Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-344/2026 22.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – İmanov Cahid Fehruz oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya İnstansiyası Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 İnqilab oğlunun, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Salyan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü (hakim X3) ilə, ##.##.1993-cü il tarixdə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə qəti olaraq 1 il 11 ay 6 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Salyan rayon İcra və Probasiya şöbəsinin ##.##.2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin ##.##.2025-ci il tarixli Qərarının 2.6-ci bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş, Salyan rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 5 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi və onun məhkəmə iclas zalından dərhal həbsə alınması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılması barədə yekun qərar qəbul edilmiş, iş üzrə məhkəmə məsrəfi üzrə məsələləri həll edilmişdir. İŞİN HALLARI: Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdə günorta saatlarında X4 yaşadığı Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən binanın qarşısında sonuncu ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qəsdən yumruq-təpik vurmaqla və dişləməklə sonuncuya alt dodağın şişkinliyi, selikli qişasının yarası, alt çənənin ön kəsici dişlərinin diş dibinin qansızması, dişlərin laxlaması, sol bazunun yuxarı 1/3-nin bayır səthinin, sağ bazunun orta 1/3-nin bayır səthinin, sol dirsək nahiyyəsinin qançırları ilə nəticələnən yüngül dərəcəli bədən xəsarətləri yetirməklə zərərçəkmiş şəxs X4 qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin müvafiq hökmünün ləğv edilməklə onu azadlığa çıxmasına köməklik göstərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək Salyan Rayon Məhkəməsinin hökmü ilə 5 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılmış, cəzanı hal-hazırda ** saylı Cəzçəkmə Müəssisəsində çəkir. Cəza çəkdiyi müddətdə müəssisənin daxili nizam-intizam qaydalarına riayət etmiş, heç bir rejim pozuntusuna yol verməmiş, rəhbərlik tərəfindən heç bir cəza, töhmət və irad almamışdır. Törətmiş olduğu əməl öz yaxınları ilə olmuş, aralarında anlaşılmazlıq olduğu üçün barəsində şikayət olmuşdur. Lakin sonra bir-birilərini başa düşdükləri üçün, şikayətçi ailəsinə çox yaxın olan Qəhrəmanova Rəxşəndə şikayət ərizəsini geri götürmüşdür və həmin ərizə notarial qaydada təsdiq olunmuşdur. Həmin təsdiq olunmuş ərizə məhkəməyə təqdim olunmaq üçün cinayət işinə əlavə olunacaqdır. Ailə vəziyyəti çox ağırdır, atası rəhmətə getmiş, xəstə anası və fiziki qüsurlu olan birinci qrup əlil bacısı onun öhdəliyindədir. Törətmiş olduğu əməldən çox peşmandır. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə kollegiyasının iclasında: Məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi1 bildirdi ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Rəxşəndə Qəhrəmanova ilə barışmışdır. Ona görə də, apellyasiya şikayəti üzrə cinayət təqibinə xitam verilməsini, Salyan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs barəsində olan iş üzrə cinayət təqibinə xitam verilməsi və onun azadlığa buraxılması barədə qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirdi və zərərçəkmiş şəxs Rəxşəndə Almuradov ilə barışdığından barəsində olan iş üzrə cinayət təqibinə xitam verilməsini və həbsdən buraxılmasını xahiş etdi. Dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəflərin barışmalarının nəzərə alınmaqla iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsi, eləcə də zərərçəkmiş şəxsin ifadəsi, məhkəmətibb ekspertinin rəyi və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs apellyasiya instansiya məhkəməsində də CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyini etiraf etmişdir. AR Cinayət Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; hakim qanunu və vicdanını rəhbər tutaraq, sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı yuxarıda sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər-hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və məhkum edilmiş şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər-hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin hökmündə tədqiq olunmuş sübutlar, o cümlədən təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələri, eləcə də ekspert rəyi və digər sübutlar ətraflı şəkildə təsvir olunduğundan məhkəmə kollegiyası prosessual qənaət prinsipi və məhkəmə aktlarının səmərəliliyi baxımından həmin sübutların yenidən geniş şəkildə təsvirinə ehtiyac görmür. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iş üzrə zərərçəkmiş şəxs X4 tərəfindən məhkəməyə notarial təsdiq olunmuş ərizə verilmişdir. Həmin ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxsin təqdim etdiyi ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayətinin və maddi və ya mənəvi tələbinin olmadığını açıq şəkildə bəyan etmişdir. Hərçənd ərizədə ziyanın ödənilməsi barədə birbaşa qeyd edilməmişdir, lakin zərərçəkmiş şəxsin heç bir tələbinin qalmadığını bildirməsi həmin ziyanın onun üçün aradan qaldırıldığını və ya ödənildiyini qəbul etdiyini göstərən hüquqi nəticə kimi qiymətləndirilməlidir. Belə ki, əgər zərərçəkmiş şəxsin ödənilməmiş maddi və ya mənəvi zərəri qalsaydı, onun bu barədə müvafiq tələb irəli sürməsi gözlənilən olardı. Əksinə, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı hər hansı şikayətinin və tələbinin olmadığını bəyan etməsi, tərəflər arasında barışığın əldə olunduğunu və zərərçəkmiş şəxsin hüquqlarının bərpa olunduğunu təsdiq edən hal kimi qiymətləndirilir. Bu səbəbdən, ərizədə ziyanın ödənilməsi ifadəsi ayrıca göstərilməsə də, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmaması, işin konkret halları ilə birlikdə qiymətləndirildikdə, ziyanın aradan qaldırılması və ya zərərçəkmiş şəxs tərəfindən ödənilmiş hesab edilməsi kimi nəticəyə gəlməyə əsas verir. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunmaqla cəzalandırılmış və CM-in 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada barəsində başlanmış cinayət təqibinə xitam verilməmişdir. Azərbaycan Respublikası CPM-in: 39.1. Aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.8. zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə). 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs R.Qəhrəmanova ilə barışması nəzərə alınmalı, Salyan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Odur ki, məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ləğv edilsin. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilsin və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad olunsun. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-344/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-344/2026
22.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver