Məhkəmə qərarları › İş №1(3-9)-309/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-309/2026

19.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-309/2026 19.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, MÜƏYYƏN ETDIM: Qeyd olunan qərar onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 3780 manat pul vəsaitinin ələ keçirildiyi yerin “Bakı-Qazax-Gürcüstan” yolunun Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən hissəsi olduğu göstərilsə də, bunu təsdiq edəcək hər hansı mötəbər sübut iş materiallarına əlavə edilməmiş, yalnız şahid ifadəsində göstərilən təxminlər əsasında həmin epizod üzrə cinayətin Qaradağ rayonu ərazisində baş verməsi qənaətinə gəlinmiş və iş aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə iclasında zərərçəkmiş şəxs2 məxsus 3780 manat pul vəsaitinin ona zərərçəkmiş şəxsin oğlu Məhəmməd tərəfindən Şirvan şəhəri ərasizində verildiyini bildirmiş və işin aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsinə göndərilməsi barədə vəsatət təqdim etmişdir. Odur ki, cinayət işi baxılması üçün aidiyyəti üzrə həmin məhkəməyə göndərilmişdir. Işin aidiyyəti üzrə göndərildiyi Şirvan Şəhər Məhkəməsi cinayət işi üzrə sonuncu cinayət epizodunun Bakı şəhəri Qaradağ rayonu ərazisində baş verdiyi üçün işin baxılmasının onun səlahiyyətinə aid olmadığı nəticəsinə gələrək, ## #### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarı ilə aidiyyət məsələsi üzrə mübahisənin həll edilməsi üçün iş materiallarını Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Cinayət işi üzrə materialları nəzərdən keçirərək aşağıdakılara görə hesab edirəm ki, iş aidiyyət məsələsi ilə bağlı mübahisənin həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası CPM-in 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin sədri həmin apellyasiya məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri arasında olan fikir ayrılığına baxır. Lakin hazırkı işin materiallarından görünür ki, aidiyyətlə bağlı fikir ayrılığı müxtəlif apellyasiya instansiya məhkəmələrinin yurisdiksiyalarına aid olan birinci instansiya məhkəmələri arasında yaranmışdır. Belə olan halda, hesab edirəm ki, Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsi ilə digər apellyasiya instansiya məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsi arasında yaranan fikir ayrılığına həmin apellyasiya instansiya məhkəmələrindən hər hansı birinin baxması qanunvericiliyin tələblərinə uyğun olmazdı. Odur ki, qanunun tələbinə görə hazırkı aidiyyətlə bağlı mübahisənin xarakteri iki müxtəlif apellyasiya instansiya məhkəməsinin səlahiyyətləri ilə bağlı olduğundan və onlardan heç birinin mövcud vəziyyətdə olan aidiyyət mübahisəsini həll etmək barədə səlahiyyətləri qanunvericilikdə nəzərdə tutulmadığından aidiyyət mübahisəsinin həll edilməsi üçün cinayət işi Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 77-ci və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 66-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi ilə Şirvan Şəhər Məhkəməsi arasında yaranmış aidiyyət məsələsi ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün iş materialları Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Sədr: Vəli Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar