Məhkəmə qərarları › İş №1(3-9)-345/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-345/2026

04.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-345/2026 04.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkili müdafiəçi1 iştirakı ilə. ##.##.1999-cu il tarixdə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin * saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Beyləqan Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-ci il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrasn əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası qərar verdi. İ.İŞİN HALLARI: Cinayət işinin faktiki hallarına əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs, ## ###### 2025-ci il tarixdə saat 01 radələrində aralarında yaş fərqi iki ildən çox olan ## ###### 2011-ci il tarixdə anadan olmaqla həmin vaxt on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs Beyləqan şəhəri, Sərdar İmrəliyev küçədində yerləşən “Sizin market”in arxasında yerləşən tikilinin içərisində olan otağa aparıb cinsi ehtirasını təmin etmək məqsədilə paltarını soyunaraq sərtləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına salıb sonuncu ilə qəsdən könüllü olaraq təbii yolla cinsi əlaqədə olmuşdur Məhkəmənin ittiham hökmünə əsasən (hakim: X3) Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənın əvvəli ## ###### 2026-cı il tarixdən tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmışdır. II.APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Beyləqan rayon məhkəməsi sübutları formal surətdə sadalanmaqla kifayətlənmiş, hər bir sübutu mənsubliyyəti, mümkünlüyü, mötərbərliyi üzrə qiymətləndirməmiş, onları sübut etmə predmetlərinin müəyyən edilməsi və yekun nəticəyə gəlmək üçün kifayət etməsi baxımından dəyərləndirməmişdir. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X2 ilə aralarında olmuş 2-3 saatlıq danışıqlar və vatsap yazışmaları zamanı saatın gec olduğunu zərərçəkmiş şəxs X2 bildirmişdir. Həmin vaxtı zərərçəkmiş şəxs X2 ona 18 yaşına keçdiyini, valideyn himayəsindən çıxdığını, sərbəst gəzmək istədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlardan da göründüyü kimi, Azərbaycan Respublikası CM-nın 152.1-ci maddəsi ilə təqsirlli hesab olunan Təqsirləndirilən şəxs hələ ilk tanışlıqları zamanı zərərçəkmiş şəxs X2 yaşı ilə maraqlanmış, onun yaşının 18 olduğunu öyrənmiş, yalnız bundan sonra onunla könüllü şəkildə cinsi əlaqədə olmuşlar. Azərbaycan Respublikasının qanunvericiliyində isə 17-18 yaşlarında olan şəxslər arasında könüllü cinsi əlaqədə olmaya görə cinayət məsuliyyətinin nəzərdə tutulması öz əksini tapmamışdır. İşin materiallarından da göründüyü kimi, tərəflər arasında hər hansı bir düşmənçilk, ədavət olmamışdır, həmin hadisəyə qədər biri-birlərini tanımamışlar. İşin materiallarından da göründüyü kimi, zərərçəkmiş şəxs X2 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 16 yaşma çatmadığını gizlətmişdir. Bu hala hər hansı bir hüquqi qiymətin verilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə məhkəmə sorğunun verilməsi məsələsi də öz qanuni həllinin tapmamışdır. Bu hal isə hələ ki, qanunda bir boşluqdur. Qanunda boşluq olan bu hala hüquqi qiymətin verilməməsi gələcəkdə oxşar cinayətlərin baş verməsinin gənc nəslin bu boşluqlar nəticəsində cinayət məsuliyyətinə cəlb olunubolunmaması məsələsinin düzgün hüquqi qiymətin verilməsi üçün çox əhəmiyyətlidir. Şübhəli olan hər bir hal isə təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Göstərilənlərə əsasən, Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-(*-***)- **/**** saylı hökmünün ləğv edilməsi və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması xahiş olunur. III.PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin edildiyini, əməlin düzgün tövsif edilməsini qeyd etməklə, Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-(*-***)-**/**** saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək, verilmiş ittihamlar üzrə özünü təqsirli bilməmiş, o və müdafiəçisi müdafiəçi1 çıxış edərək Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-(*-***)-**/**** saylı hökmünün ləğv edilməsi və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində bəraət verilməsini xahiş etmişlər. IV.HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsinin) 397.1 və 398.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», « Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2. və 401-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə tövsif etmişdir. Belə ki, üzləşdirmə aparılması haqqında ##.##.2026-cı il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs arasında üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ## ###### 2025-ci il tarixdə, saat 01 radələrində Beyləqan şəhəri Sərdar İmrəliyev küçəsində yerləşən “Sizin market” adlı dükanın arxa tərəfində olan tikilidə bir dəfə cinsi əlaqədə olduğunu, həmin vaxt 14 yaşının olmasını bildirmişdir. Belə olan halda kollegiya Təqsirləndirilən şəxs dəlillərini əsassız hesab edir və bu barədə ifadəsini özünü müdafiə olaraq qiymətləndirir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin müvafiq olaraq məhkəmədə səsləndirdikləri və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər hallarla təsdiq edilərək sübuta yetirilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab etsə də, CPM-in 397.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın həddini bir daha müzakirə etmiş, cəzanın nisbətən ağır olması qənaətinə gəlmişdir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınsa da, daha ağır həddə cəza təyin etmişdir. Belə ki, məhkəmədə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə və törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə almış, onun cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Belə olan halda, Təqsirləndirilən şəxs CM-in 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın ən aşağı həddində verilməsi daha ədalətli və qanunidir. Ona görə də ona təyin edilmiş cəza 01(bir) il müddətində müəyyən olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 398.1 və 398.1.4-cü maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır, lakin Beyləqan Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-ci il tarixli hökmü cəza təyini hissəsində dəyişdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Beyləqan Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-ci il tarixli hökmü dəyişdirilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinən Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlqıdan məhrum etmə cəzası dəyişdirilsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Beyləqan Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar