Məhkəmə qərarları › İş №1(3-9)-306/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-306/2026

06.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-306/2026 06.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Beyləqan Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü (hakim X2) ilə, ## ##### 1992-ci il tarixdə Beyləqan rayonu, Bünyadlı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Qaralılar kəndində qeydiyyatda olmaqla yaşayan, ## #### 2025-ci il tarixli qərar ilə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 2 il muddətə azadlığın məhdudlaşdırılması cəzasının tayin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs # #### 2025-ci il saat 04:48-dan ## #### 2025-ci il saat 17:20-dək şübhəli şaxs qismində tutulduğu 2 gün müddət, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti olaraq uzərində 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.16 va 5.1-ci bəndləri tətbiq olunmaqla Azərbaycan Respublikası CPM-in 44.2-ci maddəsinə əsasən təyin edilmiş cəzadan azad edilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi, iş uzrə maddi subut kimi tanınaraq Beyləqan rayon Polis şöbəsinin "Maddi sübutların saxlanması otağında saxlanılan 1 ədəd "Redmi 9C" markalı mobil telefon X1 qaytarılması, iki ədəd bükümdə aşkar edilərək götürülmuş və tədqiqata sərf edildikdən sonra qalmış təmiz çəkisi 5.0 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməsi, 2 ədəd disk cinayət işinin materiallarında saxlanması, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsi və o, ərazi narkoloji dispanserində qeydiyyata alınması, iş üzrə xususi müsadirə olunması təklif edilən əmlakın olmaması, iş uzrə mülki iddiaolmaması barədə yekun qərar qəbul edilmiş edilmiş, iş üzrə məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. İş üzrə ##.##.2026 və ##.##.2026-cı il tarixlərə məhkəmə baxışı iclasları təyin olunsa da təqsirləndirilən şəxs heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdə məhkəməyə ərziə ünvanlayaraq müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və apellyasiya şikayətinin baxılmasına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında: Dövlət ittihamçısı Dövlət ittihamçısı məhkum edilmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış apellyasiya şikayətindən imtina edilməsinə dair ərziənin qəbul olunmasını xahiş etmişdir. Məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi1 təqsirləndirilən şəxs tərəfindən təqdim olunan ərizənin nəzərə alınmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 390.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kоllegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apеllyasiya şikayətindən imtinası barədə ərizəsini araşdıraraq hеsab еdir ki, apеllyasiya şikayətindən imtinanın qəbul оlunmasını istisna еdən hallar yохdur, оna görə də həmin şikayətə baхılmasına хitam vеrilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu məcəllənin 391.3.10-cu maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar qəbul edir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 396-cı maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Beləliklə də, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən imtina edilməsi barədə ərizəni araşdıraraq hesab edir ki, həmin imtina könüllü şəkildə edilmiş, onun qəbul edilməsini istisna edən hər hansı prosessual və ya hüquqi hal müəyyən edilməmişdir. İş materiallarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtina etmiş, həmin imtinanın könüllü iradə ifadəsi olmasına şübhə doğuran hər hansı hal müəyyən edilməmiş, habelə cinayət prosesinin digər iştirakçıları tərəfindən eyni məhkəmə aktından verilmiş apellyasiya şikayəti və ya apellyasiya protesti mövcud olmamışdır. Məhkəmə kollegiyası imtinanın qanunun tələblərinə uyğun olduğunu, onun qəbul edilməsinə mane olan hallar aşkar edilmədiyini nəzərə alaraq, Cinayət-Prosessual Məcəlləsinin 391.3, 391.3.10 və 396-cı maddələrinin tələblərinə əsasən apellyasiya şikayətinin baxılmasına xitam verilməsini qanuni və əsaslı hesab edir. Odur ki, məhkəmə kоllegiyası qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 396, 407, 408 və 410.1.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Müdafiəçi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs imtinası qəbul olunsun. Beyləqan Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən müdafiəçi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin baxılmasına хitam vеrilsin. Qərar elan оlunduğu andan dərhal sоnra qanuni qüvvəyə minir. Qərardan bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinаyət Kоllеgiyаsınа kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar