Məhkəmə qərarları › İş №1(3-9)-288/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-288/2026

24.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-288/2026 24.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Ağabəyov Nicat Rauf oğlu (sədrlik edən), Sultanov Cavid Rizvan oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, məhkum edilmiş şəxsin müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 və zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis iştirakları ilə MÜƏYYƏN ETDI: ## ###### 1972-ci il tarixdə Sabirabad rayonu Mürsəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum edilməmiş, Sabirabad rayonu Mürsəlli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, həmçinin həmin hökmlə iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. IŞIN HALLARI Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmaqla ##.##.2025-ci il tarixdə saat 23 radələrində anası X8 ilə birgə yaşadığı Sabirabad rayonu, Mürsəlli kəndindəki evlərinə gəlmiş, X9 onun gecə gec saatlarında sərxoş halda evə gəlməsinə iradını bildirsə də, o, buna əhəmiyyət verməmiş, əksinə, Sabirabad Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli qətnaməsi ilə nikah münasibətləri pozulmaqla ondan boşanmış arvadı şahid5 ilə münasibətlərinə son qoyulmasında X9nı günahlandırmış, buna görə sonuncu ilə mübahisə etmiş, ailə münaqişəsi zəmnində baş vermiş həmin mübahisə zamanı o, qisas niyyəti ilə X9nı öldürmək məqsədi ilə sonuncunun üzərinə hücum etmiş, həmin vaxt oğlu tərəfindən özünə qarşı edilən zorakı hərəkətlərin mahiyyətini dərk etsə də, ##.##.1940-cı il tarixdə anadan olmaqla yaşı və fiziki qüsurlarına görə ona müqavimət göstərmək imkanına malik olmayan, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Balabikə Zeynalovanı evin pilləkəni önündə tutaraq qəsdən öldürmək məqsədi ilə boğaz nahiyəsindən yapışıb təxminən 10 saniyə müddətində boğmuş, daha sonra yumruq və təpikləri ilə baş və bədənin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbələr endirməklə, Balabikə Zeynalovanın sağ almacıq sümüyü proyeksiyasında, burnun belində, sol almacıq sümüyü proyeksiyasında, sağ əlin üst səthində 2- 3-cü əl darağı sümüyü proyeksiyasında, çənəaltı nahiyədə yaralar, alt və üst dodaqda qansızma, sağ və sol gözaltı nahiyədə, hər iki almacıq sümüyü proyeksiyasında, hər iki yanaq proyeksiyasında, alt çənə, boynun ön səthində, sol körpücük sümüyü proyeksiyasında, sağ bazunun yuxarı 1/3-də bayır səthdə, sağ saidin orta 1/3-də, sağ əlin üst səthində, sol saidin yuxarı 1/3-də bayır səthdə, sol əlin üst səthində qançırlarla müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül və alın-təpə sümüklərinin açıq xətti sınığı, sınıq proyeksiyasında baş beyinin sərt və yumşaq qişasında, baş beyin toxumasında qansızma, alın nahiyəsində yara ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuş, həmin vaxt Balabikə Zeynalovanın son nəfəsini verdiyini görüb artıq öldürdüyünü yəqin edərək, törətdiyi qətlin gizli qalması, məsuliyyətdən yayınmaq məqsədi ilə ##.##.2025-ci il tarixdə saat 04:45:05-də Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin “102” xidmətinə zəng edərək, anasının döyülməsi barədə məlumat vermiş, həmin vaxt hadisə yerinə gəlmiş Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Rayon Mərkəzi Xəstəxanasına aparılmış Balabikə Zeynalova, onun tərəfindən yetirilmiş ağır xəsarətlərdən ##.##.2025- ci il tarixdə saat 07:35-də xəstəxanada öldüyündən o, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan X9nı öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. APELLYASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçiləri müdafiəçi2 və müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, təqsirləndirilən A. Zeynalovun AR CM-nin 120.2.9-cu maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmır, buna görə həmin ittiham üzrə ona bəraət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü CM-nin 120.2.9-cu maddəsi ilə təqsirli bilməyərək ifadəsində və verilən suallara cavab olaraq göstərmişdir ki, iyulun 13-ü axşam saat 7-də evə gəlmiş, yemək bişirmək üçün toyuq kəsmiş, həmin vaxt anası yatmışdır, evdə olarkən yadına düşmüşdür ki, telefonu Kürdəmirdə yemək yediyi yerdə qalmışdır. Saat 8-də evdən çıxıb Kürdəmirə getmiş, telefonunu götürmüşdür. Evə gələndə anası pilləkəndə yıxılmış, sağ tərəfi üstə uzanmış, sağ tərəfindən xəsarət almışdır. Əvvəllər də belə hal olmuş, anası yaşı ilə əlaqədar yaxşı veriyə bilməmiş və yerə yıxılmışdır. Anasını qaldıranda anası əlindən yerə düşmüş, anasını yatdığı çarpayıya uzatmışdır. Evə gələndə gecə saat 12 olmuş, saat 04-də polisə zəng etmişdir. Əvvəllər də belə hallar olduğu üçün anasının ayılacağını düşünmüş, zəng edib anasının yıxılmasını, döyülməyə oxşadığını demişdir. Anası pilləkənin yuxarısında, birinci pillənin tinində yıxılmışdır. 4 il əvvəl boşanmağının anası ilə əlaqəsi olmamışdır. Polislər gəldikdən sonra təcili tibbi yardım çağırmışlar. Mürsəlli kəndindəki evdə anası ilə birgə yaşamışdır. Heç vaxt anasını döyməmişdir. Anası xəsarətləri pilləkəndə yıxılmaqla almışdır, özü anasını yatdığı çarpayıya apararkən anası əlindən yerə düşmüşdür. Bəzi xəsarətləri həmin vaxt da ala bilərdi. Anasına o baxmış, yemək-içməyini özü hazırlayıb anasına vermişdir, ticarətlə məşğul olması ilə əlaqədar evdə olmadıqda anasını qonşusuna və bacısına tapşırmışdır. Polis şöbəsində döyülmüş, təzyiqə məruz qalmışdır. Cinayət işi üzrə zərər çəkmiş şəxsin hüquqi varisi Hüquqi varis ifadəsində göstərmişdir ki, Balabikə Zeynalova anasıdır, anasının 86 yaşı olmuşdur. Son 10 ildə xəstə olmuşdur. Ona qardaşı Ağamirzə baxmışdır. Hadisədən bir həftə əvvəl qardaşı evdə olmadığı üçn anasına baxmağı ona tapşırmış, o gələndə anasının hamamda yıxıldığını görmüşdür, yaşı və xəstəliyi ilə əlaqədar anası həmişə özündə olmamış, huşu gedib gəlmişdir. 3 gün sonra qonşu ona zəng edərək anasının iməkləyib küçəyə su kanalının yanına çıxdığını demiş, o da gəlib anasını evə aparmışdır. Hadisə günü anasının yanında olmuş, evdə usta da olmuşdur, qardaşı evə gəldiyi üçün o çıxıb getmişdir. Axşam anasının pilləkəndən yıxıldığını, qardaşının anasını çarpayısına apararkən anasının qardaşının əlindən sürüşüb yerə dəydiyini eşitmişdir. Qardaşı anasını sillə ilə vurmağı barədə ona deməmişdir, istintaqda o cür ifadə verməmişdir, anasının əlləri həmişə qara olmuşdur, belə ki, anası çox yaşlı olduğundan onun bədəninə toxunulan yer dərhal qaralmışdır. Anasının meyitini özü yumuşdur, bu zaman anasının başında hər hansı xəsarət olmamışdır. Evdə qan ləkələri olmamış və o, hadisə baş verən evdən qan ləkələrini təmizləməmişdir. Ibtidai istintaq zamanı da zərərçəkmiş şəxsin hüquqi varisi kimi eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında dindirilmiş şahid şahid2 ifadəsində Ağamirzə ilə qonşu olduğunu, Ağamirzənin zəhmətkeş adam olduğunu göstərmişdir. Daha sonra o ifadəsində qeyd etmişdir ki, Ağamirzə alverə gedərdi, bu zaman anasını və həyətini ona tapşırarmış, anasına Ağamirzə baxmış, onun yeməyini özü bişirib anasını yedizdirmiş, çayını vermişdir. Hadisə günü Ağamirzənin evinə girməmiş, buna görə də onun evində qan ləkələrini görməmişdir. Yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, Təqsirləndirilən şəxs CM-nin 120.2.9-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirmək üçün sübutlar yetərli deyil. A. Zeynalovun anası X19 həyatdan məhrum etməsi üçün hər hansı bir ciddi əsası olmamışdır. Son 10 il ərzində özünün baxıb qulluq etdiyi, xörəyini bişirib yedirdiyi anasını nədən öldürsün. Arvadı ilə boşanmasında anasının səbəbkar olmasını düşünmək üçün heç bir əsas yoxdur. Keçmiş arvadı ilə boşanmasından 2 ildən çox vaxt keçmişdir. A. Zeynalov əgər belə düşünsəydi bu niyyətini boşanmadan az sonra reallaşdırardı, daha 2 il sonra yox. Digər tərəfdən A. Zeynalovun anasını həyatdan məhrum etmək kimi niyyəti olsaydı bu niyyəti həyata keçirməyin çoxsaylı, gizli qalan, üstü açıla bilməyən yollarından istifadə edərdi. Belə bir niyyəti olsaydı məhz həmin gecə də həyata keçirə bilərdi. Bunu həyata keçirməkdə ona hər hansı bir maneə yox idi. Belə bir əməli törədib polisə gedərdi. Belə bir niyyəti olsaydı məhz həmin gecə də həyata keçirə bilərdi. Bunu həyata keçirməkdə ona hər hansı bir maneə yox idi. Belə bir əməli törədib polisə məlumat verməsi də çox absurddur. O, DlN-nin 102 qaynar xəttinə zəng edəndə anası ölməmişdi, həyatda idi. Ibtidai istintaqın topladığı sübutlar mötəbər hesab edilsə belə, baxmayaraq müdafiə tərəfi olaraq həmin sübutları mötəbər hesab etmir, gəldiyi nəticəsini əsaslı hesab etmək olmaz. Ibtidai istintaq orqanı topladığı sübutlara əsasən də A. Zeynalovun əməlini düzgün tövsif etməmişdir. Cinayət işində olan sənədlərlə də təsdiq olunur ki, Balabikə Zenalova xəstəxanaya gətiriləndən 3-4 saat sonra vəfat etmişdir. Xəstəxanaya gətiriləndə B. Zeynalova sağ olmuşdur. Belə olan halda A. Zeynalovun əməli AR CM-nin 126.3-cü maddəsi ilə tövsif edilməli idi. Müdafiəçi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, iyulun 13-ü axşam saat 7-də evə gəlmiş, yemək bişirmək üçün toyuq kəsmiş, həmin vaxt anası yatılı olmuşdur. Evdə olarkən yadına düşmüşdür ki, telefonu Kürdəmirdə yemək yediyi yerdə qalmış, saat 8-də evdən çıxıb Kürdəmirə getmiş, telefonunu gətirmişdir. Evə gələndə anasının pilləkəndə yıxılıb sağ tərəfi üstə uzandığını görmüşdür. Anasını qaldıranda anası əlindən yerə düşmüş, sonra öz yerinə uzandırmışdır. Həmin vaxt anası xırıldamışdır. 102 xidmətinə zəng edib anasının öldüyünü məlumat vermiş, onlar gəldikdən sonra təcili tibbi yardımı çağırmışlar. Bundan sonra izahat vermək üçün onu şöbəyə aparmışlar. Onun səhvi o olmuşdur ki, o, anasının öldüyünü bildikdən 4 saat sonra 102 xidmətinə zəng edib məlumat vermişdir, həyətdə cəmi bir ev olmuş, həmin evdə anası ilə birgə yaşamışdır, hadisədən əvvəl heç vaxt anasını vurmamışdır, hadisədən əvvəl anasının üzündə xəsarətlər olmamışdır, anası həmin xəsarətləri yıxılaraq almışdır, heç kim, o cümlədən o, özü anasını döyməmiş, anası pilləkəndə onun əlindən bir neçə dəfə yıxılmışdır, pilləkənin hündürlüyü 1,5 metr olardı, anasını qaldırarkən yüngül sərxoş olmuşdur, özündə olmadığından 102 xidmətinə 4-5 saat sonar məlumat vermişdir, anasının yıxıldığı, lakin, döyülməyə oxşadığını demişdir, o, Kürdəmir rayonuna qayıtmamışdan usta evdə olmuş, işini qurtarıb getmişdir, o, evdən çıxanda usta da çıxıb getmişdir, 2022-ci ildə anası və keçmiş yoldaşı Günel onun barəsində onları döymələri barədə polisə müraciət edəndə də o, heç kimi döyməmişdir, anasına 10 il o qulluq etmişdir, anasını öldürməmişdir. Hüquqlarını müdafiə etdiyi şəxsin anasını öldürmək niyəti olmayıb, Anası onun əlindən sürüşüb yıxılaraq həmin xəsarətləri onda olmışdır. Anasının pilləkəndə yıxılıb sağ tərəfi üstə uzandığını görmüşdür. Anasını qaldıranda anası əlindən yerə düşmüş, sonra öz yerinə uzandırmışdır. Iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs onların qardaşıdır, anasının 86 yaşı olmuş, son 10 ildə xəstə olmuş, ona qardaşı Ağamirzə baxmışdır, gecələr ona qardaşı Ağamirzə, gündüzlər o baxmışdır. Hadisədən 1 həftə əvvəl, qardaşı malqaranı apardığından, ona anasına baxmağı tapşırmış, o, gələndə anasının hamamda yıxıldığını görmüşdür. Anasının huşu gedib-gəlmiş, 3 gün sonar qonşu ona zəng edərək anasının su kanalının yanına çıxdığını bildirmiş, o, gəlib anasını evə aparmış, bundan xəbər tutan qardaşı Ağamirzə ona təşəkkür edərək nə yaxşı anasını evə gətirdiyini, əks halda anasının başına bir iş gəlsəydi camaatın Ağamirzə anasınını öldürüb kanala atdı” deyə düşünəcəyini demişdir, hadisə günü anasının yanında olmuş, qardaşı ona zəng edib evə gəldiyini demiş, qardaşı gəldiyinə görə o, öz evinə getmişdir. Həmin vaxt evdə usta olmuşdur. Axşam anasının pilləkəndən yıxıldığını, qardaşı anasını qaldıranda anasının qardaşının əlindən sürüşüb yerə düşdüyünü öyrənmişdir. Qardaşı arvadından ayrılmaqda anasını günahlandırmışdır, hadisədən əvvəl anası hamamda yıxılıb uzanmış, bu barədə 103 xidmətinə məlumat verməmiş, hər gün yıxıldığı üçün məlumat verməmişdir, qardaşı anasına şillə vurması barədə ona deməmişdir, istintaqda o cür ifadə verməmişdir, anasının əlləri həmişə qara olmuş, belə ki, yaşlı olduğundan, toxunanda dərhal qaralmışdır, evdəki qanı təmizləməmiş, bu barədə ifadə verməmişdir, qohumları Aftandil iyulun 11-i Aftandil onlara gəlib anasıyla bağlı səs küy salmaqları, nalayiq ifadələr işlətməmələri barədə irad bildirməmişdir. Qardaşı anasını öldürməmiş, öldürsəydi şikayətçi olardı. Qardaşı Təqsirləndirilən şəxsla barışmışdır, ondan şikayəti yoxdur. Qeyd etmək istəyir ki, iş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi Hüquqi varis istintaqda ona ifadəsi elan edilməmiş və ona müstəntiq tərəfindən lakin imzalanmağı bildirilmişdir. Iş üzrə dindirilmiş şahid şahid1 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır, hadisə barədə ona şahid2 zəng edərək təcili tibbi yardımla polis maşınlarının gəldiyini, anasını apardıqlarını, qardaşı Təqsirləndirilən şəxs da şöbəyə aparıldığını demişdir. Hadisə barədə soruşduqda ona Ağamirzənin içkili halda evə gəlib, sonra yenə qayıdıb harasa getdiyi bildirilmişdir. Anasının ölümü ilə bağlı anası və qardaşının dalaşdığını, söz-söhbətlərinin olduğu ona deyilmişdir, kənd camaatı yas yerində Ağamirzənin anasını döyüb öldürdüyünü danışmışdır, əvvəllər də anası ilə Ağamirzə dalaşmışdır, qardaşı anasına görə boşanmışdır, belə ki, anasının çətin xasiyyəti olmuş, gəlinlə dolanmamışdır, anası özü sərbəst gəzə bilməmiş, Ağamirzə onu gəzdirmiş, qulluğunda durmuşdur, anasının şüuru son vaxtlar gedibgəlmişdir, əvvəllər Ağamirzə anasını döyməmişdir, anasının ölüm səbəbini dəqiq bilməmiş, dəqiqləşdirmək üçün polisə müraciət etməmişdir. Iş üzrə dindirilmiş şahid şahid2 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, Ağamirzə ilə qonşu olmuşdur, Balabikə Zeynalovanın ölümü ilə bağlı kənd camaatı hərə bir söz danışır, Ağamirzə zəhmətkeş adam olmuşdur, ancaq içki aludəçisi olmuşdur, onların evinin arasında su kanalı olmuşdur, həyətdə səs olanda onların evinə gəlmişdir, iyulun 11-i Ağamirzə öz-özünə nalayiq sözlər söydüyünə görə ona ailə-uşaq olduğunu, belə etməməsini bildirmişdir. Hadisədən sonra evə girməmiş, istintaqda evdə qan ləkəsi gördüyünü deməmişdir. Iş üzrə dindirilmiş şahid şahid4 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, kənddən eşitmişdir ki, atası içkili halda nənəsi ilə dalaşmışdır, hadisə belə baş vermişdir, hadisəni görməmişdir, atası içkili olanda çox vaxtı dava salmışdır, nənəsi ilə də davaları olmuşdur, atasının nənəsini döydüyünün şahidi olmamışdır, kənd camaatından eşitmişdir ki, atası içkidən ayıldıqdan sonra polisə zəng edib anasının öldüyünü bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 41.2 və 58.3-cü maddələri). Təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Ali Məhkəmənin ## #### 2003-cü il tarixli Plenum Qərarında qeyd olunmuşdur ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçıIıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cinayət Məcəlləsinin Komentariyasına əsasən CM-in 126.3-cü maddəsində qəsdən sağlamlığa ağır zərər vurmanın xüsusilə ağırlaşdırici tərkib əlaməti - CM-in 126.1-ci və 126.2- ci maddələrində nəzərdə tutulmuş əməllərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması göstərilmişdir. Isintaq və məhkəmə təcrübəsində qəsdən sağlamlığa ağır zərər vurmanın qeyd edilən xüsusilə ağırlaşdırici tərkib əlamətinin qəsdən adam öldürmədən fərqləndirilməsi bir sıra çətinliklər yaradır. Ona görə də qəsdən adam öldürmənin ehtiyatsızliqdan zərərçəkmişin ölümünə səbəb olan qəsədən sağlamlığa ağır zərər vurmadan fərqləndirilməsinin meyarlarinın dəqiq müəyyən edilməsi mühüm təcrübi əhəmiyyətə malikdir. Bu iki cinayət bir-birindən ən əvvəl obyektiv meyar üzrə fərqlənir. Belə ki, qəsdən sağlamlığa ağır zərər vurma zamanı baş verən ölüm təqsirkarın əməlinin sonrakı nəticəsidir. Onun əməlinin ilkin nəticəsi isə məhz CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş əlamətlərdən biri üzrə müəyyən edilən sağlamlığa vurulmuş ağır zərərdir. Baş vermiş ölüm isə artıq sağlamlığa vurulmuş ağır zərərin nəticəsidir. Ona görə də təqsirkarın əməlini CM-in 126.3-cü maddəsi üzrə tövsif edərkən sağlamlığa vurulmuş ağər zərərlə baş vermiş ölüm arasında səbəbli əlaqə müəyyən edilməlidir. Təhlil edilən cinayətlər daha çox subyektiv meyar üzrə fərqlənir. Lakin təqsirkarın əməlini CM-in 126.3-cü maddəsi üzrə tövsif edərkən cinayət tərkibinin subyektiv cəhətini müəyyən etmək çox mürəkkəb olur. Belə ki,bu əməl təqsirin qarışıq forması ilə törədilir: şəxsin təqsiri sağlamlığa ağır zərər vumaya münasibətdə qəsddən, ölümə münasibətdə isə ehtiyatsizliqdan ibarət olur. Burada təqsirkarın qəsdi ilə yalnz əməlin ilkin nəticəsinin (sağlamlığa ağır zərər vurmanın) əhatə olunduğunu, sonrakı nəticənin (ölümün) isə qəsdlə əhatə olunmadığını müəyyən etmək üçün bir sıra hallara diqqət yetirilməlidir. Nəzərə alınmalı olan həmin hallar sırasına zərər yetirilən bədən nahiyəsinin həyat üçün mühümlük dərəcəsini, zərər yetirmənin üsulunu, istifadə edilən alət və ya vasitəni, təqsirkarın əməli törətdikdən əvvəlki davranışını, onun zərərçəkmişlə münasibətini, əməl törədildikdən sonrakı davranışını aid etmək lazımdir. Məsələn, qəsdən adam öldürmə zamanı, bir qayda olaraq, mühüm həyati əhəmiyyətə malik olan nahiyələrə (kəlləyə, döş və ya qarın boşluğuna və s.) təhlükəli üsul və vasitələrlə (odlu və ya soyuq silah-la, güclü təsirli maddələrlə və s.) xəsarət yetirilir. Hüquqların müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs anasına hər hansı bir təhlükəli üsul və vasitələrlə xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxsə vurulan zərərin yetirildiyi bədən nahiyəsi, habelə zərərin yetirilməsinin üsul və vasitələri zərərçəkmiş şəxsin ölümünün baş verə biləcəyini təqsirkarın qabaqcadan görməsini istisna etdikdə, əməl CM-in 126.3-cü maddəsi üzrə tövsif edilməlidir (məsələn, zərərçəkmiş şəxsin qıç nahiyəsinə məişət biçağı ilə yetirilmiş zərər nəticəsində onun qan itirərək ölməsi). Qəsdən adam öldürməni CM-in 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayətdən fərqləndirmək üçün yetirilmiş zərərlə baş vermiş ölüm arasında keçən müddətin uzun və ya qısa olması da həlledici əhəmiyyət kəsb etmir. Belə ki, qəsdən adam öldürmə zamanı zərərçəkmiş aldıği zərərdən xeyli müddət keçdikdən sonra da ölə bilər (məsələn, odlu silah yarasıalmış şəxs bir neçə gündən sonra ölür), əksinə, sağlamlığa ağır zərər vurmadan sonra da baş verə bilər (məsələn, zərərçəkmiş şəxsin qan itirmə nəticəsində bir neçə dəqiqədən sonra ölməsi). CM-in 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti ehtiyatsızlıq-dan adam öldürmədən(CM-in 124-cü maddəsi) fərqləndirmək də çətinlik yaradır. Burada nəzərə almaq lazımdır ki, ehtiyatsızliqdan adam öldürməzamanı cinayət törədən şəxsin təqsiri yalnız ehtiyatsizliqdan ibarətdir,yəni o, nəinki ölümün baş verəcəyini, hətta zərərçəkmiş şəxsin sağlamliğina ağir zərər vurulacağını da qabaqcadan görmür, lakin lazımi diqqət və ehti yatliliq göstərərək baş verəcək nəticəni qabaqcadan görməli idi və görə bi-lərdi. CM-in 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət isə təqsirin qarışiq formasi ilə törədilir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo Ispaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Habelə Insan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. PROSES IŞTIRAKÇILARININ DƏLILLƏRI Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdi və şikayətin məzmununa uyğun çıxış edib onun təmin olunmasını kollegiyadan xahiş etdi. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələbinin olmadığını bildirərək, nəzərə alınmasını kollegiyadan xahiş etdi. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X1 apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 120.2.9-cu maddəsi ilə tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, təqsirləndirilən şəxsə bəraət verilməsi, əməlinin hüquqi tövsifinin dəyişdirilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı təqsirləndirilən və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə təqsirləndirilən və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını təqsirləndirilən və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmənin hökmü cəza hissəsində dəyişdirilməlidir. Apellyasiya şikayətlərindən görünür ki, təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 təqsirləndirilən şəxsin əməlində CM-in 120.2.9-cu maddəsinin tərkibinin olmadığını qeyd etməklə ona bəraət verilməsini, digər müdafiəçi müdafiəçi1 isə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasını CM-in 120.2.9-cu maddəsindən CM-in 126.3-cü maddəsinə tövsif edilməsini, apellyasiya baxışında iştirak edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs isə təqsirli olmadığını və ona bəraət verilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 26 və 61-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 92.16.3-cü maddəsində nəzərdə tutulan “müdafiəçinin cinayət prosesində iştirakını istisna edən hallar” müddəasının həmin Məcəllənin 19.6, 32, 92.10 və 114cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyi ittiham üzrə müdafiəçinin cinayət əməlinin daha yüngül maddə ilə tövsif edilməsinə dair müraciətinə müdafiə olunan şəxsin etirazı olmadığı halda, müdafiəçinin icraatın sonrakı mərhələsində iştirak etməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş müdafiə hüququnun kobud pozuntusu hesab edilə bilməz. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətində təqsirləndirilən şəxsin əməlində CM-in 120.2.9-cu maddəsinin tərkibinin olmadığını qeyd etməklə ona bəraət verilməsini istədiyi halda, onun apellyasiya şikayətini vermiş digər müdafiəçisinin əməli Azərbaycan Respublikasını CM-in 120.2.9-cu maddəsindən CM-in 126.3-cü maddəsinə tövsif edilməsini xahiş etməsi təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmur və bütün apellyasiya tələblərinə birlikdə baxılmasına mane olmur. Beləliklə, bütün apellyasiya tələblərinin araşdırılması ilə əlaqədar məhkəmə kollegiyası işin faktiki hallarına müraciət etməyi və həmin halların Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsinin tərkibini yaradıb-yaratmadığına aydınlıq gətirməyi qərara almış, bu məqsədlə aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab etmişdir. Işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmaqla ##.##.2025-ci il tarixdə saat 23 radələrində anası X8 ilə birgə yaşadığı Sabirabad rayonu, Mürsəlli kəndindəki evlərinə gəlmiş, X9 onun gecə gec saatlarında sərxoş halda evə gəlməsinə iradını bildirsə də, o, buna əhəmiyyət verməmiş, əksinə, Sabirabad Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli qətnaməsi ilə nikah münasibətləri pozulmaqla ondan boşanmış arvadı şahid5 ilə münasibətlərinə son qoyulmasında X9nı günahlandırmış, buna görə sonuncu ilə mübahisə etmiş, ailə münaqişəsi zəmnində baş vermiş həmin mübahisə zamanı o, qisas niyyəti ilə X9nı öldürmək məqsədi ilə sonuncunun üzərinə hücum etmiş, həmin vaxt oğlu tərəfindən özünə qarşı edilən zorakı hərəkətlərin mahiyyətini dərk etsə də, ##.##.1940-cı il tarixdə anadan olmaqla yaşı və fiziki qüsurlarına görə ona müqavimət göstərmək imkanına malik olmayan, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Balabikə Zeynalovanı evin pilləkəni önündə tutaraq qəsdən öldürmək məqsədi ilə boğaz nahiyəsindən yapışıb təxminən 10 saniyə müddətində boğmuş, daha sonra yumruq və təpikləri ilə baş və bədənin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbələr endirməklə, Balabikə Zeynalovanın sağ almacıq sümüyü proyeksiyasında, burnun belində, sol almacıq sümüyü proyeksiyasında, sağ əlin üst səthində 2- 3-cü əl darağı sümüyü proyeksiyasında, çənəaltı nahiyədə yaralar, alt və üst dodaqda qansızma, sağ və sol gözaltı nahiyədə, hər iki almacıq sümüyü proyeksiyasında, hər iki yanaq proyeksiyasında, alt çənə, boynun ön səthində, sol körpücük sümüyü proyeksiyasında, sağ bazunun yuxarı 1/3-də bayır səthdə, sağ saidin orta 1/3-də, sağ əlin üst səthində, sol saidin yuxarı 1/3-də bayır səthdə, sol əlin üst səthində qançırlarla müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül və alın-təpə sümüklərinin açıq xətti sınığı, sınıq proyeksiyasında baş beyinin sərt və yumşaq qişasında, baş beyin toxumasında qansızma, alın nahiyəsində yara ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuş, həmin vaxt Balabikə Zeynalovanın son nəfəsini verdiyini görüb artıq öldürdüyünü yəqin edərək, törətdiyi qətlin gizli qalması, məsuliyyətdən yayınmaq məqsədi ilə ##.##.2025-ci il tarixdə saat 04:45:05-də Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin “102” xidmətinə zəng edərək, anasının döyülməsi barədə məlumat vermiş, həmin vaxt hadisə yerinə gəlmiş Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Rayon Mərkəzi Xəstəxanasına aparılmış Balabikə Zeynalova, onun tərəfindən yetirilmiş ağır xəsarətlərdən ##.##.2025- ci il tarixdə saat 07:35-də xəstəxanada öldüyündən o, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan X9nı öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Ilk növbədə qeyd olunmalıdır ki, müdafiə tərəfi apellyasiya müraciətlərində işin faktiki hallarını və əməlin hüquqi tövsifini mübahisələndirərək məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını və işin əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək, tələblərini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2 və 399.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.2 və 399.1.3-ci maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Müdafiə tərəfi olan müdafiəçi2 “təqsirləndirilən A. Zeynalovun CM-nin 120.2.9-cu maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmır, buna görə həmin ittiham üzrə ona bəraət verilməli, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü CM-nin 120.2.9-cu maddəsi ilə təqsirli bilmir” kimi, o cümlədən digər müdafiəçi müdafiəçi1 “anasını öldürmək niyyətinin olmaması, anasının onun əlindən sürüşüb yıxılaraq həmin xəsarətləri o zaman alması, anasının pilləkəndə yıxılıb sağ tərəfi üstə uzandığını görməsi, anasını qaldıranda anasının əlindən yerə düşməsi, sonra öz yerinə uzandırması, anasına hər hansı bi təhlükəli üsul və vasitələrlə (odlu və ya soyuq silahla, güclü təsirli maddələrlə və sair) xəsarət yetirməməsi, hökmün dəyişdirilərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasını CM-in 120.2.9-cu maddəsindən Azərbaycan Respublikasını CM-in 126.3-cü maddəsinə tövsif edilərək həmin maddənin sanksiyası həddində aşağı həddə cəza verilməsi” kimi apellyasiya şikayətlərinin dəlillərinə hüquqi əsaslarla qiymət verərək aşağıdakıları qeyd edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı sərbəst ifadələrində, həmçinin, ifadənin yerində yoxlanılması zamanı videoçəkilişlə bildirmişdir ki, “..X9 ilə münasibəti normal səviyyədə olmamış, aralarında tez-tez ailəsindən boşanmasında sonuncunun əsas günahkar kimi çıxış etməsi ilə əlaqədar mübahisələr olmuşdur. Belə ki, boşanmadan sonra uşaqlar onun himayəsində qalsa da, son iki ildə X8 övladlarını yola vermədiyi üçün uşaqları şahid5 yaşadığı Sabirabad rayonu Mürsəlli kəndinə köçmüşdür. Spirtli içki qəbul etdikdən sonra hər dəfə övladlarının getməsi yadına düşdüyündən X9 ilə mübahisələr etmişdir. ##.##.2025-ci il tarixdə saat 22 radələrində o, yaşadıqları Sabirabad rayonu Mürsəlli kəndi ərazisindəki evlərinə gələrək eyni səbəblə evin giriş qapısının önündə eyvan adlandırılan yerdə Balabikə Zeynalovanın üzünün sağ hissəsindən 2-3 dəfə şillə zərbəsi endirmişdir. Həmin vaxt sonuncunun üzünün sağ nahiyəsində qaralma baş vermişdir. ##.##.2025-ci il tarixdə bacısı Hüquqi varis onun anası Balabikəni üz nahiyəsinə xəsarət yetirməsininn bilmiş və buna görə ona iradının bildirmişdir. O, hərəkətlərindən peşman olmuşdur. Saat təxminən 23 radələrində evə çatmış, anasının evin giriş qapısının yanında olan pilləkəndə əyləşdiyini görmüşdür. Spirtli içkinin təsiri altında olduğundan övladlarının anasının üzündən yaşadığı evə gəlmədiyi yadına düşmüş, buna görə də anasına acıqlanaraq, təhqir etmiş, anasına yaxınlaşaraq sağ üz nahiyəsindən bir dəfə şillə zərbəsi vurmuş, sonra sağ əli ilə sonuncunun boğaz nahiyəsindən yapışaraq boğmağa başlamış, təxminən 10 saniyə bu vəziyyətdə saxladıqdan sonra anasının boğulduğunu görüb buraxmışdır. Həmin vaxt anasının başına, üzünə və bədəninə əlləri ilə çoxsaylı zərbələr endirmişdir. Xəsarət yetirən vaxt sərxoş halda olmuş, ona görə də zərbələri yetirməmin sayı və dəqiq hansı nahiyələrə olmasını xatırlamamışdır. Balabikə Zeynalovanın baş və üz nahiyəsində olan xəsarətlər saat 23 radələrində aralarında yaranmış mübahisə ilə əlaqədar onun yumruq, şillə və təpik zərbələrinin təsirindən yaranmışdır. Sonuncu pilləkənə yıxıldıqdan sonra o, anasının qısa saçlarından ilk öncə yapışmaq istəsə də, buna müvəffəq ola bilməmişdir. Daha sonra onun kürək nahiyəsindən, sonrasında isə hər iki qol nahiyəsindən tutaraq döşəmə ilə sürüyərək anasının yatdığı çarpayının üzərinə gətirib oraya yerləşdirmişdir. Anasının yaşı çox olduğundan, ümumiyyətlə hansı nahiyəsindən bərk təzyiq etdikdə həmin nahiyəsində qaralmalar müşahidə edilmişdir. Qol nahiyələrindəki qaralmalar onun Balabikə Zeynalovanın qolundan bərk tutmağı nəticəsində əmələ gəlmişdir. Fiziki təsir göstərdiyi müddət təxminən 20-30 dəqiqə müddət davam etmişdir. Balabikə Zeynalovanı çarpayının üzərinə atdıqda sonuncu xırıldamışdır. Bundan sonra pilləkəndə oturaraq siqaret çəkmiş, saat 04:55 radələrində DIN-in 102 xidmətini yığaraq anasının yaşadığı evdə döyülməsi barədə məlumat vermiş, evlərinə polis əmkdşaları gəlmiş, onlar anasının ağır vəziyyətdə olmasının görüb, təcili tibbi yardaım çağımış, X9 ağır vəziyyətdə xəstəxanaya aparılmış, o isə polis əməkdaşları tərəfindən Sabirabad rayon polis şöbəsinə gətirilmişdir. Hadisə baş verən zaman o, sərxoş halda olmuş, evdə özündən və anasından başqa heç bir şəxs olmamış, hadisə zamanı anasının öldürmək niyyətində olmamış, anasını arvadı Günelə qarşı çox haqsızlıqlar etməsi və övladlarının onun yaşadığı evə gəlməsinin qarşısını alması səbəbindən döymüşdür.” (C-İ, i.v. 63-66, 109-113, 114-120, 127- 128, C-II, 113- 116). Ibtidai araşdırma dövründən fərqli olaraq, birinci və apellyasiya instansiya məhkəmələrində keçirilən məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs ifadə verərək özünü təqsirli hesab etməyərək X9nı döymədiyini, öldürmədiyini, Balabikə Zeynalovanın yıxılaraq aldığı xəsarətlərdən öldüyünü bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən «Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür». Qanunun qeyd olunan normasına əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs X9nı döyməməsi, öldürməməsi, Balabikə Zeynalovanın yıxılaraq aldığı xəsarətlərdən ölməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər işin faktiki halları və məhkəmədə tədqiq edilmiş sübutlarla uzlaşmır, cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş iş materiallarında olan sübutlara təsdiq olunmasına baxmayaraq, təqsirləndirilən şəxs və onun müdafiəçisi onların qəbul olunmasının yolverilməzliyini iddia etsə də, bunu hər hansı bir halla əsaslandıra bilməmişdir. Ifadələri arasındakı ziddiyyəti Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə izah etmişdir. Bu hissədə təqsirləndirilən şəxsin irəli sürdüyü dəlillə məhkəmə kollegiyası razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi hallarla bağlı hər hansı orqana müraciət etməmiş və müraciət etməsinə dair sübutları məhkəmələrə təqdim etməmişdir. X7 Məhkəməsi «X5rşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəmnində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Təqsirləndirilən şəxsin təzyiqə məruz qalaraq ifadə verməsi ilə bağlı göstərdikləri dəlillər işin məhkəmə baxışı zamanı təsdiqini tapmadığı müəyyən olunmuşdur. Müdafiə tərəfi cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş sübutları CPM-nin 124-ci maddəsi baxımından sübut hesab etməsə də, işin məhkəmə baxışı zamanı həmin sübutların yolverilməzliyini əsaslandıra bilməmişlər. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dəfələrlə hadisə zamanı anasına tətbiq etdiyi zorakılıq hərəkətlərini təfsilatı ilə bildirmiş, hətta, hadisəni törətdikdən sonra 6 saata yaxın müddət ərzində çöldə siqaret çəkdiyini, əynini dəyişdiyini, anasının həmin vaxtı da nəfəs aldığını bildiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirililən şəxs nə üçün hadisədən 6 saat sonra 102 xidmətinə məlumat verməsini əsaslandıra bilməmiş, çünki, bu vəziyyətin heç bir ağlabatan məntiqi izahı olmamışdır. Əgər doğurdan da təqsirləndirilən şəxsin bildirdiyi kimi, X9 təqsirləndirilən şəxsin onu döyməsi nəticəsində deyil, təqsirləndirilən şəxsin əlindən sürüşüb pilləkəndə yıxılmış olsaydı, təqsirləndirilən şəxsin dərhal təcili tibbi yardıma zəng etməsi təbii olardı. Lakin, təqsirləndirilən şəxs heç anası zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsinə maraqlı olmamış, hadisəni törətdikdən sonra 6 saat ərzində evdə gözləmiş, yalnız bu müddətdən sonra 102 xidmətinə məlumat verərək, hadisə barədə bildirmişdir. Həmçinin, məhkəmətibbi ekspertizanın rəyindən, meyitin müayinə protokolundan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərərçəkmiş şəxsin üzərindəki xəsarətlər bərk-küt əşyanın/əşyaların təsirindən törənmişdir, xəsarətlərin sayı həddindən artıq çoxdur, zərərçəkmiş şəxs gözünün içinə, burun dəliklərinin içinə kimi xəsarət almışdır, zərərçəkmiş şəxsin boğazı, üz nahiyəsi, dirsəklərə kimi hər iki biləkləri göyümtül hematomalardır, çənəsinin altında, üz nahiyəsində, əllərində kəsikli xəsarətlər vardır, müvafiq ekspert rəyi ilə həmin xəsarətləri yıxılaraq ala bilməsi müəyyən edilməmişdir, məhkəmə tərəfindən heç ağlabatan da görünmür. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, “...Sonuncu dəfə ##.##.2025-ci il tarixdə o, Balabikə Zeynalovanın yaşadığı ünvana gəlmiş, anasının alnının yuxarı hissəsində çapılmış yara və qolunda bir qədər göyərmə olduğunu müşahidə etmişdir. O, həmin xəsarətin necə baş verməsini Təqsirləndirilən şəxs xəbər almış, sonuncu ona Balabikə Zeynalovanın iməkliyərək evin arxa tərəfinə getdiyini və həmin yerdə yıxıldığını bildirmişdir. Qardaşı spirtli içki içdiyindən özünə idarə edə bilmədiyini, anasına 2-3 şillə zərbəsi vurduğunu və qollarından tutaraq qaldırdığını demişdir. ##.##.2025-ci il tarixdə o, Balabikə Zeynalovanın bədəninə baxış keçirəndə yalnız sonuncunun qolunda müəyyən qədər göyərmə, alın nahiyəsində 01 ədəd yara, və üz nahiyəsində bir qədər qaralma olduğunu müşahidə etmişdir. Həmin hal ailədaxili məsələ olduğundan Balabikə Zeynalova tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilməmişdir... ##.##.2025-ci il tarixdə TTTY avtomobilinin rayonu ərazisinə gəldikdən sonra, qardaşı Təqsirləndirilən şəxs X9nı döyməsi barədə bilmişdir. Saat 08 radələrində o, Balabikə Zeynalovanın yaşadığı evə gəlmiş, birinci yataq otağında çarpayının yanında olan qan izlərini təmizləmişdir. Belə ki, o anasının öldüyünü bilməmiş, geri qayıdacağını düşünmüş və hadisə yerinin toxunulmazlığının təmin olunması barədə məlumatı olmadığından təmizləmə işlərini icra etmişdir. Balabikə Zeynalovanın Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmək imkanı olmamış, anası iməkləməklə hərəkət etməkdə çətinlik çəkmişdir. Belə ki, şahid şahid2 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, ##.##.2025-ci il tarixdə o, Balabikə Zeynalovanın evində olarkən qolunda göyərmələrin olduğunu görmüşdür. ##.##.2025-ci il tarixdə axşam saat 18 radələrində Təqsirləndirilən şəxs evindən qışqırıqlar gəlmiş, həmin vaxt sonuncunun yaşadığı evə gələrək, Ağamirzənin X9ya qarşı ağır təhqirlər işlətdiyini eşitmişdir. O, Təqsirləndirilən şəxs ailə üzvlərində qadınlar olduğu üçün bu haldan narahatlıq keçirdiyini, təhqirlərin sonuncuya yaraşmadığını bildirmişdir. ##.##.2025-ci il tarixdə TTTY avtomobilinin rayonu ərazisinə gəldikdən sonra, o, Təqsirləndirilən şəxs ailəsinin dağılmasında günahkar bildiyi üçün anası X8 döyərək ağır xəsarətlər yetirməsi barədə məlumatlı olmuşdur... ##.##.2025-ci il tarixdə o, sonuncunun yaşadığı evə daxil olarkən yer səthində qan izlərinin olmasının şahidi olmuşdur. - «Hadisə yerinə baxış keçirilməsi haqqında» ## #### 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Təqsirləndirilən şəxs Sabirabad rayonu, Mürsəlli kəndində yaşadığı fərdi yaşayış evidir. Hadisə yerindən aşkar olunan əşyalara baxış keçirilərkən mavi rəngli köynəyin ön hissəsində kiçik həcmli dairəvi formada, boz rəngli köynəyin ön və qol hissəsində müxtəlif formalı yırtılma izləri, həmçinin Təqsirləndirilən şəxs sağ ayağına aid olan ağ rəngli corabının üzərində, Balabikə Zeynalovanın yatmış olduğu çarpayıda olan mələfənin sol tərəfində qanabənzər bir sıra ləkələrin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ayağında olan corab təqdim olunarkən ayaq nahiyəsinin üzərində də qanabənzər ləkələrin olması müşahidə edildi. Bundan əlavə hadisə yerinə baxış zamanı mavi rəngli köynək, tünd göy rəngli şalvar, damalı şort, boz rəngli köynək, ağımtıl rəngli corab müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. ( C-İ, i.v. 9-25) – «Meyitə baxış keçirilməsi haqqında»## #### 2025-ci il tarixli protokoldan görünür ki, meyitin məhkəmə-tibbi müayinəsi zamanı onun əynində sintetik materialdan yeri qara üzərində ağ damalı və qəhvəyi rəngli yarpaq şəkilli naxışları olan qısaqol don. Don əynində ətək hissəsi qarın nahiyəsinə qədər yuxarıya qatlanmış haldadır. Sintetik materialdan yeri tünd boz, üzərində qəhvəyi rəngli gül naxışları olan tuman və tumanın alt hissəsisində aralıq nahiyədə pampers qoyulmuş vəziyyətdədir. Donun ön sol döş hissəsi böyük ölçüdə qana oxşar ləkə ilə bulaşmışdır, həmçinin arxa boyun hissəsində kiçik ölçülü qanaoxşar ləkələr izlənir. Meyit ləkələri göyümtülbənövşəyi rəngdə olmaqla gövdəsinin və ətraflarının arxa səthində yerləşməklə intensivdirlər. Meyit ləkələrinə barmaqla təzyiq etdikdə yox olur və 4-5 dəqiqədən sonra bərpa olur. Başın tükləri, ənsə sağ və sol gicgah nahiyələrində, həmçinin alın nahiyələrində hissəvi olaraq qanla bulaşmış haldadır. Sifətin dərisi bütünlüklə, sağ və sol göz ətrafı, sağ və sol yanaq nahiyələri, almacıq sümüyü proyeksiyaları, həmçinin alt çənə və boynun ön hissəsi bütünlüklə göyümtül bənövşəyi rəngdə olub, qansızmalıdır. Göz qapaqları qansızmalıdır. Hər iki burun dəliyindən maye qan xaric olur. Sifətində çoxsaylı xəsarət vardır. Alın nahiyəsində sağda boylama istiqamətdə yerləşən ölçüsü 2X0,3 sm yarıq şəkilli, kənarları hamar, bucaqları iti bir ədəd yara, yaradaxili tünd qırmızı rəngli qansızmalıdır. Sağ və sol gözətrafı nahiyə almacıq sümüyü proyeksiyalarını əhatə etməklə bütünlüklə göyümtülbənövşəyi rəngli qansızmalıdır. Dodaqların selikli qişası üst dodaqda solda və alt dodaqda sağda bənövşəyi rəngli qansızmalıdır. Boyunun ön səthi bütünlüklə göyümtülbənövşəyi rəngli qansızmalıdır. Sol körpücük sümüyü proyeksiyasında ölçüsü 5X4sm oval formalı göyümtül rəngli qançır, sağ və sol körpücük xətti üzrə III, IV və V qabırğaları səviyyəsində ölçüləri 3X1,5 sm-dən 2X1,1 sm-ə qədər oval formalı göyümtül-yaşıla çalar rəngli çoxsaylı qançırlar vardır. Sol bazu oynağının bayır səthində oval formalı bozumtul sarı rəngli qançır, sağ bazunun yuxarı 1/3-də bayır səthində ölçüsü 2X1,1 sm oval formalı göyümtül rəngli qançır, sağ almacıq sümüyü proyeksiyasında boylama bir qədər çəp istiqamətdə yerləşən ölçüsü 3,5X0,2 sm kənarları nahamar, bucaqları küt bir ədəd yara, yara daxili tünd qırmızı rəngli qansızmalıdır. Burunun belində yuxarı 1/3-də boylama istiqamətdə yerləşən ölçüsü 2,3X0,2 sm kənarları nahamar, bucaqları küt bir ədəd yara, yara daxilləri tünd qırmızı rəngli qansızmalıdır. Sol almacıq sümüyü proyeksiyasında köndələn istiqamətdə yerləşən ölçüsü 1,5X0,2sm kənarları nahamar, bucaqları küt bir ədəd yara, sağ əlin üst səthi, sağ saidin orta 1/3-dən əlin üstünə kimi əhatə etməklə göyümtül-bənövşəyi rəngli dərialtı qansızma, sağ əlin üst səthində III əl darağı sümüyü proyeksiyasında çəp istiqamətdə yerləşən ölçüsü 1,8X0,2 sm kənarları nahamar, bucaqları küt bir ədəd yara, sağ əlin üst səthində II, III əl darağı sümüyü proyeksiyasında köndələn istiqamətdə yerləşən ölçüsü 1,3X0,2 sm kənarları nahamar, bucaqları küt bir ədəd yara, sağ baldırın orta 1/3-də bayır səthdə ölçüsü 2X1,5 sm oval formalı göyümtül rəngli qançır, sol bazunun yuxarı 1/3-də bayır səthində ölçüsü 4X3sm oval formalı göyümtül sarı rəngli qançır, sol saidin yuxarı 1/3-dən sol əlin üstünə kimi bayır səthdə bütünlüklə bənövşəyi rəngli dərialtı qansızma vardır. Sol dirsək büküşündə bir ədəd inyeksiya izi, inyeksiya izinin ətrafı bənövşəyi rəngli qansızmalıdır. Çənəaltı nahiyədə köndələn istiqamətdə yerləşən ölçüsü, 2,2X0,3 sm kənarları nahamar, bucaqları küt bir ədəd yara vardır. Yara daxili tünd qırımızı rəngli qansızmalıdır. Müayinə zamanı meyitin bədəni üzərində əlavə hər hansısa xəsarətlər aşkar olunmadı. Meyitin əynində olan geyim əşyaları, həmçinin dırnaq nümunələri qablaşdırılaraq götürüldü. - «Götürülmə aparılması və baxış keçirilməsi haqqında» ## #### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ağımtıl rəngli qısaqol köynəyin sağ qol altı hissəsində, və arxa tərəfində yırtılma izləri vardır. Həmçinin sonuncuya məxsus boz rəngli şalvarın qabaq tərəfən iki, arxa tərəfdən iki cibi vardır. Şalvar üzərində hər hansısa yırtılma izi yoxdur. Hər iki paltar müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. ( C-İ, i.v. 129-133) - « - Məhkəmə tibbi ekspertizasının ## ###### 2025-ci il tarixli, ** nömrəli rəyindən görünür ki, 1940-cı il təvəllüdlü X8 müayinəsi zamanı kəllənin açıq küt travması, alın-təpə sümüklərinin açıq xətti sınığı, sınıq proyeksiyasında baş beyinin sərt və yumşaq qişasında qansızma, baş beyin toxumasında qansızma, baş beynin və ağciyərin ödemi, daxili orqanların doluqanlılığı. Alın nahiyəsində, sağ almacıq sümüyü proyeksiyasında, sağ əlin üst səthində 2-3-cü əl darağı sümüyü proyeksiyasında, çənəaltı nahiyədə yaralar, alt və üst dodaqda qansızma, bədən səthində çoxsaylı qançırlar. Aşkar edilmiş xəsarətlər-alın-təpə sümüklərinin açıq xətti sınığı, sınıq proyeksiyasında baş beyinin sərt və yumşaq qişasında qansızma, baş beyin toxumasında qansızma, alın nahiyəsində, sağ almacıq sümüyü proyeksiyasında, burnun belində,sol almacıq sümüyü proyeksiyasında, sağ əlin üst səthində 2-3-cü əl darağı sümüyü proyeksiyasında, çənəaltı nahiyədə yaralar, alt və üst dodaqda qansızma, sağ və sol gözaltı nahiyədə, hər iki almacıq sümüyü proyeksiyasında, hər iki yanaq proyeksiyasında, sağ bazunun yuxarı 1/3-də bayır səthdə sağ saidin orta 1/3-də, sağ əlin üst səthində, sol saidin yuxarı 1/3-də bayır səthdə, sol əlin üst səthində qançırlar-həyatidir, küt travma təsirinə malik əşyanın(əşyaların) ola bilsin yumruq, şillə, təpik təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti ##.##.2025-ci il tarixə uyğundur, dərəcəsinə görə alın-təpə sümüklərinin açıq xətti sınığı, sınıq proyeksiyasında baş beyinin sərt və yumşaq qişasında, baş beyin toxumasında qansızma ilə müşayiət olunan alın təpə nahiyəsində yumşaq toxumalarda qansızma, alın nahiyəsində yara həyat üçün təhlükəli olan sağlamlığa AĞIR zərərvurma əlamətlərinə malikdir. Qeyd olunmuş digər xəsarətlər- sağ almacıq sümüyü proyeksiyasında, burnun belində,sol almacıq sümüyü proyeksiyasında, sağ əlin üst səthində 2-3-cü əl darağı sümüyü proyeksiyasında, çənəaltı nahiyədə yaralar, alt və üst dodaqda qansızma, sağ və sol gözaltı nahiyədə, hər iki almacıq sümüyü proyeksiyasında, hər iki yanaq proyeksiyasında, alt çənə, boynun ön səthində, sol körpücük sümüyü proyeksiyasında, sağ bazunun yuxarı 1/3-də bayır səthdə, sağ saidin orta 1/3-də, sağ əlin üst səthində, sol saidin yuxarı 1/3-də bayır səthdə, sol əlin üst səthində qançırlar isə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurma kimi qiymətləndirilir. Aşkar edilmiş sağ və sol körpücük xətti üzrə 3-4-5-ci qabırğa səviyyəsində, sol bazu oynağının bayır səthində qançırlar küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinədən bir həftə əvvələ uyğun gəlir, sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarətlər kimi qiymətləndirilir. X8 ölümündən az əvvəl spirtli içki və güclü təsiredici maddələr qəbul etməmişdir. Balabikə Zeynalovanın ölümünə səbəb başın açıq küt travması nəticəsində, baş beyin toxmasında qansızma olmuşdur. Ölüm müayinədən 8-10 saat əvvəl baş vermişdir. ( C-İ, i.v. 206-212) - Məhkəmə-lifli ekspertizasının ## ###### 2025-ci il tarixli, */**** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və X8 məxsus olduğu qeyd edilən geyim əşyalarının və 01 ədəd döşək ağının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş X8 məxsus olduğu qeyd edilən donun səthi üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs göy rəngli qısaqol köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən açıq boz rəngli şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə X8 məxsus olduğu qeyd edilən donun tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş 01 ədəd döşək ağının səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə X8 məxsus olduğu qeyd edilən donun tərkib liflərinə uyğun gəlirlər. ( C-İ, i.v. 213-218) Məhkəmə-kimyəvi ekspertizasının ## ###### 2025-ci il tarixli ****/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı -1%-dir. Metil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenialkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri, salisilatlar və kannabionid(çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. (C-İ, i.v. 223-226) - Məhkəmə-bioloji ekspertizasının ## ######## 2025-ci il tarixli ***/****-TBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: O alfa,beta (İ).-. X8 ABO sistemi üzrə qrup göstəricisi: A (II)/ şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən. Ekspertizaya təqdim olunan X8 04 ədəd sol və 3 ədəd sağ əl dırnaq kəsikləri, ona məxsus uzunqol don, Təqsirləndirilən şəxs corabının bir tayı, bir ədəd mələfə üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı, “B” antigeni və aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri Abeta/H/(II) qruplu bir şəxsə, o cümlədən X8 (əgər onun qanında müşayiətçi “H” antigeni varsa) məxsus ola bilər. Lakin göstərilən ləkələrdə bir neçə şəxsin qanı olduğu halda, bu ləkələrdə həmçinin O(İ) qruplu Təqsirləndirilən şəxs da (əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olmuşdursa) qarışmış qanının olması mümkündür. Təqdim edilmiş Təqsirləndirilən şəxs 04 ədəd sol və 02 ədəd sağ əl dırnaq kəsikləri, ona məxsus bir ədəd qısaqol köynək, qısaqol kofta, qısaqol mayka və iki ədəd şalvar, şahid1nın uzun tumanı üzərində qan, Təqsirləndirilən şəxs uzun şortı və corabının digər tayı üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Təqdim olunmuş A. İ. Zeynalovun 04 ədəd sol və 02 ədəd sağ əl dırnaq kəsikləri, şahid1nın 04 ədəd sol və 03 ədəd sağ əl dırnaq kəsikləri üzərində dəri toxumasına şübhəli hər hansı bir hissəciklər aşkar olunmamışdır. (C-İ, i.v. 227-235) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, “xxxx” publik hüquqi şəxsinin ## ###### 2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSIXI xəstəliyin əlamətləri aşkar olunmur. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və s. psixi pozuntu qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət əməlini törətməzdən əvvəl Təqsirləndirilən şəxs ailəsindən ayrılmasında, övladlarının evdən çıxıb getməsində anasını günahkar görməsi səbəbindən ona qarşı kin duymuş, əsəbi olmuş, hadisə günü qeyd edilən hiss və yaşantıları, həmçinin adi alkoqol sərxoşluğu ilə əlaqədar emosional vəziyyətində qəzəb, aqressiya kimi halların yaranması nəticəsində qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. (C-II, i.v. 60-63) - Məhkəmə-trasoloji ekspertizasının ## ###### 2025-ci il tarixli, */*** nömrəli rəyindən görünür ki, təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin və maykanın üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri, ölçüsü və sayı verilib. Təqsirləndirilən şəxs məxsus köynəyin və maykanın üzərində olan zədələr öz formasına, quruluşuna, görə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-cırılma zədələridir. Təqdim edilmiş X8 məxsus geyim əşyaları, Təqsirləndirilən şəxs məxsus 02 ədəd şalvar, 01 ədəd şort, 01 cüt corab, 01 ədəd köynək və 01 ədəd mələfə üzərində hər hansısa bir trasoloji zədənin olması aşkar edilməmişdir. ( C-İ, i.v. 219-222) - Sabirabad Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş ## #### 2025-ci il tarixli, **-*-**/*-***/**** nömrəli məktubdan görünür ki, Sabirabad rayonu, Mürsəlli kənd sakini X8 ##.##.2025-ci il tarixdə saat 05:51-də Sabirabad RMX-nın Təcili Yardım şöbəsinə gətirilmişdir. Xəstə həkim-terapevt tərəfindən ətraflı müayinə olunmuş, “ağır qapalı kəllə-beyin travması. Bədənin müxtəlif nahiyələrində kəsilmiş deşilmiş yaraları” diaqnozu əsasında ona müvafiq tibbi yardım göstərilərək saat 07:17-də reanimasiya şöbəsinə yerləşdirilmişdir. Göstərilən tibbi yardımlara baxmayaraq, şahid1 ##.##.2025-ci il tarixdə saat 07:35-də vəfat etmişdir. (C-İ, i.v. 90-100) Göründüyü kimi Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməli özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin və zərərçəkmiş şəxsin hüquqi varsisinin ifadələri, «Hadisə yerinə baxış keçirilməsi haqqında» və «Meyitə baxış keçirilməsi haqqında», «Götürülmə aparılması və baxış keçirilməsi haqqında» protokollarla, məhkəmə-tibbi ekspertizasının, məhkəmə-bioloji ekspertizasının rəyləri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" ## ###### 2002-ci il tarixli Qərarının 2- ci bəndində göstərilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Qəsdən adam öldürmə cinayəti birbaşa törədilən zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, təqsirkarın qəsdi zərərçəkmişi həyatdan məhrum etməyə yönəlmiş olur, burada təqsirkarın qəsdinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmçinin, bu Qərarın 13-cü bəndində göstərilir ki, CM-in 120.2.9-cu maddəsi ilə (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) məsuliyyət o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs bunu dərk edir. Məsələn, köməksiz vəziyyətdə olma dedikdə zərərçəkmişin müqavimət göstərə bilməməsinə səbəb olan qocalıq, əlillik, azyaşlı olma, ağır xəstəliyə tutulma, eləcə də özünə qarşı edilən hərəkətlərin ictimai təhlükəli xarakterini dərk etməyə mane olan psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması və s. bu kimi hallar başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə kollegiyası işinin yuxarıda qeyd edilən faktiki hallarını və məhkəmə istintaqında tədqiq edilmiş sübutları yuxarıda qeyd edilən qanunvericilik normaları ilə birlikdə təhlil etdikdə hesab edir ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs mərhum zərərçəkmiş şəxs Balabikə Zeynalovaya yetirmiş olduğu xəsarətlərin sayı, lokalizasiyası, yetirilmə mexanizmi və sair hallar onun sonuncuya yetirdiyi çoxsaylı xəsarətlərin onu öldürmək məqsədilə yetirildiyinə dəlalət edir. Həmçinin, zərərçəkmiş şəxsin yaşı, (86 yaş) iş üzrə dindirilmiş şahidlərin ifadələrinə əsasən 10 ilə yaxın xəstə olmaqla, baxıma möhtac olduğunun müəyyən edilməsi nəzərə alınmaqla, onun təqsirləndirilən şəxsə müqavimət göstərmək imkanının olmadığı, yəni, təqsirləndirilən şəxsin onu öldürməyə yönəlmiş cinayətkar qəsdinə qarşı köməksiz vəziyyətdə olduğu müəyyən edilir. Yuxarıda sadalanan sübutları ayrı-ayrılıqda və məcmu halında nəzərdən keçirən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş həmin sübutlar CPM-in 125.1-ci maddəsinin müəyyən etdiyi tələblərə cavab verir, yəni əldə olunma mənbəyi, həqiqiliyi vəə mənsubiyyəti etibarilə mötəbərdirlər. Sübutlar məhkəmədə CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilmiş və qiymətləndirilmişdir. Həmin sübutlar təqsirləndirilən şəxsin ona istinad edilən cinayətləri törətməsi nəticəsinə gəlmək üçün kifayət qədər əsas verir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Lakin cəza məsələsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətlilik meyarlarını müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun cəza ilə bağlı normalarının mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. CM-in 8.1, 41.2 və 58.3-cü maddələrində ədalətli cəzanın meyarları göstərilmiş, qeyd edilmişdir ki, məhkəmə tərəfindən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, xüsusən, cəzanın sosial ədaləti bərpa etməli olması, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alması məqsədini daşıması nəzərə alınır. Həmçinin, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarının 4-cü bəndinə görə CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Hökmdən görünür ki, məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etməmiş və ona CM-in 120.2.9cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək 16 (on altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Lakin, iş materiallarindan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis birinci instansiya məhkəməsində ifadə verərək qardaşı Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayətinin olmadığını bildirmişdir. Eyni zamanda, apellyasiya baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələbinin olmadığını və məhkəmədən bunun nəzərə alınmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varislə barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin, kollegiyanın qənaətinə görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışması onun islah olunmağa başlamasına və bununla da cəzanın məqsədlərindən bəhs edən CM-in 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərə nail olmağa çalışmasını təsdiq edir. Bu hal eyni zamanda Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya yenidən baxılmasını da zəruri edir. Belə ki, Azərbaycan Respublikası CM-in 120.2.9-cu maddəsinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi CM-in 120.2.9-cu maddəsi ilə nəzərdə tutulmuş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla ona həmin maddə ilə təyin edilmiş 16 (on altı) il müddətə azadlıqdan məhrumetmə cəzasının 06 (altı) ay endirilməsi daha məqsədəuyğun və ədalətli hesab edilə bilər. Bu baxımdan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın həddini azaltmaqla cəzanın məqsədinə nail olunacağı qərarına gəlir. Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək, təyin edilmiş cəzanı yüngülləşdirdikdə, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya müraciətləri üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü cəza hissəsində dəyişdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 399, 404, 405, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü cəza hissəsində dəyişdirilsin. Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.9-cu maddəsi ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddəti 6 (altı) ay azaldılaraq 15 (on beş) il 6 (altı) ay həddində müəyyən edilsin. Hökm apellyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar