Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-317/2026 29.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, xüsusi ittiham qaydasında şikayətçi Xüsusi ittihamçı, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə olan xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Sabirabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından xüsusi ittiham qaydasında şikayətçi Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə (hakim Nurəddin Abuzər oğlu Bağırovun sədrliyi), Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nın 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul etmişdir. İŞİN HALLARI: Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməsi barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırmışdır ki, o, bir Qazi anası və dövlət müəssisəsinin rəhbəri olaraq bildirir ki, cavabdeh Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ona qarşı törətdiyi silsilə cinayət əməlləri onun şərəf və ləyaqətini, milli mənsubiyyətini və işgüzar nüfuzunu qəsdən hədəf almışdır. Onun ermənipərəst olmadığı aşkardır, sosial şəbəkələrdə şəkil və video paylaşaraq onu "ermənipərəst qüvvələrin əli" adlandırmışdır. Vətən uğrunda qan tökmüş bir Qazinin anasına "ermənipərəst" damğası vurmaq ən ağır mənəvi terrordur. Bu ifadə onun və ailəsinin dövlətə olan sadiqliyinə qarşı qəsddir. Səs yazıları ilə sübut olunmuşdur ki, cavabdeh ona qarşı: "Tula", "Alçaq", "Qəhbə balası" kimi alçaldıcı sözlər işlətmiş, "Səni orda cıracam, qəhbə balası!", "Səni gəlib burdan apazdırmasam mənim adımı bilmirəm" deyərək fiziki məhvlə hədələmişdir. "Sənin dilini boğazından çıxartmasam mənim atama nəhlət" deyərək İşgəncə və zorakılıq vədi vermişdir. Cavabdehin "Şəhid zad mən fırramıram" ifadəsi və rəhbərlik etdiyi X1 adına bağçanı "viran qoymaqda" ona böhtan atması cavabdehin cəmiyyətə və dövlət dəyərlərinə olan zidd mövqeyini göstərir. Ona qarşı yönəlmiş “ermənipərəst”, “işbaz”, “bağçanı talayan” kimi ağır ittihamlar təkcə səs yazısı ilə deyil, həm də “Tik-Tok” sosial şəbəkəsində kütləvi şəkildə yayılmışdır. Bu böhtanlar geniş auditoriyaya çatdırılaraq onun nüfuzuna bərpaolunmaz zərbə vurmuşdur. Bununla yanaşı, AR Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi nəticəsində ona dəyən ağır mənəvi zərərin ödənilməsini, AR Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə uyğun olaraq həmin mülki iddianın bu cinayət mühakimə icraatı daxilində həll edilməsini və cavabdehdən 10.000 (on min) manat təzminat tutulmasını xahiş etmişdir. Tik-Tok sosial şəbəkəsində ona qarşı işlədilən “ermənipərəst” böhtanını bağışlamaq, onun övladına Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin imzası ilə təqdim edilən medallara xəyanət olar. Bu səbəbdən cavabdeh ilə heç bir barışıq sazişini qəbul etmədiyini bildirmişdir. Məhkəmə tərəfindən cavabdehin Şəhid atası olması nəzərə alınarsa, eyni zamanda onun da Qazi anası olduğu, övladının bu vətən üçün canını ortaya qoyduğu və Cənab Prezident tərəfindən medallarla təltif edildiyi unudulmamalıdır. Bir Şəhid atasının bir Qazi anasına qarşı ermənipərəst kimi ağır bir böhtan atması heç bir mənəvi çərçivəyə sığmır. Bu səbəbdən, ona dəyən mənəvi zərərin kompensasiya edilməsi və ədalətin bərpasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayətə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qaydada qərar qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Xüsusi ittihamçı Xüsusi ittihamçı apellyasiya şikayəti verərək, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edilməsi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri əsasında etdiyi şikayətin icraata götürülərək araşdırlması və ittiham hökmün çıxarılaraq barəsində ən ağır cəza təyin edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 ve 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməsi barədə ittiham hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində Azərbaycan Respublikası CM-nın 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Qeyd edir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ona qarşı törətdiyi silsilə cinayət əməlləri onun şərəf və ləyaqətini, milli mənsubiyyətini və işgüzar nüfuzunu qəsdən hədəf almışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs sosial şəbəkələrdə şəkil və video paylaşaraq onu "ermənipərəst qüvvələrin əli" adlandırmışdır. Vətən uğrunda qan tökmüş bir Qazinin anasına "ermənipərəst" damğası vurmaq ən ağır mənəvi terrordur. Bu ifadə onun və ailəsinin dövlətə olan sadiqliyinə qarşı qəsddir. Belə ki, şikayət ərizəsində link və səs yazısı olaraq əlavə edilmiş video diskdə sübut olunmuşdur ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs özünə səhifədən sosial şəbəkə vasitəsi ilə onun ünvanına - aşağıdakıları səsləndirmişdir. "Tula", "Alçaq", "Qəhbə balası" kimi alçaldıcı sözlər işlətmiş; "Səni orda cıracam, qəhbə balası!", "Səni gəlib burdan apardırmasam mənim adımı bilmirəm" deyərək fiziki məhvlə hədələmiş; "Sənin dilini boğazından çıxartmasam mənim atama nəhlət" deyərək işgəncə və zorakılıq vədi vermişdir. "Şəhid zad mən fırramıram" ifadəsi və rəhbərlik etdiyi X1 adına bağçanı "viran qoymaqda" mənə böhtan atması onun cəmiyyətə və dövlət dəyərlərinə olan zidd mövqeyini göstərir. Ona qarşı yönəlmiş “ermənipərəst”, “işbaz”, “bağçanı talayan” kimi ağır ittihamlar təkcə səs yazısı ilə deyil, həm də “Tik- Tok” sosial şəbəkəsində kütləvi şəkildə yayılmışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs bu böhtanları geniş auditoriyaya çatdırılaraq bir Qazi anasının və dövlət qulluqçusu olaraq nüfuzuna bərpaolunmaz zərbə vurmuşdur. Hesab edir ki, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı tam əsassız olduğundan ləğv edilməlidir. TƏRƏFLƏRİN İZAHATLARI: Məhkəmə iclasında: Xüsusi ittiham qaydasında şikayətçi Xüsusi ittihamçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını və xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata götürülərək baxılmasını xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qanunamüvafiq qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bidirdi. HÜQUQİ MƏSƏLƏLƏR: Аzərbаycаn Respublikаsı Cinayət Prosessual Məcəlləsinin: 397.1-ci mаddəsinə əsasən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və bu Məcəllənin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. 397.2-ci mаddəsinə görə, birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən yаlnız аpellyаsiyа şikаyətinin və yа аpellyаsiyа prоtestinin hüdudlаrındа yоxlаnılır. Birinci instаnsiyа məhkəməsi tərəfindən cinаyət qаnununа və bu Məcəllənin nоrmаlаrınа riаyət edilməsi аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən аpellyаsiyа şikаyətinin və аpellyаsiyа prоtestinin dəlillərindən аsılı оlmаyаrаq yоxlаnılır. İlk öncə qeyd olunmalıdır ki, cinayət prosessual qanunvericiliyi birinci istansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların qanunliyi və əsaslığının yoxlanılmasının apellyasiya icraatını müəyyənləşdirmişdir. Apellyasiya icraatı cinayət prosesinin müstəqil mərhələsi olmaqla şəxsiyyətin hüquq və azadlıqlarının qorunmasına, ədalət mühakiməsinin məqsəd və vəzifələrinin yerinə yetirilməsinə, birinci instansiya məhkəməsinin hökm və qərarlarının qanuniliyinin və əsaslığının təmin olunmasına yönəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv olunmalıdır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Xüsusi ittihamçı хüsusi ittiham qaydasında vеrdiyi şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina еtməkdə haqlı оlmamışdır. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş xüsusi ittiham qaydasında şikayəti və ona əlavə edilmiş materialları araşdıraraq müəyyən etmişdir ki, Xüsusi ittihamçı xüsusi ittihaç qaydasında verdiyi şikayəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1–293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilməmişdir. Şikayətdə cinayət hadisəsinin törədilmə halları, həmin halları təsdiq edən sübutlar və digər prosessual rekvizitlər CPM-in göstərilən normalarının tələb etdiyi qaydada əks etdirilmədiyindən, xüsusi ittiham qaydasında şikayətin mahiyyəti üzrə məhkəmə baxışına qəbul edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, xüsusi ittiham qaydasında şikayət üzrə hazırlıq iclasında ilk növbədə şikayətin prosessual qanunun müəyyən etdiyi forma və məzmuna uyğunluğu yoxlanılır. Bu mərhələdə şikayət CPM-in 293.3-cü maddəsinin tələblərinə cavab vermədikdə, məhkəmə işin mahiyyəti üzrə araşdırma aparmadan onun icraata qəbul edilməsindən imtina etməlidir. Buna görə də, məhkəmə tərəfindən Xüsusi ittihamçı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair irəli sürdüyü iddiaların mahiyyəti üzrə hüquqi qiymətləndirilməsi aparılmamış, yalnız şikayətin prosessual qanunvericiliyin tələblərinə uyğunluğu qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1–293.3.7-ci maddələrinin tələblərinə uyğun olmadığından, CPM-in 302.1.3-cü maddəsinə əsasən məhkəmə baxışının keçirilməsi üçün hüquqi əsas mövcud olmamışdır. Həmçinin CPM-in 302.2.3-cü maddəsinin tələbinə uyğun olaraq, belə hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina etməlidir. Bu səbəbdən də, birinci instansiya məhkəməsi qərara almışdır ki, Xüsusi ittihamçı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə tam cavab vermir və işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi xüsusi ittihamçı Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1–293.3.7-ci maddələrinin tələblərinə uyğun hesab etməyərək şikayətin icraata qəbul edilməsindən imtina etmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, həmin nəticə iş materiallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymadır. Həmin Məcəllənin 147.2-ci maddəsində həmin əməlin ağırlaşdırıcı hallarda törədilməsinə, 148-ci maddəsində isə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli, * saylı Qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 5-ci bəndində vurğulanmışdır ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana və ya təhqirə görə yalnız həmin məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olduqda cinayət məsuliyyətinə cəlb edilə bilər. Xüsusi ittiham qaydasında verilmiş şikayətdə xüsusi ittihamçı Xüsusi ittihamçı göstərmişdir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs sosial şəbəkələr vasitəsilə onun ünvanına "ermənipərəst qüvvələrin əli", "işbaz", "bağçanı talayan, pulları mənimsəyən" kimi böhtan xarakterli ifadələr işlətmiş, həmçinin "Tula", "Alçaq", "Qəhbə balası" kimi nalayiq sözlərlə onu təhqir etmiş, "Səni orda cıracam, qəhbə balası", "Səni gəlib burdan apardırmasam mənim adımı bilmirəm", "Sənin dilini boğazından çıxartmasam mənim atama nəhlət" kimi ifadələrlə hədələmişdir. Şikayətə əlavə olunmuş elektron məlumat daşıyıcısında həmin ifadələrin yer aldığı səs yazılarının və sosial şəbəkə paylaşımlarının mövcud olduğu göstərilmişdir. Həmçinin şikayətə “Tik-Tok” sosial şəbəkəsindən çıxarışlar əlavə olunmuşdur. Hazırda işin mübahisəli və sübut edilməli halı ondan ibarətdir ki, qeyd olunan ifadələrin Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən sosial şəbəkələrdə yayıldığı təqdirdə onların Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrinin dispozisiyalarında nəzərdə tutulan böhtan və təhqir əlamətlərini təşkil edibetməməsi müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün qiymətləndirməmiş, əsassız və qanunsuz olaraq hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina etmişdir. Halbuki, Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayətində CPMin 293.3-cü maddəsi ilə nəzərdə tutulmuş tələblərə əməl etmiş, özü haqqında və şikayət olunan şəxs haqqında məlumatları, cinayət hesab etdiyi əməlləri, həmin əməllərin harada, nə vaxt və necə törədildiyini, istinad etdiyi sübutları, o cümlədən elektron məlumat daşıyıcısını və sosial şəbəkə paylaşımlarını, habelə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xahişini göstərmişdir. Göründüyü kimi, xüsusi ittiham qaydasında verilmiş şikayət Cinayət- Prosessual Məcəlləsinin 293.3.1–293.3.7-ci maddələrində nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyindən, onun qəbul edilməsindən imtina üçün prosessual əsaslar mövcud olmamışdır. Yalnız qeyd olunan ifadələrin həqiqətən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən səsləndirilib-səsləndirilməməsi, onların böhtan və təhqir xarakteri daşıyıb-daşımaması, habelə cinayət qanunvericiliyində nəzərdə tutulan tərkib əlamətlərini təşkil edib-etməməsi məsələləri qalmışdır ki, bu da şikayətə mahiyyəti üzrə baxılarkən sübutların araşdırılması, tərəflərin dinlənilmələri və zərurət olduqda müvafiq ekspertizaların keçirilməsi yolu ilə müəyyən edilə bilər. Birinci instansiya məhkəməsi isə xüsusi ittihamçının şikayətə əlavə etdiyi sübutları məhkəmə araşdırmasının predmeti etmədən, onların qiymətləndirilməsini mahiyyət üzrə həll etmədən şikayətin icraata qəbul edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sosial şəbəkələrdə yayıldığı iddia edilən "ermənipərəst qüvvələrin əli", "Tula", "Alçaq", "Qəhbə balası", "işbaz", "bağçanı talayan" və digər ifadələrin böhtan və ya təhqir xarakteri daşıyıb-daşımamasının müəyyən edilməsi üçün zərurət yarandığı halda məhkəmə-linqvistik ekspertizasının təyin olunması da mümkündür. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli, * saylı Qərarının 8-ci bəndində də məhkəmələrə, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə, yayılmış məlumatların təhqir xarakterli olub-olmamasını yoxlayarkən müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin rəylərindən istifadə etmələri, zərurət yarandıqda isə məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, xüsusi ittihamçı Xüsusi ittihamçı apellyasiya şikayəti təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv edilməli, Xüsusi ittihamçı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət Sabirabad Rayon Məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilməlidir. Azərbaycan Respublikası CPM-in 391.9-cu maddəsinə görə, bu Məcəllənin 391.8-ci maddəsində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir, cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir. Odur ki, məhkəmə kollegiyası şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 391 və 392-ci maddələrini rəhbər tutaraq. QƏRARA ALDI: Хüsusi ittihamçı Xüsusi ittihamçı apellyasiya şikayəti təmin еdilsin. Xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə Sabirabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair Xüsusi ittihamçı хüsusi ittiham qaydasında vеrdiyi şikayət Sabirabad Rayon Məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu gündən Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-317/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-317/2026
29.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver