Məhkəmə qərarları › İş №1(3-9)-311/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-311/2026

05.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-311/2026 05.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ### 2026cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X4 və X8 ibarət tərkibdə) ilə ## ###### 1987-ci il tarixdə İmişli rayonu, Bəcrəvan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində yetkinlik yaşına çatmayan uşağı olan, işləməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq olunmaqla 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə və 2.680 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, ## #### 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, İmişli şəhəri, H.Aslanov küçəsi, ev 5, mənzil 8-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X18 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının ## ###### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə təyin edilməsi və onun ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınaraq, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2 və 2.11-ci bəndlərinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə hökmlərin məcmusu qaydasında ona təyin edilmiş 2.680 (iki min altı yüz səksən) manat cərimə cəzasının ödənilməmiş 2.000 (iki min) manat hissəsindən azad edilməsi, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin tətbiq edilməməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübut və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARI: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla İmişli şəhəri, S.Qazıyeva küçəsi 5B ünvanının yaxınlığına daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində ## ###### 2025-ci il tarixdə saat 15:28də İmişli şəhəri, S.Qazıyeva küçəsi 5B ünvanda saxlanılaraq, həmin gün saat 15:45-dən etibarən yerində üzərinə keçirilən baxış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən satış məqsədilə əldə edib saxlamaqla daşıdığı bir ədəd bükümdə ümumi təmiz çəkisi 7,373 qram ağ rəngli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünü ləğv edilməsini, cinayət işinin yenidən obyektiv və hərtərəfli araşdırılması üçün başqa tərkibdə məhkəmə baxışının təyin olunmasını, müdafiə hüququnun pozulması, sübutların bitərəfli qiymətləndirilməsi və prosesual qanun pozuntularına hüquqi qiymət verilməsi, onun günahsız olmasının sübuta yetirilməsi, onu şərləyərək həbsə atdırmaqla şəxsi imicimə ziyan vuran, namus, şərəf və ləyaqətini tapdalayaraq alçaldan, təhqir edən yalançı, “şərəfsiz şahidlər” tapılaraq məsuliyyətə cəlb olunmaları və ona dəymiş fiziki, maddi və mənəvi ziyanı ödənilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin barəsində çıxardığı hökmü qanunsuz, əsassız, qərəzli və birtərəfli hesab edir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası CPM-in əsas prinsipləri kobud şəkildə pozulmuş müdafiə hüququ faktiki olaraq məhdudlaşdırılmış, işin obyektiv araşdırılması təmin edilməmişdir. Məhkəmə hökmü çıxarılarkən yalnız ittiham tərəfinin mövqeyini əsas götürmüş, müdafiə tərəfinin təqdim etdiyi faktlara, vəsatətlərə və ziddiyətlərə lazımi hüquqi qiymət verməmişdir. Dövlət hesabına təyin olunmuş vəkilin passivliyi ona dövlət hesabına təyin edilmiş müdafiəçi məhkəmə prosesində formal iştirak etmiş, müdafiə hüququnun effektiv təmin olunması üçün heç bir real fəaliyyət göstərməmişdir. Müdafiəçi ittihamdakı ziddiyətləri lazımi qaydada mübahisələndirməmiş, mühüm sübutların araşdırılması barədə israrlı çıxışlar etməmiş, vəsatətlərin müdafiəsində aktiv iştirak etməmiş, müdafiə mövqeyini lazımi səviyyədə qurmamışdır. Bu hal Azərbaycan Respublikası Konstitusiyasının və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının təmin etdiyi müdafiə hüququnun pozulmasıdır. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya instansiyası məhkəməsində: Dövlət itihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunduğunu, ona bəraət verilməsi üçün əsasların olmamasını, məhkum olunmuş şəxs tərəfindən törədilmiş cinayət əməllərinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu bildirərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış edərək məhkum edilmiş şəxsə bəraət verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 cıxışı ilə razı olduğunu bildirib, apellyasiya şikayətinin təmin edilməsini və ona bəraət verilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 397.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirilməməsinə dair məsələlərin mübahisələndirilməsini nəzərə alıb, Cinayət Prosessual Məcəlləsininn 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunub-olunmamasına, məhkum olunmuş şəxsə həmin maddə ilə bəraət verilməsi üçün əsasların olub-olmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ibridai istintaq zaman verdiyi qismən etirafedici ifadəsi, şahid Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Nəbiyev İbrahim Rasim oğlunun ifadəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Təhqiqat Şöbəsinin “baxış keçirilməsivə şübhəli şəxsin üstünün yoxlanılmasına dair” ##.##.2025-ci il və İstintaq İdarəsinin “baxış keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair hərəkətlərin qeydə alındığı CD disk daşıyıcısında olan videogörüntüləri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */**** nömrəli, ##.##.2025-ci il tarixli “məhkəmə fiziki-kimyəvi ekspertizası”nın rəyi və ona əlavə edilmiş aktı, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin “maddi sübut hesab edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərarı, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli protokolu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 ****/K nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyi, “xxxx” X3 ***/MEŞ nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X3 ambulator məcburi narkoloji tibbi yoxlamanın ##.##.2025-ci il tarixli, **** nömrəli rəyi, Məhkəməyə X18 ##.##.2026-cı il tarixli müşayiət məktubu ilə daxil olmuş, ****/**** nömrəli “məhkumun tibbi kitabçası” və işin digər halları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ## ###### 2025-ci il tarixdə oğlu Kərim evdə ona, rayon sakini “Ayka” ləqəbli qızın məktəbin həyətində uşaqlara psixotrop maddə satdığını bildirmişdir. Həmin vaxt cəzaçəkmə müəssisəsindən təzə çıxmış, narkotik vasitə və psixotrop maddə ilə əlaqəsi olmamışdır. Oğlunun verdiyi məlumatdan əsəbiləşərək Aykanı döymüşdür. Həmin qız nəinki məktəbdə, həmçinin gözəllik salonlarında da psixotrop maddə satmışdır, guya həmin maddə adamı arıqladır. Aykadan polisə şikayət etmək mənasız idi, çünki, İmişli Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Ümid adlı şəxsin “malını” satan qız olub. Hətta 23 və ya ## ###### 2025-ci il tarixdə Ümid ona zəng edərək, indi də bizə ilişirsən deyə iradını bildirmişdir. Ümidin mobil nömrəsini xatırlamadığını bildirmişdir. Həm də, çəzaçəkmə müəssisəsindən yenicə çıxan biri kimi polisə baş verən hallar barədə şikayət etmək istəməmişdir. Həmin vaxt istifadəsində anasının adına olan *** ***-**-** və *** ***-**-** mobil nömrələr olmuşdur. ## ###### 2025-ci il tarixdə günortadan bir qədər sonra siqaret almaq üçün məhləyə çıxmış, Aşıq Ələsgər küçəsində olarkən polislər iki avtomobildə gəlib, onu tutaraq İmişli Rayon Polis Şöbəsinə aparmış, orada döyəndən sonra avtomobillə Sevil Qazıyeva küçəsinə gətirərkən yolda cibinə psixotrop maddə qoymuşlar. Saxlanıldığı küçədə heç kim olmamış və orada videoçəkiliş etmişlər. Vəkillə təmin olunmamışdır. Psixotrop maddə satan biri olmamış, siqaret pulunu belə valideyinləri vermişlər. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, 2020-ci ildə marixuana və heroin istifadə etmişdir. Əvvəllər məhkum olunmağını istəmiş, çünki narkotik vasitə ilə bağlı içəridə müalicə alacağını düşünmüş və həbs olunmuş, sonra narkotiklə əlaqəsi olmamışdır. Saxlanıldığı vaxt polislər ona Baş İdarədən olduqlarını bildirmişlər. Həmin vaxt üzərində psixotrop maddə olmamışdır. Polislər onu ailə üzvləri ilə hədələmiş, evindən bir kilo, həmçinin üzərindən narkotik vasitə çıxaracaqlarını, anası, oğlu və qardaşını da məsuliyyətə cəlb edəcəklərini demişlər, buna görə də, onların dedikləri ilə razılaşmış və qurduqları ssenarini videoçəkiliş zamanı bildirmişdir. Tutulan vaxt onu görən şəxslər olmuşdur. Onu tutan polislərin arasında Ümid adlı şəxs olmamışdır. Saxlanılarkən xəsarət almamış, avtomobilə minəndə və şöbədə xəsarətləri yaranmışdır. Polislər onu sillə və təpiklə vurmuşlar, lakin xəsarət izləri qalmamışdır. Hətta, böyrək nahiyəsinə elə vurmuşlar ki, bir də bölmədə ayılmışdır. Ona təzyiq edən şəxslərdən biri İlqar adlı şəxs olmuşdur. Şahid İbrahim Nəbiyev etirafedici ifadə verməyi üçün onu təhqir etmiş, lakin döyməmişdir. İstintaq təcridxanasında müayinə olunmuş, lakin xəsarətləri (kəsiklər) qeydə alınmamışdır. Tibbi ekspertizadan keçiriləndə döyüldüyünü bildirmişdir. Polislərin deməsi əsasında xəsarətlərini tutulmamışdan bir xeyli qabaq aldığını demiş, polislər özləri müddəti iki ay yazdırmışlar. Bundan başqa, polis əməkdaşları narkoloji ekspertizanın rəyinə də təsir etmişlər. Sanksiya məhkəməsində ondan heç nə soruşulmamış, psixoloji təsir altında bir-iki cümlə demişdir. Psixotrop maddənin bir qramının da ağır məsuliyyətə səbəb olacağını düşünməmiş, çünki bu yolun yolçusu olmamış və ona görə də üzərində guya bir qram narkotik olduğunu demişdir. Son zamanlar istifadəsində olan *** ***-**-** 348 mobil nömrə anasının adına olmuş, qardaşı da həmin nömrəni işlətmiş, ## ###### 2025-ci il tarixdən isə özü istifadə etməyə başlamışdır. Həmin nömrənin nə vaxt alındığını xatırlamamışdır. Polis şöbəsinə aparılıb videoçəkilişə çıxarılmasına kimi hardasa bir saat yarım vaxt keçmişdir. Onu “Tik- Tok” sosial platformasında canlı açıb oyun oynadığı, habelə əvvəllər məhkum olunduğu üçün polislərin qeydiyyatına düşməsi səbəbindən şərləyib tutmuşlar, yoxsa “kim 50 (əlli) manata yeddi qram metamfetamin satar” deyə sual etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi CPM-in 327.1.3-cü maddəsinə əsasən, ziddiyyət yaranmış hissədə elan edilmiş və məlum olmuşdur ki, o, həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək, göstərmişdir ki, təxminən beş ildir “kola” adı ilə tanıdığı narkotik vasitədən, eləcə də ara-sıra “metamfetamin”dən istifadə edir. ## ###### 2025-ci il tarixdə axşam saatlarında yaşadığı İmişli şəhəri ərazisində zahirən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 50 (əlli) manata metamfetamin alıb, gələcəkdə istifadə etmək üçün cibinə qoymuş, bu barədə heç kimin məlumatı olmamışdır. ##.##.2025-ci il tarixdə, saat 15:28-də İmişli şəhəri, S.Qazıyeva küçəsi 5B ünvanının yaxınlığında olduğu zaman üç nəfər mülki geyimdə olan şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərərək, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, onu, barəsində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmiş, ona hüquq və vəzifərini izah etmişlər. Yalan danışmağın əhəmiyyətsiz olduğunu başa düşərək, səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “metamfetamin” kimi tanıdığı maddə vardır. Bundan sonra saxlanıldığı yerdə üzərinə videoçəkilişdən istifadə edilməklə baxış, keçirilmiş, ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa, təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra üzərində metamfetamin olduğunu bildirərək, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən içərisində metamfetamin olan bir ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Şifahi sorğu zamanı ## ###### 2025-ci il tarixdə yaşadığı İmişli şəhəri ərazisində zahirən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 50 (əlli) manata metamfetamin aldığını, həmin kütlədən heç kimə vermədiyini və satmadığını, eləcə də, üzərində metamfetamin olmasından heç kimin xəbərinin olmadığını bildirmişdir. Təqdim etdiyi büküm polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, sonra açılmış və içərisində kristal şəkilli, ağ rəngli, metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Bundan sonra həmin kütlə polis əməkdaşı tərəfindən ağ rəngli kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, daha sonra baxış aparılması ilə bağlı protokol tərtib edilməsi üçün İmişli Rayon Polis Şöbəsinə getmişlər. Şöbədə hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Sol və sağ qol nahiyələrində, başının sol nahiyəsində tibbi əməliyyat nəticəsində yaranmış tikiş izləri on beş il əvvəl avtoqəza nəticəsində, göbək hissəsində qızartı izləri üç-dörd ay əvvəl yıxılması nəticəsində, hər iki ayaq nahiyəsimdə olan yara və ləkə izləri isə iki-üç ay əvvəl yıxılması nəticəsində yaranmışdır. İstifadəsində *** ***-**-** və *** ***-**-** mobil nömrələr olduğunu, nə saxlanılanda, nə də üzərinə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qaldığını bildirmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti ibtidai istintaq zamanı ona göstərilmiş fiziki və psixoloji təzyiqlə əlaqələndirmiş, məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu, ibtidai istintaq zamanı təsir altında, vəkilsiz, polis əməkdaşları tərəfindən döyüldüyü və ailəsi ilə hədələndiyindən etirafedici ifadələr verdiyini bildirmişdir. Son sözündə törətmədiyi cinayət əməlinə görə hazırda həbsdə olduğunu, psixotrop maddə saxlamadığını və satışı ilə məşğul olmadığını bildirərək, məhkəmədən barəsində ədalətli qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, R Nəbiyev İbrahim Rasim oğlu ifadəsində bildirmişdir ki, ## ###### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması bərədə ona daxil olmuş əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qəbul edilmiş qərarın icrası ilə bağlı rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna baş əməliyyat müvəkkili Allahverdiyev İlqar Vaqif oğlu, kiçik inspektor X9, təhqiqatçı X7 və özü daxil edilmişlər. ## ###### 2025-ci il tarixdə, saat 15:00 radələrində Təqsirləndirilən şəxs İmişli şəhəri, S.Qazıyev küçəsi 5B ünvanı yaxınlığında olacağı müəyyən edildiyi üçün qrup üzvləri ilə birlikdə həmin ünvana getmiş, saat 15:28-də eyni ünvanda Qasıməliyə oxşar şəxsin olduğunu müşahidə etmiş, ona yaxınlaşaraq özlərini təqdim edərək, həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, bundan sonra Qasıməliyə gəlişlərinin səbəbini bildirib, onu barəsində qəbul edilmiş qərarla tanış edərək hüquq və vəzifələrini izah etmişlər. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə onun üzərinə baxış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üstündə metamfetamin adı ilə tanıdığı maddə olduğunu bildirərək, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, şifahi sorğu zamanı həmin kütləni iki gün əvvəl İmişli şəhəri ərazisində zahirən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 50 (əlli) manat qarşılığında şəxsi istifadəsi məqsədilə aldığını, heç kimə vermədiyini və satmadığını, onda narkotik olması barədə heç kimin məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm elektron tərəzidə çəkilərək 7,54 qram olması müəyyən edilmiş, sonra iştirakçıların şahidliyi ilə açılmış və içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddənin olması məlum olmuş, daha sonra qablaşdırıldırılaraq möhürlənmiş, üzəri Qasıməli və tərəflərindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üstünə keçirilən baxış davam etdirilərkən sonuncu əynində olan qara rəngli cins şalvarının cibindən mobil telefon, gödəkçəsinin cibindən siqaret qutusu və alışqan çıxarıb təqdim etmiş, mobil telefonu iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, digər əşyalar isə onun özünə geri qaytarılmışdır. İş materiallarında olan: Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ##.##.2025-ci il tarixli raportundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ##.##.2025-ci il tarixli qərarı və eyni tarixli əmrindən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin idarənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Təhqiqat Şöbəsinin “baxış keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” ##.##.2025-ci il və İstintaq İdarəsinin “baxış keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair hərəkətlərin qeydə alındığı CD disk daşıyıcısında olan videogörüntülərə baxış keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli protokollarından görünür ki, aparılmış videoçəkilişlə ##.##.2025-ci il tarixdə, saat 15:00 radələrində Təqsirləndirilən şəxs İmişli şəhəri, S.Qazıyev küçəsi 5B ünvanı yaxınlığında saxlanılmış, üstündə “metamfetamin” adı ilə tanıdığı maddə olduğunu bildirərək, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş “metamfetamin” kimi tanıdığı maddəni iki gün əvvəl İmişli şəhəri ərazisində zahirən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 50 (əlli) manat qarşılığında şəxsi istifadəsi məqsədilə aldığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, həmin maddənin onda olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm elektron tərəzidə çəkilərkən 7,54 qram olması müəyyən edilmiş, açıldıqda içərisində kristal şəkilli, ağ rəngli, metamfetaminə oxşar psixotrop maddə olması aşkar olunmuş, sonra qablaşdırıldırılaraq möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının cibindən “Xiaomi” markalı mobil telefon, əynində olan gödəkçəsinin cibindən üzərində “Sobranie” yazısı olan siqaret qutusu və alışqan çıxarıb təqdim etmiş, mobil telefonu iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür (sözügedən mobil telefon hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmamış və məhkəməyə təqdim olunmamışdır), digər əşyalar isə onun özünə qaytarılmışdır. Bu barədə ##.##.2025-ci il tarixli protokola əlavə edilmiş CD diskə məhkəmə iclasında baxılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */**** nömrəli, ##.##.2025-ci il tarixli “məhkəmə fiziki-kimyəvi ekspertizası”nın rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №*” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə, Təqsirləndirilən şəxs(imza)” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 7,373 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin 7,323 qram qalığı ibtidai istintaq orqanına qaytarılmış, aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş *** ***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif nömrələr arasında sms yazışmalar, habelə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək aşağıdakı məlumatlar aşkar edilmişdir:- ##.##.2025-ci il tarixdə saat 16:48:07-də Təqsirləndirilən şəxs məxsus +************ mobil nömrə tərəfindən +************ mobil nömrəyə “Atam talkuçka terefe ged mənə xəbər et deyecem sene 15 lik patı 5 İ”, saat 16:48:07-də +************ mobil nömrəyə “ikde koladi” yazılı mesajın göndərildiyi müəyyən edilmişdir (iş vərəqi 142-144). Sözügedən mobil telefon nömrəsinin məlumatlarını özündə əks etdirən CD disk məhkəmə iclas zalında olan kompüterdə nümayiş etdirilmiş və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs məxsus +************ mobil telefon nömrəsinə müxtəlif nömrələrdən ##.##.2025-ci il tarixdə, saat 14:37:10-da “Ay. qasim. telfonu ac”; ##.##.2025ci il tarixdə, saat 01:06:43-də “Gerak. bawqa. cur soz dar yazim sana. ay qasim manim telfonumu gatir ver”; ##.##.2025-ci il tarixdə, saat 16:03:59-da “Qara tejfonu ac srocnu”; ##.##.2025-ci il tarixdə, saat 19:12:15-də “Qara svyaza cix tecili Nemkadi” məzmunlu smslər də ünvanlanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 ****/K nömrəli, ##.##.2025ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan “amfetamin” və “metamfetamin” aşkar edilmişdir. “xxxx” X3 ***/MEŞ nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 24-## ###### 2025ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmişdir. Onun bədən səthində aşkar edilmiş başın sol təpə nahiyəsinin və hər iki saidin çapıqları müayinədən təxminən 1- 1,5 artıq müddətdə, qarın nahiyəsinin və hər iki baldırın piqmentasiyası sahələri müayinədən təxminən 2-4 ay əvvəl əmələ gəlmişlər, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş, yara izi olduqları üçün əmələ gəlmə mexanizmi, şəraiti, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir (iş vərəqi 151-153). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X3 ambulator məcburi narkoloji tibbi yoxlamanın ##.##.2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorın birgə qəbulu nəticəsində asılılıq sindromu (narkamoniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Müayinə zamanı deməsinə görə, bir-iki ildir ki, narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamindən inyeksiya yolu ilə istifadə edir. Birinci instansiya məhkəməsinə daxil olmuş X18 ##.##.2026-cı il tarixli müşayiət məktubu ilə daxil olmuş, ****/**** nömrəli “məhkumun tibbi kitabçası”ndan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş, tibbi müayinə zamanı onda hər iki saidin ön səthində köhnə çapıq toxuması aşkar edilmiş və o, xəsarət almadığını, üç-dörd ildir ki, aspirasion yolla çoxsaylı narkotiklərdən istifadə etdiyini bildirmişdir. Şikayət müəllifi apellyasiya şikayətində məhkum olunmuş şəxs birinci instansiya məhkəməsi tərəfindən müdafiə hüququnun pozulduğunu, dövlət hesabına təyin edilmiş müdafiəçinin formal iştirak etdiyini, ittiham tərəfinin mövqeyinin üstün tutulduğunu, işin obyektiv araşdırılmadığını və ona qarşı irəli sürülmüş ittihamın sübuta yetirilmədiyini bildirmişdir. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həm ittiham, həm də müdafiə tərəfinin təqdim etdiyi sübutları araşdırmış, məhkəmə iclasında təqsirləndirilən şəxsə ifadə vermək, vəsatətlər qaldırmaq, sübutları mübahisələndirmək, şahidlərə suallar vermək və müdafiə mövqeyini sərbəst ifadə etmək üçün lazımi imkan yaratmışdır. Hökmün məzmunundan da görünür ki, məhkəmə müdafiə tərəfinin bütün arqumentlərinə münasibət bildirmiş, onları digər sübutlarla müqayisə etməklə hüquqi qiymət vermişdir. Apellyasiya şikayətində dövlət hesabına təyin edilmiş müdafiəçinin formal iştirak etdiyi göstərilsə də, bu hal iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, müdafiəçi ibtidai istintaqdan etibarən cinayət prosesində iştirak etmiş, məhkəmə baxışında təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş, məhkəməyə hüquqi yardım göstərilməsi ilə bağlı 22 iş saatı həcmində hesabat təqdim etmişdir. Bundan başqa, iş materiallarında müdafiəçinin fəaliyyətsiz qalmasını və ya onun hərəkətləri nəticəsində müdafiə hüququnun faktiki məhdudlaşdırılmasını təsdiq edən hər hansı sübut mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin mövqeyinin təqsirləndirilən şəxsin istədiyi nəticə ilə üst-üstə düşməməsi özü-özlüyündə müdafiə hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Apellyasiya şikayətində və məhkəmə iclasındakı çıxışında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmçinin narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmədiyini bildirmişdir. Lakin bu dəlil də iş üzrə toplanmış sübutlarla təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı verdiyi ifadələrdə metamfetamindən istifadə etdiyini etiraf etmiş, məcburi narkoloji müayinənin rəyində onda opioidlər və psixostimulyatorlardan asılılıq sindromunun mövcud olduğu göstərilmiş, qan və sidik nümunələrinin ekspertizası zamanı amfetamin və metamfetamin aşkar edilmiş, penitensiar müəssisənin tibbi sənədlərində də onun uzun müddət narkotik vasitələrdən istifadə etməsi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi həmin sübutları digər sübutlarla birlikdə qiymətləndirərək müdafiə tərəfinin bu arqumentini əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası da həmin nəticə ilə razılaşır. Apellyasiya şikayətində Təqsirləndirilən şəxs saxlanıldığı zaman polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə məruz qaldığını, etirafedici ifadələrinin məhz həmin təzyiq nəticəsində alındığını göstərmişdir. Lakin birinci instansiya məhkəməsi bu arqumentləri ətraflı araşdıraraq haqlı olaraq qəbul etməmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində və müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrdə ona qarşı hər hansı zorakılıq və ya qanunsuz təzyiq göstərilmədiyini bildirmiş, həmin dövrdə bu barədə səlahiyyətli orqanlara və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməmişdir. Məhkəmə-tibbi ekspertizasının rəyi ilə onun bədənində saxlanıldığı tarixə uyğun gələn xəsarətlərin aşkar edilmədiyi müəyyən olunmuş, penitensiar müəssisəyə qəbul edilərkən aparılmış tibbi müayinə zamanı da yeni xəsarətlər qeydə alınmamışdır. Bu səbəbdən məhkəmə həmin iddiaları cinayət məsuliyyətindən yayınmağa yönəlmiş müdafiə mövqeyi kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası da həmin qiymətləndirməni əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin irəli sürdüyü bütün arqumentləri ayrıca araşdırmış, şahid ifadələri, ekspertiza rəyləri, baxış protokolları, videogörüntülər, maddi sübutlar və digər yazılı sübutlarla müqayisəli şəkildə qiymətləndirmiş, nəticələrini hökmdə kifayət qədər əsaslandırmışdır. Hökmdə sübutların hansı səbəbdən mötəbər hesab edilməsi, müdafiə tərəfinin arqumentlərinin isə hansı əsaslarla qəbul edilməməsi ətraflı izah edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs isnad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Məhkum edilmiş şəxsin hərəkətlərində qeyd olunan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuşdur. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət Prosessual Məcəlləsininn 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Qasəməli Qasımovun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində məhkum olunmuş şəxs tərəfindən əməlin hüquqi tövsifi ayrıca mübahisələndirilməsə də, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsinin hökmünün qanuniliyi və əsaslılığı yoxlanılarkən əməlin hüquqi tövsifinin düzgünlüyünün də qiymətləndirilməsi zəruridir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə və ya satma cinayət məsuliyyətinə səbəb olan əməllər kimi təsbit edilmiş, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən isə həmin əməllərin külli miqdarda törədilməsi daha ağır cinayət tərkibi yaratmışdır. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.11-ci bəndinə əsasən narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və ya psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hərəkətlər başa düşülür. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" ## #### 2011-ci il tarixli Qərarının 9-cu bəndində izah edilmişdir ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və ya psixotrop maddələrin təkcə satılması deyil, həm də həmin maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi və ya saxlanılması da həmin maddə ilə cinayət məsuliyyəti yaradır. Buna görə də belə işlər üzrə əsas müəyyən edilməli olan hal şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinin və ya saxlamasının iş üzrə mötəbər sübutlarla təsdiq olunmasıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin miqdarı məhkəmə-fiziki-kimyəvi ekspertizasının rəyi ilə müəyyən edilmiş, bununla yanaşı, birinci instansiya məhkəməsi satış məqsədinin mövcudluğu barədə nəticəyə yalnız psixotrop maddənin miqdarına əsasən gəlməmiş, həmin nəticəni iş üzrə toplanmış digər sübutların məcmusu ilə əlaqəli şəkildə qiymətləndirmişdir. Belə ki, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefonun müayinəsi zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı SMS yazışmaları aşkar edilmiş, həmin yazışmalar məhkəmə iclasında tədqiq olunaraq digər sübutlarla birlikdə qiymətləndirilmişdir. Bununla yanaşı, iş materiallarına əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetaminin çəkisi 7,373 qram təşkil etmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən metamfetaminin külli miqdarı 2 qram müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminin miqdarı qanunvericilikdə nəzərdə tutulmuş külli miqdar həddini dəfələrlə üstələyir. Şəxsdə narkotik vasitənin şəxsi istifadə üçün zəruri olan həcmdən əhəmiyyətli dərəcədə artıq miqdarda olması, cinayət işi üzrə digər sübutlarla birlikdə qiymətləndirildikdə, həmin narkotik vasitənin satış məqsədi ilə saxlanılmasına dair mühüm dolayısı sübutlardan biri kimi nəzərə alınır. Çünki bu həcmdə metamfetaminin şəxsi istehlak üçün əldə saxlanılması adi həyat təcrübəsi baxımından inandırıcı görünmür və onun gələcəkdə ayrıayrı hissələrə bölünərək realizə edilməsinə yönəlmiş məqsədin mövcudluğunu ehtimal etməyə əsas verir. Bu səbəbdən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 7,3 qram metamfetaminin miqdarı, qanunvericilikdə nəzərdə tutulmuş külli miqdar həddini xeyli üstələməsi nəzərə alınmaqla, iş üzrə mövcud olan digər sübutlarla (mobil telefonun müayinəsi zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı SMS yazışmaları) qarşılıqlı əlaqədə qiymətləndirildikdə, narkotik vasitənin satış məqsədi ilə qanunsuz əldə edilməsi və saxlanılması barədə nəticəyə gəlmək üçün nəzərə alınmalı mühüm haldır. Həmçinin məhkəmə tərəfindən şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və götürmə protokolları, maddi sübutlar, videoçəkilişlər, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri və iş üzrə toplanmış digər sübutlar ayrı-ayrılıqda və onların məcmusunda qiymətləndirilmiş, həmin sübutların bir-birini tamamladığı və təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq etdiyi müəyyən edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktiki hallara düzgün hüquqi qiymət vermiş, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Əməlin hüquqi tövsifində maddi hüquq normalarının düzgün tətbiq edilməməsi müəyyən olunmadığından, hökmün həmin hissədə dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı da ədalətli sayır. Belə ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin nisbi-müəyyən sanksiyasında beş ildən on iki ilədək azadlqdan məhrum etmə cəzası müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqslrli bilinərək, həmin Məcəllənin 69.4-cü maddəsi tətbiq olunmaqla 2.800 (iki min səkkiz yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2016cı il tarixli hökmü ilə CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1 və 68.2-ci maddələri tətbiq olunmaqla, qəti olaraq 4 il 6 ay müddətə azadlıqdan məhrum edilməklə, 2.680 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2016-cı il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 4 il müddətədək azaldılmış, Azərbaycan Respublikası Prezidentinin ##.##.2018-ci il tarixli sərəncamı ilə əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq olunmaqla 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə və 2.680 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, ##.##.2024-cü il tarixdə İmişli Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatına götürülmüş, ##.##.2024-cü il tarixdə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad edilmişdir. İmişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə ona təyin edilmiş 2.860 manat məbləğində cərimə cəzasının ödənilməmiş 2.000 manat hissəsindən “8 X1 münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2021-ci il tarixli Qərarının 2, 2.11 və 17-ci bəndlərinə əsasən azad edilmiş, lakin İmişli Rayon Məhkəməsinin sözügedən qərarı Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə ləğv edilərək Təqsirləndirilən şəxs üzərində 2.000 manat məbləğində cərimə cəzası saxlanılmış və sonuncu qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə qüvvəsində saxlanılmışdır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Beləliklə də müəyyən olunur ki, qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və həmin cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən Aqşin Həsənovun əməlində cinayətlərin residivini yaratmışdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən isə əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə almışdır. Məhkəmə göstərilən halları, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərini rəhbər tutmaqla Təqsirləndirilən şəxs 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və məqsədəmüvafiq hesab etmişdir. Apellyasiya məhkəmə kollegiyası qeyd edir ki, əvvəlki cinayətə görə cəzanı çəkmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin yenidən cinayət törətməsi onu göstərir ki, şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətlər yaradır və buna görə onun barəsində daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” ## ### 2009cu il tarixli Qərarı)”. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Qasəməli Qasımova cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli * saylı Qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin və apellyasiya məhkəmə baxışındakı çıxışının dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək məhkum olunmuş şəxsə bəraət verilməsi, onun əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif olunması, habelə məhkum olunmuş şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının azadılması üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. AR Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar rəsmi qaydada ona verildiyi) gündən CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar