Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-290/2026 22.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Qasım Vəli oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya İnstansiyası Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxs Ağalarov İnamin Mirələm oğlunun, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Salyan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli hökmündən zərərçəkmiş şəxs Ağalarov İnamin Mirələm oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü (hakim X1) ilə, ##.##.1975-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Salyan rayon "DOST İŞ MƏRKƏZİ" MMC-də fəhlə işləyən, evli-himayəsində iki yetkinlik yaşına çaymayan uşaqları olan, əvvəllər məhkum olunmamış, Salyan şəhəri, Məhərrəm Dadaşov küçəsi ev 19-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancının 10 (on) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 9 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilməsi, cəzasını iş yeri üzrə çəkməsi, cəzaçəkməsinin əvvəlinin aylıq qazancından dövlət nəfinə ilk məbləğ tutulan vaxtdan hesablanması, hökmün icrasının Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilməsi, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması barədə yekun məhkəmə aktı qəbul edilmişdir. İŞİN HALLARI: Təqsirləndirilən şəxs # ##### 2026-cı il tarixdə saat 19 radələrində yaşadığı Salyan şəhəri, M.Dadaşov küçəsi ev 19-da yerləşən fərdi yaşayış evinin qarşısında Ağalarov İnamin Mirələm oğluna arvadı Şahid qıznı işlədiyi "Aystore" mağazasından götürüb "Büllur" şadlıq sarayının qarşısında düşürməsini dəfələrlə tələb etməsinə baxmayaraq sonuncunu yaşadığı evin qarşısında düşürməsinə görə cəmiyyət arasında əsassız sözsöhbət yaranmasına səbəb ola biləcəyini irad tutmaqla aralarında yaranmış mübahisə zamanı qəsdən yumruq ilə vurub, sonuncuya burnun yumşaq toxumasının şişkinliyi və qançırı, sol gözaltı nahiyəsinin qançırı, burun sümüyünün sınığı ilə nəticələnən yüngül dərəcəli bədən xəsarətləri yetirməklə zərərçəkmiş şəxs Ağalarov İnamin Mirələm oğluna sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən zərərçəkmiş şəxs İnamin Ağalarov apellyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-**/**** saylı hökmünü ləğv edərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumedilmə ilə bağlı cəza təyin edilməsini xahiş etmişdir. İ.Ağalarov şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin hökmü təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması səbəbindən əsaslı və qanuni deyil. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X2 *** saylı ##.##.2026-cı il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, mənim bədəni üzərindəki aşkar edilmiş xəsarətlər: burunun yumşaq toxumasının şişkinliyi və qançırı, sol gözaltı nahiyəsinin qançırı, burun sümüyünün sınığı olmuşdur. Əvvələr burnundan əməliyyat olunmuş və xərci çıxmışdır. Vüqarın onu vurması nəticəsində burnu yenidən sınmış və əməliyyat olunmalıdır. Onun əvvəlki əməliyyata və sonrakı müayinələrə 1.280 manat xərci çıxmışdır. Vüqardan əməliyyat üçün 1.000 manat pul verməsini bildirsə də heç bir ödəniş ödəməmiş və onunla barışmağa çalışmamışdır. Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə kollegiyasının iclasında: Dövlət ittihamçısı dövlət ittihamçısı1 zərərçəkmiş şəxsin apellyasiya şikayətinə və məhkumun zərərçəkmiş şəxs İnamin Ağalarov ilə barışmasına dair məhkəməyə təqdim etdiyi ərizəsinə dair qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs İnamin Ağalarov bildirdi ki, Təqsirləndirilən şəxsla barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur (bununla bağlı məhkəmə kollegiyasına yazılı ərizə təqdim etmişdir). Odur ki, Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi1 bildirdi ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də, Salyan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs barəsində olan iş üzrə cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirdi və zərərçəkmiş şəxs İnamin Ağalarov ilə barışdığından barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılması hüdudlarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən törədilməsi onun və zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi, işdə olan və tədqiq olunan sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən məhkumun əməlini düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətində də əməlin tövsifi, təqsirlilik məsələsi və işin faktiki halları mübahisələndirilmir. AR Cinayət Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; hakim qanunu və vicdanını rəhbər tutaraq, sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı yuxarıda sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər-hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və məhkum edilmiş şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər-hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin hökmündə tədqiq olunmuş sübutlar, o cümlədən təqsirləndirilən və zərərçəkmiş şəxslərin, eləcə də şahidin ifadələri, eləcə də ekspert rəyi və digər sübutlar ətraflı şəkildə təsvir olunduğundan məhkəmə kollegiyası prosessual qənaət prinsipi və məhkəmə aktlarının səmərəliliyi baxımından həmin sübutların yenidən geniş şəkildə təsvirinə ehtiyac görmür. Zərərçəkmiş şəxs İ.Ağalarovun apellyasiya şikayətinin dəlillərində cəzanın ağırlaşdırılması xahiş edilmişdir. Belə ki, zərərçəkmiş şəxs öz mövqeyini belə ifadə etmişdir ki, təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ödəmədiyindən ondan şikayətçidir. Lakin məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs Ağalarov İnamin Mirələm oğlu tərəfindən məhkəməyə notarial təsdiq olunmuş ərizə verilmişdir. Belə ki, z/ş İ.Ağalarovun məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin təqdim etdiyi ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayətinin və maddi və ya mənəvi tələbinin olmadığını açıq şəkildə bəyan etmişdir. Hərçənd ərizədə ziyanın ödənilməsi barədə birbaşa qeyd edilməmişdir, lakin zərərçəkmiş şəxsin heç bir tələbinin qalmadığını bildirməsi həmin ziyanın onun üçün aradan qaldırıldığını və ya ödənildiyini qəbul etdiyini göstərən hüquqi nəticə kimi qiymətləndirilməlidir. Belə ki, əgər zərərçəkmiş şəxsin ödənilməmiş maddi və ya mənəvi zərəri qalsaydı, onun bu barədə müvafiq tələb irəli sürməsi gözlənilən olardı. Əksinə, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı hər hansı şikayətinin və tələbinin olmadığını bəyan etməsi, tərəflər arasında barışığın əldə olunduğunu və zərərçəkmiş şəxsin hüquqlarının bərpa olunduğunu təsdiq edən hal kimi qiymətləndirilir. Bu səbəbdən, ərizədə ziyanın ödənilməsi ifadəsi ayrıca göstərilməsə də, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmaması, işin konkret halları ilə birlikdə qiymətləndirildikdə, ziyanın aradan qaldırılması və ya zərərçəkmiş şəxs tərəfindən ödənilmiş hesab edilməsi kimi nəticəyə gəlməyə əsas verir. Bu hal zərərçəkmiş şəxsin pozulmuş hüquq və qanuni mənafelərinin bərpa olunduğunu, cinayət əməli nəticəsində yaranmış mənfi nəticələrin aradan qaldırıldığını və sosial ədalətin təmin edildiyini göstərir. Cəzanın məqsədi yalnız təqsirkarı cəzalandırmaq deyil, həm də sosial ədalətin bərpasını, məhkumun islah edilməsini və yeni cinayətlərin qarşısının alınmasını təmin etməkdir. Zərərin aradan qaldırılması, zərərçəkmiş şəxslə barışığın əldə edilməsi və onun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və ya tələbinin qalmaması cəzanın məqsədlərinin əhəmiyyətli dərəcədə təmin olunduğunu göstərən mühüm hallardır. Belə olan halda, təqsirləndirilən şəxs barəsində daha ağır cəza tətbiq edilməsinə ehtiyac qalmamışdır. Çünki vurulmuş zərərin aradan qaldırılması nəticəsində sosial ədalət bərpa edilmiş, zərərçəkmiş şəxsin hüquqları təmin olunmuş və cəzanın preventiv məqsədlərinə daha ağır cəza təyin edilmədən də nail olunmasının mümkün olduğu müəyyən edilmişdir. Bu baxımdan, cəzanın fərdiləşdirilməsi prinsipi nəzərə alınmaqla təqsirləndirilən şəxsə daha ağır cəza təyin edilməsi zəruri hesab edilmir. Odur ki, zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin olunmamalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs məhkum olunmuş şəxslə barışmış, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb olunmuş, əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CPM-in: 39.1. Aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.8. zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə). 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin olunmamalı, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması nəzərə alınmalı, Salyan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində CM-in 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməlidir. Odur ki, məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq, CM-in 72 və 73-cü maddələrini, eləcə də CPM-in 39, 43, 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Zərərçəkmiş şəxs Ağalarov İnamin Mirələm oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Salyan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ləğv edilsin. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilsin və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-290/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-290/2026
22.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver