Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-281/2026 16.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlunun sədrliyi ilə, Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə ## #### 1999-cu il tarixdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş MÜƏYYƏN E T D İ: Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (sədrlik edən hakim Nicat Ağabəyov) Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 127.2.3cü maddəsi ilə 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 62-ci maddəsi tətbiq edilməklə CM-in 221.3-cü maddəsi ilə 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixdən ## ##### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 03 gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 06 gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılması və Təqsirləndirilən şəxs üzərində 03 il 05 ay 24 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmsı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin başlanğıcının Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, hökmün icrasının Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon Icra və Probasiya Şöbəsinə həvalə olunması qərara alınmışdır. Hökmlə maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Hökmdən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza təyin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmünə əsasən CM-in 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, ## ##### 2025-ci il tarixdə saat 19:30 radələrində istifadəsində olan “VAZ 2108” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı Lənkəran rayonu, Liman şəhəri ərazisində olarkən, anası şahid14 çağırışı ilə yaşadığı evə gedib, ondan həmyerlisi zərərçəkmiş şəxs1 mobil telefonda danışarkən atası şahid16 ünvanına nalayiq ifadələr işlətdiyinə görə sonuncunun əsəbiləşib münasibətlərini aydınlaşdırmaq üçün evdən çıxaraq məscidin qarşısına getməsi barədə məlumat aldıqdan sonra idarə etdiyi həmin avtomobillə saat 19:40 radələrində birbaşa Lənkəran rayonu, Liman şəhəri, Həzi Aslanov küçəsinə, məscidin qarşısına gedərək, həmin küçənin avtomobillərin və Liman şəhər sakinlərinin intensiv hərəkət etdiyi, bazar, çayxana və iaşə obyektləri yerləşdiyi ərazi olduğuna görə ictimai yer hesab edilən hissəsində atası şahid16lə zərərçəkmiş şəxs1 anası şahid12 mübahisə edərək bir-birinin ünvanına nalayiq ifadələr işlətməsindən qəzəblənərək, bunun səbəbkarının atasının ünvanına təhqiramiz ifadələr işlətmiş zərərçəkmiş şəxs1 olduğu qənaətinə gəlib, ictimai yer olan Lənkəran rayonu, Liman şəhəri, Həzi Aslanov küçəsində yerləşən şəhər məscidinin qarşısında hər hansı bir əsaslı səbəb olmadan müstəsna dərəcədə aqressivlik nümayiş etdirərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, birgə yaşayış, ictimai yerdə insanlar arasında bərqərar olmuş davranış və əxlaq normalarına riayət olunmasına daha həssas yanaşılması tələblərini müstəsna dərəcədə etinasızlıq nümayiş etdirməklə pozaraq, öz şəxsiyyətini avtomobilləri ilə küçədən keçən və səs-küyə toplaşmış təxminən 50 nəfərdən artıq insanların şəxsiyyətinin fövqündə qoyub, qərəzli hərəkətlərini ümumilikdə 20-25 dəqiqə ərzində davam etdirməklə, əvvəlcə zərərçəkmiş şəxs1 ünvanına uca səslə nalayiq ifadələr işlədərək, bununla kifayətlənməyib, idarə etdiyi avtomobilinə əyləşərək hadisə yerindən uzaqlaşarkən, bu vaxt ictimai qaydanın pozulmasının qarşısını almaq üçün daxil olmuş məlumat əsasında hadisə yerinə cəlb edilmiş Lənkəran şəhər-rayon polis şöbəsinin Liman polis bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, R zərərçəkmiş şəxs2 münaqişə yerində olan zərərçəkmiş şəxs1 küçənin kənarına apararaq orada saxladığı özünə məxsus “Jac T-8” markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfində sonuncunu sakitləşdirməyə çalışdığını görüb, ictimai yerdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərini davam etdirərək, idarə etdiyi “Vaz 2108” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili geriyə, zərərçəkmiş şəxs1 doğru döndərib, onların dayandıqları istiqamətdə hərəkətə davam edərək, həmin avtomobili silah qismində istifadə etməklə, xuliqanlıq niyyəti ilə avtomobilin ön hissəsi ilə qəsdən zərərçəkmiş şəxs1 və ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan hakimiyyət nümayəndəsi olan polis əməkdaşı zərərçəkmiş şəxs2 müqavimət göstərməklə vuraraq, onlara zor tətbiq etməsi və sonuncuya məxsus avtomobilin arxa hissəsi ilə toqquşması nəticəsində zərər çəkmiş şəxs zərərçəkmiş şəxs1 həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid sol aşıq sümüyünün xətti sınığı, sol baldır oynağı nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması, sağ baldır və sol bud nahiyələrində sıyrıqlar, hakimiyyət nümayəndəsi olan zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2 sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən sol baldır nahiyəsində qançır xəsarətlərini yetirməklə və sonuncuya məxsus “Jac T-8” markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpasına görə 195 manat məbləğində maddi ziyan hesablanmış arxa buferinin sağ hissəsini zədələməklə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Hökmdən apellyasiya protesti, həmçinin apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib, apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 hər biri ayrı-ayrılıqda zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyə uyğun qaydada məlumat verilməsinə baxmayaraq, digər zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını, proses iştirakçılarının mövqeyini və həmin şəxslərin iştirakı olmadan işə baxılmasına mane olan halın mövcud olmamasını nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı təqsirləndirilən və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə təqsirləndirilən və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını təqsirləndirilən və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, proses iştirakçılarının çıxışlarını, birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı qismən məhkəmə istintaqı qaydasında tədqiq edilmiş sübutları birlikdə qiymətləndirərək hesab edir ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olduğu üçün təmin edilməlidir. Apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cəzanı yüngülləşdirən halları düzgün müəyyən etsə də, təyin etdiyi 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasının konkret cinayət epizodlarının çoxluğu, zərərçəkmiş şəxslərin sayı, vurulmuş ziyanın ümumi həcmi və cinayətkar davranışın davamlı xarakteri ilə müqayisədə cəzanın məqsədlərinə tam uyğun olub-olmamasını kifayət qədər əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini CM-in 127.2.3 və 221.3-cü maddələri ilə düzgün tövsif etsə də, cəza təyin edilərkən törədilmiş cinayətlərin faktiki hallarına, onların törədilmə üsuluna, nəticələrinə və ictimai təhlükəlilik dərəcəsinə lazımi hüquqi qiymət verməmiş, məhkumun şəxsiyyətinə aid yüngülləşdirici hallara törədilmiş əməlin ağırlığı ilə müqayisədə əsassız üstünlük vermişdir. Cəzanın fərdiləşdirilməsi prinsipi məhkəmədən yalnız təqsirkarın şəxsiyyətinə aid halları deyil, eyni zamanda törədilmiş cinayətin konkret hallarını, onun törədilmə üsulunu, vurulmuş zərərin xarakterini və cəmiyyət üçün yaratdığı təhlükəni hərtərəfli qiymətləndirməyi tələb edir. Cəza törədilmiş cinayətə adekvat olmalı, sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və yeni cinayətlərin qarşısının alınmasına xidmət etməlidir. Iş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs törətdiyi əməl sadə məişət münaqişəsi çərçivəsində baş vermiş təsadüfi hərəkət kimi qiymətləndirilə bilməz. Hadisə insanların intensiv hərəkət etdiyi, ictimai yer hesab olunan, məscid, bazar, çayxana və digər iaşə obyektlərinin yerləşdiyi Lənkəran rayonu, Liman şəhəri, Həzi Aslanov küçəsində baş vermişdir. Məhkum öz hərəkətləri ilə yalnız konkret şəxslə yaranmış münasibətləri aydınlaşdırmaq məqsədi güdməmiş, ictimai qaydanı kobud surətdə pozaraq, ətrafda olan çoxsaylı şəxslərin qarşısında cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, hadisənin inkişaf dinamikası məhkumun hərəkətlərinin yüksək ictimai təhlükəliliyini göstərir. Belə ki, Təqsirləndirilən şəxs əvvəlcə zərərçəkmiş zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlətmiş, bununla kifayətlənməyərək idarə etdiyi “VAZ 2108” markalı avtomobilə əyləşmiş, hadisə yerindən uzaqlaşarkən artıq polis əməkdaşının müdaxiləsi ilə yaranmış vəziyyəti görməsinə baxmayaraq, hərəkətlərini dayandırmamışdır. Əksinə, avtomobili geri döndərərək zərərçəkmiş şəxslərin dayandığı istiqamətdə hərəkət etdirmiş və nəqliyyat vasitəsindən zor tətbiq etmək vasitəsi kimi istifadə etmişdir. Məhkumun avtomobili insanlara qarşı yönəltməsi və onunla zərərçəkmiş şəxsləri vurması cinayətin təhlükəliliyini əhəmiyyətli dərəcədə artıran haldır. Nəqliyyat vasitəsi bu halda adi hərəkət vasitəsi olmaqdan çıxaraq insan sağlamlığı və təhlükəsizliyi üçün real təhlükə yaradan vasitəyə çevrilmişdir. Məhz bu səbəbdən qanunverici CM-in 221.3-cü maddəsində silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədilən xuliqanlıq əməllərinə görə daha sərt məsuliyyət nəzərdə tutmuşdur. Iş üzrə müəyyən edilmiş hallardan görünür ki, məhkumun hərəkətləri nəticəsində zərərçəkmiş zərərçəkmiş şəxs1 sağlamlığına zərər vurulmuşdur. Əlavə məhkəmə-tibbi ekspertizasının rəyi ilə onun bədəni üzərində sol aşıq sümüyünün xətti sınığı, sol baldır oynağı nahiyəsində yumşaq toxumaların əzilməsi-hematoması və digər xəsarətlər müəyyən edilmiş, həmin xəsarətlər sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır zərər kimi qiymətləndirilmişdir. Bu hal törədilmiş əməlin yalnız formal olaraq deyil, real nəticələri baxımından da yüksək ictimai təhlükəli olduğunu göstərir. Bununla yanaşı, məhkumun hərəkətləri hakimiyyət nümayəndəsi olan polis əməkdaşı zərərçəkmiş şəxs2 qarşı da yönəlmişdir. Hadisə yerinə ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədilə gəlmiş polis əməkdaşının qanuni fəaliyyətinə baxmayaraq məhkum avtomobili onun və zərərçəkmiş şəxsin olduğu istiqamətə sürmüş, nəticədə polis əməkdaşına da xəsarət yetirilmiş və onun avtomobilinə maddi ziyan vurulmuşdur. Hakimiyyət nümayəndəsinin qanuni fəaliyyətinin zor tətbiqi ilə müşayiət olunan hərəkətlərlə pozulması törədilmiş əməlin ictimai təhlükəliliyini artıran mühüm faktordur. Birinci instansiya məhkəməsi cəza təyin edərkən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, Vətən müharibəsi iştirakçısı olmasını, dövlət təltiflərinə layiq görülməsini, zərərçəkmiş zərərçəkmiş şəxs2la barışıq əldə etməsini və ona dəymiş ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə kollegiyası həmin halların mövcudluğunu inkar etmir və hesab edir ki, onlar təqsirləndirilən şəxsin şəxsiyyətinin qiymətləndirilməsi zamanı nəzərə alınmalı olan müsbət hallardır. Lakin qeyd olunan hallar törədilmiş cinayətin konkret faktiki hallarının ağırlığını aradan qaldırmır və həmin əməlin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli şəkildə azaltmır. Şəxsin əvvəlki müsbət davranışı, dövlət qarşısında xidmətləri və sosial statusu sonradan törətdiyi cinayətin hüquqi qiymətləndirilməsinə və ona görə məsuliyyətin fərdiləşdirilməsinə təsir göstərə bilər, lakin ağır xarakterli qəsdən törədilmiş əməllərə görə qanunla nəzərdə tutulmuş cəzadan kənara çıxmaq üçün birbaşa əsas yarada bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi CM-nin 62-ci maddəsini tətbiq edərkən həmin normanın tətbiqi üçün tələb olunan müstəsna halların mövcudluğunu düzgün qiymətləndirməmişdir. Belə ki, CM-nin 62-ci maddəsinin tətbiqi üçün yalnız cəzanı yüngülləşdirən halların mövcudluğu kifayət etmir. Həmin halların məcmusu cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmalı və məhkəmənin həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növünə keçməsini əsaslandırmalıdır. Hazırkı iş üzrə isə əksinə, cinayətin törədilmə üsulu, ictimai yerdə baş verməsi, avtomobildən zor vasitəsi kimi istifadə olunması, iki şəxsin xəsarət alması, polis əməkdaşına qarşı zor tətbiqi və əmlaka ziyan vurulması əməlin yüksək ictimai təhlükəliliyini göstərən hallardır. Bu baxımdan məhkumun Vətən müharibəsi iştirakçısı olması, dövlət təltiflərinə malik olması və digər müsbət xarakterizəedici hallar cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hal kimi qiymətləndirilə bilməz. Əks halda, cəzanın ədalətlilik və mütənasiblik prinsipləri pozular, törədilmiş əməlin real ağırlığı ilə təyin edilmiş cəza arasında açıq uyğunsuzluq yaranardı. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən CM-in 62ci maddəsinin tətbiqi və Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza növünün seçilməsi törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və işin faktiki hallarına uyğun olmamışdır. Cəzanın məqsədləri baxımından azadlığın məhdudlaşdırılması növündə cəza bu konkret halda törədilmiş əməlin ağırlığına və yaratdığı ictimai təhlükəyə adekvat hesab edilə bilməz. Məhkumun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünlüyü barədə nəticəyə gəlmək üçün iş üzrə kifayət qədər əsas yoxdur. Əksinə, törədilmiş əməlin xarakteri və davranışın təhlükəli forması daha ciddi cəza tədbirinin tətbiq edilməsini zəruri edir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətini cəzanın ağırlaşdırılması hissəsində əsaslı hesab edir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngül olmasına dair qeyd edilən apellyasiya şikayətində göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət-Prosessual Məcəlləsi 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Baxılan işdə CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini və ona dəymiş ziyanı tam ödəməsini CM-nin 59.1.12, 59.1.13 və yaşayış yeri üzrə müsbət xaraterizə edilməsini isə CM-nin 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Lakin həmin hallar təyin ediləcək cəzanın cinayətin faktiki ağırlığından və ictimai təhlükəliliyindən ayrılmasına səbəb olmamalıdır. Apellyasiya şikayətinin hüdudunda aparılan araşdırma zamanı isə məhkəmə kollegiyası təyin edilmiş cəzanın həddini cəzanın məqsədlərinə tam olaraq çatımlılıq baxımından məqbul hesab etmir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən cəza aşağıdakı məqsədlərə görə tətbiq edilir:
1. sosial ədalətin bərpası;
2. məhkumun islah edilməsi;
3. həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Təqsirləndirilən şəxs münasibətdə müəyyən edilmiş yüngülləşdirici hallar onun barəsində cəza təyin edilərkən nəzərə alınmalıdır və məhkəmə kollegiyası da bu halları nəzərdən kənarda qoymur. Bununla yanaşı, həmin hallar hazırkı işdə cəzanın sanksiyanın aşağı həddinə yaxın müəyyən edilməsinə kifayət etmir; çünki şəxsin əməlinin ictimai təhlükəliliyi daha ciddi cəza reaksiyasını zəruri edir. Məhkəmə kollegiyası qeyd edir ki, cəzanın məqsədi yalnız məhkumun cəzalandırılması deyil, həm də sosial ədalətin bərpası və gələcək hüquqpozmaların qarşısının alınmasıdır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa Insan Hüquqları Məhkəməsinin ## #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab etmir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs münasibətdə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları CM-in 58.3-cü maddəsində təsbit olunmuş başqa hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, cəzanı ağırlaşdıran halın olmaması, təqsirkarın şəxsiyyətini səciyyələndirən məlumatlar, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə birlikdə nəzərə alaraq hesab edir ki, qeyd olunan pozuntunu aradan qaldırmaq üçün Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.3-cü maddələri ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidirf. Təsvir edilənlər zərərçəkmiş şəxsin apellyasiya şikayətinin əsaslı olduğunu, birinci instansiya məhkəməsinin hökmünün cəza hissəsində dəyişdirilməsini tələb edən halların mövcudluğunu göstərir. Hökmün dəyişdirilməsi ittihamın həcmini və əməlin hüquqi tövsifini dəyişdirmədən yalnız təyin edilmiş cəzanın ağırlaşdırılması ilə bağlı olduğundan, bu nəticə CPM-in 399.1.5 və 405.1.4-cü maddələrinin tələblərinə uyğundur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü yalnız cəza hissəsində dəyişdirilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında (birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində) məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını dəyişdirmək səlahiyyətinə malikdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, eyni zamanda, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA A L D İ:
Apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə cəza hissəsində dəyişdirilsin. Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən CM-in 62-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 221.3-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 26 – ## ##### 2026-cı il tarixləri üzrə həbsdə saxlanıldığı 02 (iki) gün CM-in 69.3-cü maddəsinə əsasən təyin edilmiş 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasından bir günə bir gün hesabı ilə çıxılsın və onun üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı ## #### 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Istintaq Təcridxanasına keçirilib həbsdə saxlanması üçün Şirvan Şəhər Polis X2 Yerinə göndərilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.