Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-299/2026 25.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlunun sədrliyi ilə, Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2025-ci il tarixli hökmü ilə ə təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Mübahisələndirilən hökmdən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmündən iş üzrə məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 vermiş olduğu apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum edilmiş şəxs apellyasiya şikayəti verərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2025-ci il tarixli hökmündən razı deyildir. Həmin hökmü ## ###### 2025-ci il tarixdə qəbzə imza etməklə qəbul etmişdir. Lakin apellyasiya qaydasında mübahisələndirmək istədiyi sübutların toplanılması ilə bağlı sənədlər olmamışdır. Belə ki, nikah və uşaqların olması ilə bağlı sənədlər mövcud olmamışdır. Qeyd olunan sənədləri bərpa etdikdən sonra baxılmış müddətin bərpası ilə bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı Ilqar Əsədov apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin müvafiq qərarının dəyişdirilmədən saxlanılmasını, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi müdafiəçi1 isə ayrı-ayrılıqda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 şikayətinin dəlillərini iş materialları əsasında yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpasından imtina edilməsi barədə gəlinmiş nəticə işin faktiki hallarına və cinayət-prosessual qanunun tələblərinə uyğundur, aşağıdakılara əsasən şikayət təmin edilməməli, iş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 384.2-ci maddəsinə görə, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Həmin normanın məqsədi məhkumun hökmün məzmunu ilə faktiki tanış olduğu andan etibarən şikayət hüququndan real istifadə imkanını təmin etməkdir. CPM-nin 386-cı maddəsinin məzmununa görə, buraxılmış prosessual müddətin bərpası birmənalı xarakter daşımır; belə bərpa yalnız müddətin buraxılmasının şəxsin iradəsindən asılı olmayan, obyektiv və sübut olunmuş üzrlü səbəblərlə bağlı olduğu hallarda mümkündür. Buna görə də müddətin bərpasını tələb edən şəxs sadəcə müddəti buraxdığını göstərməklə kifayətlənməməli, həmin müddətdə şikayət verməsinə real maneə yaradan halları konkret sübutlarla əsaslandırmalıdır. Apellyasiya Məhkəməsində icraat zamanı müəyyən edildi ki, sözügedən hökmün surəti məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 təqdim edilməsindən ötrü məhkəmə tərəfindən ##.##.2025-ci ildə saxlanıldığı istintaq təcridxanasına göndərilmiş, hökmün surəti isə təqsirləndirilən şəxs1 ##.##.2025-ci ildə çatdırılmışdır (bax: iş vərəqi, IV cild, vərəq 149). Beləliklə, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 20 günlük müddət ən geci ##.##.2025-ci il tarixdə başa çatmışdır. Buna baxmayaraq, məhkum edilmiş şəxs mübahisələndirilən hökmdən apellyasiya şikayətini yalnız ##.##.2026-cı ildə vermişdir. Başqa sözlə, şikayət qanunla müəyyən edilmiş müddətin başa çatmasından 04 aydan artıq müddət keçdikdən sonra təqdim edilmişdir ki, bu da müddətin bərpası məsələsinin xüsusilə ciddi və sübuta əsaslanan yanaşma ilə qiymətləndirilməsini tələb edir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, CPM apellyasiya şikayətinin verilməsi üçün 20 günlük müddət müəyyən etməklə prosessual intizamı qorumağı, həmçinin işin səmərəli icraatını təmin etməyi hədəfləyir. Lakin bu müddət formal xarakter daşımır və şəxsin müdafiə və şikayət hüququnun reallaşdırılmasını məhdudlaşdırmaq üçün tətbiq oluna bilməz. Bu müddətin tətbiqində əsas prinsip ondan ibarətdir ki, tərəf öz şikayət hüququndan real və effektiv istifadə imkanı əldə etməlidir. Prosessual müddətlər məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla yanaşı, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsiplərinin təmin edilməsinə xidmət edir. Prosessual qanunvericilikdə şikayət vermə müddətlərinin müəyyən edilməsində məqsəd məhkəmə aktlarının qeyri-müəyyən müddət ərzində mübahisələndirilməsinin qarşısını almaq, hüquq münasibətlərində sabitliyi təmin etmək və məhkəmə qərarlarının yekunluğunu qorumaqdan ibarətdir. Buna görə də ötürülmüş prosessual müddətin bərpası yalnız obyektiv, qarşısıalınmaz və şəxsin iradəsindən asılı olmayan səbəblər mövcud olduqda mümkün hesab edilə bilər. Hazırkı işdə isə hökmün surəti məhkuma rəsmi qaydada vaxtında çatdırılmış, onun həmin vaxtdan etibarən apellyasiya hüququnun mövcud olduğu aydın olmuşdur. Şikayətçi bu hüququn həyata keçirilməsinə 2025ci ilin noyabr ayında mane olan konkret və davamlı halı sübut edən hər hansı mötəbər sənəd təqdim etməmişdir. Bu nöqteyi-nəzərdən hazırkı işdə məhkum edilmiş şəxs hökmdən əsas sübut təşkil edən sənədlərin hazırlanmaması olmaması ilə bağlı şikayət verməməsini əsas gətirsə də, onun şikayət vermək hüququndan istifadə etməsinə obyektiv maneə yaranması təsdiq olunmur. Belə ki, müddətin buraxılmasının səbəbi kimi nikahın bağlanması və uşaqlarının olması ilə bağlı sənədlərin əldə edilməsinin zəruriliyi göstərilsə də, məhkəmə kollegiyası həmin dəlili əsaslı hesab etmir. Belə ki, həmin sənədlərin mövcud olmaması və ya sonradan əldə edilməsi məhkum edilmiş şəxsi qanunla müəyyən olunmuş müddətdə apellyasiya şikayəti vermək hüququndan məhrum etmirdi. O, qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayətini təqdim etməklə sonradan əhəmiyyət verdiyi sənədlərin əlavə qaydada məhkəməyə təqdim olunmasını təmin edə və ya həmin sənədlərin tələb edilməsinə dair vəsatət qaldıra bilərdi. Deməli, şikayətdə göstərilən hallar prosessual müddətin buraxılmasını obyektiv surətdə şərtləndirən və üzrlü hesab edilə biləcək səbəb kimi qiymətləndirilə bilməz. Bundan başqa, apellyasiya şikayətində həmin sənədlərin nə vaxt bərpa edildiyi, onların hansı səbəbdən əvvəl əldə edilməsinin mümkün olmadığı, eləcə də sənədlərin əldə edilməsindən dərhal sonra məhkəməyə müraciət olunmasını təsdiq edən hər hansı məlumat və ya sübut da göstərilməmişdir. Bu isə müddətin buraxılmasının həqiqətən üzrlü səbəblərdən irəli gəlməsi barədə nəticəyə gəlməyə əsas vermir. Kollegiya əlavə olaraq qeyd edir ki, məhkum edilmiş şəxsin cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılması özü-özlüyündə onun apellyasiya şikayəti vermək imkanını aradan qaldıran hal kimi qəbul edilə bilməz. Belə şəxslər müraciətlərini saxlanıldıqları müəssisənin müdiriyyəti vasitəsilə göndərə, hüquqi yardım almaq üçün müdafiəçiyə və ya digər səlahiyyətli subyektlərə müraciət edə bilərlər. Iş materiallarında təqsirləndirilən şəxs1 bu imkanlardan istifadə etməsinə maneə yaradılması, onun müraciətlərinin qəbul edilməməsi və ya göndərilməməsi barədə hər hansı obyektiv məlumat yoxdur. Məhkəmə kollegiyası nəzərə alır ki, məhkəməyə çıxış hüququ mütləq hüquq deyildir və bu hüquq prosessual qaydalarla tənzimlənə bilər. Prosessual müddətlərin müəyyən edilməsi və həmin müddətlərə riayət olunmasının tələb edilməsi ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi məqsədinə xidmət edir. Prosessual müddətlərin tətbiqi o halda hüquqa uyğun sayılır ki, şəxs şikayət hüququndan istifadə etmək üçün real imkana malik olsun və müddətin ötürülməsi onun iradəsindən kənar, qarşısıalınmaz maneə ilə bağlı olmasın. Şəxsin prosessual hüquqlarını həyata keçirmək üçün kifayət qədər imkanı olduğu halda həmin hüquqlardan vaxtında istifadə etməməsi sonradan müddətin bərpası üçün əsas hesab oluna bilməz. Avropa Insan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə də hüquqi müəyyənlik prinsipi məhkəmə qərarlarının yekunluğuna hörmət edilməsini tələb edir və tərəflər yalnız müstəsna hallarda prosessual müddətlərin bərpasını tələb edə bilərlər. Müddətin bərpası institutunun tətbiqi adi qaydaya çevrilməməli, yalnız həqiqətən üzrlü və sübut olunmuş hallar mövcud olduqda istifadə edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxılmaqla verilmişdir. Hökmün surəti məhkuma ##.##.2025-ci ildə təqdim edildiyi halda, onun yalnız ##.##.2026-cı ildə apellyasiya şikayəti verməsi, bu uzun müddət ərzində şikayət verməsinə obyektiv maneə yaradan hallar barədə mötəbər sübut təqdim etməməsi müddətin bərpası üçün qanuni əsasların olmadığını göstərir. Iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 391.3.3-cü maddəsinə görə, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərar qəbul edir. Hazırkı halda birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina barədə qərarı faktiki hallara uyğun olduğundan, həmin qərarın ləğvi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 384-386, 391.3.3, 398.1.1 və 407-ci maddələrini rəhbər tutaraq, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan 01 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-299/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-299/2026
25.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver