Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-308/2026 15.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya İnstansiyası Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü (hakim İmanov Xaliq Xalıq oğlu) ilə, ##.##.1983-cü il tarixdə Kürdəmir rayonu, Pirili kəndində anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Pirili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxarılması və üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilərək məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə mülki iddianın qismən təmin edilməsi və cavabdeh Təqsirləndirilən şəxs 10.670 (on min altı yüz yetmiş) manat maddi ziyan və mülki iddia üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manatın tutularaq iddiaçı zərərçəkmiş şəxs2 ödənilməsi barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi həll edilmişdir. İŞİN HALLARI: Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə ##.##.1989-cu ildə Hacıqabul rayonunda anadan olmuş, evli, ali təhsilli, Kürdəmir rayonu Şilyan kəndi ərazisində yerləşən “xxxx” MMC-nin lahiyə rəhbəri, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Kürdəmir şəhəri H.Əliyev prospektində kirayə yaşayan İsfəliyev Orxan Novruzəli oğlunun Kürdəmir rayonu Şilyan kəndində yerləşən “xxxx” MMC-nin ərazisində saxladığı 15.300 kiloqram çəkidə, 1 kiloqramı 0,50 manat olmaqla 7.650 manat dəyərində taxıl məhsulunu ##.##.2025-ci il tarixdə və 9.260 kiloqram çəkidə, 1 kiloqramı 0,50 manat olmaqla 4.630 manat dəyərində taxıl məhsulunu ##.##.2025-ci il tarixdə iki gündən sonra pulunu ödəyəcəyini yalandan vəd edərək alıb ələ keçirməklə, həmin taxılı başqa şəxslərə sataraq, ##.##.2025-ci il tarixdə həmin puldan 2150 manatını, ##.##.2025-ci il tarixdə 500 manatını və ##.##.2025-ci il tarixdə 1.000 manatını Orxan İsfəliyevə göndərsə də, qalan 8.630 manat pulu öz şəxsi mənafeyinə görə israf edib, ümumilikdə zərərçəkmiş şəxs Orxan İsfəliyevə 8.630 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxs2 ##.##.2025-ci il tarixdə Kürdəmir rayonu Qarasaqqal kəndində yerləşən fermasının anbarında saxladığı 9.000 kiloqram çəkidə, 1 kiloqramı 0,50 manat olmaqla 4.500 manat dəyərində arpa məhsulu və ##.##.2025ci il tarixdə 33.400 kiloqram çəkidə, 1 kiloqramı 0,55 manat olmaqla 18.370 manat dəyərində taxıl məhsulunu ##.##.2025-ci il tarixdə pulunu ödəyəcəyini yalandan vəd edərək alıb ələ keçirməklə, həmin taxılı başqa şəxslərə sataraq, ##.##.2025-ci il tarixdə həmin puldan 3.300 manatını zərərçəkmiş şəxs2 göndərsə də, qalan 19.570 manat pulu öz şəxsi mənafeyinə görə israf edib, ümumilikdə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 19.570 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək, Kürdəmir Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilməsini və Təqsirləndirilən şəxs barəsində AR CM-in 70-ci maddəsini tətbiq etməklə AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın şərti cəza ilə əvəz edilməsi haqqında yekun məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi müdafiəçi1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hökmü cəzanın təyini hissəsində həddən artıq ağır olmaqla işin faktiki hallarına və məhkumun şəxsiyyətinə uyğun deyildir. Vurulmuş maddi zərər ibtidai istintaq mərhələsində qismən ödənilmişdir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı olan ailə başçısıdır. Təqsirləndirilən şəxsin ailəsinin sosial vəziyyəti ağırdır. Təqsirləndirilən şəxs əməlindən peşman olmuş və istintaqın aparılmasına maneçilik törətməmiş, vaxt verilərsə borcunu tam ödəyəcəyini söyləmişdir. Borcun ödənilməsi iiə bağlı vədi yerinə yetirmiş və ##.##.2026-cı tarixdə hökm çıxdıqdan 4 gün sonra ##.##.2026-cı il tarixdə barışıq olmuşdur. Qeyd etmək istəyir ki,zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 Səfarab oğlu ##.##.2026cı il tarixdə notariat qaydada təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışdığı, tələb və şikayətinin olmadığı barədə ərizə vermişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ilə təqsirləndirilən şəxs banşdığından, tələb və şikayəti olmadığından, cəmiyyətindən təcrid edilməsinə zərurət yoxdur. Törədilmiş əməlin ictimai təhlükəliliyi ziyanın ödənilməsi və zərərçəkmişlə barışıq nəticəsində əhəmiyyətli dərəcədə azalmışdır. Bu səbəbdən də həmin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzasının saxlanılması qanunsuz və ədalətsiz olmaqla hüququn başlıca prinsiplərindən olan ədalət prinsipinə zidd olmaqla təqsirləndirilən şəxsin hüquq və mənafeyini pozur. Qeyd edilənlərə əsasən Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində 2 (iki) 2 (iki) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəzanı zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ilə barışdığından, ona vurulmuş zərər ödənildiyindən və zərərçəkmiş şəxsin tələb və şikayəti olmadığından, onun barəsində verilmiş azadlıqdan məhrumetmə növündə verilmiş cəzanı AR CM-in 70-ci maddəsi tətbiq edilməklə sınaq müddəti müəyyən edilməklə şərti cəza yerilməsi daha ədalətli olardı. PROSESSUAL MƏSƏLƏLƏR: Dövlət ittihamçısı X2 apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 bildirdi ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyan tam ödənilib, onlar barışmışlar, şikayət və tələbi yoxdur. Müdafiəçi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasına videokonfrans əlaqə sistemi ilə qoşulmuş məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini qeyd edərək azadlığa buraxılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi tərəfindən digər zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, zərərçəkmiş şəxs İsfəliyev Orxan Novruzəli oğlu məhkəməyə teleqram vuraraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsla barışdığını, şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyası digrə zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 397.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərində məhkum edimiş şəxsin ittiham olunduğu CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə ona aşağı həddə cəza təyin edərək onun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə şərti hesab olunmasına dair məsələlər mübahisələndirildiyindən ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, məhkum olunmuş şəxs Elmidar İbrahimovun törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apelyasiya şikayətinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, hökm həmin apelyasiya şikayətinə əsasən dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünün etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və İsfəliyev Orxan Novruzəli oğlunun ifadələri, şahid Şahid ifadəsi və işdə olan istintaq və məhkəmə hərəkətlərinə dair digər sənədlərlə Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Birinci instansiya məhkəməsinin hökmündə tədqiq olunmuş sübutlar, o cümlədən təqsirləndirilən şəxs və şahidlərin ifadələri, eləcə də ekspert rəyləri və digər sübutlar ətraflı şəkildə təsvir olunduğundan məhkəmə kollegiyası prosessual qənaət prinsipi və məhkəmə aktlarının səmərəliliyi baxımından həmin sübutların yenidən geniş şəkildə təsvirinə ehtiyac görmür. Apelyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan əməlləri düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlillərindən və müdafiə tərəfinin çıxışından aydın olur ki, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxslərə vurulmuş ziyan tam şəkildə ödənilmədiyindən birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ədalətli olmuşdur. Belə ki, vurulmuş ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzanın təyin edilməsi cəza təyinetmənin ümumi məqsədlərinə nail olmaq üçün sonuncuya münasibətdə kifayət etməməklə yanaşı təqsirləndirilən şəxsdə törətmiş olduğu ictimai təhlükəli əmələ laqeydlik hissinin formalaşmasına səbəb ola bilərdi. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən CM-in 59-cu maddəsinə əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, dəymiş zərərin qismən ödənilməsi isə CM-in 59.1.14-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi və CM-in 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4cü maddələri ilə 2 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, eləcə də CM-in 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxarılsın və üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Apellyasiya məhkəməsində digər zərəçəkmiş şəxs zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyanın tam ödənildiyini, barışdıqlarını, hal-hazırda şikayət və tələbinin olmadığını bildirmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsində aparılmış araşdırmadan sonra zərərəkmiş şəxs zərərçəkmiş şəxs2 ödənilməmiş qalan ziyan da aradan qaldırılmış və zərərçəkmiş şəxsin şikayət və tələbi olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 vurulmuş ziyanı ödəməklə ziyanın tam şəkildə aradan qaldırılması CM-in 59.1.13-cü maddəsinə əsasən (cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) cəzanı yüngülləşdirən və həm də təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi nəzərdən keçirilməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsini məqsədəmüvafiq sayaraq qeyd edir ki, CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan da göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: - sosial ədalətin bərpası; - məhkumun islah edilməsi; - yeni cinayətlər törədilməsinin qarşısının alınması. Qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır. Sosial ədalətin bərpası isə cəzanın törədilən cinayətə uyğun olması ilə təsdiqini tapır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: - dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; - cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Cinayət qanunvericiliyində cəzaya münasibətdə sosial ədalətin nədən ibarət olması ədalət prinsipini və cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 8 və 58ci maddələrində açıqlanmışdır. CM-in 8-ci maddəsinin mahiyyətinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. AR Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004cü il və ## #### 2011-ci il tarixli qərarları). Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Yuxarıda sadalananları konkretləşdirərək məhkəmə kollegiyası bir daha bildirir ki, cinayət hüquq nəzəriyyəsinə görə, sosial ədalətin bərpası həm də o deməkdir ki, dəymiş zərərin müxtəlif növləri kompensasiya olunur, zərər ödənilir. Zərəçəkmiş şəxsin verdiyi ifadədən aydın olur ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam şəkildə ödənilməklə zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi yoxdur. Bu isə o deməkdir ki, cəzanın qarşısında qoyulmuş üç əlaqəli məqsəddən birinə nail olunmuş və sosial ədalət bərpa olunmuşdur. Belə ki, cinayət nəticəsində pozulmuş əsas dəyərlərdən biri zərərçəkmiş şəxsin hüquq və mənafeləridir. Ziyanın könüllü və ya tam şəkildə ödənilməsi - zərərçəkənin maddi və mənəvi maraqlarının bərpasına xidmət edir, cinayətin nəticələrinin aradan qaldırıldığını göstərir və bununla da cəzanın sərtliyinə ehtiyacı azaldır. O da qeyd edilməlidir ki, cəzanın əsas məqsədlərindən biri şəxsin islah edilməsidir. Ziyanın ödənilməsi göstərir ki, şəxs hüquqa zidd davranışının yanlışlığını anlayır, cəmiyyətə uyğun davranış modelinə qayıtmaq niyyətindədir, bu da onun islah olunmasının sərt cəza olmadan da mümkün olduğunu sübut edir. Vurulmuş zərərin ödənilməsi cinayətin yaratdığı mənfi sosial nəticələri azaltdığı üçün əməl əvvəlki təhlükəlilik səviyyəsini itirir, cəmiyyət üçün risk faktorları minimuma enir. Bu şəraitdə ağır cəza ədalət və mütənasiblik prinsiplərinə uyğun olmaz. Odur ki, məhkəmə kollegiyası belə yekun qənaətə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs vurulmuş zərəri ödəməklə cəmiyyətə və onun bir üzvü olan zərərçəkmiş şəxsə (şəxslərə) qarşı məsuliyyətli mövqe nümayiş etdirirsə, dövlət də ona münasibətdə daha yumşaq, şəxsiyyətə uyğun, tərbiyəvi xarakterli cəza tətbiq etməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddəsinin alternativ xarakterli nisbi-müəyyən sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Apellyasiya kollegiyası yuxarıda sadalananları nəzərə alaraq belə yekun qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qeyd olunan maddəsinin sanksiyasında nəzərdə tutulmuş nisbətən yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ədalətli olardı. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, Kürdəmir Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apelyasiya şikayətinə əsasən dəyişdirilməli, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixdən ## ##### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət və ## ### 2026-cı il tarixdən həbsdə saxlanıldığı 2 ay 2 gün, ümumilikdə cəmi 2 (iki) ay 4 (dört) gün müddətin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər hesablanmaqla 4 (dörd) ay 8 (səkkiz) gün ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 22 (iyirmi iki) gün müddətə azadığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bununla yanaşı, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 10.670 manat maddi ziyanın və mülki iddia üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manatın tutularaq iddiaçı zərərçəkmiş şəxs2 ödənilməsi müəyyən edilmişdir. Apellyasiya baxışında zərərçəkmiş şəxs-mülki iddiaçı zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs-cavabdeh Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi olmadığını və ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu zərərçəkmiş şəxs-mülki iddiaçının öz tələbindən imtinası kimi qəbul edilməli və mülki iddiaya dair iş üzrə icraata xitam verilməlidir. Odur ki, kollegiya MPM-in müvafiq müddəalarına istinad edilməsini əsaslı hesab edir. Belə ki, CPM-in 179.2-ci maddəsində qeyd edilir ki, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. MPM-in 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa. Odur ki, məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 1(041)-126/2025 hökmü cəza təyini və mülki iddiaya dair hissələrdə dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixdən ## ##### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət və ## ### 2026-cı il tarixdən həbsdə saxlanıldığı 2 ay 2 gün, ümumilikdə cəmi 2 (iki) ay 4 (dört) gün müddətin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər hesablanmaqla 4 (dörd) ay 8 (səkkiz) gün ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin və onun üzərinə cəza çəkdiyi müddətdə aşağıdakı vəzifələr qoyulsun: yaşayış yerini – Kürdəmir rayonu, Pirili kəndində yaşadığı evini saat 22:00-dan 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və cəzanın icrası Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsindən həbsdən dərhal azad olunsun. Mülki iddiaya dair iş üzrə icraata xitam verilsin. Kürdəmir Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-308/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-308/2026
15.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver