Məhkəmə qərarları › İş №1(3-9)-338/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-338/2026

04.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-338/2026 04.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi1 iştirakları ilə. ## ###### 1959-cu ildə Naxçıvan Muxtar Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, təqaüdçü, Nəsimi rayon məhkəməsinin ##.##.2015-ci il tarixli hökmü ilə Azırbaycan Respublikası CM-in 178.2.2. və 1782.4-cü maddələri ilə təqsirli bilinib 2500 manat cərimə olunmuş, məhkumluğu ödənilmiş, Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Yuxarı Yayıcı kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 178.3.2-ci maddəsi ilə məhkum olunması barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, cinayət kollegiyası qərar verdi. İ.İŞİN HALLARI: Cinayət işinin araşdırılmış faktiki hallarına əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs tanışları şahid3 və şahid1 İbrəhim oğlu ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq cinayəti törətmək barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, Zərərçəkmiş şəxs 53000 manat pul müqabilində Əməlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraca çıxarılmış, Şirvan şəhəridə «Köhnə şəhər» adlanan ərazidə yerləşən Fövqəladə Hallar Nazirliyinə məxsus torpaq sahəsini və həmin torpaq sahəsinin çərisində olan tikililəri adına sənədləşdirəcəyinə dair yalan vəd verib, etibardan sui-istifadə etməklə aldadaraq, qrupun üzvü şahid1 vasitəsi ilə vahid niyyətlə Zərərçəkmiş şəxs 2022-cii ilin yanvar ayının ortalarında Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 27 A, mənzil 6 ünvanında yerləşən yaşayış evinin qarşısında 38.000 manat, həmin ilin yanvar ayının sonunda isə yaşadığı Şirvan şəhəri, İ.Qayıbov küçəsi, ev 21 ünvanının qarşısında 15.000 manat pulunu alaraq ələ keçirmiş, verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 53.000 (əlli üç min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə dələduzluq, yəni özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə tanışı Zərərçəkmiş şəxs 1000 manat pul vəsaiti müqabilində Əmlak Məsələləri Dövlət xidməti tərəfindən hərraca çıxarılmış Şirvan şəhəri «Köhnə şəhər» adlanan ərazidə yerləşən Fövqəladə Hallar Nazirliyinə məxsu torpaq sahəsini və həmin torpaq sahəsində olan tikililəri adına sənədləşdirəcəyinə dair yalan vəd verib, etibarından sui-istifadə etməklə aldadaraq 2024cü ildə Zərərçəkmiş şəxs mobil telefonunda quraşdırılmış «Birbank» mobil tədbiqi vasitəsilə sonuncunun yaşadığı Şirvan şəhəri, İ.Qayıbov küçəsi, ev 21, ünvanında yerləşən evdən 1000 manat pul vəsaitinin özünə məxsus bank kartına göndərilməsinə nail olduqdan sonra qeyd olunan pul vəsaitini sonuncunun yaşadığı ünvanda ələ keçirib, verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1000 (min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə dələduzluq, yəni özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə tanışı Zərərçəkmiş şəxs 8000 manat pul vəsaiti müqabilində Almaniya Federativ Respublikasında olan külli miqdarda pul vəsaitini Azərbaycan Respublikasına gətirməyin mümkün olduğunu, gətirəcəyi puldan ona pay verəcəyi barədə yalan vəd verib, etibardan sui-istifadə etməklə aldadaraq 2024-cü ildə Zərərçəkmiş şəxs mobil telefonunda quraşdırılmış, «Birbank» mobil tədbiqi vasitəsi ilə sonuncunun yaşadığı Şirvan şəhəri İ.Qayıbov küçəsi, ev 21 ünvanında yerləşən evdən 8000 manat pul vəsaitinin özünə məxsus bank kartına göndərilməsinə nail olduqdan sonra qeyd olunan pul vəsaitini sonuncunun yaşadığı ünvanda ələ keçirib, verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 8000 (səkkiz min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmənin ittiham hökmü ilə (hakimlər: X2 (sədrlik edən), X1 və X4 ibarət tərkib) Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 (iki) gün bir günə bir gün hesabı ilə azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla təyin edilmiş cəzadan çıxılmış və üzərində 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı ## ####### 2025-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddiası baxılmamış saxlanılmışdır. II.APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs pulu onun üçün bir işin görülməsi üçün və borc olaraq almışdır. Aldığı pulun yarıdan çoxunu qaytarmışdır. Ümumiyyətlə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həm borc üçün, həm də yuxarıda göstərilən işin görülməsi üçün aldığı pul 50000 manatdan az olmuşdur. Borc məqsədilə alınan pul dələduzluğa aid edilsə belə vurulan ziyan 50 000 manatdan xeyli azdır. Borc məqsədilə alınan pul isə dələduzluq yolu ilə əldə edilməyə aid edilə bilməz. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməli düzgün tövsif edilməmişdir. Burada zərərçəkmiş şəxsə vurulan ziyan 50 000 manatdan az, yəni "külli miqdar" deyil, "xeyli miqdar" olduğu üçün Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinə tövsif edilməlidir. Qeyd olunanlara əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin l(*-*)-*/**** saylı ## ### 2026-cı il tarixli hökmünün dəyişdirilməsi, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin AR CMnin 178.2.4-cü maddəsinə tövsif edib barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun iddia ərizəsinin baxılmamış saxlanılması barədə düzgün qərar qəbul etməmişdir, ona görə də mülki iddiasının təmin olunmasını xahiş etmişdir. Tərəfindən zərərçəkmiş qismində *(*-*)-*/**** saylı cinayət işinə təqdim edilən mülki iddianın araşdırılaraq təmin edilməsi xahiş olunur. III. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 əməlin düsgün tövsif olunmasını, zərərçəkmiş şəxsin apellyasiya şikayətindən imtina etməsinə görə, onun apellyasiya şikayətinə baxılmasına xitam verilməsi, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ona dəymiş ziyanını ödənildiyini və buna görə apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya şikayətinə baxılmasına xitam verilməsini, şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxsin azadlığa buraxılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, dəymiş ziyanın zərərçəkmiş şəxsə tam ödənilməsini, əməlinin xeyli miqdarda ziyan vurmağa görə CM-in 178.2.4-cü maddəsinə tövsif edilməsini xahiş etmişdir. IV.HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən “Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır”, “Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır”. Zərərçəkmiş şəxs apellyasiya şikayətinə baxılmasından imtina etdiyi üçün, imtina qəbul edilməli və həmin apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Müdafiə tərəfinin apellyasiya baxışında məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması iddia edilərək, Cinayət-Prosessual Məcəlləsinin 405.2.1-ci maddəsində nəzərdə tutulmuş prosessual tələblərə əsasən hökmün dəyişdirilməsi qeyd olunmuşdur. Həmin maddəyə əsasəmn cinayətin tövsifini dəyişdirdiyi və az ağır cinayət haqqında cinayət qanunvericiliyini tətbiq etdiyi halda birinci instansiya məhkəməsinin hökmü dəyişdirilir. Apellyasiya şikayətinin dəlillərinə əsasən ittihamla əlaqəli sübutları müdafiə tərəfinin etirazının əsasları ilə qarşılıqlı təhlil edərək cinayət kollegiyası qeyd edir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edir. CPM-in 138.2-ci maddəsinin tələbi baxımından şəxsin cinayət məsuliyyətinin əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Apellyasiya protestinin dəlillərində həm cinayət hadisəsinin baş vermə faktı və halları, həmçinin bəraət almış şəxsin həmin hadisə ilə əlaqələrinin sübuta yetirilməsi mübahisələndirildiyindən məhkəmə kollegiyası hesab edir ki, protestin və şikayətin dəlillərinə əsasən düzgün hüquqi nəticəyə gəlmək üçün Cinayət-Prosessual Məcəlləsinin 139 və 346-cı madələrində təsbit olunmuş halların müəyyən edilməsi baxımından cinayət təqibi üzrə toplanmış sübutların həcminin kifayət edib-etməməsi araşdırılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 139.0-139.0.4. və 139.0.6-cı maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: -cinayət hadisəsinin baş vermə faktı və halları; -şübhəli və ya bəraət almış şəxsin cinayət hadisəsi ilə əlaqəsi; -cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; -cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; -bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 33-cü maddəsində nəzərdə tutulmuş “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipi hər hansı bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144-146-cı maddələrinin müddəalarının pozulmasının, sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsinin, mövcud prosedura daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsinin yolverilməz olduğunu təsbit etməklə, CPM-in 144-cü maddəsi toplanmış sübutları tam, hərətərfli və obyektiv yoxlamaq, 145-ci maddəsi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsini müəyyən etməklə, məhkəmədən tələb edirlər ki, ittiham və müdafiə tərəflərinin məhkəmə baxışına təqdim etdikləri hər bir sübutu lazımınca yoxlasın, CPM-in 125-ci maddəsinin tələblərinin pozulması ilə əldə edilmiş yolverilməz sübutları sübutların siyahısından çıxarsın və yalnız məlumatların, sənədlərin, digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onları sübut kimi qəbul edib, CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə aid edilmiş məsələlər üzrə qənaətini belə sübutlardan istifadə etməklə əsaslandırsın. Apellyasiya müraciətləri ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif etmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs kimi dindirilən Zərərçəkmiş şəxs məhkəmədə göstərmişdir ki, Şirvan şəhərində fərdi sahibkar kimi fəaliyyət göstərir. şahid1 2017-ci ildən tanıyır, o Şirvan şəhərində sənədləşmə işlərində adamlara kömək etmişdir. O, 2021-ci ilin sonlarında Şirvan şəhəri «Köhnə şəhər» adlanan ərazidə yerləşən, Föqalədə Hallar Nazirliyinə məxsus torpaq sahəsinin və içərisindəki tikililərin hərraca çıxarılmasını eşitmiş, həmin torpaq sahəsini və içərisində olan obyektləri adına özəlləşdirmək istəmişdir. Bu barədə Xanoğlana bildirmiş və Xanoğlan ona həmin iş üçün 110 min manat pul lazım olduğunu, həmin pulun yarısını əvvəlcədən verməli olduğunu bildirmişdir. O da 2021-ci ilin dekabr ayında «Access Bank»-ın Sabirabad rayon filialından 22000 manat pul kreditə götürmüş, 2022-ci ilin yanvar ayında tanışlarından 31000 manat borc almış, Xanoğlanın yaşadığı Şirvan şəhəri T.İsmayılov küçəsində yerləşən evin qarşısında Xanoğlana 38000 manat pul vermişdir. Bundan iki-üç gün sonra Xanoğlanın oğlu onun yaşadığı evə gələrək ondan 15000 manat pulu götürmüşdür. Beləliklə Xanoğlana 53.000 manat pul vermişdir. Lakin həmin vaxtdan bir neçə il keçməsinə bxmayaraq Xanoğlan onun üçün heç bir iş görməmişdir. Xanoğlan torpağın özəlləşdirilməsi üçün pulu Yusifə verdiyini bildirmişdir. Bundan sonra Bakı şəhərində 20 Yanvar metro stansiyasının yanında Yusif, Xanoğlan və Nəsimi ilə görüşmüşlər. Orada olan söhbət zamanı Yusif 23.000 manat pulu Xanoğlandan alıb Nəsimiyə verdiyini və əlavə olaraq Xanoğlandan 7500 manat borc aldığını bildirmişdir. Sonra Yusif ona 13.000 manat qaytarmışdır. Nəsimi isə 5000 manat qaytarmışdır. Beləliklə Yusifin vasitəçiliyi ilə Nəsimiyə verilmiş 23000 manat pulun 5000 manatı Yusifdə qalmışdır. Bundan başqa o, 2024-cü ildə Şirvan şəhəri «Köhnə şəhər» adlanan ərazidə yerləşən Fövqalədə Hallan Nazirliyinə məxsus, hərraca çıxarılmış torpaq sahəsini və həmin torpaq sahəsinin içərisində yerləşən tikililəri adına sənədləşdirmək istəmişdir. Bu barədə Təqsirləndirilən şəxs dedikdə Təqsirləndirilən şəxs fövqalədə hallar nazirinin onun köhnə tanışı olduğunu, onunla görüşüb həmin məsələni həll edə biləcəyini bildirmiş və bunun müqabilində 1000 manat pul istəmişdir. O, 1000 manat pulu Təqsirləndirilən şəxs kartına köçürmüşdür. Sonra isə Təqsirləndirilən şəxs fövqalədə hallar naziri ilə görüşdüyünü və razılıq aldığını, torpaq sahəsini və içərisində yerləşən tikililəri onun adına özəlləşdirəcəyəini, hətta onlara əlavə olaraq hədiyyə edəcəyini bildirmişdir. Lakin torpaq sahəsi və tikililər onun adına özəlləşməmişdir. Bundan sonra Yusif 2024-cü ilə ona demişdir ki, Almaniya Respublikasından ona külli miqdarda pul gəlməlidir. Almaniyada 300.000 manat pul milli banka depozitə qoyulmuşdur. Həmin pulu Almaniyadan gətirmək üçün əvvəlcədən 8000 manat pul ödənilməlidir. Ona 8000 manat pul versin, həmin pulu banka ödəməklə ona gələn 300.000 manatı alsın, sonra onun pulunu qaytarar, həm də həmin puldan ona pay da verəcəkdir. O da fikirləşmişdir ki, Yusif 300000 manat pulu aldıqdan sonra onun borcunu qaytarar. Ona görə də mobil telefonu vasitəsi ilə özünə məxsus «Birbank» bank kartından 8000 manat pulu Yusifin bank kartına göndərmişdir. X6 pul gəlməmişdir. Yusifin bu yolla onu aldatmaqla pulunu ələ keçirdiyini başa düşmüşdür. Apellyasiya baxışında suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, o, 53000 manat pulu şahid1 sənədləşmə işi ilə əlaqədar vermiş, lakin sənədlər düzəlmədiyinə görə Bakı şəhərində bir neçə dəfə Təqsirləndirilən şəxs, şahid1 və şahid3 ilə birlikdə görüşmüşlər. Hər dəfə oinlar məsələnin tezliklə həll olunacağı barədə ona vəd vermişlər. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, 8000 və 1000 manat pulu ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs vermişdir. Həmin məbləğlərin 53000 manat pula aidiyyəti olmamışdır. Göründüyü kimi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin işi ilə bağlı birinci cinayət epizodu üzrə 23000 manat əldə etməsini bildirsə də, qrup üzvləri Təqsirləndirilən şəxs, şahid1 və şahid3 Bakı şəhərində birlikdə Zərərçəkmiş şəxs ilə görüşmələri və ona vədlərinə əməl edəcəklərini bildirmələri təsdiq edir ki, CM-in 178.3.2-ci maddəsində göstərilən cinayət əməlinin obyektiv cəhəti onların əvvəlcədən razılaşdıqları plana uyğun icra olunmuşdur. Belə ki, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülür. Ali Məhkəmənin Plenumunun Qərarlarında bununla bağlı qeyd olunur ki, Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən cinayətin obyektiv cəhəti ilə bağlı hərəkətləri onlardan biri həyata keçirsin. Göründüyü kimi, əməlin tövsifi ilə bağlı müdafiə tərəfinin dəlilləri əsassızdır. Belə ki, Təqsirləndirilən şəxs, şahid1 və şahid3 Bakı şəhərində birlikdə Zərərçəkmiş şəxs ilə dəfələrlə görüşmələri ona əsas verir ki, şahid1 53000 manat pulu ələ keçirdikdən sonra Zərərçəkmiş şəxs yalandan vədlər verilməsi məhz onların iştirakı ilə olmuş və bu vəziyyətə görə həmin məbləğ onlar arasında bölüşdürülmüşdür. Apellyasiya baxışında müəyyən olunmuşdur ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyam tam ödənilmişdir, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsin vəziyətində olan dəyişikliyə uyğun olaraq, məhkəmə kollegiyası qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 və 59.1.12-cü maddələrinə əsasən mütləq qaydada cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilib nəzərə alınmalı olan hal – Ziya Musatafeyevin zərərçəkmiş şəxslə barışıq əldə etməsi, müvafiq olaraq bu hal cəzanın təqsirləndirilənin islah olunmasına təsiri baxımından da dəyərləndirilməlidir. Cinayət qanununun tələbinə əsasən mütləq şəkildə cəzanı yüngülləşdirən əsas qismində nəzərə alınmalı olan hala əhəmiyyət verilmədən və cəzanın təqsirləndirilənin islah olunmasına təsirini diqqətə almadan təyin olunmuş cəza isə ədalət prinsipinə (CM, maddə 8), cəzanın təyin edilməsinin ümumi əsaslarına (CM, maddə 58.3) cavab verən cəza kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə kollegiyası cəza təyin edərkən hal-hazrəda olan vəziyyətə uyğun olaraq, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, eyni zamanda bu halı təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsiri aspektində nəzərə alır. Kollegiya nəzərə alır ki, təqsirləndirilən şəxs əvvəllər iki dəfə dələduzluq cinayət əməli törətmişdir. Onun barəsində olan tələbnamədən məlum olur ki, o, Nəsimi rayon məhkəməsinin ##.##.2015-ci il tarixli hökmü ilə Azırbaycan Respublikası CM-in 178.2.2. və 1782.4-cü maddələri ilə təqsirli bilinib 2500 manat cərimə olunmuş, daha sonra isə CPM-in 39.1.11-ci maddəsin əsasən barəsində CM-in 178.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə ## ###### 2018-ci il tarixdə xitam verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhlkumluğu olmasa da, şəxsiyyət baxımından islah olunmur, dələduzluq cinayət əməlllərinin törədilməsinə meyilli şəxsdir. Ona görə də onun islah olunması baxımından onun yalnız azadlıqdan məhrumetmə cəzasını çəkməsi məqsədəuyğundur. Lakin zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi və barışıq əldə olunmasını nəzərə alınaraq, ona təyin olunmuş cəza müddəti 6 (altı) ay azaldılmalıdır. Məhkəmə kоllegiyası həmçinin qeyd edir iki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apеllyasiya şikayətindən imtina etməsinin qəbul оlunmasını istisna еdən hallar yохdur, оna görə də həmin şikayətə baхılmasına хitam vеrilməlidir. Qeyd olunanlar baxılan işdə məhkəmə qərarının apellyasiya qaydasında dəyişdirilməsini tələb edən Cinayət-Prosessual Məcəlləsinin 405.1.1-ci maddəsində və bu məsələ ilə bağlı həmin Məcəllənin 399.1.5-ci maddəsində təsbit edilmiş halların, yəni apellyasiya şikayətinin təmin edilməsi üçün əsasların mövcud olduğunu göstərir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apelyasiya instansiyasında aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətindən imtinası qəbul olunmalı və apellyasiya şikayətinə baxılmasına xitam verilməli, təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli hökmü yuxarıda göstərilən hala uyğun dəyişdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətindən imtinası qəbul olunsun və apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli hökmü cəza təyini hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il, 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası dəyişdirilsin və ona 5 (beş) il azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar