Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-330/2026 22.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya İnstansiyası Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru dövlət ittihamçısı1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- ***)-**/**** nömrəli hökmündən Azərbaycan Respublikası Baş prokurorunun müavini dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü (hakim X1) ilə ##.##.1985-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin # ###### 2026-cı il tarixdən hesablanaraq, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübut və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARI: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə quurdulmuş marixuananı əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı # ###### 2026-cı il tarixdə saat 18:52 dəqiqədə Salyan şəhəri, M.Quluzadə küçəsi ərazisində şübhəli şəxs kimi saxlanılaraq orada üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd polietilen torbada təmiz çəkisi 40 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Azərbaycan Respublikası Baş prokurorunun müavini dövlət ittihamçısı2 apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü cinayət qanunun normasının düzgün tətbiq olunaraq dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin (hakim Vəsilə Əliyeva) ## ##### 2026-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü cinayət qanununun müddəalarına uyğun qərar qəbul edilməklə dəyişdirilməlidir. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş tələbnaməyə və qərarların surətlərinə əsasən, dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs sonuncu dəfə Salyan Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə və 2990,79 manat cərimə cəzasına məhkum edilmiş, ##.##.2025-ci il tarixli "Amnistiya aktının tətbiq edilməsi barədə” Qərarla "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.3-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, bundan başqa, ##.##.2026-cı il tarixli "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cərimə cəzasından azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən - Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən - bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Cinayət işi materiallarına əsasən, irəli sürülmüş ittihamın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini # ###### 2026-cı il tarixdə törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” ## ######## 2010-cu il tarixli Qərarında verilmiş rəsmi təfsirə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin "məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni, qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini # ###### 2026- cı il tarixdə törətdiyindən və ## ###### 2026-cı il tarixdə barəsində amnistiya tətbiq edilərək cəzadan azad edildiyindən cinayət qanunu ilə müəyyən edilmiş iki il müddət keçməmiş, məhkumluq ödənilməmişdir. Yəni, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman əvvəlki hökmlər üzrə məhkumluğu ödənilməmişdir. Odur ki, məhkəmənin mübahisələndirilən hökmünün giriş hissəsində Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs kimi göstərməklə, yekunda gəldiyi nəticə səhvdir. Bununla da, məhkəmə hökmdə Təqsirləndirilən şəxs residivə görə cəzanın təyin olunması və cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi zamanı yanlış nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-in 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403-cü maddəsinə əsasən tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi, cinayət qanunu normasının düzgün şərh edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. İşin baxılmasında iştirak edən dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini təklif etmişdir. Məhkəmə ilə eyni mövqedən çıxış etdiyindən dövlət ittihamçısının mövqeyi ilə razılaşmır. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə kollegiyasının iclasında: Dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protestini müdafiə edib, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmünün cinayət qanunun normasının düzgün tətbiq olunaraq dəyişdirilməsini xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya protestinə etiaz edərək Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 məhkum edilmiş şəxsin mövqeyinə uyğun olaraq qanuni qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Baş prokurorunun müavini dövlət ittihamçısı2 apellyasiya protestində məhkum edilmiş şəxs barəsində cəzaçəkmə müəssisəsinin düzgün seçilməsi barədə tələbini Azərbaycan Respublikası CM-nin 15 və 83-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair" # ######## 2010-cu il tarixli Qərarında verilmiş rəsmi təfsirndə nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya protestinini dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Protest müəllifi Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələləri mübahisələndirmədiyindən məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə zərurət görmür. Məhkəmə kollegiyası iş üzrə apellyasiya protestinin dəlillərində və məhkəmə baxışı iclasında dövlət ittihamçısının çıxışında məhkum edilmiş şəxs barəsində cinayət işi üzrə cinayət qanunun normasının düzgün tətbiq olunmaqla dəyişdirilməsini və məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs cəzası üzrə cəzaçəkmə müəssisəsinin növünün düzgün müəyyən edilməsi barədə dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir. İş materiallarında olan hökmün surətindən və tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 67.1, 93.1.2-ci maddələri ilə təqsirli bilinib 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə və 2990,79 manat cərimə cəzasına məhkum edilmiş, ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin ##.##.2025-ci il tarixli “Amnistiya” Qərarının 2.3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Salyan Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin ## #### 2022ci il tarixli hökmü ilə üzərində saxlanılmış cərimə cəzasının çəkilməmiş hissəsi 2990,79 manat cərimə cəzası həmin hökmlə ona təyin olunmuş cəza ilə tam birləşdirilmiş, üzərində 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə və 2990,79 manat cərimə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan hökm üzrə təqsirli bilinib məhkum edildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza baxımından həmin əməl Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair" ## ######## 2010-cu il tarixli Qərarında verilmiş rəsmi təfsirə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin "məhkum olunmuş şəxs" müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini törədən zaman onun əvvəlki iş üzrə məhkumluğu Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinin tələbləri baxımından ödənilməmiş və götürülməmiş, bununla da Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin residivi mövcud olmuşdur. Odur ki, Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə uyğun olaraq cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 65.2-cı maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin alternativ xarakterli nisbi-müəyyən sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə alsa da, Azərbaycan Respublikası CM-in 65.2-cı maddəsinin tələbinə uyğun olaraq ona 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəza Azərbaycan Respublikası CM-in 65.2-cı maddəsinin tələblərinə uyğun cəza olduğundan həmin cəzanın ağırlaşdırılmasına zərurət yoxdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü ilə ona təyin olunmuş 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, CM-in azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsindən bəhs edən 56-cı maddəsində aşağıdakılar göstərilmişdir: 56.1. Azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir: 56.1.3. xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanalara əsasən hesab edir ki, apellyasiya protesti əsaslı olduğundan təmin edilməli, Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməli, həmin hökmlə Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə növündə cəzanı o, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Odur ki, məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 399, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Azərbaycan Respublikası Baş prokurorunun müavini dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 1(5-152)-17/2026 hökmü apellyasiya protestinə əsasən dəyişdirilsin. Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 1(5-152)-17/2026 hökmünün Təqsirləndirilən şəxs anket məlumatları hissəsindən “məhkumluğu olmayan” ifadəsi xaric olunsun. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-330/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-330/2026
22.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver