Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-332/2026 21.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi1 iştirakları ilə ##.##.1984-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şirvan şəhəri, 1 May küçəsi, ev 124-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 306.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Şirvan Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında baxaraq, kollegiya qərar verdi. İ.İŞİN HALLARI: İşin faktiki hallarına əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan ##.##.2006-cı ildə doğulmuş X1 və ##.##.2009-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün ## #### 2014cü ildən hesablanmaqla hər ay hər bir uşağa 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsinə dair Şirvan Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2014-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Şirvan Şəhər Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 18 gün müddətinə inzibati qaydada həbs edilməsinə, bundan sonra icra üçün ona yeni müddət təyin edilərək sonuncu dəfə ##.##.2025-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün sonuncu təqdimat verilən ## #### 2022ci il tarixdən hazırkı təqdimat verilən ## ###### 2025-ci il tarixədək 5180,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir Məhkəmənin ittiham hökmü ilə (hakim: X3) Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun ## ##### 2026-cı il tarixdən ## ##### 2026-cı il tarixədək həbsdə olduğu 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, cəzasının əvvəli ## ### 2026-cı il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və maddi sübutla bağlı məsələ həll olunmuşdur. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. II.APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Hökm qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, zərərçəkmiş şəxsin etdiyi addım səhv və əsassız addımdır. Övladlarına lazımı qaydada köməklik etmiş və atalıq borcunun yerinə yetirmişdir. Övladlarının hər ikis ali təhsil alır. Zərərçəkmiş şəxs uşaqlarla arasında nifaq salmışdır. O uşaqları ilə maraqlanır, lakin Zərərçəkmiş şəxs görüşməyə icazə vermir. O, hal-hazırda ailəlidir və himayəsində iki azyaşlı övladları vardır. Şirvan Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və ona daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. III.PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin edildiyini qeyd etməklə, Şirvan Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, Şirvan Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü dəyişdirməklə barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV.HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsinin) 397.1 və 398.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», « Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Təqsirləndirilən şəxs apellyasiya şikayətində ona ağırlığına görə açıq-aydın ədalətsiz cəza təyin edilməsi iddia olunaraq, daha yüngül cəzanın təyin edilməsi haqqında qərarın qəbul edilməsi barədə tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif etmişdir. Apellyasiya şikayətinin məzmunundan da görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər müdafiəçi tərəfindən mübahisələndirilməmiş və buna görə də məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağır olmasına dair apellyasiya şikayətində göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın qanuniliyini və ədalətliliyini müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin ## ###### 2025-ci il tarixli məktubuna əlavə edilmiş tələbnamədən, müvafiq hökmlərin və qərarın surətindən görünür ki, Şirvan Şəhər Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla, iki il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Şirvan Şəhər Məhkəməsinin *(***)- **/**** nömrəli, ##.##.2018-ci il tarixli qərarına əsasən islah işləri cəzası ləğv edilərək, 11 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Şirvan Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkumluğu ödənilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, ona azadlıqdan məhrumetmə cəzası təyin edilməmiş, dogər alternativ cəzalar təyin edilmişdir. Buna baxmayaraq qeyd olunan cəzalar onu islah etmək üçün yetərli olmamış, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Hal-hazırda onun apellyasiya baxışında olan davranışından da görünür ki, islah olunmaq, aliment borcunu ödəmək niyyətində deyil. Əvvəlki cəzaların islahedici rolununun olmaması vəziyyətinə görə, birinci isntansiya məhkəməsinin daha ciddi cəza növünü seçməsi qanuni hesab olunmalıdır. CM-in 306.1-ci maddəsinin saksiyasında azadlıqdan məhrum etmə cəzası 3 ilə qədər nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsin əvvəki məhkumluqları ilə ilsah olunmaması, şəxsiyyəti, hal-hazırda olan mövqeyi, sosial ədalətin bərpası, əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi kimi hallar əsas verir ki, hakim cəza həddini düzgün müyyən etmiş, nisbətən aşağı həddə cəza təyin edərkən onun ailə vəziyyətini, himayəsində azyaşlı uşaqlarının olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə ## #### 1997-ci il tarixli Qərar, §40). Məhkəmə kolegiyası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyin işığında Təqsirləndirilən şəxs hazırkı vaxtadək hərəkətlərini təhlil edərək hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq onun müəyyən müddətə cəmiyyətdən tam təcrid edilmədən islah olunmayacağı qənaətinə gəlmişdir. Belə ki, o, əməlinin ictimai təhlükəliliyini dərk etsə də, ötən dövr ərzində bunun aradan qaldırılması istiqamətində zəruri hərəkətlər etməmiş, faktiki olaraq məhkəmə araşdırması hüququnu xəyali hüquqa imitasiya etmişdir. Beləliklə birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, onun islah olunması məqsədini və həmin Məcəllənin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar, birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən hökmün dəyişdirilməsi üçün əsas olan həmin Məcəllənin 404-cü maddələrində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və onları qəbuledilməz sayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026cı il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-332/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-332/2026
21.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver