Məhkəmə qərarları › İş №1(3-9)-310/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-310/2026

16.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-310/2026 16.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, məhkum edilmiş şəxsin müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə ## ### 1986-cı ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü ilə (hakimlər X5 (sədrlik edən), X3 və X6 ibarət tərkibdə) Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının ## ###### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji xəstəxanada qeydiyyata alınması qərara alınmışdır. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, işinə yenidən baxılmasını xahiş etmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmünə əsasən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 2025-ci ilin dekabr ayının əvvəllərində qabaqcadan əlbir olduğu Iran Islam Respublikası vətəndaşının Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində qeyd etdiyi ünvandan satış məqsədilə külli miqdarda, ümumi təmiz çəkisi 6495,31 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda təmiz çəkisi 93,286 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib yerini dəyişməklə yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətindəki yardımçı tikiliyə və yaşadığı evə daşıyaraq orada, bir hissəsini də üzərində saxlamış, ## ###### 2025-ci il tarixdə, saat 13:40 dəqiqədə Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan şəhəri, Ə.Hüseynov küçəsində yaşadığı evin qarşısında qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməkdə, üzərində və yaşadığı ünvanda saxlamaqda, daşımaqda və satmaqda şübhəli bilinərək, saxlanılıb videoçəkiliş aparılmaqla üzərində keçirilmiş baxış zamanı əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 6,686 qram ağımtıl rəngli kristalik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, gödəkçəsinin sol yan cibindən iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi 5,02 qram və 5,29 qram, ümumi çəkisi 10,31 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin tarixdə əməliyyat tədbirinin davamı olaraq yaşadığı ünvanda baxış keçirilərkən həyətində olan yardımçı tikilidəki karton qutudan dörd ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1370 qram, 1560 qram, 1550 qram, 1400 qram, ümumi çəkisi 5880 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, yaşadığı evə baxış keçirilərkən qonaq otağındakı çarpayının altından bir ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdar təşkil edən 86,600 qram ağımtıl rəngli kristalik hissəciklərdən ibarət kustar üsula hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd sellofan bağlamada təmiz çəkisi 605 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə razı deyildir. Işinə yenidən baxılmasını xahiş edir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Rəsul Mənsimov hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, özünü yalnız istifadəçi kimi təqsirli bildiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı təqsirləndirilən və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə təqsirləndirilən və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını təqsirləndirilən və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxsin və müdafiəçinin apellyasiya baxışında bildirdikləri əsas dəlillər narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olmaması, həmin maddələrin satışı ilə məşğul olmaması və özünü yalnız istifadəçi kimi təqsirli bilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətləri protokollarını, habelə digər sənədləri sübut növü kimi qəbul etmiş, həmin sübutların hər birini və onların məcmusunu tam, hərtərəfli və obyektiv araşdırmaqla Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittihamın sübuta yetirilməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini müzakirə edib, məhkum edilmiş şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının çıxışlarını dinləyərək, iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, yəni narkotik vasitə olan marixuananın və psixotrop maddə metamfetaminin ona məxsus olmaması, həmin vasitə və maddələrin satışı ilə məşğul olmaması barədə dəlilləri istintaq hərəkəti protokolları, ibtidai istintaq zamanı verdiyi ifadələr, şahid ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə təkzib edilmişdir. Həmin sübutlar birinci instansiya məhkəməsi tərəfindən hökmdə ətraflı göstərilib qiymətləndirildiyindən, məhkəmə kollegiyası hazırkı qərarda onların yalnız apellyasiya şikayətinin dəlillərinə cavab üçün zəruri olan hissəsinə istinad etməyi kifayət hesab edir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində və məhkəmə baxışında irəli sürdüyü dəlilləri müdafiə mövqeyinə söykənən mülahizə kimi qiymətləndirir. Həmin dəlillər iş üzrə toplanmış sübutların məcmusu, o cümlədən şəxsi axtarış və yaşayış yerinə baxış protokolları, videoçəkiliş materialları, ekspert rəyləri və şahid ifadələri ilə uyğunluq təşkil etmir. Ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasında tədqiq edilmiş sübutların mümkünlüyünü, mötəbərliyini və kifayətliliyini şübhə altına alan hər hansı hal apellyasiya baxışı zamanı müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, həmin sübutlar birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini, onun məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsini və əməlin satış məqsədi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, külli miqdarda narkotik vasitə və psixotrop maddə ilə bağlı olmasını təsdiq edən mötəbər sübutlar kimi haqlı olaraq qəbul edilmişdir. Cinayət işinin materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, eləcə də onun yaşadığı evə və yardımçı tikiliyə baxış videoçəkiliş aparılmaqla keçirilmiş, aşkar edilmiş narkotik vasitələr və psixotrop maddə prosessual qaydada qablaşdırılıb götürülmüş, daha sonra müvafiq ekspertiza rəyləri ilə həmin predmetlərin növü və çəkisi müəyyən edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs üzərindən, yaşadığı evdən və yardımçı tikilidən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olmaması barədə dəlillər iş materialları ilə təsdiqini tapmır. Iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrində aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olduğunu etiraf etmiş, lakin özünü onların satışında deyil, yalnız istifadəsində təqsirli bilmişdir. Sonradan məhkəmə baxışı zamanı həmin mövqeyi dəyişdirməsi, özü-özlüyündə, iş üzrə toplanmış digər mötəbər sübutların hüquqi qüvvəsini aradan qaldırmır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs özünü yalnız istifadəçi kimi təqdim etməsi aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin ümumi miqdarı, onların müxtəlif yerlərdə saxlanılması, ayrı-ayrı bükümlərdə olması, bir hissəsinin üzərində, digər hissəsinin isə yaşadığı evdə və yardımçı tikilidə aşkar edilməsi kimi obyektiv hallar fonunda inandırıcı və əsaslı hesab edilə bilməz. Bundan başqa, iş materiallarında Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı ifadələrinin qanunsuz təsir, təzyiq və ya məcburetmə altında alınmasını, yaxud aşkar edilmiş maddələrin ona aid olmamasını təsdiq edən hər hansı mötəbər məlumat yoxdur. Müdafiə tərəfi də apellyasiya baxışı zamanı bu barədə konkret sübut təqdim etməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə həbs qətimkan tədbiri seçilmiş, həmin müddətdən sonra istintaq orqanının nəzarətdən uzaq olan istintaq təcridxanasına yerləşdirilmişdir. Bu hal isə onun saxlanıldığı təcridxananın müdriyyəti vasitəsilə istintaq orqanları qarşısında azad hərəkət imkanlarını saxladığını, eyni zamanda istənilən hüquq pozuntusu barədə müstəqil şəkildə prokurorluq və ya digər səlahiyyətli orqanlara müraciət etmək imkanı olduğunu göstərir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs satış məqsədi ilə ümumi təmiz çəkisi 93,286 qram olan külli miqdarda psixotrop maddə metamfetamini və ümumi təmiz çəkisi 6495,31 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması iş üzrə toplanmış sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Hazırkı apellyasiya şikayətində və məhkəmə baxışında irəli sürülmüş əsas dəlil Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini qəbul etməməsi ilə bağlıdır. Lakin cinayət-prosessual qanunvericiliyin tələblərinə görə, şəxsin təqsiri yalnız onun etirafedici ifadəsi ilə deyil, iş üzrə toplanmış bütün sübutların məcmusu ilə müəyyən edilir. Hazırkı iş üzrə sübutların məcmusu isə ittihamın sübuta yetirilməsi üçün kifayətdir; etirafın olmaması, digər mötəbər sübutlar mövcud olduğu halda, hökmün dəyişdirilməsi və ya ləğvi üçün müstəqil əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv tədqiq etmiş, sübutlar toplusuna məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs satış məqsədi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, külli miqdarda narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlaması və daşıması, yəni CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsində iş materiallarının təkrar təhlili də göstərir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə əməl etməklə sübutların mənsubiyyətini, mümkünlüyünü və mötəbərliyini qiymətləndirmiş, ittihamın sübuta yetirilməsi üçün kifayət edən sübutların mövcudluğu barədə işin faktiki hallarına uyğun yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi isə onların digər sübutlarla uyğunluğunu, həmin sübutları tamamlamasını və əks sübutlarla təkzib edilməməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2 və 145.3-cü maddələrinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik kimi başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hadisənin baş verməsi, vaxtı, yeri, üsulu, nəticələri, habelə baş vermiş hadisənin Cinayət Məcəlləsində nəzərdə tutulmuş konkret cinayət tərkibinin əlamətlərinə uyğunluğu müəyyən edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və ya psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin və psixotrop maddələrin satışı onların əvəzli, qazanc əldə etmək və ya digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hərəkətlərdən ibarətdir. Buna görə də şəxsin narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi ilə əldə edib saxlaması barədə nəticə ehtimala deyil, iş üzrə toplanmış sübutların məcmusuna əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli, * nömrəli qərarının 9-cu bəndində izah edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin qərarın 12-ci bəndində CM-in 234.4-cü maddəsində CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, külli miqdarda və digər tövsifedici əlamətlərlə törədilməsinə görə məsuliyyət nəzərdə tutulduğu göstərilmişdir. Qərarın 16-cı bəndinə əsasən isə CM-in 234.4.3-cü maddəsində CMin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Buna görə də hazırkı işdə satış məqsədinin mövcudluğu CM-in 234.2-ci maddəsinin dispozisiyası baxımından, qabaqcadan əlbir olan bir qrup şəxs və külli miqdar əlamətləri isə müvafiq olaraq CM-in 234.4.1 və 234.4.3cü maddələrinin tövsifedici əlamətləri kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Işin faktiki halları, aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin miqdarı, saxlanılma forması, yerləşdiyi yerlər, ibtidai araşdırma və məhkəmə baxışında tədqiq edilmiş digər sübutlar birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuni və əsaslı olduğunu təsdiq edir. Əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və ya ona daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. CM-in 41.1-ci maddəsinin məzmununa görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə almış, ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edərkən cəzanın məqsədlərinə uyğun və ədalətli nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlləri üzrə təyin edilmiş cəza onun şəxsiyyətinə, törətdiyi əməlin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Apellyasiya şikayətində göstərilən dəlillər həmin cəzanın yüngülləşdirilməsi və ya cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi üçün əsas yaratmır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin prinsiplərinə uyğun aparılmış, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, habelə Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində, o cümlədən CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş digər hüquqları təmin edilmiş, hökmün ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar