Məhkəmə qərarları › İş №1(3-9)-326/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-326/2026

21.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-326/2026 21.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçi-fərdi qaydada fəaliyyət gösətərn vəkil müdafiəçi1 iştirakları ilə. ## ##### 1974-cü il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Neftçala Rayon Məhkəməsinin ## ####### 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhər Nizami rayon məhkəməsinin 29 mart mart 2024-cü il tarixli qərarı ilə 03 ay 22 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 nömrəsiz ünvanda qeydiyyatda olmaqla orada yaşayan, ## ##### 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə məhkum edilməsinə Neftçala Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmündən dövlət ittihamçısı Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinə əsasən açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası qərar verdi. İ.İŞİN HALLARI: İşin faktiki hallarına əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 11,50 qram olan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində daşıyaraq saxlamış, ## ###### 2025-ci il tarixdə saat 18:50 radələrində Neftçala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala şəhəri, H.Aslanov küçəsi ərazisində piyada hərəkət edən zaman saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli kətan şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 11,50 qram olan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmənin ittiham hökmü ilə (hakim: X4)Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01(bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökmlə ona təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli ## ### 2026-cı il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, barəsində narkomaniyadan məcburi müalicə təyin olunmuş və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmış və maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələ həll olunmuşdur. Hökmdən dövlət ittihamçısı, Azərbaycan Respublikasının Baş prokurorunun müavini, R Heydər Məmmədov tərəfindən apellyasiya protesti verilmişdir. II.APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Neftçala rayon məhkəməsinin ## ### 2026-cı il tarixli hökmü cinayət qanununun müddəalarına uyğun qərar qəbul edilməklə dəyişdirilməlidir. Belə ki, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə qəbul edilmiş ## ###### 2025-ci il tarixli amnistiya aktını tətbiq etməli olduğu halda ittiham hökmü çıxarmaqla cinayət qanunun normasını pozmuşdur. İş materiallarında olan AZ II ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ##.##.2009-cu ildə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X2r. Təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağın olması barəsində yuxarıda qeyd edilən amnistiya aktının tətbiqi üçün əsas olsa da, məhkəmə tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə hökmdə göstərmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ##.##.2025-ci il tarixdə törətmişdir. Onun barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarı tətbiq edilə bilməz. Belə ki, Həmin qərarın 7.5-ci bəndinə əsasən bu Qərarın 1-ci və 4-cü hissələri, 5.1-ci bəndi və 5.2.1-ci yarımbəndi təhlükəli və ya xüsusilə təhlükəli residiv yaradan cinayətlərə görə məhkum edilmiş və ya 2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən xüsusi təhlükəli residivist hesab olunmuş şəxslər barəsində tətbiq edilmir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Neftçala Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilən zaman əməlində cəzanı ağırlaşdıran hal kimi təhlükəli residiv mövcud olmuşdur. Buna görə də təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarı tətbiq edilə bilməz. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Neftçala rayon məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə təhlükəli residivə görə məhkum olunsa belə, hazırki iş üzrə cinayət əməlini törədən zaman təhlükəli residivə səbəb olmuş cinayət əməllərinə görə məhkumluqları ödənildiyindən barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 1.16 və 5.1ci maddələri tətbiq edilməli idi. Amnistiyanın hüquqi mahiyyəti ondan ibarətdir ki, o, dövlət tərəfindən qəbul edilən genişmiqyaslı humanizm aktı olmaqla, fərdin davranışı və şəxsi münasibətləri deyil, dövlətin siyasi iradəsi, humanizm prinsipləri və ictimai-sosial məqsədlər əsasında tətbiq edilir. Amnistiya dövlətin ali humanist qərarı kimi şəxsin cinayət-hüquqi vəziyyətini yüngülləşdirir və gələcək hüquqlarını məhdudlaşdırmır. Beləliklə, məhkəmə amnistiyanın tətbiqi mümkün olduğu halda, əvəzində təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarmaqla cinayət qanunun normasını pozmuşdur. Bu yanaşma həm amnistiyanın mahiyyətinə, dövlətin humanist iradəsinin şəxsin gələcək hüquqlarını qorumağa yönəlmiş məqsədinə zidd olmaqla, birbaşa şəxsin hüquqi vəziyyətinin ağırlaşdırılmasına gətirib çıxarmışdır. Beləliklə də, yuxarıda sadalananlara əsasən iş üzrə icraata amnistiyanın tətbiqi əsasında xitam verilməməsi nəticəsində məhkəmə tərəfindən cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Neftçala rayon məhkəməsinin ## ### 2026-cı il tarixli hökmü onun barəsində amnistiya aktının müvafiq bəndi tətbiq olunmaqla dəyişdirilməsi xahiş olunur. III. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya prostetinin dəlillərini müdafiə edərək, apellyasiya protestinin təmin edilməsini və Neftçala rayon məhkəməsinin ## ### 2026- cı il tarixli hökmünün Təqsirləndirilən şəxs barəsində amnistiya aktının müvafiq bəndi tətbiq olunmaqla dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya protestinin dəlilləri ilə razı olduqlarını və Neftçala rayon məhkəməsinin ## ### 2026- cı il tarixli hökmünün ləğv olunması, və Təqsirləndirilən şəxs barəsində amnistiya haqqında qərarın tətbiq olunması xahiş olunmuşdur. IV.HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya protestinin dəlillərindən görünür ki, CPM-in 403-cü maddəsində göstərilən tələblərin tətbiqi ilə bağlı hökmün dəyişdirilməsi xahiş olunur. Qeyd olunan maddədə göstərilir ki, birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi aşağıdakılar hesab edilir: -403.0.1. tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi; -403.0.2. tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi; -403.0.3. cinayət qanunu normasının düzgün şərh edilməməsi. Apellyasiya protestinin dəlili üzrə, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci maddələrinin tətbiqinün mümküblü məsələsi yoxlanılarkən müəyyən olunur ki, onun barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi ## ###### 2025-ci il tarixdə başlanmış, cinayət əməli ## ###### 2025-ci il tarixdə törədilmişdir. ## ####### 2025-ci il tarixdə ibtidai istintaq qurtarmış, cinayət işi ## ###### 2025-ci il tarixdə məhkəmə icraatına daxil olmuşdur. İş materiallarında olan AZ II ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində ##.##.2009-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatmayan övladı vardır. İtitham hökmündən görünür ki, işə baxan hakim Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiq olunmamasını əsaslandırarkən qeyd etmişdir ki, ”..təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ##.##.2025-ci il tarixdə törətmişdir. Onun barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarı tətbiq edilə bilməz .Belə ki, Həmin qərarın 7.5-ci bəndinə əsasən bu Qərarın 1-ci və 4-cü hissələri, 5.1-ci bəndi və 5.2.1ci yarımbəndi təhlükəli və ya xüsusilə təhlükəli residiv yaradan cinayətlərə görə məhkum edilmiş və ya 2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən xüsusi təhlükəli residivist hesab olunmuş şəxslər barəsində tətbiq edilmir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Neftçala Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilən zaman əməlində cəzanı ağırlaşdıran hal kimi təhlükəli residiv mövcud olmuşdur. Buna görə də təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarı tətbiq edilə bilməz. “ Göründüyü kimi, birincisi instansiyada olan mövqeyə əsasən, amnsitiya aktının 7.5-ci bənddə qeyd olunan məhdudlaşdırıçı hal belə təfsir olunmuşdur ki, məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, ümumiyyətlə əvvəllər təhlükəli və ya xüsusilə təhlükəli residiv yaradan cinayətlərə görə məhkum edilmiş barəsində Qeyd olunan hal yoxlanılarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Neftçala rayon məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə təhlükəli residivə görə məhkum olunsa da, hazırki iş üzrə cinayət əməlini törədən zaman təhlükəli residivlə bağlı məhkumluğu ödənilmişdir. Faktiki olaraq birinci intsansiya məhkəməsi də bu halı müəyyən etmiş və ona sadə resdivə görə cəza təyinin əsaslarında uyğun cəza təyin etmişdir. Cinayət Məcəlləsinin 81.1. və 81.2-ci maddələrinə görə, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarında aidiyyəti halla bağlı qeyd olumuşdur. 1.təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): -1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər.

5. Məhkəmələr: -5.1. icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 5.3. icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 5.1-ci və 5.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edirlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan övladı vardır, əməli CM-in 15-ci maddəsində göstərilən təsnifata uyğun olaraq az ağır cinayətlər kateqoriyasına aiddir, barəsində olan cinayət işi amnistiya aktı haqqında Qərar qüvvəyə mindiyi günədək məhkəmə icraatına daxil olmuş və həmin günədək baxılmamış olmuşdur. Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Apellyasiya baxışında Təqsirləndirilən şəxs barəsində amnisitiya aktının tətbiq olunması və cinayət təqibinə xitam verilməsinə razı olduğunu bildirmişdir. Bu vəziyyətdə onun barəsində olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Bununla əlaqədar Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-in 398.1.2-ci maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmaqda haqlıdır. Həmin Məcəllənin 399.1. və 399.1.4-cü maddələrinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslarındandır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya protesti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək qeyd edir ki apellyasiya protesti qismən təmin edilməli, Neftçala Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü ləğv edilməli, Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin ## ###### 2025-ci il tarixli qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsini və Azərbaycan Respublikası CPM-in 43, 397-399, 403, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRAR VERDİ:

Azərbaycan Respublikasının Baş prokurorunun müavini, R Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti qismən təmin olunsun. Neftçala Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü ləğv edilsin. “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin ## ###### 2025-ci il tarixli qərarının 1.16 və 5.1-ci yarımbəndlərinə əsasən, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut olan Neftçala RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,40 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 31,95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 275 (iki yüz yetmiş beş) manat pul vəsaiti fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi2 hesablaşma hesabına (“xxxx” ASC Salyan rayon filialı, kod 805885, VÖEN **********, m/h AZ03NABZ01350100000000002944, S.W.İ.F.T. IBAZAZ2X, hesab AZ74IBAZ41040019443111985321, VÖEN: **********) ödənilsin. Qərarın həbsdən azad olunma ilə bağlı hissəsinin icrası Şirvan Şəhər Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Umbakı Penitensiar müəssisəsinə, maddi sübutun məhv edilməsi və ekspertiza xərci ilə bağlı hissəsinin icrası Neftçala rayon İcra və Probasiya şöbəsində həvalə edilsin. Qərar elan olunduğu andan dərhal qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar