Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-287/2026 18.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, Zərərçəkmiş şəxs X11 hüquqi varisi hüquqi varis3 İlyas oğlunun, Zərərçəkmiş şəxs X6 hüquqi varisi hüquqi varis2, Zərərçəkmiş şəxs X7 hüquqi varisi hüquqi varis1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmündən dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, müdafiəçi Müdafiəçi və zərərçəkmiş şəxslərin hüquqi varisləri hüquqi varis3, Nuriyə Qurbanova və hüquqi varis1 tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmü ilə (hakimlər X3 (sədrlik edən), X4 və X2 ibarət tərkibdə) ## ####### 1998-ci il tarixdə Füzuli rayonu, İşıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “xxxx” ASC-nin X42 Füzuli rayon bölməsində əməliyyatçımühasib vəzifəsində işləyən, əvvələr məhkum olunmamış, Füzuli rayonu, İşıqlı kəndində qeydiyyatda olmaqla, Füzuli rayonu, * saylı Qayıdış qəsəbəsi, *** nömrəli evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirlərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalından həbsə alınması, məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının ## ##### 2026-cı il tarixdən hesablanması hökm edilmişdir. İşin halları Təqsirləndirilən şəxs ittiham olunmuşdur ondan ötrü ki, o, ## #### 2025-ci il tarixdə, saat 20 radələrində ## ######## 2032-ci il tarixədək qüvvədə olan etibarnamə əsasında, BD ****** nömrəli, “B1,B,C1,C” dərəcəli sürücülük vəsiqəsi ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, 2017-ci ildə istehsal edilmiş “Kia Sorento” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonu, * saylı Qayıdış qəsəbəsi ilə, * saylı Qayıdış qəsəsəbəsinin arasından keçən hissəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin, 1-ci hissəsinin tələblərini pozaraq maksimum hərəkət sürəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 90 km\saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 90 km\saat sürətdən artıq sürətlə idarə etməklə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsinin, 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə əsasən ötməyə başlamazdan əvvəl qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boş olmasına və nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəyinə əmin olmalı olduğu halda buna əməl etməyib hərəkətini davam etdirərək buna texniki cəhətdən imkanı olmasına baxmayaraq həmin qaydalara əməl etməməklə Füzuli rayonu, Qayıdış 5 qəsəbəsi istiqamətində 50 km\saat sürətlə hərəkətdə olan şahid5 ##.##.2029-cu il tarixədək qüvvədə olan, “BC” kateqoriyalı, AE****** nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Opel Astra” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobili qarşı hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı edərkən qarşı hərəkət zolağında Füzuli rayonu, Qayıdış 6 qəsəbəsi istiqamətində yəni, onunla əks istiqamətdə 60 km\saat sürətlə hərəkətdə olan X6 ##.##.2034-cü il tarixədək qüvvədə olan, “B1,B,C1,C” kateqoriyalı, BC****** nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Mercedes Benz” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı tərəfi ilə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan həmin avtomobilin sürücüsü X6 II-III-IV-V-VI, sağ III-IV-V-VI-VII qabırğaların fraqmentləri yerinidəyişmiş qapalı sınığı, ağciyərin hər iki tərəfdə cırılmaları, iki tərəfli hemotoraks (hər plevra boşluğuna qan yığılması), sol iç topuq sümüklərinin açıq sınığı, sol baldır sümüklərinin yuxarı üçdə-birinin fraqmentləri yerinidəyişmiş açıq sınığı, sol bud sümüyünün orta üçdə-birinin qapalı sınığı, bədən səthinin çoxsaylı sıyrıqları və əzilmiş yaraları, daxili üzvlərin venoz azqanlılığı xarakterli, dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır bədən xəsarətləri almasına, Cehun Qurbanovun aldığı - qabırğaların çoxsaylı sınıqları və ağciyərin cırılmasından törənmiş çoxlu qanitirmə, ağır travmatik şok xarakterli bədən xəsarətləri səbəbindən hadisə yerində ölməsinə, həmin avtomobildə qarşı tərəfdə əyləşmiş sərnişin X7 tağı və kəllə əsası sümüklərinin çoxsaylı, açıq və qapalı qəlpələnmiş və xətti sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, sağ dirsək oynağı sümüklərinin fraqmentləri yerinidəyişmiş açıq sınıqları, sol bud sümüyünün aşağı üçdə-birinin fraqmentləri yerinidəyişmiş qapalı sınığı, bədən səthinin çoxsaylı sıyrıqları və əzilmiş yaraları, daxili üzvlərin venoz azqanlılığı, dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır bədən xəsarətləri almasına, Nicat Qurbanovun aldığı- baş beyin toxumasının əzilməsi, ağır travmatik şok xarakterli bədən xəsarətləri səbəbindən hadisə yerində ölməsinə, həmçinin özünün avtomobilində qarşı sağ oturacaqda əyləşmiş sərnişin X11 alın sümüyünün kəllə əsası sümüklərinə keçən açıq, xətti sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, sol bud sümüyünün aşağı üçdə-birinin fraqmentləri yerinidəyişmiş qapalı sınığı, bədən səthinin çoxsaylı sıyrıqları, dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır bədən xəsarətləri almasına, Elçin Süleymanovun aldığı- baş beyin toxumasının əzilməsi, ağır travmatik şok xarakterli bədən xəsarətləri səbəbindən hadisə yerində ölməsinə, eyni zamanda onun ehtiyatsızlığından idarəetmədən çıxmış avtomobili şahid5 idarə etdiyi “Opel Astra” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub sonuncu avtomobili zədələyərək şahid5 4098 (dörd min doxsan səkkiz) manat maddi ziyan vurmuş, həmçinin Cehun Qurbanova məxsus “Mercedes Benz” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10447 (on min dörd yüz qırx yeddi) manat məbləğində maddi ziyan dəymiş və bununla da o, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan üç şəxsin ölümünə səbəb olmuşdur. Apellyasiya protestinin və şikayətlərinin dəlilləri Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protesti verərək, apellyasiya protestini belə əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə təqsirli bilinib, 5 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini təklif etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə məhkum edilməsi barədə cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü ona cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun həddə azadlıqdan məhrum etmə cəzası təyin edilərək dəyişdirilməlidir. Belə ki, məhkəmə tərəfindən törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, nəticəsi, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün nəzərə alınmamış, cəzanın məqsədini təmin etməyən yüngül cəza təyin edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını, özü və ailəsinin məcburi köçkün statusuna malik olması, atası Aftandil Qənbərovun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən II Qarabağ döyüşlərində iştirak etməsini bununla bağlı “Xocalının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını almasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edib və bu halları hökmdə əsas tutaraq ona aşağı həddə cəza təyin etmişdir. Lakin məhkəmə zərərçəkmiş şəxslərin hüquqi varisləri - hüquqi varis3 İlyas oğlu, hüquqi varis2 və hüquqi varis1 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı israrlı şəkildə şikayətçi olduğunu və sonuncuya ağır cəza təyin olunmasını bildirməsinə baxmayaraq, məhkəmə yuxarıdakı halları cəzanı yüngülləşdirən hallar kimi qəbul etməklə ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsini yalnız təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs maraqları ilə tamamlamış, bununla da cinayət hadisəsi ilə əlaqədar ziyana məruz qalmış tərəf kimi zərər çəkmiş şəxslərin maraqlarını isə nəzərə almamışdır. Məhkəməyədək icraat dövründə və məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi hüquqi varis3 İlyas oğlu bildirmişdir ki, mərhum Elçin Süleymanov oğludur. ## #### 2025-ci il tarixdə saat 19 radələrində Elçin evdə olmuşdur. Həmin vaxt Bəndalı oğlu Elçinlə əlaqə saxlayaraq Beyləqan rayonuna getməyi təklif etmiş və Elçində onun təklifini qəbul edərək avtomobil yuma yerinə getmiş və daha sonra onlar Bəndalıya məxsus avtomobillə yaşadığı evin qarşısına gəlmişlər. Bəndalıya məxsus avtomobilə əyləşərək oradan çıxmış, bundan bir müddət sonra məhlədə səs küy olmasını görüb məhləyə çıxdıqda və məhlədə qarışıqlıq olmasını görmüşdür. Bundan sonra Elçinə məxsus mobil telefona zəng etmiş lakin, Elçin onun zənginə cavab verməmişdir. Maşına əyləşərək asfalt yola çıxmış və Qayıdış 6 qəsəbəsi ilə Qayıdış 5 qəsəbələri arasındakı asfalt yola çıxdıqda yol nəqliyyat hadisəsinin olmasını görüb oraya yaxınlaşdıqda Elçinin yol nəqliyyat hadisəsi nəticəsində ölməsini görmüşdür. Onda olan məlumata görə Təqsirləndirilən şəxs idarə etdiyi Kia Sorento markalı avtomobillə Qayıdış 5 qəsəbəsi istiqamətində hərəkətdə olarkən maşını həddən artıq yüksək sürətlə idarə etmiş, yol ilə hərəkətdə olan avtomobili çox yüksək sürətlə ötüb keçərkən qarşıdan gələn Mercedes Benz markalı avtomobillə toqquşmuş və nəticədə Bəndalının idarə etdiyi avtomobildə olan oğlu Elçin vəfat etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədən ona ağır cəza verilməsini xahiş edir. Məhkəməyədək icraat dövründə və məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi hüquqi varis2 bildirmişdir ki, Cehun Qurbanov onun həyat yoldaşı olmuş, Nicat Qurbanov isə qaynı olmuş, Təqsirləndirilən şəxs əvvəldən tanımamışdır. Qayınatası şahid1 məxsus Mercedes Benz markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Mərhum həyat yoldaşı da həmin avtomobili hərdən bir idarə etmişdir. ## #### 2025-ci il tarixdə saat 06 radələrində Nicatla Cehun qayınatasına məxsus Mercedes Benz markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kərimbəyli kəndinə taxıl biçininə getmişlər. Həmin tarixdə saat 20 radələrində yaşadığı evdə olarkən qayınatası Vaqifə zəng gələrək Cehunla Nicatın yol nəqliyyat hadisəsinə düşməsi bildirilmiş, bundan sonra qayınatası Vaqif dərhal hadisə yerinə getmişdir. Bundan sonra hadisə nəticəsində həyat yoldaşı Cehun, qayını Nicat və başqa bir nəfər şəxsin ölməsini öyrənmişlər. Sonradan Bəndalı adlı şəxs idarə etdiyi Kia Sorento markalı avtomobili yüksək surətlə idarə edərək həyat yoldaşı Cehunun idarə etdiyi Mercedes Benz markalı avtomobillə toqquşmasını öyrənmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədən ona ağır cəza verilməsini xahiş edir. Məhkəməyədək icraat dövründə və məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi hüquqi varis1 bildirmişdir ki, mərhum Nicat Qurbanov həyat yoldaşı olmuş, Ceyhun Qurbanov qayını olmuş, Təqsirləndirilən şəxs isə əvvələr tanımamışdır. Qayınatası şahid1 məxsus Mercedes Benz markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. ## #### 2025-ci il tarixdə saat 06 radələrində Nicatla Cehun qayınatasına məxsus Mercedes Benz markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kərimbəyli kəndinə taxıl biçininə getmişlər. Həmin tarixdə saat 20 radələrində yaşadığı evdə olarkən qayınatası Vaqifə zəng edərək Cehunla Nicatın yol nəqliyyat hadisəsinə düşməsini demiş, bundan sonra Vaqif dərhal hadisə yerinə getmişlər.Bundan sonra hadisə nəticəsində həyat yoldaşı Nicatın, qayını Cehunun və başqa bir şəxsin ölməsini öyrənmişdir. Sonradan Bəndalı adlı şəxs idarə etdiyi Kia Sorento markalı avtomobillə həyat yoldaşı Cehunun idarə etdiyi Mercedes Benz markalı avtomobillə toqquşmasını öyrənmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədən ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs etdiyi əməldən səmimi peşmançılığının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Belə ki, təyin etdiyi cəzanı əsaslandırmaq üçün məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti əməlini etiraf edərək səmimi peşmanlıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirsə də, bunun nədə ifadə olunduğunu hökmdə əsaslandırmamışdır.Lakin Təqsirləndirilən şəxs davranışınlarında belə hərəkətlər müəyyən edilməmişdir. Onun məsuliyyətini yüngülləşdirmək üçün hərəkətlərindən peşmançılıq keçirməsini bildirməsi isə qeyd olunanlara görə cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməzdi. Bundan başqa, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi yol nəqliyyat hadisəsi zamanı ölmüş 3 nəfər zərərçəkmiş şəxslərin hüquqi varislərinə dəymiş ziyanı ödəmədiyi və onlarla barışmadığı halda Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamda nəzərdə tutulmuş yüngül cəza verilməsini və belə bir nəticəyə gəlməsinin səbəblərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində əsaslandırmamış və əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakterini nəzərə almamışdır. İş materiallarında görünür ki, Təqsirləndirilən şəxs ## #### 2025-ci ildə saat 20 radələrində idarə etdiyi avtomobillə Füzuli rayonu, Qayıdış 5 qəsəbəsi istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, əks hərəkət zolağına çıxmış, bu zaman qarşı hərəkət zolağında hərəkətdə olan avtomobillə toqquşması nəticədə ehtiyatsızlıqdan həmin avtomobildə olan 3 nəfər şəxsin - X6, X7 və X11 ölməsinə səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Bundan başqa, məhkəmə əməlindən səmimi peşmançılığının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alsa da, ictimai təhlükəlilik dərəcəsi olduqca yüksək olan, ağır cinayətlər kateqoriyasına aid olan cinayəti törədən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə almasının, nə dərəcədə düzgün, ədalətli və işin obyektiv hallarına uyğun olmasını və belə bir nəticəyə gəlməsinin səbəblərini hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırmamışdır. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 59-cu maddəsində nəzərdə tutulmamış, yəni “yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını” cəzasını yüngülləşdırici hal kimi qəbul etmişdir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs xasiyyətnamə əsasında müsbət xarakterizə edilmişdir. Lakin məhkəmə, Təqsirləndirilən şəxs “yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını” yalnız cəzasını yüngülləşdirən halların siyahısında qeyd etməklə kifayətlənmiş, lakin bunların nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasının nədə ifadə olunmasını məhkəmə hökmünün təsviri-əsaslanlırıcı hissəsində göstərməmişdir.Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 263-cü maddəsində nəzərdə tutulan cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Əlavə obyektini isə insan həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Şərh olunan cinayət maddi tərkibli olduğu üçün CM-in 263-cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ağır cinayətlər kateqoriyasına aiddir. Onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla avtomobili idarə etməsi 3 nəfər insanın ölümünə - ağır nəticələrə səbəb olmuşdur. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyini zamanı yuxarıda sadalanan yüngülləşdirən halları əsas tutmaqla ona aşağı həddə cəza təyin etməkdə haqlı olmamışdır. İşin hallarından isə görünür ki, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin ölümünə səbəb olan Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 263.3-cü maddəsi ilə məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayət qanununun qeyd olunan normalarının, Ali Məhkəmənin Plenumunun qərarında göstərilənlərə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə əhəmiyyət verilməmiş, məhkəmə əsasssız olaraq CMin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü, Təqsirləndirilən şəxs təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən müdafiəçi Müdafiəçi apellyasiya şikayəti verərək, apellyasiya şikayətini belə əsaslandırmışdır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilinərək ona həmin həddə cəza təyin edilməsi qanunsuz və əsassızdır. Cinayət işi üzrə materiallarda təyin edilmiş cəzanın Təqsirləndirilən şəxs şəxsiyyətinə uyğun olmaması yüngül cəzanın təyin edilməsini istisna edən halların olmaması əsaslandırılmamışdır. Azərbaycan Respublikası CM-in 70.1-cı maddəsində göstərilir ki, islah işləri, hərbi xidmət uzıə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin şikayətçi olması ona ağır cəza növünün seçilməsi üçün əsass sayıla bilməz. CM-in 70-ci maddəsində təqsirləndirilən şəxsin islan olunmasının mümkün sayılması anlayışı vardır ki, buda məhkəmə tərəfindən məhz Təqsirləndirilən şəxs barəsində tətbiq edilməsini istisna edən hallar məhkəmə hökmündə əsaslandırılmamışdır. Belə ki, Təqsirləndirilən şəxs uzun müddət sağlamlığında yaranmış problemlərlə bağlı stasionar müalicə almış səhhəti normallaşan kimi isə daim mərhumların ailəsinə maddi və mənəvi yardım göstərməyə çalışmışdır. Yəni şəxs öz əməlinin ictimai təhlükəli nəticələrini dərk etmiş və bundan nəticə çıxararaq onların qarşısında mənəvi borcunu yerinə yetirməyə çalışmışdır. CM-in 59.2-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını, özü və ailəsinin məcburi köçkün statusuna malik olması, atası Aftandil Qənbərovun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən II Qarabağ döyüşlərində iştirak etməsini, bununla bağlı «Xocalının azad olunmasına görə», «Füzulinin azad olunmasına görə» və «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmasını yüngülləşdirci hal kimi nəzərə alındığını qeyd etsədə yekun cəza təyin edərkən bu halları nəzərə almamışdır. Təqsirləndirilən şəx Təqsirləndirilən şəxs daha hümanist yanaşma ilə cəza təyin edilməsini, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmünün cəza hissəsində ləğv edilərək onun barəsində CM-in 70-ci maddəsinin müddəalarının tətbiq edilməsini, şərti cəza təyin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi hüquqi varis3 apellyasiya şikayəti verərək, apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını, özü və ailəsinin məcburi köçkün statusuna malik olması, atası Aftandil Qənbərovun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən II Qarabağ döyüşlərində iştirak etməsini, bununla bağlı “Xocalının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsi CM-in 59.1.10-cu maddəsinə, ilk dəfə az ağır cinayət törətməsi, əməlindən səmimi peşman olması və əməlini səmimi etiraf etməsi CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmənin hökmündə sadalanan yüngülləşdirici hallar məhkəmə tərəfindən cinayət qanununun tələblərinə əməl edilmədən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Hökmdən görünür ki, məhkəmə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını, özü və ailəsinin məcburi köçkün statusuna malik olması, atası Aftandil Qənbərovun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən II Qarabağ döyüşlərində iştirak etməsini, bununla bağlı “Xocalının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını zərərçəkmiş şəxsin hüquqi varisləri razılıq əldə etməyə cəhd edilməsini, təqsirləndirilən şəxsin ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alsa da, bütün bunların nədə ifadə olunduğunu hökmdə əsaslandırmamışdır. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi ilə razılıq əldə etməyə cəhd edilməsi CM-in 59.1.10-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun qohumları zərərçəkmiş şəxsin yas mərasimində iştirak etməmişlər, zərərçəkmiş şəxsin hüquqi varisləri təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətçi olaraq, onunla barışmamış, təqsirləndirilən şəxsə ciddi cəza verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclasında “zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa və cinayət nəticəsində yetirilmiş maddi ziyanın ödənilməsinə cəhd etməsi, lakin qarşı tərəflə razılığa gələ bilməməsi” barədə ifadə versə də, bu dediklərinin konkret nədə ifadə olunmasını, hansı dəlillərlə təsdiq edilməsini göstərməmişdir. Odur ki, məhkəmənin zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alması və Təqsirləndirilən şəxs yüngül cəza təyin etməsi qanunsuz və əsassız hesab edilməlidir. Bundan başqa, CM-in 59.1.1-ci maddəsində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Hazırki cinayət işinin materiallarından müəyyən edilən müstəsna hal ondan ibarətdir ki, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsindən söhbət belə gedə bilməz, çünki, Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Sorento” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin, 1-ci hissəsinin tələblərini pozaraq maksimum hərəkət sürəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 90 km\saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 90 km\saat sürətdən artıq sürətlə idarə etməklə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 51- ci maddəsinin, 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə əsasən ötməyə başlamazdan əvvəl qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boş olmasına və nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəyinə əmin olmalı olduğu halda buna əməl etməyib hərəkətini davam etdirərək buna texniki cəhətdən imkanı olmasına baxmayaraq həmin qaydalara əməl etməməklə 50 km\saat sürətlə hərəkətdə olan şahid5 idarə etdiyi “Opel Astra” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobili qarşı hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı edərkən qarşı hərəkət zolağında onunla əks istiqamətdə 60 km\saat sürətlə hərəkətdə olan X6 idarə etdiyi “Mercedes Benz” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı tərəfi ilə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan həmin avtomobilin sürücüsü X6 ll-lll-IV-V-VI, sağ lll-IV-V-VI-VII qabırğaların fraqmentləri yerinidəyişmiş qapalı sınığı, ağciyərin hər iki tərəfdə cırıİmaları, iki tərəfli hemotoraks (hər plevra boşluğuna qan yığılması), sol iç topuq sümüklərinin açıq sınığı, sol baldır sümüklərinin yuxarı üçdə-birinin fraqmentləri yerinidəyişmiş açıq sınığı, sol bud sümüyünün orta üçdə-birinin qapalı sınığı, bədən səthinin çoxsaylı sıyrıqları və əzilmiş yaraları, daxili üzvlərin venoz azqanlılığı xarakterli, dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır bədən xəsarətləri almasına, Cehun Qurbanovun aldığı qabırğaların çoxsaylı sınıqları və ağciyərin cırılmasından törənmiş çoxlu qanitirmə, ağır travmatik şok xarakterli bədən xəsarətləri səbəbindən hadisə yerində ölməsinə, həmin avtomobildə qarşı tərəfdə əyləşmiş sərnişin X7 tağı və kəllə əsası sümüklərinin çoxsaylı, açıq və qapalı qəlpələnmiş və xətti sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, sağ dirsək oynağı sümüklərinin fraqmentləri yerini dəyişmiş açıq sınıqları, sol bud sümüyünün aşağı üçdə-birinin fraqmentləri yerinidəyişmiş qapalı sınığı, bədən səthinin çoxsaylı sıyrıqları və əzilmiş yaraları, daxili üzvlərin venoz azqanlılığı, dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır bədən xəsarətləri almasına, Nicat Qurbanovun aldığı- baş beyin toxumasının əzilməsi, ağır travmatik şok xarakterli bədən xəsarətləri səbəbindən hadisə yerində ölməsinə, həmçinin özünün avtomobilində qarşı sağ oturacaqda əyləşmiş sərnişin X11 alın sümüyünün kəllə əsası sümüklərinə keçən açıq, xətti sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, sol bud sümüyünün aşağı üçdə-birinin fraqmentləri yerinidəyişmiş qapalı sınığı, bədən səthinin çoxsaylı sıyrıqları, dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır bədən xəsarətləri almasına, Elçin Süleymanovun aldığı- baş beyin toxumasının əzilməsi, ağır travmatik şok xarakterli bədən xəsarətləri səbəbindən hadisə yerində ölməsinə, eyni zamanda onun ehtiyatsızlığından idarəetmədən çıxmış avtomobili şahid5 idarə etdiyi “Opel Astra” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub sonuncu avtomobili zədələyərək şahid5 4098 (dörd min doxsan səkkiz) manat maddi ziyan vurmuş, həmçinin Cehun Qurbanova məxsus “Mercedes Benz” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10447 (on min dörd yüz qırx yeddi) manat məbləğində maddi ziyan dəymiş və bununla da o, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan üç şəxsin ölümünə səbəb olmuşdur. Bu da öz-özlüyündə hadisənin təsadüfi axarı zəminində baş verməsini istisna edir. Hökmdən görünür, məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməklə səmimi peşmanlıq çəkməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, bunun nədə ifadə olunduğunu hökmdə əsaslandırmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsindən sonrakı davranışlarında isə belə hallar müəyyən edilməmişdir. Onun məsuliyyətini və təyin ediləcək olan cəzanı yüngülləşdirmək ücün sadəcə əməlindən peşman olmasını bildirməsi isə, qeyd olunan əsaslara görə cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməzdi. Bundan əlavə, qeyd edim ki, məhkəmənin hökmündə sadalanan yüngülləşdirici hallar məhkəmə tərəfindən qanununun tələblərinə əməl edilmədən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Beləliklə, məhkəmə hökmündə zərərçəkmiş şəxsin hüquqi varislərinin təqsirləndirilən şəxsdən şikayətçi olmağı, onunla barışmamağı, təqsirləndirilən şəxsə ciddi cəza verilməsini məhkəmədən xahiş etməkləri barədə heç bir araşdırma aparılmamış, bütün bunların əsil səbəblərinin müəyyən edilməsinə cəhd edilməmiş, nəyə görə zərərçəkmiş şəxsin hüquqi varisinin, təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini tələb etməyi barədə hökmdə heç bir araşdırma aparılmamış, bunun əsl səbəbinin müəyyən edilməsinə cəhd edilməmişdir. Bundan başqa, məhkəmə sadalanan halları Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alsa da, ictimai təhlükəlilik dərəcəsi olduqca yüksək olan, az ağır cinayətlər kateqoriyasına aid olan cinayəti törədən Təqsirləndirilən şəxs sadəcə qeyd olunan halları onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almanın nə dərəcədə düzgün, ədalətli və işin obyektiv hallarına uyğun olmasını və belə bir nəticəyə gəlməsinin səbəblərini də hökmün təsviriəsaslandırıcı hissəsində əsaslandırmamışdır. Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları pozması nəticəsində ehtiyatsızlıqdan üç nəfərin ölümünə səbəb olması, zərərçəkmiş şəxsin hüquqi varisləri ilə barışıq əldə edə bilməməsi, zərərçəkmiş şəxsin hüquqi varislərinin ondan şikayətçi olması, dəymiş ziyanı ödəməməsi onun əməlinin ictimai təhlükəlilik dərəcəsinin ağırlığına, vurulmuş zərərin həcminə, baş vermiş nəticələrin ağırlığına dəlalət edən hallardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib daha ağır həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi Nuriyə Qurbanova apellyasiya şikayəti verərək, belə əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Sorento” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanh avtomobillə Füzuli rayonu, * saylı Qayıdış qəsəbəsi ilə, * saylı Qayıdış qəsəsəbəsinin arasından keçən hissəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin, 1-ci hissəsinin tələblərini pozaraq maksimum hərəkət sürəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 90 km\saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 90 km\saat sürətdən artıq sürətlə idarə etməklə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 51- ci maddəsinin, 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə əsasən ötməyə başlamazdan əvvəl qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boş olmasına və nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəyinə əmin olmalı olduğu halda buna əməl etməyib hərəkətini davam etdirərək buna texniki cəhətdən imkanı olmasına baxmayaraq həmin qaydalara əməl etməmiş və yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslər Elçin Süleymanov, Cehun Qurbanov və Nicat Qurbanovun ölümünə səbəb olmuşdur. Beləliklə, hazırki cinayət işi üzrə CM-in 263.3-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranmasına səbəb, zərərçəkmiş şəxslər Elçin Süleymanov, Cehun Qurbanov və Nicat Qurbanovun həmin hadisə nəticəsində ölməsi olmuşdur. Beləliklə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmamasını, onlara dəymiş maddi və mənəvi ziyam ödəməməsini, zərərçəkmişin hüquqi varislərinin, Təqsirləndirilən şəxs şikayətçi olmağını və ona ağır cəza təyin edilməsini xahiş etməklərini nəzərə almayaraq, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını, özü və ailəsinin məcburi köçkün statusuna malik olması, atası Aftandil Qənbərovun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən II Qarabağ döyüşlərində iştirak etməsini, bununla bağlı «Xocalının azad olunmasına görə», «Füzulinin azad olunmasına görə» və «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmasını, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsi mövqeyini əsas götürüb Bəndah Qənbərova yüngül cəza təyin etməsi ədalət prinsipləri ilə tamamilə uyğunsuzluq təşkil edir. O məhkəmə iclasında da Bəndah Qənbərova ağır cəza verilməsini xahiş etmişdir. Həmçinin məhkəmənin hökmündə sadalanan yüngülləşdirici hallar məhkəmə tərəfindən qanununun tələblərinə əməl edilmədən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Hökmdən görünür, məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməklə səmimi peşmanlıq çəkməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, bunun nədə ifadə olunduğunu hökmdə əsaslandırmamışdır. Məhkəmə hökmündə təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını, özü və ailəsinin məcburi köçkün statusuna malik olması, atası Aftandil Qənbərovun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən II Qarabağ döyüşlərində iştirak etməsini, bununla bağlı «Xocalının azad olunmasına görə», «Füzulinin azad olunmasına görə» və «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmasını, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Bununla belə, nəyə görə zərərçəkmiş şəxsin hüquqi varislərinin təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini tələb etməsi halı barədə hökmdə heç bir araşdırma aparılmamış, bunun əsil səbəbinin müəyyən edilməsinə cəhd edilməmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını, özü və ailəsinin məcburi köçkün statusuna malik olması, atası Aftandil Qənbərovun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən II Qarabağ döyüşlərində iştirak etməsini, bununla bağlı «Xocalının azad olunmasına görə», «Füzulinin azad olunmasına görə» və «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmasını, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Bundan başqa, məhkəmə sadalanan halları Bəndah Qənbərovun cəzasını yüngülləşdirən hal kimi nəzərə alsa da, ictimai təhlükəlilik dərəcəsi olduqca yüksək olan, az ağır cinayətlər kateqoriyasına aid olan cinayəti törədən Bəndah Qənbərovun sadəcə qeyd olunan halları onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almanın nə dərəcədə düzgün, ədalətli və işin obyektiv hallarına uyğun olmasını və belə bir nəticəyə gəlməsinin səbəblərini hökmün təsviriəsaslandırıcı hissəsində əsaslandırmamışdır. X15 Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Lənkaran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib ən ağır həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi hüquqi varis1 apellyasiya şikayəti verərək, apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə cəza təyin edərkən əsasən Bəndah Qənbərovun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını, özü və ailəsinin məcburi köçkün statusuna malik olması, atası Aftandil Qənbərovun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən II Qarabağ döyüşlərində iştirak etməsini, bununla bağlı «Xocalının azad olunmasına görə», «Füzulinin azad olunmasına görə» və «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmasını, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Bəndah Qənbərov idarə etdiyi “Kia Sorento” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonu, * saylı Qayıdış qəsəbəsi ilə, * saylı Qayıdış qəsəsəbəsinin arasından keçən hissəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin, 1-ci hissəsinin tələblərini pozaraq maksimum hərəkət sürəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 90 km\saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 90 km\saat sürətdən artıq sürətlə idarə etməklə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsinin, 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə əsasən ötməyə başlamazdan əvvəl qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boş olmasına və nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəyinə əmin olmalı olduğu halda buna əməl etməyib hərəkətini davam etdirərək buna texniki cəhətdən imkanı olmasına baxmayaraq həmin qaydalara əməl etməmiş və yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslər Elçin Süleymanov, Cehun Qurbanov və Nicat Qurbanovun ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmamasmı, onlara dəymiş maddi və mənəvi ziyanı ödəməməsini, zərərçəkmişin hüquqi varislərinin, Bəndah Qənbərovdan şikayətçi olmağını və ona ağır cəza təyin edilməsini xahiş etməklərini nəzərə almayaraq, Bəndah Qənbərovun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını, özü və ailəsinin məcburi köçkün statusuna malik olması, atası Aftandil Qənbərovun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən II Qarabağ döyüşlərində iştirak etməsini, bununla bağlı «Xocalının azad olunmasına görə», «Füzulinin azad olunmasına görə» və «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmasını, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsi mövqeyini əsas götürüb Bəndah Qənbərova yüngül cəza təyin etməsi ədalət prinsipləri ilə tamamilə uyğunsuzluq təşkil edir. Bundan başqa, məhkəmə sadalanan halları Bəndah Qənbərovun cəzasını yüngülləşdirən hal kimi nəzərə alsa da, ictimai təhlükəlilik dərəcəsi olduqca yüksək olan, az ağır cinayətlər kateqoriyasına aid olan cinayəti törədən Bəndah Qənbərovun sadəcə qeyd olunan halları onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almanın nə dərəcədə düzgün, ədalətli və işin obyektiv hallarına uyğun olmasını və belə bir nəticəyə gəlməsinin səbəblərini hökmün təsviriəsaslandırıcı hissəsində əsaslandırmamışdır. X15 Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Lənkaran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib ən ağır həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Prosessual məsələlər Apellyasiya baxışında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək və şikayətin məzmununa uyğun çıxış edib onun təmin olunmasını kollegiyadan xahiş etdilər. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisləri hüquqi varis3, Nuriyə Qurbanova və hüquqi varis1 tərəflərindən ayrılıqda verilmiş apellyasiya şikayətlərini müdafiə edərək şikayətlərinin məzmununa uyğun çıxış edib təmin olunmasını kollegiyadan xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X1 apellyasiya protestinin təmin olunmasını kollegiyadan xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, müdafiəçi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxslərin hüquqi varisləri tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, məhkəmənin hökmü isə cəza hissəsində dəyişdirilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, nə ittiham tərəfi, nə də müdafiə tərəfi işin faktiki hallarını və əməlin hüquqi tövsifini mübahisələndirməmiş, dövlət ittihamçısı apellyasiya protestində zərərçəkmiş şəxslərin hüquqi varisləri apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini göstərib, hökmün ona daha yuxarı həddə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətlərinin və ya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək hər bir halda Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin düzgünlüyünü yoxlamışdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq оlunmuş sübutlаrlа, yəni təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin hüquqi varisləri hüquqi varis3 İlyas oğlu, hüquqi varis2 və hüquqi varis1, şahidlər şahid5, şahid3 və şahid1 ifadələri, hadisə yerinə baxış protokolları, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X8dən verilmiş ##.##.2025-ci il tarixli ****/K nömrəli kimyəvi ekspertiza rəyi habelə işdə оlаn digər sənədlərlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsin ittiham olunduğu əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Təqsirləndirilən şəxs təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə kollegiyası əməlin düzgün olaraq CM-in 263.3-cü maddəsi ilə tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Hökmdən görünür ki, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını, özü və ailəsinin məcburi köçkün statusuna malik olması, atası Aftandil Qənbərovun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən II Qarabağ döyüşlərində iştirak etməsini, bununla bağlı “Xocalının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə kollegiyası apelyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib, belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəzanın məqsədlərini təmin etməyən həddə yüngül cəza təyin edilmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri Füzuli rayonu, * saylı Qayıdış qəsəbəsi ilə ** saylı Qayıdış qəsəbələri arasında olan asfalt yolun Füzuli rayonu, * saylı Qayıdış qəsəbəsi ərazisindən keçən hissəsində Qayıdış 5 qəsəbəsi istiqamətində yolun sol hərəkət zolağında yerləşir. Hadisədən qabaq “Mercedes Benz” markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobil Qayıdış 6 qəsəbəsi istiqamətində hərəkətdə olmuş, “Opel Astra” markalı 99-VO438 dövlət nömrə nişanlı avtomaşın isə əks istiqamətdə yəni, * saylı Qayıdış qəsəbəsi istiqamətində hərəkətdə olmuşdur. “Kia Sorento” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs * saylı Qayıdış qəsəbəsi istiqamətində hərəkətdə olan “Opel Astra” markalı **-VO-*** dövlət nömrə nişanlı avtomobili ötmə əməliyyatı edərkən “Mercedes Benz” markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobillə özünə münasibətdə sol hərəkət zolağında toqquşmuş, daha sonra hərəkət zolağında hərəkət edən “Opel” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsi ilə toqquşmuş, daha sonra Mercedes markalı avtomobil Qayıdış 5 qəsəbəsi istiqamətində yolun hərəkət hissəsində, Opel və Kia markalı avtomobil isə Qayıdış 5 qəsəbəsi istiqamətində yolun sağ hissəsində dayanmışlar. Hər üç nəqliyyat vasitəsindən hadisə yerində hər hansı bir tormozlama izləri aşkar olunmamışdır. Toqquşma yeri Qayıdış 5 qəsəbəsi istiqamətində yolun sol zolağında yerləşir. Toqquşma nöqtəsindən yolun sol hissəsinə məsafə 2,75 metrdir. Toqquşmadan sonra zərbənin təsirindən “Mercedes Benz” markalı avtomobil toqquşma nöqtəsindən 11,50 metr məsafədə Qayıdış 5 qəsəbəsi istiqamətində yolun hərəkət hissəsində dayanmışdır. “Kia Sorento” markalı 77-KJ309 dövlət qeydiyyat nişanlı avtomobil isə toqquşma nöqtəsindən 21,60 metr məsafədə yolun Qayıdış 5 qəsəbəsi istiqamətində sol hissəsində, “Opel Astra” markalı avtomobil isə toqquşma nöqtəsindən 21,60 metr məsafədə yolun Qayıdış 5 qəsəbəsi istiqamətində sol hissəsində 25,30 metr məsafədə dayanmışdır. Bundan başqa, “Mercedes Benz” markalı avtomobildən “Kia Sorento” markalı avtomobilə qədər məsafə 8 metr, digər avtomobilə qədər məsafə 10 metr olmuşdur. Həmçinin, “Kia Sorento” markalı avtomobildən asfalt yola qədər məsafə 3,5 metr, “Opel Astra” markalı avtomobildən yola qədər məsafə 2,8 metr olmuşdur. Hadisə yerinə baxış zamanı “Mercedes Benz” markalı, **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobil və “Kia Sorento” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanlarında olan və hadisə zamanı açılmış halda olan üzərində qanabənzər ləkələr olan hava şarlarından nümunələr götürülmüşdür. İş materiallarında olan ## #### 2025-ci il tarixli “X11 meyitinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, müayinəyə düzgün bədən quruluşlu, kafi qidalı, boyu 183 sm olan, kişi cinsli meyit təqdim olunmuşdur. Meyitin əynində olan paltarları: 1. Ağ rəngdə şalvar,2.Qara rəngdə trusik,3.Ağ rəngdə mayka,4.Qara rəngdə futbolka. Üst geyimləri cırılmış və hissəvi olaraq qana bulaşmış haldadır. Meyitin dəri örtüyü və görünən selikli qişaları solğundur. Meyit soyumuşdur. Meyit qacıması yoxlanılan əzələ qruplarında yaxşı inkişaf etmişdir. Meyit ləkələri arxa səthlərdə adacıqlar şəklində yerləşməklə solğun göyümtülbənövşəyimtil rəngdədir, təzyiq etdikdə ağarır, 4-5 dəqiqəyə bərpa olur. Meyitin başının tük örtüyü qara rəngdədir, 3-4 sm uzunluqdadır, sifəti yarıqurumuş qanla bulaşmış haldadır, gözləri qapalıdır, konyuktiva qişaları solğundur, bəbəkləri 0,4 sm diametr ölçüdədir, simmetrikdir. Burun dəlikləri və xarici qulaq keçəcəklərində yarıqurumuş qan qalıqları vardır. Ağzı yarı-açıqdır, dodaqları qurudur, solğundur, görünən dişləri tam və təbiidir, dili ağız boşluğunda sərbəst yerləşmişdir. Boynu bədəninə mütənasibdir, orta yoğunluqda və uzunluqdadır. Döş qəfəsi silindirik formadadır, elastiki və simmetrikdir. Ön qarın divarı qabırğa qövsindən aşağı səviyyədədir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf edib, formalaşmışdır, kişi cinslidir, xayalar xaya kisəsindədir, sonuncunun dərisi açıq-qəhvəyi rəngdə, piqmentasiyalıdır, qırışlıdır. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dəri örtüyü təmizdir, ətrafları mütənasibdir. Xəsarətləri: Alnın sol yarısının tüksüz hissəsində 2,5x0,2 sm ölçüdə kənarları qeyri-düz, bucaqları küt, birləşdirici toxuma atmaları ilə müşayiət olunan yara vardır. Sol çiyin qurşağında 6x4 sm, döş qəfəsinin sol yuxarı yarısında 12x0,2 sm, sağ saidin yuxarı 3\1-nin arxa səthində 4x2 sm, sağ ayaq pəncəsinin üst səthində isə 2x1 sm ölçülərdə səthi ətraf zədələnmiş dəri səviyyəsindən çökək, qurumuş qırmızımtıl rəngdə sıyrıqlar vardır. Sol bud nahiyəsinin aşağı üçdə biri deformasiyalı və əlləmə zamanı patoloji hərəkətlidir. Meyitə baxış zamanı başqa xəsarət aşkar olunmamışdır. İş materiallarında olan ## #### 2025-ci il tarixli “X6 meyitinə baxış keçirilməsi haqqında” protokoldan vı fotoşəkillərdən görünür ki, müayinəyə düzgün bədən quruluşlu, kafi qidalı, boyu 173 sm olan, kişi cinsli meyit təqdim olunmuşdur. Meyitin əynində olan paltarları: 1. Açıq yaşıl rəngli qısaqollu köynək.2.Göy rəngdə cins şalvar.3. Tünd göy rəngdə trusik. Meyitin dəri örtüyü və görünən selikli qişaları kəskin solğundur. Meyit soyumuşdur. Meyit qacıması əzələ qruplarında yaxşı inkişaf etmişdir. Meyit ləkələri arxa səthlərdə adacıqlar şəklində yerləşməklə solğun bənövşəyimtil rəngdədir, təzyiq etdikdə ağarır, 3-4 dəqiqəyə bərpa olur. Başın tük örtüyü qara rənglidir, alın-təpə nahiyələrində keçəldir, 0,5-1 sm uzunluğundadır, gözləri yarı-açıqdır. Birləşdirici toxuma qişaları solğundur, bəbəkləri dairəvi və simmetrikdir, 0,4 sm diametr ölçüdədir. Hər iki xarici qulaq keçəcəkləri və burun dəlikləri sərbəstdir, ağzı yarı-açıqdır, dodaqları qurudur, göyərmişdir. Damaqda dişləri yoxdur, diş yuvaları tam dolmuş və hamarlaşmışdır, dili ağız boşluğunda sərbəst yerləşmişdir. Döş qəfəsi silindirik formadadır, simmetrikdir, elastikdir, ön qarın divarı qabırğa qövsi-səviyyəsindədir. Xarici cinsiyyət üzvləri kişi cinslidir, xayalar xaya kisəsindədir, sonuncunun dərisi qəhvəyimtil rəngdə, piqmentasiyalıdır, qırışlıdır. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dəri örtüyü təmizdir, ətrafları bədənə mütənasibdir. Xəsarətləri: burun belində 1,5x0,2 sm, döş qəfəsi, qarın, sağ said, sağ diz oynağının ön səthində və sağ baldırın orta üçdə-birinin ön səthində ölçüləri 1x0,3 sm-dən 3x1 sm olmaqla səthi ətraf zədələnməmiş, dəri səviyyəsindən çökək qurumuş qırmızımtıl rəngdə qeyrimüəyyən formalı sıyrıqlar vardır. Əlləmə zamanı döş qəfəsinin ön səthində qabırğaların patoloji hərəkətliliyi qeyd olundur. Həmin proyekasiyada qırmızı rəngdə fasiləli formada qeyri-müəyyən formalı dəri-içi qansızma sahələri izlənilir. Sağ xaya nahiyəsində 3,5x2 sm ölçüdə kənarları qeyri-düzgün, bucaqları küt, birləşdirici toxuma atmaları ilə müşayiət olunan yara vardır. Sol iç topuq nahiyəsində mənfəzində topuq sümüklərinin fraqmentləri görünən 3,5x2 sm ölçüdə sol baldırın yuxarı üçdə birinin ön səthində isə mənfəzində baldır sümüklərinin sınıq fraqmentləri qeyd olunan əzilmiş yaralar vardır. Sağ budun orta üçdəbirinin iç səthində 2,5x1 sm ölçüdə mənfəzində bud sümüyünün sınıq fraqmentləri qeyd olunan analoji xarakterli yara vardır. Sağ diz oynağının ön səthində 2,5x2 sm, sağ baldırın orta üçdə-birinin ön səthində isə 10x3 sm ölçülərdə, səthi ətraf zədələnməmiş, dəri səviyyəsindən çökək, qurumuş qırmızımtıl rəngdə qeyri-müəyyən formalı sıyrıqlar vardır. İş materiallarında olan ## #### 2025-ci il tarixli “X7 meyitinə baxış keçirilməsi haqqında” protokoldan vı fotoşəkillərdən görünür ki, müayinəyə düzgün bədən quruluşlu, kafi qidalı, boyu 174 sm olan, kişi cinsli meyit təqdim olunmuşdur. Meyitin əynində olan paltarları: 1. Göy rəngdə yay köynəyi. 2. Göy rəngdə cins şalvar. 3. Qara rəngdə trusik. Meyitin dəri örtüyü və görünən selikli qişaları kəskin solğundur. Meyit soyumuşdur. Meyit qacıması yoxlanılan əzələ qruplarında yaxşı inkişaf etmişdir. Meyit ləkələri arxa səthlərdə adacıqlar şəklində yerləşməklə solğun göyümtül-bənövşəyimtil rəngdədir, təzyiq etdikdə ağarır, 4-5 dəqiqəyə bərpa olur. Başın tük örtüyü qara rənglidir, 2- 3 sm uzunluğundadır. Sifəti yarı-qurumuş qanla bulaşmış haldadır. Gözləri qapalıdır, konyuktiva qişaları solğundur, bəbəkləri 0,4 sm diametr ölçüdədir, simmetrikdir. Burun dəlikləri və xarici qulaq keçəcəklərində yarıqurumuş qan qalıqları vardır. Ağzı açıqdır, dodaqları qurudur, solğundur. Görünən dişləri tam və təbiidir, dili ağız boşluğunda sərbəst yerləşmişdir. Boynu bədəninə mütənasibdir, orta yoğunluqda və uzunluqdadır. Döş qəfəsi silindirik formadadır, simmetrdikdir, elastiki və simmetrdikdir, ön qarın divarı qabırğa qövsindən aşağı səviyyədədir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf edib formalaşmışdır, kişi cinslidir, xayalar xaya kisəsindədir, sonuncunun dərisi açıq-qəhvəyi rəngdə, piqmentasiyalıdır, qırışlıdır. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dəri örtüyü təmizdir, ətrafları bədənə mütənasibdir. Xəsarətləri: sağ gicgah nahiyəsində 6x2 sm, sol qarın nahiyəsində 2,5x1 sm ölçülərdə kənarları qeyri-düz, bucaqları küt, birləşdirici toxuma atmaları ilə müşayiət olunan yaralar vardır. Əlləmə zamanı kəllə-tağı sümüklərinin çoxsaylı patoloji hərəkətliliyi qeyd olunur. Alın nahiyəsinin tüksüz hissəsində qeyri-bərabər qırmızımtıl çəhrayımtıl rəngdə qeyri müəyyən formalı qançır fonunda və döş qəfəsi, yanaq, həmçinin hər iki yuxarı ətraf nahiyələrində ölçüləri 1x0,2 sm-dan 8x0,2 sm olmaqla səthi ətraf zədələnməmiş dəri səviyyəsindən çökək, qurumuş, qırmızımtıl rəngdə çoxsaylı sıyrıqlar vardır. Sağ dirsək oynağının arxa səthində mənfəzində dirsək oynağı sümüklərinin sınmış fraqmentləri qeyd olunan, 3x2 sm ölçüdə anoloji xarakterli əzilmiş yara vardır. Sol bud nahiyəsinin aşağı üçdə-biri deformasiyalı və əlləmə zamanı patoloji hərəkətlidir. Meyitə baxış zamanı başqa xəsarət və dəyişiklik aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X8dən verilmiş ##.##.2025-ci il tarixli ****/K nömrəli kimyəvi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X8dən verilmiş ##.##.2025-ci il tarixli ****/K nömrəli kimyəvi ekspertiza rəyindən görünür ki, şahid5 götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələri ekspertizasından verilmiş ## ###### 2025-ci il tarixli, */**** nömrəli ekspert rəyindən görünür ki, 1. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə Mercedes-Benz markalı, 19-BJ135 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. 2. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Kia Sorento markalı, 77-KJ309 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 90 km\saat sürətdən artıq sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol yərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. 3. Bu sualın cavabı rəyin tədqiqi hissəsində göstərilmişdir. 4. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə “Opel Astra” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü şahid5 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X8 Beyləqan rayon Şöbəsindən verilmiş ## #### 2025ci il tarixli, **/** nömrəli meyitin ekspertiza rəyindən görünür ki, mərhum X11 alın sümüyünün kəllə əsası sümüklərinə keçən açıq, xətti sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, sol bud sümüyünün aşağı üçdə-birinin fraqmentləri yerinidəyişmiş qapalı sınığı, bədən səthinin çoxsaylı sıyrıqları aşkar olunmuşdur. Mərhum X11 meyitində aşkar olunan xəsarətlər ətraf yumuşaq toxumalara yayılmış qansızmaların olmasına görə həyatidir, onun ölümündən az əvvəl küt təsir mexanizminə malik əşyanın (əşyaların) təsiri nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, ##.##.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşın salonunun qabarıq interyerlərinə zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum X11 ölümünə səbəb baş beyin toxumasının əzilməsi, ağır travmatik şok olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X8 Beyləqan rayon Şöbəsindən verilmiş ## #### 2025ci il tarixli, **/** nömrəli meyitin ekspertiza rəyindən görünür ki, mərhum X6 II-III-IV-V-VI, sağ III- IV-V-VI-VII qabırğaların fraqmentləri yerinidəyişmiş qapalı sınığı, ağciyərin hər iki tərəfdə cırılmaları, iki tərəfli hemotoraks (hər plevra boşluğuna qan yığılması), sol iç topuq sümüklərinin açıq sınığı, sol baldır sümüklərinin yuxarı üçdə-birinin fraqmentləri yerinidəyişmiş açıq sınığı, sol bud sümüyünün orta üçdə-birinin qapalı sınığı, bədən səthinin çoxsaylı sıyrıqları və əzilmiş yaraları, daxili üzvlərin venoz azqanlılığı xəsarətləri aşkar olunmuşdur. Mərhum X6 meyitində aşkar olunan xəsarətlər ətraf yumuşaq toxumalara yayılmış qansızmaların olmasına görə həyatidir, onun ölümündən az əvvəl ağır küt travma nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, ##.##.2025-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı avtomaşın salonunun qabarıq interyerlərinə zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum X6 ölümünə səbəb qabırğaların çoxsaylı sınıqları və ağciyərin cırılmalarından törənmiş çoxlu qanitirmə və ağır travmatik şok olmuşdur. X6 götürülmüş qan nümunəsində etil spirti və narkotik tərkibli maddələr aşkar olunmamışdır. İş materiallarında olanAzərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X8 Beyləqan rayon Şöbəsindən verilmiş ## #### 2025ci il tarixli, **/** nömrəli meyitin ekspertiza rəyindən görünür ki, mərhum X7 tağı və kəllə əsası sümüklərinin çoxsaylı, açıq və qapalı qəlpələnmiş və xətti sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, sağ dirsək oynağı sümüklərinin fraqmentləri yerinidəyişmiş açıq sınıqları, sol bud sümüyünün aşağı üçdə-birinin fraqmentləri yerinidəyişmiş qapalı sınığı, bədən səthinin çoxsaylı sıyrıqları və əzilmiş yaraları, daxili üzvlərin venoz azqanlılığı xəsarətləri aşkar olunmuşdur. Mərhum X7 meyitində aşkar olunan xəsarətlər ətraf yumuşaq toxumalara yayılmış qansızmaların olmasına görə həyatidir, onun ölümündən az əvvəl küt təsir mexanizminə malik əşyanın (əşyaların) təsiri nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, ##.##.2025-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı avtomaşın salonunun qabarıq interyerlərinə zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum X7 ölümünə səbəb baş beyin toxumasının əzilməsi və ağır travmatik şok olmuşdur. X7 götürülmüş qan nümunəsində etil spirti və narkotik tərkibli maddələr aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X8 Beyləqan rayon Şöbəsindən verilmiş ## ###### 2025-ci il tarixli, ***/** nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, sol alın və qaş nahiyəsinin əzilmiş yarası, döş qəfəsinin qapalı travması-sağtərəfli zirvə pnevmotoraksı, sağ ağciyərin aşağı payının kontuziyaları, sol bud sümüyünün aşağı üçdəbirinin qapalı, oynaqdaxili, çoxqəlpəli, yerdəyişmiş sınığı, sol diz qapağının qapalı, vertikal yerinidəyişən sınığı, sağ diz qapaq nahiyəsinin əzilmiş yarası, sağ diz qapağının qapalı, çoxqəlpəli yerinidəyişən sınığı, sağ qamış sümüyünün orta üçdə-birinin açıq, qəlpəli, yerdəyişən sınığı, sağ incik sümüyünün başının və orta üçdə-birinin azyerdəyişən qapalı sınıqları aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni baş vermiş yol nəqliyyat qəzası zamanı avtomaşın salonun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan AE ****** nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin” surətindən görünür ki, 2009-cu il buraxılışlı “Opel Astra” minik markalı, **- VO-*** dövlət qeydiyyat nişanlı avtomobil şahid5 mülkiyyətindədir. İş materiallarında olan AC ****** nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin” surətindən görünür ki, 1997-ci il buraxılışlı “Mercedes Benz 220” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil şahid1 mülkiyyətindədir. İş materiallarında olan BD ****** nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin” surətindən görünür ki, 2017-ci il buraxılışlı “Kia Sorento” minik markalı, **- KJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Qənbərov Aftandil Bəndalı oğlunun mülkiyyətindədir. İş materiallarında olan İmişli RQİTBŞ-dan verilmiş BD****** nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ##.##.2022-ci il tarixdən ##.##.2032-ci il tarixədək qüvvədə olan B1, B, C1, C dərəcəli sürücülük hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olan ##.##.2025-ci il tarixli, *-**-**/*-****/**** nömrəli məktubundan görünür ki, “Kia Sorento” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanından kəsilmiş 01 (bir) ədəd hava yastığı üzərində olan qan nümunəsi Təqsirləndirilən şəxs ((##.##.1998-ci il, Füzuli ş.) Füzuli RPŞ-nin ##.##.2025- ci il tarixli, *-**-**/*-****/**** nömrəli məktubu) və **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanından kəsilmiş 01 (bir) ədəd hava yastığı üzərində olan qan nümunəsi isə X6 ((##.##.1986-cı il Füzuli ş.) Füzuli RPŞ-nin ##.##.2025-ci il tarixli *-**-**/*-****/**** nömrəli məktubu) məxsusdur. (Həmin məktuba qoşma olaraq içərisində iki ədəd hava yastığı olan möhürlü, iki ədəd kağız zərf göndərilmişdir.) İş materiallarında olan Füzuli RPŞ-nin DYPB-dən daxil olan raportdan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sisteminə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs BD ****** nömrəli, B1, B, C1, C kateqoriyalı, ##.##.2032-ci ilədək qüvvədə olan sürücülük vəsiqəsi mövcuddur, sürücülük hüququndan məhrum edilməmişdir, “Kia Sorento” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün ##.##.2023-cü il tarixdən ##.##.2032-ci il tarixədək etibarnaməsi mövcuddur. şahid5 AE ****** nömrəli BC kateqoriyalı, ##.##.2029-cu ilədək qüvvədə olan sürücülük vəsiqəsi mövcuddur, sürücülük hüququndan məhrum edilməmişdir, “Opel” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobil şahid5 mülkiyyətindədir. X6 BC ****** nömrəli B1,B,C1,C kateqoriyalı, ##.##.2024-cü il tarixdən ##.##.2034-cü il tarixədək qüvvədə olan sürücülük vəsiqəsi mövcuddur, sürücülük hüququndan məhrum edilməmişdir. “Mercedes Benz” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün ##.##.2024-cü il tarixdən ##.##.2034-cü il tarixədək etibarnaməsi mövcuddur. Yol nəqliyyat hadisəsinin baş verdiyi ərazidə maksimal sürət həddi 90 km\saat-dır, ərazidə videomüşahidə kameraları yoxdur. İş materiallarında olan ## ###### 2025-ci il tarixli «maddi sübut kimi tanınma haqqında» qərarla “Kia Sorento” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz” markalı **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sükanından götürülmüş hava yastıqları maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Cəlilabad rayonu fiziki şəxs X5 (VÖEN **********) tərəfindən təqdim olunan aktdan görünür ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində “Opel Astra” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4098 (dörd min doxsan səkkiz) manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan “Sərxan Avtomotoservis və Ticarət Firmasından” verilmiş ## ###### 2025-ci il tarixli SA*** nömrəli ziyan aktından görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10447 (on min dörd yüz qırx yeddi) manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan Qənbərov Aftandil Bəndalı oğlu ##.##.2025-ci il tarixdə ərizə ilə Füzuli RPŞ-yə müraciət edərək ona məxsus “Kia Sorento” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi və ona dəymiş maddi ziyanla bağlı hər hansı tələbinin olmamasını bildirmişdir. İş materiallarında olan Füzuli RMX-dan daxil olan ## ###### 2025-ci il tarixli, 18-1- **/- ***/**** nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan qəbzdən görünür ki, “Opel Astra” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və ##.##.2025-ci il tarixdə mülkiyyətçisi şahid5 qaytarılmışdır. İş materiallarında olan qəbzdən görünür ki, “Mercedes Benz” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və ##.##.2025-ci il tarixdə mülkiyyətçisi şahid1 qaytarılmışdır. İş materiallarında olan qəbzdən görünür ki, “Kia Sorento” markalı **-KJ- *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və ##.##.2025-ci il tarixdə mülkiyyətçisi Qənbərov Aftandil Bəndalı oğluna qaytarılmışdır. İş materiallarında olan Füzuli rayon 6 Qayıdış qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ali təhsillidi, xxxx ASC-nin X42 Füzuli rayon bölməsində əməliyyatçı-mühasib vəzifəsində işləyir, subaydır, əvvəllər məhkum olunmamışdır, yaşayış yerindən təqdim olunmuş xasiyyətnamə ilə müsbət xarakterizə edilir. İş materiallarında olan vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs özü və ailəsi məcburi köçkün statusuna malikdir, atası Qənbərov Aftandil Bəndalı oğlu Azərbaycan Respublikasının Ərazi Bütövlüyü Uğrunda gedən II Qarabağ döyüşlərində iştirak etməklə İ-***** nömrəli “Xocalının azad olunmasına görə”, İ-***** nömrəli “Füzulinin azad olunmasına görə” və İ-***** nömrəli “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan ##.##.2026-cı il tarixli Füzuli RPŞ-nin İB-nin müstəntiqi İsmayılov İsmayıl Musa oğlunun qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi yol nəqliyyat hadisəsi zamanı ölmüş 3 nəfər zərərçəkmiş şəxslərin hüquqi varislərinə dəymiş ziyanı ödəmədiyi və onlarla barışmadığı halda Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamda nəzərdə tutulmuş yüngül cəza verilməsini və belə bir nəticəyə gəlməsinin səbəblərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində əsaslandırmamış və əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakterini nəzərə almamışdır. Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası iş materiallarını və işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Həqiqətən də hazırkı cinayət işi üzrə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 263-cü maddəsində nəzərdə tutulan cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Əlavə obyektini isə insan həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Şərh olunan cinayət maddi tərkibli olduğu üçün CM-in 263-cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ağır cinayətlər kateqoriyasına aiddir. Onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla avtomobili idarə etməsi 3 nəfər insanın ölümünə - ağır nəticələrə səbəb olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Kollegiya təqsirləndirilən şəxsin şəxsiyyətini, ona istinad olunan cinayət əməlinin ağırlığını və ictimai təhlükəlilik dərəcəsini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, nəzərə almaqla, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin olunmuş cəza yuxarıda qeyd edilən Plenum qərarının tövsiyələrinə, həmçinin CM-in 41.2ci maddəsində nəzərdə tutulmuş məqsədlərə mütənasib olmamışdır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin verdiyi apellyasiya şikayəti əsassız olduğundan, eyni zamanda apellyasiya protestinin və zərərçəkmiş şəxslərin hüquqi varisləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri qismən əsaslı olduğundan apellyasiya protesti və zərərçəkmiş şəxslərin hüquqi varisləri tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın həddi artırılmaqla dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya protesti və apellyasiya şikayətləri üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxslərin hüquqi varisləri tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmü əsas cəza hissəsində dəyişdirilməli, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təyin edilmiş 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti artırılaraq 08 il müddətində müəyyən edilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404, 405, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxslərin hüquqi varisləri hüquqi varis3, Nuriyə Qurbanova və hüquqi varis1 tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmü cəza hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə təyin edilmiş cəza dəyişdirilərək, ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-287/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-287/2026
18.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver