Məhkəmə qərarları › İş №1(3-9)-337/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-337/2026

22.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-337/2026 22.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Bəhmənov Habil Xanoğlan oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı2, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 Gülbala oğlunun, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, təqsirləndirilən şəxs2 Gülbala oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1 və 234.1-ci maddələri ilə və təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 Gülbala oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü (hakimlər: X2 (sədrlik edən), X3 və X1 ibarət tərkibdə) ilə, ## ###### 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 126, mənzil 39-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 204.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 204.1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla təqsirləndirilən şəxs2 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 11 (on) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanması və ona cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2024-cü il tarixdən hesablanması, təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübut və məhkəmə məsrəfi üzrə məsələlər həll edilmişdir. Həmçinin eyni hökmlə təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. İŞİN HALLARI: Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs2 Gülbala oğlu Cinayət Məcəlləsinin 204.1 və 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 satış məqsədi ilə saxta pul əskinaslarını əldə edib həqiqi pul əskinasları ilə dəyişmək yolu ilə satışını təşkil etmək barədə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib saxta pul əskinaslarını əldə etdikdən sonra, satmaq məqsədilə təqsirləndirilən şəxs2 idarə etdiyi “Hyundai Elantra” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonunun inzibati ərazisinə gəlmişlər, ## ###### 2024-cü il tarixdə, saat 16 radələrində Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Al” marketə yaxınlaşmışlar, aralarında olan rol bölgüsünə uyğun olaraq təqsirləndirilən şəxs2 avtomobildə gözləmiş, təqsirləndirilən şəxs1 isə həmin marketə daxil olub şırnaklı çap qurğusunda hazırlanmış, Mərkəzi Bankın tədavülə buraxdığı 20 (iyirmi) nominal Azərbaycan manatı pul əskinasları üçün müəyyən olunan İ dərəcəli mühafizə elementləri və ya onların imitasiyası mövcud olmayan, Mərkəzi Bank tərəfindən tədavülə buraxılan eyni nominal pul əskinasından orqanoleptik (vizual) əlamətlərə görə fərqlənən 1 ədəd A******** nömrəli 20 (iyirmi) manat saxta pul vəsaitini siqaret almaq adı altında satmaq məqsədi ilə kassirə təqdim etmiş, lakin marketdə satıcı-kassir vəzifəsində işləyən şahid3 onun hərəkətlərindən şübhələnib pulu geri qaytarmış, o cümlədən, eyni tarixdə, həmin radələrdə və eyni üsulla, yəni təqsirləndirilən şəxs2 avtomobildə gözləməklə, təqsirləndirilən şəxs1 isə marketlərə daxil olmaqla Hacıqabul şəhəri, M.Əsədov küçəsində yerləşən “Oba” marketdə 1 ədəd həmin nömrəli 20 (iyirmi) manat saxta pul vəsaitini siqaret almaq adı altında satmaq məqsədi ilə kassirə təqdim etmiş, lakin bu dəfə də marketdə satıcıkassir vəzifəsində işləyən X4 onun hərəkətlərindən şübhələnib pulu geri qaytarmış, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Oba” marketdə də 1 ədəd eyni nömrəli 20 (iyirmi) manat saxta pul vəsaitini siqaret almaq adı altında satmaq məqsədi ilə kassirə təqdim etmiş, lakin yenə də marketdə satıcı-kassir vəzifəsində işləyən şahid2 onun hərəkətlərindən şübhələnib pulu geri qaytarmış, daxil olmuş məlumat əsasında Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində həmin gün, saat 17 radələrində təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 “Hyundai Elantra” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Hacıqabul rayonu ərazisində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilmişlər, avtomobilə baxış aparılan zaman satış məqsədilə əldə etdikləri şırnaklı çap qurğusunda hazırlanmış, Mərkəzi Bankın tədavülə buraxdığı 20 (iyirmi), 10 (on) nominal Azərbaycan manatı pul əskinasları üçün müəyyən olunan İ dərəcəli mühafizə elementləri və ya onların imitasiyası mövcud olmayan, Mərkəzi Bank tərəfindən tədavülə buraxılan eyni nominal pul əskinasından orqanoleptik (vizual) əlamətlərə görə fərqlənən 1 ədəd A******** nömrəli 20 (iyirmi), 33 ədəd A******** nömrəli 10 (on) Azərbaycan manatı nominallı saxta pul əskinasları avtomobilin salonunda yerləşən eynək saxlamaq üçün nəzərdə tutulan hissədən aşkar edilib götürülmüşdür. təqsirləndirilən şəxs2 həmçinin, xeyli miqdarda psixotrop maddə metamfetamin və xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, daşımış və üzərində saxlamış, ## ###### 2024-cü il tarixdə, saat 17 radələrində Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, Həmid Həmidov küçəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 2 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,392 qram və 0,338 qram olmaqla, ümumi təmiz çəkisi 0,730 qram xeyli miqdarda kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olan psixotrop maddə metamfetamin və 2 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 2,24 qram və 10,43 qram olmaqla, ümumi təmiz çəkisi 12,67 qram xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana əynindəki qara rəngli gödəkçəsinin sol iç yan cibindən aşkar edilib götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum olunmuş şəxs təqsirləndirilən şəxs2 Gülbala oğlu apellyasiya şikayəti verərək, cinayət prosessual qanunvericiliyinin139-cu maddəsinin tələblərini nəzərə alaraq məhkəmə istintaqı zamanı cinayət təqibi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları AR CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, bir-biri ilə müqayisəli şəkildə təhlil edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və yekundə bütün sübutlara məcmu halında qiymət verilərək qənaətə gəlinməsini və AR CPM-in 350.2-ci maddəsinə əsasən bu məsəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarılmasını bildirmişdir. təqsirləndirilən şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclaslarındada qeyd etmişdir ki, özünü AR CM-in 204.1-ci maddəsi ilə təqsirli bilmir. AR CM-in 204.1-ci maddəsində göstərilir ki, "Satış məqsədi ilə saxta pul qiymətli dövlət kağızları və xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma”. Azərbaycan Respublikası Kontitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həqiqət açıq-aşkar görsənir ki, nə hazırlama, nə əldə etmə, nə də satma kimi hallarda təqsirləndirilməyi mötəbər sübutla sübuta yetirilmişdir. AR CM-in 139-cu maddəsinə əsasəncinayət təqibi üzrə icraat zamanı cinayət hadisəinin baş vermə faktı və halları, cinayətin törədilməsə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutla əsasında müəyyən edilməlidir. Təqsirləndirildiyi AR CM-in 204.1-ci maddəsində CM-in 139-cu maddəsinə əsasən cinayətin baş vermə faktı və halı, cinayətin törədilmə üsulu, cinayət hadisəsilə əlaəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər hansı sübutlar əsasında müəyyən edilib? Polis idarəsində təyziq altında verdiyi yeganə ifadə necə mötəbər sübut kimi qəbul oluna bilər ki? Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar o zaman mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi ilə heç bir şübhə doğurmaz və cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər ki, onlar onlar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunəldə olunmuş olsun və bu Məcəllənin tələblərinə uyğun təqdim edilməklə yoxlanılmış olsun. İş üzrə ibtidai araşdırma dövründə, yəni ibtidai araşdırmanın ilkin dövründə istintaqın tamamlanmasına qədər olan dövr ərzində toplanan və yekunda təqsirləndirilən şəxs barəsində müəyyən bir ittihamın irəli sürülməsi üçün əsas rolunu oynayan sübutlar mümkünlüyü, mənsuniyyəti və mötəbərliyi ilə heç bir şübhə doğurmamalı, həm də bir-biri ilə sıx bağlı olmaqla biri digərini tamamlamalıdır ki, irəli sürülən ittihamın əsasını təşkil edən həmin sübutlar məhkəmə istintaqının yekununda etibarlı sübut kimi özünü doğurdaq təqsirləndirilən şəxsə elan olunan ittihamın təsdiq olunmasında əsaslı rol oynasın və təqsirləndirilən şəxs barəsində ittiha hökmünün çıxarılması üçün zəmin yaratsın. Hansı sübutlar mümkünlüyü, mənsubiyyəti və mötəbərliyindən söhbət gedir? Harda göstərilib onların bir-birini sıx bağla tamamlamağı, etibarlı sübut kimi özünü doğrultmağı? Hazırki halda AR CM-in 204.1-ci maddəsi ilə təqsirləndirilməmə səbəb təzyiq altında verdiyi ifadə və idarə etdiyi avtomobildən çıxan sərnişinə məxsus saxta pul əskinaslarıdırki onlardan da onun xəbəri olmamış, əldə olunmasından, istifadə edilməsindən, avtomobildə saxlanılmasından heç bir iştirakı və məlumatı olmamışdır. Zatən o barədə özünü təqsirli bilən sərnişin təqsirləndirilən şəxs1 cinayətini etiraf etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri təzyiq altında söylədiyini bildirmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya instansiyası məhkəməsində: Dövlət itihamçısı dövlət ittihamçısı2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxs təqsirləndirilən şəxs2 əməlinin Cinayət Məcəlləsinin 204.1 və 234.1-ci maddəsi ilə düzgün tövsif olunduğunu, ona bəraət verilməsi üçün əsasların olmamasını, məhkum olunmuş şəxs tərəfindən törədilmiş cinayət əməllərinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ona ədalətli və qanuni cəza təyin olunduğunu bildirib, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkum olunmuş şəxs təqsirləndirilən şəxs2 Gülbala oğlunun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmünü ləğv edib, təqsirləndirilən şəxs2 Gülbala oğlunun əməlində CM-in 204.1-ci maddəsi ilə cinayət tərkibi olmadığına görə onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 Gülbala oğlu apellyasiya şikayətini müdafiə edib apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərində CM-in 204.1-ci maddəsi ilə bəraət verilməsi məsələsinin mübahisələndirilməsini nəzərə alıb, Cinayət Prosessual Məcəlləsininn 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs təqsirləndirilən şəxs2 əməlinin Cinayət Məcəlləsinin 204.1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunub-olunmamasına, məhkum olunmuş şəxsə həmin maddələrlə (o cümlədən CM-in 204.1-ci maddəsi ilə) bəraət verilməsi üçün əsasların olub-olmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət- prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparılmadan cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2025ci il tarixli, *(***)-***/**** saylı hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni məhkum edilmiş şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi özünü qismən təqsirli bildiyi ifadələri, zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi nümayəndə1 ifadəsi, şahid Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları şahid12, şahid11, şahid10 və şahid9 ifadələri, şahidlər şahid2, şahid7, şahid6, X4, şahid1 və şahid3 ifadələri, məhkəmə-bioloji ekspertizasının ## ###### 2024-cü il tarixli, 18/912- 18/913 rəyi, sənədlərin məhkəmə-texniki ekspertizasının ## ###### 2024-cü il tarixli */**** nömrəli rəyləri, məhkəmə narkoloji ekspertizasının ## ###### 2024-cü il tarixli **** nömrəli rəyi, ambulator məhkəmə psixiatrik ekspertizasının ## ###### 2024-cü il tarixli **** nömrəli rəyi, ambulator məhkəmə psixiatrik ekspertizasının # ###### 2024-cü il tarixli **** nömrəli rəyi, ## ###### 2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarı, ## ###### 2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarı və işin digər faktiki halları ilə təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 204.1 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi, həmin cinayət əməllərinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 CM-in 204.1 və 234.1ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi iclasında: təqsirləndirilən şəxs2 özünü qismən, yəni yalnız CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik istifadəçisidir, əsasən də marixuanadan istifadə edir. Fərdi qaydada taksi sürücüsü işləyir. Bir müddət əvvəl inzibati həbs cəzası verilmişdir, saxlandığı müddətdə inzibati həbsdə olan təqsirləndirilən şəxs1lə tanış olmuşdur. İstifadə etdiyi narkotik vasitələri internet vasitəsi ilə tanış olduğu İran vətəndaşından alırmış. Sonuncu dəfə narkotik vasitə marixuana və psixotrop maddə metamfetamini Bakı şəhərində, Babək prospektində iranlıdan almışdır. 5-6 ildir ki, marixuanadan istifadə edir, metamfetamindən isə son bir iki aydır istifadə edir. ## ###### 2024-cü il tarixdə Eldar onunla əlaqə saxlayaraq Şirvan şəhərində bir xanıma baş çəkmək üçün getməli olduğunu, taksi sürücüsü kimi 150 manat muqabilində Şirvan şəhərinə aparmasına razılaşmışlar. Onlar Şirvan istiqamətində hərəkət etmişlər, şəxsi istifadəsi üçün iranlıdan aldığı metamfetamin və marixuananı da üzərində aparmışdır. Həmin vaxtı Eldar içkili vəziyyətdə olmuşdur. Yolda olarkən Eldara zəng gəlmişdir, Eldar da ona biraz yubanmaq lazım olduğunu deyərək, Hacıqabul rayonunda bir nəfər tanışına baş çəkib sonra getməyi demişdir. Onlar Hacıqabul rayonunda bir neçə mağazanın yanında saxlamışlar, Eldar mağazaya baş çəkib çıxmışdır. Onlar Hacıqabul rayonundan çıxarkən polis əməkdaşları onları saxlamışlar. O, polis əməkdaşlarının onları saxlamasının səbəblərini yəqin Eldarın içkili vəziyyətdə mağazada kiminləsə mübahisə etdiyini düşünmüşdür. Polis əməkdaşları onları Hacıqabul rayon polis şöbəsinə aparmışlar, şöbənin həyətində baxış keçirilən zaman Eldarın maşının eynək qabına yerləşdirdiyi saxta pullar aşkar edilmişdir, lakin pul əskinaslarının saxta olmasından məlumatı olmamışdır. Üzərində şəxsi axtarış aparılan zaman narkotikin aşkar olunacağını bildiyi üçün polis şöbəsinin həyətindən qaçmağa cəhd etmiş, lakin polis əməkdaşları onu saxlamışlar. Eldarın üzərində saxta pul olmasını bilsəydi özü Şirvan şəhərinə gələrkən özü ilə gətirdiyi narkotik vasitə və psixotrop maddəni atardı. Üzərində elektron tərəzi gəzdirməsinə səbəb hər dəfə iranlı şəxsin ona göndərdiyi narkotik vasitəsinin çəkisinin az olması, bu səbəbdən narkotik vasitəsini aldıqdan sonra elektron tərəzidə çəkərək şəklini ona göndərməsi olmuşdur. Narkotik vasitəsinin satışı ilə məşğul olmamışdır. İranlıdan aldığı narkotik vasitəsinin pulunu «M10» vasitəsi ilə göndərmişdir. Eldarın üzərində saxta pul olmasını bilməmiş, eyni zamanda Eldarla mağazalara girib saxta pulla heç bir alış-veriş etməmişdir. Avtombildən aşkar olunmuş 350 manat saxta pul çıxmışdır. Eldarı müştəri kimi Hacıqabul rayonuna gətirmişdir. Narkotik vasitələri də heç kimə satmamış, şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Lakin təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, özünü hər iki maddə ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, 13 noyabr 2024-cü il tarixdə səhər saatlarında Eldarla Bakı şəhərində yerləşən Xalqlar metrosunun yaxınlığında görüşmüşlər. Söhbət əsnasında Eldar bildirmişdir ki, “saxta pul var sənlik bir şey yoxdur sən sadəcə rayonlara avtomobil sürəcəksən 150 manat sənə günlük pul verəcəm”. O, Eldarla razılaşmışdır. ## ###### 2024-cü il tarixdə Hacıqabul şəhərində “xxxx” adlanan ərzaq mağazasının qarşısında idarə etdiyi avtomobili dayandırmasını istəmişdir. O, həmin vaxt bilmişdir ki, Eldar mağazaya daxil olaraq saxta pul əskinası verib, həqiqi pul əskinasları alacaqdır. Eldar avtomobildən yerə düşməmişdən əvvəl cibindən çıxardığı saxta pul əskinaslarının içərisindən 1 ədəd 20 manatlıq saxta pul əskinasını götürüb cibinə qoymuş, qalan 20 manatliq və 10 manatlıq saxta pul əskinaslarını avtomobilin salonundakı tavan hissədə yerləşən eynək qoyulması üçün nəzərdə tutulmuş yeri açaraq həmin hissəyə qoymuşdur. Məhkəməyədək icraat zamanı digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, ## ###### 2024-cü il tarixdə səhər saatlarında Nicatla Bakı şəhərində yerləşən Xalqlar metrosunun yaxınlığında görüşmüşlər. Söhbət əsnasında Nicata bildirmişdir ki, “saxta pul var sənlik bir şey yoxdur sən sadəcə rayonlara avtomobil sürəcəksən 150 manat sənə günlük pul verəcəm”. Nicat onunla razılaşmışdır. Hacıqabul rayonu istiqamətinə gəlməkdə məqsədləri magistral yolun üzərində xeyli mağazalar olduğundan, həmin mağazalara daxil olaraq saxta pulu verib, siqaret su saqqız almaq, qarşılığında isə həqiqi pul almaq olmuşdur. Həmin gün saat təxminən 16 radələrində Hacıqabul şəhəri ərazisinə girərkən Nicat qarşılarına çıxan “xxxx” adlanan ərzaq mağazasının qarşısında idarə etdiyi avtomobili dayandırmışdır. O, 1 ədəd 20 manatlıq saxta pul əskinasını üzərində saxlamış, qalan 1 ədəd 20 manatliq və 33 ədəd isə 10 manatlıq saxta pul əskinaslarını avtomobilin salonundakı tavan hissədə yerləşən eynək qoyulması üçün nəzərdə tutulmuş yerə qoymuşdur. “xxxx”ə daxil olmuş və satıcıya “Sobranie” markalı siqareti verməsini demişdir. Satıcı ona siqaret verdikdən sonra qarşılığında saxta olan 20 manatlıq pul əskinası vermişdir. Satıcı pulun saxta olmasını bildirmişdir. Buna görə də, o, saxta pulu alıb, şühbə yaratmamaq üçün ona da saxta pul verdiklərini bildirib, aldığı pulu cibinə qoymuş və marketdən çıxmışdır. Eyni qayda ilə iki dəfə də “Oba” marketə daxil olaraq 20 manatlıq saxta pulla siqaret almaq istəmişdir. Şahid Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşı şahid12 ifadəsində göstərmişdir ki, ## ###### 2024-cü il tarixdə təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Hacıqabul rayonu ərazisinə saxta pul gətirərək, mağazalardan alver etmək istəmələri barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Həmin gün, saat 18 radələrində təqsirləndirilən şəxs1 və Nivat Cavadovun olduqları “Hyundai Elantra” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış və onları rayon polis şöbəsinə gətirmişlər. Şöbənin həyətində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman təqsirləndirilən şəxs2 dayandıqları yerdən qaçaraq onlardan yayınmaq istəmiş, qrup üzvləri tərəfindən saxlanılaraq həmin yerə gətirilmişdir. Yoxlama davam etdirilmiş və yoxlama aparılan zaman təqsirləndirilən şəxs1 üzərindən 2 ədəd 20 manatlıq, 5 ədəd 5 manatlıq, 3 ədəd 1 manatlıq pul əskinasları və 1 ədəd “Oppo” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Bundan sonra, təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçrilmiş, şəxsi axtarış zamanı təqsirləndirilən şəxs2 2 bükümdə qurudulmuş marixuana, 1 ədəd sellofan bükümün içərisindən 2 ədəd sellofan kəsiyinə bükülmüş psixotrop maddə metamfetamin, 1 ədəd psixotrop maddə çəkmək üçün istifadə olunan kiçik şüşə lampa, 1 ədəd elektron tərəzi, marixuana çəkmək üçün istifadə etdiyi kağızlar aşkar edilərək götürülmüşdür. Bundan sonra, təqsirləndirilən şəxs2 idarə etdiyi “Hyundai Elantra minik” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı, avtomobilin tavan hissəsində eynək qoymaq üçün nəzərdə tutulan yerdən 1 ədəd 20 manatlıq və 33 ədəd 10 manatlıq ilk baxışda saxta olması güman edilən pul əskinasları aşkar edilərək götürülmüş, qablaqşdırılaraq zərflərə qoyulmuşdur. Şahidlər – Hacıqabul RPŞ-nin əməkdaşları şahid11 və şahid10 şahid qismində dindirilmiş şahid12 ilə oxşar məzmunlu ifadələr vermişlər. Şahid Hacıqabul RPŞ Təhqiqat bölməsinin təhqiqatçısı şahid9 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 aşkar olunan saxta pul əskinaslarının olduğu zərf ona təqdim edilən zaman həmin zərfin üzərində videoçəkilişdən də göründüyü kimi içərisində 1 ədəd 20 manatlıq və 30 ədəd 10 manatlıq pul əskinaslarının olması qeyd olunmuşdur. Avtomobilə baxış keçirən zaman avtomobilin tavan hissəsindən aşkar etdiyi saxta pul əskinaslarını saydıqda 20 manatlıq pul əskinasının 1 ədəd olmasını, 10 manatlıq pul əskinasının isə 30 ədəd olmasını qeyd etmişdir. Lakin o, həmin zərfi açıb içərisindəki pul vəsaitlərini sayan zaman 20 manatlıq pul əskinasının 1 ədəd olmasını, 10 manatlıq pul əskinasının isə 32 ədəd olmasını aşkar etmişdir. Videoçəkilişdən də görünür ki, o, pulları sayan zaman bir neçə dəfə təkrar sayılır, həmin pullar bir-birinə yapışmış, buna görə də, sayan zaman sayını düzgün qeyd etməmişlər. Şahid şahid2 ifadəsində göstərmişdir ki, o, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Oba” marketdə satıcı-kassir vəzifəsində işləyir. ## ###### 2024-cü il tarixdə saat 16 radələrində mağazada olan zaman bir nəfər tanımadığı şəxs mağazaya daxil olaraq kassaya tərəf yaxınlaşmış və ondan 01 ədəd Sobranie markalı siqaret istəmişdir. O, siqaret qutusunu təqdim edib, qiymətinin 4,50 manat olduğunu bildirmişdir. təqsirləndirilən şəxs1 ona 1 ədəd 20 manatlıq pul əskinası təqdim edərək pulu çıxmağını istəmişdir. O, pulu aldıqdan sonra pulun adi pullardan fərqləndiyini görüb iş yoldaşı Fuada pulu təqdim etmiş, sonuncu pulu müdirin otağında olan xüsusi aparatda yoxladıqdan sonra saxta olmasını bildirmişdir. Bundan sonra təqsirləndirilən şəxs1 kassaya yaxınlaşaraq ona həqiqi 5 manatlıq pul əsninası təqdim etmiş və ondan aldığı siqaret qutusunu götürərək çıxıb getmişdir. Məhkəmədə elan və tədqiq olunmuş şahidlər şahid7 və şahid6 ifadələrindən görünür ki, onlar şahid şahid2 ilə oxşar məzmunlu ifadələr vermişlər. İş materiallarında olan: Hacıqabul RPŞ CAB-ın əməliyyat müvəkkili şahid12 tərəfindən idarə rəisinə ünvanlanmış ##.##.2024-cü il tarixdə raportda qeyd edilir ki, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Hacıqabul rayonu ərazisinə saxta pul gətirərək həmin pulla mağazalardan alver etmək istəmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Hacıqabul RPŞ CAB-ın əməliyyat müvəkkili şahid12 tərəfindən qəbul edilmiş ##.##.2024cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Hacıqabul rayonu ərazisinə saxta pul gətirərək həmin pulla mağazalardan alver etmək istəmələri barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar onların ətrafında əməliyyat-axtarış tərbirləri keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. 14.11.20224-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxslərin üstlərinin yoxlanılması, avtomobilə baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, Eldar Eynulayevin üzəri yoxlanılarkən onun şalvarının sağ yan cibindən çıxardıb təqdim etdiyi 2 ədəd 20 manatlıq, 5 ədəd 5 manatlıq, 3 ədəd 1 manatlıq pul əskinası və kastumunun sol içəri çibindən aşkar edilmiş bir ədəd “Oppo” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən zərfə qoyularaq möhürlənmişdir. təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş iki ədəd 20 manatlıq əskinasların nömrəsi A29291568, A41486303, beş manatlıq əskinasların nömrələri B16197750, A53779832, A7465037, A48764783, A95400197, bir manatlıq əskinasların nömrələri A61018183, B28457333 və A80079301 olmuşdur. təqsirləndirilən şəxs2 üstü yoxlanılmış. Yoxlama zamanı onun əynində olan qara gödəkçənin sol içəri çibindən 2 ədəd qara salafan büküm, 1 ədəd ağ salafanın içərisində 2 ədəd ağ rəngli büküm, metamfetamin çəkmək üçün istifadə edilən 'lamıcka” adlanan əşya, 1 ədəd elektron tərəzi, qurudulmuş marixuana çəkmək üçün vasitələr, digər ciblərdən isə “Redmi not 8” markalı telefon və pullar aşkar edilmişdir. Aşkar edilmiş bükümlər elektron tərəzidə çəkildikdə metamfetaminə oxşar bükümlərin ikisinin birlikdə çəkisi 0.85 qram, içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan qara rangli bükümlərdən birinin çəkisi 2,88 qram, digəri isə 11,52 qram olmuşdur. təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 10 manatlıq əskinasların nömrələri A23506639, A10054532, A21238102, A65814664, A34159814, A24469493, A12355799, A07355318, A30594297, A67102696, A60461427, 5 manatlıq əskinasların nömrələri A94941118, B13458846, B23392527, A76746004, A75528652, A56899680, A74384771, A47690619, A84718260, A28841140, A15523685, A18390985, B25657608, B11736524, A60336005, 1 manatlıq əskinasların nömrələri B20446530, A76266957, A19802918, A43107450, B86928783 olmuşdur. “Hyundaielantra" markalı **-RS-*** nömrəli avtomobilə baxış keçirilən zaman avtomobilin salonunun qabaq hissəsindəki eynək qoymaq üçün nəzərdə tutulmuş yerdən 1 ədəd 20 manatlıq, 30 ədəd 10 manatlıq əskinas aşkar edilmişdir. 20 manatlıq əskinasın nömrəsi A32274175, 10 manatlıq əskinasların nömrəsi isə hamısı eyni olmaqla A28554019 olmuşdur. Məhkəmə-bioloji ekspertizasının ## ###### 2024-cü il tarixli, 18/912-18/913 rəyindən görünür ki,

1. Tədqiqata təqdim olunmuş üzərində: “...təqsirləndirilən şəxs2...” sözləri yazılmış və imzalar olan kağız paketdəki: polietilen torbacıqda 02 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,392 qram, 0,338 qram ümumi çəkisi – 0,730 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. - 2 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 2,24 qram, 10,43 qram ümumi çəkisi 12,67 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, həmin marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidir.

2. Tədqiqata təqdim olunmuş üzərində: “...təqsirləndirilən şəxs2...” sözləri yazılmış və imzalar olan kağız paketdəki: - 1 ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminin izləri və narkotik vasitə marixuananın mikrohissəcikləri vardır. - 1 ədəd şüşə lampadan düzəldilmiş “qəlyan”-ın içərisində psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) onların miqdarını və digər məddələrlə eyniliyini müəyyən etmək mümkün deyildir. - 1 ədəd borucuq və 01 ədəd kağız kəsikləri olan paketdə hər hansı narkotik vasitə və psixotrop maddə izləri aşkar edilmədi.Ekspertiza tədqiqatından sonrakı qalıq psixotrop maddə metamfetamin 0,630 qram və narkotik vasitə marixuana 12,63 qram təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyər 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik təşkil edir. Məhkəmə-texniki ekspertizasının ## ###### 2024-cü il tarixli */**** nömrəli rəylərindən görünür ki, Təqdim edilmiş təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 2 ədəd A29291568; A******** nömrəli 20 (iyirmi), 5 ədəd B16197750; A53779832; A74965037; A48764783; A******** nömrəli 5 (beş), 3 ədəd A61018183; B28457333; A80079301 1(bir) və təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 10 ədəd A23506639; A10054532; A21238102; A65814664; A34159814; A24469493; A12355799; A07355318; A30594297; A67102696 10 (on), 15 ədəd A94941118; B13458846; B23392527; A76746004; A75528652; A56899680; A74384771; A47690619, A84718260, A28841140, A15523685, A18390985, B25657608; B11736524, A60336005 5 (beş), 5 ədəd B20446530; B86928783; A43107450; A19802918; A******** nömrəli 1(bir) Azərbaycan manatı nominallı pul əskinasları xüsusi mühafizə vasitələri ilə təchiz olunmaqla poliqrafik çap üsullarla hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edirlər. Təqdim edilmiş təqsirləndirilən şəxs2 idarə etdiyi “Hyundai Elantra” markalı **-RS- *** dövlət qeydiyyat nişanlı avtomobildən 1 ədəd A******** nömrəli 20 (iyirmi), 33 ədəd A28554019 eyni nömrəli 10 (on) Azərbaycan manatı nominallı pul əskinasına oxşar obyektlər şırnaklı çap qurğusunda hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etmirlər. Təqdim edilmiş təqsirləndirilən şəxs2 idarə etdiyi “Hyundai Elantra” markalı **-RS- *** dövlət qeydiyyat nişanlı avtomobildən 1 ədəd A******** nömrəli 20 (iyirmi), 33 ədəd A28554019 eyni nömrəli 10 (on) Azərbaycan manatı pul əskinasına oxşar tədqiqat obyektlərində Mərkəzi Bankın tədavülə buraxdığı 20 (iyirmi), 10 (on) nominal Azərbaycan manatı pul əskinasları üçün müəyyən olunan İ dərəcəli mühafizə elementləri və ya onların imitasiyası mövcud deyildir. Həmin tədqiqat obyektləri Mərkəzi Bank tərəfindən tədavülə buraxılan eyni nominal pul əskinasından orqanoleptik (vizual) əlamətlərinə görə fərqlənir. Aparılmış ekspertiza tədqiqatının dəyər 100 (yüz) manat təşkil edir. İbtidai istintaq zamanı şahid Azərbaycan Respublikası ƏN Məhkəmə Ekspertizası Mərkəzinin Sənədlərin texniki ekspertizası şöbəsinin aparıcı eksperti şahid8 ifadəsində göstərmişdir ki, ekspert qarşısında təqdim olunan pul əskinasları materiallarında kobud gözlə saxtalığının müəyyən edilməsinin mümkün olub-olmaması ilə bağlı sual qoyulmuşdu. Bildirmək istəyir ki, tədqiqata təqdim edilən 1 ədəd A******** nömrəli 20 (iyirmi), 33 ədəd A28554019 eyni nömrəli (on) Azərbaycan manatı pul əskinasına oxşar tədqiqat obyektlərində Mərkəzi Bankın tədavülə buraxdığı 20 (iyirmi), 10 (on) nominal Azərbaycan manatı pul əskinasları üçün müəyyən olunan 1 dərəcəli mühafizə elementləri və ya onların imitasiyası mövcud deyildir, həmin tədqiqat obyektləri Mərkəzi Bank tərəfindən tədavülə buraxılan eyni nominal pul əskinasından orqanoleptik (vizual) əlamətlərinə görə fərqlənir. Belə ki, Azərbaycan milli valyuta kağız pul nişanlarının mühafizə sistemi 4 pillədən (İ, II, III, IV dərəcəli) ibarətdir. İ dərəcəli müfahizə elementləri xüsusi avadanlıq tələb olunmadan orqanoleptik (vizual) üsulla məyyən edilir və əhali üçün nəzərdə tutulmuşdur. II dərəcəli mühafizə elementləri sadə alətlərlə (böyüdücü şüşə və UB lampa) müəyyən edilir. Əsasən ticarət müəssisələri üçün nəzərdə tutulmuşdur. III dərəcəli mühafizə elementləri yüksək texnologiyalar əsasında hazırlanmış əsasən bank mütəxəssisləri tərəfindən xüsusi avadanlıqlarla müəyyən edilmək üçün nəzərdə tutulmuşdur. IV dərəcəli mühafizə elementləri yalnız Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilir. İ dərəcəli müfahizə elementlərinə aid olan bir sıra əlamətlərin məcmusundan belə nəticəyə gəlinmişdir ki, təqdim olunmuş təqsirləndirilən şəxs2 idarə etdiyi “Hyundai Elantra” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunan 1 ədəd A******** nömrəli 20(iyirmi), 33 ədəd A28554019 eyni nömrəli (on) Azərbaycan manatı pul əskinasına oxşar tədqiqat obyektlərində Mərkəzi Bankın tərəfindən tədavülə buraxılan eyni nominal pul əskinasından orqanoleptik (vizual), yəni xüsusi cihaz istifadə etmədən fərqlənir. Lakin bu fərqlənmə həmin saxta əskinasların dövriyyə iştirakçıları tərəfindən aşkar şəkildə gözlə baxdıqda saxta olmasının müəyyən edilməsinin mümkünlüyü demək deyil. Çünki həmin əskinasların üzərində onların saxta olmasını, həmin pul əskinaslarının dövriyyədə olmamasını göstərən hər hansı bir nişan (məsələn, “etibarsızdır”, “saxtadır” və s.) yoxdur. Rəydə qeyd olunan vizual fərqlənmə anlayışı təqdim olunan əskinasın sadə üsulla hazırlanmasını və Mərkəzi Bank tərəfindən tədavülə buraxılan eyni nominal pul əskinasında olan elementlərdən istifadə olunmamasını ehtiva edir. O cümlədən həmin pul əskinasları hər kəs tərəfindən müəyyən ediləcək dərəcədə aşkar formada əslindən fərqlənmirlər və həmin pul əskinaslarının dövriyyədə istifadə edilməsi istisna edilmir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının # ###### 2024-cü il tarixli, **** nömrəli rəyindən görünür ki, təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. təqsirləndirilən şəxs2 əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Birinci instansiya məhkəməsi qeyd olunan sübutları və işin digər halları ilə təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 204.1 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsinə, həmin cinayət əməllərinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 204.1 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxs2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, yuxarıda sadalanan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs2 isnad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, CMin 204.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Məhkum edilmiş şəxsin hərəkətlərində qeyd olunan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 204.1 və 234.1-ci maddələri ilə tövsif olunmuşdur. Apellyasiya şikayətində və apellyasiya məhkəməsi zamanı məhkum təqsirləndirilən şəxs2 özünün CM-in 234.1-ci maddəsi ilə təqsirini qəbul etsə də, CM-in 204.1-ci maddəsi ilə özünü təqsirli bilmədiyini göstərmişdir. Lakin cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusu göstərir ki, onun bu hissədə irəli sürdüyü dəlillər iş materialları ilə təkzib olunur və ona görə də qəbul edilməməlidir. Belə ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, onlar satış məqsədi ilə saxta pul əskinaslarını əldə edib həqiqi pul əskinasları ilə dəyişmək yolu ilə satışını təşkil etmək barədə qabaqcadan razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib hərəkət etmişlər. Belə ki, təqsirləndirilən şəxs2 məhz bu məqsədlə icarəyə “Hyundai Elantra” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobil götürmüş və təqsirləndirilən şəxs1 ona qabaqcadan qeyd olunan əməliyyata görə 150 manat verəcəyini bildirdiyinə görə maddi maraq naminə onunla razılığa gələrək birlikdə Hacıqabul rayonunun inzibati ərazisinə gəlmişlər. təqsirləndirilən şəxs1 bir neçə dəfə saxta pul əskinaslarını satmaq üçün bir neçə marketə təklif etmi., təqsirləndirilən şəxs2 isə aralarında olan rol bölgüsünə uyğun olaraq bayırda avtomobildə gözləmişdir. Lakin marketlərdə işləyən satıcılar şübhələndiklərindən təqsirləndirilən şəxs1 saxta pul əskinaslarını sata bilməmişdir. Bundan sonra, daxil olmuş məlumat əsasında Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 “Hyundai Elantra” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Hacıqabul rayonu ərazisində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilmişlər. Həmin avtomobilə baxış aparılan zaman 1 ədəd A******** nömrəli 20 (iyirmi), 33 ədəd A******** nömrəli 10 (on) Azərbaycan manatı nominallı saxta pul əskinasları məhz təqsirləndirilən şəxs2 ifadə etdiyi avtomobilin salonunda yerləşən eynək saxlamaq üçün nəzərdə tutulan hissədən aşkar edilib götürülmüşdür. Həmin ifadələrdən də göründüyü kimi, təqsirləndirilən şəxs2 Hacıqabul rayonunda "xxxx"in qarşısında avtomobili saxladıqdan sonra artıq Eldarın mağazaya saxta pul əskinasını təqdim edərək həqiqi pul əldə etmək məqsədi ilə daxil olduğunu bilmiş, Eldar avtomobildən düşməzdən əvvəl saxta pul əskinaslarının böyük hissəsini avtomobilin salonunda yerləşən eynək qoyulan hissəyə yerləşdirmişdir. Bu hal təqsirləndirilən şəxs2 saxta pul əskinaslarının mövcudluğundan və onların satış məqsədi ilə istifadə ediləcəyindən əvvəlcədən xəbərdar olduğunu birbaşa təsdiq edir. təqsirləndirilən şəxs2 sonradan məhkəmə baxışında həmin ifadəsindən imtina edərək saxta pullardan xəbəri olmadığını bildirmişdir. Lakin birinci instansiya məhkəməsi onun istintaq və məhkəmə ifadələri arasındakı ziddiyyətləri müqayisə edərək haqlı olaraq belə nəticəyə gəlmişdir ki, məhkəmədə verdiyi bu ifadələr obyektiv həqiqətə uyğun olmayıb cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Buna görə də məhkəmə ibtidai istintaq zamanı verdiyi ifadələri mötəbər sübut kimi qəbul etmişdir. Eyni hal digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrlə də təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxs1 də göstərmişdir ki, Nicata əvvəlcədən saxta pulların olduğunu bildirmiş, onun yalnız avtomobili idarə edəcəyini, buna görə 150 manat alacağını demiş və Nicat bununla razılaşmışdır. Həmçinin məqsədlərinin magistral yol üzərində yerləşən marketlərdə saxta pullarla siqaret və digər mallar alaraq qarşılığında həqiqi pul əldə etmək olduğunu etiraf etmişdir. Bu ifadələr təqsirləndirilən şəxs2 planlaşdırılan cinayət barədə əvvəlcədən məlumatlı olduğunu və cinayətin icrasında fəal iştirak etdiyini təsdiq edir. Məhkəmə haqlı olaraq təqsirləndirilən şəxs1 sonradan təqsirləndirilən şəxs2 müdafiə etmək məqsədi ilə verdiyi, guya Nicatın saxta pullardan xəbərsiz olması barədə ifadələrini də inandırıcı hesab etməmiş, həmin hissəni müdafiə xarakterli qiymətləndirərək ibtidai istintaq zamanı verilmiş ifadələri sübut kimi qəbul etmişdir. Cinayət işi üzrə şahid ifadələri də təqsirləndirilən şəxslərin əvvəlcədən razılaşaraq hərəkət etdiklərini təsdiqləyir. "xxxx" və "Oba Market" əməkdaşlarının ifadələrindən görünür ki, təqsirləndirilən şəxs1 ardıcıl olaraq müxtəlif mağazalara daxil olmuş, eyni üsulla 20 manatlıq saxta pul əskinasını təqdim etməklə siqaret almağa və qarşılığında həqiqi pul əldə etməyə cəhd etmişdir. Şübhələndikləri üçün satıcılar pulu geri qaytarmış, nəticədə cinayət başa çatmamışdır. Bundan başqa, polis əməkdaşlarının ifadələri ilə müəyyən edilmişdir ki, əməliyyat tədbiri zamanı saxlanılan təqsirləndirilən şəxs2 idarə etdiyi "Hyundai Elantra" markalı avtomobilə baxış keçirilərkən avtomobilin salonunda, eynək qoyulması üçün nəzərdə tutulmuş hissədə 1 ədəd 20 manatlıq və 33 ədəd 10 manatlıq saxta pul əskinası aşkar edilərək götürülmüşdür. Həmin saxta pul əskinasları məhz təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə gizlədilmişdir. Bütün bu sübutlar birlikdə qiymətləndirildikdə müəyyən olunur ki, təqsirləndirilən şəxs2 yalnız avtomobili idarə edən təsadüfi şəxs olmamış, əksinə, saxta pulların mövcudluğunu əvvəlcədən bilmiş, təqsirləndirilən şəxs1lə qabaqcadan razılığa gəlmiş, onu müxtəlif marketlərə aparmış, avtomobili gözləmə vəziyyətində saxlamış və saxta pul əskinaslarının gizlədildiyi nəqliyyat vasitəsini idarə etməklə cinayətin həyata keçirilməsinə kömək etmişdir. Bu hallar onun CM-in 204.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlində təqsirli olmasını tam təsdiq edir. təqsirləndirilən şəxs2 məhz bu cinayətin törədilməsi məqsədilə əvvəlcədən icarəyə avtomobil götürərək təqsirləndirilən şəxs1lə birlikdə Hacıqabula getməsi onların cinayəti əvvəlcədən razılaşaraq və əlbir şəkildə törətmək niyyətində olduqlarını göstərən mühüm hallardan biridir. Razılaşmaya əsasən, Nicat avtomobili hər dəfə marketlərin qarşısında saxlamış, Eldar isə avtomobildən düşərək marketlərə daxil olmuş və saxta pul nişanlarını dövriyyəyə buraxmışdır. Bu üsulun seçilməsi təsadüfi hesab edilə bilməz. Çünki bu əməllərin adi taksi ilə həyata keçirilməsi sürücüdə şübhə yarada, nəticədə cinayət planının ifşasına səbəb ola bilərdi. Məhz bu səbəbdən ayrıca avtomobilin əvvəlcədən icarəyə götürülməsi cinayət planının tərkib hissəsi kimi qiymətləndirilə bilər. Bundan əlavə, saxta pul nişanlarının əksəriyyəti avtomobilin salonunda, eynək saxlamaq üçün nəzərdə tutulmuş bölmədən aşkar edilmişdir. Həmin avtomobil Nicatın faktiki sahibliyində və istifadəsində olmuşdur. Saxta pul nişanlarının avtomobilin gizli və yalnız sürücü və sürücünün icazəsi və xəbəri ilə sərnişinlərin sərbəst istifadə edə bildiyi hissəsində saxlanılması təqsirləndirilən şəxs2 onların mövcudluğundan xəbərsiz olması ehtimalını əhəmiyyətli dərəcədə zəiflədir. Əksinə, bu hal saxta pul nişanlarının daşınması və saxlanılmasının onun məlumatı və razılığı ilə həyata keçirildiyi qənaətini gücləndirən mühüm sübut kimi qiymətləndirilir. Bu hallar birlikdə qiymətləndirildikdə, təqsirləndirilən şəxs2 sadəcə nəqliyyat vasitəsini idarə edən şəxs deyil, cinayət planının həyata keçirilməsində əvvəlcədən razılaşmış və fəal rol oynamış iştirakçı olması barədə ittihamı möhkəmləndirən ardıcıl sübutlar sistemi formalaşdırır. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, avtomobilə baxış keçirilən zaman təqsirləndirilən şəxs2 hadisə yerindən uzaqlaşaraq qaçmağa cəhd göstərmiş, sonradan isə polis əməkdaşları tərəfindən saxlanılaraq geri gətirilmişdir. Kollegiyanın qənaətinə görə, bu davranış təsadüfi və ya adi davranış kimi qiymətləndirilə bilməz. Hərçənd hadisə yerindən uzaqlaşma faktı özlüyündə şəxsin təqsirli olmasını sübut etmir, lakin iş üzrə müəyyən edilmiş digər sübutlarla birlikdə qiymətləndirildikdə, bu hal təqsirləndirilən şəxs2 avtomobildə saxlanılan saxta pul nişanlarından və törədilən cinayətin mahiyyətindən xəbərdar olduğunu göstərən dolayısı sübutlardan biri kimi çıxış edir. Əks halda, hadisə yerindən qaçmağa cəhd göstərməsinin ağlabatan izahı müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs2 avtomobilinə baxış zamanı hadisə yerini tərk etməyə çalışması onun hüquq-mühafizə orqanlarının cinayətlə bağlı aşkar edəcəyi hallardan çəkinməsi və mümkün hüquqi məsuliyyətdən yayınmaq niyyətini əks etdirən davranış kimi qiymətləndirilməlidir. Bu səbəbdən, qeyd olunan hal iş üzrə digər sübutlarla birlikdə təqsirləndirilən şəxs2 cinayət barədə əvvəlcədən məlumatlı olması və cinayətin törədilməsində iştirak etməsi barədə qənaəti gücləndirən mühüm faktiki hallardan biri hesab edilir. Bu səbəbdən təqsirləndirilən şəxs2 apellyasiya şikayətində CM-in 204.1-ci maddəsi üzrə irəli sürdüyü, guya saxta pul əskinaslarından xəbərsiz olması və həmin cinayətdə iştirak etməməsi barədə dəlilləri iş materialları ilə təkzib olunur, birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticələr isə iş üzrə toplanmış sübutların məcmusuna, şahid ifadələrinə, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrinə, ekspertiza rəylərinə və digər sübutlara tam uyğun olduğundan əsaslı və qanunidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrini daha inandırıcı və etibarlı hesab edir. Belə ki, həmin ifadələr iş üzrə toplanmış digər sübutlarla, o cümlədən hadisənin başvermə şəraiti, maddi sübutlar, baxış və götürmə protokolları, ekspertiza rəyləri, videogörüntülər (mövcud olduğu halda) və digər təqsirləndirilən şəxsin ifadələri ilə qarşılıqlı şəkildə təsdiq olunur və bir-birini tamamlayır. Bu ifadələr sübutların ümumi məcmusu ilə uzlaşdığı halda, məhkəmə istintaqı zamanı verilmiş, əvvəlki ifadələrdən fərqlənən ifadələr isə işin obyektiv halları və digər sübutlarla təsdiqini tapmır. Bundan əlavə, apellyasiya məhkəmə kollegiyası nəzərə alır ki, təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı müdafiə hüququ ilə təmin edilmiş, ifadələri qanunvericiliyin tələblərinə uyğun qaydada alınmış və həmin ifadələrin qanunsuz üsullarla əldə edilməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Buna görə də, məhkəmə kollegiyası ibtidai istintaq zamanı verilmiş ifadələri sübutların məcmusu ilə uzlaşdığı üçün daha etibarlı hesab edir və məhkəmə istintaqı zamanı verilmiş ziddiyyətli ifadələri müdafiə mövqeyini gücləndirmək məqsədi ilə məsuliyyətdən yayınmağa yönəlmiş müdafiə taktikası kimi qiymətləndirir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 204.1 və 234.1-ci maddələri ilə təqsirli bilərkən işə baxmış birinci instansiya məhkəməsi Cinayət Prosessual Məcəlləsininn 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan əsaslı yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 204.1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiə hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı da ədalətli sayır. Belə ki, AR Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkum olunmuş şəxs təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 204.1-ci maddəsinin nisbi-müəyyən sanksiyasında beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və 234.1-ci maddəsinin alternativ xarakterli nisbi-müəyyən sanksiyasında isə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyini məsələsini müzakirə edərək, təqsirləndirilən şəxs2 əməlini qismən etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxs2 CM-in 204.1-ci maddəsi aşağı həddə 5 il müddətinə azadlıqdan məhrum etmə, CM-in 234.1-ci maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə, eləcə də CM-in 66.2-ci maddəsinin tələbinə cəzaları qismən toplamaqla qəti olaraq 5 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair yekun nəticəyə gəlmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 hər iki maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını aşağı həddə təyin etməklə ədalətli mövqe nümayiş etdirmişdir. Apellyasiya kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müxtəlif həyat şəraitində qanunauyğun davranış qaydasını seçmək imkanının olmasına baxmayaraq, hər dəfə şüurlu olaraq cinayət qanunu ilə qadağan olunmuş davranış qaydasını seçməsi onun şəxsiyyətinin yüksək ictimai təhlükəliliyini sübut edir. Belə olan halda, onun barəsində azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzanın təyin edilməsi və ya cəzanın yüngülləşdirilməsi cəza təyinetmənin ümumi məqsədlərinə nail olmaq üçün sonuncuya münasibətdə kifayət etməməklə yanaşı təqsirləndirilən şəxsdə törətmiş olduğu ictimai təhlükəli əməllərə laqeydlik hissinin formalaşmasına səbəb ola bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs təqsirləndirilən şəxs2 cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, şəxsiyyəti, təyin olunmuş cəzanın onun islah olunmasına təsiri və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** №-li qərarının tövsiyyələri və sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsaslara söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və düzgün olan hökmünün dəyişdirilərək məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 CM-in 204.1-ci maddəsi ilə bəraət verilməsi, habelə hökmün dəyişdirilərək məhkum olunmuş şəxs təqsirləndirilən şəxs2 aşağı həddə cəza təyin edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Ona görə də, apellyasiya şikayəti təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli hökmü isə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. AR Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininn 397, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDI:

Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 Gülbala oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar