Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-347/2026 22.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası - Hakimlər Həşimov Yaşar Xanoğlan oğlu (sədrlik edən), İmanov Cahid Fehruz oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Lerik Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lerik Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü (hakim: Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi) ilə, ##.##.1977-ci il tarixdə Lerik şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X11 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin ## ###### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmamasının nəzərə alınması və ona ərazi narkoloji kabinetdə qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutlar və məhkəmə məsrəfi məsələsi həll edilmişdir. İŞİN HALLARI: Təqsirləndirilən şəxs 2026-cı ilin yanvar ayının istintaqla dəqiq müəyyən olunmamış tarixində və yerdə qanunsuz olaraq satış məqsədi ilə 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,372 qram ve 0,114 qram olmaqla orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biri ilə eyni olan ümumi təmiz çəkisi 0,486 qram olan çətənə (kannabis) bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış, ## ###### 2026-cı il tarixdə, saat 18:30 radələrində idarə etdiyi “Toyota Corolla” minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə şahid3 Xanış oğlu ilə birlikdə Lerik şəhəri “qəbiristanlıq” adlanan əraziyə gedərkən avtomobildə üzərində daşıdığı 1 ədəd bükümdə təmiz çəkisi 0,372 qram olan narkotik vasitə qurudulmuş marixuananı şahid3 Xanış oğluna satmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, Lerik Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsi, təqsiriəndirlən şəxs Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs Lerik Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmü iiə təqsirləndirilmişdir ondan ötrü ki, o, 2026-cı ilin yanvar ayının istintaqla dəqiq müəyyən olunmamış tarixində və yerdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiiəri 0,372 qram ve 0,114 qram olmaqla orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biri ilə eyni olan ümumi təmiz çəkisi 0,486 qram olan çətənə (kannabis) bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış, ## ###### 2026-cı il tarixdə, saat 18:30 radələrində idarə etdiyi “Toyota Corolla” minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə şahid3 Xanış oğlu iiə birlikdə Lerik şəhəri “qəbiristanlıq” adlanan əraziyə gedərkən avtomobildə üzərində daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi 0.372 qram olan narkotik vasitə qurudulmuş marixuananı şahid3 Xanış oğluna satmışdır. İstər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, ## ###### 2026cı il tarixdə o, idarə etdiyi “Toyota Corolla” mirıik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Baki şəhərindən Lerik şəhərinə gəlmiş, şəhərdə olan zaman dostu şahid3 ona zəng vurmuş, ona qəbirstanlığa yasin oxutmaq üçün getmək istədiyini, onunla birlikdə qəbirstanlığa getməsini bildirmiş, o da razılaşmışdır. O, Lerik şəhərində şahid3 Xanış oğlu ilə görüşmüş, şahid3 onun idarə etdiyi avtomobilə əyləşmiş və onlar Lerik şəhərində yerləşən qəbirstanlığa getmişlər. Onlar maşından düşəndən sonra polis əməkdaşları ona yaxınlaşmış, onun maşınından bir büküm narkotik vasitə çıxmış, o da polis əməkdaşlarına həmin narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. O narkotik vasitəni Mahirə satmamış və verməmişdir.Mahirin üzərində olan narkotik vasitədən isə heç bir məlumatı yoxdur. O, narkotik vasitədən istifadə etsə də, heç vaxt satışı ilə məşğul olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirlmiş şahid3 ifadəsinə bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəldən tanıyır. Azad həm onun qonşusu, həm də qohumudur. O, Azadla görüşməzdən əvvəl əlaqə saxlamış, onun Lerik şəhərinə gəlib-gəlməməsini soruşmuş, gələcəksə baldızını da Bakı şəhərinə aparmasını bildirmişdir. Belə ki, ## ###### 2026-cı i! tarixdə Lənkəran şəhərində olan zaman yerdən 1 ədəd bükümdə marixuana tapmışdır. Həmin marixuananı özü ilə birlikdə Lerik şəhərinə gətirmişdir. O, ##.##.2026-ci il tarixdə axşam saatlarında Azada zəng vurmuş, ona qəbirstanlığa yasin oxutmaq üçün getmək istədiyini, onunla birlikdə qəbirstanlığa getməsini bildirmiş, Azad da onunla razılaşmışdır. Onlar Lerik şəhəri “Şeytantəpə” adlanan ərazidə görmüş, o, Azadın idarə etdiyi avtomobilin arxa oturacağına əyləşərək onunla birlikdə Lerik şəhərində yerləşən qəbiristanlığa yasin oxutdurmaq üçün getmişlər. Qəbirstanlıq ərazisində oian zaman polis əməkdaşları onlara yaxınlaşmış, əynində olan qara rəngli gödəkçənin sağ yan cibində bir ədəd kağız bükümdə marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin kütləyə baxış keçilərək tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Daha sonra onu polis şöbəsinə gətirmişlər, saxlanılan zaman ona heç bir zorakılıq edilməmişdir. O, üzərindən aşkar olunan narkotik vasitəni Lənkəran şəhərində tapmış, Azadla görüşən zaman Azad ona heç bir narkotik vasitə verməmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən polis əməkdaşları əməliyyatçılar X5 və X3 ifadələrində göstərmişlər ki, ## ###### 2026-ci ıl tarixdə, günün ikinci yarısında Lerik rayon sakinləri Təqsirləndirilən şəxs və şahid3 Xanış oğlunun narkotik vasitələrin dövriyyəsi, istifadəsi, daşınması barədə məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması üçün icazə almaq məqsədi ilə şöbə rəhbərliyinə raportla müraciət olunmuş, əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul etmiş qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunaraq Təqsirləndirilən şəxs və şahid3 Xanış oğlunun cinayət başında yaxalanması üçün plan hazırlanmışdır. Təqsirləndirilən şəxs və şahid3 Xanış oğlununun Lerik şəhəri ərazisində şübhəli olmalarına görə Lerik şəhərində “qəbiristanlıq adlanan ərazini nəzarətə götürmüşlər ## ###### 2026-ci il tarixdə, saat 18:57-də şahid3 Lerik şəhəri “qəbiristanlıq” adlanan ərazidə piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər, üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu bildirərək hüquqlarını ona izah etmişlər. şahid3 Xanış oğlunun üzəri yoxlanılarkən üzərində əynində olan gödəkçənin sağ yan cibində 1 ədəd bükümdə narkotik vasitə-marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs Lerik şəhəri “qəbiristanlıq” adlanan ərazidə piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər, üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu bildirərək hüquqlarını ona izah etmişlər. Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən üzərində əynində olan gödəkçənin sağ yan cibində 1 ədəd bükümdə narkotik vasitə-marixuanaya oxşar kütlə aşkar edilərək qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs tanışı şahid3 üzərində aşkar olunan narkotik vasitəni pay olaraq ona verdiyini bildirmişdir. Belə ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və şahid şahid3 Xanış oğlu nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı, narkotok vasitəni Mahirə o vermədiyini, həmçinin şahid3 üzərində olan narkotik vasitəni Təqsirləndirilən şəxs almadığını demiş olsalarda, lakin hakim bu deyilənlərə deyil, ancaq iş üzrə maraqlı olan polis əməkdaşlarının ifadələrinə əsaslanaraq Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirli hesab etməklə azadlıqdan məhrum etmişdir,. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirli hesab etmək üçün, iş üzrə şahid olan polis əməkdaşları ifadələrində qeyd etmişlər ki, guya şahid3 üzərində aşkar olunmuş narkotik vasitəni Təqsirləndirilən şəxs ona pay olaraq verdiyini demişdir. Lakin Təqsirləndirilən şəxs şahid3 neç vaxt narkotik vasitə pay və ya satış məqsədi ilə verməmişdir. Bu halı təsdiq edəcək şahid şahid3 həm ibtidai isttintaq zamanı həm də məhkəmə istintaqı zamanı bəyan etmişdir ki, o narkotik vasitəni Təqsirləndirilən şəxs deyil, ## ###### 2026-cı il tarixdə Lənkəran şəhərində olan zaman yerdən tapmışdır. Həmin marixuanam özü ilə birlikdə Lerik şəhərinə gətirmişdir. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. Belə ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olama narkotik vasitələri və və psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istensal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ittihamı irəli sürmüşdür. Yuxarıda qeyd olunmuş hallara əsasən hesab edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Asian oğlunun ona elan olunmuş ittihamda nəzərdə tutulmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində göstərilmiş cinayət əməlini törətməsi öz təsdiqini tapmamışdır. Buna görə Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Hesab edir ki, bu iş üzrə birinci instansiyada məhkəmə baxışında Azərbaycan Respublikası CPM-in 401.2.1 və 402.0.2-ci maddəsində göstərilmiş əsaslar mövcud olmuşdur. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə kollegiyasının iclasında: Dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətilərinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunduğunu, ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsi üçün əsaslar olmadığını, məhkum olunmuş şəxs tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınmaqla ona ədalətli və qanuni cəza təyin olunduğunu bildirərək, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etdi. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətlərini müdafiə edib, apellyasiya şikayətlərinin dəlillərinə uyğun çıxış edib hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən əsassız olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verildiyini, birinci instansiya məhkəməsi isə formal əsaslarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsiri bilib məhkum etmişdir. Odur ki, apellyasiya şikayətlərinin təmin olunmasını, Lerik Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Lənkəran Penitensiar Xidmətinin videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə iclasına qoşulan Təqsirləndirilən şəxs müdafiəçisinin çıxışı ilə razı olduğunu və apellyasiya şikayətinin müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinatət Prosessual Məcəlləsinin: 397.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsi üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirlməməsinə dair məsələlərin mübahisələndilməsini nəzərə alıb, Cinatət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsi üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxsin əməlinin həmin maddə ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, dövlət ittihamçısının, məhkum olunmuş şəxs və müdafiəçisinin çıxışlarını dinləyib hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Lerik Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni məhkum edilmiş şəxsin ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsi, şahid şahid3 ifadəsi, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları şahid1, X3 ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Lənkəran Regional Bölməsinin məhkəmə-bioloji ekspertizasının **/** saylı, ##.##.2026-cı il tarixli rəyi, diskə baxış keçirilməsi haqqında ## ###### 2026-cı il tarixli protokolu, # ###### 2026-cı il tarixli telefon danışıqlarına dair diskə baxış keçirilməsi haqqında protokolu və işdə olan istintaq hərəkətlərinə dair protokol və maddi sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətində, həmçinin Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi zamanı verdiyi ifadəsində şahid3 Xanış oğluna narkotik vasitə satmaması, ona hər hansı narkotik vasitə verməməsi, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər cinayət işinin materiallarında olan və birinci instansiya məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, habelə şahid ifadələri ilə təkzib olunur. Belə ki, birinci instansiya məhkəməsi zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ## ###### 2026-cı il tarixdə o, idarə etdiyi “Toyota Corolla” minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhərindən Lerik şəhərinə gəlmiş, şəhərdə olan zaman dostu şahid3 ona zəng vurmuş, ona qəbirstanlığa yasin oxutmaq üçün getmək istədiyini, onunla birlikdə qəbirstanlığa getməsini bildirmiş, o, da razılaşmışdır. O, Lerik şəhərində şahid3 ilə görüşmüş, şahid3 onun idarə etdiyi avtomobilə əyləşmiş və onlar Lerik şəhərində yerləşən qəbirstanlığa getmişlər. Onlar maşından düşəndən sonra polis əməkdaşları ona yaxınlaşmış, onun maşınından bir büküm narkotik vasitə çıxmış, o, da polis əməkdaşlarına həmin narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları bir bükümdə narkotik vasitəni avtomobilindən tapdıqdan sonra o, həmin bir bükümdə narkotik vasitənin Mahirin götürmədiyini görmüşdür. Əgər həmin narkotik vasitə onun avtomobilindən çıxmasa idi, şahid3 üzərindən çıxan narkotik vasitəni Mahirə o, vermiş olacaqdı. Onun avtomobilindən narkotik vasitə çıxdığından Mahirin üzərindən çıxan narkotik vasitəni ona o, verməmiş, həmin narkotik vasitədən də onun məlumatı yoxdur. O, narkotik vasitədən istifadə etsə də, satışı ilə məşğul olmur. Lakin ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lerik şəhəri, Ç.Fərziyev küçəsi, ev 6-da qeydiyyatda olmaqla orada yaşayır, evlidir, taksi fəaliyyəti ilə məşğul olur. 2026-ci ilin yanvar ayının əvvəlində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində olarkən təsadüfən yerdən 2 ədəd bükümdə narkotik vasitə olan marixuananı tapıb götürərək Lerik şəhərinə gətirmişdir. ## ###### 2026-ci il tarixdə, saat 18:30 radələrində Lerik şəhərində olarkən şahid3 Xanış oğlu ona zəng edərək “mərhum qardaşım oğlu Elmarın qəbrini ziyarət etmək üçün məni qəbiristanlığa apar” demişdir. O Lerik şəhəri, Şınbır adlanan ərazidən Mahiri idarə etdiyi “Toyota corolla minik” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşdirib qəbiristanlığa getmişlər. Avtomobildə olarkən Mahir ondan istifadə etmək üçün üzərində narkotik vasitə olub-olmadığını soruşmuş, o, Mahirə üzərində daşıdığı 1 ədəd bükümdə narkotik vasitə olan marixuananı pay verə biləcəyini demişdir. Mahir ondan üzərində daşıdığı 1 ədəd bükümdə narkotik vasitəni almışdır. Lerik şəhərində qəbiristanlıq adlanan əraziyə çatdıqda Mahir avtomobildən düşmüş, onu avtomobildə gözləmişdir. Polis əməkdaşları ona yaxınlaşmış, üzərində narkotik vasitə varsa, təqdim etməyini tələb etmişlər, o da əynində olan gödəkçənin sağ cibndə saxladığı 1 ədəd bükümü polis əməkdaşlarına təqdim etmiş, narkotik vasitəyə oxşar kütlə qablaşdırılmışdır. Polis əməkdaşları ondan bir neçə dəqiqə əvvəl şahid3 üzərində narkotik vasitə aşkar edildiyini demiş, o, bu gün şahid3 idarə etdiyi avtomobildə istifadə etmək məqsədilə pay verdiyini demişdir. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilməyib, bədəni üzərində heç bir xəsarəti yoxdur. Əvvəllər narkotik vasitədən istifadə etmişdir. Daha sonra polis əməkdaşları onu Lerik RPŞ-na aparmışlar. Burada ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. Şöbədə də ona qarşı heç kim zor tətbiq etməyib, heç kim ona hədə-qorxu gəlməyib. Bu barədə heç kimdən şikayət və tələbi yoxdur. Əvvəllər heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Birinci instansiya məhkəməsində şahid şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəldən tanıyır. Azad həm onun qonşusu, həm də qohumudur. O, Azadla görüşməzdən əvvəl əlaqə saxlamış, onun Lerik şəhərinə gəlib-gəlməməsini soruşmuş, gələcəksə baldızını da Bakı şəhərinə aparmasını bildirmişdir. Belə ki, ## ###### 2026-cı il tarixdə Lənkəran şəhərində olan zaman yerdən 1 ədəd bükümdə marixuana tapmışdır. Həmin marixuananı özü ilə birlikdə Lerik şəhərinə gətirmişdir. O, ##.##.2026-ci il tarixdə axşam saatlarında Azada zəng vurmuş, ona qəbirstanlığa yasin oxutmaq üçün getmək istədiyini, onunla birlikdə qəbirstanlığa getməsini bildirmiş, Azad da onunla razılaşmışdır. Onlar Lerik şəhəri “Şeytantəpə” adlanan ərazidə görmüş, o, Azadın idarə etdiyi avtomobilin arxa oturacağına əyləşərək onunla birlikdə Lerik şəhərində yerləşən qəbiristanlığa yasin oxutdurmaq üçün getmişlər. Qəbirstanlıq ərazisində olan zaman polis əməkdaşları onlara yaxınlaşmış, əynində olan qara rəngli gödəkçənin sağ yan cibində bir ədəd kağız bükümdə marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin kütləyə baxış keçilərək tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Daha sonra onu polis şöbəsinə gətirmişlər, saxlanılan zaman ona heç bir zorakılıq edilməmişdir. O, üzərindən aşkar olunan narkotik vasitəni Lənkəran şəhərində tapmış, Azadla görüşən zaman Azad ona heç bir narkotik vasitə verməmişdir. Birinci instansiya məhkəməsində şahid Lerik RPŞ-nin əməliyyat müvəkkili, R şahid1 ifadəsində göstərmişdir ki, ## ###### 2026-ci il tarixdə, günün ikinci yarısında Lerik rayon sakinləri Təqsirləndirilən şəxs və şahid3 Xanış oğlunun narkotik vasitələrin dövriyyəsi, istifadəsi, daşınması barədə məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması üçün icazə almaq məqsədi ilə şöbə rəhbərliyinə raportla müraciət olunmuş, əməliyyataxtarış tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul etmiş, qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunaraq Təqsirləndirilən şəxs və şahid3 Xanış oğlunun cinayət başında yaxalanması üçün plan hazırlanmışdır. Tədbirin keçirilməsinə əmr hazırlanmış, əmrə uyğun Lerik RPŞnin əməkdaşlarından özü və CAB-ın əməliyyat müvəkkili X3 ibarət qrup yaradılmışdır. Əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı yaradılmış qrupun tərkibində olan əməkdaşa tədbirin hansı səbəbdən keçirilməsi ilə bağlı qısa olaraq məlumat vermişdir. Təqsirləndirilən şəxs və şahid3 Xanış oğlununun Lerik şəhəri ərazisində şübhəli olmalarına görə Lerik şəhərində “qəbiristanlıq” adlanan ərazini nəzarətə götürmüşlər. ## ###### 2026-ci il tarixdə, saat 18:57-də şahid3 Lerik şəhəri “qəbiristanlıq” adlanan ərazidə piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər, üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu bildirərək hüquqlarını ona izah etmişlər. şahid3 üzəri yoxlanılarkən üzərində əynində olan gödəkçənin sağ yan cibində 1 ədəd bükümdə narkotik vasitə-marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs Lerik şəhəri “qəbiristanlıq” adlanan ərazidə piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər, üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu bildirərək hüquqlarını ona izah etmişlər. Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən üzərində əynində olan gödəkçənin sağ yan cibində 1 ədəd bükümdə narkotik vasitəmarixuanaya oxşar kütlə aşkar edilərək qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs tanışı şahid3 üzərində aşkar olunan narkotik vasitəni pay olaraq ona verdiyini bildirmişdir. Daha sonra həmin natkotik vasitə qablaşdırmış, protokol tərtib olunaraq imzalanmışdır. Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış zamanı narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş hər hansı cinayət xarakterli əşya aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində şahid Lerik RPŞ-nin əməliyyat müvəkkili, R X3 oxşar məzmunlu ifadə verərək şahid şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Lənkəran Regional Bölməsinin məhkəmə-bioloji ekspertizasının **/** saylı, ##.##.2026cı il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şahid3 üzərindən narkotikə oxşar kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: - 0,372 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən narkotik vasitəyə oxşar kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: - 0,114 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərilərində “şahid3 üzərindən narkotikə oxşar kütlə. ” və “Təqsirləndirilən şəxs üzərindən narkotik vasitəyə oxşar kütlə....” sözlər və imzalar olan iki ədəd zərfdəki, ümumilikdə 2 büküm marixuanalar orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Diskə baxış keçirilməsi haqqında ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, toplanmış materiala əlavə edilmiş şübhəli şəxs qismində saxlanılan şahid3 üzəri yoxlanılarkən üzərində əynində olan gödəkçənin sağ yan cibində 1 ədəd bükümdə içərisində narkotik vasitəyə oxşar kütlə aşkar edilərək götürülüb qablaşdırılmışdır. Təqsirləndirilən şəxs şahid3 üzərində aşkar olunan 1 ədəd bükümdə narkotik vasitəni ona özünün verdiyini bildirir. Təhqiqat araşdırması zamanı Salman Əhmədova kütlələri təqdim etmə zamanı videoçəkilişi özündə əks etdirən diskə baxış keçirilən zaman müəyyən edildi ki, materiala əlavə edilmiş disk DVD-R formatlıdır. Disk Lerik RPŞ-də kompüterin disk oxuyan cihazına daxil edildi. Diskin yaddaşında «Mahir-2» adlı, 6 dəqiqə 8 saniyə müddətdə fayl vardır. Həmin fayla səsləndirildi və müəyyən olundu ki, Lerik RPŞ-nin CAB-ın əməkdaşı şahid1 şübhəli şəxs şahid3 üzərində aşkar olunan 1 ədəd bükümdə narkotik vasitəyə oxşar kütləni təhqiqatçı Salman Əhmədova təqdim edir. Təhqiqat araşdırması zamanı Salman Əhmədova kütlələri təqdim etmə zamanı videoçəkilişi özündə əks etdirən diskə baxış keçirilən zaman müəyyən edildi ki, materiala əlavə edilmiş disk DVD-R formatlıdır. Disk Lerik RPŞ-də kompüterin disk oxuyan cihazına daxil edildi. Diskin yaddaşında «Azad-2» adlı, 05 dəqiqə 05 saniyə müddətdə fayl vardır. Həmin fayla səsləndirildi və müəyyən olundu ki, Lerik RPŞ-nin CAB-ın əməkdaşı şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar olunan 1 ədəd bükümdə narkotik vasitəyə oxşar kütləni təhqiqatçı Salman Əhmədova təqdim edir. Təqsirləndirilən şəxs şahid3 üzərində aşkar olunan 1 ədəd bükümdə narkotik vasitəni ona özünün verdiyini bildirir. Təhqiqat araşdırması zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış zamanı videoçəkilişi özündə əks etdirən diskə baxış keçirilən zaman müəyyən edildi ki, materiala əlavə edilmiş disk DVD-R formatlıdır. Disk Lerik RPŞ-də kompüterin disk oxuyan cihazına daxil edildi. Diskin yaddaşında «Azad-ev» adlı, 05 dəqiqə 26 saniyə müddətdə fayl vardır. Həmin fayl səsləndirildi və aşağıdakılar müəyyən olundu ki, Lerik RPŞnin TQ-nun baş təhqiqatçısı Salman Əhmədov tərəfindən Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış zamanı narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş hər hansı cinayət xarakterli əşya aşkar edilmədi. Lənkəran şəhər X12 X4 yoxlamanın## ###### 2026-cı il tarixli, ** saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabionidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində qeydiyyata götürülməsi məsləhət görülür. # ###### 2026-cı il tarixli telefon danışıqlarına dair diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqdim olunmuş diskdə həmin nömrələrə daxil olan və çıxan zənglərə dair ələ keçirilən məlumatlardan görünür ki, Azərbaycan Respublikası DİNnin Baş İnformasiya-Kommunikasiya İdarəsindən istintaqa daxil olmuş məktuba əlavə edilmiş bir ədəd diskə tərəflərindən kompyuter vasitəsi ilə baxış keçirilidi. Baxış zamanı 050- 488-27-61 nömrənin şahid3, ***-***-**-** saylı mobil nömrənin isə Təqsirləndirilən şəxs adına qeydiyyatda olması müəyyən edilmişdir. ## ###### 2026-ci il tarixdə, saat 11:13-də 26 saniyə müddətinə danışıq qeydə alınmış, danışıq zamanı Təqsirləndirilən şəxs Lənkəran- Lerik avtomobil yolunun “Təbəssüm” istirahət mərkəzinin qarşısından keçən hissəsində, şahid3 isə anten əhatə dairəsi müəyyən edilməmişdir. Həmin gün saat 12:57-də 35 saniyə müddətə danışıq qeydə alınmış, danışıq zamanı Təqsirləndirilən şəxs Lənkəran rayonunun Yuxarı Nüvədi kəndinin, şahid3 isə Lerik şəhəri, Nizami küçəsi, 29B, ATS ərazisi anten əhatə dairəsində olmuşdur. Həmin gün saat 15:39-da 42 saniyə müddətə danışıq qeydə alınmış, danışıq zamanı Təqsirləndirilən şəxs Lerik rayonunun Günəşli kəndinin, şahid3 isə anten əhatə dairəsi göstərilməmişdir. Həmin gün saat 17:26-də 12 saniyə müddətə danışıq qeydə alınmış, danışıq zamanı Təqsirləndirilən şəxs və şahid3 Lerik şəhəri, Nizami küçəsi, 29B, ATS ərazisi anten əhatə dairəsində olmuşdur. Həmin gün saat 17:30-də 08 saniyə müddətə danışıq qeydə alınmış, danışıq zamanı Təqsirləndirilən şəxs və şahid3 Lerik şəhəri, Nizami küçəsi, 29B, ATS ərazisi anten əhatə dairəsində olmuşdur. Müdafiəçi müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs ilə şahid3 ## ###### 2026cı il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs bildirir ki, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmamışdır, ## ###### 2026-ci il tarixdə Lerik şəhərində idarə etdiyi avtomobildə üzərində daşıdığı 2 ədəd bükümdə narkotik vasitədən 1 ədəd bükümünü şahid3 istifadə etmək məqsədilə pay vermişdir. şahid3 isə cavabında bildirir ki, üzərində olan narkotik vasitəni Lənkəran şəhərindən tapmışdır, onu ona Təqsirləndirilən şəxs verməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs isnad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Məhkum edilmiş şəxsin hərəkətlərində qeyd olunan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunmuşdur. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinatət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş təmiz çəkisi 0,114 qram, şahid3 Xanış oğlunun üzərində aşkar edilmiş təmiz çəkisi 0,372 qram olmaqla ümumi təmiz çəkisi 0,486 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuananın orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə eyni olması, habelə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, üzləşdirmə protokolu, şəxsi axtarışın videogörüntüləri və digər iş materialları ilə şahid3 üzərində aşkar edilmiş narkotik vasitəni ona istifadə etmək məqsədilə pay olaraq verməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs narkotik vasitədən həm özünün istifadə etməsi, həm də şahid3la birlikdə və ya onun istifadə etməsi üçün paylaşılması kimi şəxsi marağın təmin edilməsinə xidmət etmişdir. Deməli, onun məqsədi kommersiya xarakterli deyil, narkotik vasitədən istifadəyə yönəlmiş şəxsi tələbatını və həmin tələbatla bağlı şahid3 istifadəsini təmin etmək olmuşdur. Kollegiya bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən şahid3 narkotik vasitənin verilməsi şəxsi münasibətlərdən və birgə istifadə niyyətindən irəli gələn şəxsi maraq əsasında həyata keçirilmişdir. Bu hal narkotik vasitənin əvəzsiz qaydada digər şəxsə verilməsi kimi qiymətləndirilməli olmaqla, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" ## #### 2024cü il tarixli * nömrəli Qərarında əks olunmuş hüquqi mövqeyə uyğundur. Belə ki, həmin Qərarın 8-ci bəndində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və onu digər şəxsə bəxşiş (pay) şəklində verməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni, əsaslı və iş üzrə sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi, şahid3 üzərindən aşkar edilmiş narkotik vasitəni ona verməməsi və həmin narkotik vasitədən xəbərsiz olması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, həmin ifadə cinayət məsuliyyətindən yayınmağa yönəlmişdir. Belə ki, bu ifadə iş üzrə toplanmış digər sübutların heç biri ilə təsdiq olunmur və əksinə, onların məzmunu ilə ziddiyyət təşkil edir. Halbuki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsində şahid3 üzərində aşkar edilmiş narkotik vasitəni istifadə etmək məqsədilə ona pay şəklində verdiyini etiraf etməsi, həmin ifadənin üzləşdirmə protokolunun məzmunu, şəxsi axtarışın videogörüntüləri, narkotik vasitələrin eyni orqanoleptik əlamətlərə və bioloji komponent tərkibinə malik olması barədə ekspert rəyi, eləcə də iş üzrə toplanmış digər sübutlarla qarşılıqlı surətdə təsdiq edilməsi həmin ifadənin həqiqi hadisələri əks etdirdiyini göstərir. İbtidai istintaq zamanı verilmiş ifadə iş üzrə müəyyən edilmiş obyektiv faktlarla uzlaşır, sübutların məcmusu ilə təsdiq olunur və hadisənin başvermə mexanizmini ardıcıl şəkildə izah edir. Kollegiya nəzərə alır ki, təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində hadisənin baş verməsindən qısa müddət sonra ifadə vermiş, həmin ifadə sonradan əldə edilmiş digər sübutlarla da öz təsdiqini tapmışdır. Buna qarşılıq, məhkəmə baxışı zamanı verilmiş inkaredici ifadə yeni hər hansı obyektiv sübutla əsaslandırılmamış, əvvəlki etirafedici ifadədən imtinanın səbəbləri inandırıcı şəkildə izah edilməmiş və yalnız cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi daşıdığı qənaətini yaratmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadə sübutların məcmusu ilə təsdiq olunduğundan daha mötəbər, inandırıcı və etibarlı sübut kimi qəbul edilməli, məhkəmə istintaqı zamanı verdiyi inkaredici ifadə isə özünü müdafiə xarakteri daşıdığı üçün sübut kimi qəbul edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzanı ədalətli sayır və bununla bağlı aşağıdakıları qeyd edir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin nisbi-müəyyən sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək CM-in 59-cu maddəsinə əsasən onun yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, CM-in 61-ci maddəsinə görə cinayətin ağırlaşdıran halını müəyyən etməyərək ona CM-in 234.2-ci maddəsi ilə ən aşağı həddə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi məhkum olunmuş şəxsə təqsirli bilindiyi maddənin sanksiyası ilə müəyyyən edilmiş azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir ki, bu hal da belə qənaətə gəlməyə əsas verir ki, təyin olunmuş cəza törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi və məhkumun şəxsiyyətinə uyğun ədalətli cəza olmuşdur və birinci instansiya məhkəməsi düzgün olaraq məhkum olunmuş şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə onun islah olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alaraq hesab edir ki, məhkum olunmuş şəxsin apellyasiya şikayətinin dəlilləri ona daha yüngül cəza və ya həbslə əlaqədar olmayan digər cəzanın təyin edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Belə ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Hazırkı cinayət işi üzrə məhkəmə kollegiyası onu qeyd edir ki, Təqsirləndirilən şəxs ifrat yüngül cəzanın təyin edilməsi onda laqeydlik hissi yarada, bununla da cəzanın məqsədinə nail olunmasını çətinləşdirə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli * №-li Qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Belə ki, AR Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında yekun qiymət verib belə qənaətə gəlir ki, Lerik Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. AR Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən və Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Lerik Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən Azərbaycan Respublikası Cinatət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-347/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-347/2026
22.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver