlumatlar daxil olmuşdur. Təqsirləndirilən şəxs gecə saat 03:45 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs videogörüntü ilə saxlamışlar, hər şey videogörüntüdə açıq aydın görünmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələri Abbas adlı Iran Islam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs barəsində məlumat ## ### 2025-ci il tarixdə daxil olmuş, gecə saat 03:00-da Təqsirləndirilən şəxs harada piyada hərəkətdə olması ilə bağlı dəqiq məlumat daxil olmuşdur, Təqsirləndirilən şəxs bir başa yaxınlaşmışlar, həmin vaxt videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs harda saxlamışlarsa orada da videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs üzərindən saat və sep aşkarlanmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkarlanan mobil telefonu götürüb söndürüb qablaşdırmışlar. Əməliyyatda Nəsimi adlı polis əməkdaşı iştirak etməmişdir. ***-***- **-** saylı nömrə özünə məxsus nömrədir, başqa nömrəsi olmamışdır. X15 Iştirak etməmişdir. Məlumat şahid5 daxil olmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman əməliyyat tədbirində iştirak etməmişdir. Verilmiş suallara cavab olaraq şahid Ilkin Həsənov bildirmişdir ki, ***-***-**-** saylı nömrə ona məxsusdur. ***-***-**-** saylı nömrədə ona məxsusdur, lakin həmin mobil nömrə işləmir. Rəşad Nəcəfov adlı təqsirləndirilən şəxsin cinayət işini xatırlayır, həmin işdə olan mobil nömrə ilə Təqsirləndirilən şəxs cinayət işində olan mobil nömrənin ona heç bir aidiyyəti yoxdur. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Masallı rayon sakini kimi tanımışdır. Təqsirləndirilən şəxs saxlanılmasında və əməliyyat tədbirinin təşkilində iştirak etməmişdir. Verilmiş suallara cavab olaraq şahid Nəsimi Cəfərov bildirmişdir ki, Təqsirləndirilən şəxs qardaşının qaynatasına qarşı silah tətbiq etməmiş, Təqsirləndirilən şəxs onun xidməti otağına gətirməmişlər, ona elektroşok tətbiq olunması deyilməmiş, Təqsirləndirilən şəxs yalan ifadə vermişdir. Heç bir mülkü şəxsə qarşı silah tətbiq olunmur. ***-***-**-** saylı nömrə ona məxsusdur. Axşam saat 00:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə getməmiş və həyətlərinə daxil olmamışdır. 2021ci ildən Masallı rayon CAB-ın rəisi vəzifəsində işləyir, əvvəllər ona Təqsirləndirilən şəxs narkotik satması ilə bağlı məlumat daxil olmamış, məlumat daxil olan kimi əməliyyat tədbiri keçirərək Təqsirləndirilən şəxs saxlamışlar. Onda Təqsirləndirilən şəxs polis əməkdaşlarını söyməsi ilə bağlı heç bir məlumat olmamış və onda belə bir videogörüntü yoxdur. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir tanıyır və yaxşı münasibəti olmuşdur. ## ### 2025-ci il tarixdə Aqillə görüşüb-görüşmədiyi dəqiq yadında deyildir. Təqsirləndirilən şəxsla tutulan gün Lənkəran rayonuna getmişdir. Təqsirləndirilən şəxsla hər gün görüşmüşdür. Təqsirləndirilən şəxsla Lənkəran rayonuna Hüseyn adlı taksü sürücüsü ilə getmişdir. Hüseynin soyadını bilməmişdir. Təqsirləndirilən şəxsla Lənkəran rayonuna gələn vaxt hava qaralmış, Masallı rayona qayıdan vaxt saat təxminən 22:00 radələri olmuşdur. Təqsirləndirilən şəxs Lənkəran rayonunda dostu ilə görüşməyə gəlmiş, həmin adamı görməmişdir. Lənkəran rayonunda maşından düşməmişdir. Təqsirləndirilən şəxs düşüb getmiş, 5-10 dəqiqədən sonra maşına qayıtmışdır. Lənkəran rayonuna gəlib-getmələri təxminən bir saat vaxt aparmışdır. Lənkəran rayonuna gəldikləri vaxt dəqiq yadındadır. Masallı rayonuna qayıtdıqdan sonra Təqsirləndirilən şəxs evlərinin yanında maşından düşmüş, həmin vaxtı saat 22:30 radələri olardı. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını görməmişdir. Verilmiş suallara cavab olaraq şahid şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə satması ilə bağlı məlumatı olmamışdır. Təqsirləndirilən şəxsla əvvəllər bir yerdə narkotik istifadəetmişlər. Hadisə baş verən günü Təqsirləndirilən şəxsla narkotik vasitə almağa getməmişdir. Lənkəran rayonundan qayıdan zaman Təqsirləndirilən şəxs onun yanında narkotik vasitə istifadə etməmişdir. -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” ## ### 2025-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi, satışı, saxlanılması və daşınmasında şübhəli olduğundan Masallı şəhəri Anar Novruzov küçəsində saxlanılaraq həmin yerdə üstü yoxlanılan zaman əlində olan bir ədəd bağlamadan 01 ədəd bükülüdə təmiz çəkisi -650,0 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin, 01 ədəd bükülüdə təmiz çəkisi -1930,0 qram təşkil edən xüsusilə külli miqdarda psixotrop maddə metamfetamin, 02 ədəd bükülüdə ümumi təmiz çəkisi940,0 qram təşkil edən külli miqdarda tiryək, 8 ədəd bükülüdə ümumi təmiz çəkisi 11 kiloqram 765 qram təşkil edən külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi faktı ilə əlaqədar toplanmış material üzrə fakta görə Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. -“əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” ## ### 2025-ci il tarixli protokoldan görünür ki, Masallı RPŞ-nə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi, satışı, saxlanılması və daşınması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu ## ### 2025-ci il tarixdə, saat 03:42 dəqiqədə Masallı şəhəri, Anar Novruzov küçəsində saxlanılmış, Təqsirləndirilən şəxs əlində olan bır ədəd narıncı rəngli bağlamanı təqdim etmişdir. Həmin bağlamanın bir neçə müddət əvvəl sosial şəbəkədə tanış olduğu, adının Abbas olduğunu bildirdiyi Iran Islam Respublikası vətəndaşı tərəfindən ona sosial şəbəkə vasitəsilə dediyi ünvandan götürdüyünü, içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Həmin bağlama açılaraq baxılmış və içərisində ayrıayrı bağlamalarda 01 kiloqram 795 qram, 02 kiloqram, 02 kiloqram 035 qram, 02 kiloqram, 01 kiloqram 005 qram, 01 kiloqram, 01 kiloqram 055 qram və 01 kiloqram 055 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, 655 qram külli miqdarda narkotik vasitə heroinə bənzər kütlə, 360 qram və 570 qram külli miqdarda narkotik vasitə tiryəkə bənzər kütlələr və 02 kiloqram xususilə külli miqdarda psixotrop maddə metanfetamınə bənzər kütlə aşkar olunmuşdur. Sübut əhəmiyyətinə malik olduğu uçün narkotik vasitə qurudulmuş marixuanaya, heroinə və tiryəkə oxşar kütlələr, psixotrop maddə metanfetaminə bənzər kütlələr götürülmüşdür. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd "Infınıx" markalı mobil telefon aşkar olunmuş və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, ondan aşkar olumuş külli miqdarda narkotik vasitə və psixotrop maddəni bir neçə müddət əvvəl sosial şəbəkədə tanış olduğu, adının Abbas olduğunu bildirdiyi Iran Islam Respublikası vətəndaşı tərəfindən sonradan ona 1500 manat pul verəcəyi vədi ilə olduğu yerdən götürərək saxlamasını, sonra deyiləcək ünvanda yerləşdirməli olduğunu bildirmişdir. -“şübhəli şəxsin tutulması haqqında” ## ### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. -“kompleks məhkəmə-bioloji və məhkəmə kimyəvi ekspertizası”nın ## ### 2025-ci il tarixli 19\*** nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi 01 ədəd bağlamada olan 12 ədəd büküm....." sözlər və imzalar olan bir ədəd kisədəki, 1 ədəd bükülüdə təmiz çəkisi: -650,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd bükülüdə təmiz çəkisi: -1930,0 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir; 2 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: - 380,0 qr: -560,0 qram; ümumi təmiz çəkisi: -940,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə biri-biriləri ilə eynidirlər; 8 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: - 1925,0qr: -1020,0qr: - 1780,0qr: -1950,0qr: -1040,0qr: -2010,0qr: -1045,0qr: -995,0 qram: ümumi təmiz çəkisi: -11765,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. -“təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” ## ### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. -Masallı Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli ## ### 2025-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərmişdir ki, aşkar olunan narkotik vasitə və psixotrop maddələri “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Iran Islam Respublikasının vətəndaşı Abas adlı şəxs ilə aralarında olan danışığa əsasən Masallı şəhəri, Anar Novruz küçəsindəki yarımtikilidə qoyulmuş yerdən götürmüş, razılığa əsasən həmin narkotik vasitə və psixotrop maddələri götürüb Bakı şəhərində deyilən ünvana aparacaqdı, bunun müqabilində isə ona 3000 manat pul ödənilməli idi. Həmin pulun 1500 manatını Masallı rayonunun ərazisindən çıxdıqdan sonra qalan 1500 manat pulu isə narkotik vasitələri Bakı şəhərində deyiləcək ünvana çatdırdıqdan sonra plastik kart hesabına göndəriləcəyi barədə aralarında razılıq olmuşdur. ## ### 2025-ci il tarixdə Iran Islam Respublikasının vətəndaşı Abas adlı şəxs “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə danışdıqdan sonra narkotik vasitə olan bağlamanın fotoşəkilləri və qoyulduğu məkanın yeri ona göndərilmişdir. Bundan sonra Masallı şəhəri, Anar Novruzov küçəsində içərisində narkotik vasitə olan narıncı rəngli bir ədəd bağlamanı qoyulduğu yerdən tapmış, həmin ərazidən uzaqlaşmaq istədikdə, dörd nəfər polis əməkdaşları tərəfindən saxlanılmış, yerində üzərinə baxış keçirilən zaman əlindəki narkotik vasitə olan bağlamanı polis əməkdaşlarına könüllü təhvil vermiş, Iran Islam Respublikasının vətəndaşı Abas adlı şəxs tərəfindən həmin narkotik vasitənin qoyulduğunu, Bakı şəhərinə aparıb deyiləcək ünvana təhvil verəcəyini etiraf etmişdir. Üzərinə baxış keçirildikdən sonra polis əməkdaşları tərəfindən Masallı RPŞ-yə gətirilmişdir. Ona qarşı hər hansı zor tətbiq edilməmiş, sərbəst şəkildə ifadə vermişdir. Sonda Təqsirləndirilən şəxs daimi yaşayış yerinin olmasını, əməlindən səmimi peşman olmasını, istintaqın və məhkəmənin çağırışlarına vaxtında gələcəyini bildirib vəsatətin təmin edilməməsini xahiş etmişdir. -“ambulator məcburi narkoloji tibbi yoxlama”nın ## ### 2025-ci il tarixli, *** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2022-ci ildən “Optium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. -“maddi sübutun tanınması və təhvil verilməsi haqqında” ## ### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 649,9 qram çəkidə narkotik vasitə heroin, 1929,9 qram çəkidə psixotrop maddə metamfetamin, 939,8 qram çəkidə narkotik vasitə tiryək, 11764,2 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Masallı RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokola əlavə edilmiş 1 (bir) ədəd, “əməliyyataxtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə olunmuş 1 (bir) ədəd və “şübhəli şəxsin dindirilməsi haqqında” protokola əlavə edilmiş 1 (bir) ədəd olmaqla ümumilikdə 3 (üç) ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. -“baxış keçirilməsi barədə” ## ### 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus olan bir ədəd “Infinix” markalı mobil telefona baxış zamanı mobil telefonda “whatsapp” tətbiqinin mövcud olduğu və həmin tətbiqdə ********** saylı mobil nömrə ilə qeydiyyatdan keçildiyi aşkar edilmişdir. Tətbiqə daxil olduqdan sonra “Abas iran” adı ilə qeydə alınmış +************ saylı nömrədən ## ### 2025-ci il tarixdə saat 01:56-dan 02:56-dək olan müddət ərzində külli miqdarda narkotik vasitələrin və xüsusilə külli miqdarda psixotrop maddənin hansı ünvana qoyulması, həmin ünvanın peyk məlumatları və yerləşdiyi ərazinin fotoşəkilləri və Təqsirləndirilən şəxs kart məlumatları barədə mesaj formatında söhbətlərin aparılması müəyyən olunmuş, əlavə olaraq iş üçün əhəmiyyət kəsb edəcək hər hansı xüsusat aşkar edilməmişdir. Həmin protokola əlavə edilmiş fotoşəkillərin məzmunu da məhkəmə kollegiyası tərəfindən ayrıca qiymətləndirilir. Fotoşəkillərdən görünür ki, yazışma saat 01:56-da Təqsirləndirilən şəxs tərəfindən “Abas Iran” adı ilə qeydə alınmış nömrəyə müraciətlə başlamış, bundan sonra tərəflər arasında işin hazır olması, ödənişin hansı karta köçürülməsi, bağlamanın göndərilən foto və məkan üzrə götürülməsi, götürüldükdən sonra xəbər verilməsi və bağlamanın Bakı şəhərinə çatdırılması barədə ardıcıl məzmunlu mesajlaşma aparılmışdır. Yazışmada Təqsirləndirilən şəxs “işdən nə xəbər, səndən xəbər gözləyirəm”, “bu karta atarsan pulu iş həll olandan sonra”, “hər şey dediyin kimi edəcəyəm”, “at gəlsin”, “ətrafa göz gəzdirim, tam rahat olum, götürüm, sənə xəbər edəcəyəm, sonra çıxacağam Bakıya dediyin yerə aparıb qoyacağam” məzmunlu ifadələr işlətməsi onun təsadüfi şəxs kimi deyil, əvvəlcədən verilmiş tapşırığı qəbul etmiş və onun icrasına hazırlaşan şəxs kimi çıxış etdiyini göstərir. Qarşı tərəfin mesajlarında isə bağlamanın ümumi həcmi, tərkibi, diqqətli olmaq, Bakı şəhərinə çatdırma və götürüldükdən sonra məlumat vermə barədə göstərişlərin olması həmin yazışmanın cinayət predmetinin real hərəkət sxemi ilə bağlı olduğunu təsdiq edir. -“əşyanın maddi sübut hesab edilməsi haqqında” ## ### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 (bir) ədəd “Infinix” markalı mobil telefon maddi sübut kimi tanınaraq Masallı RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. -“təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması haqqında” ## ### 2025-ci il tarixli protokoldan görünür ki, istintaq hərəkəti zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş və Iran Islam Respublikası vətəndaşı olan Abas adlı şəxsin deməsi ilə külli miqdarda narkotik vasitələr və xüsusilə külli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə etdiyi yeri göstərmişdir. -“xxxx” X11 daxil olmuş ## ### 2025- ci il tarixli, *** nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir. -“xxxx” X11 daxil olmuş ## ### 2025-ci il tarixli, **-*-**/*-***/**** nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs PHŞ-in ruhi-əsəb kabinetində dispanser qeydiyyatında durmur. -“sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.3.2 və 234.4-1-ci maddəsinə tövsif edilmişdir. -“cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Cinayət Məcəlləsinin 234.4- 1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 206.3.2 və 234.4- 1-ci maddələrinə əsasən yenidən ittiham elan edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından görünür ki, dövlət ittihamçısı ittihamdan qismən imtina etdiyi üçün Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadəsində yuxarıda göstərilən xüsusatlar birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla, o cümlədən Təqsirləndirilən şəxs özünün ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri (Masallı RPŞdə “şübhəli şəxs” qismində ## ### 2025-ci il tarixli və “təqsirləndirilən şəxs” qismində eyni məzmunlu ## ### 2025-ci il tarixli, barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmə prosessində verilən izahatı, ## ### 2025-ci il tarixli ifadənin yerində yoxlanılması protokolu, həmin tarixli mobil telefona baxış protokolu, telefon danışıqları məlumatları), şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsin istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etməyib, onların bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirmişdir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə Masallı RPŞ-də “şübhəli şəxs” qismində verdiyi ## ### 2025-ci il tarixli və “təqsirləndirilən şəxs” qismində verdikləri eyni məzmunlu ## ### 2025-ci il tarixli, barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmə prosessində verilən izahatı, ## ### 2025-ci il tarixli ifadənin yerində yoxlanılması, eləcə də əməliyyat-axtarış tədbirinin keçirilməsi və üzərinə video-çəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində və istintaq hərəkətində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Iran Islam Respublikasında olan şəxslə qabaqcadan danışaraq aralarında əldə edilmiş razılığa əsasən xüsusilə külli miqdar narkotik vasitələr və psixotrop maddələri əldə edib uzaqlaşan zaman, polis əməkdaşları tərəfindən saxlanıldığını bilavasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bundan başqa iş materiallarında olan Təqsirləndirilən şəxs hadisə zamanı istifadəsində olan mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, Iran Islam Respublikasında olan şəxsin adını “Abas Iran” olaraq qeyd etmiş, yazışmalara baxış zamanı onunla Təqsirləndirilən şəxs arasında narkotik vasitənin əldə olunması ilə bağlı razılaşma olmuş, həmin razılaşmaya əsasən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmiş və bununla bağlı məkan-xəritənin, həmçinin narkotik vasitənin qoyulduğu istifadəsiz obyektin şəklinin göndərmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs götürdüyü bağlamaların içərisində narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmuş, əksi barədə ifadəsində göstərdiyi xüsusatlar, yuxarıda göstərilən neytral sübutla (ona məxsus mobil telefonda olan məlumatlar), eləcə də onun hadisə yerində saxlanılmasında iştirak etmiş şahid ifadələri ilə tam təkzib edilmişdir. Telefon danışıqları və yazışmalarla bağlı apellyasiya şikayətinin dəlilləri ayrıca yoxlanılarkən müəyyən olunur ki, ## ### 2025-ci il tarixli mobil telefona baxış protokolunda Təqsirləndirilən şəxs məxsus “Infinix” markalı mobil telefonda “WhatsApp” tətbiqinin ********** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi, “Abas iran” adı ilə qeydə alınmış +************ saylı nömrə ilə ## ### 2025-ci il tarixdə saat 01:56-dan 02:56-dək olan müddətdə yazışmaların aparıldığı, həmin yazışmalarda narkotik vasitə və psixotrop maddələrin qoyulduğu ünvanın məkan məlumatları, ərazinin fotoşəkilləri və məhkum edilmiş şəxsin bank kartı məlumatları barədə məlumatların olduğu təsbit edilmişdir. Bu məlumatlar məhkum edilmiş şəxsin sonradan məhkəmədə verdiyi inkar xarakterli ifadələrindən fərqli olaraq, onun əvvəlcədən konkret şəxs tərəfindən yönləndirildiyini, bağlamanın qoyulduğu yer barədə məlumatlandırıldığını və həmin bağlamanın götürülməsinin təsadüfi olmadığını göstərir. Müdafiə tərəfinin ***-***-**-** saylı nömrənin anten dairələri ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, anten dairəsi barədə məlumat mobil cihazın müəyyən vaxtda hansı baza stansiyası əhatə zonasında şəbəkəyə qoşulduğunu göstərə bilər, lakin şəxsin dəqiq hansı ünvanda olmasını, həmin cihazın mütləq şəkildə onun əlində olmasını və ya saxlanma anının dəqiq vaxtını müstəqil və qəti şəkildə müəyyən edən sübut kimi qəbul edilə bilməz. Həmin məlumatların sübut dəyəri yalnız digər sübutlarla uyğunluğu yoxlanıldıqdan sonra müəyyən edilə bilər. Işdə isə saxlanmanın saat 03:42-də Masallı şəhəri, Anar Novruzov küçəsində həyata keçirilməsi əməliyyat-axtarış tədbiri və şəxsi axtarış protokolu, videoçəkiliş, əməliyyat tədbirində iştirak etmiş şahidlərin ardıcıl ifadələri, mobil telefona baxış protokolu və məhkum edilmiş şəxsin ilkin ifadələri ilə təsdiq olunur. Eyni zamanda, anten dairələri üzrə müdafiə dəlili iş üzrə həlledici elektron məlumat olan “WhatsApp” yazışmalarının məzmununu təkzib etmir. Çünki baxış protokolunda yazışmanın məhz ********** saylı nömrə ilə qeydiyyatdan keçmiş “WhatsApp” tətbiqində aşkar edildiyi, həmin yazışmalarda isə məkan məlumatı, fotoşəkillər və kart rekvizitləri kimi işin faktiki halları ilə bilavasitə bağlı məlumatların olduğu göstərilmişdir. Belə məlumatların məzmunu məhkum edilmiş şəxsin ibtidai istintaqdakı ifadələri ilə də üst-üstə düşdüyündən, onların polis əməkdaşları tərəfindən sonradan süni qaydada yaradılması barədə müdafiə iddiası yalnız ehtimal xarakteri daşıyır və digər obyektiv məlumatla təsdiqlənmir. Məhkəmə kollegiyası hesab edir ki, telefon yazışmalarının sübut əhəmiyyəti yalnız onların mövcudluğu ilə məhdudlaşmır. Yazışmaların vaxt ardıcıllığı, istifadə edilən ifadələr, kart rekvizitinin göndərilməsi, ödənişin “iş həll olandan sonra” aparılması barədə razılaşma, bağlamanın foto və məkan məlumatları ilə göstərilməsi, “götürüb Bakı şəhərində deyilən yerə aparıb qoymaq” məzmunlu razılaşma, eləcə də sonradan məhz həmin ərazidə narıncı rəngli bağlamanın aşkar edilməsi bu elektron məlumatların digər sübutlarla daxili və xarici uyğunluğunu göstərir. Bu uyğunluq təsadüfi xarakter daşımır və məhkum edilmiş şəxsin məhkəmədə verdiyi inkar xarakterli ifadələrini təkzib edir. Müdafiə tərəfinin “polis əməkdaşları telefonu əldə etdikdən sonra həmin yazışmaları özləri aparmışlar” məzmunlu dəlili isə obyektiv sübutla təsdiqlənmir. Əksinə, yazışmaların məzmununda məhkum edilmiş şəxsə aid kart məlumatlarının göndərilməsi, əvvəlki münasibətə və ödəniş qaydasına işarə edilməsi, bağlamanın foto və məkan məlumatları ilə uyğunluq təşkil etməsi, narkotik vasitə və psixotrop maddələrin sonradan aşkar edilmiş növ və ümumi həcmi ilə yazışmada göstərilən məlumatların əsasən üst-üstə düşməsi həmin iddianın yalnız ehtimal xarakterli olduğunu göstərir. CPM-in 125, 143-146-cı maddələrinin tələbləri baxımından ehtimal xarakterli dəlil, başqa sübutlarla təsdiq olunmadıqda, protokolla rəsmiləşdirilmiş və digər sübutlarla uzlaşan elektron məlumatların sübut əhəmiyyətini aradan qaldırmır. Telefon danışıqları və yazışmalar həm də satış məqsədinin və qabaqcadan əlbirliyin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli, * nömrəli Qərarının 9-cu bəndinin mənasına görə satış məqsədi yalnız narkotik vasitənin miqdarı ilə deyil, əvvəlcədən razılaşma, ödəniş, daşınma və təhvil vermə barədə sübutların məcmusu ilə qiymətləndirilməlidir. Eyni Qərarın 12-ci bəndində qabaqcadan əlbir olan bir qrup şəxs anlayışı izah edilərək cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərə başlanmazdan əvvəl razılığın mövcudluğu və iştirakçıların həmin razılıq əsasında qəsdən birgə hərəkət etməsi əsas meyar kimi göstərilmişdir. Hazırkı işdə 01:56-02:56 aralığında aparılmış yazışmalar Təqsirləndirilən şəxs bağlamanı götürməzdən əvvəl “Abas” adlı şəxslə cinayət predmetinin yeri, həcmi, götürülmə qaydası, sonradan Bakı şəhərinə çatdırılması və bunun müqabilində pul ödənilməsi barədə razılığa gəldiyini göstərir. Buna görə də məhkəmə kollegiyası həmin yazışmaları satış məqsədini, qanunsuz əldə etmə və daşıma hərəkətlərinin əvvəlcədən razılaşdırıldığını, həmçinin Təqsirləndirilən şəxs “kuryerlik” funksiyasını könüllü şəkildə qəbul etdiyini təsdiq edən mühüm elektron sübut kimi qiymətləndirir. Mobil telefonun məhkəmə baxışı zamanı işlək vəziyyətdə olmaması da əvvəlki baxış protokolunda rəsmiləşdirilmiş məlumatların sübut kimi yolverilməzliyi nəticəsini doğurmur. Telefonun üzərindən götürülməsi, qablaşdırılması, maddi sübut kimi tanınması və saxlanılması barədə prosessual sənədlər mövcuddur; ## ### 2025-ci il tarixli baxış protokolu isə həmin vaxt telefonun açılaraq məlumatların tədqiq edildiyini göstərir. Sonradan cihazın texniki nasaz vəziyyətə düşməsi və ya məlumatların açılmaması faktı özü-özlüyündə əvvəlki prosessual hərəkətin saxtalaşdırılması və ya sübutun yolverilməzliyi barədə nəticə üçün kifayət etmir. Belə nəticəyə gəlmək üçün konkret müdaxilə faktı, onun kim tərəfindən, nə vaxt və hansı qaydada edilməsi barədə obyektiv sübutlar olmalı idi; iş materiallarında isə belə sübutlar yoxdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, telefon danışıqları və yazışmalar iş üzrə müstəqil şəkildə həlledici yeganə sübut kimi deyil, digər sübutlarla birlikdə qiymətləndirildikdə Təqsirləndirilən şəxs “Abas” adlı şəxslə qabaqcadan razılaşmasını, bağlamanın qoyulduğu yeri bilib ora getməsini, həmin bağlamanı götürərək daşımasını və sonradan təhvil vermək müqabilində pul vəsaiti əldə etməyə razılaşmasını təsdiq edən mötəbər sübutlar sırasında yer alır. Mobil telefona baxış nəticəsində aşkar edilmiş yazışmalar, lokasiya və fotoşəkil məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş maddənin xarakterindən və götürülmə yerindən xəbərdar olduğunu, onun təsadüfən həmin əraziyə getmədiyini, əvvəlcədən verilmiş tapşırıq əsasında hərəkət etdiyini təsdiq edən obyektiv sübut kimi qiymətləndirilir. Sözügedən istintaq hərəkətləri videoçəkiliş vasitəsilə keçirilərkən məhkum edilmiş şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin çəkisini, olduqları bükümlərin sayını, eləcə də aşkarlanmış narkotik vasitənin növünü mübahisələndirməmişdir. Əksinə şəxsi axtarışın nəticələrini özündə əks etdirən protokolları imzalamaqla yuxarıda sadalanan narkotik vasitə və psixotrop maddələrin çəkisini, olduqları bükümlərin sayını, eləcə də növünün doğruluğunu təsdiq etmişdir. Ibtidai istintaqın sonrakı mərhələlərində də məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs aşkarlanmış narkotik vasitə və psixotrop maddələrin çəkisini, həmin kütlələrin olduğu bükümlərin sayını və onların növünü mübahisələndirməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamları qəbul etməyərək ziddiyyətli ifadələr vermişdir. Buna baxmayaraq, yuxarıda sadalanan sübutlarla məhkum edilmiş şəxs bir-birini tamamlayaraq cinayət əməlinin məhz oun tərəfindən törədildiyini tam sübuta yetirmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Artıq bu hallar məhkum edilmiş şəxsin məhkəmə baxışı dövründə irəli sürdüyü dəlillərin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ilkin ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətində gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, məhkum edilmiş şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası məhkum edilmiş şəxsin cinayət işinin ibtidai araşdırma mərhələsində ilkin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədəuyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla birinci instansiya məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs qeyd etdiyinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Buna görə də, birinci instansiya məhkəməsi ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ilkin ifadələrlə sonradan verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onların ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab etməklə düzgün nəticəyə gəlmişdir. Məhkum edilmiş şəxsin ibtidai istintaq zamanı təzyiqə məruz qalması barədə dəlili də iş materialları ilə təsdiq olunmur. Işdən görünür ki, onun şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri müdafiəçinin iştirakı ilə alınmış, hüquq və vəzifələri izah edilmiş, həmin ifadələr sonradan həbs qətimkan tədbiri seçilərkən və ifadənin yerində yoxlanılması zamanı mahiyyətcə təkrar olunmuşdur. Müdafiə tərəfi təzyiq iddiasını irəli sürsə də, həmin iddianı təsdiq edən vaxtında verilmiş şikayət, müstəqil tibbi sənəd, prosessual araşdırma nəticəsi və ya digər obyektiv sübut təqdim edilməmişdir. Bu səbəbdən sonradan verilmiş inkar xarakterli ifadələr ilkin ifadələrin və onlarla uzlaşan digər sübutların mötəbərliyini aradan qaldırmır. Belə ki, cinayət işinin materialları əsasında tədqiq edilmiş sübutlarla təsdiq olunmuşdur ki, məhkum edilmiş şəxs “Abas” adlı şəxslə əvvəlcədən cinayət əlaqəsinə girərək ölkə ərazisində yerləşdirilmiş külli miqdarda narkotik vasitələrin və xüsusilə külli miqdarda psixotrop maddənin göstərilən yerdən götürülməsi, saxlanılması, daşınması və sonradan digər ünvana təhvil verilməsi üzrə “kuryerlik” funksiyasını öz üzərinə götürmüşdür. Bu razılaşma yalnız ümumi tanışlıq və ya təsadüfi yazışma ilə məhdudlaşmamış, konkret məkan məlumatının, fotoşəkillərin, ödəniş şərtlərinin və bank kartı rekvizitlərinin mübadiləsi ilə müşayiət olunmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, * nömrəli Qərarının 12-ci bəndinə görə də qabaqcadan əlbir olan bir qrup şəxs əlamətinin mövcudluğu məsələsi həll olunarkən cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasına başlanmazdan əvvəl iştirakçılar arasında razılığın olub-olmaması, həmin razılığın narkotik vasitənin əldə edilməsi, saxlanılması, daşınması, göndərilməsi və ya satılması kimi hərəkətlərin icrasına yönəlib-yönəlməməsi araşdırılmalıdır. Hazırkı işdə “Abas” adlı şəxsin yalnız narkotik vasitəni satan şəxs kimi çıxış etməsi deyil, bağlamanın gizlədildiyi yeri bildirməsi, fotoşəkil və məkan məlumatı göndərməsi, Təqsirləndirilən şəxs həmin bağlamanı götürüb Bakı şəhərində deyiləcək ünvana aparması üçün tapşırıq verməsi və bunun müqabilində pul vəsaiti ödənilməsinin razılaşdırılması müəyyən edilmişdir. Bu hallar Təqsirləndirilən şəxs cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri əvvəlcədən razılaşdırılmış tapşırıq əsasında icra etdiyini göstərdiyindən, onun əməlində qabaqcadan əlbirlik elementinin mövcudluğu barədə birinci instansiya məhkəməsinin nəticəsi əsaslıdır. Məhkəmə kollegiyası satış məqsədinə münasibətdə qeyd edir ki, qeyd olunan Plenum Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı (alıcı) ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin ayrı-ayrı bağlamalara bölünməsi və işin digər halları nəzərə alınmalıdır. Konkret işdə psixotrop maddə olan metamfetaminin xüsusilə külli miqdarda 1930,0 qram, narkotik vasitə heroinin külli miqdarda 650,0 qram, narkotik vasitə tiryəkin külli miqdarda 940,0 qram, narkotik vasitə qurudulmuş marixuananın külli miqdarda 11765,0 qram olması, onun «Abas» adlı şəxslə əvvəlcədən əldə edilmiş razılaşma əsasında həmin şəxsin göstərəcəyi ünvana çatdırılıb təhvil verilməsinin və müqabilində pul vəsaitinin alınmasının nəzərdə tutulması, narkotik vasitənin bir neçə bağlamada olması məcmu halında məhz satış məqsədinin mövcudluğunu təsdiq edir. Eyni Qərarın 6-cı bəndinə görə narkotik vasitənin qanunsuz daşınması cinayətinin subyekti təkcə onun sahibi və ya onu müvəqqəti saxlayan şəxs deyil, həm də onu bilavasitə daşıyan digər şəxslər ola bildiyindən, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni və xüsusilə külli miqdarda psixotrop maddəni götürüb daşıması onun əməlinin müstəqil tövsifi üçün kifayət edir. Bu baxımdan məhkum edilmiş şəxsin və müdafiəçisinin dəlilləri iş üzrə toplanmış mötəbər sübutlar məcmusu ilə təkzib olunduğundan, məhkəmə kollegiyası tərəfindən əsassız hesab edilir. Satış məqsədinin mövcudluğu təkcə aşkar edilmiş kütlənin miqdarı ilə deyil, onun təhvil verilməsinin müqabilində pul vəsaiti alınacağı barədə əvvəlcədən razılaşma, kütlənin bir neçə ayrıca bağlamada olması, məkanın əvvəlcədən lokasiya və fotoşəkillə bildirilməsi, məhkum edilmiş şəxsin gecə saatlarında həmin yerə birbaşa getməsi kimi bir-birini tamamlayan hallar məcmusu ilə təsdiq olunur. Bu halların hər biri ayrıca götürüldükdə ehtimal yarada bilsə də, məcmu şəkildə qiymətləndirildikdə satış məqsədli qanunsuz dövriyyə barədə birinci instansiya məhkəməsinin nəticəsini möhkəmləndirir. Plenum Qərarının 9-cu bəndində göstərilən yanaşma baxımından satış məqsədi yalnız narkotik vasitənin miqdarından çıxarılan ehtimal kimi deyil, iş üzrə müəyyən edilmiş bütün obyektiv halların məcmusu ilə təsdiq edilməlidir. Bu işdə həmin məcmuya külli və xüsusilə külli miqdar, maddələrin müxtəlif növlərdə və çoxsaylı bağlamalarda olması, “Abas” adlı şəxslə yazışmalarda məkan və fotoşəkillərin göndərilməsi, bank kartı məlumatlarının verilməsi, çatdırılma müqabilində 3000 manat ödəniş barədə razılaşma, gecə vaxtı bağlamanın qoyulduğu yerə getmə və götürmə, eləcə də məhkum edilmiş şəxsin ilkin ifadələri daxildir. Bu sübutların hər biri digərini tamamladığından, məhkəmə kollegiyası satış məqsədinin mövcudluğu barədə nəticəni qanuni və əsaslı hesab edir. Bu baxımdan müdafiə tərəfinin narkotik vasitələrin və psixotrop maddənin məhkum edilmiş şəxsə aid olmaması barədə dəlili yalnız formal inkar kimi qiymətləndirilir. Çünki sübut etmə baxımından həlledici məsələ həmin vasitələrin kimin mülkiyyətində olması deyil, məhkum edilmiş şəxsin onu şüurlu şəkildə əldə etməsi, daşıması və sonrakı təhvil məqsədi ilə faktiki sahibliyinə götürməsidir. Iş üzrə müəyyən edilmiş faktlar məhz həmin nəticəni təsdiq edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 6-cı bəndində qeyd olunur ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 9-cu bəndinə görə, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarının tövsiyələrinə riayət etmişdir. Bundan başqa Kollegiya yuxarıda göstərilənlərə əsasən, apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək, həmin dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsə təyin edilmiş cəzaya münasibətdə qeyd edir ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * №-li Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr məhkum edilmiş şəxsə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır»(## ##### 2021-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli, * nömrəli qərarının 27-ci bəndində qeyd edilmişdir ki, Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CMin 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il ## #### tarixli * nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, məhkum edilmişi səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il ## ###### tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Birinci instansiya məhkəməsi iş üzrə cəzanı müəyyən edərkən məhkum edilmiş şəxsə münasibətdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, narkotik vasitə və psixotrop maddələrin növünü, külli və xüsusilə külli miqdarını, təyin olunmuş cəzanın məhkumun islah olunmasına və cəzanın digər məqsədlərinin təmin edilməsinə təsirini məcmu halda nəzərə almışdır. Bu səbəbdən təyin edilmiş cəza CM-in 8, 41.2 və 58.3-cü maddələrinin tələblərinə uyğun olmaqla ədalətli və əsaslı hesab edilir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulan sanksiya səkkiz ildən on beş ilədək azadlıqdan məhrum etmə cəzasını ehtiva edir. Məhkum edilmiş şəxsə təyin edilmiş 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası həmin sanksiyanın aşağı həddinə yaxın olmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət predmetinin külli və xüsusilə külli miqdarda olması, əməlin əvvəlcədən razılaşdırılmış qaydada və satış məqsədi ilə törədilməsi, məhkum edilmiş şəxsin şəxsiyyəti və iş üzrə müəyyən edilmiş digər hallar ilə uzlaşır. Iş üzrə CM-in 62-ci maddəsinin tətbiqinə əsas verən müstəsna hallar, şərti məhkum etmə, habelə təyin edilmiş cəzanın açıq-aşkar ədalətsizliyini göstərən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar, birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayətləri üzrə apellyasiya instansiyasında aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, eyni zamanda, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-275/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-275/2026
02.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver