Məhkəmə qərarları › İş №1(3-9)-350/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-350/2026

29.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-350/2026 29.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, məhkum edilmiş şəxs - təqsirləndirilən şəxs2, müdafiəçi - Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 İntiqam oğlunun iştirakları ilə, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Hacıqabul Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü (hakim: Əkbərli Günel Bəkir qızının sədrliyi) ilə, ## #### 1993-cü il tarixdə Şamaxı rayonu, Bağırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Şamaxı rayonu, Bağırlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Müşfiqabad qəsəbəsi Kərpiczavod yolu ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs2 ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində hazırki cinayət işi üzrə seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin dəyişdirilməklə barəsində “həbs” qətimkan tədbirinin seçilməsi, onun məhkəmə iclas zalından dərhal həbsə alınması və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı İstintaq Təcridxanasına göndərilməsi, təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin ##.##.2026-cı il tarixdən hesablanması barədə yekun qərar qəbul edilmiş, iş üzrə məhkəmə məsrəfi və maddi sübutlar üzrə məsələlər həll edilmişdir. Həmçinin eyni hökmlə təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. İŞİN HALLARI: Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs2, tanışı təqsirləndirilən şəxs1 ilə özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup təşkil etdikdən sonra, ## ###### 2025-ci il tarixdə gecə saat 03 radələrində etibarnamə ilə idarə etdiyi “Hyundai Elantra” markalı **-SY-*** dövlət nömrə nişanlı avtomobillə Hacıqabul rayonu Padar kənd sakini X1 yaşadığı evin yaxınlığına gəlmiş, avtomobili yol kənarında saxladıqdan sonra, o və təqsirləndirilən şəxs1 isə avtomobildən düşərək, piyada gəlib xırda buynuzlu heyvanların saxlanıldığı tövləyə, yəni saxlanc yerinə qanunsuz daxil olaraq, hər birinin qiyməti 450 manat olan, 02 yaşlı, diri çəkisi 35 kq olmaqla, iki baş qoyunu, qiyməti 350 manat olan 05 yaşlı, diri çəkisi 35 kq olan bir baş qoyunu və qiyməti 550 manat olan 01 yaşlı, diri çəkisi 40 kq olan bir baş qoyunu, ümumilikdə dörd baş xırda buynuzlu heyvanları tövlədən çıxarıb avtomobilin yük yerinə yükləyib aparmaqla, zərərçəkmiş şəxsə cəmi 1.800 manat məbləğdə ziyan vuraraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum olunmuş şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışdır ki, Hacıqabul Rayon Məhkəməsinin 14 May 2025-ci il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 1 il 11 ay 28 gün müddətə azadlığdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməyi müəyyən edilmiş, cəzasının əvvəli ## ### 2026-cı il tarixdən hesablanmışdır. Hesab edir ki, barəsində azadlıqdan məhrumetmə növündə çıxarılmış hökm qanunsuz və əsassızdır. Törətdiyi cinayət əməlindən peşimandır və zərərçəkmiş şəxsə dəymiş zaiyanı tam ödəmiş, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Himayəsində 1 az yaşlı övladının olmasını və hazırda həyat yoldaşının ağır xəstə olduğunu bir azyaşlı evladına baxa bilməməsini ziyanı tam ödədiyini zərərçəkmişlə barışdığını əməlindən peşimançılığını nəzərə alınmasını, Hacıqabul Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli barəsində çıxarıldığı azadlıqdan məhrum etmə cəzasını yuxarıda qeyd etdiklərini nəzərə alaraq azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza növü ilə əvəz edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya instansiyası məhkəməsində: Dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətlərinə etiraz edərək, apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxslərin hər birinə ədalətli və qanuni cəza təyin olunduğunu bildirərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətnin təmin olunmamasını xahiş etdi. Məhkum olunmuş şəxsin müdafiəçisi müdafiəçi1 İntiqam oğlu apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, ona təyin edilmiş cəzanın yüngülləşdirilərək ona azadılığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsini xahiş etdi. Məhkum olunmuş şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, ona təyin edilmiş cəzanı yüngül cəza ilə əvəz edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 397.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərində işin faktiki halları və əməlin hüquqi tövsifi mübahisələndirilməsə də Azərbaycan Respublikası CPM-nin 397.2ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, məhkum olunmuş şəxs təqsirləndirilən şəxs2 törətmiş olduğu əməllərin hüquqi tövsifinə və daha sonra isə apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, Hacıqabul Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmü isə həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 özünün etirafedici ifadəsi ilə yanaşı, digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ifadəsi, zərərçəkmiş şəxs X2 ibtidai istintaq zamanı verdiyi ifadəsi (##.##.2026-cı il tarixdə vəfat edib) və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadələri, şahid Əliyev İlham Süleyman oğlu, şahid1 və şahid2 ifadələri və işdə olan istintaq hərəkətlərinə dair protokollar və digər sənədlərlə təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, həmin əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi A.Aımirzəyevin CMnin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Sadalanan sübutların geniş şəkildə məzmunu birinci instansiya məhkəməsinin hökmündə təsvir edildiyindən məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan sübutlar təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ona isnad olunmuş əməlin törədilməsində aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, AR Cinayət Prosessual Məcəlləsinin: 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 əməli birinci instansiya məhkəməsi tərəfindən CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Atəm Almitzəyevin cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddələrlə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, istər ibtidai araşdırma zamanı və istərsədə məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Apellyasiya şikayətinin dəlillərindən, həmçinin müdafiə tərəfinin məhkəmə iclasında çıxışından görünür ki, şikayət müəllifi cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum olunmuş şəxs təqsirləndirilən şəxs2 təyin edilmiş cəza məsələsini müzakirə edərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Kollegya belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin olunarkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmışdır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iş üzrə vurulmuş ziyan tam şəkildə ödənilməklə zərərçəkmiş şəxsin şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 cəzanın növünü və həddini müəyyən edərkən, cinayət nəticəsində dəymiş ziyanın əvəzinin tam həcmdə ödənilməsi zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması, törədiyi cinayət əməlini etiraf etməklə, əməlindən peşmançılıq hissi keçirməsi, həmçinin ailəli olaraq himayəsində azyaşlı uşağının olması müəyyən olunmuşdur. Məhkəmə kollegiyası CM-in 59-cu maddəsinə əsasən qeyd olunan halları təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmçinin iş materiallarında olan tələbnamədən müəyyən edilir ki, təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Məhkəməsinin ##.##.2019-cu il tarixli hökmünə əsasən CM-in 128-ci maddəsilə 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir, daha sonra o, Abşeron Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.3, 177.2.4, 67.1ci maddələri ilə təqsirli bilinərək 2 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. ##.##.2021-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin ##.##.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmış, ##.##.2022-ci il tarixdə isə cəzanın sonu ilə azad edilmişdir. Hazırda məhkumluğu yoxdur. CM-in 177.2-ci maddəsinin alternativ xarakterli nisbi-müəyyən sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Mübahisə olunan hökmdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə bu cinayət əməlinə görə sanksiyada nəzərdə tutulmuş ağır cəza növünü ən aşağı həddə, yəni təqsirləndirilən şəxs2 2 il müddətinə (CM-in 69.3-cü maddəsinin tələbi nəzərə alınmaqla qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə) azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməklə alternativ azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə dair apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İlk öncə məhkəmə təcrübəsinə əsaslanaraq məhkəmə kollegiyası onu qeyd edir ki, bir qayda olaraq oğurluq cinayət əməlinə görə yüngül cəza təyin etmə təqsirləndirilən şəxslərdə laqeydlik hissi yaradır, bununla da cəzanın məqsədinə nail olunmasını çətinləşdirir. Belə ki, CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan da göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: - sosial ədalətin bərpası; - məhkumun islah edilməsi; - yeni cinayətlər törədilməsinin qarşısının alınması. Qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır. Sosial ədalətin bərpası isə cəzanın törədilən cinayətə uyğun olması ilə təsdiqini tapır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: - dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; - cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Cinayət qanunvericiliyində cəzaya münasibətdə sosial ədalətin nədən ibarət olması ədalət prinsipini və cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 8 və 58ci maddələrində açıqlanmışdır. CM-in 8-ci maddəsinin mahiyyətinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Yuxarıda sadalananları konkretləşdirərək məhkəmə kollegiyası bir daha bildirir ki, cinayət hüquq nəzəriyyəsinə görə, sosial ədalətin bərpası həm də o deməkdir ki, dəymiş zərərin müxtəlif növləri kompensasiya olunur, zərər ödənilir. İş materiallarından aydın olur ki, təqsirləndirilən şəxslər tərəfindən vurulmuş maddi ziyan tam şəkildə ödənilməklə zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi yoxdur. Bu isə o deməkdir ki, cəzanın qarşısında qoyulmuş üç əlaqəli məqsəddən birinə nail olunmuş və sosial ədalət qismən bərpa olunmuşdur. Lakin bununla yanaşı, o da qeyd edilməlidir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən eyni xarakterli cinayət əməllərinin təkrar törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meylliliyinə, ona edilmiş xəbərdarlığa məhəl qoyulmamasına dəlalət edir, bu isə nəticə etibarilə hər bir təqsirləndirilən şəxsin yüksək ictimai təhlükəliliyini göstərir. Qeyd olunmalıdır ki, cinayətkarın ictimai təhlükəliliyi şəxsin cinayət törətdiyi vaxt onun şəxsiyyətini xarakterizə edən əsas amilə çevrilir və törədilən cinayətin ictimai təhlükəliliyi ilə, şəxsin cinayət etdiyi anadək və cinayət törətdiyi zaman hərəkətlərində ifadə olunan antisosial, cəmiyyətəzidd baxışlarının cəmindən yaranır. təqsirləndirilən şəxs2 müxtəlif həyat şəraitində qanunauyğun davranış qaydasını seçmək imkanının olmasına baxmayaraq, şüurlu olaraq hər dəfə cinayət qanunu ilə qadağan olunmuş davranış qaydasını seçməsi onun yüksək ictimai təhlükəliliyini sübut edir. Belə olan halda, onun barəsində azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzanın təyin edilməsi cəza təyinetmənin ümumi məqsədlərinə nail olmaq üçün sonuncuya münasibətdə kifayət etməməklə yanaşı təqsirləndirilən şəxsdə törətmiş olduğu ictimai təhlükəli əmələ laqeydlik hissinin formalaşmasına səbəb ola bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkum olunmuş şəxsə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, hər təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğundur. Odur ki, kollegiya təqsirləndirilən şəxsə daha yüngül cəzanın təyin olunmasını qanunamüvafiq saymır və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə razılaşır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. AR Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar