Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-346/2026 30.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlunun sədrliyi ilə, Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan İsmayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Əsədov İlqar Həsən Ağa oğlu, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, məhkum edilmiş şəxsin müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə ## #### 1993-cü ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu, Nərimankənd kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CMin) 221.1-ci maddəsi ilə məhkum olunmasına dair Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru (bundan sonra – dövlət ittihamçısı) dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə (sədrlik edən hakim Aytəkin Əliyeva) Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və onun barəsində 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi, azadlığın məhdudlaşdırılması cəzasının icrasının Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilməsi, cəzanın əvvəlinin Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması qərara alınmışdır. Hökmdən dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Biləsuvar rayon məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. İŞİN HALLARI: Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-**/**** nömrəli hökmünə əsasən CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, ## ##### 2026-cı il tarixdə saat 21:00 radələrində Biləsuvar rayonu, H.Əliyev küçəsində yerləşən “Şəfa” şadlıq sarayında, insanların çoxluq təşkil etdiyi ictimai yerdə, Zərərçəkmiş şəxs onun mahnı sifarişi verməsinə mane olmasını bəhanə edib heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs nalayiq sözlərlə söyüb təhqir edərək bir dəfə sifət nahiyəsindən yumruq zərbəsi ilə vurmaqla “burun nahiyəsində şişkilik və burun sümüyünün yerini dəyişməyən sınığı” ilə nəticələnən zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə 15-20 dəqiqə ərzində ətrafda olan vətəndaşların narahatçılığına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya protestini onunla əsaslandırmışdır ki, dövlət ittihamçısı qismində çıxışında Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məhkəməyə təklif etmişdir. Lakin, məhkəmə iş üzrə gəldiyi nəticələri və təklifləri nəzərə almayaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.1ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Biləsuvar rayon məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü cəzanın yüngüllüyü əsasına görə dəyişdirilməlidir. Belə ki, məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanın məqsədlərini, ən əsası təqsirləndirilən şəxsin şəxsiyyətini və sonuncu məhkumluğunun ödənilməməsini nəzərə almamışdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası təyin edərkən onun tərəfindən törədilən CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyektinin cəmiyyətdə bərqərar olmuş ictimai qaydanı təmin edən ictimai münasibətlər, əlavə obyektinin isə şəxslərin sağlamlığı olmasını, həmin maddədə nəzərdə tutulan cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmaqla birbaşa qəsdlə törədilərək bitmiş cinayətlər olmasını, bu halın özözlüyündə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin ictimai təhlükəlilik dərəcəsini artırmaqla onun şəxsiyyətini xarakterizə etməsini, həmin cinayət cinayət əməlinin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasına baxmayaraq cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzaya (azadlıqdan məhrum etmə cəzasına) səbəb olmasını, həmçinin, əvvəllər 4 dəfə olmaqla ümumilikdə 5 cinayət əməlini törətməsini, eyni xarakterli cinayət əməllərini hər biri iki dəfə olmaqla yenidən törətməsini, sonuncu məhkumluğunun ödənilməməsini, bir sözlə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən bu halları nəzərə almamış, sadalanan bütün bu halların məcmusunun ona təqsirli bilindiyi maddə ilə məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə cəza təyin edərkən cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının tövsiyələrini nəzərə almamış, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə və onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmiş və belə yüngül cəza təyin etməsinin səbəblərini hökmdə əsaslandırmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 2020-ci ildən 2026-cı il tarixədək olan müddət ərzində 5 dəfə cinayət törətmiş, bunlardan üçü şəxsiyyət əleyhinə CM-in 126 və 128-ci maddələrində nəzərdə tutulan, ikisi isə ictimai qayda və ictimai təhlükəsizlik əleyhinə olan CM-in 221-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayəti olmuşdur. Belə ki, ##.##.2023-cü il tarixdə CM-in 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmiş, həmin maddə artıq bir dəfə tətbiq olunduğundan ##.##.2026-cı il tarixdə AR MM-in ##.##.2025-ci il tarixli amnistiya qərarının 5.1ci bəndinə əsasən yenidən eyni cinayət əməlinə xitam verilmişdir. CM-in 221.1-ci maddəsi ilə ##.##.2023-cü il tarixdə 01 il müddətinə islah işləri cəzasına məhkum olunmuş, AR MM-in ##.##.2025-ci il tarixli amnistiya qərarının 2.8-ci bəndinə əsasən ##.##.2026-cı il tarixdə islah işləri cəzasından azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixə islah işləri cəzasından azad edilməsindən bir il keçmədən, yəni ## ##### 2026-cı il tarixdə məhkumluğu ödənilmədən və ya götürülmədən təxminən 3 ay sonra eyni cinayət əməlini yenidən törətmişdir. Eyni zamanda ## ###### 2026-cı il tarixdə barəsində aparılmış CM-in 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verildikdən təxminən 3 ay sonra hazırkı xuliqanlıq cinayətini törətmişdir. Bütün bunlar isə onun islah olunmadığının, həmçinin cinayətə meyilliyinin və gələcəkdə daha ağır nəticələrə səbəb ola biləcək yeni cinayət əməllərinin törədəcəyinin göstəricisidir. Təqsirləndirilən şəxs göründüyü kimi dəfələrlə qanunun ona göstərdiyi humanist mövqedən sui-istifadə edərək kriminal niyyətini davam etdirmiş, cəzasızlıq onda artıq yenidən eyni xarakterli cinayət əməllərini törətməsindən çəkinməməsinə şərait yaratmışdır. Bu hallar onun şəxsiyyətini mənfi səciyyələndirir və onun islah olunmadığını göstərir. Hökmdən görünür ki, Təqsirləndirilən şəxs cəza təyin edən zaman məhkəmə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini nəzərə aldığını formal olaraq göstərsə də, həmin hallara əhəmiyyət verməmiş, məhkumluğunun ödənilməməsini ümumiyyətlə nəzərə almamış, cəzanı yüngülləşdirən halları ön plana çəkərək ədalətsiz cəza təyin etmişdir. Halbuki, məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun ödənilibödənilməməsi qənaətinə gələ bilməmiş, hökmün giriş və təsviri-əsaslandırıcı hissələrində “əvvəllər məhkum olunmuş” ifadəsini qeyd etməklə kifayətlənmiş və cəza təyin edərkən məhkumluğunun ödənilməməsini nəzərə almamışdır. Göründüyü kimi, maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növünün ona təyin edilməsi cəzanın əsl məqsədinə nail olunmasında yetərli olmayacaqdır. Belə ki, Təqsirləndirilən şəxs son 6 ildə 5 dəfə cinayət əməli törətmişdir. Məhkəmənin Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etməməsi, artıq islah olunmamış təqsirləndirilən şəxsin azadlıqda qalaraq yeni (eyni məzmunlu) cinayətlərin törədilməsinə zəmin yaradacaqdır. Məhkəmənin isə göstərilənləri nəzərə almadan cəza təyin etməsi nə sosial ədalətin bərpasına, nə şəxsin islah olunmasına, nə də ki başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə xidmət etməmiş, əksinə nə qədər cinayət törətsə də “cəzasızlıq” məfhumunun təqsirləndirilən şəxsdə, eləcə də cəmiyyət arasında yayılmasına şərait yaratmışdır. Göründüyü kimi, məhkəmə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakterini, onun nəticəsini, törədilməsi halını, şəraiti, təqsirləndirilən şəxsin şəxsiyyətini və sonuncu məhkumluğunun ödənilməməsini nəzərə almadan Təqsirləndirilən şəxs açıq-aydın ədalətsiz cəza təyin etmiş, bu zaman cəza təyin etmə barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarındakı tövsiyələri nəzərə almamışdır. Beləliklə də, məhkəmə yuxarıda şərh olunan normaların tələblərini nəzərə almadan, işin konkret hallarına əsaslanmadan təqsirləndirilən şəxsə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, həmçinin onun şəxsiyyətinə uyğun olmayan cəza təyin etmişdir. Ona görə də, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Biləsuvar rayon məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü ona həmin maddədə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməlidir. Apellyasiya protestinə qarşı yazılı etiraz, həmçinin hökmdən apellyasiya şikayəti verilməmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu apellyasiya protestinin dəlillərini müdafiə edib, apellyasiya protestinin təmin edilməsini, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün ona həmin maddə ilə daha ağır – birinci instansiya məhkəməsində dövlət ittihamçısının təklif etdiyi həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etdi. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi hər biri ayrı-ayrılıqda hökmün qanuni və əsaslı olduğunu bildirib, apellyasiya protestinin təmin edilməməsini, ədalətli qərar kimi isə hökmün dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyə uyğun olaraq məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə teleqram vasitəsilə müraciət edərək maddi imkanı olmadığı üçün keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən maddi ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı təqsirləndirilən və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə təqsirləndirilən və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını təqsirləndirilən və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya protestini müzakirə edərək, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin, dövlət ittihamçısının çıxışlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməlidir. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş məhkəməyədək sadələşdirilmiş icraat materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni məhkum edilmiş və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırkı qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs əməlini düzgün olaraq CM-in 221.1-ci maddəsi ilə tövsif etmişdir. Apellyasiya protestinin məzmunundan da görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər mübahisələndirilməmişdir. Buna görə də məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə zərurət görmür. Dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya protestində Təqsirləndirilən şəxs yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin edilməsini iddia edərək tələbini Cinayət- Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Əməli törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər. Apellyasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda müəyyən olunur ki, qeyd olunan dəlillər cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə təyin olunmuş cəzanın açıq-aydın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir. Belə ki, apellyasiya protestində qeyd olunduğu kimi Təqsirləndirilən şəxs CM-in 221.1ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – həmin Məcəllənin 15-ci maddəsində böyük ictimai təhlükə törətməyən cinayət kimi təsbit edilmişdir. Həmin maddənin sanksiyasında min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs isə CM-in 221.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, yəni sanksiya daxilində cəza təyin edilmişdir. Baxılan işdə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmiş, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Kollegiya dövlət ittihamçısının məhkumun əvvəllər məhkum olunması ilə bağlı dəlillərini də əsaslı hesab etmir. İş materiallarından görünür ki, protestdə istinad edilən məhkumluq hazırkı iş üzrə nə cinayətlərin residivini yaradan hal kimi irəli sürülmüş, nə də CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar sırasında göstərilmişdir. Qanunvericilik təqsirləndirilən şəxsin keçmişdə məhkum olunması faktını birbaşa olaraq daha ağır cəza təyin edilməsinin müstəqil əsası kimi nəzərdə tutmur. Əks yanaşma şəxsin əvvəlki məhkumluğuna görə faktiki olaraq təkrar cəzalandırılması ilə nəticələnər və cəzanın fərdiləşdirilməsi prinsipinə zidd olardı. Məhkəmə təqsirkarın şəxsiyyətini qiymətləndirərkən onun keçmiş davranışını nəzərə ala bilər, lakin həmin hal özlüyündə azadlıqdan məhrum etmə növündə cəzanın zəruri olması barədə nəticəyə gətirmir. Kollegiya bu qənaətini əlavə olaraq aşağıdakı normativ əsaslarla möhkəmləndirir. CMin 18.4-cü maddəsinə əsasən cinayətlərin residivinin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, habelə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Protestdə istinad edilən ## ####### 2023-cü il tarixli məhkumluq isə məhz CM-in 221.1-ci maddəsi, yəni böyük ictimai təhlükə törətməyən cinayət üzrə və məhz islah işləri, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməklə yaranmışdır. Beləliklə, həmin məhkumluq cinayət qanununun özünə görə iki müstəqil əsasa görə cinayətlərin residivini yaradan hal kimi nəzərə alına bilməz. Eyni hüquqi mövqe «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * nömrəli Qərarının (## ##### 2021-ci il tarixli Qərarla verilmiş redaksiyada) 7-ci bəndində birbaşa təsbit edilmişdir. Həmin bəndə görə CM-in 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Bununla belə, həmin bənd bu cür məhkumluqların CM-in 58.3-cü maddəsinin məqsədləri üçün, yəni təqsirləndirilən şəxsin şəxsiyyəti qiymətləndirilərkən nəzərə alınmasını istisna etmir. Baxılan işdə birinci instansiya məhkəməsi məhz bu qaydada hərəkət etmiş, məhkumun keçmiş davranışını onun şəxsiyyətini səciyyələndirən məlumat kimi qiymətləndirməklə yanaşı, həmin halı daha ağır cəza növünün təyin edilməsinin müstəqil əsasına çevirməmişdir. Bundan başqa, CM-in 83.2-ci maddəsinə əsasən cəzadan azad edilmiş şəxs məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» # ######## 2010-cu il tarixli Qərarında, həmin Məcəllənin 83.2-ci maddəsinin şərhinə dair # #### 2008-ci il tarixli Qərara istinadla göstərildiyi kimi, bu norma, digər hallarla yanaşı, məhz amnistiya aktına əsasən cəzadan azad edilmə halını əhatə edir. İş materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixdə amnistiya aktı əsasında islah işləri cəzasından azad edilmişdir. Bu nəticə hazırkı qərarın giriş hissəsində onun məhkumluğu olmayan şəxs kimi göstərilməsi ilə də uzlaşır. Odur ki, protestin sonuncu məhkumluğun ödənilməməsinə dair mərkəzi dəlili iş materialları ilə təsdiqini tapmır. Nəhayət, CM-in 61.2-ci maddəsinə görə həmin Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Yuxarıda adı çəkilən Plenum Qərarının 6-cı bəndində də cəzanı ağırlaşdıran halların siyahısının CM-in 61-ci maddəsi ilə məhdudlaşdığı və onların geniş təfsir oluna bilməyəcəyi izah edilmişdir. Protestdə daha ağır cəzanın əsası kimi gətirilən halların heç biri həmin siyahıya daxil deyildir. Bundan əlavə, dövlət ittihamçısının protestində göstərilən dəlillərdən görünür ki, o, əsasən özünün məhkəmə çıxışında təklif etdiyi cəza növü və müddətinin qəbul edilməməsini hökmün dəyişdirilməsi üçün əsas kimi qiymətləndirir. Halbuki cinayət-prosessual qanunvericilik dövlət ittihamçısının təklif etdiyi cəzanı məhkəmə üçün məcburi hesab etmir. Məhkəmə cəzanı ittiham tərəfinin mövqeyinə deyil, iş üzrə müəyyən edilmiş faktiki hallara və qanunun tələblərinə əsaslanaraq müəyyən edir. Təkcə dövlət ittihamçısının daha ağır cəzanı məqsədəuyğun hesab etməsi təyin olunmuş cəzanın açıq-aydın ədalətsiz olması barədə nəticəyə gəlməyə imkan vermir. Bu qənaət cinayət mühakimə icraatının qanunvericiliklə müəyyən edilmiş quruluşundan irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinə əsasən hakimlər müstəqildirlər, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər; hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət-Prosessual Məcəllənin 28.1-ci maddəsi də məhkəmələrin cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı olduqlarını təsbit edir. Cəzanın növünün və həddinin müəyyən edilməsi ədalət mühakiməsinin ayrılmaz tərkib hissəsi olmaqla, ittiham tərəfinin mövqeyi ilə deyil, iş üzrə müəyyən edilmiş faktiki hallarla və CM-in 58-ci maddəsinin tələbləri ilə şərtlənir. Buna görə də dövlət ittihamçısının təklif etdiyi cəza növü və müddətinin məhkəmə tərəfindən qəbul edilməməsi özlüyündə Cinayət-Prosessual Məcəllənin 399.1.5-ci maddəsində nəzərdə tutulmuş əsası yaratmır. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs xuliqanlıq cinayət əməlini törətmiş, ona qarşı ittiham yalnız CM-in 221.1-ci maddəsi ilə irəli sürülmüş, digər ağırlaşdırıcı xarakterli hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi bu xüsusatı, məhkumun şəxsiyyətini, iş üzrə mövcud məlumatları və cəzanın məqsədlərini nəzərə alaraq azadlığın məhdudlaşdırılması cəzasının onun islah olunması üçün kifayət edəcəyi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, həmin nəticə işin faktiki hallarına uyğun olmaqla ağlabatan və əsaslandırılmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməklə barışması onun bir vətəndaş kimi ictimai dəyərlərə hörmət hissindən, normativ və əxlaqi xarakterli ümumi davranış qaydalarına, əsasən, vicdanlı münasibət göstərdiyindən xəbər verir və bunlar onun şəxsiyyətinin həqiqi, diqqətəlayiq xüsusiyyətləridir. Qeyd olunan hallar müvafiq sübutlara, o cümlədən zərərçəkmiş şəxsin ərizəsinə əsaslanır. Bu səbəblərdən birinci instansiya məhkəməsinin sözügedən xüsusatları cəzanın müəyyən edilməsinə təsir göstərən (yüngülləşdirici) hallar qismində nəzərə alması qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsinin baxılan işdə cəzanı ağırlaşdıran halın olmamasına dair qənaəti də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə CM-in 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmişdir. Apellyasiya protestində məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsaslar kimi gətirilən hallar da CM-in 61-ci maddəsinin müddəaları baxımından cəzanı ağırlaşdıran hallar kimi çıxış etmirlər. Qeyd olunan halların fonunda təqsirləndirilən şəxsə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən CM-in 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halın olmamasını CM-in 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən təqsirləndirilən şəxsin şəxsiyyəti törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanın məhkumun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Təqsirləndirilən şəxs CM-in qeyd olunan normalarının və ədalət prinsipinin (CM maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar, birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya protesti üzrə apellyasiya instansiyasında aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, eyni zamanda, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya protesti təmin olunmamalı, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Bu nəticə «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarının müddəaları ilə də tam uzlaşır. Həmin qərarın 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, CM-in 2 və 41-ci maddələrində təsbit olunmuş cinayət qanununun vəzifələri və cəzanın məqsədləri, eləcə də CM-in 8-ci maddəsində nəzərdə tutulmuş ədalət prinsipi sözsüz təmin edilməlidir; cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır; ictimai təhlükəlilik dərəcəsi isə cinayətin törədilmə hallarına, o cümlədən vurulmuş zərərin həcminə və baş vermiş nəticələrin ağırlığına əsasən müəyyən edilir. Qərarın 2-ci bəndində göstərildiyi kimi, cəza ilk növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 3-cü bəndi isə birbaşa olaraq məhkəmələrə tövsiyə edir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları və şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilsin. Baxılan işdə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, müsbət xarakterizə olunan və cəmiyyətdən təcrid edilməsinə ehtiyac görülməyən şəxs olduğundan, birinci instansiya məhkəməsinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməsi məhz Plenumun qeyd olunan hüquqi mövqeyinə uyğundur. Bundan əlavə, cəzanın növünün və həddinin müəyyən edilməsi məhkəmənin müstəsna səlahiyyətinə aid olub, dövlət ittihamçısının təklif etdiyi cəza məhkəmə üçün məcburi xarakter daşımır; CMin 58.1-ci maddəsinə əsasən daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu səbəbdən sanksiya hüdudlarında və cəzanın fərdiləşdirilməsi prinsipinə uyğun təyin edilmiş cəza yalnız ittiham tərəfinin daha sərt cəzanı məqsədəuyğun sayması əsasında açıq-aydın ədalətsiz (yüngül) cəza kimi qiymətləndirilə bilməz. Kollegiya həmçinin qeyd edir ki, adı çəkilən Plenum Qərarının 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı daha yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hökmdə əsaslandırılmalıdır. Göründüyü kimi, cinayət qanunu və Plenumun hüquqi mövqeyi əlavə əsaslandırma tələbini daha yüngül cəzanın deyil, daha ağır cəzanın seçilməsi ilə əlaqələndirir. Bu baxımdan protestin birinci instansiya məhkəməsindən azadlığın məhdudlaşdırılması cəzasının seçilməsinə görə əlavə əsaslandırma tələb edən dəlili qanunun tələbi ilə uzlaşmır. Eyni bənddə göstərildiyi kimi, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya protesti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-346/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-346/2026
30.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver