Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-319/2026 11.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi1 iştirakları ilə. ## ###### 1992-ci ildə Lənkəran rayonu Göyşaban kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Lənkəran rayon Göyşaban kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə edərək açıq məhkəmə iclasında baxaraq, kollegiya qərar verdi. İ.İŞİN HALLARI: İşin faktiki halarına əsasən birinci instansiya məhkəməsininin gəldiyi hüquqi nəticəyə görə, Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə Lənkəran şəhəri, “Mərkəzi Bazar” adlanan ərazidə satış məqsədi olmadan qanunsuz olaraq 2,447 qram külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərinda saxlayaraq yaşadığı Lənkəran rayonu, Göyşaban kəndində yerləşən evə daşımış, daxil olmuş məlumat əsasında həmin gün saat 11 radələrində Lənkəran rayon Polis şöbəsinin Liman polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbiri nəticəsində onun yaşadığı Lənkəran rayonu, Göyşaban kəndində yerləşən evinin ikinci mərtəbəsində yataq otağına masanın üstündən 1 ədəd kağız bükümdə 0,049 qram çəkidə və otağa girişdə sağ tərəfdə olan kreslonun altından 1 ədəd sellofan bükümdə 2,398 qram çəkidə, ümumilikdə 2,447 qram çəkidə külli miqdarda xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin, həmçinin üzərində psixotrop maddə metamfetaminin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Həmin əmələ görə ibitidai istintaq tərəfindən, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuş, lakin məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini CM-in 234.1-1-ci maddələsinin dispozisiya şərtlərinə uyğun gəldiyini hesab edərək, təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif etmişdir. Məhkəmənin ittiham hökmünə əsasən (hakim: X2 (sədrlik edən), X3 və X1 ibarət tərkibdə) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli ## ###### 2025-ci il tarixdən hesablanmış, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmış, barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş, maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələlər həll olunmuşdur. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. II.APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmü ilə razı deyil, məhkəmə hökmünün ləğv edilərək barəsində yeni qərar qəbul edilməsi xahiş olunur. III.PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edildiyini, birinci instansiya məhkəməsi məhkum olunmuş şəxsə cəza təyin edərkən cəzanın ağırlaşdırıcı və yüngülləşdirici hallarının nəzərə alındığını, ona qanuni və ədalətli cəza təyin edildiyini, hökmün dəyişdirilməsi üçün əsasların olmadığına görə apellyasiya şikayətinin təmin olunmamasını və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini əsaslandırarkən, evdə axtarış aparılarkən stolun üzərindən aşkar olunmuş 0,049 qram çəkidə psixotrop maddə metamfetaminin ona məxsus olmasını, kreslonun alt tərəfindən aşkar olunmuş 2,398 qram çəkidə psixotrop maddə metamfetamindən isə məlumatı olmadığını bildirmiş və əməlinə 0,049 qram çəkidə psixotrop maddə metamfetaminə görə hüquqi qiymət verilməsini xahiş etmişdir. Müdafiəçisi müdafiəçi1 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs mövqeyini müdafiə edərək, onun əməlinə düzgün hüquqi qiymət verilməsini xahiş etmişdir. IV.HÜQUQİ MƏSƏLƏLƏR: Аzərbаycаn Respublikаsının CPM-in 397.1-ci mаddəsinə əsasən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və bu Məcəllənin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən yаlnız аpellyаsiyа şikаyətinin və yа аpellyаsiyа prоtestinin hüdudlаrındа yоxlаnılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması iddia edilərək, Cinayət-Prosessual Məcəlləsinin 399.1.2. və 401-ci maddələrində nəzərdə tutulmuş prosessual tələblərə əsasən hökmün ləğv olunması qeyd olunmuşdur. Bununla əlaqədar olaraq əvvəlcə ibtidai araşdırma orqanın topladığı sübutlar, sonra müdafiə tərəfinin sübutları yoxlanılmalı və qiymətləndirilməli, daha sonra apellyasiya baxışının nəticələrinə uyğun hüquqi qiymət verilməlidir. Təqsirləndirilən şəxs iddia edir ki, evdə axtarış aparılarkən kreslonun alt hissəsindən aşkar olunmuş psixotrop maddə metamfetamindən məlumatı yoxdur. Bununla bağlı suallara cavab olaraq bildirmişdir ki, uzun müddətdin narkotik və psixotrop maddələrdən istifadə etmişdir. Saxlanılan gün yaşadığı evdə, olduğu otaqda stolun üzərindən aşkar olunmuş psixotrop maddə ona məxsus olmuş, özü istifadə etmək üçün saxlamışdır. Lakin o, kreslonun alt hissəsində psixotrop maddə metamfetamin gizlətməmişdir. Həmin maddəni oraya kimin qoymasını bilmir. Təqsirləndirilən şəxs iddiası ilə əlaqədar maddi sübut olan kompakdiskə baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, «əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və fərdi yaşayış evinə baxış keçirilməsi haqqında» ## ###### 2025-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Göyşaban kəndində yerləşən evə, onun yaşadığı otağa polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs otaqda yaxalanmış, əvvəlcə pəncərədən qaçmağa cəhd göstərmiş, lakin saxlanılmış və özünün iştirakı ilə evdə axtarış aparılmışdır. Axtarış zamanı istifadə etdiyi yataq otağında bir ədəd bükümdə psixotrop maddə olan matamfetaminə bənzər kütlə masanın üzərindən, bir ədəd bükümdə psixotrop maddə olan matamfetaminə bənzər kütlə isə kreslonun altında və bir ədəd elektron tərəzi isə divanın üzərindən aşkar edilərək qablaşdırılaraq götürülmüşdür. Axtarışın aparılması ilə bağlı hər hansı qanunsuz hərəkət müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs masanın üzərindən aşkar olunan maddənin ona məxsus olmasını, kreslonun alt hissəsindən aşar olunan maddənin isə ona aid olmadığını, məlumatlı olmadığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran rayon Polis şöbəsinin Liman polis bölməsinin əməkdaşı şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq psixotrop maddələrin qəbul etməsi, üzərində gəzdirməsi, evində saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, əməliyyat qrupu yaradılmışdır. ## ###### 2025ci il tarixdə, saat 11 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu Göyşaban kəndində yaşadığı evində olması müəyyən olunmuş, evə girərək Təqsirləndirilən şəxs olduğu otağa daxil olmuşlar, həmin vaxt Təqsirləndirilən şəxs pəncərədən qaçmaq istəyən zaman tərəflərindən tutulmuş, özlərini ona təqdim etmişlər. Təqsirləndirilən şəxs üzəri yoxlanmış, üzərindən hər hansı bir qanunsuz əşya aşkar olunmamış, lakin həmin otaqda masanın üzərində bir ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, otaqda olan kreslonun altında bir ədəd şəffaf rəngli sellofan bükümdə metamfetaminə bənzər kütlə və həmin otaqda bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs masanın üzərindən aşkar edilmiş mütamfetaminin ona məxsus olması, kreslonun altından aşkar edilmiş metamfetaminin və otaqda olan elektron tərəzinin ona məxsus olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olsa da, aparılmış tədbirlərlə satış faktı müəyyən edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı şahid2, şahid X4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının ## ###### 2025 ci il tarixli **/*** saylı rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs evindən aşkar olunaraq qablaşdırılmış 01 ədəd bükümdə təmiz çəkisi -2,398 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Təqsirləndirilən şəxs evindən aşkar olunaraq qablaşdırılmış 01 ədəd bükümdə təmiz çəkisi - 0,049 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir.Təqsirləndirilən şəxs evindən aşkar olunaraq qablaşdırılmış iki ədəd bükümdə ümumi təmiz çəkisi -2,447 metamfetaminlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Təqsirləndirilən şəxs evindən aşkar olunaraq qablaşdırılmış 01 ədəd elektron tərəzi üzərində psixotrop maddə olan metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğuna görə onun dəqiq çəkisini, həmçinin təqdim olunmuş metamfetaminlər ilə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Ekspertiza tədqiqatından sonrakı qalıq metamfetamin psixotrop maddəsi 2,377 qram təşkil edir. İş materiallarında olan ## ###### 2025-ci il tarixli *** nömrəli “ambulator məhkəmə narkoloji ekspertizasının” rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2022-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. İş materiallarında olan ## ###### 2025-ci il tarixli *** nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Beləliklə öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif etmişdir. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olubolmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olubolmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il ## ###### tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Kollegiya daha yüngül cəzanın tətbiqinin mümkünlüyünü müzakirə edərək bildirir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların məqsəd və prinsipləri çərçivəsində təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə əsasların olubolmamasını araşdıraraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən alınmıs tələbnamədən gorünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Lənkəran rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsinin ## ##### 2026-cı il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 4 ay 4 gün hisəsindən şərti olaraq azad olunmuş, məhkumluğu ödənilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivi vardır və məhkəmə həmin halı CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal olaraq nəzərə almışdır. Qeyd olunmalıdır ki, cinayətin residivi ilə bağlı cəza təyini zamanı Cinayət Qanunvericiliyinin imperativ tələbləri vardır və cəza həmin tələblərə uyğun təyin olunmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Göstərilən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunmuş Məcəllənin 83, 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət Məcəllənin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci intsansiya məhkəməsi qeyd olunan tələbələr çərçivəsində cəza təyin etmiş, eyni zamanda təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəlki məhkumluğunun islah üçün yetərli olmamasını nəzərə almışdır. Bundan başqa nəzərə alınmalıdır ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehsalı, tələbatı və dövriyyəsinin artım miqyası insanların sağlamlığına və rifahına ciddi təhlükə yaradan, cəmiyyətin iqtisadi, mədəni və siyasi əsaslarına mənfı təsir göstərən vəziyyətdədir, bu səbəblə bu növ cinayətlərin qarışısının alınması, cinayətkar şəxslərin ifşa olunması üçün qanunla təxirəsalınmaz tədbirlər müəyyən olunmuşdur. Odur ki, məqsəd və prinsiplər baxımından cəmiyyətin maraqları fərdi maraqlardan hər bir halda üstün götürülməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Cinayət-Prosessual Məcəlləsinin 398.1. və 398.1.1-ci maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin halları cinayət qanunvericiliyinin məqsədinə uyğun, tətbiqini mümkün hesab etmir. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRAR VERDİ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-319/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-319/2026
11.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver