Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-303/2026 15.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi, təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Saatlı Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü (hakim X2) ilə, ##.##.1992-ci il tarixdə Şamaxı rayonu, Dağ-Bağırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, İsmayıllı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, Şamaxı rayonu, Dağ-Bağırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, təqsirləndirilən şəxs1 İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının 1 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi və həmin cəzanın hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla təqsirləndirilən şəxs1 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, təqsirləndirilən şəxs1 İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 14 günü, 7 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi və təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş cəzadan çıxmaqla üzərində 2 il 2 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs1 ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək tutma altında saxlanıldığı cəmi 2 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla (cəza müddətinə hesablanmaqla) üzərində qəti olaraq 2 il 2 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilərək, barəsində həbs qətimkan tədbirinin seçilməsi və onun məhkəmə iclas zalından dərhal həbsə alınması, təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ## ### 2026-cı il tarixdən hesablanması barədə yekun qərar qəbul edilmiş, iş üzrə məhkəmə məsrəfləri olmamış və məhkəmə tərəfindən maddi sübut üzrə məsələ həll edilmişdir. İŞİN HALLARI: təqsirləndirilən şəxs1 özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışları təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında # ###### 2025-ci il tarixdə saat 11:00 radələrində zərərçəkmiş şəxs2 yaşadığı Saatlı rayonu, Mollavaizli kəndindəki evinin həyətinə gələrək cinayətkar niyyətlərini həyata keçirmək üçün aralarında əldə edilmiş razılığa və rol bölgüsünə əsasən əvvəlcədən satdıqları malların keyfiyyətlərini öyrənmək və əlavə mal satmaq adı ilə digərləri ilə birlikdə evə daxil olmuş, təqsirləndirilən şəxs2 həmin vaxt zərərçəkmiş şəxs2 ilə söhbət edib diqqətini yayındararkən, təqsirləndirilən şəxs4lə birlikdə evin yataq otağına keçmiş və yataq otağındakı çarpayıda yastığın altında olan pul qabından 1.350 manat məbləğində pulu gizli olaraq talayaraq, nəticədə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 1.350 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Saatlı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün ləğv edilərək, iş üzrə yeni hökm (və ya qərar) çıxarılaraq və işin hallarına uyğun olaraq ona azadlıqdan məhrum etmə cəzası növündə deyil, daha yüngül azadlığın məhdudlaşdırılması növündə yeni cəza təyin edilməsini xahiş etmişdir. təqsirləndirilən şəxs1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmdən narazı qaldığınaa görə ondan qanunla müəyyən edilmiş qaydada və müddətdə apellyasiya şikayəti vermişdir. Hökmdə yazıldığına görə o bir neçə nəfərlə birlikdə bir qrup şəxs halında özgənin əmlakını gizli şəkildə talayaraq oğurluq etmişdir. Hökmdə yazıldığı kimi məhkəmə iclasında o, bildirmişdir ki, Azərbaycan Respublikasının rayonlarında məişət üçün istifadə olunan əşyaları satmaqla ailəni dolandırmışdır. Birinci instansiya məhkəməsi tərəfindən cəzanın təyini məsələsində yüngülləşdirici hallar nəzərə alınmayaraq səhvə yol verilmişdir. Belə ki, Saatlı Rayon Məhkəməsinin *(*- ***)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən görünür ki, o, əməlindən səmimi peşimançılığımı bildirmişdir və vurduğu ziyanı tam şəkildə ödəmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərildiyi kimi bu hal təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalı idi. Lakin bu nəzərə alınmamışdır. Məhkəmənin hökmü çıxarılanadək dəymiş ziyan tam ödədiyinə görə zərərçəkmiş şəxs ondan şikayətçi olmadığı bildirilmiş və bu fakt hökmdə də yazılmışdır. Bu halın özü də yüngülləşdirici hal olsa da birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. İş üzrə residiv olmadığından cəzanın ağırlaşdırıcı halının mövcud olmaması hökmdə yazılmışdır. Cinayət işinin materiallarından görünür ki, onun bu əməlində residiv halı yoxdur, Əməlindən səmimi peşimançılığını bildirmiş, məhkəmənin hökmü çıxarılanadək dəymiş ziyanı ödəmiş, zərərçəkən onun şikayətçi olmamış, iş üzrə digər hər hansı ağırlaşdıran hallar yoxdur. Lakin Saatlı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasının azadlıqdan məhrum etmə ilə yanaşı, digər azadlığın məhdudlaşdırılması kimi daha yüngül cəza növü olduğu halda, nə üçün ona yüngül cəzanın verilməməsi barədə heç bir əsaslandırma və səbəblər göstərilməmişdir. Beləliklə aşkar görünür ki, Saatlı Rayon Məhkəməsinin l(*-***)-**/**** saylı hökmündə cəza növünün təyin edilməsi tam ədalətsiz və həmçinin işin hallarına uyğun olmamışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq bildirir ki, Saatlı Rayon Məhkəməsinin *(*-***)- **/**** saylı, ##.##.2026-cı il tarixli hökmündə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399-cu maddəsinin iki bəndi - cinayət qanunu normasının düzgün tətbiq edilməməsi (399.1.4-cü) və təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması (399.1.5-ci) halı nəzərə alınmamış və yekunda cəzanın yüngülləşdirici halı mövcud olsa da bunun ona tətbiq olunmaması və cəzanın ağır növü ilə üzləşməyi halı baş vermişdir. Hesab edir ki, Saatlı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026- cı il tarixli hökmü ləğv edilməli və iş üzrə yeni hökm çıxarılmalı və işin hallarına uyğun olaraq ona azadlıqdan məhrum etmə cəzası deyil, azadlığın məhdudlaşdırılması cəzası verilməlidir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə kollegiyasının iclasında: Dövlət ittihamçısı X1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxsə ədalətli və qanuni cəza təyin olunduğunu bildirərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayətini müdafiə edərək cəzasının yüngülləşdirilməklə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını xahiş etmişdir. Məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək cinayət işi üzrə vurulmuş zərərin tam ödənidiyini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmadığını qeyd edərək qeyd olunan halların nəzərə alınaraq şikayətin təmin edilməsini, təqsirləndirilən şəxs1 barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası həmçinin məhkəmə iclasının yeri və vaxtı barədə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 məlumat versə də, zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 397.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayəti təmin edilməməli, Saatlı Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(*-***)-**/**** nömrəli hökmü isə CPM-in 397.5-ci maddəsinə əsasən dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxs Yusif Qəhrəmanovun özünün etirafedici ifadəsi ilə yanaşı, digər təqsirləndirilən şəxslər - təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs4, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 ifadələri, şahidlərin ifadələri və işdə olan istintaq hərəkətlərinə dair protokollar və digər sənədlərlə təqsirləndirilən şəxs1 CM-in 177.2.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, həmin əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs1 CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Birinci instansiya məhkəməsinin hökmündə tədqiq olunmuş sübutlar, o cümlədən təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, eləcə də ekspert rəyləri və digər sübutlar ətraflı şəkildə təsvir olunduğundan məhkəmə kollegiyası prosessual qənaət prinsipi və məhkəmə aktlarının səmərəliliyi baxımından həmin sübutların yenidən geniş şəkildə təsvirinə ehtiyac görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan sübutlar təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 istinad olunmuş əməlin törədilməsində aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, AR Cinayət Prosessual Məcəlləsinin: 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 əməli birinci instansiya məhkəməsi tərəfindən CM-in 177.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona daha yüngül cəza növünün tətbiq edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, istər ibtidai araşdırma zamanı və istərsədə məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinin cəzanın yüngülləşdirilməsinə dair olmasını nəzərə alaraq məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olubolmaması məsələsini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin olunarkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli * №-li Qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Belə ki, AR Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Apellyasiya şikayətinin dəlillərindən və müdafiə tərəfinin çıxışlarından da göründüyü kimi təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəza ilə əvəz olunması xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iş üzrə vurulmuş ziyan tam şəkildə ödənilməklə zərərçəkmiş şəxsin şikayət və tələbi yoxdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəzanın növünü və həddini müəyyən edərkən, CM-in 59cu maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını, dəymiş zərəri tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələblərinin olmamasını nəzərə almışdır. CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların mövcud olmadığı nəzərə alınmışdır. Həmçinin iş materiallarında olan tələbnaməyə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs1 Şəki Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli hökmü ilə Azarbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə cərimə cəzasına, həmin məhkəmənin ##.##.2015-ci il tarixli hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş və sonuncu iş üzrə Qaradağ Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi hökmdən xaric edilmiş, Şabran Rayon Məhkəməsi tərəfindən isə ##.##.2017-ci il tarixli qanun tətbiq edilərək törətdiyi əməl cinayət tərkibi yaratmadığından cəza çəkdiyi 4 il azadlıqdan məhrum etmə və 2000 manat cərimə cəzasından azad edilmişdir. Lerik Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə təqsirli bilinmiş və cinayət işinə Azərbaycan Respublikası CPM-in 40.3, 43.1.2 və CM-in 73-1.2-ci maddələrinə əsasən xitam verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli hökmünə əsasən təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-in 177.2.1-ci maddəsinin alternativ xarakterli nisbi-müəyyən sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, təqsirləndirilən şəxsə CM-in 177.2.1-ci maddəsi ilə 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, eləcə də CM-in 66.5, 68.1.1-1 və 69.3-cü maddələrinin tələbi də nəzərə alınmaqla təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2 il 2 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması barədə düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası onu qeyd edir ki, təqsirləndirilən şəxs1 müxtəlif həyat şəraitində qanunauyğun davranış qaydasını seçmək imkanının olmasına baxmayaraq, hər dəfə yenidən şüurlu olaraq cinayət qanunu ilə qadağan olunmuş davranış qaydasını seçməsi onun yüksək ictimai təhlükəliliyini sübut edir. Belə olan halda onun barəsində azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzanın təyin edilməsi və ya cəzasının yüngülləşdirilməsi cəza təyinetmənin ümumi məqsədlərinə nail olmaq üçün sonuncuya münasibətdə kifayət etməməklə yanaşı təqsirləndirilən şəxsdə törətmiş olduğu ictimai təhlükəli əmələ laqeydlik hissinin formalaşmasına səbəb ola bilər. Bu səbəbdən ona yüngül cəzanın təyin edilməsi həm qanunvericiliklə təsbit olunmuş humanizm və ədalət prinsipləri ilə, həm də bu prinsiplərin ümumbəşəri anlayışları ilə ziddiyyət təşkil edir. Odur ki, apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs1 təyin etdiyi cəzanın növü və həddi ilə razılaşır. Bununla yanaşı, məhkəmə kollegiyası digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 təyin edilmiş cəza məsələsinə də qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Belə ki, CPM-in 397.5-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri buna əsas verərsə, haqlarında apellyasiya verilməyən şəxslərin xeyrinə yekun qərar qəbul etməlidir. Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-ci maddəsinin alternativ xarakterli sanksiyasına nəzər yetirərkən görünür ki, cəzalardan biri olan azadlığın məhdudlaşdırılması cəzasının yuxarı həddi 3 (üç) il müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin yekun nəticəsinə görə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 CM-in 177.2.1-ci maddəsi ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən ona İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti olaraq 4 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, eləcə də təqsirləndirilən şəxs2 İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 2 ay 18 günü, bu hökmlə təyin edilmiş cəzadan çıxmaqla üzərində 3 il 9 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, həmçinin CM-in 69.3-cü maddəsinə əsasən əsasən təqsirləndirilən şəxs2 ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək 2 gün şübhəli şəxs qismində tutulduğu hər gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla cəmi 4 (dörd) gün, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 3 il 9 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən “Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü il tarixli qərarına əsasən “Birinci hökm çıxarılanadək şəxsə başqa cinayətə görə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən çox ola bilməz”. Kollegiyanın qənaətinə görə, azadlığın məhdudlaşdırılması cəzasına da eyni hüquqi yanaşma tətbiq edilməlidir. Bu yanaşma hüquqi müəyyənlik, qanunilik və cəzanın yalnız qanunla müəyyən edilmiş hədlərdə təyin edilməsi prinsiplərinə uyğundur. Göründüyü kimi, birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edə biləcək yuxarı həddi 3 il olduğu halda, ona daha artıq cəza təyin etmiş, bununla da cinayət qanununun normasını pozmuşdur. AR Cinayət-Prosessual Məcəlləsinin: 398.1.4-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 münasibətdə CPM-in 397.5-ci maddəsinə əsasən dəyişdirilməli, CM-in 66.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs2 İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş az ciddi cəza olan 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası Saatlı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə 177.2.1ci maddəsi ilə təyin olunmuş daha ciddi cəza olan 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əhatələnməklə ona qəti olaraq 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Həmçinin təqsirləndirilən şəxs2 İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 2 ay 18 günü, bu hökmlə təyin edilmiş cəzadan çıxmaqla üzərində 2 il 9 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, həmçinin CM-in 69.3-cü maddəsinə əsasən əsasən təqsirləndirilən şəxs2 ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək 2 gün şübhəli şəxs qismində tutulduğu hər gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla cəmi 4 (dörd) gün, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla həmin cəzadan çıxılmalı və üzərində qəti olaraq 2 il 9 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(*-***)-**/**** nömrəli hökmü təqsirləndirilən şəxs1 cəza təyini hissəsində dəyişdirilmədən saxlanılsın. Saatlı Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(*-***)-**/**** nömrəli hökmü təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 cəza təyini hissəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.5-ci maddəsinə əsasən dəyişdirilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs2 İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmünə əsasən CM-in 177.2.1 və 177.2.3-cü maddəsi ilə təyin edilmiş az ciddi cəza olan 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası Saatlı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli hökmünə əsasən CM-in 177.2.1-ci maddəsi ilə təyin olunmuş daha ciddi cəza olan 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əhatələnməklə ona qəti olaraq 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. təqsirləndirilən şəxs2 İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 2 ay 18 günü təyin edilmiş cəzadan çıxmaqla üzərində 2 il 9 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs2 ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu bir gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla cəmi 4 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla ondan çıxılsın və üzərində qəti olaraq 2 il 9 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-303/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-303/2026
15.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver