Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-323/2026 16.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlunun sədrliyi ilə, Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, məhkum edilmiş şəxsin müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə ##.##.1999-cu ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Şirvan şəhəri, Bayramlı qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 32A-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş MÜƏYYƏN E T D İ: Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 1(032)-172/2025 nömrəli hökmü ilə (sədrlik edən hakim Əli Imanov) Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin ## ######## 2025-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, CM-in 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tədbirinin təyin edilməsi, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi qərara alınmışdır. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 1(032)-172/2025 nömrəli hökmü dəyişdirilərək yüngül cəzanın verilməsini xahiş etmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, o, əldə etdiyi, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdar hesab olunan 445 qram narkotik vasitə qurudulmuş marixuananı 01 ədəd rəngli polietilen torbada əldə edərək əlində saxlamaqla daşımış, ##.##.2025-ci il tarixdə saat 13:48-dən saat 14:05-dək Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən videoçəkiliş vasitəsilə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Şirvan şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən Şirvan şəhər X9 şöbəsinin arxasında saxlanılmış və üzərinə şəxsi axtarış keçirilərkən satış məqsədi olmadan qanunsuz olaraq əlində saxlayıb daşıdığı rəngli polietilen torbada xeyli miqdarda – 445 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti ağırdır. Bu səbəbdən hökmə cəza hissəsində yenidən baxılmasını və barəsində daha yüngül cəza müəyyən edilməsini xahiş etmişdir. Hökmdən ittiham tərəfi apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Rəsul Mənsimov ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, məhkum edilmiş şəxsin şəxsiyyətini səciyyələndirən məlumatların, cəzanı yüngülləşdirən halların və ailə vəziyyətinin nəzərə alınmaqla təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdilər. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Məhkəmə kollegiyası apellyasiya şikayətini müzakirə edib, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, cinayət işinin materiallarını apellyasiya baxışının hüdudlarında yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü məhkum edilmiş şəxsə təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməlidir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, məhkum edilmiş şəxs iş üzrə sübutların mümkünlüyünü və mötəbərliyini, faktiki halların müəyyən edilməsini, təqsirin sübuta yetirilməsini və əməlin CM-in 234.1-ci maddəsi ilə hüquqi tövsifini mübahisələndirməmiş, yalnız ona təyin edilmiş cəzanın ağır olduğunu bildirmiş və apellyasiya tələbini Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsində məhkəmə qərarının apellyasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Hökmdən ittiham tərəfi apellyasiya protesti verməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya baxışının predmetini cəzanın ədalətliliyi və fərdiləşdirilməsi məsələsi ilə məhdudlaşdırır. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla belə, məhkəmə kollegiyası CPM-in 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət qanununun və cinayət-prosessual qanunun tətbiqinin düzgünlüyünü də yoxlamış və birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə təsir göstərən hər hansı maddi və ya prosessual pozuntu aşkar etməmişdir. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yanaşı, şahidlərin ifadələrinə ekspert rəylərinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), onları CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq mənsubiyyət, mümkünlük, mötəbərlik və kifayətlilik baxımından qiymətləndirmiş, nəticədə Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə nəticəyə gəlmişdir. Apellyasiya baxışı zamanı həmin nəticənin əsassız olması müəyyən edilməmiş, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, Məhkəmə kollegiyası qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli, * saylı qərarında qeyd olunur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Azərbaycan Respublikası CPM-in 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. CM-in 234.1-ci maddəsinin sanksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma cinayətinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bu sanksiya məhkəməyə cəzanın növünü və müddətini seçməkdə fərdiləşdirilmiş qiymətləndirmə aparmaq imkanı verir, lakin həmin seçim əsaslandırılmış olmalıdır. Kollegiya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməllərin ictimai təhlükəliliyini nəzərə alır. Belə əməllər ictimai sağlamlıq və ictimai təhlükəsizlik üçün risk yaratdığından dövlətin adekvat cinayət-hüquqi reaksiyasını tələb edir. Lakin bu reaksiya birmənalı olaraq sanksiyanın yuxarı həddinə yaxın azadlıqdan məhrum etmə cəzasının seçilməsi anlamına gəlmir; cəzanın konkret həddi iş üzrə fərdi hallar əsasında müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi hökmündə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını və öz hərəkətlərinə tənqidi münasibət göstərməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Lakin hökmün məzmunundan görünür ki, həmin hallar, eləcə də məhkum edilmiş şəxsin şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən digər məlumatlar cəzanın həddinin müəyyən edilməsində kifayət qədər təsirli şəkildə qiymətləndirilməmişdir. Iş materialları ilə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, əməlini etiraf etməsi və törətdiyi əməldən peşmanlıq hissi keçirməsi təsdiq olunur. Bu hallar məhkum edilmiş şəxsin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir və onun islah olunma imkanlarının yalnız daha sərt cəza ilə bağlı olmadığını göstərir. Səmimi etiraf və peşmançılıq formal prosessual davranış kimi deyil, şəxsin törətdiyi əmələ münasibətini və islah olunma potensialını ifadə edən hüquqi əhəmiyyətli meyar kimi qiymətləndirilməlidir. Əvvəllər məhkum olunmamış şəxsin ilk dəfə törətdiyi cinayətə görə cəzanın yuxarı həddə yaxın müəyyən edilməsi yalnız belə sərt müdaxilənin zəruriliyini təsdiq edən xüsusi əsaslar olduqda ədalətli sayıla bilər. Iş materiallarında Təqsirləndirilən şəxs himayəsində orqanizmin funksiyalarının 95 faiz itirilməsi ilə əlaqədar İ dərəcə əlilliyi müəyyən edilmiş anasının olması barədə məlumatlar mövcuddur. Bu hal məhkum edilmiş şəxsin cinayət məsuliyyətini aradan qaldırmır və onu cəzadan azad etmir. Bununla belə, CM-in 58.3-cü maddəsi cəzanın ailənin həyat şəraitinə təsirinin nəzərə alınmasını tələb etdiyindən, ağır sağlamlıq vəziyyətində olan ailə üzvünün mövcudluğu cəzanın fərdiləşdirilməsi zamanı hüquqi əhəmiyyət kəsb edən sosial amil kimi qiymətləndirilməlidir. Bundan başqa, məhkum edilmiş şəxsin atasının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında (Birinci və X5 döyüşlərində) iştirak etməsi, dövlət təltifləri ilə təltif olunması və döyüşlər zamanı sağlamlığına zərər vurulması barədə məlumatlar cinayət məsuliyyətini istisna edən və ya müstəqil şəkildə cəzanı əhəmiyyətli dərəcədə azaldan hal kimi qəbul edilə bilməz. Lakin həmin məlumatlar məhkum edilmiş şəxsin sosial mühiti, ailə bağları və cəmiyyətlə əlaqələri haqqında şəxsiyyəti səciyyələndirən məlumatlar kimi ümumi qiymətləndirmədə nəzərə alınmalıdır. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, iş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cəzanı ağırlaşdıran halların olmaması, məhkum edilmiş şəxsin əvvəlki məhkumluğunun olmaması, əməlini etiraf etməsi, peşmançılıq göstərməsi və ailə vəziyyəti birlikdə qiymətləndirildikdə, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası konkret işin halları ilə tam uzlaşmır. Kollegiya hesab edir ki, bu iş üzrə azadlığın məhdudlaşdırılması növündə alternativ cəzanın tətbiqi məsələsi müzakirə oluna bilsə də, aşkar edilmiş narkotik vasitənin miqdarı, əməl üzrə ictimai təhlükəlilik dərəcəsi və məhkum edilmiş şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirinin saxlanılması zərurəti nəzərə alınaraq cəzanın tamamilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza ilə əvəz edilməsi məqsədəuyğun deyildir. Bununla yanaşı, həmin hallar cəzanın yuxarı həddə yaxın saxlanılmasını da zəruri etmir. Cəzanın fərdiləşdirilməsi cinayət hüququnun fundamental prinsiplərindən biri olmaqla, onun mahiyyəti eyni hüquqi tövsif verilmiş əməllərə görə formal bərabərliyin deyil, hər bir konkret iş üzrə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirkarın şəxsiyyətini, cinayətin törədilmə şəraitini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirkarın islahına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqdan ibarətdir. Cəzanın ədalətliliyi yalnız onun qanunda nəzərdə tutulmuş sanksiya daxilində təyin olunması ilə deyil, eyni zamanda konkret hadisənin bütün fərdi xüsusiyyətlərini əks etdirməsi ilə təmin olunur. Bu mənada proporsionallıq prinsipi formal qanuniliyin ayrılmaz elementi kimi çıxış edir. Bu baxımdan 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası qanuni sanksiya daxilində olsa da, CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələb etdiyi proporsionallıq və fərdiləşdirmə meyarlarına tam cavab vermir. Həmin cəza məhkum edilmiş şəxsin şəxsiyyəti, yüngülləşdirici halların məcmusu və ailə vəziyyəti ilə müqayisədə artıq sərt nəticə doğurur. Cəzanın məqsədi yalnız məhkum edilmiş şəxsə ağır məhrumiyyət tətbiq etmək deyil, sosial ədalətin bərpası, şəxsin islah olunması və yeni cinayətlərin qarşısının alınmasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır. Bu yanaşma hazırkı işdə də cəzanın daha sərt deyil, daha ədalətli və məqsədəuyğun həddə müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli qərarında cinayət hüququnda humanizm prinsipinin məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini və cinayət-hüquqi təsir tədbirlərinə qənaət edilməsini ehtiva etdiyi göstərilmişdir. Bu hüquqi mövqe cəzanın seçilməsində məhkəmənin sərtliklə zərurilik arasında ədalətli tarazlığı qorumasını tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 01 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi həm törədilmiş cinayətin ictimai təhlükəliliyinə adekvatdır, həm də məhkum edilmiş şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ailə vəziyyəti ilə daha uyğun gəlir. Bu müddət cəzanın qaçılmazlığını təmin edir, eyni zamanda əvvəlki hökmdə seçilmiş azadlıqdan məhrum etmə növünü tam aradan qaldırmadan onun həddini proporsional səviyyəyə endirir. Belə yanaşma narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı dövlətin cinayət-hüquqi reaksiyasını zəiflətmir. Əksinə, məhkum edilmiş şəxs barəsində azadlıqdan məhrum etmə cəzası saxlanılır, hökmün narkomaniyadan məcburi müalicə tədbiri və digər hissələri dəyişdirilmədən qalır, lakin cəzanın müddəti konkret işin fərdi hallarına uyğunlaşdırılır. Ittiham tərəfinin apellyasiya protesti verməməsi və apellyasiya şikayətinin yalnız məhkum edilmiş şəxs tərəfindən cəzanın yüngülləşdirilməsi tələbi ilə verilməsi nəzərə alındıqda, hökmün cəza hissəsində məhkum edilmiş şəxsin xeyrinə dəyişdirilməsi apellyasiya baxışının hüdudlarına uyğundur və onun vəziyyətini ağırlaşdırmır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməli, ona CMin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilməklə 01 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası həddinədək azaldılmalıdır. Qeyd olunan hallar baxılan işdə CPM-in 399.1.5-ci maddəsində nəzərdə tutulmuş əsasın, yəni təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkum edilmiş şəxsin şəxsiyyətinə uyğun olmamasının mövcud olduğunu göstərir. Bu hal hökmün apellyasiya qaydasında dəyişdirilməsi üçün CPM-in 405.1.1-ci maddəsi baxımından kifayət edən hüquqi əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 1(032)-172/2025 nömrəli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilməklə, 01 (bir) il 02 (iki) ay həddinədək azaldılsın. Hökm apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-323/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-323/2026
16.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver