Məhkəmə qərarları › İş №1(3-9)-329/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-329/2026

02.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-329/2026 02.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlunun sədrliyi ilə, Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 147.1 və 148-ci maddələri ilə irəli sürülmüş xüsusi ittihama dair şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina barədə Lənkəran Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarından xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Materialdan görünür ki, xüsusi ittihamçı Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməklə onun həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılması ilə bağlı ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-in 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir (Hakim Anar Pənahov). Qeyd edilən qərardan xüsusi ittihamçı Xüsusi ittihamçı apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 1 (*-***)-**/**** saylı qərarının ləğv edilməsini, ünvan 1 ünvanında yaşayan, ## ##### 1996-cı il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması və onun həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılması ilə bağlı ittiham hökmü çıxarılmasına dair şikayətinə Lənkəran Rayon Məhkəməsində baxılmasını, bu hal mümkün olmadıqda şikayətinin baxılmasından ötrü aidiyyəti üzrə məhkəməyə göndərilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Xüsusi ittihamçı Xüsusi ittihamçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 1 (*-***)-**/**** saylı qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində CM-in 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib məsuliyyətə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayəti məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayətin məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtinanın əsası kimi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs sonuncu yaşayış yerinin müəyyən olunmadığını əsas gətirmişdir. Ancaq Lənkəran Rayon Məhkəməsində şikayətə baxarkən görünür ki, ## ##### 2026-cı il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə qərar”a diqqət etməmişdir. Belə ki, ## ##### 2026-cı il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə qərar”da Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs izahatında ünvan 1 ünvanında yaşadığını şəxsən etiraf edir. Lənkəran Rayon Məhkəməsi də qanunun tələbinə əsasən şikayətə baxa bilmədiyi halda şikayəti aidiyyatı üzrə digər məhkəməyə göndərməli idi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs sonuncu yaşayış yerini o, müəyyən edə bilməz. Bu onun imkanı xaricindədir. Bu faktı məhkəmənin öz sorğusu ilə müəyyən edilə bilərdi. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında xüsusi ittihamçı Xüsusi ittihamçı apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### **** nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Məhkəmə kollegiyası xüsusi ittiham qaydasında cinayət işinin materialını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Lənkəran Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 133, 134, 142.1, 148- 1, 149.1, 150.1, 151, 156—158, 163, 169-1, 175—177.1, 178.1, 179.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Azərbaycan Respublikası CPM-in 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Azərbaycan Respublikası CPM-in 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Hazırki iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi xüsusi ittiham qaydasında şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olmamasını və verilmiş şikayətin əsassız olmasını əsas götürərək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 293.3.1- 293.3.7ci maddələrində xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 302.1.3 və 302.2.3-cü maddələrinin mahiyyətindən görünür ki, şikayətin məzmunu bu Məcəllənin 293.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması və onun təqsirli olubolmamasını sübut etmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Xüsusi ittiham qaydasında verilmiş şikayət araşdırılarkən müəyyən edilmişdir ki, həmin şikayət qanunvericiliyin tələblərinə riayət edilmədən verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında verilən şikayət cinayət təqibinin başlanması üçün zəruri prosessual sənəd olmaqla, həmin maddədə sadalanan bütün rekvizitləri və məlumatları özündə ehtiva etməlidir. Qanunverici şikayətdə yalnız şəxs barəsində ümumi xarakterli məlumatları deyil, həm də cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi, yəni şəxsin soyadı, adı, atasının adı və yaşayış yerinin dəqiq göstərilməsini imperativ qaydada tələb etmişdir. CPM-in 302.1.3-cü maddəsinə əsasən isə xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu CPM-in 293.3.1–293.3.7-ci maddələrinin tələblərinə uyğun olmadıqda məhkəmə hazırlıq iclasının nəticələrinə əsasən məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən isə belə hallarda xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina barədə qərar adi (ümumi) qaydada deyil, Azərbaycan Respublikası CPM-in 293.3, 300.1.3, 302.1.3 və 302.2.3-cü maddələrinin tələbləri ilə müəyyən edilmiş xüsusi prosessual qaydada qəbul edilir. Bu baxımdan həmin qərarın həm forması, həm də məzmunu CPM-in 21 və 28.1, 28.5-ci maddələrində təsbit olunmuş qanunilik, obyektivlik və əsaslılıq prinsiplərinə cavab verməli, mülahizələrə deyil, işin konkret materiallarına və qanunun tələblərinə əsaslanmalıdır. Şikayətin CPM-in 293.3.1–293.3.7-ci maddələrinin tələblərinə uyğun olmaması formal xarakter daşımır. Əksinə, bu, xüsusi ittiham institutunun mahiyyətindən irəli gələn həlledici prosessual şərtdir, belə ki, dövlət ittiham funksiyasını həyata keçirmədiyi bu icraat növündə cinayət təqibinin qanuniliyi və hüquqi müəyyənliyi məhz şikayətin formasına və məzmununa dair tələblərə riayət olunması ilə təmin edilir. Bu səbəbdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə yalnız formal əsaslara deyil, şikayətin mahiyyətcə CPM-in imperativ tələblərinə cavab verməməsinə əsaslanır və bu qərarın həm nəticə, həm də əsaslandırma hissəsi göstərilən normativ bazaya tam uyğundur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinə təqdim olunmuş şikayət ərizəsində barəsində xüsusi ittiham irəli sürülən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs haqqında CPM-in 293.3.3-cü maddəsinin tələb etdiyi məlumatlar – o cümlədən onun doğulduğu tarix, iş yeri və məşğuliyyəti – göstərilməmiş, yalnız onun Rusiya Federasiyasının vətəndaşı olması və ünvan 2 ünvanında yaşaması qeyd edilmişdir. Apellyasiya şikayətində əlavə olaraq həmin şəxsin təvəllüdü (## ##### 1996-cı il) göstərilsə də, bu, şikayətin ilkin çatışmazlığını aradan qaldırmır, belə ki, şikayətin CPM-in 293.3cü maddəsinin tələblərinə uyğunluğu hazırlıq iclasında məhz onun verildiyi ilkin məzmun üzrə qiymətləndirilir və sonradan apellyasiya instansiyasında əlavə edilən məlumat birinci instansiya məhkəməsinin qərarının qəbul edildiyi andakı qanuniliyinə təsir edə bilməz. Bundan başqa, təkcə doğum tarixinin göstərilməsi barəsində xüsusi ittiham irəli sürülən şəxsin şəxsiyyətinin mötəbər qaydada müəyyənləşdirilməsi üçün kifayət deyildir. Şəxsin dəqiq eyniləşdirilməsi üçün zəruri olan digər identifikasiya məlumatları şikayətdə əks olunmadığından, barəsində xüsusi ittiham irəli sürülən şəxsin şəxsiyyəti hazırkı iş materialları əsasında dəqiq müəyyən edilmiş hesab oluna bilməz. Azərbaycan Respublikası CPM-in 88.4.1ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanması, o cümlədən barəsində şikayət verilən şəxsin şəxsiyyətinin və yaşayış yerinin dəqiq müəyyən edilməsi xüsusi ittihamçının üzərinə düşən vəzifədir. Məhkəmə bu vəzifəni xüsusi ittihamçı əvəzinə həyata keçirməyə, yəni müvafiq dövlət orqanlarına rəsmi sorğular ünvanlamaqla barəsində şikayət verilmiş şəxsin şəxsiyyətini və yaşayış yerini müəyyənləşdirməyə borclu deyildir, çünki əks yanaşma CPM-in 32-ci maddəsində təsbit olunmuş tərəflərin çəkişməsi prinsipinə və məhkəmənin qərəzsizlik tələbinə zidd olardı və məhkəməni faktiki olaraq ittiham funksiyasını həyata keçirən subyektə çevirərdi. Cinayət mühakimə icraatında xüsusi ittiham qaydasında icraat ümumi cinayət təqibindən fərqli olaraq istisna xarakteri daşıyır və yalnız qanunla müəyyən edilmiş prosessual şərtlər tam gözlənildikdə başlana bilər. Bu institutun mahiyyəti ondan ibarətdir ki, dövlət ittiham funksiyasını həyata keçirmədiyi hallarda cinayət təqibinin başlanması zərərçəkmiş şəxsin təşəbbüsü ilə mümkün olur. Məhz buna görə də qanunverici xüsusi ittiham qaydasında verilən şikayətin məzmununa, sübut bazasına və aidiyyət məsələlərinə dair daha ciddi prosessual tələblər müəyyən etmişdir. Həmin tələblər formal xarakter daşımır, cinayət təqibinin qanunilik, hüquqi müəyyənlik və təqsirləndirilən şəxsin müdafiə hüququ prinsiplərinin təmin edilməsinə xidmət edir. Bu normaların məqsədi yalnız hadisənin təsvirini tələb etmək deyil, eyni zamanda məhkəməyə ilkin mərhələdə cinayət təqibinin başlanması üçün kifayət qədər hüquqi və faktiki əsasların mövcud olub-olmadığını qiymətləndirmək imkanı yaratmaqdır. Xüsusi ittiham qaydasında icraatın başlanması üçün şikayətdə cinayət hadisəsinin vaxtı, yeri, törədilmə üsulu, cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərini xarakterizə edən hallar, bu halları təsdiq edən konkret sübutlar və həmin sübutların mənbələri göstərilməlidir. Bu tələblərə riayət edilməməsi məhkəmənin cinayət təqibini başlatmaq və şəxsi məhkəmə baxışına vermək üçün zəruri prosessual əsasların mövcudluğunu müəyyən etməsinə imkan vermir. Xüsusi ittiham qaydasında şikayət ittiham aktını əvəz edən prosessual sənəd olduğundan onun məzmununa dair tələblərin gözlənilməsi məcburidir. Belə şikayət yalnız müraciət xarakterli sənəd deyil, eyni zamanda cinayət mühakiməsinin başlanmasına əsas verən prosessual aktdır. Buna görə də CPM-in 293-cü maddəsində nəzərdə tutulmuş rekvizitlərin olmaması və ya sübutların kifayət qədər göstərilməməsi formal çatışmazlıq deyil, cinayət-prosessual münasibətin yaranmasına mane olan hüquqi hal hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 29.1-ci maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum edilə bilməz. Bu prinsip həm Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qanunçuluq prinsipi, həm də ədalətli məhkəmə araşdırmasının ayrılmaz elementi kimi qəbul olunur. Məhkəmə aidiyyəti müəyyən edilmədən işin hər hansı məhkəmə tərəfindən icraata qəbul edilməsi həmin prinsipin pozulmasına gətirib çıxara bilər. Iş materiallarından görünür ki, şikayət internet informasiya ehtiyatı olan "Instagram" sosial şəbəkəsində yayıldığı iddia edilən məlumatlarla əlaqədardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında" ## ###### 2014-cü il tarixli * nömrəli Qərarının 12-ci bəndinə əsasən internet informasiya ehtiyatlarında yayılmış böhtan və ya təhqirlə bağlı şikayətlər həmin məlumatları yayan şəxsin Azərbaycan Respublikasındakı son yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Bu qayda ərazi aidiyyətinin müəyyən edilməsinin xüsusi üsulunu müəyyən edir və məhkəmələr üçün məcburi xarakter daşıyır. Hazırkı işdə isə şikayət olunan şəxsin Azərbaycan Respublikasında son yaşayış yerini və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyatda olmasını təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. "Elektron məhkəmə" informasiya sistemindən əldə edilmiş məlumatlarla da belə yaşayış yerinin mövcudluğu təsdiq olunmamışdır. Bu halda məhkəmənin işi aidiyyəti üzrə başqa məhkəməyə göndərməsi də hüquqi baxımdan mümkün olmamışdır. Çünki aidiyyət yalnız ehtimallar və ya şikayətçinin mülahizələri əsasında deyil, obyektiv müəyyən edilə bilən hüquqi faktlar əsasında müəyyən edilməlidir. Eyni zamanda, apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi CPM-in 302.1.7-ci maddəsini tətbiq edərkən də düzgün nəticəyə gəlmişdir. Xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasının məqsədi təqsirlilik məsələsini həll etmək deyil, cinayət təqibinin başlanması üçün qanunda nəzərdə tutulmuş minimal prosessual və sübut standartlarının mövcudluğunu yoxlamaqdır. Təqdim olunmuş materiallar həmin ilkin standartların təmin olunduğunu təsdiq etmədikdə məhkəmənin şikayəti icraata qəbul etmək və işi mahiyyəti üzrə baxışa təyin etmək vəzifəsi yaranmır. Apellyasiya şikayətində də birinci instansiya məhkəməsinin qeyd etdiyi bu prosessual çatışmazlıqları aradan qaldıran hər hansı yeni hüquqi və ya faktiki dəlil göstərilməmişdir. Şikayətdə əsasən hadisələrin ümumi təsviri təkrar edilmiş, lakin CPM-in 293.3-cü maddəsinin tələblərinə uyğun olaraq ittihamın konkretləşdirilməsi təmin edilməmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, xüsusi ittiham qaydasında icraat üzrə məhkəmənin hazırlıq iclasında araşdırılan əsas məsələ şəxsin təqsirliliyi deyil, verilmiş şikayətin qanunun müəyyən etdiyi prosessual tələblərə uyğun olub-olmamasıdır. Şikayətin bu tələblərə cavab verməməsi isə CPM-in 302.1.3-cü maddəsinə əsasən onun icraata qəbul edilməsindən imtinanı şərtləndirən müstəqil prosessual əsasdır. Bu mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xüsusi ittiham qaydasında şikayətlərə baxılmasına dair məhkəmə təcrübəsi haqqında" ## ###### 2014-cü il tarixli * nömrəli qərarının 11-ci bəndində ifadə olunmuş hüquqi mövqeyə də uyğundur. Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, hazırlıq iclasında ilk növbədə xüsusi ittiham qaydasında verilmiş şikayətin CPM-in 293.3.1–293.3.7-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlasınlar və həmin tələblərə əməl edilmədiyi müəyyən edildikdə şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə əsaslandırılmış qərar qəbul etsinlər. Belə ki, «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli * saylı Qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin adı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə prosessual qanun normalarını düzgün tətbiq etmiş, iş materiallarını obyektiv qiymətləndirmiş, gəldiyi nəticə işin faktiki hallarına və qanunun tələblərinə uyğundur. Apellyasiya şikayətinin dəlilləri isə həmin nəticənin qanunsuz və ya əsassız hesab edilməsi üçün əsas vermir, şikayətdə göstərilən arqumentlər birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticəni təkzib etmir və qəbul edilmiş qərarın ləğvi üçün CPM-də nəzərdə tutulmuş əsasları yaratmır Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3 maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.7 maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Xüsusi ittihamçı şikayət ərizəsinin CPM-nin tələblərinə uyğun olmamaqla tərtib edildiyini əsas götürərək xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-in 147.1 və 148-ci maddələri ilə irəli sürülmüş xüsusi ittihama dair şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina barədə Lənkəran Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 300.1.3, 302.1.3, 302.2.3, 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin olunmasın. Lənkəran Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu vaxtdan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-410-cu maddələrində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar