Azərbaycan Respublikası adından Hökm Şirvan şəhəri İş № 1(3-9)-313/2026 16.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlunun sədrliyi ilə, Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X12 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, məhkum edilmiş şəxsin müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## ##### 1970-ci il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, Neftçala rayonu, Sübh kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (Məmmədov Neymət Hüsən oğlunun sədrliyi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə) Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2025-ci il tarixdən hesablanması, Neftçala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Hökmdən dövlət ittihamçısı X5 apellyasiya protesti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmünün məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsasları ilə ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 126.2.3-cü maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə uyğun həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir IŞIN HALLARI: Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə məhkum olunmuşdur ona görə ki, o, ## ###### 2025-ci il tarixdə saat 15:00 radələrində alkoqol sərxoşluğu vəziyyətində olmaqla, Neftçala rayonu Sübh kəndində yaşadığı evin həyətində arvadı Zərərçəkmiş şəxs əxlaqsız həyat tərzi keçirməsini bildirməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı evin həyətindəki stolun üzərində olan mətbəx bıçağını götürərək, həyətdə yerləşən hamama gəlməklə orada olan Zərərçəkmiş şəxs sol qol nahiyəsinə bir dəfə vuraraq ona sol saidin aşağı 1/3-nin yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, daha sonra Təqsirləndirilən şəxs hirsi soyumadığı və arvadını cəzalandırmaq üçün evin həyətində olan dəmir balta ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir dəfə vuraraq sonuncuya başın təpə nahiyəsinin yarası, təpə sümüyünün qəlpəli basılmış sınığı, baş beynin ocaqlı travması ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, yəni digər şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. APELLYASIYA PROTESTININ DƏLILLƏRI: Dövlət ittihamçısı Zamil Mehraliyev apellyasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs əməlinə şamil etdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası “qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma” kimi təsbit olunmuşdur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini CM-nin 126.2.3-cü maddəsindən CM-nin 126.1-ci maddəsinə tövsif edərkən belə nəticəyə gəlmişdir ki, “məhkəmə-psixoloji ekspertizası”nın rəyinə əsasən şahid2 emosional-iradi sferasında iş üçün əhəmiyyətli dəyişiklik müşahidə edilməmiş, Təqsirləndirilən şəxs arvadına qarşı fiziki zorakılıq törətməsinin oğluşahid şahid2 tərəfindən birbaşa müşahidə edilməsi onun psixoloji vəziyyətinə psixotravmatik təsir göstərməmiş, şahid2 psixoloji vəziyyəti normaya uyğun olmaqla zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs oğlunun hadisə zamanı orada olması faktı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə və ya zərərçəkmiş şəxslə birgə nikahından olan oğluna xüsusi ağrı və iztirab vermək niyyətini aşkarlayan, zərərçəkmiş şəxsin yaxın adamlarına xüsusi əzab vermə xüsusatı kimi qiymətləndirilməməlidir. Həmin cinayət əməli xüsusi amansızlıqla törədilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ilk öncə mətbəxt bıçağı ilə vuraraq dərəcəsi təyin olunmayan və hərəkətlərinin davamı olaraq daha sonra balta ilə arvadı Zərərçəkmiş şəxs sonuncuların övladı – oğlu şahid2 gözü qarşısında xüsusi amansızlıqla vuraraq qəsdən ağır bədən xəsarətləri yetirmişdir. Məhkəmə öz hökmündə təqsirləndirilən şəxsin zərərçəkən şəxsə xəsarət yetirərkən xüsusi amansızlıq niyyətinin olmaması qənaətinə gələrək bu fikrini təqsirləndirilən şəxsin yaxın qohumu olan oğlunun məhkəmə istintaqında verdiyi ifadəsinə və “məhkəmə-psixoloji ekspertizası”nın ## ###### 2026-cı il tarixli, *** nömrəli rəyində şahid2 emosionaliradi sferasında iş üçün əhəmiyyətli dəyişiklik müşahidə edilməməsi, Təqsirləndirilən şəxs arvadına qarşı fiziki zorakılıq törətməsinin oğlu-şahid şahid2 tərəfindən birbaşa müşahidə edilməsi onun psixoloji vəziyyətinə psixotravmatik təsir göstərməməsi, şahid2 psixoloji vəziyyəti normaya uyğun olması ilə əsaslandırmağa çalışmışdır. Lakin hesab edirik ki, məhkəmə hökmündə Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirməmiş, zərərçəkmiş şəxsin yaxın qohumu – oğlunun gözü qarşısında ona yönəlmiş ittihamda qeyd olunan ictimai təhlükəli qəsdin onun şərəf və ləyaqətini hansı dərəcədə alçaltması, baş vermiş ictimai təhlükəli nəticənin zərərçəkmiş şəxsin və onun oğlunun psixikasında hansı formada əzab və psixi iztirab doğurduğunun inikası nəzərə alınmamış, nəticədə məhkəmə tərəfindən birtərəfli mövqedən çıxış edilərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs xüsusi amansızlıq niyyətinin olmaması qənaətinə gəlinmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində nəzərdə tutulmuş xüsusi amansızlıqla sağlamlığa ağır zərər vurma qəsdən törədilən cinayət olduğu üçün təqsirkarın zərərçəkmiş şəxsə ağır dərəcəli bədən xəsarəti yetirməyi arzu etməsini və yaxud arzu etməsə də, əməlinin bu ictimai-təhlükəli nəticəni törədə biləcəyini öncədən görməsini, lakin ona şüurlu surətdə yol verməsini ehtiva edir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlinin subyektiv cəhətini qiymətləndirərkən şəxsin hadisənin baş verdiyi anda niyyətinin sadəcə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmaq olması, ona və yaxud zərərçəkmiş şəxsin yaxınlarına xüsusi iztirab yetirdiyini dərk edərək ona ağır xəsarət yetirmək kimi niyyətinin olmaması və bununla da Təqsirləndirilən şəxs istər birbaşa, istərsə də dolayı qəsdlə cinayəti məhz xüsusi amansızlıqla törətməsinin istisna olunduğu qərarına gəlmişdir. Lakin məhkəmə Fərrux Zeynalvun əməlində oğlu şahid2 gözləri qarşısında sonuncunun anasını ilk öncə bıçaqla, daha sonra balta ilə vuraraq ağır dərəcəli xəsarət yetirməsinin ictimai təhlükəli nəticələrinə düzgün hüquqi qiymət verməmişdir. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının ##.##.2025-ci il tarixli *** saylı rəyinin nəticəvi hissəsindən də göründüyü kimi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs yetirilən sol saidin aşağı 1/3-nin yarası kimi dərəcəsi təyin edilməyən başın təpə nahiyəsinin yarası, təpə sümüyünün qəlpəli basılmış sınığı, baş beynin ocaqlı travması kimi ağır xəsarətlər və həmçinin, hadisənin baş verdiyi anda təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi onun oğlu – şahid2 gözləri qarşısında ilk öncə mətbəxt bıçağı və daha sonra balta ilə baş nahiyəsinə vurması bir daha Təqsirləndirilən şəxs şahid2 psixi əzab və iztirab verməklə, yəni xüsusi amansızlıqla qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır xəsarət yetirdiyini təsdiq edir. Lakin hesab edir ki, məhkəmə hökmündə Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirməmiş, zərərçəkmiş şəxsin yaxın qohumu – oğlunun gözü qarşısında ona yönəlmiş ittihamda qeyd olunan ictimai təhlükəli qəsdin onun şərəf və ləyaqətini hansı dərəcədə alçaltması, baş vermiş ictimai təhlükəli nəticənin zərərçəkmiş şəxsin və onun oğlunun psixikasında hansı formada əzab və psixi iztirab doğurduğunun inikası nəzərə alınmamış, nəticədə məhkəmə tərəfindən birtərəfli mövqedən çıxış edilərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs xüsusi amansızlıq niyyətinin olmaması qənaətinə gəlinmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində nəzərdə tutulmuş xüsusi amansızlıqla sağlamlığa ağır zərər vurma qəsdən törədilən cinayət olduğu üçün təqsirkarın zərərçəkmiş şəxsə ağır dərəcəli bədən xəsarəti yetirməyi arzu etməsini və yaxud arzu etməsə də, əməlinin bu ictimai-təhlükəli nəticəni törədə biləcəyini öncədən görməsini, lakin ona şüurlu surətdə yol verməsini ehtiva edir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlinin subyektiv cəhətini qiymətləndirərkən şəxsin hadisənin baş verdiyi anda niyyətinin sadəcə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmaq olması, ona və yaxud zərərçəkmiş şəxsin yaxınlarına xüsusi iztirab yetirdiyini dərk edərək ona ağır xəsarət yetirmək kimi niyyətinin olmaması və bununla da Təqsirləndirilən şəxs istər birbaşa, istərsə də dolayı qəsdlə cinayəti məhz xüsusi amansızlıqla törətməsinin istisna olunduğu qərarına gəlmişdir. Lakin məhkəmə Təqsirləndirilən şəxs əməlində oğlu şahid2 gözləri qarşısında sonuncunun anasını ilk öncə bıçaqla, daha sonra balta ilə vuraraq ağır dərəcəli xəsarət yetirməsinin ictimai təhlükəli nəticələrinə düzgün hüquqi qiymət verməmişdir. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının ##.##.2025-ci il tarixli *** saylı rəyinin nəticəvi hissəsindən də göründüyü kimi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs yetirilən sol saidin aşağı 1/3-nin yarası kimi dərəcəsi təyin edilməyən başın təpə nahiyəsinin yarası, təpə sümüyünün qəlpəli basılmış sınığı, baş beynin ocaqlı travması kimi ağır xəsarətlər və həmçinin, hadisənin baş verdiyi anda təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi onun oğlu – şahid2 gözləri qarşısında ilk öncə mətbəxt bıçağı və daha sonra balta ilə baş nahiyəsinə vurması bir daha Təqsirləndirilən şəxs şahid2 psixi əzab və iztirab verməklə, yəni xüsusi amansızlıqla qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır xəsarət yetirdiyini təsdiq edir. Məhkəmə öz hökmünü əsaslandırarkən “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2002-ci il qərarına əsaslansa da, məhz həmin qərarın 8-ci bəndində nəzərdə tutulmuş xüsusi amansızlığın həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər (məsələn onun yaxın qohumlarının gözü qarşısında) kimi Plenum qərarından irəli gələn məsələlərə diqqət yetirməmiş və cari iş üzrə sübutları müqayisəli şəkildə təhlil etməyib təqsirləndirilən şəxsin əməlinə digər düzgün hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə qeyd olunan Plenum qərarını cari işin detallarına münasibətdə kazual şərh edərək göstərmişdir ki, Plenum qərarının həmin müddəalarına və CM-in 126.2.3-cü maddəsinin mənasına görə qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin zərərçəkmiş şəxsin yaxın adamlarının yanında törədilməsi özü-özlüyündə cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Vacibdir ki, təqsirkar şəxs niyyəti seçdiyi üsulla zərərçəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi iztirab yetirməklə cinayəti törətmək olsun (xüsusi iztirab yetirməyi arzu etsin) və yaxud bunu arzu etməsə də, seçdiyi üsulun zərərçəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi iztirab yetirdiyini dərk etsin və şüurlu surətdə buna yol versin, yəni xüsusi amansızlığı səciyyələndirən bu kimi hallara (zərərçəkmişin, onun yaxınlarının xüsusi əzab çəkməsinə) münasibətdə onun birbaşa və ya dolayı qəsdlə hərəkət etməsi müəyyən olunsun. Iş materialları və məhkəmə istintaqında müəyyən olunan təkzibolunmaz sübutlarla müəyyən edilmişdir ki, iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkən şəxs Zərərçəkmiş şəxs ilə ər-arvad münasibətlərindədir və onun yaxın qohumları hesab olunan oğlu şahid2 onlarla birlikdə eyni ünvanda yaşayır. Baş vermiş hadisənin yaranmasına zəmin yaratmış mübahisənin gedişatında Təqsirləndirilən şəxs zərərçəkən şəxsə mətbəx bıçağı və balta ilə gündüz saatlarında qeyd olunan yaxın qohumunun – oğlunun gözləri önündə sol saidin aşağı 1/3-nin yarası, başın təpə nahiyəsinin yarası, təpə sümüyünün qəlpəli basılmış sınığı, baş beynin ocaqlı travması xəsarətlərini yetirməsi bir daha təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törədərkən seçdiyi üsulu dərk etməsini və bu hərəkətləri zərərçəkən şəxsin oğlunun gözü qarşısında törədərkən sonuncuya və qohumlarına psixi iztirablar verdiyini anladığını təsdiq edir. Xüsusilə qeyd edilməlidir ki, məhkəmə istintaqında ifadə verən şahid şahid2 baş vermiş hadisə zamanı atasının müstəsna dərəcədə qəddarlıq nümayiş etdirməklə xüsusi iztirab və əzab verməsini dərk edib qışqıraraq “ay kişi bəsdir”, “anamı vurma” kimi ifadələr işlətməsini məhkəmə nəzərə almayaraq hökmdə Təqsirləndirilən şəxs xüsusi amansızlıqla sağlamlığa qəsdən zərər vurmaması qənaətinə düzgün gəlməmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 79-1-ci maddəsinin 1-ci bəndinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Eyni zamanda həmin Qanunun 79-1-ci maddəsinin 2-ci bəndinə əsasən Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 416.2ci maddəsinə əsasən hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması hökm və ya digər qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə yalnız o halda əsas olur ki, həmin hökm və ya digər qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Lənkəran Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi, o cümlədən xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma əməli üzrə sübutların tədqiqi prosesində həmin əmələ verdiyi hüquqi qiymət əsassız olub, bu sahədə səhv istiqamətdə vahid məhkəmə təcrübəsinin yaranmasına zəmin yaratmaqla yuxarıda qeyd edilən Ali Məhkəmə Plenumunun qərarının müəyyən etdiyi təcrübə ilə uyğunluq təşkil etmir. Eyni zamanda, məhkəmə öz hökmündə həmin işlər üzrə məhkəmə təcrübəsinə dair Ali Məhkəməsinin Plenumunun verdiyi izahdakı təsbit olunmuş hüquqi mövqedən fərqli qənaətə gəlməsinin zərurətini kifayət qədər əsaslandırmamışdır. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı X1 apellyasiya protestinin dəlillərini müdafiə edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilərək, Təqsirləndirilən şəxs CM-in 126.2.3-cü maddəsi ilə təqsirli bilinməsini və ona həmin maddənin sanksiyası həddində cinayət qanunun müddəalarına uyğun cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 hər biri ayrıayrılıqda apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq, apellyasiya protestinin təmin olunmamasını və qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyə uyğun olaraq məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı təqsirləndirilən və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə təqsirləndirilən və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını təqsirləndirilən və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Dövlət ittihamçısı apellyasiya protestində əməlinin hüquqi tövsifi zamanı məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını, yəni Təqsirləndirilən şəxs əməlinin CM-in 126.2.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini, həmçinin ona müdafiə tərəfinin razılığı ilə barəsində olan cinayət təqibinə xitam veriməsi məsələsinin müzakirə edilməməsini iddia edərək, tələbini Azərbaycan Respublikası CPM-in 399.1.2 və 399.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Dövlət ittihamçısı apellyasiya protestində əməlinin hüquqi tövsifi zamanı məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını, yəni Təqsirləndirilən şəxs əməlinin CM-in 126.2.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini, iddia edərək, tələbini Azərbaycan Respublikası CPM-in 399.1.2 və 399.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Azərbaycan Respublikası CPM-in 399.1.2 və 399.1.4-ci maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması və cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Apellyasiya protestində göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən CM-in 126.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihamı təsdiq edən sübutlar: - “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərardan görünür ki, ## ###### 2025-ci il tarixdə saat 15:00 radələrində Neftçala rayonu, Sübh kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmaqla, Neftçala rayonu, Sübh kəndində yaşadığı evin həyətində arvadı Zərərçəkmiş şəxs əxlaqsız həyat tərzi keçirməsini bildirməsi səbəbindən aralarında mübahisə baş vermiş, şəxsi münasibətlər zəminində baş vermiş həmin mübahisə zamanı, evin həyətindəki stolun üzərində olan mətbəx bıçağını götürərək, həyətdə yerləşən hamama gəlməklə Zərərçəkmiş şəxs sol qol nahiyəsinə bir dəfə vuraraq xəsarət yetirmiş, bundan sonra Təqsirləndirilən şəxs arvadını cəzalandırmaq üçün evin həyətində olan dəmir balta ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir dəfə vuraraq sonuncuya başın tüklü hissəsinin açıq yarası, baş beynin ocaqlı travması ilə nəticələnən xəsarətlər yetirməsi faktı ilə bağlı toplanmış material əsasında ## ###### 2025-ci il tarixdə fakta görə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaqı aparılmışdır.(i.v.1) - Zərərçəkmiş şəxs tərəfindən Neftçala RPŞ-nə ünvanlanmış ## ###### 2025-ci il tarixli ərizədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadıqları evin həyətində onu döymüşdür, onun barəsində tədbir görülməsini xahiş etmişdir.(i.v.4) - “baxış və götürmə keçirilməsi haqqında” ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, hadisə Neftçala rayonu Sübh kəndində Təqsirləndirilən şəxs yaşadığı evin həyətində baş vermişdir. Baxış keçirilən zaman iştirak edən Təqsirləndirilən şəxs hadisə vaxtı Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 1 (bir) ədəd bıçaq və 1 (bir) ədəd baltanı təqdim etmiş və həmin 1 (bir) ədəd bıçaq və 1 (bir) ədəd balta götürülmüşdür.(i.v.15-23) - “baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan 1 (bir) ədəd köynək və 1 (bir) ədəd şortikə baxış keçirilərək götürülmüşdür. Həmin 1 (bir) ədəd köynək qısaqol narıncı, ağ, qara və göy rənglidir, köynəyin ön və arxa hissəsində hər hansı zədə yoxdur, sadəcə olaraq köynəyin ön hissəsində 1 (bir) ədəd olmaqla sarı rəngli ləkə vardır. Bir ədəd qara rəngli şortikin üzərində heç bir zədə və ya ləkə yoxdur. Baxış zamanı Təqsirləndirilən şəxs köynəkdə olan ləkənin hadisə zamanı köynəyinə sıçrayan qan ləkəsi olduğunu bildirmişdir.(i.v.27-29) - “baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan 1 (bir) ədəd xalata baxış keçirilərək götürülmüşdür. Həmin 1 (bir) ədəd xalat kəsilərək hissələrə ayrılmış vəziyyətdə olmaqla 8 hissədən ibarətdir və mavi rənglidir, həmin hissələrin öv və arxa tərəflərində hər hansı zədə yoxdur, sadəcə olaraq xalatın 4 (dörd) ədəd hissəsinin arxa hissəsində sarı rəngli ləkə vardır. Baxış zamanı Zərərçəkmiş şəxs xalatda olan ləkələrin qan ləkəsi olduğunu bildirmişdir. (i.v.30-32) - “zərərçəkmiş şəxs qismində tanınma haqqında” ## ###### 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v.34) - “şübhəli şəxsin tutulması haqqında” ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30-da Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.53) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” ## ###### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir.(i.v.72-73) - Neftçala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 4 (***)-**/**** nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli ## ###### 2025-ci il tarixdən hesablanmışdır. (i.v.88-91) - “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması barədə” ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs onu bıçaq və balta ilə vurub xəsarət yetirdiyi yerləri hadisə yerində əyani göstərmişdir.(i.v.101-102) - “məhkəmə-tibbi ekspertizası”nın ## ###### 2025-ci il tarixli, *** nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər: başın təpə nahiyəsinin yarası, təpə sümüyünün qəlpəli basılmış sınığı, baş beynin ocaqlı travması kəsici səthli əşyanın, sol saidin aşağı 1/3-nin yarası deşici-kəsici əşyanın təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni ## ###### 2025-ci il tarixdə balta və bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi. Bu xəsarətlərdən başın təpə nahiyəsinin yarası, təpə sümüyünün qəlpəli basılmış sınığı, baş beynin ocaqlı travması dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Sol saidin aşağı 1/3-nin yarası dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir.(i.v.106-107) - “məhkəmə-tibbi ekspertizası”nın ## ###### 2025-ci il tarixli, *** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər: sol almacıq, sol çiyin, sol bel, sağ baldırın orta 1/3-nin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni ##.##.2025-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (i.v.108) - “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” ## ######## 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs bıçaq və balta ilə vurub xəsarət yetirdiyi yerləri hadisə yerində əyani göstərmişdir.(i.v.115-117) - “məhkəmə-kimyəvi ekspertizası”nın ## ######## 2025-ci il tarixli, ****/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı-0,54%0-dir. Metil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir.(i.v.125-128) - “məhkəmə-tibbi bioloji ekspertizası”nın ## ######## 2025-ci il tarixli, ***/****-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu B/III/dir. (axtarış vəsiqəsinin kserosurətinə əsasən). Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu A/II/-dir. (axtarış vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək, şortik üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş əski parçaları (№*-5), bıçaq və baltada qan aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş üç ədəd (№*-8) əski parçaları üzərində olan ləkələrdə zəif intensivlikdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə qrup antigenləri və aqqlyutininlər alınmadığı üçün qanın qrupu barəsində fikir söyləmək mümkün olmamışdır. Maddi sübutlar üzərində olan quru qan ləkələrində qanın rezus faktorunu təyin etmək üçün dəqiq elmi əsaslandırılmış metodlar olmadığı üçün sualın buna aid olan hissəsinə cavab vermək mümkün deyildir.(i.v.131-136) -“xxxx”nın ## ######## 2025-ci il tarixli, ***/MTKŞ**** nömrəli rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus xalat hissələrinin və Təqsirləndirilən şəxs məxsus qısaqol koftanın və şortikin üzərində zədə aşkar edilməmişdir. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın tiyəsinin ucunda zədə-tam köndələn sınması aşkar edilmiş, bu zədə küt mexanizmdən, tiyənin ucunun hər hansı bir sərt predmetlə qarşılıqlı təsiri nəticəsində törənməyə uyğun gəlmişdir. Təqdim edilmiş balta əldəqayırma üsulu ilə hazırlanmış təsərrüfat təyinatlı baltadır və soyuq silah hesab edilmir. Baltanın üzərində zədə və ya deformasiya izləri aşkar edilməmişdir. (i.v.137-144) - “ambulator məhkəmə-psixiatrik ekspertizası”nın ## ######## 2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Anamnezində keçirilmiş qapalı kəllə-beyin travması müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Cinayət Məcəlləsinin 21- ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur.(i.v.145-147) - “sübutların qiymətləndirilməsi, cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” ## ####### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.3-cü maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etmiş olduğu 1 (bir) ədəd bıçaq və 1 (bir) ədəd balta maddi sübut kimi tanınmış və saxlanılması üçün Neftçala RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs götürülmüş hadisə vaxtı əynində olan 1 (bir) ədəd qısa qol köynək və 1 (bir) ədəd şortik təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmışdır. Zərərçəkmiş şəxs götürülmüş hadisə vaxtı əynində olan 1 (bir) ədəd xalat zərərçəkmiş şəxsə qaytarılmışdır.(i.v.156-165) - “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” ## ####### 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihama əlavə və dəyişikliklər edilməklə ona Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur.(i.v.167-168) Birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs əməlinin CM-in 126.2.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi barədə gəldiyi nəticə cinayət qanununun düzgün tətbiq edilməməsinə, “xüsusi amansızlıq” tövsifedici əlamətinin məzmununun natamam və dar izahına, habelə iş üzrə müəyyən edilmiş faktiki halların məcmu şəkildə deyil, fraqmentar qiymətləndirilməsinə (hadisənin inkişaf dinamikasını, zorakılığın ardıcıllığını, istifadə edilmiş alətlərin xarakterini, zərbənin yönəldiyi nahiyəni və cinayətin yaxın şəxsin gözü qarşısında törədilməsi faktını bir-biri ilə əlaqəli şəkildə təhlil etməmiş) əsaslanmışdır. Iş üzrə toplanmış sübutların məcmusu göstərir ki, Təqsirləndirilən şəxs əməli yalnız qəsdən sağlamlığa ağır zərər vurma ilə məhdudlaşmır, həm də CM-in 126.2.3-cü maddəsində nəzərdə tutulmuş xüsusi amansızlıq əlamətini ehtiva edir. Xüsusi amansızlıq cinayətin obyektiv cəhətinin sadəcə xarici təzahürü deyil, təqsirkarın cinayət törədərkən seçdiyi üsul, zorakılığın icra forması, zərərçəkmişə və ya onun yaxın adamlarına yaşatdığı əlavə fiziki və psixi iztirabın xarakteri ilə müəyyən olunan hüquqi kateqoriyadır. Bu əlamətin mövcudluğu üçün yalnız çoxsaylı xəsarətlərin və ya işgəncənin olması tələb edilmir. Əsas məsələ ondan ibarətdir ki, təqsirkar cinayəti elə üsulla törədir ki, həmin üsul adi zorakılıq həddini aşır, zərərçəkmiş və ya onun yaxın adamları üçün əlavə fiziki və ya mənəvi iztirab yaradır və təqsirkar bunu dərk edir. Xüsusi amansızlıq iki formada təzahür edə bilər: birinci halda zərərçəkmişə xüsusi ağrı və iztirab yetirən üsullardan istifadə olunur; ikinci halda isə cinayət zərərçəkmişin yaxın adamlarının gözü qarşısında törədilir və təqsirkar onların yaşadığı psixi iztirabı dərk etdiyi halda hərəkətlərini davam etdirir. Bu hüquqi meyar yalnız adam öldürmə cinayətləri ilə məhdudlaşmır; eyni anlayış CM-in 126.2.3-cü maddəsində nəzərdə tutulmuş xüsusi amansızlıqla sağlamlığa ağır zərər vurma cinayətinin tövsifi zamanı da tətbiq edilməlidir. Çünki “xüsusi amansızlıq” ayrıca cinayət tərkibi deyil, oxşar məzmunlu zorakı cinayətlərdə vahid hüquqi məna daşıyan tövsifedici əlamətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2002-ci il tarixli * nömrəli Qərarının 8-ci bəndində xüsusi amansızlıq anlayışının həm cinayətin törədilmə üsulu, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olduğu izah edilmişdir. Həmin bənddə xüsusi amansızlığın zərərçəkmiş şəxsin yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini təqsirkarın dərk etdiyi hallarda da mövcud ola biləcəyi göstərilmişdir. Plenumun bu izahı formal olaraq CM-in 120.2.4-cü maddəsinə aid olsa da, hüquqi anlayışın ümumi məzmununu açıqladığından CM-in 126.2.3-cü maddəsinin tətbiqi zamanı da rəhbər tutulmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, Ali Məhkəmə Plenumunun ## ###### 2024-cü il tarixli ** nömrəli Qərarı ilə həmin 8-ci bəndə edilmiş dəyişikliklər xüsusi amansızlıq əlamətinin subyektiv tərəfinə münasibətdə daha dəqiq meyar müəyyən etmişdir. Dəyişiklikdən sonra Plenumun hüquqi mövqeyi ondan ibarətdir ki, sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün bu əlamətə münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Deməli, xüsusi amansızlıq üçün təqsirkarın ayrıca məqsəd kimi zərərçəkmişin yaxın adamlarına iztirab verməyi arzulamasının sübut edilməsi mütləq deyildir; onun seçdiyi üsulun həmin şəxslərə xüsusi iztirab yetirdiyini dərk etməsi və buna şüurlu surətdə yol verməsi kifayətdir. Bu hüquqi mövqe hazırkı iş üzrə həlledici əhəmiyyətə malikdir. Birinci instansiya məhkəməsi xüsusi amansızlığın mövcudluğunu faktiki olaraq təqsirkarın ayrıca “xüsusi əzab vermək məqsədi”nin sübuta yetirilməsi ilə əlaqələndirmiş, bununla da qəsd və məqsəd anlayışlarını eyniləşdirmişdir. Halbuki Plenumun yenilənmiş izahına görə, xüsusi amansızlıq əlamətinin şamil edilməsi üçün həmin əlamətin təqsirkarın qəsdi ilə əhatə olunması, yəni onun birbaşa və ya dolayı qəsdlə bu nəticəyə münasibətinin müəyyən edilməsi kifayətdir. Birinci instansiya məhkəməsinin “oğlunun hadisə yerində olması faktı öz-özlüyündə xüsusi amansızlıq yaratmır” qənaəti ümumi yanaşma kimi mübahisəsiz olsa da, hazırkı iş üzrə faktların məcmusu həmin nəticənin tətbiqinə əsas vermir. Burada söhbət yalnız oğlunun təsadüfən hadisə yerində olmasından deyil, təqsirkarın həyat yoldaşına qarşı ardıcıl zorakılığı ailənin yaşadığı evin həyətində, oğlunun müşahidəsi altında davam etdirməsindən, ilk hərəkətdən sonra dayanmaq əvəzinə əlavə alət götürərək daha ağır xarakterli zorakılığa keçməsindən gedir. Xüsusi amansızlıq əlamətinə münasibətdə birbaşa və ya dolayı qəsdin mövcudluğu təqsirkarın ayrıca məqsədinin sübut olunmasını tələb etmir. Təqsirkarın öz hərəkətlərinin xarakterini, həmin hərəkətlərin hansı şəraitdə törədildiyini, yaxın adamın hadisəni müşahidə etdiyini və seçilən zorakılıq üsulunun həmin şəxs üçün ağır mənəvi sarsıntı yarada biləcəyini dərk etməsi, buna baxmayaraq hərəkətlərini davam etdirməsi bu əlamətin subyektiv tərəfi üçün kifayətdir. Iş üzrə müəyyən olunmuş hallar göstərir ki, Təqsirləndirilən şəxs hadisə zamanı ailə üzvlərinin, o cümlədən oğlu şahid2 hadisəni müşahidə etdiyini bilirdi. Hadisə kənar şəxslərdən təcrid olunmuş naməlum yerdə deyil, ailənin yaşadığı evin həyətində baş vermişdir. Təqsirləndirilən şəxs əvvəlcə mətbəx bıçağından istifadə etmiş, bundan sonra zorakılığı dayandırmamış, həyətin digər hissəsindən balta götürərək yenidən zərərçəkmişin yanına qayıtmış və onun baş nahiyəsinə zərbə endirmişdir. Bu ardıcıllıq ani və idarəolunmaz reaksiya kimi deyil, seçilmiş zorakılıq üsulunun və onun nəticələrinin dərk edildiyini göstərən şüurlu davranış kimi qiymətləndirilməlidir. Xüsusilə diqqətəlayiqdir ki, ilk zərbədən sonra hadisənin dayandırılması üçün real imkan mövcud olduğu halda Təqsirləndirilən şəxs əlavə alət seçmiş, balta götürmüş və daha təhlükəli zərbə endirmişdir. Bu zaman onun hadisə yerini tərk etmək, qarşıdurmanı dayandırmaq və nəticənin ağırlaşmasının qarşısını almaq imkanı olmuşdur. Lakin o, əksinə, zorakılığı daha ağır formada davam etdirmişdir. Bu fakt onun baş verənləri dərk edərək davranışını şüurlu surətdə davam etdirdiyini təsdiq edir. Birinci instansiya məhkəməsi xüsusi amansızlığın mövcudluğunu yalnız təqsirkarın oğluna xüsusi psixoloji əzab vermək məqsədinin sübut olunması ilə əlaqələndirmişdir. Halbuki məqsəd və qəsd eyni anlayışlar deyildir. Məqsəd cinayətin törədilməsinə sövq edən son nəticəni ifadə etdiyi halda, qəsd şəxsin öz hərəkətlərinin ictimai təhlükəli xarakterini, onun nəticələrini və həmin nəticələrə münasibətini əhatə edir. Təqsirləndirilən şəxs əsas məqsədinin arvadına ağır xəsarət yetirmək olması, onun eyni zamanda bu hərəkətlərin ailə üzvünün gözü qarşısında baş verdiyini və həmin şəxs üçün ağır mənəvi iztirab yaradacağını dərk etməsini istisna etmir. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, Azərbaycan cəmiyyətində ailə üzvlərinin birlikdə olması adi hal olduğundan ailə üzvlərinin hadisə yerində olması xüsusi amansızlıq üçün kifayət etmir. Bu arqument də hüquqi baxımdan əsaslı sayıla bilməz. Doğrudur, ailə üzvlərinin sadəcə hadisə yerində olması birbaşa olaraq xüsusi amansızlıq yaratmır. Lakin hazırkı işdə söhbət yalnız ailə üzvünün təsadüfən hadisə yerində olmasından getmir. Burada söhbət təqsirkarın öz həyat yoldaşına qarşı son dərəcə ağır zorakılığı ailə mühitində, yaxın qohumunun gözü qarşısında davam etdirməsindən gedir. Hüquqi qiymətləndirmə həmin faktların məcmusuna əsasən aparılmalıdır. Iş materialları göstərir ki, zərərçəkmiş əvvəlcə bıçaqla yaralanmış, sonra isə baltanın baş nahiyəsinə endirilən zərbəsi nəticəsində təpə sümüyünün qəlpəli basılmış sınığı və baş beynin ocaqlı travması kimi həyat üçün təhlükəli ağır xəsarətlər almışdır. Ekspertiza rəyi həmin xəsarətlərin balta zərbəsi nəticəsində yarandığını təsdiq etmişdir. Baş nahiyəsinə balta ilə zərbə endirilməsi obyektiv baxımdan son dərəcə təhlükəli zorakılıq üsuludur. Bu üsulun ailə üzvünün gözü qarşısında tətbiqi hadisənin mənəvi-psixoloji ağırlığını əhəmiyyətli dərəcədə artırır. Məhkəmə-psixoloji ekspertizasının şahid2 emosional-iradi sferasında iş üçün əhəmiyyətli dəyişiklik aşkar etməməsi xüsusi amansızlıq əlamətinin mövcudluğunu istisna etmir. CM-in 126.2.3-cü maddəsinin tətbiqi üçün zərərçəkmişin yaxın adamında mütləq şəkildə ayrıca psixi pozuntu və ya ekspertiza ilə təsdiqlənmiş uzunmüddətli psixotravmatik nəticə müəyyən edilməli deyildir. Əsas hüquqi meyar təqsirkarın yaxın adamın hadisəni müşahidə etdiyini bilməsi, seçilmiş zorakılıq üsulunun həmin şəxs üçün xüsusi iztirab yarada biləcəyini dərk etməsi və buna baxmayaraq hərəkətlərini davam etdirməsidir. Birinci instansiya məhkəməsinin CPM-in 21.2 və 145.3-cü maddələrinə istinad etməsi də bu nəticəni dəyişmir. Şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsiri prinsipi yalnız həqiqətən aradan qaldırılması mümkün olmayan şübhələr mövcud olduqda tətbiq edilir. Hazırkı işdə isə təqsirləndirilən şəxsin ailə üzvlərinin, o cümlədən oğlunun hadisə yerində olduğunu bilməsi, zorakılığın ailənin yaşadığı evin həyətində baş verməsi, onun ilk hərəkətdən sonra dayanmayaraq əlavə alət götürməsi və zorakılığı davam etdirməsi iş üzrə sübutların məcmusu ilə müəyyən olunur. Bu faktlar qarşısında onun yaxın adamların keçirdiyi mənəvi iztirabı dərk etmədiyi barədə ehtimal əsaslı şübhə kimi qəbul edilə bilməz. Məhkəmənin xüsusi amansızlığın yalnız ayrıca sübut edilmiş xüsusi məqsəd olduqda mövcud olması barədə yanaşması CM-in 126.2.3-cü maddəsinin tətbiq dairəsini əsassız surətdə daraldır və Ali Məhkəmə Plenumunun yenilənmiş hüquqi mövqeyi ilə uzlaşmır. Əgər belə yanaşma qəbul edilsə, yaxın adamların gözü qarşısında törədilən zorakı cinayətlərdə xüsusi amansızlığın sübutu faktiki olaraq yalnız təqsirkarın etirafından asılı vəziyyətə düşərdi. Halbuki cinayət hüququnda qəsd şəxsin etirafı ilə deyil, hərəkətin obyektiv xarakteri, şərait, ardıcıllıq və nəticələrə münasibəti əsasında müəyyən edilir. Hazırkı işdə təqsirləndirilən şəxsin davranışı ardıcıl və şüurlu zorakılıq formasında təzahür etmişdir. O, əvvəlcə bıçaqdan istifadə etmiş, sonra hadisəni dayandırmaq əvəzinə baltanı götürərək zərərçəkmişin baş nahiyəsinə həyat üçün təhlükəli ağır xəsarətlə nəticələnən zərbə endirmişdir. Bu hərəkətlər ailə üzvünün müşahidəsi altında baş vermiş, təqsirləndirilən şəxs həmin şəraiti dərk etdiyi halda zorakılığı davam etdirmişdir. Məhz bu hallar birlikdə CM-in 126.2.3-cü maddəsində nəzərdə tutulan xüsusi amansızlıq əlamətinin mövcudluğunu təsdiq edir. Buna görə də birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs əməlini CM-in 126.1-ci maddəsinə tövsif etməsi cinayət qanununun düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. Iş üzrə müəyyən edilmiş faktiki hallar, sübutların məcmusu, xüsusi amansızlıq anlayışının məzmunu, Ali Məhkəmə Plenumunun ## ###### 2002-ci il tarixli * nömrəli Qərarının 8-ci bəndi və həmin bəndə ## ###### 2024-cü il tarixli ** nömrəli Qərarla edilmiş dəyişikliklər birlikdə qiymətləndirildikdə Təqsirləndirilən şəxs əməlinin CM-in 126.2.3-cü maddəsi ilə tövsif edilməsi üçün kifayət qədər hüquqi və faktiki əsasların mövcud olduğu müəyyən edilir. Bununla da, iş üzrə sübutların məcmusu, onların qarşılıqlı uyğunluğu və müdafiə mövqeyinin inandırıcı sübutlarla təsdiqlənməməsi birlikdə qiymətləndirildikdə, Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurması barədə nəticə şübhədən kənar təsdiq olunur. Buna görə onun əməli CM-in 126.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Nəticədə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, dövlət ittihamçısının apellyasiya protesti əsaslıdır, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs əməlini düzgün tövsif etməməsi maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnmişdir və həmin pozuntular yekun məhkəmə aktının qanuniliyi və əsaslılığına təsir edən xarakter daşıyır. Bu səbəbdən protestin dəlilləri qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri - məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün isə əsas yalnız qanun əsasında toplanılmış sübutlardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində CM-in 126.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, CM-in 126.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən törədilmiş, həmçinin bu cinayətin törədilməsində ona irəli sürülmüş ittiham üzrə təqsirlidir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli CMin 126.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması, Birinci Qarabağ müharibəsində iştirak etməsi, Füzuli rayonu uğrunda gedən döyüş əməliyyatları zamanı başından travma alması, “qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi” xəstəliyinin olması, ailə, maddi və sosial vəziyyəti, məhkumluğunun olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması CM-in 59.1.2 və 59.2-ci maddələrinin tələbləri baxımından onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ayrıca ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, hazırkı işdə xüsusi amansızlıq əlaməti CM-in 126.2.3-cü maddəsində cinayətin tövsifedici əlaməti kimi nəzərə alındığından, həmin hal cəzanı ağırlaşdıran ayrıca hal kimi təkrar nəzərə alına bilməz. Bununla belə, bu əlamət törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və cəzanın fərdiləşdirilməsi üçün əhəmiyyətli olan faktiki halları xarakterizə etdiyindən, cəzanın növü və müddəti müəyyən edilərkən cinayətin real ağırlığını göstərən hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran ayrıca halın müəyyən edilməməsini, əməlin ağır cinayətlər kateqoriyasına aid olmasını, zorakılığın ailə mühitində və yaxın adamın müşahidəsi altında törədilməsini, istifadə edilmiş alətlərin və zərbələrin ardıcıllığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 126.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. CM-in 126.2.3-cü maddəsinin sanksiyasında altı ildən on bir ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğundan, cinayətlərin təsnifatına görə bu cinayət ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli ## ###### 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Neftçala Rayon Polis Şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 1 (bir) ədəd bıçaq və 1 (bir) ədəd balta məhv edilməlidir. Iş üzrə ekspertiza xərci, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Cinayət Prosessual Məcəlləsinin 399.1, 399.1.2-399.1.4-cü maddələrinə müvafiq olaraq məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi və cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar hesab edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 132, 344 – 349, 351 – 353, 356, 358, 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası HÖKM E T D İ: Apellyasiya protesti təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dövlət ittihamçısı X5 tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə ləğv edilsin və iş üzrə yeni ittiham hökmü çıxarılsın. Təqsirləndirilən şəxs CM-in 126.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı ## ###### 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Iş üzrə maddi sübut kimi tanınaraq Neftçala Rayon Polis Şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 (bir) ədəd bıçaq və 01 (bir) ədəd balta məhv edilsin. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-313/2026
Şirvan Apellyasiya Məhkəməsi Hökm — İş №1(3-9)-313/2026
16.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver