Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-307/2026 14.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Həşimov Yaşar Xanoğlan oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi1 iştirakları ilə. ## ### 1995-ci il tarixdə Ağcabədi rayonu Hacıbədəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3- cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 il 03 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ##.##.2025-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Ağcabədi rayonu, Hacıbədəlli kəndində qeydiyyatda olmaqla həmin yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 185.1-ci maddəsi ilə məhkum olunmasna dair cinayət işi üzrə Ağcabədi Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, cinayət kollegiyası qərar verdi. İ.IŞIN HALLARI: Məhkəmənin ittiham hökmü ilə (hakim: X1) Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi gündən, yəni ## ##### 2026-cı il tarixdən hesab edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmış və maddi sübutla bağlı məsələ həll olunmuşdur. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi3 tərəfindən apellyasiya şikayəti verilmişdir. II.APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini lazımınca nəzərə almamış, aşağı həddə alternativ cəza növünü seçməmiş, həmçinin Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinin tətbiqinin mümkün olub-olmamasını araşdırmamışdır. Belə ki, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmaması yüngülləşdirici hallar kimi nəzərə alınsa da, həmçinin Təqsirləndirilən şəxs əməlində ağırlaşdırıcı halların olmadığı müəyyən edilsə də, Təqsirləndirilən şəxs cavanlığı, onun orta dərəcəli debillik dərəcəsində fiziki-psixi inkişafının ləngiməsi ilə kəskin ifadə olunmuş davranış pozuntularının olması nəzərə alınmamış, sadalanan yüngülləşdirici hallar nəzərə alınmaqla aşağı həddə alternativ cəza növünün seçilməsi, Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinin tətbiqinin mümkün olubolmaması araşdırılmamış, sadalanan bütün yüngülləşdirici hallara münasibətdə məhkəmə tərəfindən ona sərt cəza verilmişdir. Qeyd olunanlara əsasən, Ağcabədi Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilməsi, Təqsirləndirilən şəxs 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi, bu mümkün olmadığı halda Təqsirləndirilən şəxs təyin edilmiş 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinə əsasən 6 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. III.PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin düzgün tövsif olunduğunu, ona qanuni və ədalətli cəza təyin edildiyini qeyd edərək, Ağcabədi Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış etmiş, onlar apellyasiya şikayətinin təmin edilməsini, sonunda müdafiəçi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, cəzanın şərti hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. IV.HÜQUQI MƏSƏLƏLƏR: Аzərbаycаn Respublikаsının CPM-in 397.1-ci mаddəsinə əsasən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və bu Məcəllənin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən yаlnız аpellyаsiyа şikаyətinin və yа аpellyаsiyа prоtestinin hüdudlаrındа yоxlаnılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs apellyasiya şikayətində ağırlığına görə açıq-aydın ədalətsiz cəza təyin edilməsini iddia edərək, daha yüngül cəzanın təyin edilməsi haqqında qərarın qəbul edilməsi barədə tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.5. və 404-cü maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Аzərbаycаn Respublikаsının CPM-in 397.2-ci maddəsinin tələbi ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Cinayət- Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə tövsif etmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi hallar nəzərə alınsın. Kollegiya daha yüngül cəzanın tətbiqinin mümkünlüyünü müzakirə edərək bildirir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların məqsəd və prinsipləri çərçivəsində təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə əsasların olub-olmamasını araşdıraraq məhkəmə kollegiyası qeyd edir ki, DIN-nin BƏSII-nin ##.##.2026-cı il tarixli təlabnamədən, Ağcabədi rayon Məhkəməsinin hökmlərindən və qərardan görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən barəsində 01 il sınaq müddəti tətbiq edilməklə həmin cəza şərti hesab edilmişdir. Bundan başqa onun Azərbaycan Respublikası CM-nin 185.1, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsi haqqında cinayət işi üzrə Ağcabədi rayon Məhkəmsinin ##.##.2024-cü il tarixli qərarı ilə CM-in 73-1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmiş və o həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilmiş, Ağcabədi rayon Məhkəmsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 01 il 03 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və ##.##.2025-ci il tarixdə cəza müddəti başa çatmışdır. Onun məhkimluğu ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş şəxslə barışmasını, ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-in 185.1-ci maddəsin əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)-min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Birinci intsansiya məhkəməsi qeyd olunan tələbələr çərçivəsində cəza təyin etmiş, eyni zamanda təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəlki məhkumluğunun islah üçün yetərli olmamasını nəzərə almışdır. Cəza təyini ilə bağlı normaların tələbləri və əməlin ictimai təhükəliliyi, Təqsirləndirilən şəxs şəxsiyyəti, əvvəlki məhkumluqları məhkəmə kollegiyasına bu qənaətə gəlmək üçün əsas verir ki, onun özünü təqsirli bilməklə əməlini səmimi olaraq etiraf etməsi və peşman olması, ona daha aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasının və ya CM-in 62-ci, yaxud 70-ci maddələrinin şərtlərinin tətbiqini istisna edir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini eləcə də onun əvvəllər məhkum olunmasını, şəxsiyyətini, islaha meyilli şəxs olmamasını Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələbləri çərçivəsində nəzərə almış, ona Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin tələblərinə cavab verən həddə cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Cinayət-Prosessual Məcəlləsinin 398.1. və 398.1.1-ci maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin halları cinayət qanunvericiliyinin məqsədinə uyğun, tətbiqini mümkün hesab etmir. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə məhkum olunmasna dair cinayət işi üzrə Ağcabədi Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Müdafiəçi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə məhkum olunmasna dair cinayət işi üzrə Ağcabədi Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-307/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-307/2026
14.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver