Məhkəmə qərarları › İş №1(3-9)-340/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-340/2026

30.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-340/2026 30.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlunun sədrliyi ilə, Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan İsmayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Əsədov İlqar Həsən Ağa oğlu, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis, məhkum edilmiş şəxslər təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs1, məhkum edilmiş şəxslərin müdafiəçiləri – Şirvan Regional Vəkil Bürosunun vəkilləri müdafiəçi1 və müdafiəçi2 iştirakları ilə ## ###### 2003-cü il tarixdə Cəlilabad rayonu Həziabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Cəlilabad rayonu Həziabad kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs" qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 126.3-cü maddəsi ilə, ## #### 1999-cu ildə Cəlilabad rayonu Həziabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Cəlilabad rayonu Həziabad kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs" qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 CM-in 126.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü ilə (hakimlər X2 (sədrlik edən), X1 və X8 ibarət tərkibdə) təqsirləndirilən şəxs2 CM-in 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi və ona 10 (on) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2025-ci il tarixdən hesablanması təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, təqsirləndirilən şəxs1 CM-in 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi və ona 09 (doqquz) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2025-ci il tarixdən hesablanması, təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis apellyasiya şikayəti verərək, onun şikayətinə obyektiv baxılmasını, onun oğlunun öldürülməsində iştirakı olan şəxslərin tam dairəsinin müəyyən edilməsini, oğlunun müalicəsində səhlənkarlığa yol verən, təqsirləndirilən şəxslərin atası X3 tələbi ilə oğlunu, xəstəxanada müalicə edilmədən, ölümə tərk edən həkimlərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi, təqsirləndirilən şəxslərin atası X3 istintaqın gedişinə mane olan hərəkətlərinə hüquqi qiymət verilərək məsuliyyətinin müəyyən edilməsi üçün qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARI: təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmünə əsasən CM-in 126.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişlər ona görə ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ##.##.2025- ci il tarixdə dəvət edildikləri qohumu X4 Masallı rayonu Təzə Alvadı kəndində yerləşən “Sevinc” şadlıq sarayında təşkil etdiyi toy məclisində iştirak edən zaman toya dəvət edilmiş həmkəndliləri X12 da olduğu stolun ətrafında əyləşib birlikdə yemək yeyib spirtli içki qəbul etdikdən sonra, təqsirləndirilən şəxs1 şadlıq sarayının həyətinə düşüb yaxınlıqda yerləşən restorana getmiş, təqsirləndirilən şəxs2 isə digər stola keçib orada pivə içkisi içən zaman Qəmbər Yusubov da onun sonradan əyləşdiyi stola gəlib həmin stolun ətrafında onun yanında oturaraq, stolun üzərində olan stəkanın içərisindəki pivə içkisini yerə töküb, ondan pivə süzməsini deməsininin ona xoş gəlməməsinə görə sonuncuya iradını bildirmiş, bu zaman Qəmbər Yusubov stolun üzərində olan bir neçə stəkanda qalan yarımçıq içilmiş pivə içkisini bir stəkana tökərək ona içməsini bildirməsindən sonra, bu hərəkəti özünün təhqir olunması kimi qəbul edib, Qəmbər Yusubovla sözlə mübahisə etməyə başlamış, mübahisənin davamında sonuncuya söhbət etmək üçün şadlıq sarayının həyətinə gəlməsini deyərək, özü tək şadlıq sarayının həyətinə düşüb həyətyanı sahədən kənara çıxmış, bu zaman Qəmbər Yusubovun gəlmədiyini görüb yenidən şadlıq sarayının qarşısına gedərək orada olan Qəmbər Yusubova şadlıq sarayının həyətindən kənara, yəni şadlıq sarayının sağ yan hissəsində yerləşən, insanların olmadığı yerə getmələrini demiş, oraya getdikdən sonra saat 21 radələrində Qəmbər Yusubovla yenidən mübahisə etmiş, bu zaman Qəmbər Yusubovun onu nalayiq ifadələrlə söyüb təhqir etməsinə görə sonuncunu cəzalandırmaq qərarına gəlib, bu məqsədlə Qəmbər Yusubovun baş nahiyəsinin ön hissəsindən qəsdən bir dəfə kəllə zərbəsi vurmuş, zərbənin təsirindən yerə yıxılmış Qəmbər Yusubovun başının ön hissəsi və sifət nahiyəsindən yumruq və təpiklə zərbələr vurmağa davam etmiş, həmin vaxt yenidən toy məclisinin keçirildiyi həyətinə gələn təqsirləndirilən şəxs1 qohumu şahid10 qardaşı təqsirləndirilən şəxs2 həmkəndlisi Qəmbər Yusubov ilə dava etməsini öyrənib sonuncu ilə qardaşı təqsirləndirilən şəxs2 dava etdiyi yerə getmiş, bundan sonra Babək və təqsirləndirilən şəxs1 qardaşları Qəmbər Yusubova qarşı bir qrup şəxs halında birləşmiş, təqsirləndirilən şəxs1 həmin vaxt artıq ayaq üstə qalxmış Qəmbər Yusubova bir dəfə qəsdən sifət nahiyəsindən yumruq zərbəsi vurub yerə yıxmasının ardınca hər iki qardaşlar eyni zamanda Qəmbər Yusubovun baş nahiyəsinin ön hisəsi və sifət nahiyəsindən qəsdən çoxsaylı təpik zərbələri yetirməklə, sonuncuya qəsdən kompleks halda həyat üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid edilən ağır qapalı kəllə-beyin travması, baş beyinin sərt qişası altına və baş beyin toxumasına qansızma, alın sümüyünün və alın nahiyəsindəki sıyrıq xəsarətləri, hamısı birlikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid edilən burun sümüyünün sınığı və burun nahiyəsindəki qançır, sol maksilyar sinusun sınığı və sol gözyuvası ətrafında qançır xəsarətləri və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən sağ gözyuvası ətrafında qançır, sol gicgah və hər iki baldır nahiyəsində sıyrıq xəsarətləri yetirmişlər, bununla da, Babək və təqsirləndirilən şəxs1lar bir qrup şəxs halında X12 qəsdən yetirdikləri insan həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid baş beyin toxumasına qansızma və baş beynin sərt qişası altına qansızma xəsarətləri nəticəsində sonuncunun müalicə aldığı «xxxx» X5 ## #### 2025-ci il tarixdə saat 14:40 dəqiqədə ehtiyatsızlıqdan ölümünə səbəb olmuşlar. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin işin ibtidai istintaqı zamanı Cəlilabad rayon prokurorluğu tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, təqsirləndirlən şəxslərin əməli düzgün tövsif edilməyib, onların əməli CM-in 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə tövsif edilməlidir. Çünki şadlıq sarayı, toy mərasimi ictimai yerdir və təqsirləndirilən şəxslər ətrafdakılara qarşı açıq hörmətsizlik edərək, küçə söyüşləri ilə insanları təhqir edərək bu ağır cinayəti törətmişlər. Zərərçəkmişin məhz baş nahiyəsinə intensiv və çoxsaylı zərbələrin endirilməsi onların qəsdinin öldürmə olmasına sübutdur. İçkili olmaları isə, onları bu məsuliyyətdən azad edə bilməz. Zərərçəkmişin öldürülməsində iştirakı olan şəxslərin tam dairəsi müəyyən edilməyib. Zərərçəkmişi öldürənlər 4 nəfər olub. Zərərçəkmiş özü bu barədə ##.##.2025-ci ildə, saat 22:19da DİN-in 102 xidmətinə məlumat vermiş, Zülfiqar və Bəxtiyar adlı şəxslərin də onu döydüklərini bildirmişdi (bax. hökmün 10-cu səhifəsi). Bu fakt məhkəmə istintaqında şahid qismində dindirilən şahid11 ifadəsi ilə də təsdiq edilir (bax. hökmün 7-ci səhifəsi). Cəlilabad rayon prokurorluğunun böyük müstəntiqi, R X9, zərərçəkmişin hüquqi varisinin savadsızlığından istifadə edərək, ona "zərərçəkmişin hüquqi varisi kimi tanınma barədə qərar"a ##.##.2025-ci ildə imza etdirsə də, qərarın surətini ona verməyərək hüquqlarının həyata keçirilməsinə mane olmuş və istintaqın gedişində onun iştirakına imkan verməmişdir. Zərərçəkmişin hüquqi varisi, məhkəmə nəzarəti qaydasında Cəlilabad rayon məhkəməsinə ##.##.2025-ci il tarixli şikayətlə müraciət etmiş, həmin şikayət üzrə Cəlilabad rayon məhkəməsinin qərarlarından Şirvan Apellyasiya məhkəməsinə şikayət vermiş, uzun müddət məhkəmələrdə süründürüldükdən sonra, Cəlilabad rayon prokurorluğunun böyük müstəntiqi, R X9 tərəfindən "zərərçəkmişin hüquqi varisi kimi tanınma barədə" ##.##.2025-ci il tarixli qərar iki aydan sonra, ##.##.2025-ci ildə onun ev ünvanına göndərilmişdir. Müstəntiqin bu hərəkətinin bir adı var: vətəndaşı və dövlətin məhkəmə orqanını ələ salmaq. Bu müddət ərzində zərərçəkmişin hüquqi varisi öz prosessual hüquqlarından istifadə edə bilməyib, müstəntiq X9 isə cinayət işini istədiyi kimi, qeyri-obyektiv və qərəzli aparıb işi məhkəməyə göndərib. Zərərçəkmişin vəhşicəsinə döyülərək, bədəninin həyat üçün əhəmiyyətli yerlərinə qəsdlə və bilə-bilə, məhz öldürmək niyyəti ilə küt alətlər vasitəsilə zərbələr endirən 4 nəfərin ikisi məsuliyyətdən yayındırılıb. Zərərçəkmişin ölümcül vəziyyətdə olmasına baxmayaraq, müttəhimlərin atası X3 tələbi ilə onun xəstəxanadan çıxarılmasında iştirakı olan həkimlər müəyyən edilərək məsuliyyətə cəlb edilməyiblər. Təhqiqatın və istintaqın gedişinə mane olan, zərərçəkmişin məhz xəstəxanadan çıxarılaraq evə gətirlməsi nəticəsində onun ölümünə bais olan X3 əməlinə hüquqi qiymət verilməyib, məsuliyyətdən yayındırılıb. İbtidai istintaq zamanı zərəçəkmişin hüquqi varisinə cinayət işinin materialları ilə tanış olmağa, lazım olan vəsatətlər verməyə imkan verilməyib və o, müstəntiq X9 tərəfindən aldadılıb, Zərərçəkmişin hüquqi varisi cinayət işinin materialları ilə tanış olmadan iş məhkəməyə göndərilib. Məhkəmə hazırlıq iclasında zərəçəkmişin hüquqi varisi, "Cinayət işinin baxılmasına xitam verilməi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğa qaytarılması barədə" ##.##.2026-cı il tarixli ərizə versə də, ərizəyə baxılmayıb və ərizədə göstərilən dəlillərə heç bir qiymət verilməyib. Zərəçəkmişin hüquqi varisinin və onun gəlini, zərərçəkmişin həyat yoldaşı şahid14 adından hökmdə saxta ifadələr yazılıb. Hökmün 6-cı səhifəsində şahid14 adından yazılıb ki, "Qəmbərə yaxınlaşıb nə baş verdiyini soruşduqda, Qəmbər Babək və Cavidanın onu döydüklərini, Babəkin onu kəllə ilə, Cavidanın isə yumruq ilə vurduğunu, zərbələrin təsirindən yerə yıxıldığını və bu zaman isə Cavidan və Babəkin ona yerdə başına təpiklə vurduqlarını demişdir." Halbuki o, məhkəmədə belə bir ifadə verməyib və burada yazılanların süni və saxta olduğu istifadə dilən termin və ifadələrdən bəllidir. Bu cümlələr adi evdar qadının yox, müstəntiqin, hüquqşünasın, hakimin ifadələridir. Çünki təsvir edilən vəziyyətdə insanlar belə ifadələr işlətmir. Ümumiyyətlə şahid14 adından hökmdə yazılan ifadələr, sözlər ona məxsus deyil, müstəntiqin ibtidai istintaq zamanı özünün şahid14 adından yazdığı ifadənin "copy-past" üsulu ilə hökmə köçürülməsidir. Zərəçəkmişin hüquqi varisinin adından hökmün 5-ci səhifəsində saxta ifadə yazılıb: "Qəmbər onu Cavidan və Babəkin döydüklərini və həmin xəsarətləri ona yetirdiklərini bildirmişdir. Sonra xəstəxanadan getmişdir. Bundan bir qədər sonra Qəmbər zəng etmiş və gəlib onu xəstəxanadan götürməyini istəmişdir. Bundan sonra xəstəxanaya getmiş və Qəmbəri götürüb evə gəlmişdir. Qəmbərdən nə üçün xəstəxanadan çıxdığını və qalıb müalicəsini davam etdirmədiyini soruşmuşdur. Qəmbər isə ona yaxşı olduğunu və bu səbəbdən xəstəxanadan çıxıb evə gəldiyini demişdir." Əvvəla, zərərçəkmiş onu 4 nəfərin döydüyünü bildirmişdi, ikincisi isə, xəstəxanadan çıxma səbəbi ilə bağlı zərəçəkmişin hüquqi varisinin adından yazılanlar yalandır və o belə bir ifadə verməyib. Əslində onun da ifadəsi, müstəntiqin ibtidai istintaq zamanı özünün Zərəçəkmişin hüquqi varisinin adından yazdığı ifadənin "copy-past" üsulu ilə hökmə köçürülməsidir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, məhkum olunmuş şəxslər və onların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri, həmçinin apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi müdafiəçi1 hər biri ayrı-ayrılıqda şikayətinin dəlilləri ilə razılaşmayıb, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi müdafiəçi2 hər biri ayrı-ayrılıqda şikayətinin dəlilləri ilə razılaşmayıb, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini müzakirə edərək, məhkum edilmiş şəxslərin və onların müdafiəçilərinin, zərərçəkmiş şəxsin hüquqi varisinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü dəyişdirilmədən, apellyasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Kollegiya hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətində göstərilən dəlillər hökmün qanuniliyinin və əsaslılığının yoxlanılması baxımından ayrıca qiymətləndirilməli olsa da, həmin dəlillər yalnız ehtimal, subyektiv narazılıq və iş materiallarında təsdiqini tapmayan mülahizə səviyyəsində qaldıqda məhkəmə hökmünün ləğvi və ya dəyişdirilməsi üçün hüquqi əsas yarada bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarının nəticə hissəsinin 1-ci bəndində ifadə edilmiş hüquqi mövqeyə görə apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlilləri ilə yanaşı, birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmasını da yoxlamalıdır. Bu hüquqi mövqe hazırkı iş üzrə kollegiyanın yoxlamasının yalnız formal şikayət hədləri ilə məhdudlaşmadığını, eyni zamanda hökmün qanuniliyi, əsaslılığı və ədalətliliyinin iş materialları üzrə yoxlanıldığını göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Məhkəmə Kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 CMin 126.3-cü maddəsi ilə təqsirli olması işdə olan müvafiq məlumatlarla sübuta yetirilmiş və birinci instansiya məhkəməsi qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və məhkəmədə tədqiq edilmiş sübutlara düzgün qiymət vermiş, həmin sübutlar yoxlanılarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə riayət olunmuşdur. Məhkəmənin həmin məsələlər üzrə mövqeyinin, gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur, apellyasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1ci maddəsinin tələblərinə də əsaslanır. Həmin normada təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Birinci instansiya məhkəməsi araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 CM-in 126.3-cü maddəsində nəzərdə tutulan əməlini törətmələrini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirliliyini tam sübuta yetirilmiş hesab etmişdir. Apellyasiya baxışının predmeti və hədləri nəzərə alınmaqla kollegiya hesab edir ki, hazırkı iş üzrə əsas məsələlər zərərçəkmiş şəxsin hüquqi varisinin göstərdiyi natamam araşdırma və başqa şəxslərin mümkün iştirakı barədə dəlillərin hökmün qanuniliyinə təsiri istiqamətində yoxlanılmalıdır. Bu məsələ üzrə kollegiya sübutların ayrıca-ayrılıqda deyil, onların qarşılıqlı əlaqəsi, mənbəyi, əldə edilmə üsulu, daxili uyğunluğu və yekun nəticəyə təsir imkanları baxımından məcmu halında qiymətləndirilməsini zəruri hesab edir. Çünki cinayət mühakimə icraatında nəticə ayrı-ayrı ehtimalların deyil, bir-birini tamamlayan və prosessual qaydada yoxlanılmış sübutlar sisteminin əsasında çıxarılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2021-ci il tarixli Qərarında CPM-in 33-cü maddəsində nəzərdə tutulmuş sübutların qiymətləndirilməsi prinsipinə dair hüquqi mövqedə vurğulanmışdır ki, cinayət prosesində heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur, sübutlar yalnız CPM-in 125 və 144-146-cı maddələrinin tələblərinə uyğun, məcmu şəkildə qiymətləndirilməlidir. Eyni yanaşma Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Bayramov və digərlərinin şikayətləri üzrə ## ######## 2005-ci il tarixli Qərarında da ifadə edilmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməli olduğu, aradan qaldırılması mümkün olmayan şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olduğu göstərilmişdir. Bu baxımdan kollegiya apellyasiya şikayətindəki hər bir iradı ayrıca yoxlamaqla yanaşı, həmin iradların iş üzrə sübutların ümumi məcmusunu dəyişdirib-dəyişdirmədiyini də qiymətləndirir. Çünki hökmün ləğvi üçün yalnız başqa izah variantının irəli sürülməsi kifayət deyil; həmin variant sübutların məcmusu ilə təsdiq olunmalı və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni obyektiv surətdə şübhə altına almalıdır. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin əsas prinsiplərindən irəli gələrək məhkəmə araşdırması işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə əsaslanmalıdır. Bu tələb eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının ədalətli məhkəmə araşdırması ilə bağlı müddəaları, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelərlə də uzlaşır. Belə ki, həmin məhkəmənin presedent hüququna əsasən dövlətin vəzifəsi yalnız formal araşdırma aparmaq deyil, hadisənin bütün mühüm aspektlərini əhatə edən “effektiv araşdırma” təmin etməkdir. Lakin bu prinsip o demək deyildir ki, istintaq və ya məhkəmə hər bir irəli sürülən fərziyyəni mütləq təsdiq etməli və ya sübuta yetirilməmiş ehtimalları hökmün əsasına qoymalıdır. Eyni zamanda, kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin həqiqətin müəyyən edilməsini təmin etmək vəzifəsi birinci instansiya məhkəməsində araşdırılmış hər bir faktın mexaniki şəkildə yenidən təkrarlanmasını deyil, apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərin hökmün nəticələrini sarsıdıb-sarsıtmadığının hüquqi qiymətləndirilməsini nəzərdə tutur. Buna görə də yalnız işin nəticəsinə real təsir göstərə bilən, konkret faktiki əsaslara söykənən və mövcud sübutlar sistemi ilə rəqabət apara bilən dəlillər hökmün ləğvi və ya dəyişdirilməsi üçün əhəmiyyət kəsb edə bilər. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən irəli sürülmüş əsas dəlil ondan ibarət olmuşdur ki, ibtidai istintaq və birinci instansiya məhkəməsi tərəfindən digər şəxslərin cinayətdə mümkün iştirakı lazımi səviyyədə araşdırılmamışdır. Məhkəmə kollegiyası bu arqumenti qiymətləndirərkən qeyd edir ki, cinayət prosesində alternativ versiyaların araşdırılması zəruri olsa da, bu versiyaların hüquqi əhəmiyyət kəsb etməsi üçün onların konkret sübutlarla təsdiq olunması tələb olunur. İş materiallarından göründüyü kimi, qeyd edilən şəxslərin cinayətdə iştirakını birbaşa təsdiq edən hər hansı obyektiv sübut – nə maddi sübutlar, nə genetik, nə də digər kriminalistik tədqiqat nəticələri mövcud deyildir. Cinayət mühakimə icraatının əsas prinsiplərindən biri ondan ibarətdir ki, məhkəmə hökmü yalnız məhkəmə baxışında bilavasitə tədqiq edilmiş, aidiyyəti, mümkünlüyü və mötəbərliyi yoxlanılmış sübutların məcmusu əsasında çıxarılır. Ayrı-ayrı sübutlar təcrid olunmuş qaydada deyil, onların qarşılıqlı uyğunluğu, bir-birini tamamlaması və ya təkzib etməsi nəzərə alınmaqla qiymətləndirilir. Bu baxımdan sübutların qiymətləndirilməsi formal deyil, daxili inama əsaslanan intellektual fəaliyyət olmaqla, yalnız cinayət-prosessual qanunun müəyyən etdiyi meyarlar əsasında həyata keçirilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, məhkəmə-tibbi ekspertiza rəylərini, videogörüntünü, 102 xidmətinə edilmiş müraciətləri, tibb müəssisələrinin təqdim etdiyi sənədləri və digər yazılı sübutları birgə qiymətləndirərək hadisənin faktiki hallarını müəyyən etmişdir. Apellyasiya şikayətində təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2 və 120.2.4-cü maddələri ilə tövsif edilməli olduğu göstərilsə də, məhkəmə kollegiyası həmin dəlilləri iş materiallarının məcmusu və tətbiq edilməli olan maddi hüquq normaları baxımından əsaslı hesab etmir. Belə ki, cinayət hüququ nəzəriyyəsinə görə insanın həyatına və sağlamlığına qarşı yönəlmiş cinayətlərin bir-birindən fərqləndirilməsində həlledici meyar törədilmiş nəticənin ağırlığı deyil, təqsirkarın həmin nəticəyə psixi münasibəti, yəni təqsirin forması və məzmunudur. Eyni nəticə, yəni insanın ölümü müxtəlif təqsir formaları ilə törədilə bildiyindən, yalnız ölüm faktının baş verməsi əməlin birmənalı olaraq qəsdən adam öldürmə kimi qiymətləndirilməsinə əsas vermir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün müəyyən edilməlidir ki, təqsirkar zərərçəkmiş şəxsi həyatdan məhrum etmək məqsədi ilə hərəkət etmiş, yaxud ölüm nəticəsinin baş verməsini qabaqcadan görmüş, həmin nəticəni arzulamış və ya ona şüurlu surətdə yol vermişdir. Başqa sözlə, qəsdən adam öldürmə cinayətinin obyektiv cəhəti ilə yanaşı, onun subyektiv cəhəti, yəni öldürmək qəsdi də şübhədən kənar sübut edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" qərarında da məhkəmələrə izah edilmişdir ki, qəsdin istiqaməti müəyyən edilərkən yalnız xəsarətin lokalizasiyasına və ya ölüm nəticəsinin baş verməsinə istinad edilməsi yolverilməzdir. Məhkəmələr təqsirkarın niyyətini müəyyən edərkən istifadə olunmuş vasitəni, zərbələrin sayını, intensivliyini, onların vurulduğu nahiyəni, hadisənin başvermə şəraitini, cinayətin motivini və məqsədini, təqsirkarın hadisədən əvvəl və sonrakı davranışını, tərəflər arasındakı münasibətləri, eləcə də iş üzrə müəyyən edilmiş digər bütün halları qarşılıqlı əlaqədə qiymətləndirməlidirlər. Qəsd yalnız obyektiv halların məcmusundan irəli gələn yeganə mümkün nəticə olduqda müəyyən edilmiş hesab edilə bilər. X10 2-ci bəndində qəsdən adam öldürməyə cəhdin yalnız birbaşa qəsdlə törədilə bilməsi, 3-cü bəndində isə CM-in 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibətin ehtiyatsızlıq formasında ifadə olunması xüsusi olaraq izah edilmişdir. Qərarın 3-cü bəndinə görə təqsirkarın qəsdinin nəyə yönəldiyi müəyyən edilərkən cinayətin üsulu, aləti, yetirilmiş xəsarətlərin sayı, xarakteri və lokalizasiyası, tərəflərin hadisədən əvvəlki münasibətləri, habelə təqsirkarın hadisədən sonrakı davranışı birlikdə nəzərə alınmalıdır. Məhz bu meyarlar hazırkı işdə bir-bir tətbiq edildikdə, hadisənin əvvəlcədən planlaşdırılmaması, şəxsi münaqişə zəminində qəfil yaranması, təqsirləndirilən şəxslərin hadisədən sonrakı davranışı və iş üzrə digər sübutlar ölüm nəticəsinə birbaşa və ya dolayı qəsdin mövcudluğunu təsdiq etmir. Buna görə də təkcə zərbələrin sayı və nəticənin ağırlığı əməli CM-in 120-ci maddəsi ilə tövsif etmək üçün kifayət hesab oluna bilməz. Bu hüquqi yanaşma beynəlxalq cinayət hüququnda və insan hüquqları məhkəmələrinin təcrübəsində də qəbul olunmuş ümumi prinsipdir. Xüsusilə, cinayət məsuliyyətinin yalnız sübuta yetirilmiş təqsirə əsaslanması, təqsirin isə fərziyyələrdən deyil, obyektiv sübutların məcmusundan müəyyən edilməsi hüququ İnsan Hüquqlarının və X14 haqqında Konvensiyanın 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması və təqsirsizlik prezumpsiyası prinsiplərinin tərkib hissəsidir. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, cinayət işi üzrə nəticələr fərziyyələrə deyil, kifayət qədər möhkəm, aydın və bir-biri ilə uzlaşan sübutlar sisteminə əsaslanmalıdır. Eyni yanaşma təqsirin formasının müəyyən edilməsinə də şamil edilir. Hazırkı iş üzrə toplanmış sübutların məcmusu göstərir ki, hadisə əvvəlcədən hazırlanmış və ya planlaşdırılmış cinayət deyil, toy məclisində spirtli içki qəbul edildikdən sonra qəfil yaranmış şəxsi mübahisənin gedişində baş vermişdir. Mübahisənin yaranmasına səbəb zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs2 arasında pivə süzülməsi ilə bağlı yaranmış narazılıq olmuş, sonradan qarşılıqlı nalayiq ifadələr işlədilməsi nəticəsində fiziki qarşıdurma baş vermişdir. İş materiallarında təqsirləndirilən şəxslərin əvvəlcədən zərərçəkmişi öldürmək barədə razılığa gəlmələrini, bu məqsədlə hazırlıq görmələrini, hadisə yerinə öldürməyə yararlı silah və ya xüsusi vasitə ilə gəlmələrini və ya əvvəlcədən formalaşmış öldürmə niyyətini təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. Əksinə, sübutlar göstərir ki, hadisə qəfil yaranmış konflikt fonunda inkişaf etmiş, fiziki zorakılıq həmin mübahisənin davamı kimi tətbiq olunmuşdur. Bu hal öldürmək məqsədi ilə əvvəlcədən yönəlmiş davranışdan fərqli olaraq, sağlamlığa zərər vurmaq niyyəti ilə törədilən zor tətbiqi kimi qiymətləndirilir. Hadisənin gedişində istifadə olunan vasitələrin xarakteri, tərəflər arasında əvvəlcədən düşmənçilik münasibətlərinin müəyyən edilməməsi, öldürməyə yönəlmiş hazırlıq hərəkətlərinin olmaması və hadisənin kənar müdaxilə olmadan, öz-özünə inkişaf etməsi öldürmək qəsdinin mövcudluğunu təsdiq etmir. Apellyasiya şikayətində zərərçəkmiş şəxsin baş nahiyəsinə çoxsaylı zərbələrin endirilməsinin öldürmək niyyətini təsdiq etdiyi göstərilsə də, məhkəmə kollegiyası hesab edir ki, həmin hal özü-özlüyündə qəsdin istiqamətini müəyyən edən mütləq meyar hesab edilə bilməz. Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə əsasən, həyati vacib nahiyəyə zərbə endirilməsi yalnız digər sübutlarla birlikdə qiymətləndirildikdə öldürmək qəsdinin mövcudluğunu təsdiq edə bilər. Əks yanaşma qəbul edildiyi halda, baş nahiyəsinə ağır zərbə vurulması ilə nəticələnən bütün halların birmənalı olaraq CM-in 120-ci maddəsi ilə tövsif edilməsi zərurəti yaranardı ki, bu da CM-in 126.3-cü maddəsinin müstəqil hüquqi məzmununu faktiki olaraq aradan qaldırardı. İş üzrə məhkəmə-tibbi ekspertizasının rəyində ölümün ağır qapalı kəllə-beyin travması nəticəsində baş verdiyi müəyyən edilmişdir. Bununla yanaşı, ekspertiza rəyi yalnız ölümün tibbi səbəbini müəyyən edir və təqsirkarın psixi münasibəti, yəni öldürmək qəsdinin olub-olmaması barədə hüquqi nəticə vermir. Təqsirin formasının müəyyən edilməsi yalnız məhkəmənin səlahiyyətinə aid olmaqla, bütün sübutların məcmu halda qiymətləndirilməsi nəticəsində müəyyən edilir. Kollegiya hesab edir ki, iş üzrə müəyyən edilmiş hallar təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsə qəsdən sağlamlığa ağır zərər vurmaq niyyətində olduqlarını, lakin ölüm nəticəsinə münasibətlərinin ehtiyatsızlıq formasında təzahür etdiyini təsdiq edir. Məhz bu səbəbdən birinci instansiya məhkəməsi onların əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər isə həmin hüquqi qiymətləndirmənin dəyişdirilməsi üçün kifayət edən yeni hüquqi və ya faktiki əsaslar yaratmır. Bundan başqa apellyasiya şikayətində göstərilmişdir ki, hadisənin toy məclisində, yəni ictimai yerdə baş verməsi, təqsirləndirilən şəxslərin ətrafdakı insanlara məhəl qoymadan zərərçəkmişi döymələri, ona çoxsaylı zərbələr endirmələri onların əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq niyyəti ilə adam öldürmə, habelə 120.2.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilməsinə əsas verir. Məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmır. Xuliqanlıq niyyəti cinayətin motivini xarakterizə edən müstəqil hüquqi əlamətdir və yalnız cinayətin ictimai yerdə törədilməsi, yaxud ictimai qaydanın pozulması faktı ilə eyniləşdirilə bilməz. Xuliqanlıq niyyəti dedikdə şəxsi münasibətlərdən irəli gəlməyən, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirmək, ümumi qəbul edilmiş davranış qaydalarına etinasız münasibət göstərmək və ətrafdakı şəxslərdə qorxu, hiddət və ya narazılıq yaratmaq məqsədi ilə törədilən hərəkətlər başa düşülür. Ali Məhkəmə Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2002-ci il tarixli * nömrəli Qərarının 6-cı bəndində izah edilmişdir ki, əməl xuliqanlıq niyyəti ilə adam öldürmə kimi o halda qiymətləndirilə bilər ki, təqsirkar ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla, heç bir səbəb olmadan və ya hər hansı bəhanə ilə cinayət törətmiş olsun. Həmin bənddə mübahisə və dalaşma zəminində törədilmiş hadisələrin xuliqanlıq niyyəti ilə törədilmiş cinayətlərdən fərqləndirilməsi üçün münaqişənin yaranma səbəbinin və təşəbbüskarının araşdırılması zəruri sayılmışdır. X6 ## ###### 2024-cü il tarixli ** nömrəli Qərarla edilmiş dəyişikliklərə əsasən, xuliqanlıq niyyəti ilə CM-in 120.2-ci maddəsində nəzərdə tutulan başqa niyyət və ya məqsəd arasında seçim zərurəti yarandıqda təqsirkarın cinayətkar hərəkətlərini şərtləndirən üstün, əsas hərəkətverici motiv əsas götürülməlidir. Hazırkı işdə sübutlarla müəyyən olunan əsas motiv ictimai qaydaya nümayişkaranə hörmətsizlik deyil, konkret şəxslər arasında yaranmış ani şəxsi narazılıq olduğundan, şikayətin xuliqanlıq niyyəti barədə dəlili hüquqi əsasdan məhrumdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarında məhkəmələrə izah edilmişdir ki, əməl yalnız ona görə CM-in 120.2.2-ci maddəsi ilə tövsif edilə bilməz ki, cinayət ictimai yerdə baş vermişdir. Məhkəmələr cinayətin motivini müəyyən edərkən tərəflər arasında əvvəlki münasibətləri, münaqişənin yaranma səbəblərini, hadisənin inkişaf mexanizmini və təqsirkarın davranışının hansı məqsədə xidmət etdiyini araşdırmalıdırlar. Əgər zor tətbiqi konkret şəxslə yaranmış şəxsi münasibətlərdən, qisasdan, qısqanclıqdan, təhqir olunma hissindən və ya digər fərdi motivlərdən irəli gəlmişdirsə, həmin əməl xuliqanlıq niyyəti ilə törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. İş materiallarından görünür ki, hazırkı hadisə təqsirləndirilən şəxslərlə zərərçəkmiş arasında toy məclisində pivə süzülməsi ilə bağlı yaranmış narazılıq nəticəsində başlamış, sonradan qarşılıqlı nalayiq ifadələr işlədilməsi fonunda şəxsi münaqişəyə çevrilmişdir. Həm təqsirləndirilən şəxs2, həm də təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdikləri ifadələr, eləcə də şahid ifadələri təsdiq edir ki, qarşıdurma məhz tərəflər arasında yaranmış konkret mübahisədən qaynaqlanmışdır. Münaqişənin əvvəlində təqsirləndirilən şəxslər tərəfindən ətrafdakı şəxslərə qarşı hər hansı zor tətbiq edilməsi, ümumi ictimai qaydanın nümayişkaranə şəkildə pozulmasına yönəlmiş hərəkətlər edilməsi və ya cəmiyyətə açıq hörmətsizlik ifadə edən davranış nümayiş etdirilməsi müəyyən edilməmişdir. Hadisənin toy məclisində baş verməsi özlüyündə cinayətin xuliqanlıq niyyəti ilə törədildiyi barədə nəticəyə gəlmək üçün kifayət etmir. Cinayətin törədildiyi yer ilə onun motivi fərqli hüquqi kateqoriyalardır və birinin mövcudluğu digərinin avtomatik müəyyən edilməsinə səbəb olmur. Əks yanaşma qəbul edildiyi halda, ictimai yerlərdə baş verən şəxsi münaqişələrin hamısı əsassız olaraq xuliqanlıq niyyəti ilə törədilmiş cinayətlər kimi qiymətləndirilmiş olardı ki, bu da cinayət qanununun düzgün tətbiqi prinsipi ilə uzlaşmır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə müəyyən edilmiş faktiki hallar təqsirləndirilən şəxslərin davranışının ictimai qaydanı nümayişkaranə pozmaq məqsədindən deyil, konkret şəxslə yaranmış ani şəxsi münaqişədən irəli gəldiyini göstərir. Belə olan halda onların əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq niyyəti əlaməti mövcud deyildir. Apellyasiya şikayətində həmçinin göstərilmişdir ki, zərərçəkmişin baş nahiyəsinə çoxsaylı zərbələr endirilməsi və ona qarşı tətbiq edilən zorakılıq xüsusi amansızlıqla törədilmiş adam öldürmə kimi qiymətləndirilməlidir. Kollegiya bu dəlili də əsaslı hesab etmir. Belə ki, xüsusi amansızlıq cinayətin obyektiv cəhətini xarakterizə edən sadəcə zorakılığın intensivliyi deyil, zərərçəkmişə adi öldürmə üsullarından kənara çıxan xüsusi fiziki və ya psixi iztirablar verməyə yönəlmiş davranışdır. Xüsusi amansızlıq əlamətinin mövcudluğu üçün təqsirkarın zərərçəkmişə əlavə əzab vermək niyyətinin müəyyən edilməsi zəruridir. Bu isə yalnız çoxsaylı zərbələrin vurulması ilə deyil, cinayətin törədilmə üsulu, davametmə müddəti, təqsirkarın davranışı, istifadə olunan vasitələr və digər obyektiv halların məcmusu əsasında müəyyən edilir. Ali Məhkəmə Plenumu izah etmişdir ki, çoxsaylı xəsarətlərin mövcudluğu və ya zərərçəkmişin bədənində çoxlu sayda xəsarət aşkar olunması öz-özlüyündə xüsusi amansızlıq əlamətini yaratmır. Belə xəsarətlər hadisənin gedişində yaranmış müqavimət, qarşılıqlı fiziki qarşıdurma və ya zərbələrin xarakteri ilə də izah oluna bilər. Buna görə də hər bir halda məhkəmə təqsirkarın məhz zərərçəkmişə xüsusi əzab vermək məqsədinin olub-olmamasını müəyyən etməlidir. Hazırkı iş üzrə müəyyən edilmiş faktiki hallar göstərir ki, zor tətbiqi qəfil yaranmış şəxsi münaqişənin gedişində baş vermiş, hadisə əvvəlcədən planlaşdırılmamış, təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmişə işgəncə verilməsi, onun üzərində uzun müddət xüsusi əzab doğuran hərəkətlər edilməsi, ona qarşı qeyri-insani rəftar nümayiş etdirilməsi və ya onun iztirablarının qəsdən artırılmasına yönəlmiş davranış müəyyən edilməmişdir. İş materiallarında təqsirləndirilən şəxslərin məhz zərərçəkmiş şəxsə xüsusi fiziki və ya mənəvi əzab vermək məqsədilə hərəkət etdiklərini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Bu baxımdan zərərçəkmiş şəxsin aldığı xəsarətlərin ağırlığı və ölümün baş verməsi xüsusi amansızlıq əlamətinin mövcudluğu barədə nəticəyə gəlmək üçün kifayət etmir. Xüsusi amansızlıq cinayətin nəticəsi ilə deyil, cinayətin törədilmə üsulu və həmin üsula təqsirkarın psixi münasibəti ilə müəyyən olunur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər təqsirləndirilən şəxslərin əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə tövsif edilməsi üçün zəruri olan hüquqi əlamətlərin mövcudluğunu təsdiq etmir. Buna görə də birinci instansiya məhkəməsinin həmin maddələrin tətbiq edilməməsi barədə gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktiki hallara, cinayət qanununun tələblərinə və cinayət hüququnun ümumi prinsiplərinə tam uyğundur. Ali Məhkəmə Plenumunun qeyd edilən Qərarının 8-ci bəndində xüsusi amansızlıq əlamətinin zərərçəkmişə qəsdən xüsusi əzab və ya iztirab verilməsi, onun şəxsiyyətinin ələ salınması, yaxud təqsirkar üçün aşkar olan xüsusi ağrılar doğuran üsuldan istifadə olunması ilə bağlı olduğu göstərilmişdir. Həmin Qərara ## ###### 2024-cü il tarixli ** nömrəli Qərarla edilmiş dəyişiklikdə isə bu tövsifedici əlamətin tətbiqi üçün təqsirkarın birbaşa və ya dolayı qəsdi ilə xüsusi amansızlıq əlamətinin əhatə olunmasının müəyyən edilməli olduğu vurğulanmışdır. Hazırkı işdə zorakılığın ani münaqişə fonunda baş verməsi, zərərçəkmişə xüsusi əzab verməyə yönəlmiş ayrıca davranışın, hadisənin uzadılmış və işgəncə xarakterli mexanizminin, yaxud yaxınlarının yanında xüsusi iztirab vermə məqsədinin sübutlarla təsdiqlənməməsi bu tövsifedici əlamətin tətbiqini istisna edir. Buna görə şikayətin xüsusi amansızlıqla bağlı dəlili də hökmün dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətində hadisədə Zülfiqar və Bəxtiyar adlı şəxslərin də iştirak etdiyi, bu səbəbdən cinayət hadisəsinin tam araşdırılmadığı və birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin natamam olduğu irəli sürülmüşdür. Məhkəmə kollegiyası həmin dəlili iş materiallarının məcmusu ilə uzlaşmayan və hüquqi baxımdan əsaslandırılmamış hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutetməyə dair əsas prinsiplərinə görə məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq edilmiş, mümkünlüyü, aidiyyəti və mötəbərliyi yoxlanılmış sübutların məcmusuna əsaslana bilər. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və ya cinayət hadisəsində iştirak etməsi ehtimallarla, fərziyyələrlə və ya dolayı mülahizələrlə deyil, hər hansı ağlabatan şübhəni aradan qaldıran sübutlarla müəyyən edilməlidir. Cinayət mühakimə icraatının məqsədi hadisəyə aid bütün ehtimalları təsdiq etmək deyil, yalnız sübut edilmiş hallara hüquqi qiymət verməkdir. Bu yanaşma həm Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair müddəalarına, həm də ədalətli məhkəmə araşdırmasının fundamental prinsiplərinə uyğundur. Məhkəmə yalnız obyektiv araşdırılmış və bir-birini tamamlayan sübutlar əsasında nəticəyə gələ bilər; təqsirləndirmə ehtimal və güman üzərində qurula bilməz. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs Qəmbər Yusubov ## ### 2025-ci il tarixdə DİN-in "102" xidmətinə etdiyi ilk telefon müraciətində emosional vəziyyətdə müxtəlif şəxslərin adlarını qeyd etmişdir. Lakin həmin ilkin məlumat cinayət-prosessual baxımdan hadisənin operativ qeydiyyata alınmasına xidmət edən ilkin informasiya olmaqla, öz-özlüyündə hər hansı şəxsin təqsirini təsdiq edən sübut hesab edilə bilməz. Əksinə, sonrakı mərhələdə zərərçəkmiş tərəfindən verilmiş izahatlarda, ikinci müraciətdə, ibtidai araşdırma materiallarında və digər prosessual sənədlərdə ona xəsarət yetirən şəxslər kimi ardıcıl şəkildə məhz Babək və təqsirləndirilən şəxs1lar göstərilmişdir. Zərərçəkmişin sonrakı ifadələri hadisənin digər sübutları ilə də uzlaşmışdır. Belə ki, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, xüsusilə zərərçəkmişin həyat yoldaşı şahid14, hüquqi varis Hüquqi varis, şahidlər Azər İbrahimlinin və şahid8 ifadələri, həmçinin hadisə yerindən əldə olunmuş videogörüntülər və təqsirləndirilən şəxslərin ibtidai istintaqda verdikləri ifadələr qarşılıqlı şəkildə bir-birini tamamlayaraq zərərçəkmişə xəsarətlərin məhz Babək və təqsirləndirilən şəxs1lar tərəfindən yetirildiyini təsdiq edir. Bu sübutların heç birində Zülfiqar və ya Bəxtiyar adlı şəxslərin zərərçəkmişə zor tətbiq etməsi, xəsarət yetirməsi və ya cinayətin obyektiv tərəfinin həyata keçirilməsində iştirak etməsi müəyyən olunmur. Apellyasiya şikayətində istinad edilən şahid11 ifadəsində iki nəfərin zərərçəkmişi saxlaması barədə qeyd olunan xüsusat da həmin şəxslərin cinayətin birgə icraçıları olması barədə nəticəyə gəlmək üçün kifayət etmir. Cinayət hüququ nəzəriyyəsinə görə birgə icraçılığın mövcudluğu üçün şəxslərin əvvəlcədən və ya hadisə zamanı vahid cinayət niyyəti ilə hərəkət etmələri, cinayətin obyektiv tərəfinin həyata keçirilməsində funksional iştirak etmələri və həmin hərəkətlə cinayət nəticəsinin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Şəxsin sadəcə hadisə yerində olması, münaqişə zamanı digər şəxsləri tutması və ya fiziki təmasda olması, bu hərəkətlərin cinayət nəticəsinin yaranmasına yönəldiyi və ümumi qəsdin tərkib hissəsi olduğu sübuta yetirilmədiyi halda, onu cinayətin iştirakçısı kimi qiymətləndirmək üçün hüquqi əsas yaratmır. Bu nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ### 2022-ci il tarixli Qərarının nəticə hissəsinin 1 və 2-ci bəndləri ilə də uzlaşır. Həmin bəndlərdə göstərilmişdir ki, cinayətin iştirakçıları cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədikdə və ya onların əməlində obyektiv cəhətin tərkib əlamətləri olmadıqda əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz; iştirakçının əməli yalnız müvafiq halda CM-in 32-ci maddəsinə istinad edilməklə tövsif oluna bilər. Ali Məhkəmə Plenumunun ## ###### 2002-ci il tarixli * nömrəli Qərarının 5-ci bəndində də qrup halında qəsdən adam öldürmə üçün zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak, onun müqavimətini qırmaq, özünü müdafiə imkanını aradan qaldırmaq və bu hərəkətlərin ölüm nəticəsinə yönəldiyini dərk etmək meyarları göstərilmişdir. Hazırkı iş üzrə Zülfiqar və Bəxtiyar adlı şəxslərin bu məzmunda vahid qəsdlə hərəkət etmələri, zərərçəkmişə zərbə yetirmələri, onun müqavimətini qırmaları və ya ölümə səbəb olmuş xəsarətlərin yaranmasına funksional töhfə vermələri heç bir mötəbər sübutla müəyyən edilmədiyindən, onların cinayətin birgə icraçıları kimi qəbul olunması üçün hüquqi və faktiki əsas yoxdur. İş üzrə nə videomüşahidə görüntülərində, nə şahid ifadələrində, nə ekspertiza rəylərində, nə də digər sübutlarda Zülfiqar və Bəxtiyar adlı şəxslərin zərərçəkmişə zərbə vurması, onu döyməsi və ya ölümə səbəb olmuş xəsarətlərin yetirilməsində iştirak etməsi müəyyən edilməmişdir. Həmin şəxslərin cinayət hadisəsində iştirakını təsdiq edən hər hansı obyektiv sübut mövcud olmadığından onların cinayət məsuliyyətinə cəlb edilməməsi birinci instansiya məhkəməsinin araşdırmasının natamam aparılması kimi qiymətləndirilə bilməz. Bundan başqa apellyasiya şikayətində göstərilmişdir ki, Ümid Şahmarovun zərərçəkmiş şəxsi xəstəxanaya aparmamağa razı salması, sonradan müxtəlif həkimlərə aparması, habelə tibbi işçilərin göstərdiyi tibbi yardımın keyfiyyəti və vaxtında ixtisaslaşmış müalicənin təmin edilməməsi məsələlərinə hüquqi qiymət verilməmiş, bu səbəbdən iş tam və hərtərəfli araşdırılmamışdır. Məhkəmə kollegiyası həmin dəlili əsaslı hesab etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə görə məhkəmə cinayət işinə yalnız irəli sürülmüş ittihamın hüdudlarında baxır və hökm də yalnız ittiham verilmiş şəxslər və onlara aid edilən əməllər üzrə qəbul edilir. Məhkəmə ittiham orqanının irəli sürmədiyi ittihamı öz təşəbbüsü ilə formalaşdıra, cinayət təqibinə cəlb edilməmiş şəxslərin hərəkətlərinə cinayət-hüquqi qiymət verə və ya onlar barəsində cinayət məsuliyyəti məsələsini həll edə bilməz. Bu, cinayət mühakimə icraatında ittiham və müdafiə funksiyalarının ayrılığı, çəkişmə prinsipi və müdafiə hüququnun təmin olunmasının əsas təminatlarından biridir. Məhkəmə araşdırmasının predmeti konkret ittiham aktı ilə müəyyən edilir. Məhkəmə ittihamın hüdudlarından kənara çıxaraq digər şəxslərin mümkün cinayət məsuliyyətini araşdırdıqda, faktiki olaraq ittiham funksiyasını öz üzərinə götürmüş olur ki, bu da cinayətprosessual qanunvericiliyin əsas prinsipləri ilə bir araya sığmır. Hazırkı iş üzrə ittiham yalnız Babək və təqsirləndirilən şəxs1lara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə irəli sürülmüşdür. Ümid Şahmarovun və ya zərərçəkmişə tibbi yardım göstərmiş həkimlərin hərəkətləri ilə bağlı cinayət təqibi həyata keçirilməsi, onlara ittiham elan edilməsi və ya həmin şəxslərin təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilməsi barədə iş materiallarında hər hansı prosessual qərar mövcud deyildir. İş materiallarından göründüyü kimi, Ümid Şahmarov hadisədən sonra zərərçəkmişin müalicəsi ilə maraqlanmış, onu müxtəlif tibb müəssisələrinə və həkimlərin qəbuluna aparmış, dərman preparatlarının alınmasında iştirak etmişdir. Zərərçəkmişin ailə üzvləri də ifadələrində bu halları təsdiq etmişlər. Onun zərərçəkmişi ilkin mərhələdə xəstəxanaya getməməyə razı salması barədə ifadələr mövcud olsa da, bu halın cinayət-hüquqi məsuliyyət yaradıbyaratmaması ayrıca cinayət-prosessual araşdırmanın predmetidir və həmin məsələ üzrə səlahiyyətli orqan tərəfindən prosessual qərar qəbul edilmədən məhkəmənin bu iş çərçivəsində hüquqi nəticəyə gəlməsi mümkün deyildir. Kollegiya əlavə olaraq qeyd edir ki, apellyasiya şikayətində Ümid Şahmarovun və tibb işçilərinin hərəkətlərinə dair irəli sürülən mülahizələr hazırkı ittihamın predmetinə daxil edilməmiş ayrıca faktlar kimi təqdim olunur. Məhkəmə ittiham aktında göstərilməyən şəxslər barəsində ittiham funksiyasını öz üzərinə götürə, ehtimal xarakterli məlumat əsasında onların cinayət məsuliyyətini müəyyən edən nəticə çıxara bilməz. Belə yanaşma həm CPM-in 318.1-ci maddəsində təsbit edilmiş ittihamın hüdudları prinsipinə, həm də cinayət prosesində funksiyaların ayrılması tələbinə zidd olardı. Bununla belə, həmin dəlilin hökmün nəticəsinə təsiri baxımından yoxlanılması göstərir ki, məhkəmə-tibbi ekspertizasının rəyi ölüm nəticəsi ilə hadisə zamanı yetirilmiş ağır kəlləbeyin travması arasında səbəbli əlaqəni müəyyən etmiş, sonrakı tibbi yardımın mümkün qüsurlarının ilkin səbəbli əlaqəni kəsən müstəqil və yeganə səbəbə çevrildiyini təsdiq edən sübut isə işdə mövcud olmamışdır. Buna görə tibbi yardımla bağlı iradlar hazırkı iş üzrə CM-in 126.3-cü maddəsi ilə verilmiş hüquqi qiyməti dəyişdirmir. Eyni qaydada, Masallı Rayon Mərkəzi Xəstəxanasında və sonrakı mərhələdə tibbi yardım göstərən şəxslərin peşə fəaliyyətinin qanunauyğunluğu, diaqnostika və müalicənin tibbi standartlara uyğunluğu, habelə onların hərəkətləri ilə ölüm nəticəsi arasında səbəbli əlaqənin olub-olmaması yalnız xüsusi bilik tələb edən və ayrıca prosessual araşdırma predmeti olan məsələlərdir. Hazırkı cinayət işi üzrə belə araşdırma aparılmamış, tibbi işçilərin peşə fəaliyyətinə hüquqi qiymət verən hər hansı ekspert rəyi və ya prosessual qərar mövcud olmamışdır. Bununla yanaşı, məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Qəmbər Yusubovun ölümünün bilavasitə səbəbi ## ### 2025-ci il tarixdə aldığı ağır qapalı kəllə-beyin travması nəticəsində baş beynin sərt qişası altına və baş beyin toxumasına qansızma olmuşdur. Beləliklə, ölüm hadisəsi ilə təqsirləndirilən şəxslərin zorakı hərəkətləri arasında səbəbli əlaqə ekspertiza rəyi ilə təsdiq edilmişdir. Sonradan göstərilən tibbi yardımın həcmi və keyfiyyəti həmin səbəbli əlaqəni aradan qaldırmır və Babək, eləcə də təqsirləndirilən şəxs1ların törətdikləri əmələ verilmiş cinayət-hüquqi qiymətə təsir göstərmir. Zərərçəkmişə sonradan göstərilən tibbi yardımın mümkün qüsurları yalnız o halda ilkin səbəbli əlaqəni kəsə bilər ki, həmin tibbi müdaxilə tamamilə müstəqil, fövqəladə və ölümün yeganə səbəbinə çevrilmiş olsun. Hazırkı iş üzrə isə belə nəticəyə gəlməyə imkan verən heç bir sübut mövcud deyildir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Ümid Şahmarovun və tibbi işçilərin davranışına hazırkı cinayət işi çərçivəsində ayrıca hüquqi qiymət verilməməsi birinci instansiya məhkəməsinin hökmünün qanuniliyinə və əsaslılığına təsir göstərmir, həmin arqument hökmün ləğvi və ya dəyişdirilməsi üçün hüquqi əsas yaratmır. Bundan başqa apellyasiya şikayətində zərərçəkmişin hüquqi varisinin prosessual hüquqlarının tam təmin edilmədiyi, bu səbəbdən cinayət işinə birtərəfli baxıldığı və hökmün ləğv edilməli olduğu göstərilmişdir. Məhkəmə kollegiyası həmin dəlili də əsassız hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət mühakimə icraatında yol verilmiş hər bir prosessual pozuntu hökmün ləğvi üçün müstəqil əsas təşkil etmir. Prosessual pozuntunun məhkəmə qərarının ləğvinə səbəb olması üçün həmin pozuntunun iş üzrə faktiki halların düzgün müəyyən edilməsinə, sübutların obyektiv qiymətləndirilməsinə, tərəflərin prosessual hüquqlarının həyata keçirilməsinə və ya nəticə etibarilə qəbul edilmiş hökmün qanuniliyinə və əsaslılığına real təsir göstərməsi müəyyən edilməlidir. Formal xarakter daşıyan və ya işin nəticəsinə təsir etməyən prosessual nöqsanlar məhkəmə qərarının ləğvi üçün əsas hesab edilə bilməz. Bu yanaşma cinayət prosesi hüququnun "əhəmiyyətli prosessual pozuntu" meyarına, eləcə də ədalətli məhkəmə araşdırmasının mahiyyətinə uyğundur. Ədalətli məhkəmə hüququ tərəflərə prosessual imkanların faktiki təmin edilməsini tələb edir, lakin proses iştirakçısının irəli sürdüyü hər bir dəlilin qəbul edilməsini və ya onun istədiyi nəticənin əldə olunmasını təmin etmir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi cinayət işi üzrə prosessual status almış, məhkəmə baxışında şəxsən iştirak etmiş, ifadə vermiş, vəsatətlər qaldırmış, sübutların tədqiqində iştirak etmiş, şahidlərə suallar vermək və öz mövqeyini məhkəməyə çatdırmaq imkanından istifadə etmişdir. Bundan əlavə, o, qəbul edilmiş hökmdən narazı qalaraq apellyasiya şikayəti vermək hüququnu da maneəsiz şəkildə həyata keçirmişdir. Nəticə etibarilə iş materialları hüquqi varisin müdafiə etdiyi maraqların məhkəmə araşdırması zamanı dinlənilmədiyini və ya onun prosessual hüquqlarının həyata keçirilməsinə maneələr yaradıldığını təsdiq etmir. Apellyasiya şikayətində istinad olunan hallar isə daha çox birinci instansiya məhkəməsinin sübutlara verdiyi hüquqi qiymətləndirmə ilə razılaşmamaqdan ibarətdir. Halbuki sübutların məhkəmə tərəfindən müəyyən qaydada qiymətləndirilməsi ilə razılaşmamaq prosessual hüquqların pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmənin tərəflərdən birinin hüquqi mövqeyini qəbul etməməsi özlüyündə ədalətli məhkəmə araşdırması hüququnun pozulması demək deyildir. Bundan başqa, iş üzrə toplanmış sübutların məcmusu göstərir ki, birinci instansiya məhkəməsi bütün sübutları bilavasitə tədqiq etmiş, hər bir sübuta digər sübutlarla qarşılıqlı əlaqədə qiymət vermiş, gəldiyi nəticələri hökmdə kifayət qədər əsaslandırmışdır. Apellyasiya şikayətində hüquqi varisin prosessual hüquqlarının hansı konkret hissəsinin məhdudlaşdırıldığı, bunun sübutların araşdırılmasına və ya hökmün nəticəsinə hansı formada təsir göstərdiyi inandırıcı və obyektiv dəlillərlə əsaslandırılmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən prosessual iradlar hökmün qanuniliyini və əsaslılığını şübhə altına almır, CPM-in mənasında əhəmiyyətli prosessual pozuntu təşkil etmir və birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsas yaratmır. Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqedən də göründüyü kimi, apellyasiya baxışının məqsədi birinci instansiya məhkəməsinin yekun qərarının işin faktiki hallarına, cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğunu yoxlamaqdır. Bu yoxlama zamanı kollegiya zərərçəkmiş şəxsin hüquqi varisinin irəli sürdüyü dəlilləri formal olaraq sadalamaqla kifayətlənməmiş, həmin dəlillərin hər birinin sübutlar məcmusuna təsirini ayrıca qiymətləndirmişdir. Nəticə olaraq müəyyən edilir ki, apellyasiya şikayətində göstərilən hallar nə təqsirləndirilən şəxslərin əməlinin CM-in 120-ci maddəsi ilə və ya CM-in 120.2-ci maddəsinin tövsifedici əlamətləri ilə qiymətləndirilməsi üçün zəruri olan subyektiv və obyektiv əlamətləri, nə də başqa şəxslərin cinayətdə iştirakını, nə də tibbi müdaxilənin ölüm nəticəsinin yeganə səbəbinə çevrildiyini təsdiq edir. Bu səbəbdən həmin dəlillər hökmün ləğvi və ya dəyişdirilməsi üçün CPM-in 399-cu maddəsində nəzərdə tutulan əsaslardan heç birini yaratmır. Birinci instansiya məhkəməsi qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarının tövsiyələrinə riayət etmişdir. Bundan başqa Kollegiya yuxarıda göstərilənlərə əsasən, apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək, həmin dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxslərə təyin edilmiş cəzaya münasibətdə qeyd edir ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * №-li Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr məhkum edilmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır»(## ##### 2021-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi cəzanı hər bir məhkum edilmiş şəxsə münasibətdə yüngülləşdirən halları CM-in 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən məhkum edilmişlərin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanın məhkumun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, məhkum edilmiş şəxslərə Azərbaycan Respublikası CM-in qeyd olunan normalarının və ədalət prinsipinin (CM maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, CM-in 126.3-cü maddəsində nəzərdə tutulan sanksiya doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını ehtiva edir. Hər iki məhkum edilmiş şəxsə təyin edilmiş cəza cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin qrup halında törədilməsi, eyni zamanda məhkum edilmiş şəxslərin əvvəllər məhkum olunmamaları barədə məlumatlarla uzlaşır. İş üzrə CM-in 62-ci maddəsinin tətbiqinə əsas verən müstəsna hallar, habelə təyin edilmiş cəzanın açıq-aşkar ədalətsizliyini göstərən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar, birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apelyasiya instansiyasında aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, eyni zamanda, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar