Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-282/2026 20.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 İntiqam oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsinə dair Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı (hakim Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi) ilə ## ######## 1990-cı il tarixdə Masallı rayonu Şatıroba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Masallı rayonu Şatıroba kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 5.1-ci və 1.16-cı bəndləri tətbiq edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, iş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılması, ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARI Verilmiş ittihama görə, Təqsirləndirilən şəxs ## ######## 2025-ci il tarixdə saat 20:48-də “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi “Hyundaı H1 minik” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə maksimum hərəkət sürəti 50 km/saata qədər məhdudlaşdırılmış və ötmək qadağan edilmiş Masallı rayonu Qəzvinoba Mahmudavar kəndlərarası avtomobil yolunun rayonun Türkoba kəndi ərazisindən keçən hissəsində Qəzvinoba kəndindən üzü Mahmudavar kəndi istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən idarə etdiyi avtomobili əks hərəkət zolağına ötmə əməliyyatı etməkdən ötrü çıxartmış, bununla da, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, buna əməl etməyib qadağan nişanlarının tələblərinə uyğunsuz hərəkət etməklə idarə etdiyi avtomobilin qarşısında eyni hərəkət zolağında saatda təxminən 10-20 kilometr sürətlə hərəkətdə olan, hərəkət istiqamətinin sol tərəfində yerləşən yol kənarına sola dönmə işığını yandırmaqla manevr edən Zərərçəkmiş şəxs “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi “VAZ 21063 minik” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əks hərəkət zolağında toqquşmuş, nəticədə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs sol XI qabırğanın yerinidəyişməyən sınığı və XI döş fəqərəsinin sol şaxəsinin xətti sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞIR zərərvurmaya aid olan bədən xəsarətlərinin ehtiyatsızlıqdan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, qərarın mülki iddia hissəsində ləğv edilməsini, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və “xxxx” Sığorta ASC-dən müştərək qaydada onun xeyrinə 2000 manat maddi ziyanın tutulmasını, amnistiya tətbiq edilsə də, CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əlavə cəza kimi təqsirləndirililənin 02 il müddətinə nəqliyyat vaistələrini idarə etmə hüququndan məhrum edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xəsarət və ziyan tam sübut olunub. ##.##.2025-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində 2 qabırğası sınmışdır. Məhkəmə-Tibbi Ekspertizasının ##.##.2025-ci il tarixli *** saylı rəyinə əsasən bu, sağlamlığa az ağır zərər vurmadır. Müalicəsinə 2000 manat xərc çəkmişdir. Avtomobilinə dəyən ziyan isə ##.##.2025-ci il tarixli */**** saylı ekspertiza rəyi ilə 3000 manat müəyyən edilmişdir. Cəmi 5000 manat ziyanı olmuşdur. Dəymiş 5000 manat ziyandan bu günə qədər yalnız 3000 manat ödənilmişdir. 500 manat müalicə xərcləri və 1500 manat avtomobilinə dəymiş ziyana görə cəmi 2000 manat borc qalır. Təqsirləndirilən şəxs qalan məbləği könüllü ödəməkdən imtina edir. Onun 2000 manat müalicə xərclərinə dair çeklər, qəbzlər, 3000 manat avtomobil ziyanına dair ##.##.2025-ci il tarixli */**** saylı ekspertiza rəyi və MTE-nin ##.##.2025-ci il tarixli *** saylı rəyi birinci instansiya məhkəməsinə təqdim edilmiş və iş materiallarına əlavə olunmuşdur. Buna baxmayaraq, CPM-nin 191-ci maddəsinin tələbinə zidd olaraq, məhkəmə sübutlarla tam təsdiq edilmiş mülki iddiasına mahiyyəti üzrə baxmadan onu baxılmamış saxlamışdır. "Amnistiya aktı haqqında" Qərara və CPM-nin 43-cü maddəsinə əsasən amnistiya şəxsi yalnız cəzadan azad edir. Mülki Məcəllənin 1097-ci maddəsinə görə vurulmuş ziyan tam həcmdə ödənilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs mülki məsuliyyəti "xxxx" Sığorta ASC-də icbari qaydada sığortalanmışdır. "İcbari sığortalar haqqında" Qanunun 9-cu maddəsinə əsasən sığortaçı bədən xəsarətinə görə 5000 manatadək, əmlaka dəyən ziyana görə 5000 manatadək ödəniş etmək öhdəliyi daşıyır. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qanuni və əsaslı nəticəyə gəldiyini göstərib, şikayətin təmin olunmamasını, məhkəmənin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 İntiqam oğlu apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onların əsassız olduğunu, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərar qəbul etdiyini göstərib, apellyasiya şikayətinin təmin olunmadan, Masallı Rayon Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, nə ittiham tərəfi, nə də müdafiə tərəfi işin faktiki hallarını və əməlin hüquqi tövsifini mübahisələndirməmiş, zərərçəkmiş şəxs şikayətində qərarın mülki iddianın baxılmamış saxlanılmasına dair hissəsini mübahisələndirmiş, mülki iddiasının təmin olunmasını, habelə təqsirləndirilən şəxsin barəsində əlavə cəzanın tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs adından tərtib edildiyi göstərilən teleqram təqdim edilmişdir. Həmin teleqramda zərərçəkmişin kəndin bir neçə hörmətli şəxsinin xahişi ilə təqsirləndirilən şəxsi bağışladığını, ona qarşı hər hansı iddia və tələbinin olmadığını və bu səbəbdən apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etdiyi qeyd olunmuşdur. Lakin məhkəmə kollegiyası həmin teleqramın məzmununu zərərçəkmişin apellyasiya şikayətindən imtina etməsi kimi qəbul etməyi mümkün hesab etmir. Belə ki, sözügedən sənəd zərərçəkmişin özü tərəfindən deyil, təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş, apellyasiya şikayətinin müəllifi olan zərərçəkmiş isə apellyasiya baxışının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və teleqramda ifadə olunan iradəsini şəxsən təsdiq etməmişdir. Bundan başqa, təqdim edilmiş teleqramın həqiqətən zərərçəkmişin öz iradəsini ifadə etməsi və məhz onun tərəfindən göndərilməsi mötəbər şəkildə təsdiq olunmur. Belə olan halda, məhkəmə kollegiyası həmin sənədi zərərçəkmişin apellyasiya şikayətindən birmənalı və könüllü imtinasını ifadə edən sənəd kimi qiymətləndirmək üçün kifayət qədər əsas görmür və bu səbəbdən apellyasiya şikayətinə baxılmasına xitam verilməsini deyil, iş üzrə şikayətin dəlillərinin mahiyyəti üzrə araşdırılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin düzgünlüyünü yoxlamışdır. Birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, məhkəmə ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq оlunmuş sübutlаrlа, yəni təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər şahid3 ifadələri, şahid2 və şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələri, hadisə yerinə baxış keçirilməsinə dair sxem və fotoşəkillər, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının ##.##.2025-ci il tarixli */**** saylı rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli, *** saylı canlı şəxsin ekspertizası rəyi, habelə işdə оlаn digər sənədləri nəzərdən keçirib Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsin ittiham olunduğu əməlin cinayət olmasını aradan qaldıran halların olmamasına, həmçinin təqsirləndirilən şəxsin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisin ## ###### 2025-ci il tarixli Qərarına əsasən cinayət məsuliyyətindən azad edilməli olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə əməl edərək Təqsirləndirilən şəxs təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif olunmuşdur. Bundan başqa, məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin barəsində ## ###### 2025-ci il tarixli amnistiya aktının tətbiqi də cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə tam uyğun həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. «“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd olunan amnistiya aktının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər mövcud olmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iş materiallarından təqsirləndirilən şəxsin amnistiya aktının tətbiq dairəsinə düşən cinayətlər sırasına aid olması görünür və həmin aktın tətbiqinə mane olan hallar müəyyən edilməmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan iki övladının olması, habelə cinayət təqibinə amnistiya aktına əsasən xitam verilməsinə razılığı nəzərə alınaraq, ona münasibətdə amnistiya aktının tətbiq olunaraq cinayət məsuliyyətindən azad edilməsi barədə nəticəyə gəlinməsi qanunun tələblərinə uyğun olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin apellyasiya şikayətində irəli sürdüyü, birinci instansiya məhkəməsinin mülki iddianın baxılmamış saxlanılmasına dair qərarının qanunsuz olması, onun tərəfindən təqdim edilmiş sübutlarla 2000 manat məbləğində ziyanın tam təsdiq edilməsi və həmin məbləğin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, habelə sığortaçıdan tutulması barədə dəlillərinə də münasibət bildirərək, qeyd edir ki, kollegiya həmin dəlillər ilə razılaşmağı mümkün hesab etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Bununla belə, şəxsin belə bir hüquqa malik olması öz-özlüyündə irəli sürülmüş tələbin avtomatik olaraq təmin edilməsini şərtləndirmir. Mülki iddia üzrə tələb olunan məbləğin hüquqi və faktiki əsasları, həmin ziyanın cinayət əməli ilə səbəbli əlaqəsi və məhz tələb edilən məbləğdə ziyanın mövcudluğu da məhkəmə tərəfindən müəyyən edilməli və mötəbər sübutlarla təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mülki iddiaçının tələb etdiyi ziyanın mövcudluğunu və konkret məbləğini göstərməsi kifayət etməyib, həmin tələbin əsasını təşkil edən halların məhkəmə tərəfindən yoxlanılmasına imkan verən yetərli və mötəbər sübutları da təqdim etməsi zəruridir. Hazırkı halda zərərçəkmiş şəxs tərəfindən ümumilikdə 5000 manat məbləğində ziyanın dəydiyi, onun 3000 manatının ödənildiyi və 2000 manat məbləğində ziyanın isə ödənilməmiş qaldığı iddia edilmişdir. Lakin cinayət işinin materialları həmin 2000 manat məbləğində ziyanın hansı konkret hissələrdən ibarət olduğunu, hər bir xərcin məhz baş vermiş yol-nəqliyyat hadisəsi ilə səbəbli əlaqədə olduğunu, habelə həmin xərclərin hansı hissəsinin əvvəllər sığorta ödənişi hesabına və ya digər qaydada qarşılandığını heç bir şübhəyə yer qoymadan müəyyən etməyə imkan vermir. Zərərçəkmişin apellyasiya şikayətində 500 manat müalicə xərci və 1500 manat avtomobilə dəymiş ziyanın ödənilmədiyini bildirməsi də həmin məbləğlərin mübahisəsiz şəkildə müəyyən edilmiş və təqsirləndirilən şəxsdən tutulmalı olan ziyan məbləği kimi qəbul edilməsi üçün kifayət etmir. Belə ki, zərərçəkmiş şəxsin sağlamlığına vurulmuş ziyanın xarakterini müəyyən edən məhkəmə-tibbi ekspertiza rəyi ilə onun müalicə üçün faktiki olaraq çəkdiyi xərclərin məbləğini müəyyən edən sübutlar eyni hüquqi məzmun daşımır. Məhkəmə-tibbi ekspertiza rəyi zərərçəkmişin aldığı xəsarətlərin xarakteri və ağırlıq dərəcəsi barədə nəticə verir, lakin özlüyündə konkret məbləğdə müalicə xərcinin çəkildiyini və ya həmin xərcin təqsirləndirilən şəxsdən tutulmalı olduğunu təsdiq etmir. Eyni zamanda, nəqliyyat vasitəsinə dəymiş ziyan barədə ekspert rəyi avtomobilə dəymiş ziyanın müəyyən məbləğini göstərsə də, zərərçəkmişin məhz həmin ziyanın nə qədərinin ödənilməmiş qalmasını, sığorta ödənişinin hansı ziyan növünə və hansı hissəsinə aid olmasını, habelə hazırda tələb olunan 1500 manatın ekspertiza ilə müəyyən edilmiş ziyanın ödənilməmiş hissəsini təşkil etdiyini ayrıca və birmənalı şəkildə təsdiq etmir. Bu səbəbdən, zərərçəkmişin təqdim etdiyi ayrı-ayrı sənədlər əsasında onun tələb etdiyi 2000 manat məbləğində ziyanın tam olaraq sübuta yetirildiyi nəticəsinə gəlmək mümkün deyildir. Digər tərəfdən, zərərçəkmiş şəxs apellyasiya şikayətində həmin məbləğin həm təqsirləndirilən şəxsdən, həm də “xxxx” Sığorta ASC-dən müştərək qaydada tutulmasını xahiş etsə də, mülki iddianın həlli yalnız cinayət işinin mövcud materialları ilə mümkün olduğu üçün bu tələb üzrə bütün əhəmiyyətli halların da aydınlaşdırılması zəruri olmuşdur. Belə ki, sığortaçının mülki məsuliyyət daşıyıb-daşımaması, onun hansı həddə və hansı ziyan növü üzrə öhdəlik daşıması, artıq həyata keçirilmiş 3000 manat sığorta ödənişinin hüquqi əsası və hansı ziyan üzrə ödənilməsi, habelə zərərçəkmişin hazırkı tələbinin həmin ödənişlə hansı nisbətdə əlaqəli olması müvafiq araşdırma və hüquqi qiymətləndirmə tələb edən məsələlərdir. Cinayət mühakimə icraatı zamanı isə cinayət işi üzrə mövcud sübutların hüdudlarında həmin halların tam və hərtərəfli müəyyən edilməməsi şəraitində tələb olunan məbləğin təqsirləndirilən şəxs və sığortaçı arasında bölüşdürülməsi və ya onların hər hansı formada məsuliyyətə cəlb olunması barədə qəti nəticəyə gəlmək mümkün deyil. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, rədd edilməsi və ya baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilə bilər. Bununla yanaşı, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli Plenum Qərarının 74-cü bəndində qeyd olunur ki, bəraət hökmü CPMin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Hazırkı iş üzrə də təqsirləndirilən şəxs barəsində cinayət təqibi amnistiya aktının tətbiqi ilə bağlı bəraətverici olmayan əsasla xitam edilmişdir. Belə olan halda, cinayət təqibinə xitam verilməsi şəraitində mülki iddianın baxılmamış saxlanılması və zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah olunması qanunvericiliyin və Ali Məhkəmə Plenumunun qeyd olunan izahının tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, mülki iddianın baxılmamış saxlanılması zərərçəkmiş şəxsin irəli sürdüyü tələbin əsassız hesab edilməsi və ya onun həmin tələb üzrə hüququnun inkar edilməsi anlamına gəlmir. Əksinə, belə qərar zərərçəkmiş şəxsin özünün iddia etdiyi ziyanın məbləğini, həmin ziyanın yaranma əsaslarını, artıq həyata keçirilmiş ödənişləri, sığortaçının mümkün məsuliyyətinin həcmini və digər mühüm halları tam həcmdə araşdırmağa imkan verən mülki mühakimə icraatı qaydasında müvafiq tələblə məhkəməyə müraciət etmək hüququnu saxlayır. Məhz həmin icraat zamanı tərəflərin çəkişməsi şəraitində ziyanın faktiki məbləği, onun hansı hissəsinin ödənilib-ödənilməməsi və həmin ziyana görə konkret şəxslərin məsuliyyət daşıyıb-daşımaması tam araşdırılaraq müvafiq hüquqi qiymət verilə bilər. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi zərərçəkmiş şəxsin tələb etdiyi ziyanın məbləğinin və onun hüquqi əsaslarının cinayət mühakimə icraatı çərçivəsində mövcud materiallarla qəti şəkildə müəyyən edilməsinin mümkün olmadığını, bununla bağlı əlavə araşdırma aparılmasının zəruri olduğunu düzgün müəyyən etmiş, cinayət təqibinə amnistiya aktı əsasında xitam verilməsi nəzərə alınmaqla mülki iddianı baxılmamış saxlamaqla düzgün nəticəyə gəlmişdir. Odur ki, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin bu barədə dəlilləri əsaslı hesab edilə bilməz. Bundan başqa, apellyasiya şikayətinin dəlillərindən görünür ki, zərərçəkmiş şəxs amnistiya aktının tətbiq edilməsinə baxmayaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 263.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş iki il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin olunmasını da xahiş etmişdir. Lakin məhkəmə kollegiyası zərərçəkmiş şəxsin bu dəlilini də əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının müvafiq müddəaları tətbiq edilməklə onun cinayət təqibinə xitam verilmiş və həmin şəxs cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət təqibinə həmin əsasla xitam verilməsi nəticəsində şəxsə hər hansı cəza, o cümlədən əsas və ya əlavə cəzanın təyin edilməsi məsələsi artıq öz aktuallığını itirir. Başqa sözlə, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə CM-nin 42-ci maddəsində nəzərdə tutulmuş cəza növlərindən biri olduğundan, cinayət məsuliyyətindən azad edilmiş şəxsə həmin cəzanın müstəqil şəkildə tətbiq olunması mümkün deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, amnistiya aktının tətbiqi nəticəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə eyni zamanda həmin şəxsə törətdiyi əmələ görə cinayəthüquqi xarakterli cəza tədbirinin, o cümlədən əlavə cəzanın tətbiq olunması bir-biri ilə uzlaşmır. Əks yanaşma şəxsin bir tərəfdən cinayət məsuliyyətindən azad edilməsini, digər tərəfdən isə həmin cinayət əməli ilə əlaqədar ona cəza təyin olunmasını nəzərdə tutmaqla, hüquqi baxımdan ziddiyyətli nəticəyə səbəb olardı. Zərərçəkmiş şəxsin əlavə cəzanın ayrıca tətbiq edilə biləcəyi barədə mövqeyi həm də ona görə qəbul edilə bilməz ki, CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə müstəqil hüquqi məsuliyyət tədbiri kimi deyil, cinayətə görə təyin edilən əsas cəzaya əlavə olaraq və qanunla müəyyən olunmuş hallarda tətbiq edilən əlavə cəza kimi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində cinayət məsuliyyəti məsələsi amnistiya aktının tətbiqi ilə həll edildikdən və cinayət təqibinə xitam verildikdən sonra həmin maddənin sanksiyasından çıxış etməklə ayrıca cəza təyin olunması üçün hüquqi əsas qalmır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs barəsində amnistiya aktını tətbiq etməklə cinayət təqibinə xitam verməsi şəraitində ona CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə şəklində əlavə cəzanın təyin edilməsi barədə zərərçəkmiş şəxsin tələbi hüquqi əsasdan məhrumdur və apellyasiya şikayətinin bu hissədəki tələbi də təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiqi nəticəsində cinayət təqibinə xitam vermiş, zərərçəkmiş şəxsin mülki iddiasını baxılmamış saxlamaqla və digər məsələləri həll etməklə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla, məhkəmənin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün kifayət qədər əsas vermir. Belə olan halda, kollegiya hesab edir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı isə apellyasiya şikayətinin dəlillərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 407, 410 və 412ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu gündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-282/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-282/2026
20.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver